Məhkəmə qərarları › İş №e-2(006)-138/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-138/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-138/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İkinci iddia üzrə iddiaçının, birinci iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası; İddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli «Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə» üzrə **********6944-462916 nömrəli kart hesabına əsasən Cavabdeh ASC tərəfindən qanunsuz hesablanmış 3.774 manat borcun (overdraft) silinməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 58 manat pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2021-ci il tarixli «Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə» bağlanmışdır. Həmin müqavilə əsasında adına **********6944-462916 nömrəli kart hesabı açılmış və o, cavabdehdən 3 ədəd plastik kart əldə etmişdir. Məlumat üçün bildirir ki, o, həmin kartlara pul yükləyib Türkiyənin oyun satış səhifəsində «coin» almaq məqsədilə mövcud olan hesabında balansını artırırdı. Əvvəllər «coinləri» ABŞ dolları ilə aldığı üçün kartlara pulu Azərbaycan manatı ilə yükləyirdi, daha sonra "xxxx" ASC-nin proqramı vasitəsilə Azərbaycan manatı ilə yüklədiyi pullar Türk saytındakı balansına ABŞ dolları ilə köçürülürdü. Bildirir ki, bir valyutadan digər valyutaya mübadilə eyni zamanda baş verirdi. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə türk lirəsinin kəskin ucuzlaşması səbəbindən o, kartlarına xx.xx.2021-ci il tarixdə 1010,09 manat və xx.xx.2021-ci il tarixdə 1234,93 manat pul yükləyərək Türkiyənin oyun satış səhifəsində balansını artırmaq istədikdə, kartlarında Azərbaycan manatından ibarət olan pullar silinsə də, Türkiyənin oyun satış səhifəsində olan balansına Azərbaycan manatından Türk lirəsinə mübadilə - yəni, bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi əməliyyatı eyni zamanda baş verməli olduğu halda mübadilə olunmamış, yalnız Türkiyənin milli valyutasının yenidən dirçəlişindən sonra valyuta mübadiləsi baş vermiş, bu səbəbdən də onun hər 3 kartında cəmi 3.774 manat borc (overdraft) yaranmışdır. Yəni, Azərbaycan manatından ibarət olan pulun silinib türk saytında olan balansa türk lirəsi ilə köçməsi əməliyyatı eyni zamanda baş verməli idi. Belə ki, Konvertasiya – bir valyuta növünün gündəlik məzənnəyə uyğun olaraq digər valyuta növünə dəyişdirilməsidir. Bildirir ki, cavabdeh tərəfindən konvertasiyanın eyni zamanda baş verməməsi səbəbindən onun hər 3 kartında cəmi 3.774 manat borc (overdraft) yaranmışdır. Hesab edir ki, həmin borc məbləği bank tərəfindən əsassız və qanunsuz olaraq hesablanmışdır və bu səbəbdən də ləğv edilməlidir. İddiaçı tələbinin maddi əsası kimi «Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X1 xx.xx.2015-ci il tarixli Qərarının 8.3, 8.6, 8.7, 8.9-cu bəndlərinə, «Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4-1.5-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə istinad etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi ilə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun (overdraft) silinməsi barədə iddia ərizələrinin müəyyən hissəsində, yəni, “xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə türk lirəsinin kəskin ucuzlaşması səbəbindən o kartlarına xx.xx.2021-ci il tarixdə 1010,09 manat və xx.xx.2021-ci il tarixdə 1234,93 manat, pul yükləyərək Türkiyənin oyun satış səhifəsində balansını artırmaq istədikdə kartlarında Azərbaycan manatından ibarət olan pullar silinsə də, Türkiyənin oyun satış səhifəsində olan balansına Azərbaycan manatından Türk lirəsinə mübadilə - yəni, bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi əməliyyatı eyni zamanda baş verməli olduğu halda mübadilə olunmamış, yalnız Türkiyənin milli valyutasının yenidən dirçəlişindən sonra valyuta mübadiləsi baş vermiş, bu səbəbdən də onun hər 3 kartında cəmi 3774 manat borc (overdraft) yaranmışdır. Yəni, Azərbaycan manatından ibarət olan pulun silinib türk saytında olan balansa türk lirəsi ilə köçməsi əməliyyatı eyni zamanda baş verməli idi” hissəsində düzəliş edilməsi zərurəti yaranmışdır. Belə ki, Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun (overdraftın) silinməsi» barədə iddia ərizəsinin müəyyən hissəsində, yəni, xx.xx.2021-ci il tarixdə: - 1010.09 AZN – 9181.80 TL; - 1010.09 AZN – 9181.80 TL; - 1009.07 AZN – 9172.45 TL; - 1010.09 AZN – 9181.80 TL; - 1010.09 AZN – 9181.80 TL; - 1010.09 AZN – 9181.80 TL; - 1010.09 AZN – 9181.80 TL; - 4050.44 AZN – 2382.61 USD; xx.xx.2021-ci il tarixdə: - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1233.67 AZN – 9172.45 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 1234.93 AZN – 9181.80 TL; - 686.09 AZN – 5101.00 TL; xx.xx.2021-ci il tarixdə: - 1291.52 AZN – 9183.68 TL; - 1284.94 AZN – 9172.45 TL. O, yuxarıda göstərilən pul məbləğlərini karta yüklədikdən sonra həmin pul məbləğləri eyni zamanda – yəni 1 saniyə belə keçməmiş Cavabdeh ASC-nin proqramı vasitəsilə Türkiyə oyun saytında olan balansına yuxarıda göstərilən məbləğlərdə mübadilə olunaraq köçürülmüşdür. O, köçürülən məbləğlərdən istifadə edərək alış-veriş etmiş və balansında olan pul vəsaiti bitmişdir. Bu əməliyyatlardan 1 gün sonra iddiaçının kartında mənfiyə getmə - overdraft yaranmağa başlamış və həmin overdraftın məbləği getdikcə artmışdır. Yuxarıda göstərilənləri ümumiləşdirsək belə nəticəyə gəlinir ki, o, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə kartına yuxarıda göstərilən məbləğlərdə (Azərbaycan manatı ilə) pul vəsaiti yükləmiş, həmin pul vəsaitləri həmin vaxt iddiaçının Türkiyə oyun saytında olan balansına köçürülmüş və iddiaçı köçürülən məbləğlərdən istifadə edərək alış-veriş etmiş və balansında olan pul vəsaiti bitmişdir. Hesab edir ki, mübahisə predmeti olan borc – overdraft bank tərəfindən əsassız və qanunsuz olaraq hesablanmışdır və bu səbəbdən də ləğv edilməlidir. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 3.801 manat 65 qəpik məbləğində pulun və ödənilmiş 58 manat 02 qəpik dövlət rüsumu məbləğinin Cavabdeh ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASCnin Yasamal filialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli Rewards kartmane debit kart müqaviləsinə əsasən 4189********0385 nömrəli kart verilmiş və **********0944-462916 hesabı, ********* 2021-ci il tarixli Visa Rewards kartmane debit kart müqaviləsinə əsasən 4189********3235 nömrəli kart verilmiş və **********0944-462916 hesabı, xx.xx.2021-ci il tarixli MC World kartmane tipli debit kart müqaviləsinə əsasən 5261********5311 nömrəli kart verilmiş və **********6944-462916 hesabı açılmışdır. xx.xx.2022-ci il tarixli RB xx/xx- 0310 saylı təqdim olunan arayışa əsasən İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə TRKPN BİLİSİM LİMİTED SİR əməliyyatları edib, silinmə daxil olduqda kurs fərqli olduğu üçün overdraft borcu yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixə borcu 3.801 manat 65 qəpikdir. Bankın «Yasamal» filialı tərəfindən İddiaçı bu barədə xx.xx.2022-ci il tarixli, RB-59; xx.xx.2022-ci il tarixli, RB-60; xx.xx.2022-ci il tarixli, RB-63; xx.xx.2022-ci il tarixli, RB-64 saylı bildiriş məktubları göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, İddiaçı bu günədək banka məxsus olan 3.801,65 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, İddiaçı bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Mülki Məcəllənin aidiyyati maddələrindən də göründüyü kimi, İddiaçı hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, İddiaçı əsassız varlanma halı onunla sübut olunur ki, İddiaçı həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.5ci maddəsinə əsasən bank müştəri hesablarında pul vəsaiti kifayət qədər olmazsa, bank, müştərinin adına ssuda hesabı açaraq, yaranmış borcu (overdraftı) illik 2 faiz dərəcəsi ilə hesablayaraq ona kredit borcu yaratmaq və həmin borcun ödənilməsini dərhal tələb etmək hüququna malikdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-5175/2022 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair e-2(012)-5175/2022 nömrəli mülki işin İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair e-2(006)-3230/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hər iki iddia bir icraatda birləşdirilmişdir. Birinci iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə birinci iddia üzrə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İkinci iddia üzrə iddiaçının, birinci iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında birinci iddianı qəbul etmədi, ikinci iddianı müdafiə etdi, ikinci iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə, ikinci iddia üzrə iddiaçının, birinci iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia rədd edilməli, ikinci iddia qismən təmin edilməlildir. Belə ki, birinci iddia tələbi ilə bağlı işin faktiki hallarından göründüyü kimi, Cavabdeh ASC-nin Yasamal filialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli Rewards kartmane debit kart müqaviləsinə əsasən 4189********0385 nömrəli kart verilmiş və **********0944-462916 hesabı, ********* 2021-ci il tarixli Visa Rewards kartmane debit kart müqaviləsinə əsasən 4189********3235 nömrəli kart verilmiş və **********0944-462916 hesabı, xx.xx.2021-ci il tarixli MC World kartmane tipli debit kart müqaviləsinə əsasən 5261********5311 nömrəli kart verilmiş və **********6944-462916 hesabı açılmışdır. xx.xx.2022-ci il tarixli RB xx/xx- 0310 saylı təqdim olunan arayışa əsasən İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə TRKPN BİLİSİM LİMİTED SİR əməliyyatları edib, silinmə daxil olduqda kurs fərqi olduğu üçün overdraft borcu yaranmışdır. Birinci iddia üzrə iddiaçı hesab edir ki, overdraft yaranmasında onun təqsirli hərəkət və ya hərəkətsizliyi olmamış, mübadilə kursunda fərqin yaranmasından dolayı overdraftın yaranmasında cavabdehliyi bank daşıyır, həmin overdraft qanunsuz olaraq hesablanmışdır və silinməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmçinin Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddələrin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı öz hüquqi mövqeyini, yəni, iddia tələbinin əsası kimi istinad etdiyi halları, digər sözlə ifadə etdikdə bank tərəfindən overdraftın yaranmasına gətirib çıxaracaq hərəkət və ya hərəkətsizliyə yol verilməsini sübut edə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə birinci iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə birinci iddia ərizəsi təqdim edilməsi üçün 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ikinci iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqdim olunmuş sübutlardan göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixə banka olan borcu 3.437 manat 83 qəpik təşkil edir. Cavabdeh ASC-nin «Yasamal» filialı tərəfindən İddiaçı overdraftın yaranma səbəbləri qeyd olunmaqla borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, RB-59; xx.xx.2022-ci il tarixli, RB-60; xx.xx.2022-ci il tarixli, RB- 63; xx.xx.2022-ci il tarixli, RB-64 saylı bildiriş məktubları göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmiş, lakin İddiaçı bu günədək banka məxsus olan 3.801,65 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. O, qeyd olunan, bankın vəsaitini özündə qanunsuz saxlamaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, eləcə də, yuxarıda qeyd olunan maddi hüquq normalarına, istərsə də, Mülki Məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normalarına əsasən İddiaçı yaranmış overdraft məbləğini banka ödəməlidir. Lakin məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə ödənilməli olan məbləğ iddia olunduğu kimi, 3.801,65 AZN deyil, 3.437 manat 83 qəpik müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 9/2100 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan (cild 2 c.i.v 200) maliyyə arayışı məlumatlarına, hesabdan çıxarış məlumatlarına və s. əsasən hesablanmış overdraft məbləği ümumilikdə 3.437,83 manat (276,24 + 107,62 + 3.053,97) məbləğində müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, Mərkəzi Bankın “ödəniş kartlarının emissiyası və istifadəsi Qaydalarının 6.4-cü bəndinə əsasən, kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ikinci iddia ərizəsi təqdim edilməsi üçün 58,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair birinci iddiası rədd edilməli, həmin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair ikinci iddiası qismən təmin edilməli, 3.437 manat 83 qəpik overdraft borcu və ödənilmiş dövlət rüsumunun 52 manatı İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulmalı, ikinci iddia qalan hissədə rədd olunmalı, 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. 3.437 manat 83 qəpik overdraft borcu və ödənilmiş dövlət rüsumunun 52 manatı İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulsun. İkinci iddia qalan hissədə rədd edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar