Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-886/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71.25 kv.m ölçüdə mənzilin ona təhvil verilməsinin və mənzilindən istifadə etməsinə, giriş çıxışına törədilən maneələrə son qoyulmasının Cavabdeh MTK-ya həvalə edilməsi, eləcə də hüquqi yardıma görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat və dövlət rüsumu olaraq ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul vəsaitlərinin Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə onun - İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK Abşeron Rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı iləXırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili tikib, müqavilədə göstərilən vəziyyətdə İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı isə həmin mənzilə görə mənzilin1 kv.metrinin qiyməti 590 manat olmaqla, ümumilikdə 42000 manata Cavabdeh MTK-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyəri olan 42000 manat ödəniş tam olaraq tərəfindən ödənilmiş və ona bu barədə Cavabdeh MTK tərəfindən arayış da verilmişdir. Lakin Cavabdeh MTK sözügedən binanı tikib, digər payçılara mənzilləri təhvil versə də, lakin bu günə kimi onun mənzilini təhvil verməkdən yayınır. Cavabdeh MTK -nın əməkdaşları onun həmin mənzildən istifadə etməsinə, mənzili təmir etməsinə maneələr yaradır. Ondan əlavə ödənişlər etməsini, bundan sonra mənzildən istifadə etməyə, təmir işləri görməyə icazə verəcəklərini bildirirlər. Prentenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilindən istifadə etməsinə, təmir etməsinə və giriş çıxışına yaradılan maneələrə son qoyulmasına və mənzilin ona təhvil verilməsini xahiş etsə də, lakin Cavabdeh MTK tərəfindən onun məktubuna heç bir cavab verilmədi. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MTK ilə onun arasında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzil ona təhvil verilməli və Cavabdeh MTK-nın əməkdaşları tərəfindən mənzildən istifadə etməsinə yaradılan məhdudiyyət aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK-yaməhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK Abşeron Rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı iləXırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili tikib, müqavilədə göstərilən vəziyyətdə İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı isə həmin mənzilə görə mənzilin 1 kv.metrinin qiyməti 590 manat olmaqla, ümumilikdə 42000 manata Cavabdeh MTK-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5 mərtəbəsində, sahəsi 71,25 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri 42000 (qırx iki min) manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya sonuncunun borcu yoxdur. İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə” yə əsasən Cavabdeh MTK Abşeron rayonu, İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili, 1 kv.m qiyməti 590 manat olmaqla, ümumi dəyəri 42000 manata ona satmışdır. Həmin mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş və bu barədə Cavabdeh MTK tərəfindən arayış da verilmişdir. Lakin Cavabdeh MTK-nın əməkdaşları həmin mənzildən istifadə etməsinə və təmir işləri görməsinə əlavə ödəniş edəcəyi halda icazə verəcəylərini bildirmişlər. Bu səbəbdən, Xırdalan şəhər, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilindən istifadə etməsi, təmir etməsi və giriş çıxışına yaradılan maneələrin aradan qaldırılmasına şərait yaradılması barədə qərar qəbul olunmasını əks təqdirdə yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi yardım üçün 221 manat məbləğində ödəniş həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 101 (bir yüz bir) manat manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Çinar-AN” MTK ilə onun - İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK Abşeron Rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzili tikib, müqavilədə göstərilən vəziyyətdə İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı isə həmin mənzilə görə mənzilin1 kv.metrinin qiyməti 590 manat olmaqla, ümumilikdə 42000 manata Cavabdeh MTK-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyəri olan 42000 manat ödəniş tam olaraq tərəfindən ödənilmiş və ona bu barədə Cavabdeh MTK tərəfindən arayış da verilmişdir. “Tikinti şirkəti” Cavabdeh MTK müqavilə öhdəliylərini bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzilin təhvil verilməsini və MTK tərəfindən istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya müqavilə ilə nəzərdə tutulan mənzili təhvil verməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilini iddiaçıya təhvil vermədiyindən müvafiq mənzilin ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. İşin hallarından da aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış sahəsi – mənzili iddiaçıya təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə eyni zamanda, iddianın “hüquqi xidmətə görə 221 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də əsaslıdır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilin təhvil verilməsi və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, hüquqi yardıma görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat və 101 (bir yüz bir) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilin İddiaçı təhvil verilməsi və onun istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat və 101 (bir yüz bir) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-886/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-886/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver