Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1113/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s.” tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci girişində, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması, qeyriyaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, payçı olaraq onunla Cavabdeh MTK arasında bağlanmış 02 noyabr 2007-ci il tarixli, 51 saylı Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında “Payçı”ların vəsaiti hesabına yaşayış binası inşa etməyi, həmin yaşayış binasının 1-d girişində, ümumi sahəsi 31,02 kv.m. olan qeyri-yaşayış sahəsini ona təhvil verməyi öhdəsinə götürmüşdür. O, xx.xx.2007-d il tarixdə sözügedən qeyri-yaşayış sahəsi üçün 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Hazırda cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında yaşayış binasının tikintisi başa çatmış olsa da, sözügedən qeyri-yaşayış sahəsi hələ də ona təhvil verilməmişdir. 02 noyabr 2007-ci il tarixli, 51 saylı Müqavilə bağlanıldığı gün o, qeyri-yaşayış sahəsinin alınmasına görə 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəyərək müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin cavabdeh bu günə qədər öz öhdəliyini yerinə yetirməyərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir. Mərhum həyat yoldaşının və onun dəfələrlə cavabdehə müraciət edərək qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh MTK hər dəfə müxtəlif bəhanələr gətirərək qeyri-yaşayış sahəsini ona təhvil verəcəyini bildirsə də sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsindən yayınmışdır. O, cavabdeh MTK-ya 03 dekabr 2021-ci il tarixdə rəsmi pretenziya məktubu ilə müraciət edərək 5 gün müddətində qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini, təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK tərəfindən müraciətinə hər hansı bir münasibət bildirilməmişdir. Cavabdehin müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi onun Azərbayca Respublikasının Konstitusiya və qanunlarında təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilə öhdəliyinin tam icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən "xxxx" MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli, 51 saylı müqavilə üzrə öhdəliyinin tam icra edilərək MTK-ya borclu qaldığı 52.982 manatın ondan MTK-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin hər kv.m.-nin qiyməti 7000 ABŞ dolları, olmaqla, cəmi 217 140 ABŞ dollarına (həmin vaxt məzənnəyə uyğun olaraq manat ekvivalenti kimi 185 437,56 manata) (müqavilə bağlanan dövrdə dolların məzənnəsi 0.85400 AZN/USD olmuşdur) razılaşdırılmış, həmin məbləğin 132 455 manatı ilkin iddiaçı tərəfindən MTK-ya ödənilmiş, qalan məbləği isə qısa zamanda ödəyəcəyini bildirsə də, ödəməmişdir. Həmin dövrdə danışıqlar ilkin iddiaçının mərhum həyat yoldaşı ilə aparılmış, MTK-nın sədri ilə mərhum arasında səmimi münasibətlər olmuş, buna görə də MTK sədri qalan məbləği ödəməsi üçün mərhuma bir az vaxt vermişdir. Aralarındakı razılaşma bundan ibarət olmuşdur ki, ilkin iddiaçının həyat yoldaşına ödədiyi (ilkin) pulun məbləği barədə kassa mədaxil orderi verilir, müqaviləyə əsasən şərtləşdikləri pulu tam məbləğdə ödədikdən sonra isə ona MTK-ya borcunu tam ödəməsi və hər hansı borcunun olmamasına dair müvafiq maliyyə arayışı veriləcəkdir. Lakin sonradan həmin məbləğ ödənilə bilmədiyindən qeyri-yaşayış sahəsi onlara təhvil verilməmiş, onlar da qalıq məbləği ödəyə bilmədiklərindən qeyri-yaşayış sahəsini tələb etməmişlər. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə hazırda məhkəməyə müraciət olunmazdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İradə Nəzərliyevanın əri MTK-nın əvvəlki sədri ilə dost olub, ona görə də öz aralarında müqavilə bağlanmış ola bilər. Ola bilər ki, müqaviləni İddiaçı əvəzinə müqaviləni imzalamış şəxs onun əri olsun. Müqavilədə məbləğin bir hissəsi qeyd edilib. Başqa bir müqavilə və ya başqa sübutu yoxdur. İddiaçı ödənilmiş pulu geri qaytarmasını istəməmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) indiyədək bu halları mübahisələndirmədiyi, maraqlanmadığı dolayı yolla qarşılıqlı iddia ərizəsində qeyd edilənləri sübut edir. Belə olan halda güman edirlər ki, müqavilənin ləğv olunmuş olmasını İddiaçı qəbul edib. Odur ki, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinə payçı omaq üçün koorperativə özünün üzv qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh MTK ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK tərəfindən təqdim olunmuş MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini, 1 kv.m-nin qiyməti 7.000 ABŞ dolları şərti ilə İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci girişində yerləşən, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üçün Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödəmişdir. Cavabdeh MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40a ünvanında yerləşən "xxxx" MTK-nin inşa etdiyi yaşayış binasının 2005-ci ildə təsdiq olunmuş işçi layihəsində binanın girişlərinin nömrələnməsi soldan sağa aparılmışdır, lakin sonradan binada girişlər MTK tərəfindən sağdan sola nömrələnib, binada mənzillərin satışı bu qaydada aparılıb və 2015ci ildə faktiki, mövcud vəziyyətdə istismara verilmişdir. Bu vəziyyətdə binadakı bütün mənzillər və qeyri-yaşayış sahələr reyestrdən çıxarış alıblar. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/511- 5/421-5/422 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqəsində X2 və ‘'Bəm-Bəyaz” MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı" hissəsindəki imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 68-69-cu vərəqələrində X2 və “Bəm-Bəyaz" MTKnın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı” hissəsindəki yazılar və imza, mülki işin 72-ci vərəqəsində X2 və “Bəm-Bəyaz" MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə "Payçı" hissəsindəki yazılar - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki iş İddiaçı qızı və Cavabdeh MTK-nınadlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə“Payçı”hissəsindəki yazılar və imza ilə mülki işin 72-ci vərəqəsində X2 və Cavabdeh MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə "Payçı" hissəsinindəki yazılar və imza- müxtəlif şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşin mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini payçının mülkiyyətinə verməyi, payçı isə həmin qeyri-yşayış sahəsini qəbul etməyi və bunun müqabilində müvafiq məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 02 noyabr 2007-ci il tarixli 51 saylı müqavilə üzrə Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödənildiyi də işin mübahisələndirilməyən hallarına aiddir. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli qeyriyaşayış sahəsinin ona tərəf olduğu müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən təhvil verilməsini tələb edir. O, müvafiq müqaviləni təqdim edərək müqavilə üzrə pay haqqını tam ödədiyini, bu halın xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edildiyini qeyd edir. İddiaçı eyni zamanda mübahisəli müqavilənin bilavasitə cavabdeh MTK-nın sədri tərəfindən imzalanmaqla, kooperativin dairəvi möhürü ilə təsdiq edildiyinə, müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinə dair hər hansı şərtin mövcud olmasının müəyyən edilmədiyinə istinad edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəməyə əşyanın qiymətinə dair şərti özündə əks etdirən müqaviləni təqdim edərək, İddiaçı tərəfindən pay haqqının natamam ödənildiyini, 52.982 manat məbləğində MTK-yə hələ də borclu qaldığını qeyd edir. Təqdim edilmiş müqavilələr arasında uyğunsuzluq aşkar edildiyi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Belə ki, müvafiq ekspert rəyinə əsasən ‘'Bəm-Bəyaz” MTK tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı” hissəsindəki yazıların və imzanın İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, İddiaçı tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı" hissəsindəki imzanın - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Qeyd edilən xüsusatları təkzib etmək üçün ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin irəli sürdüyü dəlillərin (müqavilənin əri tərəfindən imzalanması və s.) isə məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətinin 2007-ci ildə 132.455 manat məbləğində olması (1 kv.m=4.270 manat) ağlabatandır və ilkin iddia üzrə cavabdeh həmin binada qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinin daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini almış, sahənin dəyərini 132.455 manat olmaqla tam ödəmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyindən, onun mübahisəli əmlakı sahibliyinə və istifadəsinə verilməsini tələb etmək üzrə subyektiv hüququ yaranmışdır. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmaqla, iddiaçının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yaranmasına zəmin yaratmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MTK mübahisəli qeyri-yaşayış sahəsini inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi, üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmaqla, ona təhvil verilməlidir. Qarşılıqlı iddia isə əsassız olduğu üşün rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 140 manat təşkil edir. İlkin iddia üzrə iddiaçının tələbi tam təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə rədd edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınsın. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. İlkin iddia üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MTKdan tutularaq İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 140 manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1113/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1113/2022
04.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver