Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1260/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbi barədə iddia ərizəsi ilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, iddia tələbimin təmin olunması, cavabdeh ”Ata Sığorta” ASC-dən müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə 600 manat maddi ziyan, 15.600 manat maddi ziyanın vaxtında ödəmədiyi hər il üçün illik 5 faiz olmaqla cəmi 2.400 manat, mənəvi ziyana görə 1000 manat olmaqla ümumilikdə 4.060 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 14850 manat (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı alınmışdır. Sığorta məbləği 15.000 manat təşkil edir. Yaşadığı və mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermiş və nəticəsində yaşadığı evdə ciddi çatlar əmələ gəlməklə, ev yaşayış üçün yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar cavabdeh təşkilata Lerik rayon İcra Hakimiyyətinə, AR Fövqəladə Hallar Nazirliyinə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciətlər ünvanlanmış, hər dəfə qeyd olunan təşkilatlardan müxtəlif məzmunlu cavablar ünvanlanmış və yaşadığı evin qəzalı vəziyyətdə olması təsdiq olunsa da, cavabdeh təşkilatın verdiyi imtina məktubunda baş vermiş sığorta hadisəsinə görə iddiaçıya sığorta haqqının ödənilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın verdiyi imtina qanunsuz və əsassızdır. Bu səbəbdən cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə iddiaçıya dəymiş ziyanın tutulması barədə qərar qəbul edilməlidir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi arayışa əsasən xx.xx.2019-cu il tarixdə iddiaçının müraciətinin icrası ilə əlaqədar Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks-Memarlıq və Hidrogeoloji Tədqiqatlar İdarəsinin mütəxəssisləri tərəfindən yerində və Hidrogeoloji Tədqiqatlar İdarəsinin mütəxəssisləri tərəfindən yerində mühəndis-geoloji araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsirindən çökmə-oturma prosesinin lokal təzahürləri müşahidə edilmişdir. Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-X5 və Proqnozlaşdırılması Şöbəsinin müdiri Habil Məlikov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə Fövqəladə Hallar Nazirliyi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, yerli Fövqəladə Komissiyası tərəfindən baxış keçirilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixdə verilmiş rəylər əsasında müəyyən edilmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsirindən çökmə-oturma prosesi müşahidə edilmişdir. Bununla əlaqədar ona aidiyyəti üzrə dəymiş ziyanın ödənilməsindən ötrü iş üzrə cavabdeh təşkilat kimi "xxxx" ASC-yə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, aparılan araşdırmalar, aidiyyəti qurumlar tərəfindən verilmiş rəylərlə bir daha sübuta yetirilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş, bu da öz növbəsində «İcbari Sığortalar Haqqında» AR Qanunun tələblərinə uyğun sığorta hadisəsidir. Göstərilənlərə əsasən cavabdeh təşkilatla iddiaçı arasında xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsinə və BA 636746 saylı daşınmaz əmlakların icbari sığortası şəhadətnaməsinə əsasən mülkiyyətinə sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş 15.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Lerik şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 2 sayl fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə RAA ********* saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı Lerik şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 2 saylı evi "xxxx" ASC-də xx.xx.2019-cu il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə azadolma məbləği 150 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində sığorta riski kimi, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunması göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 15600 manat məbləğində müəyyən olunur. İrəli sürülmüş tələb üzrə mənzilə dəymiş zərərin ödənilməsi üçün 15000 manat məbləğində pul tələb olunur. Bu səbəbdən ona vurumuş zərər tam həcmdə təmin edilməmişdir. Eyni zamanda hüquqlarının pozulması ilə bağlı bütün bu çəkişmələr zamanı mənəvi ziyan çəkmişdir. Ona görə də ödənilməmiş qalan zərərin-həm maddi, həm də mənəvi zərərin tələb edilməsi qərarına gəldi. Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmiş ona məxsus mənzilin intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 15600 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətə müraciət edərək, sığortalanmış əmlaka maddi zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 17.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış icbari sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlərdəndir. Qeyd olunan hadisə ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti tərəfindən hadisəni təsdiq edən sənəd xx.xx.2020-ci il tarixdə Cəmiyyətə daxil olmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli, AS-20/046 saylı məktubla İddiaçı hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunması barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli RAA********** saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 15000,00 (on beş min) manat təşkil etmişdir. Bundan sonra, Nəsimi Rayon Məhkəməsinin 2(006)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müqavilə ilə nəzərdə tutulan 150,00 (bir yüz əlli) manat azadolma məbləği çıxılmaqla 14 850,00 (on dörd min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi İddiaçı bank hesabına köçürülmüşdür. Bununla da, "xxxx" ASC xx.xx.2019-cu il tarixli RAA********** saylı sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Beləliklə, iddiaçının öhdəliklərin yerinə yetirilməməsi ilə yanaşı, dəbbə pulu və mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətin ödəniş etmək öhdəliyi yaranmadığından dəbbə pulu və mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. Sonda o, qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lerik rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh təşkilatla iddiaçı arasında xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsinə və BA 636746 saylı daşınmaz əmlakların icbari sığortası şəhadətnaməsinə əsasən sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş 15000 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 14850 manat (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata tələbkar İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, borclunun 14850 manat borcunu ödədiyini bildirməsi səbəbindən xitam verilmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsindən əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sığorta münasibətləri olmuş və bununla bağlı mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə üzrə cavabdeh tərəfindən sığorta ödənişi edilmədiyi üçün iddiaçıya dəymiş zərər məhkəmə qaydasında müəyyən edilməklə sığorta ödənişinin həyata keçirilməsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh sığorta şirkəti tərəfindən həmin qətnamədən şikayət verilməmiş, iş icraya yönəldildikdən sonra sığorta şirkəti müvafiq məbləği iddiaçının xeyrinə ödəmişdir. Hazırda iddiaçı tələbində bir neçə tələbi birləşdirmişdir. Belə ki, ilkin olaraq iddiaçı ona istinad etmişdir ki, tərəflər arasında daha əvvəlki məhkəmə mübahisəsi zamanı müvafiq ekspert rəyinə əsasən iddiaçıya zərər 15600 manat məbləğində müəyyən edilmiş, lakin məhkəmə tərəfindən 15000 manat məbləğində puldan 150 manat azadolma məbləği çıxılmaqla 14850 manat ödənilməsini qət etmişdir. Bu yerdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Yəni daha əvvəlki məhkəmə mübahisəsində sığortalı olan iddiaçıya dəymiş ziyanın məbləğindən asılı olmayaraq ona dəymiş ziyana görə ödəniş yalnız sığorta məbləğində həddində ödənilə bilərdi və hazırda iddiaçının ona dəymiş ziyanın 15600 manat müəyyən edilməklə daha əvvəlki məhkəmə mübahisəsi üzrə tutulmayan 600 manat məbləğində olan hissəsinin cavabdehdən tutulması tələbinin qanuni əsası yoxdur. Həmçinin məhkəmə iddia tələbinin 15600 manat məbləğində maddi ziyanın vaxtında ödənilmədiyi hər il üçün illik 5 faiz olmaqla, cəmi 2400 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçı ilkin olaraq məhkəməyə cavabdeh tərəfindən ödənilməmiş sığorta ödənişinin ödənilməsini tələb etmişdir. Ümumiyyətlə isə cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin həyata keçirilməməsinə əsas olaraq sığortaçının həmin hadisəni sığorta hadisəsi hesab etməməsi olmuşdur. Bütövlükdə aparılmış məhkəmə araşdırması nəticəsində həm hadisənin sığorta hadisəsi olması və dəymiş zərərin müəyyən edilməsi ilə bağlı məsələyə məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qiymət verilmişdir. Hazırda iddiaçının cavabdeh tərəfindən sığorta ödənişini məhkəmə qətnaməsi əsasında ödəməsinə görə keçmiş müddət üçün ondan hər il üçün illik 5 faiz məbləğində pulun tutulması ilə bağlı tələbini əsassız hesab edir. Belə ki, qeyd edilməlidir ki, cavabdehin imtinasından sonra məhkəmə mübahisəsi başlanaraq qəbul edilmiş məhkəmə qətnaməsinin icrasına xitam verilənədək olan dövr məhkəmə araşdırmasının, qiymətləndirilməsinin və icranın həyata keçirilməsinin prosessual müddətləri olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdir və həmin müddətlərin hazırda ayrıca iddia tələbinin əsası olaraq çıxış etməsi və buna görə məbləğ hesablanması qeyri-mümkündür. Mülki qanunvericiliyin tələblərinə əsasən bu və ya digər şəxsə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçün cavabdehlik daşıyan şəxs hüquqazidd əməl törətməli, onun törətmiş olduğu əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl nəticəsində digər şəxsə zərər dəyməlidir. Hazırki halda isə iddiaçı tərəfindən istinad olunan hallar cavabdehdən onun xeyrinə mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsinə əsas vermir. Bu səbəbdən, iddia tələbi dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1260/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1260/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver