Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1375/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "əmrin ləğv edilməsi və işə bərpa və s." tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "əmrin ləğv edilməsi və işə bərpa və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 28 fevral 2023-cü il tarixli 05 saylı əmrin ləğv edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin və təyin edilmiş mükafat məbləğinin, 2023-cü ilin fevral ayı üçün ödənilməyən əmək haqqı ödənilməklə İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texnik müdir vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 30 mart 2018-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanılmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. İddiaçı cavabdeh müəssisədə texnik müdir vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 05 saylı əmrlə xitam edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı 01 mart 2023-cü il və 02 mart 2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. 02 mart 2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir. Bildirmək istəyir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış olan əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 05 saylı əmrin surəti hal-hazırdakı dövrə qədər iddiaçıya təqdim olunmamışdır. 2023-ci ilin mart ayı tarixindən etibarən dəfələrcə şifahi və rəsmi qaydada poçt vasitəsi ilə müraciət edib iddiaçının işdən azad edilməsi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra 27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ərizə ilə müraciət edərək bu qanunsuzluqların aradan qaldırılması, iddiaçıya işdən çıxarma barədə əmrin surətini, əmək kitabçasının və son haqq hesabın verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilən 27 aprel 2023-cü il tarixli cavab məktubunda edilən müraciətə Xidmətin Bakı şəhər idarəsində baxıldığını, cavabdeh müəssisənin faktiki və hüquqi ünvanına məktub göndərildiyini, lakin cavabdeh müəssisə tərəfindən tələb olunan sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Həmçinin, həmin məktubda iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərini əhatə edən əmək haqqı bank hesabı çıxarışında müəssisə rəhbərliyi tərəfindən ən son 24 fevral 2023-cü il tarixində ödəniş aparıldığı, lakin müəssisə rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabelləri, məzuniyyət haqqlarının hesablanması və ödənilməsi və əmək haqqı hesab cədvəlləri təqdim edilmədiyindən son haqq-hesabın hesablanıb ödənilməsinə münasibət bildirməyin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin, həmin məktubda Xidmət tərəfindən aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh müəssisə arasında 01 aprel 2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin 28 fevral 2023-cü il tarixində X22 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edildiyi bildirilmişdir. Bundan başqa Xidmətin Bakı şəhər idarəsi tərəfindən verilən cavabda qeyd edilən sənədlərin tələb edilməsi məqsədi ilə yenidən cavabdeh müəssisəyə müraciət etməli olduqları bildirilmişdir. (27 aprel 2023-cü il tarixli cavab məktubu əlavə edilir) Bundan sonra yenidən 03 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 22 avqust 2023-cü il tarixində analoji cavabla müraciətə cavab verilmişdir (22 avqust 2023-cü il tarixli cavab məktubunun surəti əlavə olunur). İşdə olan materiallardan da göründüyü kimi iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrcə X15 müraciət edildiyi və gedildiyi halda, cavabdeh müəssisə tərəfindən bir dəfə də olsun X15 gəlinməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verilməmişdir. Yəni hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün X18 belə cavabdeh müəssisədən əmək kitabçasının, işdən azad edilmək barədə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. Məlumat üçün bildirmək istəyir ki, X22 ərizə ilə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əvvəlki qanuni təmsilçisi X3 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək Filiala məxsus daşınar əmlaklar və malları qanunsuz olaraq ələ keçirtdiyini bildirmişdir. Abşeron RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X14 tərəfindən X22 tərəfindən edilmiş müraciət əsasında toplanmış materiallara qiymət verilərək 18 mart 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (qeyd edilən qərarın surəti ərizəyə əlavə edilir). Bundan başqa cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X22 ərizə ilə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edərək şirkətin Azərbaycan Respublikasındakı Filialının əvvəlki direktoru X3 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək filiala məxsus daşınmaz əmlakları və malları qanunsuz ələ keçirdiklərindən 17 fevral 2023-cü il tarixindən X2 Filialın direktoru vəzifəsindən azad etmiş və şirkətin fəaliyyətinin tam şəkildə araşdırılması üçün təftiş komissiyası yaratmış, buna baxmayaraq şirkətə məxsus avtomobilləri X3 və şirkətin texniki müdiri İddiaçı ələ keçirtmişdir. Qeyd edilən şikayət ərizəsinə əsasən şirkətə məxsus avtomobillərin qaytarılmasına kömək göstərilməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (qeyd edilən qərarın surəti ərizəyə əlavə edilir). Cavabdeh müəssisə işdən azad edilmənin səbəbindən və şərtlərindən asılı olmayaraq bu sənədləri verməli, son haqq-hesabı işçinin hesabına ödəməlidir. Bildirmək istəyir ki, bu günə qədər əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq son haqq-hesab iddiaçıya ödənilməmişdir. Həmçinin bildirmək istəyir ki, işçinin işdən çıxarılan günə qədər istifadə etmədiyi 31 (otuz bir) gün əmək məzuniyyətinə görə ona 1.164,35 (bir min yüz altmış dörd manat 35 qəpik) manat kompensasiya da ödənilməmişdir. Həmçinin, İddiaçı işdən azad edildiyi gün 2023-cü ilin fevral ayının son günü idi. İddiaçıya 2023-cü ilin fevral ayının əmək haqqısı 1.509,71 (bir min beş yüz doqquz manat 71 qəpik) manat da bu günə qədər iddiaçıya ödənilməmişdir. Bundan başqa İddiaçı 02 fevral 2023-07 fevral 2023-cü il tarixləri arasında ümumilikdə 5 gün müddətində Türkiyə Respublikasında xidməti ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X13” 14 saylı qərarının tələblərinə əsasən də iddiaçıya xidməti ezamiyyətdə olduğu müddət ərzində və işdən azad olunduqdan sonra ezamiyyə xərcləri ödənilməmişdir. Bu da ümumlikdə 1.854,77 (bir min səkkiz yüz əlli dörd manat 77 qəpik) manat təşkil etməkdədir. Məlumat üçün qeyd etmək istəyir ki, ezamiyyə xərcləri ilə bağlı ödəniləcək ezamiyyə xərcləri ilə bağlı işəgötürən tərəfindən tutulmalı olan sosial sığorta haqqları tutularaq dövlət büdcəsinə də ödənilmişdir. Bildirmək istəyir ki, İddiaçı işdən azad edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin başqa tələbləri də kobud surətdə pozulmuşdur. Belə ki, işdən çıxarılma barədə əmrdə sadəcə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsinə istinad olunmuş, sadəcə maddənin mətni elektron informasiya sistemində müəyyən edilən əmrdə qeyd olunmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilərkən 70/ç maddəsinə istinad olunması əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulmasını təsdiq edən hallar nədir? Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən hallardan hansı İddiaçı tərəfindən törədilmişdir ki, iddiaçının həmin maddə ilə əmək fəaliyyətinə xitam verilmişdir. Məlumat üçün bildirmək istəyir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən 2 gün əvvəl – yəni 26 fevral 2023-cü il tarixində cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 204/M saylı əmrlə 2022-ci il tarixində əmək funksiyalarını yüksək şəkildə yerinə yetirdiyinə görə 2.000 (iki min) manat məbləğində mükafatlandırılmışdır (bildirmək istəyir ki, qeyd edilən mükafat da bu günə qədər işçinin əmək haqqı hesabına köçürülməmişdir.) Necə olur ki, 26 fevral 2023-cü il tarixində əmək funksiyalarını yüsksək şəkildə yerinə yetirdiyinə görə mükafatlandırılan işçi 2 təqvim günü sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilir? Həmçinin, qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddənin tələblərindən də göründüyü kimi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçi, əmək müqaviləsi üzrə öz öhdəliklərini pozması işəgötürənin hüquqla və ya qanunla qorunan mənafelərinə hər hansı bir ölçüdə ziyan vurmalıdır. O cümlədən, işçinin əmək müqaviləsinə 70-ci maddənin hər hansı bir bəndi ilə xitam verilməsi əsaslandırılmalıdır. Bildirmək istəyir ki, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən iddiaçının müqavilə üzrə hansı öhdəliklərini pozması və bu səbəbdən işəgötürən təşkilatın qanunla qorunan hansı mənafelərinə ziyan vurduğu əsaslandırılmamışdır. Hər nə qədər İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilsə də, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin işçinin izahatı alınmamışdır ki, bunun özü kobud qanun pozuntusu olmaqla yanaşı həmin əmrin də məhkəmə qaydasında ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. 18 dekabr 2023-cü il tarixində mediator X16 tərəfindən MŞB/18/20235-01596 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş, həmin arayış iddiaçıya 18 dekabr 2023-cü il tarixində təqdim edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət buraxılmamışdır. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 05 saylı 28 fevral 2023-cü il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin və təyin edilmiş mükafat məbləğinin, 2023-cü ili fevral ayı üçün ödənilməyən əmək haqqının ödənilməklə İddiaçı cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texnik müdir vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsas təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 28 fevral 2023-cü il tarixli 05 saylı əmrin ləğv edilməsi və cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texnik müdir vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa edilən günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 2022-2023-cü iş ilinə görə istifadə edilməyən 31 (otuz bir) gün müddətində əmək məzuniyyətinə görə ona 1164,35 manat kompensasiya ödənilməsi, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində ezamiyyətə görə 1854,77 manat ezamiyyə xərclərinin ödənilməsi, 2023-cü ilin fevral ayının əmək haqqısı olaraq 1509,71 manat pul vəsaitinin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 2018-ci ildən etibarən bu iş yerində işləmişdir. Sonuncu dəfə 2023-cü ilin fevral ayında İstanbul şəhərində ezamiyyədə olmuşdur, həmçinin ailə üzvü də onunla birlikdə həmin səfərdə iştirak etmişdir. Onun ezamiyyə xərcləri işəgötürən tərəfindən tam şəkildə ödənilmişdir, arvadına münasibətdə isə həmin xərci özü ödəməli idi. 2023-cü ilin 28 fevral tarixində iş yerində olmuşdur. 1 və 2 mart tarixlərində işdə olaraq əmək funksiyalarını icra etmişdir. Sonradan, 2 mart 2023-cü il tarixdə yalnız vatsap tətbiqi üzərindən aparılan qrup yazışmaları əsasında Fırat Aktaş ona işdən azad edilməsini bildirmişdir. Hesab edir ki, onun Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi tamamilə qanunsuzdur. Həmçinin işlədiyi dövrdə onun əmək haqqı ay ərzində bir neçə dəfə olmaqla onun əmək haqqı kartına ödənilmişdir. İşəgötürən onlar barəsində polisə şikayət etmiş, lakin şikayətdə göstərilənlər öz təsdiqini tapmamışdır. İddiasının tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia müddətinin tətbiq olunması barədə ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbi özlüyündə əsassızdır. İddiaçı və digər əməkdaşlar barədə prokurorluqda araşdırma aparılmaqdadır. Həmçinin iddia tələbində qeyd edilən ezamiyyə xərcləri bağlı bütün ödənişlər işəgötürən tərəfindən edilmişdir, hətta həmin ezamiyyədə iştirak edən işçilərin arvadlarının da bilet və digər xərcləri işəgötürən tərəfindən qarşılansa da, onlara bildirilmişdir ki, həmin məbləğlər işçilərə borc kimi yazılacaq və sonradan tutulmalar aparılacaq. Ona görə də İddiaçı işdən azad olunarkən onun arvadına görə yazılmış borc onun son haqq hesabından çıxılmışdır. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 05 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Qeyd edir ki, iddia müddətinin keçməsi barədə tərəfindən verilən ərizə məhkəmə üçün iddiadan imtina edilməsinə dair qətnamə çıxarılmasına qeyd-şərtsiz əsas yaradır. Sonda o, iddia tələbinin qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01596 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı barədə olan xx.xx.2023-cü il tarixdə imzalanmış Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi işə xx.xx.2018-ci il tarixdə başlamış, bu barədə onunla xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, əməyin ödənilməsi vaxtamuzd olmaqla aylıq əmək haqqı məbləği 1509,71 manat (əvvəlki 1126,65 manat) məbləğində müəyyən edilmişdir. Bildirişin çap edildiyi xx.xx.2023-cü il tarixdə müqavilənin statusunun xitam edilmiş olması görünür. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli 05 №-li əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “X28 Azərbaycan” QSC tərəfindən verilmiş iddiaçıya məxsus hesabdan çıxarışın surətindən görünür ki, iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 900 manat məbləğində maaş ödəməsi və sonuncu dəfə üçün isə xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində maaş ödəməsi həyata keçirilmişdir. İddiaçı müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən ona ünvanlanmış cavab məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət xx.xx.2023-cü il tarixdə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş cavabda həmçinin göstərilmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanına onlar tərəfindən sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Həmçinin, X18 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdikləri xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərini əhatə edən əmək haqqı bank hesabından çıxarışda müəssisə rəhbərliyi tərəfindən sonuncu ödənişin xx.xx.2023-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Lakin müəssisə rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabelləri, məzuniyyət haqlarının hesablanması və ödənilməsi və əmək haqqı cədvəlləri təqdim edilmədiyindən son haqq-hesabın hesablanıb ödənilməsinə münasibət bildirilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən ona ünvanlanmış cavab məktubunun surətindən görünür ki, müraciəti ilə əlaqədar məlumat verməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağı barədə ünvanına məktub göndərilmiş, onunla telefon əlaqəsi saxlanılmış, lakin o getməmiş və əmək haqqı bank hesabından çıxarışı araşdırmaya təqdim etməmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanına xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti tərəfindən F-20 formalı qəbzdə “köçüb” qeydi ilə məktub geri qaytarılmışdır. Abşeron RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən şirkətin direktoru X8 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əvvəlki qanuni təmsilçisi X4 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək filiala məxsus daşınar əmlakları və malları qanunsuz olaraq ələ keçirtdiklərini bildirməsi üzrə materiallar nəzərdən keçirilərək, cinayət işinin başlanması rədd edilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12-24 radələrində TR vət. X12 Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə xx.xx.2023-cü il tarixdə ona məxsus Azinfo şirkətinə aid Şkoda markalı **-PV-*** və Hundai markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomaşınların şirkət işçilərinin işdən azad olunmalarına baxmayaraq avtomaşınları təhvil verməyərək etibarnaməsi olmadan idarə etmələri barədə olan müraciəti üzrə təhqiqat materialları ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli, 204/M №-li əmrinin (əmri direktor Pərviz Əliniyazzadə imzalamışdır) surətindən görünür ki, digər əməkdaşlarla yanaşı İddiaçı 2022-ci təqvim ilində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyi üçün 2000 manat mükafat məbləği ilə mükafatlandırılmışdır. xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 05 saylı, xx.xx.2023-cü il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əsası ilə işəgötürən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə işçi İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, ona xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsi, işlədiyi müddətdə əsassız olaraq şirkətdən əldə etdiyi 3292 manat 22 qəpik məbləğində pulu 5 gün müddəti ərzində qaytarması bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Yaşar Babataşa ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı X1 və digər şəxslər tərəfindən 745135,63 manat məbləğində vəsaitin mənimsənilməsi barədə Yasamal rayon Prokurorluğuna daxil olmuş müraciəti üzrə araşdırma aparılır. İş materiallarında olan sənədlərdən məlum olur ki, X3 xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru olmaqla, işəgötürən səlahiyyətlərini icra etmişdir. Onunla olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 03 №-li qərardan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X3 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır. mailto:Hakan.o@azinfo.com.trElektron ünvan 1 adlı hesab sahibinin xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, 2022-ci ilin yekunları ilə bağlı İstanbulda keçiriləcək illik yığıncaqda iştirak edəcək bəzi əməkdaşların arvadlarının ərləri ilə birlikdə İstanbula səyahətinə və həmin şəxslərin də qonaqlanma xərclərinin şirkət tərəfindən ödənilməsinə razılıq verilmişdir. Pərviz Əliniyazzadə və mailto:nabat.a@azinfo.com.trElektron ünvan 2 adlı hesab sahiblərinin elektron poçt yazışmalarından görünür ki, mailto:firat.a@azinfo.com.trElektron ünvan 3 adlı elektron poçt sahibi xx.xx.2023-cü il tarixdə təyyarə biletləri üçün adların siyahısını həmin şəxslərə göndərmişdir. mailto:Hakan.o@azinfo.com.trElektron ünvan 1 adlı hesab sahibinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki,ezamiyyətdə iştirak şirkət əməkdaşlarından kənar şəxslərin təyyarə biletlərinin həmin əməkdaşların hesabına borc olaraq qeyd edilməsi nəzərə tutulmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, onlar - 9 nəfər kollektiv şəkildə işdən çıxarılmışlar. Nəsimi Rayon Məhkəməsində bununla bağlı 7 iddia ərizəsi var. 2 nəfər də məhkəməyə müraciət edəcəkdir. Şirkətin təsisçisi Hakan Öztanlılar onun şəriki olub. Lakin rəsmi sənədlərdə bu öz təsdiqini tapmayıb. Şirkətin 50%-nə şərik olmuşdur. Onun Hakanla 2022-ci ilin noyabr ayının 18-də 7 ildən sonra ilk dəfə mübahisələri düşdü. Mübahisənin əsas səbəbi maliyyə mühasibat məsələləri olmuşdur. Hakan gəliri bütöv nağd şəkildə götürürdü. Vergi ödənişlərindən yayınırdı. O, bununla bağlı prokurorluq orqanlarına sübutlarını təqdim etmişdir. Həmin gün Hakan ondan 5000 dollar pul istədi. O isə rəsmi yolla divident kimi verəcəyini bildirərək rədd cavabı verdi. Qanuni təmsilçi P.Əliniyazzadə olduğuna görə məsuliyyət onun üzərində idi. Çünki 7 il idi ki, nağd şəkildə gəliri götürürdü. Mübahisənin yaranmasına başqa səbəblər də şərait yaratmışdı. O, işçilərin əmək haqlarını tam şəkildə ödəyirdi. Hakan isə ona irad bildirirdi ki, əmək haqlarını bu qədər yüksək göstərməyə ehtiyac yoxdur. Onların şirkəti, tutaq ki, 100.000 manat qazanırdısa, xərc göstərə bilmədikləri üçün onun gəlirini 170.000 manat bəyan edirdilər. Buna görə də şirkət gəlirli çıxırdı. Onun üzərinə düşən qeyri-qanuni yollarla bu məsələləri tənzimləmək idi. O da Hakanın dedikləri ilə razılaşmadı. O, Hakana iradını bildirdi ki, məsuliyyət onun, səlahiyyət Hakanındırsa, həm məsuliyyət, həm də səlahiyyətlər də Hakanın olsun. Həmin tarixə qədər hər şey yaxşı idi. O özü Özbəkistan Respublikasından 15 noyabr tarixdə gəlmişdi. Onlar filiallar açmaq fikrində idilər. O, xx.xx.2023-cü ilə kimi ancaq imzalar üçün ofisə baş çəkirdi. Ofisdən kənarda işləmək icazələri də vardı. 18 noyabr 2022-ci ildən xx.xx.2023-cü il tarixə qədər kənardan işlərini idarə etmişdir. Fevral ayının 14də Hakan Bakıya gəlmişdi və onlar görüşdülər. Görüş yaxşı keçdi. 15 fevral təkrar görüşdülər. Həmin gün banka getdilər və kredit götürmək üçün bankla müqavilə imzaladılar. O, şirkətdən çıxarılmağı barədə heç bir məlumata sahib deyildi. O, 15 fevral 2023-cü il tarixli kredit müqaviləsini həm direktor, həm də zamin kimi imzalamışdır. Qanuni təmsilçinin dəyişilməsi onun tələbi və istəyi ilə olub. Onların mailləri vardı ki, orada formal olaraq Hakan direktor müavini idi, o isə direktor idi. Bu məsələdə dəyişiklik istəyirdi ki, Hakan direktor və o isə direktor müavini olacaqdı. Amma onun ƏMAS sistemində direktorluq fəaliyyəti qalmışdı. HR Hakan bəyə bu barədə məlumat vermişdi. HR Hakana onun direktor müavini olmağı üçün əmr verməli olduğunu bildirdi. O, yenidən Hakana mail yazdı ki, burada mübahisə ediləcək mövzu yoxdur. Səlahiyyətlər yenə də ondadır. Çünki 28 fevral 2023-cü il tarixli əmrdə o özü özünü işdən azad etdiyi göstərir. Əmək Müfəttişliiyinin məktubunda da öz təsdiqini tapır. Həmin tarixə qədər səlahiyyətli şəxs o sayılırdı. Axırıncı günə qədər səlahiyyətindən istifadə etmişdir. İşdən çıxarılma əmri ilə bağlı Əmək Müfəttişliyində monitor vasitəsilə öyrənmişdir. Ondan sonra X19 şöbəsinə müraciət etmişlər. Oradan da cavab verildi ki, onun ASAN imzasından istifadə edilməyib. Saxta yola əl ataraq özünün özünü çıxarmağı həyata keçirilib. Əmək Müfəttişliyi ona rədd cavabı verdikdən sonra məsələ ona aydın oldu. Araşdırılandan sonra o işə baxıldı. Orda da göründüyü kimi 27 fevral 2023-cü ilə kimi direktor səlahiyyətlərini yerinə yetirmişdir. Onun ofisdən kənarda işlərini idarə etdiyi zamanlarda ona tətbiq edilən qanunsuz tələblər artıq işçilərə yönəlirdi. İşçilər də icra etmirdilər. O, 27 fevral tarixdə işçilərin qrupuna yazdı ki, səhər ənənəvi səhər yeməyində hamı iştirak etsin. Səhər 15 nəfərlik komanda ilə səhər yeməyini yeyəndə saat 10:00 radələrində tanımadıqları şəxslər şirkətə daxil oldular. Şirkəti aldıqlarını bildirdilər. Hamısı heyrətləndilər. O, özünü onlara təqdim etdi. Onlar bildirdilər ki, direktorun çıxarılması barədə onlarda məlumat var. 27 fevral bildirişini onların yanında əldə etdi. Onların yanında sistemə daxil oldu. Özləri də şahid oldular ki, o, şirkətin direktorudur. Əlavə olaraq bildirmək istəyir ki, haqqında polis idarələrinə şikayətlər olunubdur və rədd qəraralarını da əldə etmişdir. 050 278-79-33 onun nömrəsidir. Müştərini aldatma halları var idi. Müştəri mal istəyir, o mal 3-4 gün sonra Gömrük orqanına daxil olacaq. Lakin rəhbərlik başqa malın müştəriyə o mal adı altında vermək istəyirdi. Bildirirdi ki, lazım olsa etiketi dəyişdirilsin. xx.xx.2022-ci il tarixdən kənardan işlərini idarə etmişdir. Sənədlərə imza atmışdır. Onun tək işi ofisdaxili deyildi. Ofisə gəlməməyi o demək deyildi ki, o işləmir. Axrıncı dəfə 27 fevral 2023-cü il tarixdə şirkətdə olmuşdur. Əmək haqqı həm bütöv, həm də hissə-hissə verilib. Avans kimi vurulan məbləğləri də işçi şirkətin xərcləri üçün istifadə edib. Prokurorluq orqanına da izahatında da bildirmişlər. 7 il boyunca mühasibat proqramından istifadə etmişlər. O proqramı bağladılar. Avansın məbləği işçinin tələbi və onların ehtiyacından asılı idi. Təhvil-təslimi o necə edə bilərdi ki, işdən çıxarılmağını o, mediadan öyrənmişdir. Alim bəyi məhkəmədə görmüşdür, amma tanımır. İddiaçı işə o götürümüşdür. 5 il bir yerdə işləmişlər. Eyni anda işdən azad edilmişlər. HR Hakan bəyə Pərviz bəy qanuni təmsilçilikdən çıxarılıb-çıxarılmamağı barədə mail yazdı. Bu şəkildə azad olunduğunu bilmişdir. O, əslində, notariusa ipoteka krediti barədə müqaviləni imzalamağa gedəndə bilmişdir. İpoteka krediti pulla bağlı deyildi. Avtomobillə bağlı idi. Girov qoymuşdular. Hardasa, 25-26 fevral 2023-cü il tarixdə bilmişdir ki, qanuni təmsilçilikdən azad olunmuşdur. Mail həmin ərəfələrdə göndərilibdir. Mail arxivdə qala bilər, lakin indi yoxdur. Onların maliyyə maillərinin hamısını sildilər. Amma o, ehtiyat üçün özündəki proqram vasitəsi ilə mailləri saxlamışdı. Onun işdən azad olunmağı ilə bağlı xitam bildirişində göstərilir ki, o, 27 fevral tarixində işdən çıxarılmışdır, lakin 28 fevral sistemə daxil edilib. Qanun deyir ki, sistemə daxil edildiyi gündən işdən azad olunmuş sayılır. Bu tarixlərdə xitam əmrində özü özünü Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxartdığı göstərilir. Əmrlər onlarda yoxdur. O, 27 fevral 2023-cü il tarixdə işdən azad olduğunu bilməmişdir. Onun qabaqcadan 28 fevral 2023-cü il tarixə Özbəkistan Respublikasına təyin olunmuş səfəri var idi. O, səfərdə idi. 1-2 mart tarixdə xəbərlər vasitəsi ilə işdən azad olunduğu barədə xəbərdar olmuşdur. Ona linklər atdılar. Heç kimdən izahat alınmadan onu və işçiləri işdən azad ediblər. Ezamiyyə əmrini yanvar ayında o vermişdir. Əmrdə ezamiyyənin verildiyi tarix qeyd edilib. O, gündə çoxsaylı sənəd imzaladığına görə xatırlamır. X21 hesabından alıb. Ezamiyyə xərclərini qanunvericilik onlara elə tanıdır ki, otel və bilet xərclərindən ibarət deyil. 165 avro qanun ona işçi üçün ezamiyyə xərci ayırmağına icazə verir, Bilet pulu o məbləğə aid deyil. İddiaçı mütəmadi məzuniyyətlərə çıxıb. 2022-2023-cü illərdə məzuniyyətə çıxdığını o, dəqiq bilmir. Məzuniyyət məsələsi ciddi hesabat blanklarla, tabellərlə müəyyən edilən məsələlərdir. 27 fevral 2023-cü il tarixdə o, direktor olmuşdur. 28 fevral 2023-cü il tarixdə direktor olduğunu bilirdi. Lakin sistemdə çıxarıldığı görsənir. Qanuni təmsilçilikdən azad olunma onun işə gəlməyinə mane olmur. O, qanuni təmsilçilikdən azad olunmağı ilə bağlı tələb etmişdi. Vəzifə dəyişikliyi ilə bağlı İlyas adında HR Hakana mail yazmışdı ki, qanuni təmsilçilikdən çıxarılmağı ilə bağlı Vergilər Nazirliyinin sistemində dəyişiklik edilməsi üçün müvafiq əmr imzalanmalıdır. O, Hakandan tələb etmişdir, Hakan da razılaşıb. Direktor olmağını həmin ərəfələrdə filiallar açmaq üçün ezamiyyə səfərlərini təyin etməyi, Hakanla danışıqları sübut edir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. 70 -ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1, 379.1.6, 379.4-1-ci maddələrinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9”nın 5-ci bəndinin 3-cü hissəsinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin qaydaların 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinə beş hissədə - əmrin ləğvi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi, ezamiyyə xərclərinin ödənilməsi, 2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqının ödənilməsi istiqamətində münasibət bildirilməlidir. Lakin qeyd edilməlidir ki, eyni zamanda, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə daxil olduğundan iddia tələblərinə həmin ərizə ilə paralel şəkildə münasibət bildirilməsi zəruridir. Məhkəmə nəzərə çatdırır ki, aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi işəgötürən tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə icrası öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə iddianın bu hissədə əsaslı olmasını nəzərə alır. Lakin cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən məhkəmə iddia müddətinin tətbiq edilməklə tələbin rədd edilməsinin mümkünlüyünü iddia tələbinin hər bir hissəsinə münasibətdə araşdırır. Belə ki, iddia ərizəsinin “...İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 05 saylı əmrlə işdən azad edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı 01 mart 2023-cü il və 02 mart 2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. 02 mart 2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir...” hissəsindən və məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan, habelə təqdim edilmiş digər sənədlərdən görünür ki, iddiaçının hüquqları pozulmaqla verildiyini iddia etdiyi əmrlə bağlı 02 mart 2023-cü il tarixində məlumatı olmuşdur. Beləliklə, iddiaçı tələbin “əmrin ləğvi və işə bərpa” hissəsi ilə bağlı qanunvericilikdə məhkəməyə müraciət üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə işin faktiki hallarından və rəsmi yazışmalardan müəyyən etmişdir ki, iddiaçının həm iddia ərizəsində göstərdiyi kimi onun işdən azad edilməsindən artıq 2023-cü ilin mart ayından etibarən məlumatı olmuşdur, həmçinin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona işdən azad edilməsi barədə məlumat verilmişdir, qeyd edilən məktubun poçt qəbzində xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Həmçinin İddiaçı X18 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə də orqan tərəfindən xx.xx.2023-cü il tarixdə cavab verilərkən onunla olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi barədə özünün deməsinə görə xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmasına baxmayaraq, məhkəməyə işə bərpa tələbi ilə xx.xx.2024-cü il tarixdə müraciət etməsinin üzrlü səbəblərinə dair sübut təqdim etməmişdir. Odur ki, işəgötürən tərəfindən qəbul edilmiş işdən çıxarma barədə əmrin ləğvi və işə bərpa tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.Tələbin “məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin “işə bərpa” ilə bağlı olan hissəsində iddia təmin edilə bilmədiyindən, yəni işçiyə münasibətdə məcburi iş buraxma müddəti tanınmadığından və bu hissədə iddiaçının tələbi əmrin ləğvi və işə bərpa ilə bilavasitə bağlı olduğundan təmin edilə bilməz. Tələbin “ezamiyyə haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərdən, xüsusilə də, bu barədə olan elektron poçt yazışmalarından edilmiş çıxarışlardan görünür ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar işəgötürən tərəfindən onun bütün mümkün xərcləri – nəqliyyat, mehmanxana, qidalanma və s. ödənilmişdir. Bu faktı, həmçinin, məhkəmə iclası zamanı iddiaçının özü də təsdiqləyərək bildirmişdir ki, onun ezamiyyə xərcləri tam şəkildə işəgötürən tərəfindən qarşılanmışdır. Yəni iddiaçı özü işçi kimi nəqliyyat, mehmanxana və qidalanma üçün xərc çəkməmişdir. Aydın olur ki, işçinin ezamiyyətdə olduğu müddətdə əmək haqqı saxlanması nəzərə alınmaqla, ezamiyyə zamanı işçi hər hansı xərc çəkmədiyindən və bütün xərclər isə işəgötürən tərəfindən qarşılandığından bu hissədə iddia təmin edilə bilməz. Tələbin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi ilə bağlı elektron sistemdən 2023-cü ilin fevral ayına olan çıxarışa əsasən, iddiaçının aylıq əmək haqqının 1509,71 manat təşkil etməsinə baxmayaraq, “X28 Azərbaycan” QSC tərəfindən verilmiş iddiaçının kart hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixə cəmi 300 manat məbləğində maaş ödənişi edilmişdir. Bu səbəbdən qeyd edilən təqvim ayına münasibətdə iddiaçıya ödənilməmiş qalan əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin “istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə yalnız xx.xx.2023-cü il tarixdən işçinin işdən azad olunduğu xx.xx.2023-cü il tarix aralığına münasibətdə məsələyə qiymət verilməsini mümkün hesab edir, o baxımdan ki, son haqq-hesabın ödənilməsi tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi iddia müddəti 1 il təşkil edir və cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, məhkəmə xx.xx.2023-cü il tarixdən daha əvvəlki dövr üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul tutulmasını mümkün hesab etmir. Qeyd edilməlidir ki, təqvim ilinin başladığı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçı ödənişli əmək məzuniyyətinə çıxa bilərdi. Beləliklə, qeyd edilən təqvim ili üçün onun istifadə edilməmiş ödənişli əmək məzuniyyəti günləri mövcud olmuşdur ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş ödənilməsi lazım olan son haqq-hesab anlayışına daxildir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixləri üçün istifadə edilməmiş əmək məzuniyyət günlərinə görə haqqın ödənilməsi hissəsində iddia təmin edilməli, bu hissədə ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi müəssisənin mühasibatlıqla məşğul olan müvafiq struktur bölməsinə tapşırılmalıdır. Beləliklə aparılmış araşdırma ilə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən 2023-cü ilin fevral ayı üçün əmək haqqının ödənilməmiş hissəsi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1375/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1375/2024
11.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver