Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-975/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı "əmrin ləğv edilməsi və hüquqi yardıma çəkilmiş xərclərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin intizam binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət qarşı əmrin ləğv edilməsi və hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və həmin əmrin mübahisələndirilməsinə görə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində olan Mədəngeofizika idarəsində mühasib vəzifəsində işə qəbul olunmuş və 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin aparıcı mühasibi vəzifəsində işləyir. İş fəaliyyəti dövrü, yəni 15 il ərzində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənmiş, iş fəaliyyəti, həmçinin şəxsi keyfiyyəti ilə bağlı rəhbərlik tərəfindən hər hansı bir irad və narazılıqla qarşılaşmamışdır. Habelə öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə idarənin İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin rəisi Arzu Əhmədova ilə aralarında məzuniyyətin növbəliliyi məsələlərində tez-tez mübahisələri olmuş, Arzu Əhmədova tərəfindən haqsız hərəkətlərə yol verilsə də İddiaçı onun barəsində rəhbərliyə şikayət etməmişdir. X8 İddiaçı ilə olan mübahisədən sonra rəhbərliyə İddiaçı şikayət etdi və barəsində təqdimat yazdı. Bundan sonra rəhbərlik tərəfindən İddiaçı olanlarla bağlı izahat yazmaq tələb olundu. xx.xx.2022-ci il tarixdə İddiaçı izahat yazaraq rəhbərliyə təqdim etməsi tələb olunmuş, bundan sonra isə xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində töhmət intizam tənbehi tədbirinin tətbiq edildiyi bildirildiyindən, İddiaçı idarə rəisinin otağına yaxınlaşdı və ona katibə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiyaİdarəsinin “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmri təqdim edildi. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiyaİdarəsinin onun barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, Geofizika və geologiya İdarəsinin İqtisadiyyat və X3 uçotu və hesabatı şöbəsinin rəisi xx.xx.2022-ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək xx.xx.2022-ci il tarixində 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilib həmin şöbənin aparıcı mühasibi İddiaçı masasını üzərinə imzalanması üçün qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlində ayları qeyd etməmiş və imzalamayaraq etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir etdiyi barədə idarə rəisinə təqdimat yazaraq İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. İdarə rəisi hadisənin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2022-ci tarixdə dərkanarla müvafiq tapşırıq vermişdir. Hüquq şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı Hüquq şöbəsinə dəvət edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən baş vermiş hadisə barədə idarə rəisinin adına izahat verilməsi istənilmişdir. İddiaçı hadisənin baş verməsini təsdiq etsə də öz izahatında günahkar olduğunu inkar etmişdir, izahatında göstərilən faktlar öz təsdiqini tapmamışdır. Baş vermiş hadisə ilə geniş araşdırma aparılmış, Həmkarlar İttifaqi Komitəsinin sədri K.Ağayev, İnsan resursları şöbəsinin rəisi H.Nağıyeva və böyük hüquq məsləhətçisi Nümayəndə iştirakı ilə hadisə barədə akt tərtib edilmişdir. İddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndi “ əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e bəndinin “iş yoldaşlarının əmək hüquqlarını və qanunu mənafelərini pozmaq”, Geofizika və geologiya idarəsinin 14 iyul 2021 ci il tarixli SOCAR**********00040020A00090 nömrəli əmri ilə təsdiq edilmiş Daxili intizam qaydalarının 5 bəndinin “İş vaxtı davranış qaydaları. Tabeçilik” tələblərini pozmuşdur. İddiaçı 01 noyabr 2022-ci il tarixli SOCAR**********00040020A00477 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və xx.xx.2022-ci il tarixdə əmrlə tanış edilmişdir. İddiaçı bu maddənin tələbinə əməl etməyərək ərizə ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən araşdırma aparılmış, intizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun şəkildə aparılması barədə İddiaçı yazılı cavab verilmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə kəsici müddətin ötürülmüş olmasının da iddianın rədd olunması üçün əsas olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində mühasibat üçotu və hesabat şöbəsinə aparıcı mühasib vəzifəsinə təyin edilmişdir. - HİK sədri Kamal Ağayev, insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyeva və Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, Geofizika və geologiya idarəsinin iqtisadiyyat və Uçot Departamentinin Mühasibat uçotu və nesabatı şöbəsinin rəisi Arzu Əhmədova xx.xx.2022ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək xx.xx.2022-ci il tarixində 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxaçağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini həmin şöbənin aparıcı mühasibi İddiaçı iş masası üzərinə qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlində ayları qeyd etməyərək etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir- etdiyini.İddiaçı bu cür hərəkətlərinin birinci dəfə olmadığını bildirilmiş və barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir.Bununla bağlı idarə rəhbərliyi hadisənin araşdırılmasını Hüquq şöbəsinə tapşırmışdır. Qeyd olunan hadisə ilə əlaqədar Geofizika və geologiya idarəsinin Həmkarlar ittifaqı Komitəsinin sədri K.Ağayevin və insan resursları şöbəsinin rəisi H.Nağıyevanı iştirakı ilə aparlan araşdırma zamanı İddiaçı tərəfindən Daxili intizam qaydalarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 -cu maddəsi ə müəyyən edilmiş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri üzrə tələblərini pozduğu müəyyən olunmuşdur. -Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi Arzu Əhmədova tərəfindən Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki : “Yazıb, Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Mühasibat uçotu və hesabatı şöbəsinin 2023-cü ilin əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman , məzuniyyətə çıxacağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini 24 oktyabr tarixində aparıcı mühasib İddiaçı masasının üzərinə qoydum. Qeyd etmək istəyirəm ki, Orxan: "Yenə məzuniyyət ayları bizim yazmağımızdan asılı olmayaraq dəyişdiriləcək?" deyə sual verdi. Mən cavab olaraq bildirdim : Elə yazmaq lazımdır ki, dəyişdirilməsin." Bu sözdən xoşlanmayan İddiaçı dəhlizə çıxıb, geri qayıtdıqdan sonra özünün etik normalarından kənar davranışı ilə mənə kobud və nalayiq sözlər deyərək təhqir etdi və bildirdi ki, o bu cədvəli gördüyü zaman əsəbləşir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Orxanın mənimlə kobud davranışları birinci hal deyildir, belə hallar dəfələrlə baş vermişdir. Mən valideyinləri ilə dəfələrlə əlaqə yaradaraq məsələyə aydınlıq gətirməyə çalışmışam və hörmət xatirinə məsələni böyütməməyə cəhd göstərmişəm Lakin bu vəziyyətdən İddiaçı bir nəticə çıxarmadığının şahidi olduğum üçün məcbur qalıb Sizə müraciət etməli oldum.” - İddiaçı tərəfindən Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki : Mən Quliyev X4 uçotu və hesabatı şöbəsində 15-ci dərəcəli aparıcı mühasib vəzifəsində işləyirəm. Yazıb Sizə bildirmək istəyirəm ki, Arzu Əhmədovanın 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəlini məzuniyyətə cıxacağım ayları müəyyən etmək üçün masamın üzərinə qoydu. Mən isə, Arzu xanıma “Məzuniyyət aylarını biz qeyd etsək belə yenədə dəyişdirilir” dedim. Arzu Əhmədova isə cox kobud şəkildə cavab olaraq “Elə yaz ki , dəyişməsinlər” deyə cavab verdi. Bundan sonra aramızda mübahisə oldu. Mən otaqdan çıxarkən arxamca nalayiq söz deyərək məni təhqir etdi və sonra aramızda mübahisə dahada böyüdü. Qeyd etmək istəyirəm ki, keçən il üçün məzuniyyət qrafikləri tərtib edilən zaman Arzu Əhmədova qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq mənə yenilənmiş qrafiki təqdim etməmiş Kadrlar şöbəsinə təqdim edilmişdir. Mən də öz növbəmdə məcbur olub xəbərsiz olduğum və mənə tam uyğun olmayan zaman məzuniyyətə çıxmalı oldum. Arzu Əhmədovanın qeyd etdiyi kimi, belə mübahisələr dəfələrlə baş vermiş, lakin, onun xanım olduğu üçün hər dəfə hörmətlə yanaşıb şikayət etməmişəm. Qeyd edilənləri nəzərə alıb qanuna müvafiq tədbir görməyinizi sizdən xahiş edirəm.” - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” idarəsinin rəisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrdə qeyd olunur ki, Geofizika və geologiya idarəsinin İqtisadiyyat və X2 uçotıı və hesabatı şöbəsinin rəisi Arzu Əhmədova xx.xx.2022-ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək 24,10.2022-ci il tarixində 2023-cü i! üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxaçağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini həmin şöbənin aparıcı mühasibi İddiaçı iş masası üzərinə qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlindən ayları qeyd etməyərək etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir etdiyini,İddiaçı bu cür hərəkətlərinin birinci dəfə olmadığını bildirilmiş və barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir. “Qeyd olunanlarla bağlı Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı izahat alınmışdır.İddiaçı bu hərəkətləri ilə 14 iyul 2021-ci il tarixli SOCAR**********00040020A00090 nömrəli əmr ilə təsdiq edilmiş Daxili intizam Qaydalarının 5-ci bəndi'ilə müəyyən edilmiş "İş vaxtı davranış qaydaları.Tabeçilik” bəndinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci 'hissəsinin “a” bəndini rəhbər tutaraq İqtisadiyyat və X2 uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı əmək və icra intizamını, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin və nəzərinə çatdırılsın ki, əmək və icra intizamını bir daha pozarsa, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi kimi intizam məsuliyyəti də daxil olmaqla daha ciddi məsuliyyətə cəlb olunacaqdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-a ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətindən aydın olur ki, İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsini qanunsuz hesab etdiyini bildirmiş və işə düzgün qiymət verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsi ilə bağlı qeyd olunur ki, əmrin elektron sistemə hüquq məsləhətçisi tərəfindən yüklənməsi halı razılıq kimi nəzərə alına bilər. İntizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. Məhkəmə ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazına münasibət bildirərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən, Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.https://www.e-qanun.az/framework/46943 Həmin Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 21.6-cı maddəsinə əsasən, təklifin göndərildiyi andan mediasiya prosesi başlamış sayılır. Mülki işin materiallarından görünür ki, iddiaçı intizam tənbehi barədə əmri 02 noyabr tarixində almış, 29 noyabr tarxində mediasiya təklifi göndərmişdir. Mediasiya barədə 09 yanvar tarixdə arayış alınmış, 11 noyabrda məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında iddiaçı tərəfindən pozuntuya yol verilməsinə görə cavabdeh tərəfindən müvafiq intizam tənbehinin verilməsi zamanı əmək qanunverciliyinin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh tərəfin ona qarşı qərəzli olmasını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İddia tələbinin "hüquqi yardıma çəkilmiş xərclərin tutulması" hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, əmrin ləğvi tələbi əsassız hesab edilərək təmin edilmədiyindən, iddia tələbinin ikinci hissəsi də təmin edilə bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı "əmrin ləğv edilməsi və hüquqi yardıma çəkilmiş xərclərin tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı "əmrin ləğv edilməsi və hüquqi yardıma çəkilmiş xərclərin tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(005)-975/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-975/2023
29.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver