Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1116/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 2(006)-1116 / 2022 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 01 mart 2022-ci il Bakı şəhəri Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.08.2013-cü il tarixli GZEİM-A-69/2013 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində ATSin qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102,02 m2 olan 69 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın ona təqdim edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə onun arasında bağlanmış 15.08.2013-cü il tarixli GZEİM-A-69/2013 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102,02 m2 olan 69 nömrəli mənzili onun mülkiyyətinə verməyi, o isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, evin ümumi qiyməti 76.515 manat müəyyən edilmişdir. Cavabdeh1 MMC tərəfindən verilən 16.10.2014-cü il tarixli 426 saylı arayışdan da göründüyü kimi, mənzilin dəyəri İddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Müqavilənin 3.1-ci yarımbəndinə əsasən, cavabdeh tikinti başa çatdıqdan sonra mənzilin onun adına rəsmiləşdirilməsi üçün bütün sənədləri iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin rəsmiləşdirmənin həyata keçirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıqplanlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi formada müraciətlər edilmiş, lakin həmin müraciətlər nəticəsiz qalmışdır. Sonuncu dəfə yuxarıda qeyd edilən sənədlərin göndərilməsi tələbi ilə onun tərəfindən hər iki Şirkətin hüquqi ünvanına 22.10.2021-ci il tarixdə məktub göndərilmişdir. Lakin Şirkətlərin hüquqi ünvanları kimi qeydiyyatda olduğu bina söküldüyü üçün məktub poçt tərəfindən geri qaytarılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən, tərəflər danışıqlar yolu ilə mübahisələrin həllinə nail olmadıqları təqdirdə, mübahisələr Azərbaycan Respublikasınını qanunvericiliyi əsasında məhkəmələrdə həll ediləcəkdir. Müqavilənin 5.1-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və Sifarişçi öz öhdəliklərinə tam əməl etdikdən sonra İcraçının öz öhdəliyini bütövlükdə və lazımi qaydada yerinə yetirməsi ilə başa çatır. Sadalananlardan da aydın olur ki, cavabdeh tərəfindən müqavilədə nəzərdəd tutulmuş öhdəliklərin icra edilməməsi iddiaçının konstitusiya ilə qorunan mülkiyyətə sahib olmaq, onu istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını realizə etməyə maneə törədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 MMC-nin və Maraqlı şəxs nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 15 avqust 2013-cü il tarixdə GZEİM-A-69/2013 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bu müqavilənin predmeti İcraçının 10 iyul 2013-cü il tarixli Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnaməyə əsasən, Maraqlı şəxs Elmi-İstehsalat Müəssisəsinin Bakı şəhəri Binəqədi rayonu Məhəmmədəmin Rəsulzadə qəsəbəsində, AİS-in qərbində tikintisini həyata keçirdiyi 19 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə satmasından, Sifarişçinin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun Sifarişçinin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. Cavabdeh1 MMC-nin 16 oktyabr 2014-cü il tarixli 426 saylı arayışından görünür ki, İddiaçı müqavilədə qeyd olunan mənzilin razılaşdırılmış dəyəri olan məbləği tam ödəmişdir və borcu yoxdur. İşin faktiki hallarından aşkar görünür ki, İddiaçı mübahisə edilən mənzilin dəyərini tam şəkildə ödəmişdir, İddiaçı adına həmin mənzilin dəyərinin ödənilməsi barədə arayış verilmişdir. Lakin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC 15.08.2013-cü il tarixli GZEİM-A- 69/2013 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102,02 m2 olan 69 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədini, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışı iddiaçıya təqdim etmirlər. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139- 1.1, 139-1.1.6, 139-1.1.10, 139-1.1.10.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üxvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15.08.2013-cü il tarixli GZEİM-A-69/2013 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində ATSin qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102,02 m2 olan 69 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın İddiaçı təqdim edilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.08.2013-cü il tarixli GZEİM-A-69/2013 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində ATS-in qərbində yerləşən 19 mərtəbəli, 2 bloklu binanın A blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102,02 m2 olan 69 nömrəli mənzilə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən tikintinin həyata keçirildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti layihəsinin memarlıq-planlaşdırılmasına dair sənədin və tikinti obyektinin istismarına icazə sənədinin, həmçinin yuxarıda qeyd edilən mənzilin mülkiyyətçiyə verilməsinə dair protokoldan çıxarışın İddiaçı təqdim edilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1116/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1116/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver