Məhkəmə qərarları › İş №e-2(006)-1342/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1342/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1342/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbi və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (bundan sonra “MTK” adlandırılacaq) və Türkiyə Respublikasının vətəndaşı Hasan Gültekin arasında 26 may 2021-ci il tarixində CY6-090/21 nömrəli Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 151 ünvanında “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99.4 kv.m. olan 5306 saylı mənzilin (bundan sonra “Mənzil”) ümumi qiyməti 268,380.00 (iki yüz altmış səkkiz min üç yüz səksən) AZN razılaşdırılmaqla müvafiq aylara bölünərək ödəniş şərtləri müəyyənləşdirilmiş və nəticədə mənzilə mülkiyyət hüquqlarının Şirkət tərəfindən Cavabdeh1 keçirilməsi razılaşdırılmışdır. Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının vətəndaşı Hasan Gültekin və İddiaçı1 arasında iş ortaqlığı münasibətləri olmuşdur. 2021-ci ildə iş üzrə cavabdeh Hasan Gültekin və İddiaçı1 arasında birinciyə məxsus "xxxx" MTK-ya aid mənzilin aylıq ödənişlərini Hasan Gültekinin Nikizi olaraq Türkiyədə yaşadığına görə iddiaçı tərəfindən Bakı şəhərində ödənilməsi, həmin pulları isə gələcəkdə iş ortaqlığı nəticəsində əldə olunmuş gəlir hesabına Hasan Gültekin mənzilə görə ödənilmiş pulu iddiaçıya qaytarılması barədə razılıq əldə olunmuşdur. MTK ilə Müqavilədə Müştəri, yəni Alıcı qismində Hasan Gültekin iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq İddiaçı1 və onun anası İddiaçı2 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər MTK tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş mədaxil qəbzlərində əks etdirildiyi kimi İddiaçı1 tərəfindən 53.703,09 ABŞ Dolları və 29.476,33 AZN pul məbləğində ümumilikdə bu günün məzənnəsinə uyğun olaraq 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) AZN və İddiaçı2 tərəfindən ümumilikdə 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023-cüil tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə MTK hesabına köçürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, mədaxil qəbzlərinin üzərində ödənişləri edən şəxs qismində iddiaçının adı qeyd edilməklə, həmin ödənişlərin məhz iddiaçı tərəfindən həyata keçirildiyini təsdiq etmək mümkündür. Nəzərə çatdırılır ki, hal-hazırkı vəziyyətə görə cavabdeh Hasan Gültekin iddiaçı ilə əlaqəni kəsmiş, mənzilə görə ödənilmiş hər hansı bir pulun qaytarılmasından yayınmaqdadır. İddiaçı1 xx.xx.2023-cü il tarixində MTK-nı məktub vasitəsi ilə mövcud vəziyyət barədə məlumatlandırmış və Müqavilənin başqa adamın adına cavabdehin göstərişi ilə keçirilməməsini və Mənzilə mülkiyyət hüquqlarının üçüncü şəxslərə verilməməsini xahiş etmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(006)-4/2024 saylı qərardada əsasən, qərardadın qanunvericiliklə müəyyən edilmiş qüvvədə olma müddətinədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xətai rayonu, Nobel prospekti 151 ünvanındakı "K Residence" yaşayış kompleksində 5306 saylı mənzilin özgəninkiləşdirilməsi və mənzil barəsində cavabdeh Hasan Gültekinə və "xxxx" Mənzil Tikinti Kooperativinə hər hansı yeni MTK daxili müqavilənin bağlanması və mənzilə hüquqlarının üçüncü şəxslərə ötürülməsi qadağan edilmişdir. Hazırda İddiaçı1 və onun anası İddiaçı2 Hasan Gültekinin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə onun əvəzindən MTK-ya ödədikləri pul məbləğlərini geri tələb edirlər. Göstərilənlərə əsasən İddiaçı1 tərəfindən Hasan Gültekinin 26 may 2021-ci il tarixli CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) manatın cavabdehlər Hasan Gültekin və Cavabdeh2 MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; məhkəməyə müraciət etmək üçün İddiaçı1 üçün ödənilmiş 413 dröd) yüz on üç) manat dövlət rüsumunun əvəzinin İddiaçı1 qaytarılması; məhkəməyə müraciət edilməsi və məhkəmədə təmsil olunmaq üçün İddiaçı1 tərəfindən çəkilmiş 1500 (bir min beş yüz) manat hüquqşünas xərclərinin əvəzinin İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Eyni zamanda, digər İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (bundan sonra “MTK” adlandırılacaq) və Türkiyə Respublikasının vətəndaşı Hasan Gültekin arasında 26 may 2021-ci il tarixində CY6-090/21 nömrəli Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 151 ünvanında “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99.4 kv.m. olan 5306 saylı mənzilin (bundan sonra “Mənzil”) ümumi qiyməti 268,380.00 (iki yüz altmış səkkiz min üç yüz səksən) AZN razılaşdırılmaqla müvafiq aylara bölünərək ödəniş şərtləri müəyyənləşdirilmiş və nəticədə mənzilə mülkiyyət hüquqlarının Şirkət tərəfindən Cavabdeh1 keçirilməsi razılaşdırılmışdır. Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının vətəndaşı Hasan Gültekin və iddiaçının qızı İddiaçı1 arasında iş ortaqlığı münasibətləri olmuşdur. 2021-ci ildə iş üzrə cavabdeh Hasan Gültekin və iddiaçının qızı İddiaçı1 arasında birinciyə məxsus "xxxx" MTK-ya aid mənzilin aylıq ödənişlərini Hasan Gültekinin fiziki olaraq Türkiyədə yaşadığına görə iddiaçı tərəfindən Baki şəhərində ödənilməsi, həmin pulları isə gələcəkdə iş ortaqlığı nəticəsində əldə olunmuş gəlir hesabına Hasan Gültekin mənzilə görə ödənilmiş pulu iddiaçıya və onun qızına qaytarılması barədə razılıq əldə olunmuşdur. MTK ilə Müqavilədə Müştəri, yəni Alıcı qismində Hasan Gültekin iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq İddiaçı1 və onun anası hazırkı iş üzrə İddiaçı2 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər MTK tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş mədaxil qəbzlərində əks etdirildiyi kimi İddiaçı1 tərəfindən 53.703,09 ABŞ Dolları və 29.476,33 AZN pul məbləğində ümumilikdə bugünün məzənnəsinə uyğun olaraq 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) AZN və İddiaçı2 tərəfindən ümumilikdə 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023cü il tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə MTK hesabına köçürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, mədaxil qəbzlərinin üzərində ödənişləri edən şəxslər qismində İddiaçı1 və onun anası İddiaçı2 adları qeyd edilməklə, həmin ödənişlərin məhz onlar tərəfindən həyata keçirildiyini təsdiq etmək mümkündür. Beləliklə, Mənzilin ümumi qiymətindən 207.708,85 (iki yüz yeddi min yeddi yüz səkkiz manat səksən beş qəpik) AZN məbləğ Cavabdeh1 Müqavilə üzrə ödənişlərinin həyata keçirilməsi üçün ödənilmişdir. Nəzərə çatdırılır ki, hal-hazırkı vəziyyətə görə cavabdeh Hasan Gültekin İddiaçı1 və onun anası İddiaçı2 ilə əlaqəni kəsmiş, mənzilə görə ödənilmiş hər hansı bir pulun qaytarılmasından yayınmaqdadır. İddiaçı1 xx.xx.2023-cüil tarixində MTK-nı məktub vasitəsi ilə mövcud vəziyyət barədə məlumatlandırmış və Müqavilənin başqa adamın adına cavabdehin göstərişi ilə keçirilməməsini və Mənzilə mülkiyyət hüquqlarının üçüncü şəxslərə verilməməsini xahiş etmişdir. Hazırda İddiaçı1 və onun anası İddiaçı2 Hasan Gültekinin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə onun əvəzindən MTK-ya ödədikləri pul məbləğlərini geri tələb edirlər. Göstərilənlərə əsasən, İddiaçı2 tərəfindən Hasan Gültekinin 26 may 2021-ci il tarixli, CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq İddiaçı2 ödənilməsi; İddiaçı2 üçün ödənilmiş 351 çü) yüz əlli bir) manat dövlət rüsumun əvəzini isə İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1343/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırda icraatda olan İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)- 1343/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1342/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması və mülki işlərə birlikdə baxılaraq e-2(006)-1342/2024 nömrəsinin verilməsi qərara alınmışdır. 6.Daha sonra Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin MTK-ya münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin və Cavabdeh1 tərəfindən təqdim edilən müqaviləyə, whatsapp yazışmalarının məzmunundan aydındır ki, bu iş üzrə xarici vətəndaş Cavabdeh1 ilə İddiaçı1 arasında kommersiya münasibətləri mövcud olmuşdur. Cavabdeh1 ilə MTK arasında bağlanmış mənzil alqı-satqısına dair xx.xx.2021-ci il tarixli CY6-090/21 saylı müqaviləyə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən müəyyən dövrlər üçün vəsaitlər ödənilmiş olsa da, iddiaçılar ödədikləri vəsaitlərin məhz hansı müqaviləyə əsasən və məhz kimin üçün ödənildiyini qabaqcadan bilirdilər və bu ödənişləri könüllü şəkildə etmişlər. Odur ki, nəzərə alınmalıdır ki, MTK bağlanmış müqavilələr üzrə ödənişin üçüncü şəxs və ya şəxslər tərəfindən edilməsinə etiraz edə və ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Müqavilələr üzrə ödənişlər faktiki olaraq alıcı tərəfindən yox, başqa şəxs, indiki halda İddiaçı1 və İddiaçı2 tərəfindən edilsə də, MTK ödənilmiş pul məbləğləri üzərində mülkiyyət hüququnun (subyektiv hüququn) kimə aid olub-olmadığını araşdırmağa borclu deyildi. Ödənişlərin edilməsi zamanı MTK müqavilə üzrə alıcı olan şəxsdən (Cavabdeh1) heç bir etiraz almadığına görə cavabdeh İddiaçı1 və İddiaçı2 tərəfindən edilən ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Ödənişləri faktiki edən şəxslərə təqdim edilmiş qəbzlərdə də normal olaraq həmin şəxslərin adları qeyd edilmişdir. Ancaq bu fakt həmin ödənilmiş pul vəsaitlərinin iddiaçılara həqiqətən məxsus olduğunu göstərmir. MTK bu cür halda tam haqlı olaraq hesab edir ki, faktiki ödəyicilər alıcıya məxsus pul vəsaitlərini onun tapşırığı ilə ödəyir. İddiaçıların istinad etdiyi digər bir məsələ əsassız varlanma ilə bağlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, iddiaçıların MTK-ya münasibətdə əsassız varlanma müddəalarına istinad etməsi tamamilə əsassızdır. Belə ki, hazırki iş üzrə əsassız varlanmış tərəf ümumiyyətlə mövcud deyildir. Belə ki, iddiaçılarla Cavabdeh1 arasında müqavilə mövcuddur, MTK ilə iddiaçılar arasındakı münasibətlər isə Cavabdeh1 tərəfindən onlara verilən tapşırıq və müqaviləyə əsaslanır. Göründüyü kimi əsassız varlanma yaranmasına səbəb olan heç bir əsas olmadığından MTK-nın iddiaçı qarşısında cavabdehlik daşıması da mümkün deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 8.Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, İddiaçı1 ilə Cavabdeh1 aralarında olan ortaqlıqdan əldə edilən gəlir və xərcləri “Whatsapp” qrupu xaric, heç bir sənədlə və ya başqa bir yolla təsdiq etməmişlər. Həmin “Whatsapp” yazışmalarında isə yalnız daxil olan gəlir və xərclər əks olunub. Yerdə qalan gəlirin tərəflər arasında hansı nisbətdə bölünməsi isə qeyd edilməmişdir. Cavabdeh1 əldə etdiyi mənzillə bağlı ödənişlər də iddiaçılar tərəfindən ödənilirdi və daha sonra Cavabdeh1 ortaqlıqdan ona düşən gəlirdən onlara olan borcunu qaytarmalı idi. Sonda hər iki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 10.Məhkəmə iclasında Cavabdeh1 hər iki iddia tələbini ona aid hissədə qəbul etmədiyini bildirərək, iddia tələblərinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, iddiaçıların nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirdi ki, Miyasə xanımla bütün layihələr üzrə gəlir və zərərlər aralarında ortaq bölünürdü. Ortaqlıqla əlaqədar gəlir və xərclərin qeyd edilməsi üçün “Whatsapp” qrupunda bütün məlumatlar qeyd edilmişdir. Daha sonra iddiaçı M.Xasiyevanın suallarına isə cavab olaraq bildirdi ki, “Linkedin” sosial şəbəkəsi üzərindən onlar tanış olmuşlar. Ortaqlığın bitməsinə səbəb iddiaçının burdakı işlər üzrə vəzifələrini icra etməməyi, davamlı olaraq Türkiyədə yaşamağı səbəbindən müştərilərin narazı qalmağından qaynaqlanmışdır. Qeyd edilən iddia üzrə bütün ödənişlər özü Bakıda olmadığına görə iddiaçı vasitəsilə həyata keçirilmiş və edilmiş ödənişlər özünə yəni Hasan Gültəkinə məxsus olmuşdur. 11.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə hər iki iddia tələbinin rədd edilməsini xahiş edərək, əlavə olaraq bildirdi ki, iddiaçı tərəf idda ərizələrində onlar tərəfindən verilmiş pulun məhz onlara məxsus olmasını və Cavabdeh1 də həmin pulu daha sonra onlara qaytaracağının razılaşdırıldığını qeyd etsə də, İddiaçı1 öz ifadəsində həmin pulun ortaqlıqdan əldə edilmiş vəsait olmasını bildirmişdir. Bununla bağlı hətta onlar arasında keçən səs yazısı da vardır. İddiaçı2 iddia tələbi isə qeyrimüəyyəndir. Onun hansı maraqları olduğu məlum deyildir. Odur ki, hər iki iddia tələbinin rədd edilməsini xahiş etdi. 12.Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi və vəkilinin qeyd etdiyi fikirlərə münasibətən bildirdi ki, həmin səs yazısına tərəflərindən də baxış keçirilmişdir. Orada mənzillərin ortaqlıqdan əldə edilən vəsait hesabına əldə edilməsi qeyd edilmir. Sadəcə İddiaçı2 bildirdi ki, onun qızı İddiaçı1 ilə aralarında ortaqlıq var və mənzilləri var. Onların ödənişləri edilməlidir. O, sadəcə Cavabdeh1 ortaqlıq ilə bağlı üzərinə düşən öhdəlikləri icra etməyi məsləhət görür. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 14.Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 və Cavabdeh1 arasında 2023-cü ilin avqust ayına qədər mebel alqı-satqısında dair iş ortaqlığı olmuşdur. Sonradan İddiaçı1 və Cavabdeh1 ilə Cavabdeh2 arasında 26 may 2021-ci il tarixdə CY6-090/21 və CY6-091/21 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə MTK 5306 və 5310 saylı mənzilləri İddiaçı1 və Cavabdeh1 mülkiyyətinə verməyi və sonuncular isə yaşayış məqsədi ilə həmin mənzilləri qəbul etməyi öhdələrinə götürmüşlər. 2023-cü ilin avqust ayına qədər Cavabdeh1 tərəfindən bağlanılan müqavilə üzrə ödənişlər İddiaçı1 və onun anası İddiaçı2 tərəfindən ödənilmişdir. Hal-hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 öz vəsaitləri hesabına Cavabdeh1 adına ödədikləri pul vəsaiti əsasında cavabdehlərin əsassız varlandığını iddia edərək ayrı-ayrılıqda həmin pul vəsaitinin geri qaytarılmasını tələb edirlər. Cavabdehlər isə iddia tələblərini qəbul etmirlər. Cavabdeh1 onun adına iddiaçılar tərəfindən ödənilən pul vəsaitinin Xasıyeva Miyası ilə olan ortaqlıqdan olan pul vəsaiti hesabına ödənildiyini, digər Cavabdeh2 isə tərəflər arasında müqavilənin mövcud olduğunu və həmin müqavilə əsasında iddiaçılar tərəfindən pulun ödənildiyini iddia edərək əsassız varlanmanın mövcud olmadığını və iddianın əsassız olduğunu bildirirlər. b) Mülki işin materialları: 16.Mülki işin materiallarında olan CY6-090/21 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanan bu müqaviləyə əsasən şirkət müqavilənin əlavə №2-də daha geniş təsvir olunan, Binada yerləşən 5306 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılır verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən əmlak üçün toplam alış qiyməti 263380 AZN təşkil edir. Müştəri sözügedən məbləği müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində göstərildiyi kimi müəyyənləşdirilmiş qrafik və ya birdəfəlik nağd/bank köçürməsi əsasında ödəməlidir. 17.Mülki işin materiallarında olan CY6-090/21 nömrəli müqaviləsinə Əlavə 5-dən görünür ki, 5/26/2021-ci il tarixli, CY6-090/21 nömrəli müqavilə üzrə mənzilin qiyməti 268.380 AZN olmaqla, ilkin ödəniş 96.616,80 AZN, müqavilə tarixinə qalıq borc 171.763,20 AZN olmuş və aylıq ödəniş 4.771, 20 manat müəyyən edilmişdir. 18.Mülki işin materiallarında olan CY6-091/21 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 və İddiaçı1 arasında bağlanan bu müqaviləyə əsasən şirkət müqavilənin əlavə №2-də daha geniş təsvir olunan, Binada yerləşən 5310 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılır verir. 19.Mülki işin materiallarında olan CY6-090/21 nömrəli müqaviləsinə Əlavə 5-dən görünür ki, 5/26/2021-ci il tarixli, CY6-091/21 nömrəli müqavilə üzrə mənzilin qiyməti 297.825 AZN olmaqla, ilkin ödəniş 107.217 AZN, müqavilə tarixinə qalıq borc 190.608 AZN olmuş və aylıq ödəniş 5.294,67 manat müəyyən edilmişdir. 20.Mülki işin materiallarında olan 013751, 015116, 01116, 012718, 010816 və 011388 nömrəli mədaxil qəbzlərindən görünür ki, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2023-cü, xx.xx.2025-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə CY6-090/21 nömrəli müqavilə üzrə Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda 4.771,20 manat məbləğində pul ödənilmişir. 21.Mülki işin materiallarında olan Cavabdeh1 və İddiaçı1 arasında bağlanan xx.xx.2023cü il tarixli Ortaklık Feshidirindən görünür ki, onlar arasında həmin günə qədər olan ortaq çalışma sistemi ortaq qərar verilərək sona çatmışdır. 22.Mülki işin materiallarında olan 000773, 000780, 00080, 000972, 001230, 001647, 004898, 004897 nömrəli mədaxil qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda İddiaçı1 tərəfindən 5306 nömrəli mənzil üzrə ödənişlər həyata keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə X1 tərəfindən həmin mənzil üzrə ayrı-ayrılıqda ödənişlər edilmişdir. 23.Mülki işin materiallarında olan 001928, 001931, 002423, 002142, 002577, 002867, 003623, 003260, 003888, 004173, 005312, 004477, 005313, 006659, 007172, 006658, 007173, 007177, 007646, 007647, 008151, 008152, 008719, 008720, 009193 və 009192 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən 5306 saylı mənzillə bağlı müxtəlif vaxtlarda ayrı-ayrılıqda ödənişlər həyata keçirilmişdir. 24.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı1 tərəfindən 413 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 25.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı2 tərəfindən 351 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 26.Məhkəmə hazırki iddia tələblərinə münasibətdə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 27.Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28.Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 29.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 30.Hazırki iş üzrə işin müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X.Miyasə ilə Cavabdeh1 arasında iş ortaqlığı olmuş və həmin ortaqlıqdan əldə edilən gəlirlər tərəflərin ümumi vəsaiti hesab formalaşmışdır. Daha sonra həm iddiaçı X.Miyasə, həm də Cavabdeh1 ilə digər Cavabdeh2 arasında 5306 və 5310 saylı mənzillərə dair müqavilələr bağlanmışdır. İşin müəyyən edilən digər mübahisəsiz halı odur ki, iddiaçı X.Miyasə və onun anası, yəni digər iddiaçı H.Həcər Cavabdeh1 adından onun ödəməli olduğu pul vəsaitlərini digər Cavabdeh2 MTK-ya ödəmişlər. Bu, iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır. Hazırda işin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçılar cavabdehin adına ödədikləri pul vəsaitlərinin öz şəxsi vəsaitləri olduğunu və cavabdehin digər cavabdeh qarşısında yaranmış olan öhdəliyini öz vəsaitləri hesabına yerinə yetirdiklərini və bunun əsasında da cavabdehlərin əsassız varlandığını iddia edirlər. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən maddələrinin məzmunundan göründüyü kimi əsassız varlanmış şəxs o şəxs sayılır ki, həmin şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. Halbuki, iddiaçıların hər ikisi iddia tələblərinin qanuni əsası kimi əsassız varlanmaya istinad etsələr də, hazırki iş üzrə məhkəmə tərəfindən əsassız varlanma faktı aşkar edilməmişdir (başqa şəxsin hesabına əmlak əldə edilmədiyindən). Eyni zamanda, iddiaçılar Cavabdeh1 öhdəliklərini sırf öz vəsaitləri hesabına yerinə yetirdiklərini sübuta yetirə bilməmişlər. Bu fakt isə mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən ( xx.xx.2023-cü il tarixli ortaqlıq razılaşmasından sonra) açıq görünür ki, tərəflər arasında ortaqlığın pozulması halı baş vermiş və həmin tarixdən sonra iddiaçılar tərəfindən sözügedən mənzillər üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli ortaqlığın pozulması barədə aktın 9-cü bəndindən müəyyən edilir ki, mənzillər üzrə ödənişlərin əsasını ortaqlıqdan gələn gəlirlər təşkil etmiş və ortaqlıq bitdikdən sonra isə həmin ödənişlər tərəfləri özləri tərəfindən həyata keçirilmişdir. 31.Məhkəmə bu yerdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 32.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 35.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 36.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 37.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazıki iş üzrə isə iddiaçılar öz vəsaitləri hesabına cavabdehin öhdəliklərini yerinə yetirdiyini və bunun əsasında cavabdehlərin əsassız varlandığı iddia etsələr də, bu halları sübuta yetirə bilməmişlər. Əksinə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları, ödəniş qəbzləri və tərəflər arasında olan ortaqlığın sonlandırılmasına dair sənəddən görünür ki, ortaqlıq bitən günə qədər əldə edilən gəlirlər X.Miyasə və Cavabdeh1 ortaq gəlirləri olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların Cavabdeh1 adından ödədikləri pul vəsaitləri iddiaçıların şəxsi vəsaiti olmamış, X.Miyasə və Cavabdeh1 ortaqlığından əldə edilən gəlirlər olmuş, ortaqlıq bitdikdən sonra isə tərəflər ayrı-ayrılıqda öz öhdəliklərini yerinə yetirməyə başlamışlar. 38.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hər iki iddia tələbinin Cavabdeh1 münasibətdə hüquqi əsası olmadığına, yəni iddiaçılar tərəfindən tələb sübuta yetirilə bilmədiyinə görə əsassız hesab edilməklə rədd edilməlidir. 39.Bundan başqa, məhkəmə hər iki iddia tələbinin digər Cavabdeh2 MTK-ya olan hissəsinə münasibətdə isə qeyd edir ki, digər Cavabdeh2 MTK hər iki tələb üzrə ümumiyyətlə subyektiv cavabdehlik daşımır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçılar tərəfindən cavabdehlə bağlanmış müqavilələr üzrə cavabdehə ödənilməli olan pul vəsaitləri ödənmiş, cavabdehin iddiaçıların iddia etdiyi kimi ödənilən pul vəsaitinin Cavabdeh1 adından ödənilməsi, lakin əslində həmin pulun iddiaçılara məxsus olmasının müəyyən edilməsi kimi bir vəzifəsi olmadığından, Cavabdeh2 MTK-nın hazırki iş üzrə heç bir təqsiri müəyyən olunmamışdır. Odur ki, hər iki iddia tələbi Cavabdeh2 MTK-ya münasibətdə də əsassız hesab edilməklə rədd edilməlidir. 40.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Məhkəmə iddia tələblərinin İddiaçı1 tərəfindən ödənilmiş 413 manat, həmçinin vəkil xərci və İddiaçı2 tərəfindən ödənilmiş 351 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbləri əsas hissədə təmin edilmədiyindən həmin iddia tələblərinin qaldırılması üçün də ödənilmiş dövlət rüsumları və vəkil xərci də iddiaçıların özünə aid edilməlidir. 42.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Qeyd edilən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbi və digər İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarı “pul” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar