Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1372/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda iddiaçı kimi qeyd olunan mənzilə köçürülməyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etyi şəxs İddiaçı keçmiş həyat yoldaşı cavabdеh Əliyev Nurlan Firudin оğluna qarşı 2021-ci ildə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayоn Məhkəməsinə müraciət еdərək, cavabdeh ilə 17 oktyabr 2008ci il tarixində qeydə alınmış nikahlarına xitam verilməsini, birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladlarının (xx.xx.2013-cü il təvəllüdlü Əliyev Kamranın, xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Nurayın, xx.xx.2015-ci il təvəllüdlü Əliyeva Nəzrinin) onun himayəsində qalması və övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün onun xeyrinə ümumi olaraq hər ay 20 000 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-468/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əliyev Nurlan Firudin oğlu ilə aralarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2008-ci il tarixdə bağlanmış və 1097 №-si ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X6 və 27 fevral 2015-ci il təvəllüdlü X4 analarının, yəni İddiaçı, 21 iyul 2009-cu il təvəllüdlü X7 isə atası Əliyev Nurlan Firudin oğlunun himayəsinə verilmiş, Əliyev Nurlan Firudin oğlundan 15 sentyabr 2013-cü il təvəllüdlü X3 və 27 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 avqust 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi hər ay 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bu qətnamə artıq qanuni qüvvəsini almışdır. Nikah məhkəmə qaydasında pozulduqdan sonra İddiaçı cavabdehlər Əliyev Nurlan Firudin oğluna, X1 və Əliyev Firudin Məmməd oğluna qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Əliyev Nurlan Firudin oğlu ilə birgə nikahları dövründə əldə edilmiş əmlakların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, həmçinin ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 manat pulməbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 50.450 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, eyni zamanda ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38.559,10 manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19.279,55 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi və ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payı müəyyən edilmiş, əşyalar mövcud olmadığı təqdirdə 8085 manat məbləğində pul Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə yalnız İddiaçı ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və Əliyev Nurlan Firudin oğlunun həmin mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2388/2021 saylı saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən İddiaçı Əliyev Nurlan Firudin oğluna və X1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, mənzilə alınmış əmlakların dəyərinin və təmir xərclərinin, habelə mənzillərə görə həyata keçirilən ödənişlərinin yarısının tutulması” barədə ilkin iddia tələbləri qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilinüzərində ½ hissədə İddiaçı, ½ hissədə Əliyev Nurlan Firudinoğlunun mülkiyyət hüquqları tanınmışdır. Həmçinin ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilə görə "xxxx" ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlu ilə “X12” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "xxxx" MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 4) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Əliyev Nurlan Firudin oğlunun pay hüququ tanınması və ünvan 4 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə “X12” MMC-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən 1/2 hissədə ödənilməsi qət edilmişdir. Əliyev Nurlan Firudin oğlunun İddiaçı qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbləri qismən təmin edilərək iddia Əliyev Nurlan Firudin oğlu ünvan 2 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi hissəsində təmin edilmişdir. X8 Firudin oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-904/2022 saylı Qərarı ilə İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Nurlan Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Ha-hazırda ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Əliyev Nurlan Firudin oğlunun mülkiyyət hüquqlarının tanınması hissəsində Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qanuni qüvvəsini aldığından mənzilin 1/2 hissəsinə mülkiyyət hüququm qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyim əxsin adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda 1/2 hissədə İddiaçı mülkiyyət hüququ tanınmış mənzildə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qanunsuz olaraq yaşayırlar. Bu şəxsləri onun keçmiş həyat yoldaşı həmin mənzilə yerləşdirmişdir. O, mülkiyyət hüququ tanınmış mənzilə bu şəxslər və keçmiş həyat yoldaşının üzündən daxil ola bilmir. İddiaçı tərəfindən keçmiş həyat yoldaşı Əliyev Nurlana cavabdehlərin mənzildən çıxarılmasını, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin satılıb aramızda 1/2 hissədə bölünməsininin vacibliyini bildirmişdir. O, isə iddiaçının burda heç bir payın və haqqının olmadığını deyərək ona süni əngəllər yaratmaqla məşğuldur. Bu səbəbdən hüquqların məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil ümumi paylı mülkiyyətdir. Cavabdeh tərəflə paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gəlməsi qeyri mümkündür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 8514/2021 saylı qətnaməsi ilə cavbdehlərin həmin mənzilə hər-hansı hüquqlarının olmadğı tam sübuta yetirilmişdir. Qeyd olunan qətnamənin 9-cu səhifəsində iş üzrə maraqlı şəxs statusunda qəbul edilmiş Cavabdeh2 və onun şahid kimi dəvət etdiyi şəxsin arqumentləri əsassız hesab edilmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdehlərin qeyd olunan mənzilə istifadə hüquqlarının olub-olmaması tam, obyektiv və ətraflı araşdırılmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 83, mənzil 9 xüsusi mülkiyyət hüququ əsasında ½ hissə payı üzrə İddiaçı, ½ hissə payı üzrə Əliyev Nurlan Firudin oğluna məxsusdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 manat məbləğində pulun Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 50.450 manat məbləğində pulun Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilin təmirinə çəkilmiş 38.559,10 manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19.279,55 manat məbləğində pulun Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, əşyaların mövcud olmadığı təqdirdə 8085 manat məbləğində pulun Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və Əliyev Nurlan Firudin oğlu həmin mənzilə köçürüməsi, ünvan 2 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə 50450 manat məbləğində pul vəsaitinin Əliyev Nurlan Firudin oğlundan tutularaq İddiaçı ödənilməsi ilə, İddiaçı həmin mənzildən çıxarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 8514/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə Əliyev Nurlan Firudin oğlunun mülkiyyət hüquqlarının tanınması, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilə görə "Kapital Bank” ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlu ilə "X12” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "ATLANT İNŞAAT” MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 4) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə Əliyev Nurlan Firudin oğlunun pay hüququnun tanınması, ünvan 4 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə "X12” MMc-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər İddiaçı və Əliyev Nurlan Firudin oğlunun birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, Əliyev Nurlan Firudin oğlunun ünvan 2 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-904/2022 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 iddiaçı ilə onun keçmiş ərinin (Nurlan Əliyev) paylı mülkiyyətlərindədir. Buna dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. İş üzrə cavabdehlər isə mənzilin keçmiş mülkiyyətçisi (alqısatqı və ipoteka müqaviləsi üzrə satıcı Cavabdeh2) və onun ailə üzvləridir (Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3). Cavabdehlər nə iddiaçının nə də onun keçmiş ərinin ailə üzvləri deyildirlər. Hazırda iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmaqla onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı tərəf cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Həmçinin özünün həmin mənzilə köçürülməsini xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, öz paylı mülkiyyətində olan mənzildə yaşamağa cavabdehlər tərəfindən maneələr törədilir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə hüquqları artıq mövcud deyildir. Cavabdehlərin mənzildə qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddianın “cavabdehlərin istifadə hüququna xitam verilməsi” barədə hissəsi təmin edilə bilməz. Lakin, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (paylı mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdehlər mənzilin alqı-satqısından sonra hələdə həmin daşınmaz əmlakı tərk etməmişlər və qanuni əsasla əldə edilmiş əmlak onun mülkiyyətçisinə təhvil verilməmişdir. Mülkiyyətçinin razılığı olmadan cavabdehlərin hazırda həmin daşınmaz əmlakda yaşamaqla istifadə etmələri qanuni hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən cavabdehlər həmin evə dair hüquqlarını itirmişlər. Beləliklə məhkəmə hesab edir ki, ünvan 1 iddiaçının paylı mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqları olmadığından, iddia tələbi bu hissədə təmin edilərək, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvandan çıxarılmalıdırlar. Həmçinin bu qətnamə cavabdehlərin ünvan 3 saylı evin 9 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Məhkəmə iddianın iddiaçının “ünvan 1 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, iddia qeyd olunan hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 saylı evin 9 saylı mənzilindən çıxarılmalı, İddiaçı ünvan 3 saylı evin 9 saylı mənzilinə köçürülməli, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 saylı evin 9 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 saylı evin 9 saylı mənzilindən çıxarılsınlar. İddiaçı ünvan 3 saylı evin 9 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 saylı evin 9 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1372/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1372/2023
21.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver