Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1115/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı ("Zaman" X2 üçüncü şəxs qismində cəlb edilməklə) "sənədlərin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı ("Zaman" X2 üçüncü şəxs qismində cəlb edilməklə) "sənədlərin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, GZEİM-A-30/2013 saylı 06.09.2013-cü il tarixli Müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATSin qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 163,84 kv.m olan 30 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (bundan sonra “Şirkət”) ilə İddiaçı arasında bağlanmış GZEİM-A-30/2013 saylı 06.09.2013-cü il tarixli Müqaviləyə (bundan sonra “Müqavilə”) əsasən, şirkət Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 163,84 kv.m olan 30 nömrəli mənzili onun mülkiyyətinə verməyi, İddiaçı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, evin ümumi qiyməti 114.688 (bir yüz on dörd min altı yüz səksən səkkiz) manat müəyyənləşdirilmişdir. Ərizəyə əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi, mənzilin dəyəri İddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Müqavilənin 3.1-ci yarımbəndinə əsasən, şirkət tikinti başa çatdıqdan sonra mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün bütün sənədləri iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin rəsmiləşdirilmənin həyata keçirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın iddiaçıya təqdim edilməsi ilə bağlı şirkətə dəfələrlə yazılı və şifahi formada müraciətlər edilmiş, lakin həmin müraciətlər nəticəsiz qalmışdır. Sonuncu dəfə yuxarıda qeyd edilən sənədlərin göndərilməsi tələbi ilə iddiaçı tərəfindən hər iki şirkətin hüquqi ünvanına 22.10.2021-ci il tarixdə məktub göndərilmişdir. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, GZEİM-A-30/2013 saylı 06.09.2013-cü il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 163,84 kv.m olan 30 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən mənzilin müliyyətçiyə verilməsinə dair protokoldan çıxarışın, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının, həmçinin çoxmənzilli binanın istismarına icazə verilməsi barədə qəbul aktının İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən özlərin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “İcraçı” Cavabdeh2 MMC, 10 iyul 2013-cü il tarxli Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnaməyə əsasən, "Zaman" X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində tikintisini həyata keçirdiyi 19 mərtəbəli yaşayış binasındakı ümumi sahəsi 163,84 kv.2 olan 30 nömrəli mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzilə görə 114.688 manat məbləğində pulu “sifarişçi”nin ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın 10 gün ərizində təqdim edilməsini xahiş etmişdir. 10.04.2013-cü il tarixindən 07.07.2015-ci il tarixədək olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMC-nin hesabına 114.700 manat məbləğində pul köçrülmüşdür. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi Cavabdeh2 MMC, 10 iyul 2013-cü il tarxili Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnaməyə əsasən, "Zaman" X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində tikintisini həyata keçirdiyi 19 mərtəbəli yaşayış binasındakı ümumi sahəsi 163,84 kv.m olan 30 nömrəli mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzilə görə 114.688 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “sifarişçi”yə təhvil vermək “icraçı”nın öhdəliklərinə aid edilmişdir. Hazırda İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, tərəf olduğu GZEİM-A- 30/2013 saylı 06.09.2013-cü il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 163,84 kv.m olan 30 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının, həmçinin çoxmənzilli binanın istismarına icazə verilməsi barədə aktın ona təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25.10.2010-cu il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Belə olan halda məhkəmə tərəfindən həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin müqavilə ilə bağlı hər hansı tələb də məhz müqavilə şərtləri çərçivəsində dəyərləndirilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış GZEİM-A-30/2013 saylı 06.09.2013-cü il tarixli müqaviləyə əsasən iddiaçı mənzilin qiyməti olan 114.688 manat məbləğində pulu ödəməklə, üzərinə düşən öhdəliyini icra etsə də, cavabdehlər mənzilə görə verməli olduqları sənədləri iddiaçıya verməkdən yayınmış və nəticədə onun müəyyən itkilərə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşlar. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 163,84 kv.m olan 30 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin iddiaçıya verilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı təmin edilsin. GZEİM-A-30/2013 saylı 06.09.2013-cü il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 7-ci mərtəbəsindəki ümumi sahəsi 163,84 kv.m olan 30 saylı mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən həmin mənzilin İddiaçı sahibliyinə verilməsinə dair protokoldan çıxarışın, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının, həmçinin çoxmənzilli binanın istismarına icazə verilməsi barədə istismara qəbul aktının İddiaçı təqdim edilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1115/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1115/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver