Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1239/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2 qarşı (X15 üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ünvan 2 qarşı (X15 üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış əmlaka dair Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı Notariat ofisinin notariusu X1 təsdiq etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, mərhum atası X4 miras qalmış Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin ½ hissəsi onun, ögey anası və iki qardaşı arasında bölünmüş, ona 1/8 hissə ayrılmışdır. Həmin mənzilin digər 1/2 hissəsinə isə ögey anasının adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həm mülkiyyət hüququ haqqında, həm də vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, miras mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin 45 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında, mərhum atası əmək fəaliyyətinə görə (atası millət vəkili olub) dövlət tərəfindən hədiyyə olaraq verilib. Belə olduğu halda həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi deyil, tam miras kütləsi kimi vərəsələr arasında bölünməlidir. X15 iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Mais qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış əmlaka" dair Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plottıikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair mənə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qət etməyi xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli mənzilin əvəzsiz olaraq əldə edilməsi barədə heç bir sübut yoxdur, əksinə həmin məzilin dəyərini miras qoyan tam şəkildə ödəmişdir. Odur ki, İddiaçı Mais qızının Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Az-İİ 139032 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə böyüklərin respirator pozğunluğu (distress) sindromu səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1342 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvan 1 ünvanı 006350 saylı xx.xx.2005-ci il tarixli orderin surətinə, 45 saylı xx.xx.2005-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına, 321 saylı xx.xx.2005-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən mərhum X5 (sənəddə olduğu kimi) adına qeydiyyata alınmışdır və hazırda adındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, sorğuda qeyd edilən mənzil xx.xx.2005-ci i tarixli orderə, 45 nömrəli xx.xx.2005-ci il tarixli sərəncama, X15 tərəfindən verilmiş razılıq ərizəsinə, 321 nömrəli 06.04 2004-cü il tarixli Forma 2 arayışına əsasən xx.xx.2005-ci il tarixində X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlakın yüklülüyü ilə bağlı məlumat aşka edilməmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən təstiqlənmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan - Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzildən 1/8 hissədə pay almalıdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı X12 ərizə ilə müraciət edərək, mənzil şəraitinin ağır olduğunu bildirmiş və mənzillə təmin edilməsi məsələsinə köməklik edilməsini xahiş etmişdir. Bu səbəbdən də X8 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a ünvanında inşa edilən yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 170,77 kv.m, yaşayış sahəsi 90,06 kv.m olan 3 otaqlı, 12 saylı mənzil verilmişdir. xx.xx.2021-ci il tarixdə X5 vərəsələri tərəfindən ünvan 2 ünvanlanmış ərizələrin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı miras əmlakı olan mənzil üzrə vərəsələr X14, X15, X13 və İddiaçı Mayıs qızıdır. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalan arvadı X10 nikah dövründə əldə edilmiş ümumi birgə əmlakın - Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzilin ½ hissəsinə mülkiyyət hüququ vardır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın vəfatından sonra onun vərəslərinin- X10 (arvadı), X9 (qızı), X6 (oğlu) və İddiaçı Mayıs qızının (qızı) müvafiq müraciətlərinə əsasən Bakı şəhəri 13 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onlar X5 vərəsələri kimi tanınmış və miras əmlakdan hər birinin bərabər pay hüquqları müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzilin X5 X15 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olduğu müəyyən edilərək, xx.xx.2021-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil üzrə X10 ½ pay hüququ müəyyən edilmiş, digər ½ miras payı isə yenidən dörd vərəsə arasında bölünərək, hər birinin 1/8 pay hüququ tanınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzilin mərhum atasının əmək fəaliyyəti ilə əlaqədar olaraq dövlət tərəfindən hədiyyə kimi verildiyinə əsaslanaraq, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirən institutdur və bu hüquq daha çox ailə münasibətləri ilə əlaqəlidir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır.Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Qeyd olunmalıdır ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən də göründüyü kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı X12 ərizə ilə müraciət edərək, mənzil şəraitinin ağır olduğunu bildirmiş və mənzillə təmin edilməsi məsələsinə köməklik edilməsini xahiş etmişdir. Bu səbəbdən də X8 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a ünvanında inşa edilən yaşayış binasının 1-ci girişinin 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 170,77 kv.m, yaşayış sahəsi 90,06 kv.m olan 3 otaqlı, 12 saylı mənzil verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən də göründüyü kimi sözügedən mübahisəli əmlak (Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzil) X5 X15 ilə ailə münasibətlərində olduğu müddətdə dövlət tərəfindən X5 xidməti fəaliyyətinə görə (həmin dövür üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı) hədiyyə edilmişdir. Bu hal isə iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə öz təsdiqini tapmışdır. X15 isə mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alındığını bildirsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, mübahisəli əmlak tərəflərin nikah dövründə X8 hədiyyə olaraq verildiyindən, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzil ər-arvadın birgə mülkiyyəti deyil də, sonuncunun ayrıca mülkiyyətində olmuş və həmin mənzil miras əmlakı olaraq vərəsələr arasında bərəbər paylarda bölünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1239/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1239/2023
24.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver