Məhkəmə qərarları › İş №e-2(006)-1244/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1244/2025

07.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1244/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) X5, ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, ilk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş son haqq hesabın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 346,90 manat borcun, qaytarılmamış əmlaka görə 85 manat vəsaitin, 60 manat həcmində mediasiya xərcinin, cəmi 491,90 manat vəsaitin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh ilə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlayaraq memar vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi imzalanan vaxt əmək haqqı bütün vergilər çıxıldıqdan sonra (net) 1.400 manat, daha sonra 1.800 manat müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü ildə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir və xx.xx.2024-cü il tarixli 40 nömrəli Əmr ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə xx.xx.2024-cü il tarixli 10 nömrəli Əmr ilə 1.000 manat, xx.xx.2024-cü il tarixli 29 nömrəli Əmr ilə 200 manat, xx.xx.2024-cü il tarixli 30 nömrəli Əmr ilə 2.000 manat, xx.xx.2024-cü il tarixli 31 nömrəli Əmr ilə 160 manat, xx.xx.2024-cü il tarixli 32 nömrəli Əmr ilə 1.000 manat, cəmi 4.360 manat avans ödənilmişdir. İşdən çıxdığı zaman istifadə etmədiyi 7 məzuniyyət günü nəzərə almaqla ona ödənilməli olan məbləğ 4.013,10 qəpik təşkil edir. Əməkdaşın istifadə etdiyi 4.360 manat vəsaiti nəzərə alınsa, şirkətə 346,90 manat borcu yaranmışdır. Eyni zamanda, şirkətin 85 manat dəyərində əmlaklarını (jilet, kaska eynək və çəkmə) geri qaytarmamışdır. Bununla da, cavabdehin iddiaçıya 431.9 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixinə Bakı 11 saylı Mediasiya Təşkilatında təyin edilmiş X2 cavabdeh iştirak etməmiş və bununla əlaqədar “X2 X6” Arayış tərtib edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş son haqq hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın iddia tələbinin təmin olunmaması; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının əvəzi olaraq 1.396,50 manat (bir min üç yüz doxsan altı manat əlli qəpik) məbləğində pul vəsaitinin; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının əvəzi olaraq 2.041,14 manat (iki min qırx bir manat on dörd qəpik) məbləğində pul vəsaitinin; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının əvəzi olaraq 1.074,24 (bir min yetmiş dörd manat iyirmi dörd qəpik) məbləğində pul vəsaitinin; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının əvəzi olaraq 5.297,76 manat (beş min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) məbləğində pul vəsaitinin; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının əvəzi olaraq 6.781,14 manat (altı min yeddi yüz səksən bir manat on dörd qəpik) məbləğində pul vəsaitinin; xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının əvəzi olaraq 1.449,11 manat (bir min dörd yüz qırx doqquz manat on bir qəpik) məbləğində pul vəsaitinin; gecikdirilmiş son haqq-hesab üçün 1.449,11 manat (bir min dörd yüz qırx doqquz manat on bir qəpik) məbləğində pul vəsaitinin; 12 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğin əvəzi olaraq 1.074,24 manat (bir min yetmiş dörd manat iyirmi dörd qəpik) məbləğində pul vəsaitinin; Cavabdeh dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaitinin; hüquqi yardımın göstərilməsi üçün 450 manat (dörd yüz əlli manat) məbləğində vəkil xidmət haqqının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə aylıq əmək haqqı 1.698,29 manat (bir min altı yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) olmaqla cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xxxxxxx000201 saylı müddətli əmək müqaviləsi bağlamış, “memar” vəzifəsi üzrə çalışmağa başlamışdır. Həmin əmək müqaviləsi elektron sistemə əlavə edilmişdir. Cavabdeh daim öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işinə məsuliyyətlə yanaşmışdır. Buna baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh onun çalışdığı müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq əmək haqqını ödəməmişdir. O, çalışdığı müddət üçün hesablanmış əmək haqqını tələb etdikdə isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin bu qanunsuz və hüquqazidd hərəkəti bilavasitə Cavabdeh Konstitusion hüququnu pozur. İşin cari hallarından da aşkar olduğu kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qeyd olunan normaların tələblərini kobud surətdə pozmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq əmək haqqını ödəməmişdir. Bundan savayı, tərəflər arasında əldə edilən razılığa görə, aylıq əmək haqqı ayda bir dəfə, hər ayın 15-i ödənilməli idi. Lakin bank hesabından çıxarışlardan da göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh əmək haqqını vaxtında ödəməmiş, gecikdirmişdir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh əmək haqqı məbləği artmış, 2.041,14 manat (iki min qırx bir manat on dörd qəpik) məbləğində olmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh yenidən hüquq pozuntularına yol verməyə davam etmiş, Cavabdeh çalışdığı müddət ərzində 15 avqust 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək əmək haqqını ödəməmişdir. Belə olan halda yaranmış mübahisə nəticəsində Cavabdeh işdən öz təşəbbüsü ilə ayrılmaq qərarına gəlmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000201 saylı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh dəfələrlə son haqq-hesabın ödənilməsini tələb etsə də, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bu ödənişləri icra etməkdən əsassız yayınmışdır. Belə olan təqdirdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin bu qanunazidd hərəkətləri Cavabdeh pozulmuş Konstitusion hüquqlarının müdafiəsini şərtləndirir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işəgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bu şərti əsassız olaraq pozmuşdur. Ümumiyyətlə, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Ancaq Cavabdeh bu imkandan qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Qeyd olunan normaları rəhbər tutaraq hesab edir ki, Cavabdeh ödənilməli olan ödənişlər aşağıdakı kimidir: xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının məbləği: 1.396,5 manat (bir min üç yüz doxsan altı manat əlli qəpik) (1.698,29 manat : 30,4= 55,86 manat 55,86 manat x 25 gün = 1.396,5 manat) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının məbləği: 2.041,14 manat (iki min qırx bir manat on dörd qəpik). xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının məbləği: 1.074,24 (bir min yetmiş dörd manat iyirmi dörd qəpik) (2.041,14 manat : 30,4= 67,14 manat 67,14 manat x 16 gün = 1.074,24 manat). xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının məbləği: 5.297,76 manat (beş min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) (1.698,29 manat x 1 / 100 = 16,98 manat 16,98 manat x 312 gün = 5.297,76 manat). xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının məbləği: 2.061 manat (iki min altmış bir manat) (2.041,14 manat x 1 / 100 = 20,41 manat 20.41 manat x 101 gün = 2.061 manat). xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışılan müddət üçün gecikdirilmiş əmək haqqının məbləği: 1.449,11 manat (bir min dörd yüz qırx doqquz manat on bir qəpik) (2.041,14 manat x 1 / 100 = 20.41 manat 20,41 manat x 71 gün = 1.449,11 manat). 12 gün istifadə olunmamış məzuniyyət üçün ödənilməli məbləğ: 1.074,24 manat (bir min yetmiş dörd manat iyirmi dörd qəpik) (2.041,14 manat : 30.4= 67,14 manat 67,14 manat x 16 gün = 1.074,24 manat). gecikdirilmiş son haqq-hesab üçün ödənilməli məbləğ: 1.449,11 manat (bir min dörd yüz qırx doqquz manat on bir qəpik) (2.041,14 manat x 1 / 100 = 20,41 manat 20,41 manat x 71 gün = 1.449,11 manat). Cavabdeh sözügedən əmək mübahisəsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə məhkəmədənkənar həll etməyə çalışsa da, bunun bir nəticəsi olmamış, müraciətə laqeyd münasibət göstərilmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən Cavabdeh təqdim olunmuş sözügedən məktubda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yol verdiyi hüquq pozuntularına görə barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan tədbirlərin görülməsinə, inzibati cərimənin tətbiq edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qanunsuz və əsassız olaraq Cavabdeh Konstitusion hüquqlarını pozmağa davam edir, tələblərə məhəl qoymur. Bütün bunlar Cavabdeh əhəmiyyətli dərəcə stress, gərginlik, əsaslı sarsıntı keçirməyinə səbəb olur. O, hüquqlarının müdafiə olunması üçün davamlı olaraq müxtəlif orqanlara müraciət edərək, pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır, nəticədə isə, həm vaxt itirir, həm də kifayət qədər xərc çəkməli olur. Halbuki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qanunun tələblərinə riayət edərək qeyd olunan ödənişləri vaxtında icra etsə idi, onun Konstitusion hüquqları pozulmazdı. Belə olan halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin bilavasitə hüquqazidd hərəkətləri nəticəsində nümayəndəsi olduğu şəxsin keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsini və həmin məbləğin 10.000 (on min) manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edir. Sözügedən hallar və faktlar tərəfindən təqdim edilmiş dəlillərlə bilavasitə aşkar olunur. Sözügedən mübahisənin hüquqi yolla həll edilməsi məqsədilə Cavabdeh hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmiş, hüquqi yardımın göstərilməsi üçün 450 manat (dörd yüz əlli manat) məbləğində ödəniş etmişdir. Belə olan təqdirdə, Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını qanunamüvafiq hesab edir. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın iddia tələbinin təmin olunmamasına dair; 2. 2024-cü ilin yanvar ayı üzrə ödənilməmiş (əmək haqqının) 679,68 manat məbləğində pul vəsaitinin və həmin məbləğin xx.xx.2025-ci il tarixinədək (yekun ekspertiza rəyi qəbul olunduqdan sonra məhkəmənin ilk iclasınadək) hər gecikdirilmiş gün (602 gün) üçün 1% ödənc hesablanaraq 4.091,67 manat məbləğində pul vəsaitinin; 3. 2024-cü ilin avqust ayı üzrə ödənilməmiş (əmək haqqının) 1.909,99 manat məbləğində pul vəsaitinin və xx.xx.2025-ci il tarixinədək (yekun ekspertiza rəyi qəbul olunduqdan sonra məhkəmənin ilk iclasınadək) hər gecikdirilmiş gün (389 gün) üçün 1% ödənc hesablanaraq 7.429,86 manat məbləğində pul vəsaitinin; 4. 2024-cü ilin sentyabr ayı üzrə ödənilməmiş (əmək haqqının) 1.814,95 manat məbləğində pul vəsaitinin və həmin məbləğin həmin məbləğin xx.xx.2025-ci il tarixinədək (yekun ekspertiza rəyi qəbul olunduqdan sonra məhkəmənin ilk iclasınadək) hər gecikdirilmiş gün (374 gün) üçün 1% ödənc hesablanaraq 6.787,91 manat məbləğində pul vəsaitinin; 5. 2024-cü ilin fevral ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü li tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (3 gün) üçün 1% ödənc hesablanaraq 48 manat məbləğində pul vəsaitinin; 6. 2024-cü ilin mart ayı üzrə əmək haqqının xx.xx.2024-cü li tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü li tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (4 gün) üçün 1% ödənc hesablanaraq 63 manat məbləğində pul vəsaitinin; 7. xx.xx.2024-cü il tarixdə işə qəbul edildiyi gündən xx.xx.2024-cü li tarixinədək işdən azad olunanadək 12 gün istifadə olunmamış məzuniyyət üçün hesablanmış (məzuniyyət haqqının) 891,96 manat məbləğində pul vəsaitinin və həmin məbləğin (yekun ekspertiza rəyi qəbul olunduqdan sonra məhkəmənin ilk iclasınadək) xx.xx.2025-ci li tarixədək hər gecikdirilmiş gün (374 gün) üçün 1% ödənc hesablanaraq 3.335,93 manat məbləğində pul vəsaitinin; 8. Cavabdeh dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat məbləğində pul vəsaitinin; 9. Hüquqi yardımın göstərilməsi üçün 900 manat (doqquz yüz manat) məbləğində vəkil xidmət haqqının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. O, xx.xx.2025-ci il tarixində iddia təqdim etmiş və bu iddiada xx.xx.2025-ci il tarixinədək olan əməkhaqqı və gecikmə faizi üzrə konkret məbləğ tələb etmişdir. Lakin xx.xx.2025-ci il tarixli ərizəsində həmin tələbini məbləğ baxımından artırmışdır. Bu artırılmış hissə əvvəlki iddiada mövcud olmayan əlavə pul tələbi olduğuna görə yeni iddia tələbi hesab olunmalı və ona ayrıca iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn pul və əmlak tələbləri üzrə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət edə bilər. Cavabdeh əmək münasibətləri xx.xx.2024-cü il tarixində başa çatdığına görə, iddia müddəti xx.xx.2025-ci tarixində tamamlanmışdır. O isə artırılmış iddiasını xx.xx.2025-ci ildə, yəni 1 illik iddia müddəti keçdikdən sonra təqdim etmişdir. Cavabdeh qarşılıqlı iddiasında dəqiq və konkret məbləğ göstərmiş, iradəsini bu məbləğlə ifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması ərizəsində nəzərdə tutulan artırılmış məbləğ hissəsinə münasibətdə iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) X8 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixdə memar vəzifəsində işə qəbul edilmiş və müqavilə 1 il müddətinə bağlanmışdır. Müqavilədə əmək haqqı 1.698,29 manat məbləğdə müəyyən edilmiş, müqavilədə edilmiş dəyişikliyə əsasən 01 iyul 2024-cü il tarixdən əmək haqqı 2.041,14 manat məbləğdə müəyyən edilmişdir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması cədvəlindən görünür ki, Cavabdeh ödənilməli məbləğ 4.013,10 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 40 nömrəli əmrdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 “a” - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Cavabdeh məxsus "xxxx" ASC-də olan kart hesabından çıxarışdan görünür ki, xx.xx.2024cü tarixindən sonra ona işəgötürən tərəfindən hər hansı ödəniş edilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində 1000 (min) manat ödənilməsi, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 29 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində 200 (iki yüz) manat ödənilməsi, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 30 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində 2000 (iki min) manat ödənilməsi, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində 160 (yüz altmış) manat ödənilməsi, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 32 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində 1000 (min) manat ödənilməsi, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində "Memar" vəzifəsində işləyən Cavabdeh avans şəklində ödənilən 4360 (dörd min üç yüz altmış) manatın ondan tutulması, əmrin icrasının cəmiyyətin mühasibatlıq bölməsinə tapşırılması əmr edilmişdir. Cavabdeh məxsus kart hesabından çıxarışdan görünür ki, onun hesabına xx.xx.2024-cü il tarixdə 1600 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 1575 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 1600 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 1605 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 1710 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 30 manat mükafat, xx.xx.2024-cü il tarixdə 1914.99 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə 200 manat mükafat, xx.xx.2024-cü il tarixdə 2000 manat mükafat, xx.xx.2024-cü il tarixdə 160 manat mükafat, xx.xx.2024-cü il tarixdə 1000 manat mükafat mədaxil edilmişdir. İddiaçı QSC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 160 manat mükafat təyinatlı ödənişlər köçürülmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2025-ci il tarixli 9/3023 saylı rəyindən görünür ki, 1-ci sual üzrə; iş materiallarında olan sənədlər və tərtib edilmiş cədvəllərdən göründüyü kimi, Cavabdeh "xxxx" QSC-də xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən memar vəzifəsində işlədiyi dövrdə 15.232,74 manat əmək haqqı, 942,82 manat mükafat (yemək haqqı) olmaqla ümumilikdə 16.175,56 manat əmək haqqı hesablandığı və əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 14.409,61 manat təşkil etdiyi müəyyən edilir. Lakin həmin dövr üzrə cəmi 10.004,99 manat məbləğində əmək haqqı ödənilmiş və bu səbəbdən əmək haqqı ödənişləri üzrə 4.404,62 manat məbləğində əmək haqqı ödənilmədiyi müəyyən olunur. 2-ci sual üzrə; Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixdə işə qəbul edildiyi gündən xx.xx.2024-cü il tarixdə işdən azad olunanadək işçinin istifadə edilməmiş əmək məzuniyyəti günləri xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən 20 gün (30/12*8=20) olmaqla, görə işəgötürən tərəfindən hesablanmış məbləğin (16.175,56/12/30,4*20=886,82) 886,82 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 789,97 manat təşkil etdildiyi müəyyən olunur. 3-cü sual üzrə; Cavabdeh ödənilməli son haqq-hesab məbləği 1814,95+789,97-2.604,92) 2.604,92 manat təşkil etdiyi müəyyən olunur. 4-cü və 7-ci suallar üzrə; "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin yanvar ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 679,68 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yəni xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (453 gün) üçün 1% ödənc hesablanaraq 3078,95 manat təşkil etdiyi müəyyən olunur. 5-ci və 10-cu suallar üzrə; "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin avqust ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 1909,99 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yani xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (240 gün) üçün 1% ödənc hesablanaraq 4583,98 manat təşkil etdiyi müəyyən olunur. 6-cı və 11-ci suallar üzrə; "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin sentyabr ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 1814,95 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yani xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (225 gün) üçün 1% ödənc hesablanaraq 4083,64 4083 manat təşkil etdiyi müəyyən olunur. 8-ci və 9-cu suallar üzrə; "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin fevral ayı üzrə Cavabdeh əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü il tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (3 gün) üçün 1% ödənc hesablanaraq 48,00 manat və 2024-cü ilin mart ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü il tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (4 gün) üçün 1% ödənc hesablanaraq 63,00 manat təşkil etdiyi müəyyən olunur. 12-ci və 13-cü suallar üzrə; "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrdə 12 gün istifadə olunmamış məzuniyyət üçün Cavabdeh hesablanmış məzuniyyət haqqının məbləği 1.003,39 manat təşkil etməklə, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 891,96 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yani xx.xx.2025ci il tarixədək hər gecikdirilmiş gün (225 gün) üçün 1% ödənc hesablanaraq 2006,91 manat təşkil etdiyi müəyyən olunur. X3 Cavabdeh hüquqlarının pozulması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktubunda göstərilmişdir ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrlə 1000 manat, xx.xx.2024-cü il tarixli 29 nömrəli əmrlə 200 manat, xx.xx.2024-cü il tarixli 30 nömrəli əmrlə 2000 manat, xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrlə 160 manat, xx.xx.2024-cü il tarixli 32 nömrəli əmrlə 1000 manat məbləğində avans ödənilməsi nəzərdə tutulmuş, xx.xx.2024-cü il 50 nömrəli əmrlə isə Cavabdeh ödənilmiş 4360 manat məbləğində avansın tutulmasının nəzərdə tutulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibtai Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinin (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) tərkibi yaranmış, bununla bağlı olaraq müəsissənin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-01161 saylı arayışdan görünür ki, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 99№li müqaviləyə əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 450 manat xx.xx.2025-ci il tarixdə 450 manat olmaqla Bakı şəhəri 34 saylı Vəkil Bürosuna ödənişlər edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. 157-ci maddəsinin 6-сı hissəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. “Dövlət rüsumu haqqında” Qanun: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilibedilməməsi yoxlanılmalı, ilkin və qarşılıqlı iddia tələblərinə ayrı-ayrılıqda qiymət verilməlidir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə belə qənaətə gəlir ki, ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı Cavabdeh 346,90 manat borcun tutulmasını tələb etsə də, borcun yaranmasının əsasının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. İlk iddia üzrə iddiaçı həmin məbləğin şəxsə daha əvvəl ödənilmiş avans ödənişləri hesabına son haqq-hesab məbləği arasındakı fərq olaraq göstərsə də, qarşılıqlı iddia tələbi ilə gəlinən nəticə bu dəlili aradan qaldırmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh əmək müqaviləsinə xitam verilərkən şirkətə məxsus olan 85 manat dəyərində əmlakları (jilet, kaska eynək və çəkmə) geri qaytarmadığını qeyd etsə də, həmin əmlakların mövcudluğu, Cavabdeh qanunsuz istifadəsində olması və ya İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmaması işin hər hansı halı ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə ilk iddia tələbinin əsassız olması qənaətinə gəlir. Məhkəmə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş son haqq hesabın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirmişdir ki, şirkət tərəfindən Cavabdeh əmək haqqı avans şəklində ödənilmişdir və bununla bağlı işəgötürənin müvafiq əmrləri də var. Lakin X7 Xidmətində aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, işəgötürən son haqq-hesab ödənilən zaman işçiyə avans olaraq ödənildiyini iddia etdiyi məbləği son haqq-hesab məbləğinə hesablayaraq işçiyə son haqq-hesabı ödəməmişdir. İşəgötürənin avans olaraq ödəməsini iddia etdiyi məbləğ isə texniki olaraq işçiyə mükafat təyinatı ilə ödənilmişdir ki, mükafatın hər hansı ödəniş hesabına görə silinməsi isə yolverilməzdir. Lakin Cavabdeh və mühasib arasında olan vatsap tətbiqi üzərindən aparılmış yazışmalardan da aydın olur ki, həmin məbləğlərin işçiyə avans olaraq ödənilməsini işçi özü də öz yazışmasında etiraf etmişdir. Bundan başqa nümayəndə hətta həmin məbləğlərin işçiyə mükafat olaraq ödənilməsi qəbul olunsa belə, işəgötürənin işçiyə bu qədər mükafat verdiyi halda onun əmək haqqını gecikdirməsinin də real olmadığının nəzərə alınmasını diqqətə çatdırmışdır. Məhkəmə istinad edilən dəlillərə münasibətdə qeyd edir ki, əmrin verilməsinə əsas olaraq Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə əmək haqqının avans olaraq ödənilməsi ilə bağlı müraciətinin (əmrlərdə Cavabdeh müraciəti əsasında ödəniş edilməsi qeyd edilmişdir) olması məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh mükafat olaraq ödənilmiş vəsait avans hesab edilə bilməz. İşəgötürən peşəkar mühasib vəzifəsi ilə təmin olunan hüquqi şəxsdir. İşçiyə mükafat təyinatlı ödənişlərin əslində avans olmasına dair şifahi dəlillər işçiyə sonrakı mərhələlərdə ödənilmiş əmək haqqında nəzərə alınmalı olduğu halda nəzərə alınmadığından bu dəlillər qəbul edilmir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Cavabdeh əmək haqqısının avans şəklində qabaqcadan ödənildiyini, Cavabdeh isə əmək haqqının ödənilməsinin gecikmələrlə həyata keçirildiyini, hətta son haqq-hesabın da avans hesab edilən məbləğlərin hesabına əvəzləşdirilməsini bildirmişdir. Hər nə qədər də məhkəmə ifrat formallıqdan uzaq dursa da, aşkar olan hal ondan ibarətdir ki, işəgötürən işçinin belə bir müraciəti olmadığı halda işçiyə sanki avans ödənilməsi barədə əmrlər tərtib etmiş, lakin işçinin əmək haqqı hesabına mükafat təyinatlı ödənişlər həyata keçirmişdir. Sonrakı aylarda əmək haqqı müəyyən edilmiş qaydada ödəmiş işəgötürən avans ödənişlərini nəzərə almamışdır. Bununla yanaşı işəgötürən avans hesab etdiyi məbləğlər hesabına işçinin son haqq-hesabını ödəməmişdir. İşçi isə öz növbəsində onun işlədiyi müddətdə əmək haqqının tam məbləğdə ödənilmədiyini və gecikdirilməklə ödənildiyini iddia edərək müvafiq tələblərlə çıxış etmişdir. Məhkəmə sözügedən hissəyə qanuni qiymət verilməsi üçün xüsusi biliyə sahib ekspertin köməyindən istifadə etmək məqsədilə iş üzrə ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" QSC-də xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən memar vəzifəsində işlədiyi dövrdə 15.232,74 manat əmək haqqı, 942,82 manat mükafat (yemək haqqı) olmaqla ümumilikdə 16.175,56 manat əmək haqqı hesablandığı və əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 14.409,61 manat təşkil etdiyi müəyyən edilir. Lakin həmin dövr üzrə cəmi 10.004,99 manat məbləğində əmək haqqı ödənilmiş və bu səbəbdən əmək haqqı ödənişləri üzrə 4.404,62 manat (679,68+1.909,99+1.814,95) məbləğində əmək haqqı ödənilmədiyi müəyyən olunur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2024-cü il tarixdə işə qəbul edildiyi gündən xx.xx.2024-cü il tarixdə işdən azad olunanadək işçinin istifadə edilməmiş əmək məzuniyyəti günləri xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən 20 gün (30/12*8=20) olmaqla, görə işəgötürən tərəfindən hesablanmış məbləğin (16.175,56/12/30,4*20=886,82) 886,82 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 789,97 manat təşkil etdildiyi müəyyən olunur. Cavabdeh ödənilməli son haqq-hesab məbləği 1814,95+789,97-2.604,92) 2.604,92 manat təşkil etdiyi müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024cü ilin yanvar ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 679,68 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yəni xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (453 gün) üçün 1% ödənc hesablanaraq 3.078,95 manat təşkil etdiyi müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin avqust ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 1.909,99 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yəni xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (240 gün) üçün 1% ödənc hesablanaraq 4.583,98 manat təşkil etdiyi müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin sentyabr ayı üzrə Cavabdeh ödənilməmiş əmək haqqının məbləği 1.814,95 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yəni xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (225 gün) üçün 1% ödənc hesablanaraq 4.083,64 4083 manat təşkil etdiyi müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2024-cü ilin fevral ayı üzrə Cavabdeh əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü il tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (3 gün) üçün 1% ödənc hesablanaraq 48,00 manat və 2024-cü ilin mart ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü il tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (4 gün) üçün 1% ödənc hesablanaraq 63,00 manat təşkil etdiyi müəyyən olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrdə 12 gün istifadə olunmamış məzuniyyət üçün Cavabdeh hesablanmış məzuniyyət haqqının məbləği 1.003,39 manat təşkil etməklə, əmək haqqından məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 891,96 manat təşkil etdiyi və həmin məbləğin məhkəmə ekspertizası təyin olunduğu günə qədər, yəni xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (225 gün) üçün 1% ödənc hesablanaraq 2.006,91 manat təşkil etdiyi müəyyən olunur. Məhkəmə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini iddiaçı Cavabdeh iddia ərizəsi ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qismən əsaslıdır. Belə ki, işçi işdən xx.xx.2024-cü il tarixli əmr əsasında azad edilmiş və demək ki, onun maddi ziyanla bağlı tələbləri xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edə bilər. Odur ki, Cavabdeh tələbləri həmin tarixədək olan dövr üçün hesablanıb ödənilə bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyində ekspertiza haqqında qərardad qəbul edilən (xx.xx.2025-ci il) tarixədək olan müddət hesablanaraq gün sayı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixədək olan müddətə qədər gün sayına həmin gün saylarına əlavə edilməlidir.Yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan (4 ay 14 gün=134 gün) 134 gün əlavə edilməklə gecikdirilmiş gün sayı hesablanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh xeyrinə ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hərəkətləri nəticəsində iddiaçının sarsıntı keçirməsi və sonuncunun şüurunda mənfi emosiyalar formalaşması işin hər hansı halı ilə öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, məhkəmə mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə tutulması tələbi əsassızdır. Məhkəmə qarşılıqlı iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün 900 (doqquz yüz) manat məbləğində vəkil xidmət haqqının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh xeyrinə ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı vəkillə təmsil olunmuşdur. Odur ki, onun hüquqi xidmətin göstərilməsi üçün çəkdiyi xərc də qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində məhkəmə belə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh: - 2024-cü ilin yanvar ayı üzrə ödənilməmiş əmək haqqının məbləği-679,68 manat və həmin məbləğin xx.xx.2025-ci il tarixədək hər gecikdirilmiş gün (587 gün) üçün 1% ödənc hesablanaraq (679,68x587/100=3989,73) 3989,73 manat ; - 2024-cü ilin avqust ayı üzrə ödənilməmiş əmək haqqının məbləği- 1909,99 manat və həmin məbləğin xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün (374 gün) üçün 1% ödənc hesablanaraq (1909,99x374/100=7143,36) 7143,36 manat; - 2024-cü ilin sentyabr ayı üzrə ödənilməmiş əmək haqqının məbləği-1814,95 manat və həmin məbləğin xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün (359 gün) üçün 1% ödənc hesablanaraq (1814,95x359/100=6515,67) 6515,67 manat; - 2024-cü ilin fevral ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü li tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (3 gün) üçün 1% ödənc hesablanaraq 48,00 manat; - 2024-cü ilin mart ayı üzrə əmək haqqının xx.xx.2024-cü li tarixində ödənilməli olan məbləğin xx.xx.2024-cü li tarixində ödənildiyini nəzərə alaraq, hər gecikdirilmiş gün (4 gün) üçün 1% ödənc hesablanaraq 63,00 manat; - xx.xx.2024-cü il tarixdə işə qəbul edildiyi gündən xx.xx.2024-cü li tarixinədək işdən azad olunanadək 12 gün istifadə olunmamış məzuniyyət üçün hesablanmış məzuniyyət haqqının 891,96 manat məbləğində pul vəsaiti və həmin məbləğin xx.xx.2025-ci li tarixədək hər gecikdirilmiş gün (359 gün) üçün 1% ödənc hesablanaraq (891,96x359/100=3202,13) 3202,13 manat pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmiş əmək haqqı 4.404,62 manat, gecikdirilmiş əmək haqqına görə ödənc məbləğləri (3989,73+7143,36+6515,67+48,00+63,00=17759,76), istifadə olunmamış məzuniyyət günlərinə görə 891,96 manat və həmin məbləğin gecikdirilməsinə görə ödənilməli 3202,13 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Həmçinin hüquqi yardımın göstərilməsi üçün 900 (doqquz yüz) manat məbləğində vəkil xidmət haqqının yarısını təşkil edən məbləğdə pul - 450 (dörd yüz əlli) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş son haqq hesabın ödənilməsi” tələbinə dair qarşılıqlı tələbi qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əmək haqqı 4.404,62 (dörd min dörd yüz dörd manat, altmış iki qəpik) manat, gecikdirilmiş əmək haqqına görə ödənc məbləğlərinin cəmi 17.759,76 (on yeddi min yeddi yüz əlli doqquz manat, yetmiş altı qəpik) manat, istifadə olunmamış məzuniyyət günlərinə görə 891,96 (səkkiz yüz doxsan bir manat, doxsan altı qəpik) manat və həmin məbləğin gecikdirilməsinə görə ödənilməli 3.202,13 (üç min iki yüz iki manat, on üç qəpik) manat, habelə hüquqi yardım xərcinə görə 450 (dörd yüz əlli) manat olmaqla, cəmi 26.708,47 (iyirmi altı min yeddi yüz səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar