Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1218/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı "xxxx" MTK-nın vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" MTK-nın X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Shirinzade Orkhan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunması, 1.1-ci bəndin “Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nəsimi rayonu,Azadlıq 54 ünvanında yerləşən Mülkiyyətçiyə məxsus, sahəsi 110.8 kv.m olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktikisahənin ölçü parametrlərinə uyğun olaraq güzəştlişərtlərlə təmirli yeni inşa ediləcək binadan 121.88 kv.m ölçülü qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m olan bir qarajı Mülkiyyətçiyə verməyi öhdəsinə götürür” məzmununda, 2.1.1-ci bəndin isə “Mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışın köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin sahibi olduğu qeyri-yaşayışı "xxxx" MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1845 (min səkkiz yüz qırx beş) manat məbləğində kirayə haqqı ödəyir.” məzmununda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 Orkhan və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" MTK-dan ona vurulmuş maddi zərərin qanunamüvafiq hesablanıb ödənilməklə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54, 22 nömrəli mənzilin əvvəlki vəziyyətə qaytarılması və ya bu mümkün olmadıqda isə ona dəymiş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş 577 manat dövlət rüsumunun və 150 manat vəkil xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatında olmuşdur, İş № e-2(006)-722/2024). Cavabdeh Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil2 ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Orkhan və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iş üzrə icraat yekunlaşana qədər iddiaçı "xxxx" MTK-nın X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, iddiaçı X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54, 22 nömrəli mənzilin bir hissəsinin Orkhan Shirinzadeyə məxsus qeyri-yaşayış sahəsi ilə eynilik təşkil etməsi ehtimal edilir. X2 iddiası ilə bağlı məhkəmədə tam və hərtərəfli araşdırma aparılmamış, iddianı təsdiq edən kifayət qədər sübutlar təqdim olunmamışdır. Əslində, "xxxx" MTK tərəfindən həmin iddianı tələm-tələsik verməkdə məqsəd Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan Orkhan Shirinzadenin "xxxx" MTK-dan icarə haqqının ödənilməsi tələbi ilə bağlı iş üzrə icraatı dayandırması olmuşdur. İddiaçı "xxxx" MTK-nın cavabdeh Orkhan Shirinzadeyə qarşı iddia ərizəsinə yalnız iddiaçı X2 verdiyi iddia ərizəsinə baxıldıqdan və qərar qəbul edildikdən sonra baxıla bilər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil3 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı "xxxx" MTK-nın vəkili-nümayəndəsi Vəkil1 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməsinə etiraz etdiyini, mülki işlərin bir icraatda birləşdirilməsinə isə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında cavabdeh Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil2 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməsini xahiş etdi. Mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti nəzərdən keçirib, mülki işləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraatın dayandırılması məhkəmə icraatının lüzumsuz uzadılmasına gətirib çıxaracaq, mülki işlərin bir icraatda birləşdirilməsi isə işə çevik şəkildə və hərtərəfli qaydada baxılmasını təmin edəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil2 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməməli, yuxarıda göstərilən mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 43-cü maddəsinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 254.1, 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məkəmə iş üzrə icraatı dayandırmalıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh Shirinzade Orkhanın vəkilinümayəndəsi Vəkil2 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1218/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı X2 Shirinzade Orkhan və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 722/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)- 722/2024 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 169.3, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Shirinzade Orkhanın vəkili-nümayəndəsi Vəkil2 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1218/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı X2 Shirinzade Orkhan və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-722/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e- 2(006)-722/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1218/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1218/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver