Məhkəmə qərarları › İş №e-2(006)-133/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-133/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-133/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəki Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavəbdeh Cavabdeh Mənzii Tikinti Kooperativi tərəfindən- M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və həmin müqavilədə qeyd olunan çox mərtəbəli binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən, 66,86 kv.m. olan, 2 otaqlı, 182 saylı mənzilə, «E» girişinin 4-cÜ mərtəbəsində yerləşən, 39,83 kv.m. olan 3 otaqlı 226 saylı mənziliə, «E» girişinin 8-ci mərtəbəsində yerləşən, 52,64 kv.m. olan, 1 otaqlı 245 sayiı mənziiə dair təkrar a!qı-satqı müqavilələrinin bağlanması, eləcə də maliyyə arayışlarının verilməsi və MTK üzvlərinin ümumi iclasının keçirilməsi hərəkətlərinin qanunsuz hesab ediməsi; M-27/18 saylı, xx.xx.2013-cü il tarixli müqavilədə göstərilən mənzillərə dair təkrar aiqt-satqı müqavilələrinin, eləcə də maliyyə arayışlarının və MTK üzvlərinin ümumi ıclasının qərarlarının etibarsız hesab edilməsi; -M- 27V18 saylı, xx.xx.2018 –ci il tarixli müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla, həmin müqavilədə qeyd olunan-çox mərtəbəli binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən, 66,36 kv.m. olan, 2 otaqlı, 182 saylı mənzilinin, «E» girişinin 4-cü mərtəbəsində yerləşən, B9, 89 kv.m. olan 3 otaqlı 226 saylı mənzilinin, «E» girişinin 3-d mərtəbəsində yerləşən, 52,64 kv.m. olan, 1 otaqlı 246 saylı mənzilinin iddiaçıya təhvil verilməsi; -müqavilə üzrə iddiaçıya təhvil verilməli olan mənzillərin səhəsi (ölçülən), ümumilikdə 38 kv.m. az olduğu üçün 104 500 (38x2750} manat məbləğində maddi zərərin; və 6 ay uzrə 5400 manat kirayə haqqı məbləğinin və məhkəmə mübahisəsi başa çatmaqla, qənamə icra olunan anadək keçən aylar üçün kirayə haqqı miqdarında maddi zərərin və 10.000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, -məhkəmə məsrəfləri olan-410 manat dövlət rüsumunun; sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş- 40 manatın; 330 manat huquqı xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Notariat qaydada təsdiq olunmuş M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmaqla, həmin müqavilədə qeyd olunan və 10/2485-9/2700 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə ekspert Rəyi ilə müəyyən edilən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın «E» girişinin 4-cü mərtəbəsində sahəsi 49,4 kv.m. olan 1 otaqlı mənzil, «D» girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m olan 2 otaqlı mənzil və «E» girişinin 4-cü mərtəbəsində sahəsi 84.0 kv.m. olan 3 otaqlı mənzil qeydşərtsiz İddiaçı təhvil verilməsi; M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilməli olan 1 otaqlı və 3 otaqlı mənzillərin sahəsi (ölçüləri), ümumilikdə 9.13 kv.m. az olduğu üçün 20,086 manat məbləğində maddi zərərin: 21 ay ərzində ödənilməmiş 18900 manat kirayə haqqının və qətnamə icra olunan anadək keçən aylar üçün kirayə haqqının; 1701 manat faiz miqdarı məbləğində dəbbə pulunun:10000 manat mənəvi zərərin; məhkəmə məsrəfləri olan-410 manat dövlət rüsumunun; sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və pooct xidmətinə görə ödənilmiş- 40 manatın: 330 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin sənədləşdirmə işlərinin aparılmasına, mənzillərin təhvil verilməsinə və maliyyə vəsaitlərinin verilməsinə bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə, yəni İddiaçı ilə, mülkiyyətçi qismində Cavabdeh, 'Tikinti Şirkəti" qismində (VÖEN **********), arasında xx.xx.2018-ci il tarixli, M-27/18 saylı müqaylə bağlanmışdır. Həmin müqavilə iddiaçı və MTK-nın direktoru kimi göstərilmiş şəxs olaraq X2 tərəfindən imzalanmış və həmin tarixdə də Bakı şəhər 41 saylı notariat kontorunun xüsusi notariusu X6 oglu tərəfindən təsdiqlənmişdir. Müqavilənin "Preambula" bölməsində göstərilir ki, "Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, "Tikinti Şirkəti" Bakı Səhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçəsində yerləşən, yaşayış binalarının söküntüsünün və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə imzalandıqdan sonra 10 gün ərzində, mülkiyyətində olan, Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 203-də yerləşən 7 saylı mənzil söküntü üçün MTK-ya təhvil verir və müqavilədə göstərilən müddətdə, yəni binanın təməli qoyulduqdan sonra 24 ay ərzində mənzillərin ona təqdim olunmasını nəzərə alaraq, mənzillərin təhvil verilməsini MTK-dan tələb etmək hüquqa malikdir. Cavabdeh mülkiyyətində olan S.Rəhimov küçəsi, ev 203, mənzil 07 ünvanda mənzilini sökdüyünə görə əvəz olaraq, binanın təməli qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində başa catdırmağı və həmin ünvanda inşa etdiyi çoxmərtəbəli binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən, 66.86 kv.m olan, 2 otaqlı 182 saylı mənzili «E» girişinin 4-cü mərtəbəsində yerləşən 89.89 kv.m olan 3 otaqlı 226 saylı mənzili, «E» girişinin 8-ci mərtəbəsində yerləşən 52.64 kv.m olan, 1 otaqlı 245 saylı mənzili mülkiyyətçiyə yəni iddiaçıya, təmirsiz halda, təhvil verməyi, eləcə də 900 manat məbləğində aylıq kirayə haqqı yeni mənzillər, mülkiyyətçiyə yəni iddiaçıya təhvil verilənədək ödənilməsini öhdəsinə göürmüşdür. Binanın tikintisi başa çatdırıldıqdan sonra aşkar olunmuş nöqsanları aradan qaldırmaq və başa çatdırılmamış işləri tamamlamaq vəzifəsi də MTK, yəni cavabdeh öz üzərinə götürmüşdür. İddiaçının iradə İfadəsi mülkiyyətində olan mənzil söhüntü üçün cavabdehə təhvil vermək və bunun müqabilində, binamn təməli qoyulduqdan sonra tikinti işlərinin 24 ay ərzində başa çatacağını, nəzərə alaraq, müqavilədə göstərilən girişdə mərtəbədə, ölçüdə və s. göstəricilərə uyğun olan mənzilləri MTK-dan təhvil almaq; eləcə də mənzillərin təhvil verilməsini MTK-dan tələb etmək hüququna malik olmaq, həmçinin yeni mənzillər təhvil verilənədək, 900 manat məbləğində aylıq kirayə haqqını almaq olmuşdur. Cavabdehin iradə ifadəsi isə iddiaçının mülkiyyətində olan S.Rəhimov kuçəsi, ev 203, mənzil 07 ünvaninda yerləşən mənzili söküntü üçün qəbul etmək; əvəz olaraq, binanın təməli, qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində başa çatdirmaq yə həmin ünvanda inşa etdıy çoxmərtəbəli binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən 66,86 kv.m olan, 2 otaqlı 182 saylı mənzili, girişinin 4cü mərtəbəsində yerləşən, 89,89 kv.m. olan 3 otaqlı 226 saylı mənzili, «E» girişinin 8-ci mərtəbəsində yerləşən, 52,64 kv.m, olan, 1 otaqlı 245 sayl, mənzil, «Mülklyyətci»yə, yəni iddiaçıya, təmirsiz halda, təhvil vermək; eləcə də 900 manat məbləğndə aylıq kirayə haqqı, yeni mənzillər, mülkiyyətci"yə, yəni iddiaçıya təhvil verilənədək ödəmək olmuşdur. 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə kirayə haqqı, müqavilədə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, 2022-ci ilin fevral ayının sonunda, Kooperativin ofisinə yaxınlaşmışdır. MTK-nın işçisi olan və kirayə haqqını hər dəfə ona təqdim edən Şahinə adlı əməkdaşından ona təhvil verilməli olan mənzillərə baxış keçirməyə şəraət yaradılmasını, eləcə də həmin mənzillərdə təmir işlərinin aparılması uçun otaqların faktiki ölçülərinin hesablanması və təsdiq olunmuş sxemlərin (cizgilərin) təqdim olunmasını xahiş etmiş, lakin, Şahin adlı əməkdaş etik normalara zidd olaraq, nəzakətsız şəkildə ona bildirdi ki, onun müqavilələrdə nəzərdə tutulan, yəni yuxanda qeyd edilən mənzillər başqa şəxslərə satılmışdır və həmin mənzillərə baxış keçirilməsi mümkün deyildir. Həmin şəxsə izah etmiş ki, onunla kooperativ arasında bağlanmış müqavilənin həm MTK-nın möhrü ilə, həm də notariat qaydada təsdiq olunması, həmin müqavilənin etibarlı olması müəyyən edir və bu cür müqavilənin bir tərəfli qaydada dəyişdirilməsi ümumuyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, Şahin adlı əməkdaşa bilirmişdir ki, həmin müqavilədə göstərilən mənzillərin mülkiyyətçi qismində tanındığından və müqavilə podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinə müvafiq qiymətləndirildiyindən, müqavilənin obyeklən olan və artıq mülkiyyətçisi hesab edildiyi mənzilləri, onun icazə olmadan, yəni gizli şəkildə başqa şəxslərə satılması cinayət qanunvericiliyində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Şahin adlı şəxs dediklərinin heç birinə məhəl qoymadan, yenidən bildirdi kı, ona verilməsi nəzərdə tutulan mənzillər rəhbərliyin göstərişi əsasında başqa şəxslərə satılmışdır, nə şikayəti varsa, gedib onlara və ya onlardan şikayət etsin, onun isə vaxtını almasın. Bundan başqa, 2 ay üzrə verməli olduğu 1300 manat kirayə haqqın, da ödəməmişdir. Onun ona qarşı yuxarıda göstərilən rəftarıvə dediyi cavablar onun səhhətində ciddi problemlərin yaranmasına, qan təzyiqinin artmasına səbəb olmuş və hal-hazıradək əsəb və strest halındadır. Onun ailəsi 11 nəfərdən ibarətdir və kirayə haqqını ödəməyə pulunun olmadığından, demək olar ki, hər gün, qaldığı evdən çıxarılma təhlükəsi ilə üzləşir. Şahin adlı əməkdaşla apardığı danışıqlar heç bır nəticə vermədiyi üçün, evə gəlib, onunla MTK arasında bağlanmış müqavilənin şətlərində MTK-nın üzərinə düşən öhdəliklərini, həmin şəxsin ona dedikləri ilə müqayisəli təhlil etdikdən sonra, MTKnın bu işə məsul və cavabdeh olan bəzi vəzifəli şəxsləri, qrup halında birləşərək ona qarşı törətdikləri bilə-bilə qanunsuz hərəkətlərində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsəslı və inandırıcı şübhələr yaratdı. Odur ki, yaranmış mübahisə ilə bağlı yuxarıda qeyd olunan məsələlərə təxirə salınmadan aydınlıq gətirməsi, müqavilə üzrə MTK-nın üzərinə düşən öhdəliklərinin icra edilməsi və mülkiyyətçisi olduğu mənzillərin ona təhvil verilməsi, eləcə də bəzi sənədlərin təqdim olunması barədə 16,03.2022-ci il tarixdə cavabdehə müraciət etmiş və 2 gün ərzində cavablandırılmasını xahiş etmişdir. Lakin, kifayət qədər vaxtın keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmiş və müraciətinə cavab verilməmişdir. Bundan başqa, sonradan məlum olmuşdur ki, müqavilə üzrə ona təhvil verilməli olan mənzillərin ölçüləri faktiki inşa olunan ölçülərindən azdır. Belə ki, iddiaçıya təhvil verilməli olan 1 otaqlı mənzilin ölçüsü üzrə -9 kv.m. az; 2 otaqlı mənzilin ölçüsü üzrə -12 kv.m. az; 3 otaqlı mənzilin ölçüsü üzrə -17 kv.m, az; toplam 38 kv.m. az olduğu müəyyən edilmişdir. Odur ki, müqavilə üzrə ona təhvil verilməli olan mənzillərin ölçüləri, yəni 3 ədəd mənzil üzrə ümumi- 209,39 (52,6+466,36 39,89 + ) kv.m,-dən ibarət sahə verilməli olduğu halda, 171,39 {43,64+54,36+72,39} kv.m. təşkil edir ki, bu da, ümumilikdə 38kv.m az oldüğünü sübut edir. Mənzillərin yerləşdiyi ərazinin Bakı şəhərinin mərkəzində yerləşdiyini, eləcədə dəniz görüntülü olduğunu və bir çox əlamətlərinə görə üstünlük təşkil etdiyini nəzərə alınsa, həmin ərazidə satılan mənzillərin 1 kv.m.-nin bazar qiymətinin 2500-3000 manat olduğunu müəyyən edərlər. Deməli, həmin ərazidə satilan mənzillərin 1 kv.m.-nin orta bazar qiyməti 2750 l(2500+3000)\2) manat qəbul etsələr, müəyyən edərlər ki, cavabdehin ona qarşı bilə-bilə və açıq-aşkar qanunsuz və qərəzli hərəkətləri nəticəsində, yəni müqavilədə göstərilən olçudən, ümumən 38 kv.m. az sahə üçün, ona 104 500 (38x2750| manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa, 2021-ci İlin dekabr ayından başlayaraq hal-hazıradək, hər ay uçun 900 manat kirayə haqqı ödənilmədiyinə görə də maddi zərərin vurulması göz qabağındadır. Hal-hazıradək, yəni 2022-ci ilin iyul ayinədək 5400 (900x6) manat və eləcə də məhkəmə mübahisəsi başa çatmaqla, qənamə icra olunan anadək keçən aylar üçün də maddi zərərin dəyməsi açıq-aşkardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəki Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının D girişinin 9-cu mərtəbəsində yerləşən 66,86 kv.m ibarət olan 2 otaqlı 182 saylı mənzil, E girişinin 4-cü mərtəbəsində 89,89 kv.m-dən ibarət olan 3 otaqlı 226 saylı mənzilin və E girişinin 8-ci mərtəbəsində yerləşən 52,64 kv.m-dən ibarət 1 otaqlı 245 saylı mənzillər təhvil verilməli idi. Həmin vaxt MTK tərəfindən tərtib edilmiş layihə X4 tərəfindən qəbul edilmədiyindən yeni layihə tərtib edimiş və yeni layihəyə əsasən hər girişdə əlavə yanğın çıxışı inşa edilməsi nəzərdə tutulduğundan dəyişiklik olunmuşdur. Bina inşa edilərkən bir neçə sakinə, eləcə də iddiaçıya müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan mənzillərin əvəzi olaraq başqa mənzillərlə əvəz edilməsi təklif edilmişdir. Ekspertiza rəyində göstərilən mənzillər başqa şəxslərə məxsusdur və həmin şəxslər mənzillərin dəyərini tam ödəməklə almışlar. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı oğlu ilə Cavabdeh MTK arasında xx.xx.2018ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.0 kv.m olan 7 saylı mənzili sökülmək üçün təhvil alıb, «Tikinti şirkəti» tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 66,86 kv.m 2 otaqlı, 89,89 kv.m 3 otaqlı, 52.64 kv.m 1 otaqlı təmirsiz mənzilləri mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tikinti şirkəti" inşa ediləcək çox mənzilli binanın "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 saylı mənzili, "E” girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili, "E" girişinin 8-ci mərtəbəsində yerləşən 245 saylı mənzili "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən "Tikinti şirkəti" həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 900 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"də təhvil verilən günədək ödəniləcəkdir, ''Müikiyyatçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir, Müqavilənin 1.4-cü maddəsinə əsasən “Tikinti şirkəti" inşa ediləcək çoxmənzilli binanın "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 taylı mənzili, “E" girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili, "E" girişinin S-Cİ mərtəbəsində yerləşən 245 saytı mənzili "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6624-9/7327 saylı rəyindən görünür ki, Mülki iş materiallarında olan Yeni Ailə MTK tərəfindən inşa olunmuş binanın E və D bloklarının mərtəbə planında göstərilən mənzillərin yerləşmə sxeminə əsasən, İddiaçı M- 27\18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməsi nəzərdə tutulan binanın «D» girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, mənzilin faktiki ümumi sahəsi 84.91 kv.m «E» girişinin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzil ümumi sahəsi 104,09 kv.m və «E» girişinin 8-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilin ümumi sahəsi 63,46 kv.m təşkil edir. Tədqiq olunan mənzillərin faktiki sahəsi ilə müqavilədə göstərilən sahələr arasında olan sahə uyğunsuzluqları mənzillərin daxilində aparılan planlı dəyişmələr nəticəsində yaranmışdır. Bakı şəhəri, Nəsimi rayonu, S Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binada yerləşən təmirsiz mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1700,0 manat) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 263 saylı xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikintiplanlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərətəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 264 saylı xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinin xx.xx-1531 saylı xx.xx.2017-ci il tarixli tikintiplanlaşdırma eskizini və memarlıq-planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərətəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-i tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binada yerləşən təmirsiz mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1700,0 manat) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir.) Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2485-9/2700 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təsdiq olunmuş layihə üzrə «D» girişinin 9-cu mərtəbəsində, iki ədəd 2 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq iki ədəd 2 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 2 otaqlı mənzillərin ayrı ayrılıqda 84,91 və 88 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 2 otaqlı mənzilin ümumi sahəsi 66,86 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda, müqavilədə göstərilən sahə ilə faktiki 2 otaqlı mənzillərin sahələri arasında 18,05 (84,91-66,86=18,05) və 21,14 (88-66,86=21,14) kv.m fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın 1-ci sualının 1-ci hissəsi üzrə tədqiqat aparılmadı. Təsdiq olunmuş layihə üzrə «E» girişinin 4-cü mərtəbəsində, üç ədəd 3 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq üç ədəd 3 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 3 otaqlı mənzillərin ayrı-ayrılıqda 84, 128 və 146,63 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 3 otaqlı mənzilin ümumi sahəsi 89,89 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda müqavilədə göstərilən sahə ilə faktiki 3 otaqlı mənzillərin sahələri arasında 38,11 (128,0-89,89=38,11), 5,89 (89,89-84=5,89) və 56,74 (146,63-89,89=56,74) kv.m fərq olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın 2-ci sualının 1-ci hissəsi üzrə tədqiqat aparılmadı. Təsdiq olunmuş layihə üzrə «E» girişinin 8-ci mərtəbəsində, iki ədəd 1 otaqlı mənzil sahəsi inşa edilməli olduğu və faktiki olaraq iki ədəd 1 otaqlı mənzil inşa edilmişdir. Layihə üzrə nəzərdə tutulan və faktiki olaraq inşa edilmiş 1 otaqlı mənzillərin ayrı ayrılıqda sahələri 49,4 və 54,77 kv.m təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan 1 otaqlı mənzilin ümumi sahəsi 52,64 kv.m olduğu qeyd edilmişdir. Belə olan halda, müqavilədə göstərilən sahə ilə faktiki 1 otaqlı mənzillərin sahələri arasında 3,24 (52,64-49,4=3,24) və 2,13 (54,77-52,64=2,13) kv.m fərq olduğu müəyyə edilmişdir. Qeyd olunur ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə M-27/18 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən, mülkiyyətçi İddiaçı məxsus, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarikli, MA seriyalı ******* nəmrəli Çıxarışa əsasən, ümumi sahəsi 76.0 kv.m olan 7 saylı mənzili sökülmək üçün təhvil alıb, «Tikinti şirkəti» tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra "D" girişinin, 9-cu mərtəbəsində yerləşən, 182 saylı mənzili, 66,86 kv.m 2 otaqlı, “E" girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili, 89,89 kv.m 3 otaqlı, "E" girişinin 8-ci mərtəbəsində yerləşən 245 saylı mənzili 52.64 kv.m 1 otaqlı təmirsiz mənzilləri mülkiyyətçiyə verməyi və mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq 900 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil "Mülkiyyətçi"də təhvil verilən günədək ödəniləcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə öhdəlik götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.0 kv.m olan 7 saylı mənzilini sökmüş, həmin ərazidə hündürmərtəbəli bina inşa etmiş, lakin iddiaçının kirayə haqqını və müqavilədə nəzərdə tutulmuş mənzilləri ona təhvil verməyərək üzərinə düşən öhdəliyi icra etməmiş, mülkiyyətçinin hüquqlarını kobud şəklində pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Belə ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X3 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində həmçinin, göstərilmişdir ki, istər dövlət ehtiyacları, istərsə də ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, Konstitusiya mülkiyyətin özgəninkiləşdirilməsi üçün mülkiyyətin dəyərinin ödənilməsi, mülkiyyətin ödəniləcək dəyərinin ədalətli olması, bu dəyərin öncədən ödənilməsi şərtlərini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə 12 sentyabr 2023-cü il tarixli 10/2485 №-li rəyinə Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə uyğun qiymət verərək qeyd edir ki, iddia tələbinin faktiki əsasını təşkil edən, yəni müqavilədə göstərilən və iddiaçıya təqdim olunmalı, o cümlədən iddiaçının mülkiyyəti hesab olunan, 1 otaqlı mənzilin “E” girişinin 8-ci mərtəbəsində, 2 otaqlı mənzilin “D” girişinin 9-cu mərtəbəsində və 3 otaqlı mənzilin “E” girişinin 4-cü mərtəbəsində mövcud olması faktlarının və iddiaçının bununla bağlı dəlillərinin əsaslı olması, ekspert rəyi ilə açıq-aşkar müəyyən olunmuşdur. Belə ki, ekspertin rəyindən göründüyü kimi, sözügedən binanın “D” və “E” girişlərində yerləşən mənzillərdə nömrələnmə aparılmadığından “D” girişinin 9-cu mərtəbəsində yerləşən 182 saylı mənzili, “E” girişinin 4-cü mərtəbəsində yerləşən 226 saylı mənzili və həmin girişin 8ci mərtəbəsində yerləşən 245 saylı mənzili dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. “D” girişinin 9-cu mətəbəsində 2 ədəd sahəsi 84,91 və 88 kv.m olan iki otaqlı mənzilin olduğu, “E” girişinin 4-cü mərtəbəsində 3 ədəd sahəsi 84, 128 və 146,63 kv.m olan üç otaqlı mənzil olduğu və “E” girişinin 8-ci mərtəbəsində 2 ədəd sahəsi 49,4 və 54,77 kv.m olan mənzilin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzillərin sıra nömrələrinin müəyyən edilməsi mümkün olmasa da, fakt olaraq “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84 kv.m olan 3 otaqlı mənzilin mövcud olması müqavilədə göstərilən mənzillərə uyğun gəlməsinə əsas verir. Cavabdeh mənzilləri tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş, mənzillər bu günədək iddiaçıya təhvil verilməmişdir. Belə olan halda məhkəmə hesab edir, ekspertin rəyindən göstərilən ölçüdə mənzillər iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan mənzillərin əvəzi olaraq başqa mənzillərlə əvəz edilməsi təklif edilməsi, həmçinin ekspertiza rəyində göstərilən mənzillərin başqa şəxslərə məxsus olması və həmin şəxslərin mənzillərin dəyərini tam ödənilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə iddianın M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilməli olan 1 otaqlı və 3 otaqlı mənzillərin sahəsi (ölçüləri), ümumilikdə 9.13 kv.m. az olduğu üçün 20,086 manat məbləğində maddi zərər hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi 9.13 kv.m əksik sahə digər mənzillərin otaqlarında artıq sahələr verilərək bu sahələr bərabərləşdirildiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzini surətindən görürünür ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etmək ücün 410 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı iddia tələbində hüquqi xidmət haqqı üçün 330 manat və poct xidmətləri üçün 40 manat tələb etsədə həmin pulun ödənilməsi barədə sübutu iş materiallarına əlavə etməmiş və məhkəmə iclas zalında məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. Məhkəmə iddianın 21 ay ödənilməmiş 18900 manat kirayə haqqının, 1701 manat faiz miqdarı məbləğində dəbbə pulu hissəsinə qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hər ay üçün 900 manat kirayə pulu ödənilməsi nəzərdə tutulsa da ona uyğun faiz və dəbbə pulunun hesablanması nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilə bilməz. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayından, yəni 21 ay üçün 18900 manat kirayə haqqı ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X3 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 10000 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu hadla məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən və iddiaçının tələbi haqlı olduğundan iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil qeyd-şərtsiz İddiaçı təhvil verilməli, M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 21 ay ərzində ödənilməmiş 18.900 manat kirayə haqqı, ödənilmiş 410 manat dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspert xərci Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində Cavabdeh tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil qeyd-şərtsiz İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. M-27/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 21 ay ərzində ödənilməmiş 18.900 manat kirayə haqqı, ödənilmiş 410 manat dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspert xərci Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar