Məhkəmə qərarları › İş №e-2(006)-1037/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1037/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1037/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin vəkili-nümayəndəsi Vəkil oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin ilkin iddia üzrə Cavabdeh qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fonduna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Nəsimi rayonu ərazisində də Ak.Topçubaşov, Abbas Səhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə “Pilot” layihə icra olunmaqdadır. Həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin bütün mülkiyyətçiləri (160 mülkiyyətçi) ilə razılaşma əldə olunaraq sahələr boşaldılmış və tikinti işlərinə başlanılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin malik olduqları sahələrə əlavə olaraq 15 %-dən artıq olmaqla sahələr verilmişdir. Həmin vaxtda cavabdehin yaşadığı mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yeni binanın bütün sakinləri ilə razılıq əldə edilmiş və həmin sakinlər mənzilləri üçün kirayə haqqı ödənilməklə mənzillərini təhvil vermişdilər. Bu isə 2017-ci ilin iyun ayına təsadüf etmişdir. Belə olan halda MTK-nın bu sakinlər qarşısında müqavilədən doğan öhdəliyini və həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlamış olduğu müqavilədən doğan öhdəliyini icra etməsi üçün yeni binanın tikinti işlərinə başlaması vacib idi. Cavabdeh isə 1 il 6 ay ərzində MTK ilə razılığa gəlməyərək bu işləri gecikdirmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulduğundan cavabdehin təklifi ilə 21 fevral 2019-cu il tarixdə cavabdehin mülkiyyətində olan bu mənzilin xx.xx.2019-cu il tarixinədək ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə əvvəlcə mülkiyyətində olan 64,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün MTK ilə əvvəlcə 4 otaqlı 174 kv.m təmirsiz mənzil, 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və 64.8 kv.m 2 otaqlı təmirsiz mənzilin verilməsi ilə bağlı müqavilə bağlanmış, sonra isə mülkiyyətçi mənzilinin ipotekadan çıxarılması üçün müddəti xx.xx.2019-cu il tarixinədək uzatmaq üçün bağlanmış bu müqavilə tərəflərin iradə ifadəsi ilə ləğv edilərək MTK ilə mülkiyyətində olan 64,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8cimərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzil ilə bağlı 57 saylı 2- ci yeni İlkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, müqavilənin bağlanmasının məqsədi məhz cavabdehin mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair əvəzləşmə müqaviləsinin bağlanması olmuşdur. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə tərəfləri razılığa gəlirlər ki, “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilənin bağlanması üçün sənədləri yəni, ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cımərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Məlumdur ki, müqavilə tərəflərin iradə azadlığını əks etdirir və tərəflərdə bu müqaviləni imzalayarkən qarşılıqlı razılıq əsasında müqavilədə göstərilən mənzillərin yalnız hazırki iş üzrə cavabdehin mülkiyyətində olan mənzili ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə veriləcəyini razılaşdırmışlar. Cavabdeh isə bu öhdəliyini icra etməmiş və tərəflər arasında həmin mənzillərlə bağlı notarial təsdiqli müqavilə bağlanmamış, qeyd olunan öhdəliyin icrası ilə bağlı cavabdeh tərəfin nəzərinə çatdırılmasına dair 27 yanvar 2020-ci il tarixdə məktubla xəbərdar edilməsinə baxmayaraq qarşı tərəf heç bir cavab verməmiş, bu səbəbdən də həmin mənzillərin cavabdehin mülkiyyətinə keçməsində tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin icrası şərti baxımından mümkünsüzdür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə razılığa gələrək bağlamış olduğu 21 fevral 2019-cu il tarixli müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ləğvi tələb olunan xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi tərəflər arasında ifadə olunan iradə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədləri MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına yönəlmişdir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, əsas müqavilənin bağlanması ilə bağlı ilkin müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. İlkin müqavilənin bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, xx.xx.2019-cu tarixli ilkin müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, bu öhdəliyini icra edərək əsas müqaviləni bağlamaq barədə təklif göndərməmiş, hətta 27 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir. Cavabdeh iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin iddiasına etiraz təqdim edərək, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia rədd edilməli, vicdansızcasına əsassız iddia vermiş "xxxx" MTK-dan iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə ağlabatan miqdarda (ən azı 1000 manat) məbləğ tutulmalıdır. Tərəflər arasında olan mübahisənin tarixçəsi həddindən artıq uzundur və onları təfərrüatı ilə yazmaq vaxt itkisinə səbəb ola bilər, mübahisənin mahiyyəti daha əvvəlki məhkəmə işi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış qərarlarda əks edilib. İlkin iddiada xitam verilməsi xahiş edilən müqavilə xx.xx.2019-cu tarixdə bağlandıqdan sonra "xxxx" MTK tərəfindən ilkin müqavilə adı verdikləri həmin müqavilə bağlandıqdan sonra birbaşa icra edilmişdir: a) Cavabdeh məxsus mənzil dərhal "xxxx" MTK tərəfindən hissəvi sökülüb; 2) Mənzil söküldükdən sonra Cavabdeh kirayə qalmağa başlamış və 3 ilə yaxın müddət ərzində 20000 manata yaxın kirayə pulu ödəmişdir; b) Müqavilə bağlandıqdan sonra həyətdə olan çoxillik ağaclar, yaşıllıqlar məhv edilmiş, 2 ay sonra 2019-cu ilin aprel ayında Cavabdeh mənzili tamamilə sökülmüş, yeri qazılaraq orada yeraltı dayanacaq tikilməyə başlanmışdır; c) 2 ilə yaxın müddət sonra Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzil Cavabdeh təhvil verilib; d) Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzil Cavabdeh tərəfindən təmir olunub və Cavabdeh təmir üçün 70000 manatdan yuxarı vəsait xərcləmişdir; e) binanı faktiki tikən və kooperativin sədrinin etibarnamə üzrə nümayəndəsi Elmar Kərimovdan dəfərlərlə tələb etdikdən sonra ilkin iddiaçı tərəfindən ona 188 saylı, xx.xx.2020-ci il tarixli xəbərdarlıq verilib və həmin xəbərdarlıqda 92 kv.metrdən ibarət mənzilə dair hissədə müqaviləyə dəyişiklik edilməsi təklif edilib. ə) ipoteka predmetini təşkil edən və Topçubaşov küçəsinə baxan binanın 8-ci mərtəbəsində yerləşən mənzilə dair Reyestr Xidmətindən arayış almaqla və ipotekanın rəsmiləşdirilməsi üçün əlavə xərc çəkməklə də bununla bağlı müqavilənin bəyənilməsi hərəkətləri həyata keçirilmişdir; f) "xxxx" MTK xx.xx.2019-cu tarixli müqavilə üzrə öhdəliklərə xitam verilməsini xahiş etsə də, xitam mümkün deyil, çünki Cavabdeh məxsus əmlak artıq mövcud deyil, əmlakın bərpası isə qeyri-mümkündür, eyni zamanda xx.xx.2019-cu tarixli müqavilənin bir hissəsi artıq icra edilib; 1) "xxxx" MTK başqa sakin Vaqif Məmmədova qarşı məhkəmədə iddia qaldırıb, onunla bağlanmış müqavilənin eyni əsaslarla etibarsız hesab edilməsini xahiş etmiş, Nəsimi Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8629/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın apellyasiya şikayəti rədd edilmiş, Ali Məhkəmənin 2(102)-1811/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti rədd edilmişdir. Vaqif Məmmədova qarşı iş üzrə də "xxxx" MTK Cavabdeh qarşı istifadə etdiyi və həqiqəti əks etdirməyən dəlillərdən istifadə etməyə çalışsa da, məhkəmələr onun iddiasını rədd etmiş və Ali Məhkəmə də düzgün olaraq qətnaməni qüvvəsində saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8629/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Vaqif Məmmədova 69.78 kv.metr mənzilin əvəzinə 2 təmirli mənzilin verilməsi (3 otaqlı 133.1 kv.m+2 otaqlı 62.6 kv.metr) müqavilə ilə müəyyən edilmişdir. Bu qətnamə və müqavilə ilə müəyyən edilir ki, Vaqif Məmmədovun 69.78 kv.metr mənzilin əvəzinə ona 3 dəfə böyük və üstəlik təmirli sahə verilmişdir. 2) Vaqif Məmmədova oxşar mübahisə ilkin iddiaçı ilə X5 ilə də olmuşdur. 3) İlkin iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülüb, müddət tətbiq edilməklə iddia rədd edilməlidir. 4) İddiaçı ilə aralarında olan məhkəmə mübahisəsi üzrə çıxarılmış qərarlarla Cavabdeh ədalətli əvəz verdiyi, başqa sakinlərdən artıq verilmədiyi müəyyən edilir. 5) Bu iddiaçının ikinci cəhdidir, hədəf eynidir, birinci iddia alınmadı deyə, düşünüb ikinci iddianı vermişlər. İlkin iddiaçının hərəkətləri cığallığın növbəti təzahürüdür. 6) xx.xx.2019-cu tarixli müqavilə ilkin müqavilə deyil, yalnız 1-ci şərtinə əsasən həmin müqavilə notariusda təsdiq edilməli idi, onun təsdiqi isə mümkün olmayıb, çünki əmlak dərhal məhv edilmişdi. 7) Bu müqavilə möhkəmlənmək üçün notariat forma nəzərdə tutulub. Məhkəmələr bu tip müqavilələri qəbul edir və bu müqavilə mötəbərdir. 8) Müqavilənin qalan mühüm şərtləri hər 2 tərəfin iştirakı ilə icra edilib, məhşur hüquq prinsipinə görə ümumi xüsusini əhatə edir. 9) Mülki Məcəllənin 405.5-ci maddəsinin əlamətləri bu işdə yoxdur. Maddənin 2 hissəsi var. İddia bununla uzlaşmır. 10) Mübahisələr olub, tərəflər passiv olmayıblar və bunlar məhkəmə qərarı ilə təsdiq edilir. Məhkəmə qərarları ilə müqavilə bağlanması və artıq icra edilməsi müəyyən edilib. Göstərilənləri nəzərə almaqla, tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16-cı mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların və layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi üçün bütün digər zəruri sənədlərin ona verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının cavabdehə tapşırılması, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8ci mərtəbəsində layihə sənədlərinə əsasən 64,8 kv.m 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində 7-ci mərtəbəsində 92,3 kv.m 2 otaqlı mənzilin ona təhvil verilməsinin və təmir üçün şərait yaradılmasının cavabdehə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Qasımzadə küçəsi, ev 1, mənzil 33 Cavabdeh mülkiyyətindədir. ünvan 1 ünvanı üzrə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq 33 saylı mənzilin mülkiyyətçisi kimi Cavabdeh bildirilmişdir ki, “şifahi razılaşmaya uyğun olaraq müqavilə hazırdır, gəl qol çək”. xx.xx.2019-cu il tarixdə Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin ofisinə getmiş, və müqaviləyə qol çəkdikdən sonra ona maliyyə arayışı, protokoldan çıxarış verilmişdir. Həmin sənədləri evə gətirib oxuduqda görmüşdür ki, müqavilədə göstərilən 64,5 kv.metrlik 2 mənzil Topçubaşov küçəsinə baxan binadadır və dərhal ofisə qayıdıb səbəbini soruşmuşdur. Kooperativi faktiki idarə edən və sədrin etibarnamə üzrə nümayəndəsi Elmar adlı şəxs Cavabdeh bildirmişdir ki, ona F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik 2 mənzili verməyi söz versələr də, anlaşılmazlıq olub, onları satıblar, lakin həmin mənzili alıb geri qaytaracaqlar. Elmar adlı şəxs ciddi danışdığını və Cavabdeh arxayın etmək üçün 92,3 metrlik 2 otaqlı mənzili verdiyini, əgər 1,5 il ərzində F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik mənzili Cavabdeh verə bilməsələr, müqavilənin olduğu kimi qalacağını bildirmişdir (174+92,3+64,5). Cavabdeh Elmarın təklifi ilə razılaşmış və onlar bu şərtlərlə müqavilə bağlamışlar. Müqavilənin bağlanmasından xeyli müddət keçsə də, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi müqavilə şərtlərini icra etmir. Cavabdeh yalnız 4 otaqlı mənzil təhvil verilmiş, 64,5 kv.metrdən ibarət mənzilin qapısının üst açarları təhvil verilsə də və Cavabdeh mənzilə əşyalarını yığsa da, sonradan mənzilin qapısı alt açarlarla bağlanmışdır. Həmin mənzilin 1 açarı Cavabdeh, digər açarı isə "xxxx" Mənzil-Tikinti Kooperativindədir. Ona görə də müqavilə şərtlərinə əməl edilməli, mənzillər və mənzillərə dair maliyyə arayışı və protokoldan çıxarış, mənzillərin cizgisi Cavabdeh təhvil verilməlidir. Bununla bağlı Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə etdiyi pretenziyaya verilmiş xx.xx.2021-ci il tarixli və sonrakı cavabda ona aralarında olan məhkəmə işinə uyğun gözləmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların və layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının "xxxx" Mənzil-Tikinti Kooperativinə tapşırılması, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 64,8 kv.m 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində 92,3 kv.m 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsinin və təmir üçün şəraitin yaradılmasının "xxxx" Mənzil- Tikinti Kooperativinə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun "xxxx" Mənzil-Tikinti Kooperativindən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinin vəkili-nümayəndəsi Vəkil oğlu ilkin iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia tələbini “sahəsi 174 m2 olan mənzil” hissəsində qəbul edib, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsini, qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib bildirdi ki, iddiaçının ilkin müqavilə adlandırdığı əslində əsas müqavilədir. Əvvəlki məhkəmə mübahisələrində də müqaviləyə əsas müqavilə kimi yanaşılmışdır. Buna görə də ilkin iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0065125) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********10-05101-093045, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu tarixli 57 nömrəli müqavilədən (tərəflərin razılığı ilə xitam verilib) görünür ki: - Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar mənzil ipotekadan azad edildikdən sonra "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir. 1.1. «Gözəl ünvan 5 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X3 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar: 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu tarixli 57 nömrəli müqavilədən (hazırda qüvvədədir) görünür ki: - Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir. 1.1. «Gözəl ünvan 5 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin (faktiki sahə 107 kv.metr + 6 kv.metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv.m ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv.m olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini "xxxx" MTK üzərinə götürür və “Mülkiyyətçi”nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda “Mülkiyyətçi” qeyd edilən mənzilləri təhvil verəcək. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Mənzilin sökülməsi, ipoteka predmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında "xxxx" MTK məsuliyyət daşıyır. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X3 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar: 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019-cu il tarixində ləğv olunacaqdır. Mülki işin materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 86 nömrəli protokolundan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Qanbayev X1 üzv qəbul olmaqla, MTKnın Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 9, 8-ci mərtəbə, ümumi sahəsi 64.8 kv.m olan 2 otaqlı 1 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Sənədlər payçıya qabaqcadan qeydiyyat haqqında arayış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 9, M8, m1 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********78-05301-093084, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3013 nömrəli reyestr kitabının 281336 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin 8-ci mərtəbədə yerləşməsi, 2 otaqdan, 64.8 m2 ümumi sahədən ibarət olması arayışda öz əksini tapmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-borcalan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 9. M8, m1 ünvanında yerləşən və Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19 mart 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********78-05301-093084 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən ona məxsus yaşayış sahəsini (ipoteka predmetini) ipoteka qoyan-borcalan Cavabdeh və ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2012-ci il tarixli 015/İK/B-12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya verir. İpoteka predmeti 70000 (yetmiş min) manat dəyərində qiymətləndirilir. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, 21 fevral 2019-cu il tarixində tərəflər arasında bağlanmış olan müqavilənin şərtləri "xxxx" MTK-nı olduqca çətin vəziyyətə salmışdır. Belə ki, ərazidə olan yaşayış evlərinin mülkiyyətçilərinin mənzilərinin sökülməsi və tez bir zamanda həmin yaşayış evlərinin tikilərək mülkiyyətçilərə təhvil verilməsi öhdəliyi MTK-nı özü üçün ağır şərtlərlə Cavabdeh ilə müqavilə bağlamağa vadar etmişdir. Lakin həmin dövrdə bu vəziyyətdən istifadə edərək Cavabdeh ilə MTK-nı eyni tarixli başqa müqavilə bağlamağa vadar etməklə Q.Emilin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsinin qarşılığı olaraq Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişinin 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzil və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzilin Cavabdeh mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Həmin mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbələrində) dəyişdiriləcəyi həmin mənzilləri Cavabdeh təhvil verəcəyi müəyyən edilmişdir. Əvvəla bu müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri "xxxx" MTK-ya təqdim etmək öhdəliyini götürsə də, imperativ olan bu öhdəliyi bu günədək icra etməmişdir. İkincisi isə müddətin həddindən artıq uzanması səbəbindən "xxxx" MTK-nın sahibliyində və istifadəsində yuxarıdakı müqavilədə qeyd edilən 2 ədəd 67.5 kv.m sahələr artıq qalmamışdır və onların Cavabdeh verilməsi MTK-nın imkanı xaricindədir. Bu səbəbdən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsi qarşılığı olaraq "xxxx" MTK üçün kifayət qədər ağır şərtlərlə olsa belə, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5ci və 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 2 ədəd 64,8 kv.m təmirsiz mənzili "xxxx" MTK-dan təhvil almaq, əvəzləşmə müqaviləsinin notarial qaydada bağlanması üçün zəruri sənədləri "xxxx" MTK-ya təqdim etmək və xx.xx.2020-ci il tarixinədək notarial qaydada təsdiq ediləcək əvəzləşmə müqaviləsinin bağlanmasını təmin etmək xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış pretenziyaya cavabdan görünür ki, xx.xx.2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasına əsasən müqavilə tərəfləri razılığa gəlmişlər ki, “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri, yəni ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Cavabdeh bu öhdəliyi icra etmədiyindən "xxxx" MTK 21 fevral 2019-cu tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla işə hazırlıq iclası 27 mart 2023-cü il tarixinə təyin edilmişdir. Bu səbəbdən pretenziyaya məktubundakı tələblərlə bağlı qeyd olunan işin nəticəsinin gözlənilməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, aralarında bağlanmış 21 fevral 2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasında müəyyən edilmiş şərtə əsasən Cavabdeh tərəfindən 30 mart 2019-cu il tarixinədək mülkiyyətində olmuş və yuxarıda adı çəkilən mənzilə dair sənədlərin notarial qaydada müqavilənin bağlanması üçün MTK-ya verilməsi öhdəliyi icra olunmadığından "xxxx" MTK Cavabdeh qarşı 21 fevral 2019-cu tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. Bu səbəbdən "xxxx" MTK-ya ünvanlanan 06 sentyabr 2021-ci il tarixli müraciətdə MTK tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı göstərilənlər yalan və böhtandan savayı bir şey deyildir. Əslində isə Cavabdeh "xxxx" MTK-nın düşdüyü çətin durumdan istifadə etməklə MTK-nı bu müqaviləni bağlamağa məcbur etməklə bərabər müqavilə üzrə öhdəliyini də icra etməmiş, bu isə onun bu müqaviləni bağlamaq niyyətinin olmadığına dəlalət edir. Halbuki, müvafiq orqanda qeydiyyatı aparılan daşınmaz əmlaklar üzərində sərəncam verilməsi yalnız notarial müqavilənin bağlanması ilə mümkündür. Bu, mülki qanunvericiliyin imperativ müddəasıdır. Yaranmış mübahisənin məhkəmə müstəvisində olduğundan məhkəmə qərarının gözlənilməsi tövsiyə edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzillə bağlı Gözəl Bakı» MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzillə bağlı Gözəl Bakı» MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(103)-2610/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayətinin qismən, Cavabdeh apellyasiya şikayətinin tam təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" MTK-nın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)-2610/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə Cavabdeh tərəfindən 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi ilə ilkin iddia üzrə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə qarşılıqlı razılıq əsasında 57 nömrəli 2 ədəd müqavilə bağlanmışdır. Belə ki, tərəflər 57 nömrəli bir müqaviləni bağladıqdan sonra qarşılıqlı razılığa gələrək, 57 nömrəli növbəti müqaviləni bağlamışlar və bununla da əvvəlcə bağladıqları müqaviləyə xitam vermişlər. Hazırda qüvvədə olan müqavilənin şərtlərinə əsasən tərəflər bir-biri qarşısında üzərinə götürdüyü öhdəliklər və onların icra vəziyyəti aşağıdakı kimidir:

1. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1 ünvanında yerləşən 33 saylı mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına etirazı olmadığını bildirmişdir. - Cavabdeh, həqiqətən də, etiraz etməmişdir.

2. Müqavilənin bağlanmasında məqsədin Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanması olduğu göstərilmiş, bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqların dövlət qeydiyyatından keçməsi və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33-ün yüklülükdən azad edilməsi razılaşdırılmışdır. - Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 9, M8, m1 ünvanında 2 otaqlı 64.8 m2 ümumi sahəsi olan mənzil verilmiş, mənzil xx.xx.2019-cu il tarixdə onun adına qabaqcadan qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə müvafiq bankın razılığı alınmaqla bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən MTK-ya verilən mənzilin yüklülükdən azad edilməsi razılaşdırılsa da, faktiki olaraq həmin mənzil artıq MTK tərəfindən sökülmüşdür.

3. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqavilənin bağlanması ilə əlaqədar razılığa gəlmişlər. - Lakin faktiki olaraq, MTK mənzili Cavabdeh təhvil alıb sökmüş, təhvil verdiyi mənzil Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş, MTK istədiyinə nail olmuşdur. Bununla da, nə sökülən mənzili ipotekadan azad etmək, nə də Cavabdehlə notariat qaydasında təsdiq edilən müqavilə bağlamamışdır.

4. xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqının ödənilməməsi razılaşdırılmışdır. - Həqiqətən də, ödənilməmişdir.

5. «Gözəl ünvan 5 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin (faktiki sahə 107 kv.metr + 6 kv.metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. - Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil MTK tərəfindən Cavabdeh təhvil verilmiş, Cavabdeh həmin mənzili təmir etmiş, hazırda orada yaşayır. Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilə dair qabaqcadan Cavabdeh adına qeydiyyata alınması üçün hərəkətlər MTK tərəfindən edilib və bankın razılığı ilə ipoteka predmetinə çevrilib. Həmin mənzildə Cavabdeh əşyaları ola-ola MTK mənzili başqa açarla bağladığından, hazırda Cavabdeh həmin mənzildən istifadə edə bilmir. Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzillə əlaqədar isə heç bir təhvil-təslim işi həyata keçirilməmişdir.

6. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv.m ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv.m olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini "xxxx" MTK üzərinə götürür və “Mülkiyyətçi”nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda “Mülkiyyətçi” qeyd edilən mənzilləri təhvil verəcək. - Bu barədə razılıq olsa da, bununla bağlı MTK tərəfindən heç bir hərəkət həyata keçirilməmiş, buna görə də müqavilənin şərtləri olduğu kimi qalmışdır.

7. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. - Cavabdeh bu öhdəliyini yerinə yetirməmiş, buna görə də aralarında notariat qaydasında təsdiq edilən müqavilə bağlanmamışdır.

8. Mənzilin sökülməsi, ipoteka predmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında "xxxx" MTK məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

9. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzil boşaldılaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019-cu il tarixində ləğv olunacaqdır. - Cavabdeh müqavilə bağlandıqdan sonra bu öhdəliyini yerinə yetirmiş, mənzilini MTK-ya təhvil vermiş, buna görə də müqavilə qismən icra olunduğundan, ləğv edilməmişdir. Hazırda da qüvvədədir. Hazırda ilkin iddia üzrə iddiaçı "xxxx" MTK ilkin iddia üzrə Cavabdeh ilə aralarında olan xx.xx.2019-cu il tarixli 57 nömrəli müqavilənin ilkin müqavilə olduğunu iddia edərək, gələcəkdə bağlanması barədə razılığa gəlinən notariat qaydasında təsdiq edilən müqavilənin tərəflər arasında bağlanmadığına, Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyinə istinad edərək, müqavilə üzrə öhdəliyə xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə icra edilməsi nəzərdə tutulan, lakin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK tərəfindən icra edilməyən öhdəliklərin icra edilməsi ilə əlaqədar vəzifələrin qarşılıqlı iddia üzrə cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə əvvəlcə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbi əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, MTK-nın Cavabdehlə müqavilə bağlamaqda əsas niyyəti Cavabdeh də digər mənzil sahibləri kimi razı salaraq, mənzilini təhvil alıb sökmək və yerində yeni bina tikmək olmuşdur. Müqavilə bağlandıqdan sonra Cavabdeh mənzilinin MTK-ya təhvil verildiyi an MTK əsas niyyətinə çatmışdır. MTK Cavabdeh məxsus mənzili əldə etmək üçün danışıqlar əsnasında, öz istəyi ilə və qarşılıqlı razılığa əsasən ümumi sahələri Cavabdeh məxsus mənzildən artıq olan 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, müqavilə üzrə verilən mənzillərdən sadəcə biri – sahəsi 174 m2 olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64.8 m2 olan digər mənzili ipoteka ilə yüklü etmək üçün zəruri sənədləri isə məhz özünün Cavabdeh təhvil aldığı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi üçün təhvil vermiş, sahəsi 92.3 m2 olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir. Sahəsi 64.8 m2 olan mənzilin açarlarından biri Cavabdeh verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq mənzil Cavabdeh təhvil verilməmişdir. Göründüyü kimi, MTK müqavilə üzrə əldə etmək istədiyinə nail olduqdan sonra hüququndan sui-istifadə edərək müxtəlif bəhanələrlə Cavabdeh qarşısında öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. İş materialları əsasında müəyyən edilir ki, MTK mənzilləri təhvil verməmək məqsədilə “müqavilənin etibarsız hesab olunması”na dair qaldırdığı iddia tələbində haqlı olmadığından iddiası təmin edilməmişdir. Bundan sonra MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, MTK bu hərəkətləri Cavabdeh qarşısında olan müqavilə öhdəliyini icra etməmək üçün işin hüquqi çərçivə imkan verdiyi müddətdə uzadılması məqsədilə edir. Aralarında olan müqavilənin ilkin müqavilə olması barədə MTK-nın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilə məhkəmə tərəfindən ilkin müqavilə hesab edilmir. Belə ki, göründüyü kimi, müqavilə üzrə öhdəliklərin bir qismi tərəflərin öz arzusu və iradəsi ilə həyata keçirilmiş, MTK müqaviləni bağlayarkən nəzərdə tutduğu əsas niyyətinə nail olmaq üçün müqaviləni qismən icra etmiş, əsl niyyətinə çatdıqdan sonra isə öhdəliklərini icra etmək istəmədiyindən həmin müqaviləni ilkin müqavilə adlandırmış və müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müqavilə araşdırılan zaman həqiqətən də müəyyən edilir ki, tərəflər gələcəkdə notariat qaydasında təsdiq edilən müqavilə bağlanması barədə razılığa gəlmişlər. Lakin belə razılığın olması hazırda mübahisələndirilən müqaviləyə ilkin müqavilə statusu vermək və nəzərdə tutulan müqavilə bağlanmadığından mübahisələndirilən müqavilə üzrə öhdəliklərə xitam vermək üçün əsas hesab edilə bilməz. Ona görə ki yuxarıda da qeyd olunduğu kimi, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. Lakin yenə də yuxarıda qeyd edildiyi kimi, MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, MTK-nın hazırki iddia tələbi mülki qanunvericilik baxımından hüquqdan sui-istifadənin xüsusi növü olan “öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirmə” xarakteri daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilə bilməz. Bundan başqa, MTK-nın “Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyi” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, MTK tərəfindən Cavabdeh təqdim edilən mənzil (müqavilədə nəzərdə tutulan ikinci mənzil), həqiqətən də, ipoteka ilə yüklü edilmiş, lakin həmin vaxt ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulan MTK-ya təhvil verilən mənzil artıq söküldüyündən müqavilənin bu şərti icra edilməmiş qalmışdır. Məhkəmə Cavabdeh tərəfindən ilkin iddia üzrə iddia müddətinin tətbiq edilməsi tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbinin əsassız olması müəyyən edildiyindən, tələbə iddia müddətinin tətbiq edilməsi ilə ilkin iddia tələbinin rədd edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, mülki dövriyyəni təmin etmək bu Məcəllənin vəzifəsidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 402.1, 402.4, 402.5-ci maddələrinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Mülki Məcəllənin 404.1-404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 560.1-560.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3, 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadənin xüsusi növüdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həm ilkin həm də qarşılıqlı tələblərin araşdırılması zamanı qarşılıqlı iddianın qismən təmin edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, tərəflər Cavabdeh məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi ilə Cavabdeh 3 ədəd yeni təmirsiz mənzil verilməsi barədə razılığa gəlmişlər, Cavabdeh öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Buna görə də müqavilənin icrasının təmin edilməsi, yəni mənzillərin Cavabdeh mülkiyyətinə keçməsi məqsədilə Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi, həmçinin, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil- Tikinti Kooperativinə həvalə edilməlidir. Qarşılıqlı iddia tələbinin “mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının "xxxx" Mənzil-Tikinti Kooperativinə tapşırılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi, “mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi” tələbinin təmin edilməsi hər iki tərəfin hüquqları və qətnamənin icrasının həyata keçirilməsi zamanı qeyri-müəyyənlik yaranmaması baxımından daha məqsədəmüvafiqdir. Qarşılıqlı iddia tələbinin “təmir üçün şəraitin yaradılmasının "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı Cavabdeh bildirmişdir ki, mənzillər təmirsiz olduğundan həmin mənzilləri təmir etmək zərurəti vardır. Lakin o ehtimal edir ki, MTK mənzilləri ona təhvil versə də, həmin mənzilləri təmir etməyə şərait yaratmayacaq, lifti bağlayacaq, işıqları söndürəcək və digər maneələr yaradacaqdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda belə maneələrin olmasına dair sübutlar olmadığından, tələb bu hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddia edilən hərəkətlər gələcəkdə MTK tərəfindən törədildiyi təqdirdə Cavabdeh müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilmədiyindən ilkin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manat hissəsi "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməli, qalan 20 (iyirmi) manat hissəsi isə Cavabdeh aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin ilkin iddia üzrə Cavabdeh qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilsin. Qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manat hissəsi "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilsin, qalan hissəsi isə Cavabdeh aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar