Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1343/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızını katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Hasan Gültekinin 26 may 2021-ci il tarixli, CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi və onun üçün ödənilmiş 351 çü) yüz əlli bir) manat dövlət rüsumun əvəzini isə ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçının qızı M.Xasıyeva ilə Cavabdeh2 iş ortağı olmuşlar. Onlar mebel ticarəti ilə bağlı fəaliyyətlər həyata keçirmişlər. Cavabdeh2 M.Xasıyevadan xahiş etmişdir ki, onun "xxxx" MTK-da olan mənzilin aylıq ödənişlərini etsin. O, isə oraqlıqdan əldə olunan pulla ona olan borcunu qaytaracaqdır. M.Xasıyeva da bununla razılaşmış və Cavabdeh2 müqavilə üzrə ödhdəliklərini özü və anası, hazırki mülki iş üzrə iddiaçı ödəmişdir. Daha sonra Cavabdeh2lə M.Xasıyeva arasında olan münasibətlər pozulmuş və onların ortaqlığı bitmişdir. Cavabdeh2 isə onlara olan borcunu ödəməkdən yayınmışdır. Hazırda da, həmin pulları geri qaytarmaqdan imtina edir. Nəticədə, Cavabdeh2 əsassız varlanmışdır. Bununla da, iddiaçının hüquqları kobudcasına pozulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının qızı M.Xasıyevanın qız mülki iş üzrə iddiaçının qızı M.Xasıyeva ilə Cavabdeh2 iş ortağı olmuşlar. Onlar mebel ticarəti ilə bağlı fəaliyyətlər həyata keçirmişlər. Həmçinin, onların hər ikisinin "xxxx" MTK-da ayrı-ayrılıqda mənzilləri olmuş və onlar ticarətdən əldə olunmuş vəsaitlə mənzillə bağlı aylıq ödənişlərini həyata keçirmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair mülki iş məhkəmənin icraatında olan digər e-2(006)-1342/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hazırki iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Hasan Gültekinin 26 may 2021-ci il tarixli, CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi və onun üçün ödənilmiş 351 çü) yüz əlli bir) manat dövlət rüsumun əvəzini isə ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmənin icraatında olan digər iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1342/2024 saylı mülki iş üzrə iddia ərizəsindən isə görünür ki, iddiaçı X4 məhkəmədən onun tərəNindən Hasan Gültekinin 26 may 2021-ci il tarixli CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) manatın cavabdehlər Hasan Gültekin və Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi və məhkəməyə müraciət etmək üçün onun üçün ödənilmiş 413 dröd) yüz on üç) manat dövlət rüsumun əvəzini ona qaytarılması, həmçinin məhkəməyə müraciət edilməsi və məhkəmədə təmsil olunmaq üçün onun tərəfindən çəkilmiş 1500 (bir min beş yüz) manat hüquqşünas xərclərinin əvəzinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1343/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)- 1342/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1343/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1342/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-1342/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(006)-1343/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1343/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver