Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-122/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı X7 Xidməti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı X7 Xidməti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ona xx.xx.2021-ci il tarixdən başlayaraq, 2024-cü ilin yanvar ayına kimi gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 142882,50 (yüz qırx iki min səkkiz yüz səksən iki manat əlli qəpik) manat və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə görə, iddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehdən mənəvi ziyana görə 50 000 (əlli min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-nin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ona ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, "xxxx" MMC-dən mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilərək xx.xx.2021-ci il tarixdən iddiaçı işə bərpa edilmişdir, lakin cavabdeh tərəfindən ona ödənilməli olan maaşı ödənilməmişdir. Cavabdeh tərəfindən işə buraxılmadığına görə 28 iyul 2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etmək üçün getmiş və orada ona bildirmişlər ki, 01 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə yenidən xitam verilmişdir. Yəni, yenə də iddiaçının adından saxta ərizə tərtib edilərək əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı X7 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 01 iyun tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 442/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, ona məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəyə bərpa olunmağı, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, mənəvi ziyan hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qətnamədən "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və xx.xx.2022-ci il tarixli xüsusi qərardadının qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3963/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5141/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilmiş və xx.xx.2021-ci il tarixdən əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən işə bərpa olunsa da, ona heç bir əmək haqqı ödənilməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə işə bərpa olunsa da, hal-hazıra kimi ona ödənilməli olan əmək haqqı (xx.xx.2021-xx.xx.2023=36 ay*750=27000) 27000 manat təşkil edir. İddiaçı hesab edir ki, ona ödənilməli olan 27000 manat əmək haqqına hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla ona ödənilməlidir. İddiaçıya ödənilməli olan gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış faiz 142882,50 manat təşkil edir.
3. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC tərəfindən ona ödənilməyən 3750 manat əmək haqqının, xx.xx.2021-ci il tarixdən başlayaraq 2024-cü ilin yanvar ayına kimi gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 142882,50 (yüz qırx iki min səkkiz yüz səksən iki manat əlli qəpik) manat və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən cavabdeh tərəfindən iddiaçının adından cavabdehə ünvanlanan ərizə təqdim edilmiş və həmin ərizənin məzmunu bundan ibarət olmuşdur ki, “İddiaçı xx.xx.2021-ci il tarixdə onun işdən öz xahişi ilə azad edilməsini xahiş etmişdir. Bərpa olduğu tarixdən (xx.xx.2021) xx.xx.2021-ci il tarixə qədər işə gəlməmişdir və bununla bağlı heç bir haqq tələb etmir, son haqq hesabından imtina etmişdir”. Məhkəmə tərəfindən həmin ərizənin iddiaçı tərəfindən yazılmaması müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdən işə bərpa olunsa da, iddiaçıya heç bir əmək haqqı ödənilməmiş, adından saxta ərizə tərtib edilərək ona ödənilməli olan əmək haqqından (xx.xx.2021-xx.xx.2021) guya imtina etdiyi qeyd olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi ilə iddiaçının xx.xx.2021-ci il tarixdən işə bərpa olunmağı və həmin tarixdən əmək haqqının ödənilməsi qət edilmişdir, ona görə də, iddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2021xx.xx.2021=5ay*750=3750 manat ödənilməyən əmək haqqı cavabdehdən alınaraq ona ödənilməlidir. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur, əmək haqqı xx.xx.2021-ci il tarixdən ona ödənilməli olduğu halda, iddia tələbi məhkəməyə verilən günə kimi ona ödənilməmişdir. İddiaçıya ödənilməli olan əmək haqqı (xx.xx.2021-xx.xx.2023=35 ay*750=26250) 26250 manat təşkil edir. İddiaçı hesab edir ki, ona ödənilməli olan 26250 manat əmək haqqına hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla ödənilməli və eyni zamanda xx.xx.2021-xx.xx.2021=5ay*750=3750 manat ödənilməyən əmək haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərərək xəstə olduğunu, buna görə də iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil kifayət qədər araşdırma aparıldığını, audit rəyi ilə razılaşmadığını bildirib, iddia tələbinin tam rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, iddiaçının məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 2000 manat mənəvi ziyana görə pul tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5141/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3963/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X3 (İMS) X5 xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01665 nömrəli arayışdan görünür ki, "xxxx" MMC İMS-də iştirak etməmiş, İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci, 10 manat poçt xərci ödəmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-267/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Nümayəndə icra şöbəsinə məcburi gətirilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, Nümayəndə icra şöbəsinə məcburi gətirilsin. Borclunun şikayət verərək qərardadın ləğv ediməsini, təqdimatın rədd edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı tərəfindən "xxxx" MMC-nin vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə hazırda Ali Məhkəmənin Plenumunun icraatındadır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2123/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə İsmayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN1478115 nömrəli inzibati xəta haqqında protokolun və toplanmış materialın Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır.
16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 12 saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunaraq xx.xx.2023-cü il tarixdən əmək funksiyalarının icrasına başlaması, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə ştat cədvəlinə uyğun əmək haqqının hesablanaraq ödənilməsi əmr edilmişdir.
17. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlanmış konstitusiya şikayətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5141/2022 saylı qərarı qanunsuzəsassız olduğundan və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunması xahiş edilmişdir.
18. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna ünvanlanmış “yeni açılmış hallar üzrə yenidən baxılması haqqında” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizənin təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış bütün məhkəmə aktlarının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatı tərəfindən cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin tərəf olduğu mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli qərarından "xxxx" MMC-nin verdiyi məhkəmə aktına yeni açılmış hallar üzrə işə yenidən baxılması haqqında ərizə Ali Məhkəməyə daxil olmuşdur.
20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatı tərəfindən cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5141/2022 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin hazırda Ali Məhkəmənin Plenumunun icraatında olması bildirilmişdir.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli 13(102)-74/2023 nömrəli qərardadından görünür ki, Cavabdeh "xxxx" MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizənin təmin edilməməsi, ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilməsi qərara alınmışdır.
22. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli konstitusiya şikayətindən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli 13(102)-74/2023 saylı qərardadı qanunsuz-əsassız olduğundan, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ bəndinə, 60-cı maddəsinə, 125-ci maddəsinin Vİİ bəndinə, 127-ci maddəsinin İİ, İV və Vİİ bəndlərinə, 129-cu maddəsinin İİİ bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2.1 və 437-ci maddələrinin tələblərinə uyğun olmadığından, qüvvədən düşmüş hesab olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə şikayətinin bu Qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilən əsaslara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.
24. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli ərizənin tərtib edilməsi ilə əlaqədar cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin direktoru Nümayəndə İsmayıl qızı və direktor müavini X4 əməllərində cinayət tərkibi olmadığından barədələrində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
25. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli ərizənin tərtib edilməsi ilə əlaqədar cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin direktoru Nümayəndə İsmayıl qızı və direktor müavini X4 əməllərində cinayət tərkibi olmadığından barədələrində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
26. Cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7 və 21.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 3963/2022 saylı icra vərəqəsi üzrə e299494/2022-5-22 saylı icra icraatının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
27. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.
28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1392/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məktublarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1392/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı icrasız geri qaytarılmışdır.
30. İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 12 №-li əmr ilə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli 331/2023 №-li əmr ilə iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmuşdur.
31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan və iddiaçının əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqı 750 manat müəyyən edilmişdir.
32. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mütəxəssis rəyinin tərtib edilməsi barədə müraciətinə cavab olaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün 1 %-i ilə hesablanmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 143932,50 AZN, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə 15874,11 AZN təşkil edir.
33. Cavabdeh "xxxx" MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
34. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı ilə cavabdeh arasında əvvəlki məhkəmə mübahisələri üzrə verilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli (103)-3963/2022 nömrəli icra vərəqəsinin icrası, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumları da daxil olmaqla bütün məhkəmə müdafiə vasitələri tükəndikdən sonra cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 331/2023 saylı Əmrin verilməsi ilə icra edildikdən sonra, həmin əmr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 Xidmətinin təqsiri ucbatından xx.xx.2024-cü il tarixdə "xxxx" altsisteminə (ƏMAS) daxil edilmiş və bundan sonra cavabdeh MMC tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli Əmr elektron sistemdə qeydiyyata alınmışdır. Göstərilən sənədləri təqdim etməklə, cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı məbləğinin gecikdirilməməsini və bunda cavabdehin hər hansı təqsirinin olmadığı xüsusi qeyd edilməklə sübutların yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınması xahiş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
35. Məhkəmə qeyd edir ki, iddianın predmeti iddiaçıya cavabdeh müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdən 2024-cü ilin yanvar ayına kimi, yəni xx.xx.2023-cü il tarixi daxil olmaqla əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində hesablanmış 142.882,50 manat məbləğin, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş 3750 manat əmək haqqı məbləğinin və mediasiya xərci olaraq ödənilən 50 manatın ödənilməsidir.
36. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbi ilə cavabdehə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia qismən - əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi hissəsində təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Bakı Apellysiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mənəvi zərərin ödənilməsi hissəsində ləğv edərək, həmin hissədə iddia tələbini qismən təmin etmiş və 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır.
37. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişdir. Daha sonra Ali Məhkəmənin Plenumuna xx.xx.2023-cü il tarixli ərizə göndərərək Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh Ali Məhkəmənin Plenumunun xx.xx.2023-cü il tarixli qərardadından Konstitusiya Məhkəməsinə şikayət göndərərək həmin qərardadın qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.
38. Hazırda iddiaçı qeyd edir ki, məhkəmə qətnaməsi ilə işə bərpa olunması qət edilsə də, həmin qətnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 36 ay müddətində ona ödənilməli olan 27000 manat əmək haqqı ödənilməmişdir. İddiaçı hesab edir ki, 27000 manat əmək haqqının gecikdirilməsinə görə hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 142.882,50 manat məbləğində pul ona ödənilməlidir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
39. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə əmək haqqının gecikdirilib-gecikdirilməməsi müəyyən edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı qətidir. Buna görə qərar icra edilməlidir. Xüsusilə qeyd edilməlidir ki, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, qanuni qüvvəyə mindiyi gün dərhal icra edilməlidir (Azərbaycan Respublikası Əmək Məcəlləsini 74-cü maddəsinin 2-ci hissəsi və 301-ci maddəsinin 1-ci hissəsi).
40. Cavabdeh iddia tələbinin əsassız olduğunu onunla əsaslandırır ki, iddiaçının “işə bərpa olunması və s.” barədə məhkəmə qərarının çıxarılmasına əsas ekspert rəyinin cavabdehin əleyhinə olmasıdır. Belə ki, Nəsimi rayon prokurorluğunun qərarı ilə keçirilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspertizaların nəticəsi məhkəmə icraatı zamanı keçirilmiş ekspertizanın nəticəsinin əksidir. Yəni, məhkəmə icraatı zamanı müvafiq imzaların iddiaçı tərəfindən çəkilməməsi barədə rəy verilmiş, lakin Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra keçirilmiş ekspertiza nəticələri imzaların iddiaçı tərəfindən çəkildiyini təsdiq edir. Buna görə də cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmiş, həmin qərara yeni açılmış hallar üzrə yenidən baxılmasını Ali Məhkəmənin Plenumundan xahiş etmişdir. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin xahişi təmin edilməmiş, cavabdeh də bu qərardad ilə razılaşmayaraq Konstitusiya Məhkəməsinə həmin qərardaddan şikayət vermişdir. Şikayət Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməmiş (xx.xx.2023-cü il tarixli qərardad) və bundan sonra iddiaçını işə bərpa etmişdir. Yəni, cavabdeh Ali Məhkəmənin qərarı ilə razılaşmamış, onu mübahisələndirmiş və nəticədə uğurlu olmadığına görə iddiaçını işə bərpa etmişdir.
41. Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi səbəblər qanunvericilikdə tənzimlənmiş və üzrlü səbəb hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı elan olunduqdan sonra dərhal qanuni qüvvəyə minir və icra edilməlidir. Lakin, cavabdeh qətnamə qanuni qüvvəyə mindikdən sonra onu icra etməmiş həmin qərarın ləğv edilməsi üçün Ali Məhkəmənin Plenumuna ərizə, Konstitusiya Məhkəməsinə şikayətlər verimişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəti olduğuna görə o dərhal icra edilməli idi. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsi və ya konstitusiya məhkəməsinə verdiyi şikayət qərarın icrasının dayandırılmasına əsas olan hal deyil. Əgər Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilsəydi, yəni cavabdehin lehinə qərar çıxsaydı, cavabdehin müvafiq qərar üzrə icra etdiklərini növbəti mərhələdə - Məhkəmə qərarının (qətnaməsinin) icrasının dönüşü qaydasında əmək qanunvericiliyinin normaları əsasında, qanunvericiliyə uyğun qaydada tələb etmək hüququ olacaqdı. Lakin göründüyü kimi, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini əsassız olaraq, öz mülahizəsinə əsasən, icra etməmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrasının dayandırılmasının mümkün olduğu hallar və icranın dayandırılmasının məburi olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində aydın şəkildə müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə cavabdehin üzrlü hesab etdiyi halların, yəni Ali Məhkəmənin Plenumuna yeni açılmış hallar ilə bağlı müraciət və ya Konstitusiya Məhkəməsinə şikayət edilməsi icra icraatının dayandırılmasına səbəb olan hal deyil. Əgər Konstitusiya Məhkəməsinə verilən şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilsəydi, bu halda icra icraatının dayandırılması üçün əsas yaranmış olardı. Hazırkı mübahisədə cavabdehin şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. İcra məmuru da cavabdehin dəfələrlə icraatın dayandarılması barədə vəsatətlərini təmin etməmiş, haqlı olaraq icra icraatını dayandırmamışdır. Yəni, cavabdehin məhkəmə qərarını icra etməməsinin üzrlü hesab olunacaq bir əsası Azərbaycan Respublikası qanunvericiliyində mövcud deyil.
42. Cavabdeh qeyd edir ki, məhkəmə qərarlarını mübahisələndirib lehinə nəticə əldə edə bilmədikdən sonra iddiaçını işə bərpa etmiş, lakin ƏƏSMN-nin təqsiri ucbatından xx.xx.2024-cü il tarixdə elektron sistemdə qeydiyyatın aparılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində xx.xx.2023-cü il tarixədək gecikdirilmiş əmək haqqına görə ödənc tələb olunur. Yəni həmin tarixdən sonrakı məsələ hazırkı iddianın predmeti deyil. xx.xx.2023-cü il tarixədək iddiaçıya hər hansı ödəniş edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.
43. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını təmin etməyərək iddiaçının əmək haqqının ödənilməsini gecikdirmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunsuz olaraq ləğv etməklə (2021-ci ildə) iddiaçının hüquqlarını pozmuş, onu hər ay aylıq əmək haqqı almaqdan məhrum etmişdir. Məhkəmə iddiaçının işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Lakin, cavabdeh həm iddiaçını işə bərpa etməmiş, həm də ödənilməmiş əmək haqqını ödəməmişdir. Cavabdeh iddiaçının əmək haqqısını ödəmədiyini mübahisələndirmir, belə ki, ödəməsinə dair məhkəməyə sübut təqdim etmir. Sadəcə olaraq iddiaçının əmək haqqının ödənilməməsinin üzrlü səbəblərdən baş verdiyini qeyd edir. Yəni, iddiaçının əmək haqqının ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi mübahisəsizdir. Məhkəmə isə cavabdeh tərəfindən bildirilən əmək haqqı ödənişinin gecikdirilməsinin səbəblərini üzrlü hesab etmir.
44. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin olunmalıdır. Belə ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 296-cı maddəsinin 4. hissəsi). Lakin, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin ona ödənilməsini həmçinin, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ona əmək haqqı ödənilmədiyinə görə həmin dövrdə ödənilməmiş 3750 manat məbləğində əmək haqqını tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb edir.
45. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Buna görə də iddia müddəti tətbiq olunaraq, iddia tələbi iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan son 1 il ərzində gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin ona ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq qeyd edir ki, Mediasiyanın tətbiqi barədə təklif göndərilərək xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış, xx.xx.2022-ci il tarixdə X3 X5 arayışın alınması ilə iddia müddətinin axımı yenidən davam etməyə başlamışdır. 25 gün müddətinə iddia müddətinin axımı dayandığına görə, yəni iddia müddətinin tətbiqi mediasiya dövründə dondurulduğu üçün iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən əvvəlki 25 gün müddəti də nəzərə alınmaqla hesablanmalıdır. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, hazırkı iddia tələbi üzrə xx.xx.2022-ci ilə qədər olan dövrdə gecikdirilmiş əmək haqqı məbləğini tələb etmək üçün qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. Buna görə də xx.xx.2022-ci ilə qədər olan dövrə münasibətdə iddia müddəti tətbiq edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
46. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün iddiaçıya ödənilməmiş 3750 manat əmək haqqının ona ödənilməsi hissəsinə münasibət də də hesab edir ki, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsi tətbiq edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Çünki, iddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirərkən (həmin mübahisə üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir), həmçinin ona əmək haqqı ödənilməyən vaxt öz hüququnun pozulduğunu bilmiş, lakin bunu nə əvvəlki iddia tələbində, nə də hüququnun pozulduğunu bildiyi vaxtdan bir il ərzində mübahisələndirməmişdir (elə buna görə də məhkəmə hazırda bu tələbə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq saymışdır).
47. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində iddiaçının əmək haqqı işəgötürənin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində gecikdirilmiş, buna görə də cavabdeh tərəfindən iddiaçıya gecikdirilmiş əmək haqqına görə gecikdirilmiş hər gün üçün 1 % məbləğində ödənc verilməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında nəzərdə tutulan mövqeyi qeyd edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir.
48. Məhkəmə mülki işin materiallarında olan digər sübutlara münasibətdə qeyd edir ki, təqdim edilmiş həmin sübutlar hazırkı iddia tələbi ilə əlaqədar deyil və mübahisənin mahiyyəti üzrə həll edilməsində heç bir əhəmiyyət daşımır.
49. Məhkəmə iddiaçının gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş günü üçün 1 % məbləğində ödəncə münasibətdə qeyd edir ki, iddiaçının əmək haqqının 750 manat olması işin mübahisəsiz hallarındandır. Həmin ödəncin məbləğini müəyyən etmək xüsusi biliyə malik şəxslərin, ixtisaslaşmış ekspertlərin rəyləri əsasında mümkün olduğu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən müvafiq rəyin verilməsi məqsədilə qərardad qəbul edilmişdir. Lakin ekspertlər tərəfindən müvafiq rəy məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə ödənc məbləğinin hesablanması üçün "xxxx" MMC-yə müstəqil mütəxəssis rəyinin verilməsi üçün müraciət etmiş və bunun əsasında X11 tərtib edilmişdir. Həmin rəyə əsasən cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün 1 %-i ilə hesablanmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 15874,11 AZN təşkil edir. Cavabdeh hesablama zamanı məcburi dövlət sosial sığorta, vergi, icbari sığorta və s. digər ödənişlərin nəzərə alınmadığından, məbləğin düzgün müəyyən edilmədiyini mübahisələndirsə də, məhkəmə qeyd edir ki, həmin məsələ məhz qətnamənin icrası mərhələsində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilərkən öz həllini tapacaq olan məsələdir, buna görə də cavabdehin bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir.
d) Tətbiq edilən hüquq:
50. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddə, “b”, “d”, “x” bəndləri. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. 74-cü maddə, 2. hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 154-cü maddə, 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddə, 1. hissə. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddə, 5. hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195-ci maddə, “a”, “b”, “d” bəndləri. Əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddə, 1. hissə. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 296-cı maddə, 4. hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296-cı maddə, 6. hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7. hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddə, Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 301-ci maddə, 1. hissə. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 302-ci maddə, 1. hissə. Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə ləğv edilə bilməz. 302-ci maddə, 2. hissə. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda yol verilə bilər. Qeyd: «İcrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, qərarının icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya icra edilmiş qətnamənin, qərarın ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülməlidir.
51. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
52. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 15.874,11 (on beş min səkkiz yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
55. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş mediasiya xərcinin 6 (altı) manat hissəsi cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməli, mediasiya xərcinin qalan hissəsi İddiaçı aid edilməlidir.
Nəticə:
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 15.874,11 (on beş min səkkiz yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 6 (altı) manat hissəsi cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin, mediasiya xərcinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova