Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1058/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilin "xxxx" ASC qarşısında 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə onun arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4 və qeyrilərinə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X5, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 165.657,12 manat əsas borc, müqavilənin bitmə tarixinə kimə hesablanmış 55.1164,79 manat faiz, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226 manat pul vəsaitinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması; tutmanın İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə yönəldilməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi; İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı həmin evdən çıxarılması; həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)- 840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra - birinci instansiya məhkəməsinin qətnaməsi) iddia qismən təmin edilmiş, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlərdən müştərək qaydada 165.657,12 manat məbləğində əsas borc, 49.206,98 manat məbləğində faiz, 2.000 məbləğində cərimə olmaqla, cəmi 216.864,1 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatının Bankın xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)- 1891/2022 nömrəli iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə və Ali Məhkəmənin MKnın xx.xx.2022-ci il tarixli, 2(102)-3319/2022 saylı qərarı ilə (X11 (sədrlik edən və məruzəçi), hakimlər X10 və X8) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)-840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsi təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 14.1 və 14.1.1-ci maddələrinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. İpoteka müqaviləsinə həmin tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış, lakin qanunvericiliyin tələbinə uyğun olaraq ipotekanın əlavə dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçının 20 aprel 2017-ci il tarixli əlavə saziş üzrə ipoteka hüququ əmələ gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə və ondan törəmə olan digər hissələrdə, yəni ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün 30 manat rüsumun tutulması, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi hissələrində təmin edilə bilməz.» İşin hallarından göründüyü kimi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmamışdır. Yəni, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)- 840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cəmi 216.864,1 manat məbləğində borc cavabdehlərdən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə deyil, tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə tutulmuşdur. Bu səbəbdən hesab edilmişdir ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə borc öhdəliyi olmadığından və ipoteka predmeti tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən ipoteka ilə yüklü edilmədiyindən İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, iddiaçı tərəfindən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə borc öhdəliyinin olmadığını əsas gətirərək həmin kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil ipoteka yüklülüyündən azad edilməsinə dair "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinə əsasən X3 illik 20,5 faizlə 24 ay müddətinə 60.000 manat, 07 sentyabr 2015-ci il tarixli, 2449/15-USD hesablı kredit müqaviləsinə əsasən 90.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranacaq öhdəliklərin təminatı olaraq İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanda yerləşən 88 saylı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməklə dövlət reyestrində qeydə alınmışdır. Hazırda əsas öhdəlik üzrə borclu X2 ləğv prosesində olan "xxxx" ASC-yə pul borcunun olması yekun məhkəmə aktları ilə öz təsdiqini tapır. Yəni əsas öhdəlik icra olunmamışdır. Belə ki, ipoteka öhdəliyi əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir və yalnız borc öhdəliyi aradan qalxdığı halda əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «öhdəliyin icrasının təmini üsulu olan ipoteka ilə bağlı» 11 fevral 2022-ci il tarixli qərar). Beləliklə, məhkəmələrin tələb üzrə borc məbləğini ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməməsi ipoteka öhdəliyinin aradan qalxmasına səbəb olmur. «İpoteka haqqında» Qanunun 1.0.7 və 1.0.8ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik, əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır («İpoteka haqqında» Qanunun 10.1-ci maddəsi). İpotekaya xitam verilməsi halları «İpoteka haqqında» Qanunun 48-ci maddəsində göstərilmişdir ki, bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi: əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; «İpoteka haqqında» Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. Göründüyü kimi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi halı «İpoteka haqqında» Qanunun 48-ci maddəsində (İpotekaya xitam verilməsi hallan) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, mülki işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş məşkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(001)- 840/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 20 aprel 2017ci il tarixli Əlavə Saziş üzrə cavabdehlər X1, X5 və İddiaçı müştərək qaydada 165.657,12 manat məbləğində əsas borc, 49.206,98 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə olmaqla, cəmi 216.864,1 manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2(103)- 1891/2022 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(001)-840/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2022-ci il tarixli 2(102)-3319/2022 saylı qərarından görünür ki, həmin iş üzrə iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2(103)-1891/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddianın tutmanın İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə yönəldilməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı həmin evdən çıxarılması; həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə hissəsi təmin edilməmişdir və bu nəticə onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. - 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. - 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. - 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. - 14.1 və 14.1.1-ci maddələrinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(001)-840/2021 saylı qətnaməsindən göründüyü kimi, 07 sentyabr 2015-ci il tarixli İP 2449/15-USD saylı ipoteka müqaviləsinə 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə saziş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, tələb üzrə tutma ipoteka predmetinə yönəldilməmişdir. Halbuki, ipoteka müqavilə üzrə əmələ gəlir və ipoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış etdiyi üçün bu müqavilənin dövlət qeydiyyatına alınmalı olması ipoteka münasibətlərini tənzimləyən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müfəssəl şəkildə qeyd edilmişdir. Məhkəmə iddiaya olan etirazın dəlillərinə qiymət verərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «öhdəliyin icrasının təmini üsulu olan ipoteka ilə bağlı» 11 fevral 2022-ci il tarixli qərarının hazırki mübahisəyə tətdiq edilməli olmasına dair etirazın əsasları ilə razılaşmır. Belə ki, qeyd edilən qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmaması qərara alınsa da, hazırki mübahisə üzrə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müddəalarının bank tərəfindən pozulması nəticə etibarı ilə bank tərəfindən qaldırılmış tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməməsinə səbəb olmuşdur. Qanunvericiliyin tələbləri baxımından da ipoteka müqaviləsi məhz dövlət qeydiyyatına alındığı andan qüvvəyə minmiş hesab olunur. Belə olan halda isə dövlət qeydiyyatına alınmamış ipoteka əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Konstitusiya Məhkəməsinin qərarında göstərilən hallar dövlət qeydiyyatına alınmış ipoteka müqaviləsi ilə tənzimlənən münasibətləri nəzərdə tutur. Məhkəmə qeyd edir ki, ipoteka ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin müddəalarının bank tərəfindən pozulmasının nəticə etibarı ilə tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olmaması məsələsinə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar həm məhkəmə, həm də işdə iştirak edən şəxslər üçün mübahisəsiz xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Beləliklə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-840/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cəmi 216.864,1 manat məbləğində borc cavabdehlərdən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə deyil, tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə tutulduğundan, başqa sözlə, iddiaçı tərəfindən 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsi üzrə borc öhdəliyi olmadığından və ipoteka predmeti tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən ipoteka ilə yüklü edilmədiyindən İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 169 m2 olan 88 saylı mənzil ipoteka yüklülüyündən azad edilməli olmasına dair iddianın dəlillərini məhkəmə əsaslı sayır və hesab edir ki, həmin ipoteka predmetinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyil. Əksinə, əmlakın ipoteka yüklülüyündə qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırki iş üzrə ipoteka yüklülüyünə xitam verilməsinə “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanan hallardan «bu Qanunla nəzərdə tutulmuş digər hallar» hissəsini rəhbər tutaraq məhkəmə işin diqqətəlayiq və araşdırılmış hallarını, ən əsası isə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla ipotekaya xitam verilməli olması nəticəsini həm qanuni, həm də ədalətli sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh LPO "xxxx" ASC arasında Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə Babək prospekti 10A saylı evin 88 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə Babək prospekti 10A saylı evin 88 saylı mənzili ipoteka yüklülüyündən azad edilməli, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh LPO "xxxx" ASC arasında Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə Babək prospekti 10A saylı evin 88 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Xətai rayonu 1130-cu məhəllə Babək prospekti 10A saylı evin 88 saylı mənzili ipoteka yüklülüyündən azad edilsin. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1058/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1058/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver