Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-993/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə ("Biznes Partnyor” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı «müqavilə üzrə ödənilmiş pulun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə ("Biznes Partnyor” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı «müqavilə üzrə ödənilmiş pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 88.955 (səksən səkkiz min doqquz yüz əlli beş) manat, mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" QSC ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə 0528/ƏKM saylı “əsas kredit müqaviləsi” bağlanmışdır. Həmin tarixdə İddiaçı tanışı X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən 402 kv.m ümumi sahədən ibarət fərdi yaşayış sahəsi banka ipoteka qoyulmuşdur. Həmçinin İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə 0528/Z-1 saylı “zaminlik müqaviləsi” bağlanmışdır. Həmin tarixdə tərəflər arasında 0528/K saylı “əlavə kredit müqaviləsi” bağlanaraq "xxxx" QSC 24 ay müddətinə 150.000 manat kredit götürmüşdür. 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə götürülmüş 150.000 manat kreditin 4-5 ayını cavabdeh "xxxx" QSC ödəsə də qalan aylıq ödənişlərini İddiaçı ödəyir. Çünki cavabdeh banka ödənişi dayandırdığından, İddiaçı isə öz tanışının evini banka girov qoyduğu üçün məcburiyyət qarşısında qalıb krediti ödəmişdir ki, ev əlindən çıxmasın. İddiaçı tərəfindən bu günədək ümumilikdə 88.955 (səksən səkkiz min doqquz yüz əlli beş) manat kredit ödənilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 8165 manat və xx.xx.2021-ci il tarixdə 8165 manat kredit ödənilməsi üçün "xxxx" QSC-nin mühasibatlığına ödənilmiş, xx.xx.2022-ci il tarixdə 4.100 manat, xx.xx.2022-ci il tarixdə 4.100 manat, xx.xx.2022-ci tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 8.100 manat, xx.xx.2022-ci il tarixdə 8.100 manat, xx.xx.2022-ci il tarixdə 8.100 manat, xx.xx.2022-ci il tarixdə 16.000 manat, xx.xx.2022-ci il tarixdə 5.500 manat və xx.xx.2022-ci il tarixdə 10.000 manat kredit "xxxx" ASC-yə ödənilmişdir. Borc məbləğinin ödənilməsi məqsədilə tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olnumuş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 121.719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat, mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 13 (on üç) manat pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" QSC-yə müraciət edərək bildirmişdir ki, ona bağlı "xxxx" MMC adlı hüquqi şəxs vardır və həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün sərmayəyə ehtiyacı vardır. Lakin, hüquqi şəxs yeni təsis olunduğu və dövriyyəsi olmadığı üçün banklardan həmin hüquqi şəxsə istədiyi qədər kredit məbləği götürə bilmir. İddiaçı cavabdehə bildirmişdir ki, əvvəllər özü də bank sektorunda çalışdığı üçün həmin sektorda tanışları çoxdur və cavabdeh "Bakı Tikinti Konstruksiyaları” QSC-nin adına kredit götürə bilər. İddiaçı təklif etmişdir ki, kredit cavabdehin adına götürülsün, özü də həmin kredit müqaviləsinə fiziki şəxs kimi zamin duracaqdır və ödənişləri özü edəcəkdir. Kredit məbləğinin isə götürüldükdən sonra, ona məxsus "xxxx" MMC adlı hüquqi şəxsə köçürülməsini xahiş etmişdir, iddiaçı ilə cavabdeh arasında başqa işgüzar münasibətlər olduğu üçün, cavabdeh “Bakı Tikinti Konstruksiyaları" QSC iddiaçıya razılıq vermiş və öz adına "xxxx" ASC-dən 24 may 2021ci il tarixli, 0528/ƏKM nömrəli “Əsas kredit müqaviləsinə” əsasən 60 (altmış) ay müddətində (xx.xx.2026-cı il tarixədək) 350,000.00 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılması barədə müqavilə bağlamışdır. 26 may 2021ci il tarixli, 0528/K nömrəli “Əlavə kredit müqaviləsi"nə əsasən 24 (iyirmi dörd) ay müddətində (xx.xx.2023-cü il tarixədək) 150,000.00 (bir yüz əlli min) manat məbləğində, kreditdən istifadəyə görə illik 15 (on beş) % ödəmək şərtilə cavabdehə kredit məbləği köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında 0528/Z-1 nömrəli zaminlik müqaviləsi də bağlanmış və iddiaçı götürülən kredit məbləğinə bank qarşısında zamin durmuşdur. Kredit məbləği cavabdeh “Bakı Tikinti Konstruksiyaları" QSC-nin hesabına köçürüldükdən sonra, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı Tikinti Konstruksiyaları" QSC ilə “Biznes Partnyor" MMC arasında 26 may 2021-ci il tarixli, BTKxx-xx/2021 nömrəli Borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən (“Bakı Tikinti Konstruksiyaları" QSC) 140 000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Borc alana ("xxxx" MMC) qaytarılmaq şərti ilə verməyi öhdəsinə götürmüşdür. Göstərilən müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 140,000.00 (bir yüz qırx min) manat və xx.xx.2021-ci il tarixdə isə 9,000.00 manat, ümumilikdə 149,000.00 (bir yüz qırx doqquz min) manat bank köçürməsi yolu ilə “Bakı Tikinti Konstruksiyaları" QSC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırıq ki, hazırki mülki iş üzrə cavabdeh "xxxx" QSC tərəfindən göstərilən kredit müqaviləsi üzrə 54,993.72 manat ödəniş həyata keçirilmişdir. Bu məbləğin cavabdeh tərəfindən ödənilməsi iddiaçı ilə əvvəlcədən razılaşdırılmış, qalan məbləğin isə iddiaçı tərəfindən zaminlik müqaviləsi əsasında ödəməsi razılaşdırılmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan başqa işgüzar münasibətlərə görə kredit məbləğinin 55,000 (əlli beş min) manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmış və həmin ödəniş də cavabdeh tərəfindən həyata keçirilmişdir. Lakin, hazırda İddiaçı heç bir əsas olmadan kredit müqaviləsi üzrə ödədiyi ödənişləri Cəmiyyətimizdən tələb etməkdə haqlı deyildir. Belə ki, kredit götürülməsi təklifini, həmin kreditin götürülməsi detalllarının bankla razılaşdırılmasını, həmin kreditin daha sonradan “Biznes Partnyor" MMC-yə köçürülməsini, kredit məbləğinin 55,000.00 manatlıq hissəsinin "xxxx" QSC tərəfindən, qalan hissəsinin isə özü tərəfindən ödənilməsi təkliflərini edən birbaşa iddiaçı özüdür və hazırda iddia tələbi qaldırmaqla haqlı deyildir. Etiraz ərizəsinə və əlavə olunmuş sənədlər görünür ki, əsas və əlavə kredit müqavilələri cavabdeh “Bakı Tikinti Konstruksiyaları" QSC-nin adına bağlansa da, faktiki olaraq götürülən 150,000.00 manat kredit məbləği iddiaçının qanuni təmsilçisi olduğu "Biznes Partnyor” MMC-yə, dolayısı ilə İddiaçı çatmışdır. Hesab edirik ki, hazırki mülki işin ətraflı və obyektv araşdırılması üçün işə "Biznes Partnyor” MMC də cəlb olunmalı və mübahisə hərtərəfli araşdırılmalıdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Biznes Partnyor” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Biznes Partnyor” MMC-nin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilsin. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 0528/ƏKM nömrəli əsas kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında 60 (altmış) ay müddətində (xx.xx.2026-cı il tarixədək) 350,000.00 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və Kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə Kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Borc alan bu bənddə qeyd edilmiş limitdən müstəqil şəkildə istifadə edə bilməsi razılaşdırılmışdır. İş materialların əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-1 zaminlik müqaviləsindən görünür ki, Zamin 1,2ci bənddə qeyd olunmuş Əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəlikiərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik "xxxx" QSC (bundan sonra «Borc alan» adlandırılacaq) ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/ƏKM saylı Əsas kredit müqaviləsindən (bundan sonra «Əsas kredit müqaviləsi» adlandırılacaq), o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələrdən bütün digər müqavilələrdən irəli gələn bütün pul tələbləridir. İş materialların əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-2 zaminlik müqaviləsindən görünür ki, Zamin 1,2ci bənddə qeyd olunmuş Əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəlikiərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik "xxxx" QSC (bundan sonra «Borc alan» adlandırılacaq) ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/ƏKM saylı Əsas kredit müqaviləsindən (bundan sonra «Əsas kredit müqaviləsi» adlandırılacaq), o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələrdən bütün digər müqavilələrdən irəli gələn bütün pul tələbləridir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı əlavə kredit müqaviləsindən görünür ki, tərəflər 24 (altmış) ay müddətində (xx.xx.2026-cı il tarixədək) 150,000.00 (yüz əlli min) manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə Borc alana kredit tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/ƏKM saylı Əsas kredit müqaviləsi ilə Borc verən tərəfindən Borc alana açılmış kredit limiti çərçivəsində verilir və bu müqavilə əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən sonra 10 iş günü ərzində Borc alanın borc verəndə açılmış ******************** nömrəli hesabına köçürməklə verilir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsindən görünür ki, tərəflər Borc verən 140 000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini (sonradan «Borc» adlandırılır) Borc alana qaytarılmaq şərti ilə, Borc alanın aldığı mal və xidmətlərin dəyərini ödəmək ötrü kontragentlər ilə hesablaşmalarını aparmaq üçün borc verməyi, Borc alan isə Borcu bu Müqavilənin şərtləri əsasında Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında əsas kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-1 saylı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-2 nörməli zaminlik müqavilələri bağlanmışdır. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə verilmiş vəsaitin 121719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən hazırda iddiaçı həmin vəsaitin kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş cavabdeh "xxxx" QSC tərəfindən ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən mülki işin hallarını təşkil edən əqdlərin hüquqi qiymətləndirilməsi zamanı qanuni olmaları müəyyən edilmişdir. Belə olan halda hazırda iddia tələbinin predmeti üzrə iddiaçının qeyd olunan əlavə kredit müqaviləsi üzrə zamin olaraq kredit borcunun ödəməsi həmin müqavilələrin tərəflərinə yaratdığı öhdəliklərin ödənilməsini təmin etməsi kimi qiymətləndirilir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsinin əsaslandırmasında əslində cavabdehlə bank arasında bağlanmış əlavə kredit müqaviləsinin iddiaçının təhriki ilə, onun biznesinin inkişaf etdirilməsi maddi dəstəyin təmin edilməsi məqsədi ilə bağlandığı və iş materiallarına "xxxx" QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsini əlavə edərək, əlavə kredit müqaviləsi üzrə bank tərəfindən alınmış kreditin borc olaraq iddiaçı ilə əlaqəli olan "Biznes Partnyor” MMC-yə borc olaraq təqdim etdiyini göstərmişdir. Göstərilənlərə əsasən əslində iddiaçı tərəfindən əlavə kredit müqaviləsi üzrə edilmiş ödənişlərin "xxxx" QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsinə əsasən cavabdehə olan borcu olduğunu bildirmişdir. Qeyd olunan əsaslandırma ilə razılaşmayan məhkəmə göstərilmiş "xxxx" QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsi üzrə iddiaçının əlaqəsi olması və həmin müqavilə üzrə tərəf olan "Biznes Partnyor” MMCnin rəhbəri olmasına və ya əlaqəsinə dair hər-hansı sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Halbuki, tərəf irəli sürdüyü halları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə göstərilən və iddia edilən halların təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan göstərilmiş hallarının əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan maddi hüquq normalarının imperativ şərtlərindən müəyyən olunur ki, cavabdeh tərəfindən irəli sürülmüş etiraz üzrə müvafiq əsaslandırma aparılması ilə yanaşı həmçinin həmin əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında yuxarıda qeyd olunan borc müqaviləsi üzrə qarşı tərəfin hesabına köçürülmüş vəsaitin əlavə kredit müqaviləsi üzrə cavabdehə verilmiş həmin kredit məbləğinin olması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə alınmış kredit vəsaitinin həmin müqavilədə nəzərdə tutulmuş formada istifadə edilməsi borcalanın hüququdur. Belə olan halda əlavə kredit məbləği üzrə alınmış vəsaitin daha sonra digər borc müqaviləsi əsasında digər şəxsə verilməsi halı iddiaçının həmin borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hazırda iddiaçı tərəfindən əlavə kredit müqaviləsi üzrə zamin olaraq ödəniş edilməsinə dair sübutları yetərli hesab edir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən edilmiş ödənişləri başqa öhdəliyə görə ödənilməsini bildirsədə, lakin iddiaçının ödəniş etməsini təsdiq edir. Məhkəmə həmin ödənişlərin təyinatının əlavə kredit müqaviləsi üzrə cavabdehin götürdüyü öhdəliklərin iddiaçı tərəfindən zamin olaraq həyata keçirməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi, hazırda iddiaçının tələbi həmin normanın imperativ şərtləri ilə müəyyən edilmiş zaminin tanınmış hüququdur. Odur ki, məhkəmə mülki işin iddia tələbi üzrə maddi sübut bazasının sabit olduğunu, habelə tələbin iddiaçıya münasibətdə maddi hüquq normasına dair təsdiq edilmiş hüququ olmasını rəhbər tutan məhkəmə cavabdehin iddiaçı zamin qarşısında yaranmış öhdəliyinin təmin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 13 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan cavabdeh "xxxx" QSC-dən 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə İddiaçı tərəfindən "xxxx" ASCyə ödənilmiş 121.719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat, mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 13 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 121.719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat, mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 13 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-993/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-993/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver