Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-987/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı Alijew Elschadın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Alijew Elschadın Cavabdeh qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 cavabdehlər Alijew Elschad, X13, Cavabdeh qarşı, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə Alijew Elschad iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yaşayan şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 273, “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzildən qeyriqanuni sahiblik və istifadəsinə xitam verilməsi, onların qeyri-qanuni sahibliyindən geri götürülməsi, mənzilin mülkiyyətçi İddiaçı təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə reyestrdə 4Ə-48 № ilə qeyd olunmaqla təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X15 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956- 1989-cu məhəllə, ev 26, mənzil 273, “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzilini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsini isə X7 adından etibarnamə əsasında Cavabdeh imzalamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-05301- 093111 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Alqı-satqı müqaviləsi bağlandıqdan və mülkiyyət hüququnu təsdiq edən çıxarış alındıqdan sonra iddiaçıya məlum olmuşdur ki, həmin mənzildə Cavabdeh və ailə üzvləri yaşayırlar. Dəfələrlə xəbərdar olunmasına baxmayaraq cavabdeh və onunla birlikdə yaşayan şəxslər mənzildən qeyri-qanuni olaraq istifadə və sahiblik etməkdə davam edirlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün iddia tələbinin təmin edilməsinə; Bakı şəhəri, ünvan 1ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona, yəni iddiaçı X9 məxsus olan mənzilə dair AN-İ № ******* saylı 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına; xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair 4Ə-48 № ilə qeydə alınmış reyestrin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X15 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2ünvanında yerləşən və mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X9 məxsusdur. Bu halı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış təsdiq edir (seriya RX; № 034762). Hal-hazırda da qeyd olunan mənzildə X15 və qohumu Cavabdeh ailə üzvləri ilə birlikdə yaşamaqda davam edir. X3 məxsus mənzildə yaşamasına səbəb isə onun maddi cəhətdən çətin vəziyyətə düşməsi olmuşdur. Belə ki, Cavabdeh biznes şərikinini faciyəvi şəkildə ölümü nəticəsində müflisləşmiş və küllü miqdarda borca düşmüşdür. Bu ilin fevral ayında X9 məlum oldu ki, cavabdehlər X10 xəbəri, razılığı və iştirakı olmadan mülkiyyətimdə olan mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır (Reyestr № 4Ə-48). Cavabdehlər və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X19 bu qanunsuz, hüquqa zidd hərəkətləri ilə X1 hüquqlarını pozmuşlar. Mübahisə predmeti olan mənzil birgə nikah dövründə əldə olunmuş və əsaslı şəkildə təmir olunmuşdur. Nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1870/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Mənzilin satılmasına dair uydurma, görünüş üçün bağlanmış saxta alqı-satqı müqaviləsi isə xx.xx.2022-ci il tarixdə baş tutmuşdur. Mənzilin onların xəbəri, iştirakı olmadan satılması iradə ifadəsi deyil. 285.000 manat dəyərində olan və şəhərin mərkəzində yerləşən mənzilin 2 dəfə ucuz satılması da ağılabatan deyil. Bu hal "xxxx" MMC tərəfindən hazırlanmış ƏEM/Y 15-015/2024 saylı xx.xx.2024-cii il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatla da öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlara əsasən X7 pozulmuş konstitusion hüquqlarının bərpa olunması üçün cavabdehlər tərəfində notariusu tərəfindən bağlanmış 4Ə-48 reyestr nömrəli 09 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qərar qəbul olunmalıdır. İddiaçı Alijew Elschadın nümayəndəsi və vəkili Vəkil1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 iddiasına yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, Veysəlov Şamil tərəfindən Mülki Məcəllənin 3401.1-ci maddəsinə istinad edilməklə uydurma əqd olması qeyd edilsə də, buna dair hər hansı hüquqi əsas və sübut təqdim edilməmişdir. Ərizədə qeyd edilmiş “həmin müqavilədə cavabdeh öz səlahiyyətlərinə aid olmayan, dövlət orqanı və məhkəmənin səlahiyyətlərinə aid məsələlər məsələlər üzrə öhdəlik götürmüşdür.” ifadəsi qeyri-müəyyən ifadə olmaqla yanaşı bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəməyə təqdim edilən notariat işindən də görünür ki, həm X15, həm də onun həyat yoldaşı X14 tərəfindən Cavabdeh verilmiş etibarnamə əsasında sonuncu həmin şəxslər əvəzindən təmsilçi olmuş və əqdlər Mülki Məcəllənin tələblərinə uyğun imzalanmışdır. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi Veysəlov Şamil tərəfindən qeyd edilən və istinad edilən hallara dair hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X15 tərəfindən verilən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Alijew Elschadın nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq X15 tərəfindən iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, əmisi oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, 273 saylı mənzildə özü ailə üzvləri ilə birgə yaşayır. Evin mülkiyyətçisi X11r, həmin evdə özü yaşadığından ona etibarnamə verilmişdir. Həmin ev Bakı şəhəri, X6 borc pul götürdüyü üçün girov qoymuşdur. N.Cəfərov Lətifə xanım adlı maklerlə birgə evə baxmış, şəxslə birgə dəyərinin 300 min olması səbəbindən 150 min pul verə biləcəyini demişdir. Notariat ofisinə gedərkən alqı-satqı müqaviləsi bağladığından xəbərsiz olmuşdur. X7 ona verdiyi etibarnamə evin alqı-satqısı üçün olmamışdır. Borc pulun alınmasına dair nə N.Cəfərovla, nə də E.Aliyevlə yazılı müqavilə və ya sənəd olmamışdır. Ayda 4500 manat faiz vermişdir. Bugünədək 25 min şapka, 72 min manat faiz vermişdir. Cəmi onlara 97600 manat pul vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Alijew Elschadın nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkmə iclasında Cavabdeh iddiaya etiraz edərək mənzili X6 aldığı borc müqabilində ona girov verdiyini, mənzili özgəninkiləşdirmək niyyəti olmadığını, mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq müqavilə bağlanan zaman niyyətlərinin mənzilin girovla yüklü edilməsi olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X15 mənzili satmaq üçün Cavabdeh hər hansı etibarnamə vermədiyini, Cavabdeh adına olan etibarnamənin evin alqısatqısında uzun müddət əvvəl digər məqsədlər üçün ona verdiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 nümayəndəsi və vəkili Vəkil2 verdiyi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçı Alijew Elschadın iddiasının rədd, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 iddiasının təmin edilməsini xahiş etdi. Vəkilğ əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, 273 saylı mənzilin alqı-satqısı zamanı notariat orqanı tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur, belə ki, Cavabdeh etibarnaməsi olsa belə, evin mülkiyyətçisi X15 olduğundan onun və arvadının alqı-satqıda bilavasitə iştirakı təmin olunmalı idi. Çünki Ş. Veysəlov həmin etibarnaməni Cavabdeh alqı-satqı üçün verməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim etdikləri ekspert rəyindən də görünür ki, evin hazırkı dəyəri əslində 285 000 manatdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş Şahid1 ifadəsində bildirdi ki, X13 ilə Cavabdeh tanıyır. Cavabdeh pul lazım olduğu üçün ona müraciət etmiş, evini girov qoyaraq pul götürmək istədiyini bildirdi, o isə tanışı X8 məlumat vermiş, o da razılığını verdikdən sonra notariat ofisinə birgə getmişlər, özü nəqliyyat vasitəsində gözləmiş, onlar ofisə daxil olaraq mənzilin girovunu alqı-satqı müqaviləsi yolu rəsmiləşdirmişlər. X13 pulu faizlə Cavabdeh verməyə razılaşmış, evi 300000 manata dəyərləndirkdən sonra Cavabdeh 150000 manat verməyə razı olmuşdur. Bunlarla yanaşı, Cavabdeh oğlu notariat orqanına gedərkən evin alqı-satqısı üçün getdiyini bilmişdir. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş Şahid2 Ağamoclan oğlu ifadəsində bildirdi ki, Cavabdeh tanıyır, uzun müddətdir ailəvi dostdurlar. X10 isə hazırki məhkəmə mübahiəsi barədə məlumat aldıqdan sonra tanımışdır. Cavabdeh daima borc pul alaraq alverlə məşğul olmuşdur. Cavabdeh ortaq iş yoldaşı vəfat etdikdən sonra biznes pisləşmiş, Cavabdeh borcları yaranmışdır. Cavabdeh X6 pul borc alarkən həmin yerdə olmasa da, sonradan Cavabdeh bu puldan borclarını X8 qaytardığı zamanlar yanında olmuşdur. Cavabdeh götürdüyü borca görə mənzili X8 girov qoymuşdur. Mənzilin alqı-satqısı zamanı notariat orqanında olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, 273 saylı mənzilin X7 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2014-cü il tarixdə ********* nömrəli qeyd aparılmışdır. "xxxx" MMC tərəfindən 16 yanvar 2024-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. "xxxx" tərəfindən 17 yanvar 202024-cü il tarixdə verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, 273 saylı mənzilin bazar dəyəri 285000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X15 Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, 273 saylı mənzili alıcı Alijew Elschadın mülkiyyətinə verməyi, Alijew Elschad isə mənzilin dəyərini satıcı X9 verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən əmlakın dəyəri 150000 manat təşkil edir. X4 adından onun nümayəndəsi Cavabdeh, alıcı Alijew Elschadın adından nümayəndəsi X13 tərəfindən imzalanmış, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmişdir. "xxxx" ASC-nin 9 saylı filialının 09 fevral 2022-ci il tarixli orderindən görünür ki, 150000 manat pul X13 tərəfindən X12 hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli AR-İ 763891 nömrəli etibarnamənin məzmunundan aydın olur ki, X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallard öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icaə verilmiş bütün əqdləri bağlamı və s. hərəkətlər etməyi Cavabdeh etibar etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X15 Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, mənzil 273 ünvanında qeydiyyatdadır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, O-tikilisi, 273 saylı mənzil X7 xüsusi mülkiyyətində olmuşdur. Bu mənzil xx.xx.2022-ci il tarixli müqavilə ilə Alijew Elschada satılmışdır. X4 adından onun nümayəndəsi Cavabdeh, alıcı Alijew Elschadın adından nümayəndəsi X13 tərəfindən imzalanmışdır. Mənzildə hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Qeyd olananlar işin mübahisəsiz hallarıdır. Alijew Elschad iddiasını Cavabdeh qarşı irəli sürərək mülkiyyətində olan mənzilin Cavabdeh və onun ailə üzvlərinin qeyri-qanuni sahibliyində oldğunu, əmlakın geri qaytarılaraq ona təhvil verilməsini, keçmiş X15 isə Cavabdeh, Alijew Elschad, Cəfərov Nicata qarşı iddia irəli sürərək xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmiş, hər iki iddia üzrə Cavabdeh isə əslində mənzili Cəfərov Nicatla aralarında olan borc münasibətinə görə rəsmiləşdirdiyini, imzaladğı sənədin alqı-satqı müqaviləsi olmasından xəbərsiz olduğunu bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; Belə ki iş materiallarında X15 və Alijew Elschad arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış müqavilə mövcuddur. Müqavilə hüquqi fakt olmaqla tərəflər arasında mülki hüquqi münasibətlərin yaranmasına gətirib çıxarmışdır. Bu münasibətlərin subyektləri - əmlakın satıcısı X15 və alıcısı Alijew Elschad, münasibətlərin obyekti sözügedən daşınmaz əmlak, münasibətlərin məzmunu isə tərəflərin qarşılıqlı hüquq və vəzifələri – hazırki halda X7 əmlakı Alijew Elschadın mülkiyyətinə vermək vəzifəsi və əmlakın dəyərini almaq hüququ, Alijew Elschadın isə əmlakın dəyərini ödəmək vəzifəsi və əmlakı mülkiyyətinə qəbul etmək hüququ təşkil etmişdir. İş materiallarında olan ödəniş qəbzindən Alijew Elschadın əmlakın müqavilə üzrə müəyyən edilmiş dəyərini ödədiyi sübuta yetirilir. X28 müqavilə üzrə öz vəzifəsini lazımınca yerinə yetirmiş, bununla da X7 hüququ realizə olunmuşdur. Lakin işin mübahisəsiz hallarından biri hazırda mənzilin X15 tərəfindən Alijew Elschadın mülkiyyətinə verilməməsidir. Müqavilə üzrə öz vəzifəsini icra etmiş Alijew Elschadın hüququnun realizəsi mümkün olmamışdır. Mövcud qanunvericiliyə əsasən hüququn üç əsas realizə forması fərqləndiirlmişdir : şəxsin öz hərəkətləri ilə özünə məxsus hüquqlarını realizə etməsi ( mülkiyyət hüququ, müəlliflik hüququ və s. – bu zaman bütün qalan qeyri-müəyyən şəxslər dairəsi onun bu hüququna müdaxilə etməməlidirlər); şəxsin hüquqlarının digər şəxsin müəyyən hərəkətləri etməsi və ya etməkdən çəkinməsi yolu ilə realizəsi ( alqı-satqı üzrə şəxsin dəyərini ödədəyi əmlakı mülkiyyətinə qəbul etmək hüququnun realizəsi üçün digər şəxs - mənzilin faktiki sahibliyində olduğu şəxs hərəkət etməlidir); Üçüncü forma isə birinci və ikinci forma ilə birbaşa bağlı olan məhkəmə müdafiəsidir. Belə ki, hüququn realizəsi üçün müəyyən hərəkət etməli olan və ya başqasının hüququna müdaxilə etməməli olan şəxs bu hərəkəti etməkdən imtina etdikdə və ya belə bir müdaxilə etdikdə səlahiyyətli şəxsin müraciəti əsasında məhkəmə onu hüququnu təmin edir. Qeyd edilənləri hazırda baxılan işə tətbiq edən məhkəmə hesab edir ki, Alijew Elschad hazırki iddia tələbi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, onun hüquqlarının realizəsi üçün evin təhvil verilməsi və mülkiyyətçi hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılmalı olduğu halda, mülki iş üzrə cavabdeh mənzilin onun faktiki sahibliyinə verilməsi üçün maneələr yaradır. Qeyd olunan iddia tələbi üzrə X15 özünün cavabdeh qismində cəlb edilməsi barədə ərizə təqdim etsə də, məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdehi seçmək iddiaçının müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. X16 mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən müdaxilə olunduğunu iddia edir. Mübahisəli mənzildə Cavabdeh ailə üzvləri ilə birgə yaşaması özü, eyni zamanda, Ş.Veysəlov tərəfindən etiraf olunmaqla, iddiaçı tərəfi bu halı sübutetmə yükündən azad etmişdir. Digər tərəfdən, Alijew Elschadın iddia tələbi üzrə cavabdeh iddiaya etirazlarını, alqı-satqı müqaviləsini iddiaçının adından onun nümayəndəsi kimi bağlamış X13 ilə aralarında borc münasibətlərinin olması zəminində bağlaması ilə əsaslandırmışdır. Lakin bu halı heç bir sübutla təsdiq etməmişdir. Onun yeganə sübutu onun tərəfindən məhkəməyə çağırılmış şahidlərin verdikləri ifadələr olmuşdur ki, bu ifadələr digər hər hansı yazılı və ya maddi sübutun yoxluğu şəraitində cavabdehin etirazının yeganə və mötəbər sübutu ola bilməz. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 iddiası ilə bağlı qeyd edir ki, X15 onun və Alijew Elschadın arasında bağlanmış müqavilənin etibarsızlığına dair tələbini müqavilənin onun iradəsindən kənar bağlanması, belə bir müqavilənin bağlanmasından xəbərsiz olması, mənzilin real dəyərindən xeyli ucuz qiymətlə satılmasının əqdin qanuni olmamasına dəlalət etməsi ilə əsaslandırır. Halbuki o iddia ərizəsində qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutmuşdur. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırda baxılan iş üzrə Alijew Elschadın iddia tələblərinin əsaslılığına dair yetərli sübutlar, Alijew Elschad və X15 arasında bağlanmış alqı-satqı müqaviləsi və Alijew Elschadın əmlakın dəyərini ödədiyini təsdiq edən notariat qəbzi mövcuddur. İş materiallarından olan alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X4 adından onun nümayəndəsi Cavabdeh, alıcı Alijew Elschadın adından nümayəndəsi X13 tərəfindən imzalanmış, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmişdir. X15 müqavilənin onun iradəsindən kənar bağlandığını iddia etsə də, iş materiallarında onun tərəfindən Cavabdeh verilmiş etibarnamə mövcuddur ki, bu etibarnamə Cavabdeh qeyd edilən müqaviləni bağlanmaq səlahiyyəti vermişdir. Etibarnamənin saxta olması müəyyən edilməmişdir. Eyni zamanda aydındır ki, qeyd edilən etibarnamə Cavabdeh öz mülahizəsinə görə qanunla qadağan edilməyən əqdləri bağlamaq ixtiyarı verdiyi halda onun Alijew X2 mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaq üçün onun ayrıca xüsusi razılığını almaq vəzifəsi olmamışdır, bu hüquq ona artıq etibarnamə ilə verilmişdir, yəni etibarnamənin mahiyyəti məhz bu təmsilçiliyi reallaşdırmaqdan ibarətdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə hazırkı iddia ərizəsinə münasibətdə qeyd edir ki, mülki işdə olan notariat işinin materiallarından müəyyən olunur ki, X9 məxsus əmlaka dair alqı-satqı müqaviləsii bağlanarkən onun iradə ifadəsi onun nümayəndəsi – Cavabdeh vasitəsilə olmuşdur. Belə olan halda, aparılan notariat əməliyyatlarının etibarsızlığı barədə Ş.Veysəlovun tələb əsaslı deyil, rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, müqavilədə əmlakın dəyərinin onun real dəyərindən aşağı olması əmlakın özgəninkiləşdirilməsinə dair həmin müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunla əmlakın real bazar dəyərindən aşağı qiymətlə özgəninkiləşdirilməsinə hər hansı qadağa müəyyən edilməmişdir. Cavabdeh verilmiş etibarnamədə onun müqavilənin qiymətini öz mülahizəsi əsasında müəyyən etmək səlahiyyəti qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, X15 iddia tələbinin əsaslılığına dair irəli sürdüyü mülahizələr iş materialları ilə təsdiqini tapmır və ya sübutetmə yükü baxımından iddianın əsaslığına dəlalət edən sübut kimi qiymətləndirilə bilmir. Иддиа тяляби цзря kəsici müddət ötürüldüyündən iddiaçının əmlakın real dəyərindən daha aşağı qiymətlə satılmasına dair iddia ərizəsində qeyd etdiyi əsaslandırma üzrə əlavə məhkəmə araşdırmasının aparılmasına zərurət olmamasını, mülki məhkəmə icraatının süni surətdə uzadılmasına yönəldilən hərəkətlər edilməkdən çəkinilməli olmasını nəzərə alaraq iş üzrə əmlakın dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizanın təyin edilməsinə əsasların olmadığı və iddianın rədd edilməsi üçün yetərli əsasların olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan Qərara əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1- 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olduğundan onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilər. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. X15 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, yuxarıda qeyd edilən kəsici müddəti ötürməməsinə dair heç bir sənəd və ya məlumat təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, kəsici müddət ötürüldüyündən müqavilənin etibarsızlığına dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Alijew Elschadın iddiasının qanuni əsasları iş materialları ilə təsdiqini tapdığından onun iddiası təmin olunmalı, Cavabdeh və onunla birlikdə yaşayan şəxslər Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 273, “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzili boşaldaraq tərk etməli və mənzil iddiaçı Alijew Elschada təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və onunla birlikdə yaşayan şəxslər tərəfindən (ailə üzvləri ilə birgə) Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 273, “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzilin qeyri-qanuni sahiblik və istifadəsinə xitam verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 273, “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzil qeyri-qanuni sahibliyindən geri götürülməklə İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X7 cavabdehlər Alijew Elschad, X13, Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X9 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-987/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-987/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver