Məhkəmə qərarları › İş №e-2(005)-891/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-891/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-891/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsində baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş zərərin əvəzi kimi 148.049,60 manat, ekspertiza xərclərinin əvəzi kimi 2.000 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın əvəzi kimi 400 manat, cəmi 150.449,60 manat pulun və ödənilmiş 40,45 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılova (Kiçimirzəyeva) Sevda Namiq qızı və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsində baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş zərərin əvəzi kimi 148.049,60 manat, ekspertiza xərclərinin əvəzi kimi 2.000 manat, əldən çıxmış faydanın əvəzi kimi 84000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın əvəzi kimi 400 manat, cəmi 239449,6 manat pulun və ödənilmiş 129,45 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılova (Kiçimirzəyeva) Sevda Namiq qızı və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 24 yanvar 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında tikilmiş “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsi Cavabdeh2 icarəyə verilmişdir. Tərəflər arasında 22 yanvar 2022-ci il tarixdə imzalanmış təhvil-təslim aktına əsasən, tərəflər “İcarə sahəsi”ndə avadanlıqlar və inventar siyahısını təsdiq etmişlər və həmin aktda olan cədvəldə qeyd edilən avadanlıqlar və əşyalarla birgə 4 ədəd kabinet, əsas zal otağı, mətbəx, giriş, bar, tualet və resepşen kimi otaqlar icarəçiyə təhvil verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən ticarət, kommersiya məqsədilə istifadə olunmaq üçün icarəyə götürülür. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 2 il müddətinə bağlanılır. Həmin müqavilənin 11.1ci bəndinə əsasən, “İcarəçi” icarə sahəsinin müəyyən bir hissəsini subicarəyə verə bilməz. İcarə münasibətləri üzrə proseslərdə iddiaçının adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan əri X13 iştirak etmişdir və icarə haqları onun adına olan bank hesabına ödənilmişdir. Belə ki, X9 "xxxx" ASC-də olan şəxsi hesabından xx.xx.2023-cü il tarixli Çıxarışdan, həmçinin xx.xx.2022-ci il tarixli, №OD1 və xx.xx.2023-cü il tarixli № OD1 nömrəli ödəniş tapşırıqlarından görünür ki, icarə haqları Cavabdeh1 MMC tərəfindən X9 hesabına ödənilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Emin Əliyevin xx.xx.2023-cü il tarixli, № 3-18- 23/2-5928/2023 saylı arayışından görünür ki, “05 iyul 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, İddiaçı məxsus, icarə müqaviləsi əsasında Cavabdeh2 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində yanğın baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Royals” adlanan restoran içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür”. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Emin Əliyev tərəfindən 08 sentyabr 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Yanğın nəticəsində icarəyə verilmiş sahə yararsız hala düşmüş, iddiaçıya 148.049,60 manat məbləğində ziyan dəymişdir. Qeyd edilməlidir ki, icarəyə verilmiş obyektdə yanğın-texniki icarə obyekti icarəçinin nəzarəti altında olan zaman baş vermişdir. Təyinatı kabinet olan otaqdan anbar kimi istifadə edilərək, 4 ədəd soyuducunun naqillərinin artıq yüklənməsi yanğının baş verməsinə səbəb olmuşdur. “X6” tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, №104 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, “... təhvil-təslim aktından görünür ki, icarəçiyə (Cavabdeh2) “icarə sahəsi”nin avadanlıqlar və inventarlar siyahı ilə verilmiş cədvəldə əsas zal otağı, 4 ədəd kabinet, mətbəx, giriş, bar, tualet və resepşen kimi otaqlar göstərilmişdir. Həmin cədvəldə anbar otağı nəzərdə tutulmamışdır. 11 iyul 2023-cü il tarixdə baxış keçirilərkən İddiaçı rəsmi nümayəndəsi X13 bildirmişdir ki, zal otağında aşkar edilmiş soyuducu anbar otağının yaxın sol küncündə olmuşdur. Həmin soyuducu əvvəllər mətbəxdə yerləşmişdir. Anbar kimi istifadə olunmuş otaq əvvəllər kabinet kimi istifadə edilirmiş. Onun xəbəri olmadan icarəçi həmin otağın təyinatını dəyişərək anbar otağı kimi istifadə edərək, əlavə soyuducuları orada quraşdırmışdır.” Rəyin “Tədqiqatın Nəticəsi” hissəsində qeyd edilmişdir ki, “1. Birinci sual üzrə. Tədqiqata təqdim edilmiş materiallarda olan məlumatları nəzərə almaqla, yanğının termiki təsirindən qeyri-yaşayış sahəsinin tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin nisbi xarakterinə görə, yanğının mənbəyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (“Royals” adlanan restoranın) anbar kimi istifadə olunmuş otağının girişdən sol yaxın künc hissəsində yerləşmişdir. Yanğın-texniki restoranın anbar kimi istifadə olunmuş otağının girişdən sol yaxın künc hissəsində (yanğının mənbəyində) yerləşən elektrik qurğularında (elektrik xətlərində, uzadıcılarda, avadanlıqlarda və cihazlarda) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın, artıq dövrə yüklənməsi, birləşmə yerlərində keçiriçi müqavimətinin artması, izolyasiya müqavimətinin azalması və s.) təsirindən yaxınlığında yerləşən yanan materialların alışmasından baş vermişdir. 2. İkinci, üçüncü, dördüncü və beşinci suallar üzrə. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (“Royals” adlanan restoranın) elektrik qurğularında vaxtaşırı olaraq yoxlama və sınaq işləri aparmaqla onların saz vəziyyətdə saxlanması təmin edilmədiyinə, elektik şəbəkələrinin (xətlərin, mühafizə aparatların və s.) düzgün seçilib qoşulan yüklərə uyğun olmasının yoxlanılması aparılmadığına, otağın təyinatı (kabina otağı kimi nəzərdə tutulmuş otağın içərisində 4 ədəd soyuducular qoyulmaqla anbar kimi istifadə olunmuşdur) dəyişdirməklə elektrik şəbəkəsi qoşulan yüklərə uyğun olubolmaması (buraxılış qabiliyyəti) yoxlanılmadan həmin otağın şəbəkəsinə əlavə elektrik avadanlıqları (4 ədəd soyuducunun və s.) qoşulduğuna, həmin otaqda müvəqqəti elektrik şəbəkələri (elektrik uzadıcıları) qurulmaqla onların istismarına yol verildiyinə, elektrik naqillərdə birləşmələr “soyuq burma” üsulu ilə aparıldığına, elektrik rozetkaları bilavasitə divarlarda olan taxta bəzəyin üzərində quraşdırdığına görə, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi qaydaları”nın (YTQ№ 01- 2001) 6.1; 6.2-ci bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın-texniki təhlükəsizliyi qaydaları”nın (YTQ№ 03-2002) 3.5.6; 3.5.7; 3.5.15; 3.5.16; 3.5.18 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15; 2.1.2.3; 2.1.2.10-cu bəndlərinin tələbləri pozulmuşdur. Yanğın-texniki hadisəsinin restoranın məhz təyinatı dəyişilmiş otağın daxilində baş verdiyini, həmin otaqda nəzərdə tutulmamış 4 ədəd soyuducunun quraşdırıldığını, elektrik şəbəkəsi qoşulan yüklərə uyğun olub-olmamasının (buraxılış qabiliyyəti) yoxlanılmadığını, həmin otaqda müvəqqəti elektrik şəbəkələri (elektrik uzadıcıları) qurulmaqla, onların istismarına yol verildiyini nəzərə aldıqda, “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 6.1; 6.2-ci bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın-texniki təhlükəsizliyi qaydaları”nın (YTQ№ 03-2002) 3.5.6; 3.5.7; 3.5.18-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.2.3 bəndinin tələbləri icarəçi Cavabdeh2 tərəfindən pozulmuşdur ki, bu da hadisənin baş verməsinin bilavasitə texniki səbəbidir.” “X6” tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, №327600 saylı X12 Qəbzindən görünür ki, X13 tərəfindən həmin Rəyin verilməsi üçün 500 manat ekspertiza xərci ödənilmişdir. “X6” tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, №169 saylı Qiymətləndirmə Rəyindən görünür ki, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. ünvan 1 ünvanında, hündür mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194m olan qeyri-yaşayış sahəsində baş vermiş yanğın-texniki nəticəsində dəymiş ziyanın miqdarı (daşınar əmlak nəzərə alınmadan) nə qədər təşkil edir? Rəyin “Tədqiqatın Nəticəsi” hissəsində qeyd edilmişdir ki, “Aparılmış tədqiqatlar nəticəsində, ünvan 1 ünvanında, hündür mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 m olan qeyri-yaşayış sahəsində baş vermiş yanğın-texniki nəticəsində dəymiş ziyanın miqdarı - 148049.60 manat müəyyən edilir.” “X6” tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, №327623 saylı X12 Qəbzindən görünür ki, X13 tərəfindən həmin Rəyin verilməsi üçün 1500 manat ekspertiza xərci ödənilmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə cavabdehlərə pretenziya məktubu göndərilmiş və 15 gün ərzində cavabdehlər tərəfindən istifadə olunan sahədə yanğın-texniki təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş vermiş yanğın səbəbindən iddiaçıya dəymiş 150 000 manat zərərin əvəzinin ödənilməsi xahiş edilmişdi. Həmçinin bu məsələ ilə bağlı cavabdehlə görüşlər olmasına baxmayaraq, ziyanın ödənilməsi ilə bağlı iddiaçıya heç bir təklif belə irəli sürülməmişdir. İddiaçı tərəfindən “pul” tələbinə dair mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd edilmiş, lakin hər hansı razılıq əldə edilməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/6-0657 nömrəli arayışından görünür ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 400 manat haqq ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurulmuş zərərə görə ümumilikdə 63890 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı xx.xx.2022-ci il tarixli rəsmi müqavilə əsasında 2 il müddətinə icarəyə götürərək həmin sahəni Royals adlanan restoran kimi işlətməyə başlamışdır. 05 iyul 2023-cü il tarixində həmin qeyri-yaşayış sahəsində yanğın baş vermişdir. Yanğın zamanı ona məxsus müxtəlif növdə, adda və markada əşyaları yanaraq yararsız vəziyyətə düşmüş və nəticədə ona 53890 manat məbləğində ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Sözügedən yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış, tərəflərin izahatları alınmış, iş üzrə xx.xx.2023-cü il tarixli 10/4883 saylı məhkəmə yanğın-texniki ekspertizası barədə müvafiq rəy tərtib olunmuşdur. Keçirilmiş ekspertiza rəyinin nəticəsi olaraq müəyyən edilmişdir ki, ünvan 2 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən İddiaçı məxsus, icarə müqaviləsi əsasında Cavabdeh2 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi obyektin anbar otağına daxil olduqda girişdən sol tərəfdə divarın üzərində quraşdırılmış elektrik yuvasının yerləşdiyi hissədə olmuşdur. Yanğın-texniki mənbə zonasında olan elektrik naqillərində yaranmış qısaqapanmanın təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydasının” 2.1.1.15, 2.1.2.3, 2.1.2.10-cu bəndlərinin və “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi Qaydalarının” 6.1, 6.2, bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən obyektin elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini, eləcədə obyektin elektrik qurğularını yanğın-texniki və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, Elektrik qurğularının quraşdırılması Qaydasının” 2.1.1.15, 2.1.2.3, 2.1.2.10-cu bəndlərinin və “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi Qaydalarının” 6.1, 6.2-ci bəndlərinin tələbləri iş materialllarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin tələblərinə görə, obyekti qüvvədə olan yanğın-texniki təhlükəsizliyi qaydalarına uyğun istifadə edilməyə yararlı vəziyyətdə İcarəçinin istifadəsinə verilməsini öz öhdəsinə götürmüş obyektin sahibi İddiaçı tərəfindən pozulmuşdur. Həmçinin qərarda göstərilmişdir ki, “Beləliklə hadisə yerinə baxışla, alınmış izahatlarla, toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən obyektin sahibi kimi, üzərinə yanğın-texniki təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda Elektrik qurğularının quraşdırılması Qaydasının” 2.1.1.15, 2.1.2.3, 2.1.2.10cu bəndlərinin və “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi Qaydalarının” 6.1, 6.2-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, özünə məxsus obyektdə yanğıntexniki təhlükəsizliyinə riayət etməmiş, elektrik xətlərinin növlərinin və naqillərin, kabellərin çəkilmə üsullarının seçilməsində elektrik təhlükəsizliyi və yanğın-texniki təhlükəsizliyi tələblərinin nəzərə alınmasını, yanan materiallardan örtükləri olan mühafizə olunmuş naqillərin və mühafizə olunmamış naqillərin qapalı taxçalardan, tikinti konstruksiyalarının boşluqlarından, şırımlardan və s. yanan konstruksiyalar mövcud olan yerlərdən gizli çəkilmələr aparılarkən naqillərin və kabellərin hər tərəfdən yanmayan materialdan olan bütöv qat ilə mühafizə etməsini təmin etməmişdir. Bu səbəbdən də qısaqapanmanın təsirindən yanğın baş vermiş və maddi ziyan İddiaçı özünə dəymişdir.” Nəticədə İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Lakin cavabdehin əməlində cinayət tərkibinin olmaması onun mülki məsuliyyətini istisna etmir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə görə obyekti yanğıntexniki təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin vəzifəsidir. Göründüyü kimi yanğın-texniki nəticəsində təqsirinin olmaması, həmçinin ona dəymiş zərər istintaq yolu ilə, iş üzrə keçirilmiş və bu sahədə xüsusi biliyə malik olan ekspertlər tərəfindən verilmiş rəy əsasında sübut və təsdiq olunur. Həmçinin icarə müqaviləsinin 5.3.5-ci maddəsində icarə sahəsinə icarəçinin təqsiri ucbatından öz hesabına aradan qaldırmaq və ya zərərin əvəzini ödəmək İcarəçinin vəzifəsi kimi təsbit olunmuşdur. Müqavilənin 9.3-cü maddəsində göstərilmişdir ki, təbii fəlakətlər və İcarəçinin təqsiri olmayan digər hadisələrdən zədələnmələrə görə icarəçi heç bir məsuliyyət daşımayacaq. Göründüyü kimi tərəflər azad şəkildə, müqavilə azadlığı prinsipinə uyğun olaraq öz iradə ifadələrini bəyan etmişlər, bağladıqları müqavilə ilə öz öhdəliklərinin həcmi barədə, həmçinin məsuliyyətdən azad edən hallarla bağlı razılığa gəlmişlər. İşin hallarından da göründüyü kimi müqavilə şərtləri icarəyə verənin təqsiri nəticəsində pozulmuşdur. Həmçinin eyni tarixli, xx.xx.2022-ci ildə digər sadə, notarial qaydada təsdiqlənməyən icarə müqaviləsi ilə 10000 manat məbləğində pul icarəyə verənə depozit kimi verilmişdir ki, bugünki vəziyyətdə də həmin məbləğ ona vurulmuş ziyan kimi qaytarılmalıdır. İlkin iddia üzrə iddiaçı, onun nümayəndəsi və vəkilləri lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi xahişini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkillərinin məhkəmə iclasının təxirə salınma vəsatətləri ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilləri dəfələrlə məhkəmə iclasının təxirə salınması, dayandırılması barədə vəsatətlər vermişlər. İlkin iddia üzrə iddiaçının iki vəkilinin olmasına baxmayaraq, məhkəmənin baxış iclasında vəkillərdən biri üzrlü səbəbi təsdiq edəcək sübut təqdim etsə də, digər vəkil üzrlü hesab edilə biləcək halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilən halları, işə baxılma müddətini və cavabdehin etirazını nəzərə alaraq məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X10 bildirmişdir ki, ona tərəfinin verdiyi məlumata əsasən sığortadan ödəniş alınmamışdır. Onun ödəniş alınması ilə bağlı məlumatı yoxdur. Əgər sığorta ödənişi edilibsə, bu o deməkdir ki, onların təqsiri yoxdur. O, tərəfini təmsil edir və onun verdiyi informasiyaları məhkəmədə bildirir. Onlara sığortadan 5000 manat təklif edilmişdi, lakin onlar qəbul etməmişdilər. İş üzrə FHN tərəfindən araşdırılma aparılmış, həmçinin ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, yanğına səbəb qısaqapanma olmuşdur. Bunda isə təqsirkar obyekti icarəyə verən şəxs İddiaçıdır. Bundan başqa məhkəmə tərəfindən də ekspertiza keçirilmişdir. Lakin, ekspertiza keçirilən zaman obyekt təmir etdirilmişdi, qarşı tərəf bu barədə məhkəməyə məlumat verməmişdir. Hadisə yeri təmir olunduğu üçün ekspert rəyinin verilməsi mümkün olmamış və suallara cavab verilməsindən imtina edilmişdir. Qarşı tərəf artıq yüklənmə olmasını istina edir. Səbəb kimi soyuducuların eyni anda qoşulu olmasını göstərir. İlkin rəydə də göstərilir ki, lazımı qaydada təhvil verilmədiyinə, yanan materiallardan istifadə edildiyinə, naqillərin ötürücülük qabiliyyətində problem olduğuna görə icarəyə verənin təqsiri olmuşdur. Qarşı tərəf isə yanğına aidiyyatı olmayan ekspert Şükür Hüseynovun imzası olan rəy təqdim edib. Təqsir guya onlarda olmuşdur. Halbuki, həmin ekspertin rəy verməyə səlahiyyəti olmamışdır və yalan rəy vermişdir. Onlar bunun üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdilər. Lakin, həmin vəsatətə baxılmayıb. Bundan başqa isə ekspertlər bildirdilər ki, yanğın soyuducular olan divarda deyil, digər divarda baş vemişdir. İki rəy verilmişdir və hər iki rəydə Cavabdeh2 təqsiri olmaması öz əksini tapmışdır. Hadisə yeri artıq yoxdur. Daha sonra tərəflər arasında olan icarə müqaviləsinə əsasən yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə cavabdeh olan şəxs icarəyə verənin özüdür. Həmçinin təbii fəlakətlər və digər hadisələr baş verən zaman əgər icarəçinin təqsiri yoxdursa o məsuliyyət daşımır. Yəni, tərəflər müqavilə ilə öz məsuliyyətlərinin həcmi barədə razılığa gəliblər. Yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan qarşı tərəfdir. Çünki soyuducular onun mülkiyyətindədir. Qarşılıqlı iddia barəsində bildirir ki, 10000 manat da 63000 manatın bir hissəsidir. 10000 manat tərəfi depozit qoymuşdur və bu işin mübahisəsiz halıdır. Depozit üçün ayrıca müqavilə bağlanmışdır. Həmin müqaviləni də məhkəməyə təqdim etmişdir. Əlyazma formasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqavilədir. Onların da obyektdə əşyaları olmuşdur. Həmin əşyalar yanmışdır. Qarşı tərəf də özü bunu qəbul etmişdir. Məhkəmə əgər sığorta ödənişi edilməsini qəbul edərsə də, heç bir etirazı yoxdur və elə olan zaman 63000 manata münasibətdə nəzərə alınmalıdır. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, onlar tərəfindən razılaşma əsasında təxminən 20000 manata yaxın sığorta ödənişi edilmişdir. Dəqiq məbləğ barədə məlumatı yoxdur. Hazırda sənədlər onda deyil. Elektron sistemə yüklənəcəkdir. İddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X13 bildirmişdir ki, təhvil-təslim aktı əsasında obyekt tam yararlı vəziyyətdə cavabdehə təhvil verilmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən icarəçi hər hansı dəyişikliyi, kabinetin təyinatının dəyişdirilməsini icarəyə verənə məlumat vermədən edə bilməzdi. Lakin, otağın təyinatını dəyişdirərək anbar etmələri barədə ona heç nə deyilməmişdir. Onun obyektinin tam yararlı olması, icarə müqaviləsi, təhvil-təslim aktı ilə təsdiq olunur. Təhqiqatçının tərtib etdiyi rəydə yazır ki, 3 istirahət otağı var. Halbuki təhvil-təslim aktında 4 kabinet olması yazılıb. Hadisə gecəsi Sevda xanım ona zəng elədi. O gedəndə artıq yanğın söndürən gəlmişdi. İlk verdiyi sual kiminsə xəsarət alıb-almaması ilə bağlı oldu. Onun yanında hind vətəndaşı var idi və ikisi də ağlayırdı. O, yanğının nədən baş verdiyini soruşduqda, Sevda xanım bilmədiyini, 2 gün əvvəl soyuducunu təmir etmək üçün usta çağırdıqlarını bildirib. Yanğın söndürənlər hadisənin səbəbinin təyinatı dəyişən otaq olduğunu bildiriblər. Hadisə yeri su içərisində qalmışdı. Ədliyyə Nazirliyinin ekspertləri də baxış keçirdikdən sonra təmir oluna biləcəyini düşünüb təmir etdiriblər. O, Sevda xanıma dəstək olmağını bildirsə də, Sevda xanım sığortadan pul alıb təmir edəcəyini qeyd edib. Onun niyyəti məsələni birlikdə həll etmək idi. Bir müddət keçdikdən sonra Sevda xanım sığortadan pul almağı gözlədiklərini bildirdi və məsələ bu formada uzandı. Daha sonra isə Sevda xanım obyektdən çıxmaq istədiyini, qiymət müəyyən edilməsini və təmir pulunu ödəmək üçün hazır olduğunu bildirdi. Soyuduculardan 3-ü qarşı tərəfin, biri isə onun idi. Qarşı tərəf başqa restoranlarından da əşyalar gətirmişdirlər. Qarşı tərəfə məxsus 2 soyuducu zavoddan alındığından onların markasını təyin etmək olar. Lakin, digəri sexdə kustar üsulla hazırlanmış soyuducudur. Ekspert soyuducuların qoşulu olmadığını bildirsə də, Sevda xanım yanğından sonra soyuducudakı ərzaqları təmizləyirdi. Soyuducuların 4-ü də dolu vəziyyətdə olub. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil4 bildirmişdir ki, oxşar işlər üzrə artıq Ali Məhkəmənin hüquqi mövqeyi vardır. Həmin qərarda icarəçinin hüquq və vəzifələri göstərilib. İcarəçi tərəfindən yanğın təhlükəsizliyinə nəzarət edilməlidir. Yəni obyekt icarəçinin istifadəsinə verildiyi üçün o hərtərəfli nəzarət etməli idi. Əgər hər hansı problem olarsa onu icarəyə verənə bildirməli idi. Hazırki iş üzrə icarəçi öz vəzifələrini pozmuşdur. Onların obyektində anbarları olmayıb, bu barədə təhvil-təslim aktı da var. İcarəçi kabinetin təyinatını dəyişdirərək 4 soyuducu qoyub və nəticədə yüklənmə baş verib. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, binanın təhvil-təslim aktı var, kabinet kimi verilən bir otaqdan anbar kimi istifadə edilməsi bu işin təkzib edilməz tərəfidir. Texniki normalar pozulmuş, kabinet olaraq verilən otaqdan anbar kimi istifadə edilərək soyuducular qoyulmuş və nəticədə şəbəkə yüklənməsi baş vermişdir. Belə ki, elektrik şəbəkəsinə onun gücünə uyğun olmayan əlavə qurğular qoşulduqda şəbəkə yüklənir və nəticədə yanğın baş verir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X11 bildirmişdir ki, ekspertiza baxışı keçirilən zaman hadisə yeri təmir etdirilmişdi. Hadisə yeri olmadığı üçün tədqiqat aparması mümkün olmamışdı. Obyekt tikilən zaman obyektdə hansı qurğuların olacağına uyğun olaraq elektrik xətləri çəkilməlidir. Çünki hər bir elektrik xəttinin yük daşıma qabiliyyəti müxtəlifdir. Elektrik xətləri və soyuducuların sənədləri təqdim edildiyi halda müəyyənləşdirmə aparıla bilər. Soyuducuların gücü və elektrik xətləri barədə məlumatlar verilməldir. Elektrik xətləri yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq çəkilməlidir. Elektrik xətləri yanmayan tavanların daxilində və ya kənarda çəkilməldiir. Elektrik xəttində qısaqapanma olan zaman ondan yaranan qığılcım hansısa hissəyə düşür və onun düşdüyü hissə yanır. Buna görə də elektrik xəttinin olduğu yerə yaxın yanan material olmamalıdır. Qısaqapanmada qığılcım yaranır, düşdüyü yeri yandırır, lakin artıq yüklənmədə isə qırılmış vəziyyətdə olan kömürləşmiş xətlər yandırır. Yəni, vəziyyətdən asılı olaraq müəyyən edilə bilər. Qısaqapanma və artıq yüklənmə fərqli anlayışlardır. Qısaqapanma adətən izolasiya örtüklərinin pozulması nəticəsində yaranır. Xəttin izolasiyasının pozulması qısaqapanma törətmir. Açıq vəziyyətdə olan elektrik xətti nəyəsə toxunduğu halda yanğın baş verə bilir. Qaydalara əsasən müvafiq güc hesablanmalıdır və xətlər ona uyğun çəkilməlidir. Yanğının baş vermə müddəti xəttin çəkilməsindən, yerləşdiyi yerdən də asılıdır. Yeni qurğu quraşdırılırsa artıq elektrik xətləri ona uyğun quraşdırılmalıdır. Qısaqapanma və artıqyüklənmədən yanmış naqilləri ayırd etmək olur. Naqillər üzərində olan izlərə uyğun yanğının səbəbi müəyyən edilir. Cinayət işi üzrə də onlar ekspertiza aparılmasında iştirak edərək rəy veriblər. Onların verdiyi rəyə görə hadisə qısaqapanma səbəbindən baş vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X4 bildirmişdir ki, o, tikinti üzrə tədqiqat aparmışdır. Hadisənin səhəri günü hadisə yerində olmuşdur. Həmin xətlərin hansı hissəsinin kəsib götürülməsini onlar özləri tədqiqatçıya söyləmişlər. Xətlərin üzərində qısaqapanma əlaməti də var. Qısaqapanmanın əlaməti tumurcuqlanmadır. Artıqyüklənmədə xəttin izolasiya örtüyü əriyir, xəttə heçnə olmur. Elektrik xətlərinin üzəri taxta örtüklər ilə örtülmüş vəziyyətdə idi. Bu isə yanğının inkişafına şərait yaradan amildir. Həmin hissəni onlar kəsib götürmüşdülər və orada qısaqapanmanın izləri var idi. Soyuducular otağa daxil olduqda sağ divar boyu quraşdırılmışdı. Yanğın olan divarda elektrik yuvası və açarlar var idi. Elektrik uzadıcısı ərimiş formada idi. Tərəf bildirir ki, otağın təyinatının dəyişməsi yanğına səbəb olub. Lakin, onlar bu barədə heçnə deyə bilməzlər, belə ki, otaqlardakı xətlərin hansı gücə malik olduğunu bilmirlər. Buna görə də təyinatın dəyişdirilməsinin yanğına səbəb olması məsələsi barədə fikir söyləyə bilməzlər. Soyuducuların arxa hissəsində uzadıcı var idi. Soyuducuların ona qoşulub-qoşulmamasını xatırlamır. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” İddiaçı ünvan 2 ünvanında, “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 194 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.metrini “İcarəçi” Cavabdeh1 MMC-yə (direktoru Cavabdeh2) icarəyə verməyi, “İcarəçi” isə həmin sahəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Aylıq icarə haqqı 2326 manat təşkil edir. İcarə müqaviləsi xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 2 il müddətinə bağlanılır; - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “İcarəyəverən” İddiaçı və “İcarəçi” Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 icarə sahəsində olan avandanlıqlar və inventar siyahısını imzaları ilə təsdiq etmişlər; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, 05 iyul 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, İddiaçı məxsus, icarə müqaviləsi əsasında Cavabdeh2 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində yanğın baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Royals” adlanan restoran içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür; - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 05 iyul 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, baş vermiş yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə səbəb olmamış, 50700 manat maddi ziyan İddiaçı özünə dəymiş, Cavabdeh2 dəymiş maddi ziyan isə ağır nəticə kimi qiymətləndirilmir; - İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 104 nömrəli mütəxəsis rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş materiallarda olan məlumatları nəzərə almaqla, yanğının termikı təsirindən qeyri-yaşayış sahəsinin tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin nisbi xarakterinə görə, yanğının mənbəyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (“Royals” adlanan restoranın) anbar kimi istifadə olunmuş otağının girişdən sol yaxın künc hissəsində yerləşmişdir. Yanğın restoranın anbar kimi istifadə olunmuş otağının girişdən sol yaxın künc hissəsində (yanğının mənbəyində) yerləşən elektrik qurğularında (elektrik xətlərində, uzadıcılarda, avadanlıqlarda və cihazlarda) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın, artıq dövrə yüklənməsi, birləşmə yerlərində keçiriçi müqavimətinin artması, izolyasiya müqavimətinin azalması və s.) təsirindən yaxınlığında yerləşən yanan materialların alışmasından baş vermişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (“Royals” adlanan restoranın) elektrik qurğularında vaxtaşırı olaraq yoxlama və sınaq işləri aparmaqla onların saz vəziyyətdə saxlanması təmin edilmədiyinə, elektik şəbəkələrinin (xətlərin, mühafizə aparatların və s.) düzgün seçilib qoşulan yüklərə uyğun olmasının yoxlanılması aparılmadığına, otağın təyinatı (kabina otağı kimi nəzərdə tutulmuş otağın içərisində 4 ədəd soyuducular qoyulmaqla anbar kimi istifadə olunmuşdur) dəyişdirməklə elektrik şəbəkəsi qoşulan yüklərə uyğun olub-olmaması (buraxılış qabiliyyəti) yoxlanılmadan həmin otağın şəbəkəsinə əlavə elektrik avadanlıqları (4 ədəd soyuducunun və s.) qoşulduğuna, həmin otaqda müvəqqəti elektrik şəbəkələri (elektrik uzadıcıları) qurulmaqla onların istismarına yol verildiyinə, elekrtik naqillərdə birləşmələr “soyuq burma” üsulu ilə aparıldığına, elektrik rozetkaları bilavasitə divarlarda olan taxta bəzəyin üzərində quraşdırdığına görə, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 6.1; 6.2 bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının (YTQ № 03-2002) 3.5.6; 3.5.7; 3.5.15; 3.5.16; 3.5.18 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15; 2.1.2.3; 2.1.2.10 bəndlərinin tələbləri pozulmuşdur. Yanğın hadisəsinin restoranın məhz təyinatı dəyişilmiş otağın daxilində baş verdiyini, həmin otaqda nəzərdə tutulmamış 4 ədəd soyuducunun quraşdırıldığını, elektrik şəbəkəsi qoşulan yüklərə uyğun olub-olmamasının (buraxılış qabiliyyəti) yoxlanılmadığını, həmin otaqda müvəqqəti elektrik şəbəkələri (elektrik uzadıcıları) qurulmaqla, onların istismarına yol verildiyini nəzərə aldıqda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 6.1; 6.2 bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar ücün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 03-2002) 3.5.6, 3.5.7; 3.5.18 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.2.3 bəndinin tələbləri icarəçi Cavabdeh2 tərəfindən pozulmuşdur ki, bu da hadisənin baş verməsinin bilavasitə texniki səbəbidir; - Cavabdeh2 tərəfindən İddiaçı və 48 saylı Notariat Ofisinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilənin birtərəfli qaydada xitam edilməsi barədə qarşı tərəfə məlumat verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü kil tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 MMC keçirilən mediasiya sessiyasında iştirak etməmişdirlər. Mediasiya xərci olan 400 manat İddiaçı tərəfindən ödənilmişdir; - Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4883 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən obyektin elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini, eləcədə obyektin elektrik qurğularını yanğın-texniki və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, Elektrik qurğularının quraşdırılması Qaydasının” 2.1.1.15, 2.1.2.3, 2.1.2.10-cu bəndlərinin və “Azərbaycan Respublikasında yanğın-texniki təhlükəsizliyi Qaydalarının” 6.1, 6.2-ci bəndlərinin tələbləri iş materialllarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin tələblərinə görə, obyekti qüvvədə olan yanğıntexniki təhlükəsizliyi qaydalarına uyğun istifadə edilməyə yararlı vəziyyətdə İcarəçinin istifadəsinə verilməsini öz öhdəsinə götürmüş obyektin sahibi İddiaçı tərəfindən pozulmuşdur; - İlkin iddia üzrə İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası “X6”nin xx.xx.2023-cü il tarixli 169 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında, hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 m2 olan qeyriyaşayış sahəsində baş vermiş yanğın nəticəsdində dəymiş ziyanın miqdarı 148049,6 manat müəyyən edilmişdir; - Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3386 saylı,11 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqat obyektində təmir-bərpa işləri aparıldığı üçün hadisə yerinin ilkin vəziyyətdə ekspertə təqdim edilməsi, bununla da baxış keçirərək yanğın izlərinin əyani surətdə müayinə edilməklə iş üçün zəruri halların, o cümlədən yanğının mənbə və səbəbinin müəyyən edilməsi mümkün olmadı. Hazırki ekspertiza üzrə baş vermiş yanğının səbəbinin müəyyən edilməsi mümkün olmadığına görə, 15 aprel 2024-cü il tarixli məktubla ekspert qarşısında qoyulan 2-ci sualın həlli imkan xaricindədir. Əlavə olaraq təqdim edilmiş 07 may 2024-cü il tarixli məktubla ekspert qarşısında qoyulan suallar məhkəmə yanğın və texnoloji ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat aparılmadı. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı (icarəyə verən) İddiaçı ona məxsus ünvan 1 ünvanında inşa edilmiş “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.metr hissəsini icarəçi Cavabdeh1 MMC-yə (Cavabdeh2) 2 il müddətinə icarəyə vermişdir. 05 iyul 2023-cü il tarixdə, saat 02 radələrində qeyri-yaşayış sahəsində yanğın baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Royals” adlanan restoran içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən yanğın-texniki təhlükəsizliyi qaydalarının pozulması nəticəsində qeyri-yaşayış sahəsində yanğın baş verdiyinə əsaslanaraq dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə yanğının baş verməsində icarəyəverənin təqsirinin sübuta yetirilməsinə əsaslanaraq qarşılıqlı iddia üzrə cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsini və müqavilə üzrə ödənilmiş avans məbləğinin (bron haqqının) geri qaytarılmasını xahiş edir. Məhkəmə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiası ilə bağlı aşağıdakıları qeyd edir. ünvan 1 ünvanında “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsində, obyektin icarəçinin istifadəsində olan zaman yanğın hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində obyektə və içərisində olan əşyalara zərər dəyməsi işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal zərərin vurulmasında təqsirli olan şəxsin müəyyən edilməsindən ibarətdir. Mülki Məcəllənin “zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması, dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Şəxs yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hazırki iş üzrə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi araşdırılarkən yanğının səbəbinin müəyyən edilməsi məqsədilə müstəntiq tərəfindən yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası keçirilmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus, icarə müqaviləsi əsasında X1 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi obyektin anbar otağına daxil olduqda girişdən sol tərəfdə divarın üzərində quraşdırılmış elektrik yuvasının yerləşdiyi hissədə olmuşdur. Yanğın mənbə zonasında olan elektrik naqillərində yaranmış qısaqapanmanın təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.1.1.15, 2.1.2.3, 2.1.2.10-cu bəndlərinin və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ №01-2001) 6.1, 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. ünvan 1 ünvanında yerləşən obyektin elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini, eləcə də obyektin elektrik qurğularını yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.1.1.15, 2.1.2.3, 2.1.2.10 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №01-2001) 6.1, 6.2 bəndlərinin tələbləri iş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsi”nin tələblərinə görə, obyekti qüvvədə olan yanğın təhlükəsizliyi qaydalarına uyğun istifadə edilməyə yararlı vəziyyətdə "İcarəçi"nin (Cavabdeh2) istifadəsinə verilməsini öz öhdəsinə götürmüş obyektin sahibi İddiaçı tərəfindən pozulmuşdur. Mülki iş üzrə məhkəmə tərəfindən yanğının baş vermə səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, lakin tədqiqat obyektində təmir-bərpa işləri aparıldığı üçün hadisə yerinin ilkin vəziyyətdə ekspertə təqdim edilməsi, bununla da yanğın izlərinin əyani surətdə müayinə edilməklə iş üçün zəruri halların, o cümlədən yanğının mənbə və səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə icarə müqaviləsi və yanğın təhlükəsizliyi ilə bağlı mövcud qanunvericilik normalarının, eləcə də tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 700.1 və 700.3-cü maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin kirayə verənin məsuliyyət daşıdığı halları müəyyən edən 676.0.2-ci maddəsinə görə kirayəyə verənin məsuliyyətinə aid olan hallardan biri də kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmasıdır. “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi” Qaydalarının 1.2 və 1.4-cü bəndlərinə görə, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Şöbələrin, bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Həmin Qaydaların 3.5.3-cü maddəsinə əsasən, elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar: Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək; Zonaların və ətraf mühit şəraitinin yanğın və partlayış təhlükəli təsnifatından asılı olaraq kabel, elektrik naqillərinin, mühərriklərinin, işıqlandırıcılarının və digər elektrik avadanlıqlarının düzgün seçilməsinə nəzarət etmək; Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq daxil və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək. Qaydaların 3.5.4 və 3.5.5-cü bəndlərinə uyğun olaraq bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı olmalıdır. Əriyən qoruyucu taxtalar kalibrləşdirməli və damğasında taxmanın nominal cərəyanı göstərilməlidir. Avtomatların və əriyən taxmaların nominal cərəyanı, cərəyan yükünə uyğun olmalıdır. Müvəqqəti elektrik şəbəkələrinin qurulmasına və istismar edilməsinə yol verilmir. Tikinti və müvəqqəti təmir-quraşdırma işlərinin aparıldığı yerlərdə işıq çihazlarını qidalandıran çırağban (ilyuminasiya) qurğuları və elektrik şəbəkəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qurulmalıdır. Növbətçi işığın, avtomatik yanğınxəbərverici və söndürücü qurğuların həcminin qidalandırılması üçün müstəqil elektrik şəbəkəsi nəzərdə tutulmalıdır. Müxtəlif cərəyan qəbulediciləri yenidən hər dəfə dövrəyə qoşularkən, elektirik şəbəkəsisinin buraxılış qabiliyyəti nəzərə alınmalıdır (“Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi” Qaydalarının 3.5.7, 3.5.17 və 3.5.18-ci bəndləri) Həmçinin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi” Qaydalarının 1.5 və 1.7-ci bəndlərinə görə, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qaydaların 6.1, 6.2 və 6.5-ci bəndlərinə uyğun olaaraq, elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydalar və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Elektrik qurğularının istismarı zamanı standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək qadağan olunur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1.1-ci bəndinə görə, icarə predmetini qüvvədə olan yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitargigiyena qaydalarına, tikinti normalarına və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliklərinə aiddir. Müqavilənin 5.2.2-ci bəndinə görə isə icarə predmetindən təyinatı üzrə və texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etməklə istifadə olunmasını icarəçidən tələb etmək icarəyə verənin hüquqlarından biridir. Müqavilənin 5.4-cü bəndində icarəçinin hüquqları müəyyən edilmişdir: Müqavilənin qüvvədə olduğu müddət ərzində icarə predmetinden onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək; İcarə sahəsində olan mühəndis şəbəkəsinin, kommunikasiyaların və avadanlıqların qorunub saxlanmasını təmin etmək; icarəçinin razılığı olmadan “icarə sahəsində açıq və bağlı naqillər və kommunikasiyalar quraşdırmamaq, planlı dəyişikliklər etməmək. Əgər icarəçinin özbaşına planlı dəyişikliklər etməsi, elektrik, qaz və digər telekommunikasiyalar quraşdırması, divar arakəsmələrinin çəkilməsi və ümumilikdə obyektin əvvəlki vəziyyətinə dəyişikliklərin edilməsi aşkar olunduğu təqdirdə İcarəyəverənin təyin etdiyi müddət ərzində İcarəçinin öz hesabına “İcarə sahəsini” ilkin vəziyyətinə qaytarmaq; “İcarəyə verənin yazılı razılığı ilə kiçik konstruktiv yenidən qurma və təmir işləri aparmaq. Müqavilənin 8.1-ci bəndinə görə isə “İcarəçi” əvvəlcədən “İcarəyə verənin” razılığına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunduğu halda dövlət və yerli özünü idarəetmə orqanlarının razılıq və icazələrini aldıqdan sonra icarə predmetini və ya onun müəyyən hissəsini dəyişiklik, təmir və abadlaşdırma işləri həyata keçirmək hüququna malikdir. Müqavilə şərtlərindən də göründüyü kimi, icarəyə verən icarə predmetini yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yararlı vəziyyətdə icarəçinin istifadəsinə verməli, icarəçi isə icarə predmetindən texniki-təhlükəsizlik qaydalarına riayət etməklə istifadə etməli idi. Həmçinin icarəçinin, icarəyəverənin razılığı olmadan icarə predmetində və ya onun müəyyən hissəsində dəyişikliklər etmək, elektrik və digər kommunikasiyalar quraşdırmaq, yenidən qurma işləri aparmaq hüququnun olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki iş üzrə iddiaçının, yəni icarəyəverənin təqsirinin olduğu cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Yanğından sonra icarə obyektinə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. İcarə obyekti təmir edildiyindən məhkəmənin əlavə araşdırma aparmaq imkanı olmamışdır. Lakin məhkəmə iş materiallarında mövcud olan sübutları, cinayət işinin rədd edilməsi materialını, tərəflərin izahatlarını, ekspertin məhkəmə iclasında dindirilərkən verdiyi izahatları müqayisəli şəkildə tədqiq edərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət daşımadığını nəzərə alaraq hesab edir ki, hər iki tərəf müqavilə üzrə öhdəliklərini pozduğundan vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, cinayət işi üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, yanğın elektrik naqillərində yaranmış qısaqapanmanın təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermişdir, elektrik qurğuları müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməmişdir, eləcə də obyektin elektrik qurğuları yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən obyekt yanğın təhlükəsizliyi qaydalarına uyğun istifadəyə verilməmişdir. Eyni zamanda ekspert rəyindən, məhkəmə iclasında və istintaq zamanı ekspertlərin verdiyi, icarəçinin cinayət işi üzrə verdiyi izahatlardan görünür ki, yanğın məhz anbar otağından başlamışdır. Anbarın sağ və sol hissələrində 4 soyuducunun quraşdırıldığı, sol küncdə olan soyuducunun gövdəsinin deformasiyaya uğradığı, soyuducunun elektrik xətlərinin yanmış, ərimiş vəziyyətdə olduğu, elektrik uzadıcıdan istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin icarəçi istintaq zamanı verdiyi izahatında yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin ona həvalə edildiyini, hadisə baş verən zaman soyuducuların işlək vəziyyətdə olduğunu, yanğın xəbərdaredici qurğuların isə işlək olmadığını bildirmişdir. İddiaçının izahatına görə qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən inşa edilmiş və alğı-satqıdan sonra elektrik təsərrüfatında hər hansı təmir işləri aparılmamışdır, anbar otağı əslində kabinet olmuşdur, cavabdeh onun razılığı olmadan kabinetin təyinatını dəyişdirmiş, anbar etmiş və ora 4 soyuducu (biri iddiaçıya məxsus olmuşdur) quraşdırmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş icarə sahəsinin avadanlıqlar və inventarlar siyahısını əks etdirən təhvil-təslim aktından da görünür ki, qeyri yaşayış sahəsi icarəçiyə təhvil verilərkən 4 ədəd kabinet, mətbəx, giriş, bar, tualet və resepşen kimi otaqlar, həmçinin 1 soyuducu təhvil verilmişdir. Həmin cədvəldə anbar otağı nəzərdə tutulmamışdır. Halbuki müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsində icarəyəverənin razılığı olmadan müvafiq dəyişikliklərin edilməsinə yol verilmirdi. Cavabdeh isə otağın təyinatını dəyişdirərkən, əlavə 3 soyuducu quraşdırarkən iddiaçının razılığını aldığına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh tərəfindən yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilik normalarının tələbləri pozulmuş, ictimai iaşə müəssisələrində elektrik uzadıcılarından istifadə edilməsi qadağan olunsa da, elektrik uzadıcısından istifadə edilmiş, 4 soyuducunun, təyinatı sonradan dəyişdirilmiş otaqda elektrik şəbəkəsinə quraşdırılarkən naqillərin cərəyan yükünün buna uyğun olub-olmamasının yoxlanmasına dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh yanğın təhlükəsizliyinə dair cavabdeh şəxs, əmlaka sahiblik edən şəxs olmasına baxmayaraq, elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışının və planlıxəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən halların vaxtında aradan qaldırılmasını təmin etmək, qısa qapanmalardan, artıq yüklənmələrdən, və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək kimi vəzifələrini yerinə yetirməmişdir. O da nəzərə alınmalıdır ki, obyekt artıq 1 il 6 ay idi ki icarəçinin sahibliyində idi. Mülki Məcəllənin 21.1 və 21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun olaraq, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələrini müəyyən edən 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddələrin məzmunundan göründüyü kimi, vurulmuş zərər araşdırılarkən, hər iki tərəfin təqsirinin olub-olmadığı müəyyən edilməli, zərərçəkən şəxsin də zərərin yaranmasına şərait yaradan davranışları nəzərə alınmalıdır. Hər bir halda zərərin ödənilməsi üçün zəruri dispozisiya şərtlərinə, zərərin təqsirli olan qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə yanaşı, zərər vuran şəxsin təqsirliliyi də aiddir. Hazırki iş üzrə hər iki tərəfin qanundan (müqavilədənkənar) və müqavilədən irəli gələn məsuliyyəti yaranmışdır. Digər tərəfdən sonuncu məhkəmə iclasında sığorta şirkətinin nümayəndəsinin verdiyi izahatlardan və sığorta aktının surətindən görünür ki, yanğın hadisəsi nəticəsində dəymiş zərərə görə Cavabdeh2 20000 manat məbləğində sığorta ödənişi edilmişdir. Halbuki qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinə məhkəmə tərəfindən dəfələrlə sığorta ödənişinin ödənilib-ödənilməməsi barədə sual verilsə də, sonuncu sığorta ödənişinin ödənilmədiyini, 5000 manat pul təklif edildiyindən həmin məbləği qəbul etmədiklərini bildirmişdir. Sonuncu məhkəmə iclasında isə 20000 manat ödənilsə belə həmin məbləğin dəymiş zərərdən az olduğunu, onlara daha çox zərər dəydiyini, ödənilən məbləğin tələb edilən məbləğdən çıxılmaqla qalan məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olduğunu bildirmişdir. Məhkəmə sığorta ödənişinin məbləğinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyini, hadisə yerinin təmir edildiyini, əşyaların daşındığını, işin digər diqqətəlayiq hallarını nəzərə alaraq dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. Beləliklə, məhkəmə zərərin yaranmasında hər iki tərəfin təqsirinin olduğunu, yanğının baş verməsinə hər iki tərəfin müqavilə və qanunla müəyyən edilmiş öhdəliklərinə əməl etməmələrinin səbəb olduğunu, iddiaçıya daha çox zərər dəydiyini, icarəçiyə sığorta şirkəti tərəfindən sığorta ödənişinin (20000 manat) ödənildiyini nəzərə alaraq, ilkin iddia üzrə iddiaçının dəymiş zərərin əvəzi kimi 148.049,60 manat pulun, qarşılıqlı iddia üzrə iddiaçının vurulmuş zərərə görə 53890 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində vurulmuş zərərə görə ümumilikdə 63890 manat pulun tutulmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan göründüyü kimi, vurulmuş zərərə görə 53890 manat pul, 10000 manat pul isə ödənilmiş avansın geri qaytarılması üçün tələb olunur. İlkin iddia üzrə iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilmədiyindən, həmin tələbdən asılı olan əldən çıxmış faydanın əvəzi kimi 84000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, ekspertiza xərclərinin əvəzi kimi 2.000 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın əvəzi kimi 400 manat pulun ödənilməsi tələbləri də prosessual qənaət prinsipi baxımından əlavə araşdırma aparılmadan təmin ediməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının icarə müqaviləsi üzrə ödənilmiş avansın geri qaytarılması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli (ikinci) icarə müqaviləsinin 4.4.10-cu bəndinə görə “İcarəçi” və “İcarəyə verən” arasında verilmiş razılığa əsasən, “İcarəçi” “İcarə sahəsi”ni ən azı 1 il ərzində icarəyə götürür. “İcarəçi” “İcarəyə verən” ə 10000 manat məbləğində depozit ödəyir. Razılığa əsasən bir il müddətində bu müqaviləyə xitam verildikdə, “İcarəyə verən” 10000 manat məbləği “İcarəçi”yə qaytarmır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 2 il müddətinə bağlanılır. Müqavilənin 4.4.11-ci bəndinə görə isə, müqavilənin 3.1-ci maddəsinə əsasən “İcarəyə verən” “İcarəçi”yə 10000 manat depoziti geri qaytarır. Müqavilənin şərtlərindən göründüyü kimi, müqavilə 2 il müddətinə bağlanılır, icarəçi icarəyə verənə 10000 manat depozit ödəyir. 1 ilədək müddətə müqaviləyə xitam verilərsə icarəyə verən depoziti qaytarmır, digər hallarda isə depozit icarəçiyə geri qaytarılır. Mülki Məcəllənin 688.1 və 688.2-ci maddələrinə əsasən kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı): əgər kirayəyə verənə, onun müavinlərinə və ya vasitəçilərinə ödənilmişdirsə, kirayə müqaviləsinin bağlandığı zaman əmlak kirayəsi haqqının hesabına daxil edilir. Əgər vasitəçi daşınmaz əmlakla əqdlər üzrə maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və yalnız qalan hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir; əgər iki aylıq kirayə haqqının məbləğindən yüksəkdirsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt geri tələb edilə bilər; əgər kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması imkanı təmin edilməzsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər. Əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir. Qeyd edilənlərdən göründüyü kimi, müqavilə təminatı olaraq öncədən müəyyən bir məbləğin - bron və ya ehtiyatda saxlama haqqının razılaşdırılaraq ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmuşdur. Müqavilə şərtlərindən göründüyü kimi, ödənilən məbləğ depozit adlandırılsa da əslində bron və ya ehtiyatda saxlama haqqı olmaqla müqavilənin 1 ildən çox müddətə davam edəcəyinə dair öhdəliyin təmini üsulu kimi çıxış edir. Hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə tərəflər 10000 manat depozit məbləğinin ödənilməsini və müqavilə müddəti bitdikdən sonra depozitin geri qaytarılmasını razılaşdırmışlar. İstisna hal kimi müqavilənin 1 ildən az müddətə davam etməsi göstərilmişdir. 100000 manat pulun depozit kimi ödənilməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı və 48 saylı Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin birtərəfli qaydada xitam edilməsi barədə qarşı tərəfə məlumat verilmişdir. İcarəçi həmin halı mübahisələndirməmişdir. Həmçinin yanğın hadisəsindən, yəni 05 iyul 2023-cü il tarixdən etibarən tərəflər arasında olan münasibətlər pozulmuşdur. Məhkəmə, tərəflər arasında müqavilə münasibətlərinin bitdiyini, mülki hüquq subyekti kimi iradə sərbəstliyini əks etdirən və onların müqavilə azadlığı hüququndan istifadə etməklə bağlamış olduqları müqavilə şərtlərini, icarə müqaviləsinin 1 ildən çox müddətə davam etdiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia depozit (ehtiyatda saxlama haqqı) kimi ödənilmiş 10000 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəndə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin xüsusi qərardad çıxarılmasına dair vəsatəti ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı qeyd edir ki, ekspertiza hər iki tərəfə vurulmuş zərərlə bağlı keçirildiyindən və iddia həmin hissədə hər iki iddiaçıya münasibətdə təmin edilmədiyindən məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul hər iki tərəfdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir. Qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 manatı ilkin iddia üzrə İddiaçı, 50 manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 (əlli) manatı ilkin iddia üzrə İddiaçı, 50 (əlli) manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar