Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-96/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh “ArchiCo» MMC-nin nümayəndəsi X3 Üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “ArchiCo» MMC-yə qarşı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikası Maraqlı şəxs1 müstəqil tələbi irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla «Azərbaycan Respublikası Maraqlı şəxs1 86 saylı xx.xx.2016-ci il tarixli Qərarının icrası və "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli bağlanmış müqavilənin təmin edilməsi haqqında və ya ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “ArchiCo» MMC-yə qarşı “Azərbaycan Respublikası Maraqlı şəxs1 86 saylı xx.xx.2016-ci il tarixli Qərarının icrası və "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli bağlanmış müqavilənin təmin edilməsi haqqında və ya ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə “İkinci” tərəf adlandırılmış Azərbaycan Respublikası Maraqlı şəxs1, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin Başçısı, Cavabdeh MMC, Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyinin yerinə yetirilməsinin və ona əlavə olaraq 37,07 kv/m olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi olan mənzili ilə təmin etməsi, və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması haqqında Qətnamə çıxarılmaqla cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İddiaçı, gələcəkdə “Birinci” tərəf adlandıracaq, bir tərəfdən, digər tərəfdən bu müqavilədə gələcəkdə “İkinci” tərəf adlandıracaq, Azərbaycan Respublikası Maraqlı şəxs1 86 saylı xx.xx.2016-ci il tarixli Qərarırnın icrası məqsədi ilə Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin Başçısının xx.xx.2016-ci il tarixli, 197 nömrəli sərəncamı və Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirən və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MMC (adından Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə 7E-852 nömrəli reyestrlə qeydiyyatda alınmış etibarnamə əsasında çıxır edir X4) bu Müqaviləni aşağıdaki şərtlərlə bağladılar: Müqavilənin Predmeti: 1.1-"xxxx" MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada Zenfira Ağamurad qızının adına olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100,19 kv/m olan 1 otaqlı mənzilin əvəzinə 20% artıq,B2 blokunun 7-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 143 nömrəli mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 2021-ci ildə Cavabdeh MMC tərəfindən müqavilədə vəd olunan binada mənzili təqdim edərkən, təmir işləri icra olmuş vəziyyətdə, baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilin ümumi sahəsi 83,3 kv/m təşkil edir. Yəni, müqavilə üzrə öhdəlikdə olan 120,37 kv/m olan ümumi sahədən 37,07 kv/m çatmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. Bu barədə cavabdehlərə və maraqlı şəxsə pretenziya qaydasında göndərdiyi məktubuna "xxxx" MMC onun ilə razılaşmadığını və müqavilədə əks olunmuş kimi yeni ona təklif olunan mənzilin 120.37 kv.m olduğunu qeyd edir. Digər cavabdeh tərəfindən cavab verilməmişdir. Belə olan halda hesab edir ki, müqavilədə “İkinci” tərəf kimi qeyd olunan, mərkəz və yerli icra orqanları tərəfindən, müqavilənin icrasına nəzarət və üzərinə aid olan hissəsinə icrasını təmin etməlidirlər. Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyini yerinə yetirilməlidir və ona əlavə olaraq 37,07 kv/m olan sahəni verməli və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi mənzili ilə təmin etməli, və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi tikinti sahəsinin müqavilədə göstərilən sahəsi ilə uyğun olmamasını əsas gətirərək yaranmış fərqə görə kompensassiya ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC əvəzləşmə qaydasında İddiaçı mülkiyyətinə ümumi tikinti sahəsi 120,37 kv.m təşkil edən mənzili verməyi öhdəsinə götürmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7710 saylı rəyindən göründüyü kimi mənzilin ümumi tikinti sahəsi 120,4 m2 təşkil edir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə predmeti olan mənzilin ölçü meyarı olaraq onun ümumi tikinti sahəsinin (brutt sahəsinin) göstərilməsi qanun pozuntusu deyil, bu müqavilənin etibarsızlığı, ləğvi üçün əsas deyil. Bundan başqa Cavabdeh MMC-yə qarşı anoloji tələb üzrə iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-227/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə tərcüməsini formalaşdıran Cavabdeh MMC-yə qarşı başqa anoloji tələb üzrə iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2265/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa Nəsimi RİHB-mn xx.xx.2022-ci il tarixli, 3/55 nömrəli məktubundan göründüyü kimi Nəsimi RİHB-nın 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və 1 ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. Açıq aşkar görünür ki Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 mart 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində göstərilmiş mənzillərin ümumi tikinti sahəsi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7710 saylı rəyi ilə müəyyən edilmiş mənzilin ümumi tikinti sahəsi eynilik təşkil edir və öhdəlik pozulmamışdır. Bu səbəblərdən də hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi işin baxılmasına mane olmur. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 07 mart 2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada Zenfira Ağamurad qızının adına olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100,19 kv/m olan 1 otaqlı mənzilin əvəzinə 20% artıq, B2 blokunun 7-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 143 nömrəli mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısına və Azərbaycan Respublikası Maraqlı şəxs1nə xx.xx.2023-cü il tarixli ərizə ünvanlanaraq, müqavilədə “İkinci” tərəf adlandırılmış Azərbaycan Respublikası Maraqlı şəxs1, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin Başçısı, Cavabdeh MMC, Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyinin yerinə yetirilməsinin və ona əlavə olaraq 37,07 kv/m olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi olan mənzili ilə təmin etməsi, və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması haqqında tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 23 fevral 2022-ci il tarixli 81/22 №-li məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə onlar tərəfindən bütün öhdəliklərin icra edildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/3953 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 143 saylı mənzilin faktiki sahəsinin 107,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Əldə edilmiş ölçülər əsasında aparılmış hesablamalar nəticəsində İddiaçı təqdim olunan ünvan 2 ünvandakı binanın B-2 blokunun 7-ci mərtəbəsində 3 otaqlı 143 nömrəli mənzilin ümumi tikinti sahəsinin 120.37 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ümumi tikinti sahəsi 120,37 kv.m-dən ibarət olan 143 nömrəli mübahisəli mənzilin plan üzrə faktiki mövcud olan sahələrinin (yataq otağı 19.79 kv.m., yataq otağı 19.80 kv.m., zal 26.79 kv.m., mətbəx 12.01 kv.m., holl 21.28 kv.m., eyvan 5.32 kv.m., eyvan 8.43., sanitar qovşağı 3.71 kv.m., sanitar qovşağı 3.24 kv.m.) ölçülərinin müqavilədə və planda qeyd olunan ölçülərlə uyğun olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 10/7710 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvandakı binanın B2 blokunun 7-ci mərtəbəsində yerləşən 143 nömrəli mübahisəli mənzilin plan üzrə faktiki mövcud olan sahəsinin ölçüsü hər biri ayrı-ayrılıaqda yataq otağı 17,6 kv.m., yataq otağı 17,7 kv.m., zal 23,6 kv.m., mətbəx 12,5 kv.m, holl (dəhliz) 19,5 kv.m., eyvan (lociya) 2,9 kv.m., eyvan (balkon) 6,5 kv.m., sanitar qovşağı 3,4 kv.m., sanitar qovşağı 3,0 kv.m. olmaqla, həmin mənzilin faktiki sahəsinin 106,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, baxış zamanı aparılmış əldə olunmuş məlumatlar əsasında “AutoCad” proqramı vasitəsi ilə aparılmış hesablamalara əsasən, ünvan 2 ünvandakı binanın B2 blokunun 7-ci mərtəbəsində yerləşən 143 nömrəli mübahisəli mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələrin 13,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda sözügedən mənzilin ümumi tikinti sahəsinin (mənzilin faktiki sahəsi ilə tikintialtı sahə birlikdə) 120,4 kv.m (106,7+13,7) təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş X5 tərəfindən verilmiş 03 may 2023cü il tarixli 55 №-li Rəydən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq, İddiaçı təqdim olunan ünvan 2 ünvanındakı binanın B2 blokunun 7-ci mərtəbəsində yerləşən 143 nömrəli mənzilin faktiki ümumi sahəsinin 100.7 kv.m, o cümlədən yataq otağının sahəsinin 16.8 kv.m, yataq otağının sahəsinin 16.6 kv.m, zalın sahəsinin 23.3 kv.m, mətbəxin sahəsinin 12.1 kv.m, hollun sahəsinin 18.7 kv.m, sanitariya qovşağının sahəsinin 2.9 kv.m, sanitariya qovşağının sahəsinin 3.0 kv.m, eyvanının sahəsinin 6.0 kv.m, lociyanın sahəsinin 1.3 kv.m. olduğu müəyyən edilir. Mənzilin faktiki ümumi sahəsi və ölçüləri ilə müqavilə və plan üzrə mövcud olan ölçülər və sahələri arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 3-cü bəndinin tələblərinə mübvafiq olaraq, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Kommunikasiya xətlərinin keçdiyi sahələr (sobalar, şaxtalar) mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 07 mart 2017-ci il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada iddiaçının adına olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100,19 kv/m olan 1 otaqlı mənzilin əvəzinə 20% artıq, B2 blokunun 7-ci mərtəbəsində təmirli 3 otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 143 nömrəli mənzili “Mülkiyyətçi”-nin hazırki iş üzrə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı mənzilin ümumi sahəsinin 83,3 kv/m təşkil etdiyini, yəni müqavilə üzrə öhdəlikdə olan 120,37 kv/m olan ümumi sahədən 37,07 kv/m az olduğunu bildirərək ona əlavə olaraq 37,07 kv/m olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi olan mənzil ilə təmin edilməsi və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normasından görünür ki, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Bununla belə, iddianın tam və ya qismən təmin edilməsi üçün cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən (ümumi tikinti sahəsi 120,37 kv/m olan) az miqdarda əşya verməsi sübuta yetirilməlidir ki, bu sübutetmə vəzifəsi də iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir və Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir. Hazırki iş üzrə isə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzilin ümumi tikinti sahəsinin 120,37 kv/m olması barədə razılıq əldə olunmuşdur. Yəni iddiaçı ona ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100,19 kv/m olan 1 otaqlı mənzilin əvəzinə 20% artıq, B2 blokunun 7-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 143 nömrəli mənzilin verilməsi şərti ilə razılaşmış və müqaviləni şəxsən imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/3953 nömrəli rəyi ilə İddiaçı təqdim olunan ünvan 2 ünvandakı binanın B-2 blokunun 7-ci mərtəbəsində 3 otaqlı 143 nömrəli mənzilin ümumi tikinti sahəsinin 120.37 kv.metr və xx.xx.2023-cü il tarixdə verilmiş 10/7710 nömrəli ekspert rəy ilə isə sözügedən mənzilin ümumi tikinti sahəsinin 120,4 kv.m (müqavilədə nəzərdə tutulandan artıq) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi tikinti sahəsi 120.4 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 83,3 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya verilməli olan mənzilin ümumi tikinti sahəsi ilə iddiaçıya verilmiş mənzilin ümumi tikinti sahəsi eynilik təşkil edir və bu isə cavabdehin müqavilə öhdəliklərini pozması - iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi halını istisna edir. Məhkəmə iddia tələbinin “37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi bu hissədə aydın deyildir. Məhkəmə tərəfindən məhkəmə iclaslarında iddia tələbinin aydınlaşdırılması iddiaçının nəzərinə çatdırılsa da, qeyd olunan nöqsan onun tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyini nəzərə alınmalı, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli və işə baxılması ilə əlaqədar aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 150 (100+50) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh ArchiCo» MMC-yə qarşı müqavilədə “İkinci” tərəf adlandırılmış Azərbaycan Respublikası Maraqlı şəxs1, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin Başçısı, Cavabdeh MMC, Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyinin yerinə yetirilməsinin və ona əlavə olaraq 37,07 kv/m olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi olan mənzili ilə təmin etməsi və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması haqqında Qətnamə çıxarılmaqla cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası təmin edilməməli, eyni zamanda iddiaçıdan 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “ArchiCo» MMC-yə qarşı müqavilədə “İkinci” tərəf adlandırılmış Azərbaycan Respublikası Maraqlı şəxs1, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin Başçısı, Cavabdeh MMC, Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyinin yerinə yetirilməsinin və ona əlavə olaraq 37,07 kv/m olan sahənin verilməsi və ya müqavilədə müəyyən olunmuş 120.37 kv/m olan ümumi sahəsi olan mənzili ilə təmin etməsi və ya 37.07 kv/m olan çatışmayan sahənin yerinə bazar qiyməti ilə dəyərləndirilən pul ilə əvəz (təmin) olunması haqqında Qətnamə çıxarılmaqla cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-96/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-96/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver