Məhkəmə qərarları › İş №e-2(005)-988/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-988/2024

19.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-988/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 7 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: bağışlama müqaviləsi; müqavilənin etibarsızlığı; mənzildən çıxarılma) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 7 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olmuş, bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır.

2. Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AR-İİ 164408 nömrəli etibarnamə ilə İddiaçı X4 (öz nəvəsinə) bütün əmlakları üzərində sərəncamvermə səlahiyyətlərini etibar etmişdir.

3. 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 28 yanvar 2023-cü il tarixli 924836 nömrəli etibarnamə ilə İddiaçı Cavabdeh1 etibarnamə vermişdir.

4. 08 fevral 2023-cü tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı (İddiaçı əvəzinə Cavabdeh1) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzili Cavabdeh3 (Cavabdeh3 əvəzinə Cavabdeh2) bağışlamışdır.

5. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1562/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 ilə ilkin iddia üzrə Cavabdeh3 arasında 28 mart 2013-cü il tarixdə Bərdə rayonu Mollalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 25 fevral 2014-cü il təvəllüdlü X6 və 10 oktyabr 2018-ci il təvəllüdlü X13 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 himayəsində saxlanılmışdırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh3 arasında 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilərək bağlanmış xx.xx.2023-cü il tarixli İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə görə Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, mənzilin Cavabdeh3 alınaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh3 mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.70 kv.m olan mənzil İddiaçı məxsus olmuşdur. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı 2020-ci ildə Covid 19 Pandemiyası dövründə bu virusdan xəstələnən insanlar arasında ölüm hallarının çoxalmasından həmçinin özünün yaşlı və xəstə olmasına görə sağ ikən sözügedən mənzili sevimli nəvəsi Cavabdeh2 bağışlamaq qərarına gəlmişdir. Ona görə də İddiaçı öz nəvəsinə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili bağışlamaq, mənzili nəvəsi Cavabdeh2 adına sənədləşdirmək üçün xx.xx.2020-ci ildə 30 illik müddətə baş etibarnamə vermişdir. Lakin Cavabdeh2 həmin etibarnamə əsasında mənzili öz adına keçirməmişdir. Bildirir ki, İddiaçı qoca, yaşlı, xəstə qadındır və 89 yaşı var, qanunvericiliyin tələblərini bilmir və yaşlılıqla əlaqədar yaddaş, psixi pozuntudan və xəstəlikdən əziyyət çəkir. Odur ki, İddiaçının nəvəsi Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 və arvadı Əsmərin xalası oğlu Cavabdeh1 tərəfindən aldadılmış və Cavabdeh1 təklifi ilə İddiaçı ona etibarnamə vermişdir. Həmin şəxs etibarnamə əsasında sözügedən mənzili ********** nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında öz xalası qızı Cavabdeh3 “hədiyyə” etmiş, həmin mənzilə görə Cavabdeh3 adına DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Qeyd edir ki, Cavabdeh1 7 saylı “ASAN” Xidmət Mərkəzinin rəisi vəzifəsində işləyir və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İddiaçı aldatmışdır. İddiaçının mənzili öz nəvəsi Cavabdeh2 durduğu halda onun arvadı Cavabdeh3 bağışlamaq istəməyi absurddur və göründüyü kimi iddiaçının, yəni mənzilin sahibinin iradəsinə zidd olaraq sözügedən mənzil Cavabdeh3 bağışlama müqaviləsi yolu ilə guya “hədiyyə” edilmişdir. Cavabdeh3 öz xalası oğlu ilə birləşərək iddiaçını aldatmış və qanunsuz hərəkətlər etmişlər. İddiaçı hələ xx.xx.2020-ci il tarixdə nəvəsi Cavabdeh2 özünün bütün əmlakları üzərində sərəncam vermək üçün 30 illik baş etibarnamə vermişdir. Həmin etibarnaməni Cavabdeh2 məhz sözügedən mənzili bağışlamaq, mənzili Fəridin adına rəsmiləşdirmək üçün vermişdir. 2023-cü ilin əvvəlində Fərid həmin etibarnamə əsasında mənzili öz adına keçirmək istəyəndə notariusda ona bildirmişlər ki, bu etibarnamə əsasında mənzil birbaşa Fəridin adına, yəni öz xeyrinə keçirilə bilməz. Fərid bu mənzili öz adına necə keçirməyin qanuni yolunu arvadı Əsmərin xalası oğlu, qohumları olan hazırda Bakı 7 saylı “ASAN Xidmətin” rəisi işləyən Cavabdeh1 soruşanda Cavabdeh1 evin sənədi ilə birlikdə İddiaçı və Fəridin işlədiyi 7 saylı ASAN Xidmətə gəlməyi tapşırmışdır. İddiaçı nəvəsi Cavabdeh2 ASAN Xidmətə aparmışdır. Orada Cavabdeh1 notariusa göstəriş vermiş və mənzili Fəridin adına keçirmək üçün yenidən etibarnamə verməli olduğunu Fəridə və İddiaçı bildirmişdir. Fərid və İddiaçı qohumları kimi Cavabdeh1 inanmışlar. Lakin indi iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 Əsmər Əliyevaya üstünlük qazandırmaq və İddiaçı əmlakını mənimsəmək, Əsmərin adına keçirmək məqsədilə İddiaçı və Fəridi aldadıb etibarlarından sui-istifadə etmişdir. Cavabdeh2 və İddiaçı aldadaraq, etibarlarından istifadə edərək, öz vəzifəsindən istifadə edərək, ünvan 1 ünvanda yerləşən mənzilə görə İddiaçı adından Cavabdeh1 adına etibarnamə yazdırmışdır. Daha sonra bu etibarnamədən istifadə edərək, Cavabdeh1 İddiaçı adından Fərid isə Əsmərin adından verilən etibarnamələr əsasında mənzilin bağışlanması müqaviləsini hazırlamağı notariusa tapşırmış, daha sonra bağışlama müqaviləsinə imza etmişlər. Əslində nə Cavabdeh2, nə də İddiaçı niyyəti və məqsədi mənzili Əsmərə bağışlamaq olmamışdır. Mənzili Adilə xanım nəvəsi Fəridə bağışlamaq istəmişdir, məhz buna görə mətnini başa düşmədiyi etibarnaməni Əşrəfə də verdiyini indi bilmişdir. Cavabdeh1 isə Cavabdeh3 təkidi və xahişi ilə İddiaçı və Cavabdeh2 aldatmış, onları inandıraraq bağışlanmanın bu formada olmalı olduğunu onlara bildirmişdir. İddiaçı ümumiyyətlə savadsız, qoca, xəstə adam olduğuna görə, Cavabdeh1 nəvəsi Cavabdeh2 mənzilini bağışlamaq niyyəti ilə sənədləşmə aparmaq üçün Cavabdeh1 etibarnamə vermişdir. Fərid isə qohumları Cavabdeh1 və arvadı Əsmərə inanaraq bu müqaviləyə oxumadan, mətni ilə tanış olmadan imza etmişdir. Cavabdeh2 və İddiaçı 2023-cü ilin avqust ayından elə başa düşmüşlər ki, həmin bağışlanma müqaviləsi ilə mənzil İddiaçı tərəfindən Fəridə bağışlanıb. Göründüyü kimi, Cavabdeh3 öz xalası oğlu Cavabdeh1 ilə birləşərək İddiaçı və Fərid Əliyevi aldatmışlar. Sonradan etibarnamələr və bağışlama müqaviləsi Cavabdeh1 rəisi olduğu 7 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisinin X7 tərəfindən təsdiq edilmişdir. Yəni notarius birbaşa Cavabdeh1 rəhbəri olduğu ASAN Xidmətdə işlədiyinə görə onun qohumunun tapşırıqlarını yerinə yetirmişdir. Əgər İddiaçı mənzili nəvəsinin keçmiş arvadı Cavabdeh3 bağışlamaq istəsəydi birbaşa gedib başqa notariusda bağışlama müqaviləsi bağlayardı. Bu səbəbdən də hesab edir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız müqavilədir.

b) Cavabdeh3 iddia ərizəsinə etirazının dəlilləri

9. Cavabdeh3 nümayəndəsi və vəkili X8 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, irəli sürülmüş iddiada İddiaçı qoca və savadsız qadın olmasına görə cavabdehlər tərəfindən aldadılaraq onun özünə məxsus evin Cavabdeh3 bağışlanılması qeyd olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, iddiaçı tərəfin də öz iddialarında təsdiq etdiyi kimi, İddiaçı niyyəti əvvəlcədən öz evini bağışlamaq olmuşdur. Bu məqsədlə o, öz nəvəsi, digər Cavabdeh2 etibarnamə vermiş, müvafiq ev Fərid tərəfindən həyat yoldaşı Cavabdeh3 tərəfindən ona verilmiş etibarnamə ilə çıxış edərək Cavabdeh2 İddiaçı məxsus evin Cavabdeh3 bağışlanmasında şəxsən iştirak etmişdir. İddiaçının niyyəti bağışlamaq olmuşdur və həmin evin Cavabdeh3 bağışlanması əsas olmuşdur. Belə ki, bağışlanma müqailəsinin cavabdehə qarşı icra edilməsi iddiaçı və nəvəsi Cavabdeh2 narazı qalmama səbəb olsa idi xx.xx.2023-cü il tarixindən növbəti qısa müddət ərzində mübahisələnmiş olardı. Göründüyü kimi tərəflər (iddiaçı və nəvəsi Cavabdeh2) şüurlu şəkildə evi Cavabdeh3 bağışlanmasını istəmiş və icra etmiş və bu uzun müddət ərzində buna diar narahatlıq və narazılıqlarının olmadığı görünməkdədir. Məlumunuzdur ki, Cavabdeh2 müvafiq evin öz həyat yoldaşı Cavabdeh3 bağışlanmasında şəxsən iştirak etmiş, bununla da təkzib edilməz iradə ifadəsi həyata keçirmişdir. Hazırki mübahisə əslində İddiaçı deyil, Cavabdeh2 Cavabdeh3 ondan boşanmaq istəməsinə qarşı qərəzli olmasının nəticəsidir. Belə ki, Cavabdeh2 Cavabdeh3 qarşı paraleldə bir neçə tələb üzrə qərəzli əmlak iddiaları irəli sürməkdədir. İddiaçı niyyəti qızı qədər hörmət edib sevdiyi və nəvəsinin həyat yoldaşı olan, daim iddiaçının qulluğunda duran Cavabdeh3 bağışlamaq olmuşdur. Öz iradə ifadəsini icra etdirərək qanunamüvafiq bağışlanma müqaviləsini icra etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, irəli sürülmüş iddiada İddiaçı psixoloji xəstəliklərinin və yaddaş pozuntusunun olması, qanunları bilməməsi, buna görə də ona təqdim edilən etibarnamə və müqavilələrinin mətnini başa düşməməsi səbəbindən aldanaraq müqaviləyə və etibarnaməyə qol çəkməsi qeyd edilmiş, lakin bunu təsdiq edən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, belə olan halda ortaya belə bir sual çıxır ki, əgər İddiaçı həqiqətən psixoloji xəstəliklərə və yaddaş pozuntusuna malikdirsə və qanunların tələblərini bilmirsə, ən başda özünə məxsus evi öz nəvəsi Cavabdeh2 bağışlamaq məqsədilə sonuncuya 30 il müddətdə qüvvəyə malik olan baş etibarnaməni və hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi məqsədilə vəkilinə etibarnaməni necə vermişdir. Göründüyü kimi, İddiaçı ən başda evini öz nəvəsi Cavabdeh2 bağışlamaq üçün öz iradə ifadəsini həyata keçirmiş, Cavabdeh2 isə həmin evin öz həyat yoldaşı Cavabdeh3 bağışlanması məqsədilə öz növbəsində iradə ifadəsini sərgiləmiş və müvafiq evin Cavabdeh3 bağışlanmasında bilavasitə, şəxsən iştirak etmişdir. Göründüyü kimi, İddiaçı iddiası əsassızdır və hal-hazırda Cavabdeh3 ilə aralarında mövcud olan, Bakı İnzibati Məhkəməsinin icraatında paralel şəkildə aparılan “şəxsin mənzildən qeydiyyatdan çıxarılmasına dair mübahisə ilə bağlı olaraq Cavabdeh3 qarşı olan qərəzli münasibətin nəticəsi olaraq irəli sürülmüş olduğuna görə iddia tələbi rədd edilməlidi.

c) Cavabdeh1 iddia ərizəsinə etirazının dəlilləri

10. Cavabdeh1 etiraz ərizəsi təqdim edərək, irəli sürülmüş iddiada İddiaçı yaşlı və savadsız qadın olmasına görə cavabdehlər tərəfindən onun özünə məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.70 kv.m olan mənzili aldadılaraq Cavabdeh3 qızma bağışlanılması qeyd olunmuşdur. Lakin, iddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45.70 kv.m olan mənzili öz iddialarında təsdiq etdiyi kimi, İddiaçı niyyəti əvvəlcədən bağışlamaq olmuşdur, bu məqsədlə o, sevimli nəvəsi Cavabdeh2 sənədləşdirmək üçün xx.xx.2020-ci ildə 30 illik müddətə etibarnamə vermişdir. Lakin Cavabdeh2 həmin etibarnamə əsasında mənzili öz adma keçirməmişdir. İddiaçı mülkiyyətində olan həmin evi bağışlanması üçün mənə xx.xx.2022-ei il tarixdə xx.xx.2023-cü il tarixinədək qüvvədə olan etibarnamə vermişdir. İddiaçı etibarnamə əsasında onun nümayəndəsi olaraq evi Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 bağışlanmasında şəxsən iştirak elmişdir. Belə ki, bağışlanma müqaviləsinin cavabdehə qarşı icra edilməsi iddiaçı və nəvəsi Cavabdeh2 narazı qalmasına səbəb olsa idi xx.xx.2023-cii il tarixindən növbəti qısa müddət ərzində mübahisələnmiş olardı. Göründüyü kimi tərəflər (iddiaçı və nəvəsi Cavabdeh2) şüurlu şəkildə evi Cavabdeh3 bağışlanmasını istəmiş və icra etmiş və bu uzun müddət ərzində buna digər narahatlıq və narazılıqlarının olmadığı görünməkdədir. Məlumdur ki, Cavabdeh2 müvafiq evin öz, həyat yoldaşı Cavabdeh3 bağışlanmasında şəxsən iştirak etmiş, bununla da təkzib edilməz iradə ifadəsi həyata keçirnişdir. Hazırki mübahisə İddiaçı deyil. Cavabdeh2 Cavabdeh3 ondan boşanmaq istəməsinə qarşı qərəzli olmasının nəticəsidir. Belə ki, Cavabdeh2 Cavabdeh3 qarşı bir neçə tələb üzrə qərəzli əmlak iddiaları irəli sürməkdədir. Buna dair sübutlar qoşma hissədə məhkəmənin nəzərinə çatdırılacaq. İddidaçı İddiaçı niyyəti qızı qədər hörmət edib sevdiyi və nəvəsinin həyat yoldaşı olan, daim iddiaçının qulluğunda duran Cavabdeh3 bağışlamaq olmuşdur. Öz iradə ifadəsini icra etdirərək qanunamüvafiq bağışlanma müqaviləsini icra etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, irəli sürülmüş iddiada İddiaçı psixoloji xəstəliklərinin və yaddaş pozuntusunun olması, qanunları bilməməsi, buna görə də ona təqdim edilən etibarnamə və müqavilələrinin mətnini başa düşməməsi səbəbindən aldanaraq müqaviləyə və etibarnaməyə qol çəkməsi qeyd edilmiş, lakin bunu təsdiq edən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı ən başda evini öz nəvəsi Cavabdeh2 bağışlamaq üçün öz iradə ifadəsini həyata keçirmiş, mənə şüurlu və öz istəyi ilə etibarnamə vermiş, müvafiq evi Cavabdeh3 bağışlamışdır. Qeyd etmək istəyirəm ki, cavabdehə verilmiş 1 il qüvvədə olan etibarnamədə, həmin evin bağışlanmasını etmək hüququ qeyd olunmuşdur. Bu səbəbdən də, cavabdehin bu işdən heç bir qazancı və yaxud digər məqsədi olmamışdır. Göründüyü kimi, İddiaçı iddiası əsassızdır və halhazırda Cavabdeh3 ilə aralarında mövcud olan, Bakı İnzibati Məhkəməsinin icraatında paralel şəkildə aparılan “şəxsin mənzildən qeydiyyatdan çıxarılmasf’na dair mübahisə ilə bağlı olaraq Cavabdeh3 qarşı olan qərəzli münasibətin nəticəsi olaraq irəli sürülmüş olduğuna görə iddia tələbi rədd edilməlidir.

d) Cavabdeh2 iddia tələbini etiraf ərizəsinin dəlilləri

11. Cavabdeh2 etiraf ərizəsi təqdim edərək, bildirmişdir ki, o cavabdeh olaraq iddia tələbini etiraf edir və iddia tələbinin təmin olunmasına etiraz etmir. O cavabdeh olaraq iddianı etiraf edirək bildirir ki, həqiqətən də, iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. İddiaçı onun nənəsidir. Nənəsi 2020-ci ildə Covid 19 Pandemiyası dövründə bu virusdan xəstələnən insanlar arasında ölüm hallarının çoxalmasından, həmçinin özünün yaşlı olmasına görə sağikən özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzili ona - sevimli nəvəsinə bağışlamaq qərarına gəlmiş və mənzili ona bağışlamaq istədiyini bildirdi. Nənəsi öz mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzili bağışlamaq, mənzili onun adına sənədləşdirmək üçün xx.xx.2020-ci ildə ona 30 illik müddətə baş etibarnamə verdi. Lakin pandemiya dövrü olduğuna görə o mənzili öz adına sənədləşdirməyi daha sonra etməyi düşündü və bir müddət bu sənədləşmə işi yaddan çıxıb qaldı. Mənzili nənəsinin ona bağışlamaq və adına keçirmək barədə etibarnamə verməsindən onun həyat yoldaşı Cavabdeh3 da məlumatı var idi. 2023-cü ilin əvvəllərində nənəsi ondan evi adına keçirtdiyini soruşanda o evi keçirtmədiyini bildirdi. Nənəsi yenidən təkid etdi ki, evi adına keçirsin, ölüm itim dünyasıdır. O da bu barədə arvadı Cavabdeh3 ilə danışdı, ona bu barədə məlumat verdi. Keçmiş arvadı Cavabdeh3 ona bildirdi ki, xalası oğlu Cavabdeh1 7 saylı “ASAN” Xidmət Mərkəzinin rəisidir. Arvadı ona məsləhət verdi ki, ən yaxşısı onun yanına gedib mənzili necə adına keçirmək və sair digər sənədləşdirmə işlərini ondan soruşsun. O mənzili öz adına keçirmək üçün arvadı Cavabdeh3 qohumu (xalası oğlu) 7 saylı “ASAN” Xidmət Mərkəzinin rəisi Cavabdeh1 yanına getdi və bildirdi ki, nənəsi özünə məxsus mənzili ona verir, mənzili öz adına keçirmək üçün isə ona etibarnamə verib. Mənzili öz adına keçirməkdə ona köməklik göstərsin. Cavabdeh3 xalası oğlu, 7 saylı “ASAN” Xidmət Mərkəzinin rəisi Cavabdeh1 ona bildirdi ki, cavabdeh bu etibarnamə ilə mənzili öz adına keçirə bilməz. Qanun buna yol vermir. Cavabdeh1 ona bildirdi ki, nənəsi ASAN xidmətə gəlsin, ona etibarnamə versin, sonra mənzili onun adına keçirər. Bunun üçün o, rəhbəri olduğu 7 saylı “ASAN” Xidmət Mərkəzinin notariusu Azərlə danışıb həll edəcək. Cavabdeh1 ona bildirdi ki, bağışlama müqaviləsində nənəsi özü yox, Əşrəf onu təmsil etməlidir. Cavabdeh1 nənəsi İddiaçı ASAN xidmətə gəlib onun adına etibarnamə verməsini bildirdi. O da ona inanıb vəzifədə olan savadlı yaxın qohum adam kimi, qanunları onlardan daha yaxşı bildiyini düşünüb, ona inanıb nənəsi Cavabdeh3 xx.xx.2023-cü ildə 7 saylı ASAN xidmət mərkəzinə apardı. Nənəsi Cavabdeh3 da Əşrəfə və ona inanaraq (mənzili ona bağışlamaq niyyəti ilə) Cavabdeh1 rəhbəri olduğu 7 saylı ASAN xidmət mərkəzinin içində olan noratiusa yaxınlaşıb Cavabdeh1 2 aylıq müddətli baş etibarnamə verdi. Bundan sonra nənəsi Cavabdeh1 nənəsinə məxsus mənzili nəvəsi ona bağışlanması barədə müqavilə imzaladılar. O əvvəl bunların bir qurama olduğunu anlamırdı. İndi fikirləşəndə belə başa düşür ki, Əsmər və onun xalası oğlu Əşrəf tərəfindən aldadılmışdırlar. Görünür uzaqgörən Cavabdeh1 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əsmərlə birləşərək nənəsi İddiaçı və onu aldadaraq mənzili Əsmərin adına keçirməyə nail olmuşlardır. Cavabdeh1- etibarnamə əsasında sözügedən mənzili ********** nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında öz xalası qızı Cavabdeh3 “hədiyyə” etmiş, həmin mənzilə görə Cavabdeh3 adına DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Qeyd etdiyi kimi, Cavabdeh1 7 saylı “ASAN” Xidmət Mərkəzinin rəisi vəzifəsində işləyir və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nənəsi İddiaçı və onu aldatmışdır. Nənəsi Adilə mənzili ona bağışlamalı olduğu halda onun arvadı Cavabdeh3 bağışlamaq istəməyi absurddur və göründüyü kimi nənəsinin, yəni mənzilin sahibinin iradəsinə zidd olaraq sözügedən mənzil Cavabdeh3 bağışlama müqaviləsi yolu ilə guya “hədiyyə” edilmişdir. Cavabdeh3 öz xalası oğlu ilə birləşərək nənəsini və onu aldatmış və qanunsuz hərəkətlər etmişlər. Nənəsi İddiaçı hələ xx.xx.2020-ci il tarixdə ona özünün bütün əmlakları üzərində sərəncam vermək üçün 30 illik baş etibarnamə vermişdir. Sözügedən etibarnamədən də görünür ki, həmin etibarnaməni nənəsi İddiaçı ona məhz sözügedən mənzili bağışlamaq, mənzili öz adına rəsmiləşdirmək üçün vermişdir. 2023-cü ilin əvvəlində o həmin etibarnamə əsasında mənzili öz adına keçirmək istəyəndə notariusda ona bildirmişlər ki, bu etibarnamə əsasında mənzil birbaşa öz adına, yəni öz xeyrinə keçirə bilməz. O bu mənzili öz adına necə keçirməyin qanuni yolunu arvadı Əsmərin xalası oğlu, qohumları olan hazırda Bakı 7 saylı “ASAN Xidmətin” rəisi işləyən Cavabdeh1 soruşanda Cavabdeh1 evin sənədi ilə birlikdə İddiaçı və Fəridin işlədiyi 7 saylı ASAN Xidmətə gəlməyi tapşırmışdır. Göründüyü kimi o və nənəsi İddiaçı qohumu kimi Cavabdeh1 inanaraq aldadılmışdırlar. Lakin indi ona məlum olmuşdur ki. Cavabdeh1 Əsmər Əliyevaya üstünlük qazandırmaq və nənəsi İddiaçı əmlakını mənimsəmək, Əsmərin adına keçirmək məqsədilə nənəsi və onu aldadıb etibarlarından sui-istifadə etmişdir. İndi ona məlum olur ki, Cavabdeh1 onu və nənəsini aldadaraq etibarlarından istifadə edərək, öz vəzifəsindən istifadə edərək, ünvan 1 ünvanda yerləşən mənzilə görə İddiaçı adından Cavabdeh1 adına etibarnamə yazdırmışdır. Daha sonra bu etibarnamədən istifadə edərək, Cavabdeh1 nənəsinin adından o isə Əsmərin adından verilən etibarnamələr əsasında mənzilin bağışlanması müqaviləsini hazırlamağı notariusa tapşırmış, daha sonra bağışlama müqaviləsinə imza etdirmişdir. Həmin bağışlama müqaviləsini mən oxumadan, mahiyyətini bilmədən imzalamışam. Əslində nə mənim nədə nənəmin niyyəti və məqsədi mənzili Əsmərə bağışlamaq olmamışdır. Nənəsi mənzili ona sevimli nəvəsinə bağışlamaq istəmişdir. Bunu Əsmər, əsmərin xalası oğlu Əşrəfdə yaxşı bilirdi. Görünür Cavabdeh1 Cavabdeh3 təkidi və xahişi ilə onları aldatmış, onları inandıraraq bağışlanmanın bu formada olmalı olduğunu ona bildirmişdir. Əslində nənəsi Adilə və o mənzilin ona bağışlandığını düşünərək etibarnaməni və müqaviləni oxumadan imzalamışdır. O və nənəsi 2023-cü ilin avqust ayından elə başa düşdülər ki, həmin bağışlanma müqaviləsi ilə mənzil İddiaçı tərəfindən ona bağışlanıb. Əgər nənəsi Adilənin mənzili Əsmərə bağışlamaq kimi niyyəti olsaydı elə notariusa gedib birdəfəlik mənzili əsmərin adına bağışlayardı. Niyə həm ona, həm Əşrəfə etibarnamə verirdi. Görünür keçmiş arvadı Əsmər və xalası oğlu Əşərf Əliyev “onları sağ əlimizlə sol qulağımızı qaşımağa məcbur etməkdə” məqsədli olmuşlar. Öz çirkin niyyətlərini həyata keçirməyə nail olmuşlar. Göründüyü kimi, arvadım Cavabdeh3 öz xalası oğlu Cavabdeh1 ilə birləşərək nənəm İddiaçı və onu aldatmışlar. Sonradan etibarnamələr və bağışlama müqaviləsi Cavabdeh1 rəisi olduğu 7 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisinin X7 tərəfindən təsdiq edilmişdir. Yəni notarius birbaşa Cavabdeh1 rəhbəri olduğu ASAN Xidmətdə işlədiyinə görə onun qohumunun tapşırıqlarını yerinə yetirmişdir, onun təlimatı ilə başlarına oyun açıblar. Əgər nənəsi mənzili onun keçmiş arvadı Cavabdeh3 bağışlamaq istəsəydi birbaşa gedib başqa notariusda bağışlama müqaviləsi bağlayardı. Bu səbəbdən də hesab edir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız müqavilədir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 ilə Cavabdeh3 arasında 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilərək bağlanmış xx.xx.2023-cü il tarixli İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə görə Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pııblik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, mənzilin Cavabdeh3 alınaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh3 mənzildən çıxarılması tələbini, əsaslı olması və iddia tələbini etiraf etdiyini əsas gətirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O öz izahatında bildirmişdir ki, Cavabdeh3 iddiaçının yaxın qohumu deyildir və əmlak ona bağışlana bilməz. İddiaçı mənzilin Əsmər xanımın adına olmasını nəvəsi ilə gəlininin boşanma ərəfəsində bilmişdir. Deyilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları

15. AZ-İ 794090 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 28 mart 2013-cü il tarixində nikah bağlamış, bu barədə 02 nömrəsi ilə qeyd aparılmışdır.

16. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır.

17. Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AR-İİ 164408 nömrəli etibarnamədən görünür ki, İddiaçı X4 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, salmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (gırov)qoymaq və İpotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, adına olan daşınmaz əmlakin, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizəsi yazmağı, imzalamağı, yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və s.etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir.

18. 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 28 yanvar 2023-cü il tarixli 924836 nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 həmin etibarnəmə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti ve diger şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdlər, o cümlədən: almaq, satmaq, bağışlamaq , hədiyyə qəbul etmək, deyişmək, əmlakı ipoteka (girov) qoymaq ve ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, həmçinin ona məxsus mənzillərə istənilən şəxslərin daimi və ya müvəqqəti qeydiyyata salmağa və s. etibar etmişdir. Etibarnamə 2 ay müddətinə verilmişdir.

19. 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzilin bağışlanmasına etiraz etmir.

20. ünvan 3ariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh3 X4 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, salmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (gırov)qoymaq və İpotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya yaxud ondan imtina etməyi və s. etibar edir. Etibarnamə 20 il müddətinə verilmişdir.

21. AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3 12 sentyabr 2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzildə qedyiyyatdadır.

22. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzil Cavabdeh3 adına 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariusu tərəfindən təsdiq edilmiş 4Ə-267 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır.

23. 08 fevral 2023-cü tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı (İddiaçı əvəzinə Cavabdeh1) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzili Cavabdeh3 (Cavabdeh3 əvəzinə Cavabdeh2) bağışlamışdır.

24. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

25. 115 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 aşağıdakı ailə tərkibi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzildə qeydiyyatdadır və yaşayır. X1, qızı X6, nənə X11.

26. 115 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzildə xx.xx.2019-cu ildən qeydiyyatdadır və xx.xx.2023-cü il tarixdən mənzilin sahibidir.

27. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1562/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 ilə ilkin iddia üzrə Cavabdeh3 arasında 28 mart 2013-cü il tarixdə Bərdə rayonu Mollalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 25 fevral 2014-cü il təvəllüdlü X6 və 10 oktyabr 2018-ci il təvəllüdlü X13 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 himayəsində saxlanılmışdırlar.

28. AR Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli arayışından görünür ki, İddiaçı Bərdə rayonunun Mollalı kəndində yaşayır və Bakı şəhərində qeydiyyatda olmasında baxmayaraq, oğlu X5 ilə 7 ildir himayəsində yaşayır.

29. AR Ədliyyə Nazirliyinin 01 iyul 2024-cü il tarixli məktubundan görünür ki, bağışlama müqaviləsinin tərəflərin qohum və ya kənar şəxs olmasına baxmayaraq tərəflərin həqiqi niyyəti əmlakın bağışlanmasıdırsa notarius hər hansı məhdudiyyət olmadan həmin müqaviləni təsdiq edir. Əks halda bu müqavilənin bağlanmasından əsaslandırılmış qərarla imtina edildiyi bildirilmişdir.

Mülki işə tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM): Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də(pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə

31. AR Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar).

32. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. ...Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz... MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 26. Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıdır. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanmasının mümkünsüz olduğunu labüd edir.

35. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir.

36. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

İşə baxan məhkəmənin mövqeyi:

38. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

39. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İşin materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə ilə nəvəsi Cavabdeh2 30 il müddətinə bütün əmlakları üzərində sərəncamvermə hüququnu ehtiva edən etibarnamə vermişdir. Daha sonra iddiaçı İ.Adilə 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 28 yanvar 2023-cü il tarixli 924836 nömrəli etibarnamə ilə bütün əmlakları üzərində sərəncam vermək hüququnu ehtiva edən etibarnamə vermişdir. Digər Cavabdeh3 27 noyabr 2020ci il tarixdə ünvan 3ariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamə ilə X4 daşınmaz əmlak üzərində sərəncam vermək, o cümlədən hədiyyə almaq hüququnu ehtiva edən etibarnamə vermişdir. 08 fevral 2023-cü tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı (İddiaçı əvəzinə Cavabdeh1) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 22 ünvanında yerləşən 28 saylı mənzili Cavabdeh3 (Cavabdeh3 əvəzinə Cavabdeh2) bağışlamışdır.

41. İddia ərizəsində iddiaçı əqdin etibarsızlığını aşağıdakı dəlillərlə əsaslandırmışdır: - İddiaçının sağlamlıq vəziyyəti ilə əlaqədar hərəkətlərinin mənasını anlamaması; - Cavabdeh3 və onun xalası oğlu Cavabdeh1 tərəfindən iddiaçının aldadılması; - İddiaçının yaxın qohumu olmayan şəxsə bağışlama müqaviləsi əsasında əmlakı bağışlaya bilməyəcəyini. Məhkəmə hər bir dəlilə münasibət bildirərək aşağıdakıları qeyd edir.

42. İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar hərəkətlərinin mənasını anlamaması, idarə edə bilməməsini qeyd etsə də, mülki işin materiallarında olan sənədlərdə iddiaçının fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya məhrum edilməsi, ona qəyyum təyin edilməsi ilə bağlı müvafiq sənədlər təqdim edilməmişdir.

43. Yuxarıda istinad edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur.

44. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.

45. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi – yaşı və xəstəlikləri səbəbindən hərəkətlərinin mənasını və onların hüquqi nəticələrini anlamamağını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki işin materialları ilə iddiaçının öz hərəkətlərinin nəticələrini anlamaması halı müəyyən edilmir.

46. Məhkəmə daha sonra qeyd edir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxsdə (şəxslərdə) səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onun (onların) bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Lakin iş materiallarından görünür ki, iddiaçı aldanma ilə bağlı heç bir mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.

47. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

48. İddiaçı şüurlu və könüllü surətdə etibarnamə imzalaması nəticəsində ona qarşı aldanmanın hansı formada baş verməsini əsaslandıra bilməmiş, iddia ərizəsində aldanma ilə bağlı göstərdiyi hallar iş materialları ilə də müəyyən edilməmişdir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli qərarında aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün vacib olan şərtlər sadalanmışdır ki, bu şərtlər çərçivəsində əqd bağlanması məqsədi ilə aldadılma faktı da hazırkı işin halları baxımından təkzib olunur.

50. Məhkəmə Cavabdeh2 etiraf ərizəsi ilə bağlı qeyd edir ki, həmin ərizədə cavabdeh onun və nənəsinin aldadıldığını bildirsə də, İ.Fərid ilə İ.Əsmər 2013-cü ildən rəsmi nikah münasibətlərində olmaqla, mübahisələndirilən müqavilə bağlandığı 2023-cü ilin fevral ayından sonra da birlikdə yaşamağa davam etmişlər. Eyni zamanda mülki işin materiallarında olan arayışdan görünür ki, cavabdeh İ.Əsmər mübahisəli mənzildə 12 sentyabr 2019-cu il tarixdən qeydiyyatdadır. Daha sonra onlar arasında olan münasibətlər korlanmış və sonuncu nikahın pozulması, uşaqların himayəsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1562/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 ilə ilkin iddia üzrə Cavabdeh3 arasında 28 mart 2013-cü il tarixdə Bərdə rayonu Mollalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bu müddət ərzindən İ.Fəridin həmin mənzilin Cavabdeh3 bağışlanmasını bilməməsi ağlabatan deyildir. Bu hallar İ.Fəridin hazırda onlar arasında münasibətlərin pozulması səbəbindən müqavilənin etibarlılığını mübahisələndirməsi fikrini formalaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki İ.Fəridin iddianı etiraf etməsi digər cavabdehlərin mənafeyini pozur, etiraf ərizəsinin dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır, etiraf özü özlüyündə ağlabatan mühakimə əsasında inandırıcı deyil.

51. Məhkəmə iddiaçının üçüncü dəlilinə - iddiaçının yaxın qohumu olmayan şəxsə bağışlama müqaviləsi əsasında əmlakı bağışlaya bilməyəcəyi ilə bağlı qeyd edir ki, nə beynəlxalq, nə də qüvvədə olan mülki qanunvericiliklə belə bir məhdudiyyət müəyyən edilməmişdir. AR Ədliyyə Nazirliyinin 01 iyul 2024-cü il tarixli məktubundan görünür ki, bağışlama müqaviləsinin tərəflərin qohum və ya kənar şəxs olmasına baxmayaraq tərəflərin həqiqi niyyəti əmlakın bağışlanmasıdırsa, notarius hər hansı məhdudiyyət olmadan həmin müqaviləni təsdiq etdiyi qeyd edilmişdir.

52. Beləliklə, müqavilənin etibarsızılığı barədə tələbin dəlilləri öz təsdiqini tapmadığından məhkəmə tərəfindən rədd edilməlidir. Müqavilənin etibarsızlığı barədə tələb rədd edildiyindən çıxarışın ləğv edilməsi, mənzilin iddiaçıya qaytarılması və mənzildə çıxarılma tələbləri barədə hissəsində də təmin ediləməməlidir. Məhkəmə bu qənaətə gələrkə mülki prosessual qənaət prinsipinin tələblərini rəhbər tutur və əlavə araşdırma aparmağa zərurət görmür.

53. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

55. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

56. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 7 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar