Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-141/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış olan 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış olan 25.000 manat məbləğində borcun icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən borc məbləği olan cəmi 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla cavabdehdən tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə hazırkı iş üzrə Cavabdeh arasında 10 iyun 2017-ci il tarixli borc(kredit) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən-X5 borc alan-Cavabdeh 25.000 məbləğində pul vəsaitini borc olaraq vermiş, borc alan isə həmin borcu xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən borc (kredit) müqaviləsinin icrasının təminatı kimi tərəflər arasında 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, xx.xx.2008-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reysterində 629 nömrəli reyestr kitabının, 57775 nömrəli vərəqədə qeydə alınmış, reyestr nömrəsi **********88-05101-093003 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestr xidmətindən RX nömrəli ******* çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzil ipoteka saxlayana ipotekaya qoyulmuşdur (Hər iki müqavilə üzrə Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilmiş 7844 reyestr nömrəli etibarnamə əsasında mərhum X1nu təmsil edərək, həmin müqavilələr iddiaçı tərəfindən imzalanmışdır). X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Daha sonra tərəfindən vərəsəlik işinin açılması ilə bağlı, Bakı şəhəri 21 saylı notariat kontoruna müraciət edilmiş, həmin müraciət əsasında vərəsəlik işi açılmış, mərhum X1nun vərəsələri qismində arvadı X7, qızı X4, oğlu-X6, oğlu-İddiaçı müəyyən edilmişdir. Bildirmişdir ki, bugünədək borclu Cavabdeh tərəfindən borc müqaviləsi üzrə götürüdüyü öhdəliklər icra edilməmiş və borc məbləği geri qaytarılmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq, məktubu, bildiriş və s. ünvanlasaq da həmin bildiriş və məktublara hələ də cavab verilməmişdir. Ona görə də hal-hazırda yuxarıda qeyd edilən borc müqaviləsi üzrə tutma öhdəliyin icrasının təminatı kimi çıxış edən ipoteka predmetinə yönəldilməlidir. Bundan əlavə məlum etmişdir ki, hazırkı iddia tələbi üzrə ilk dəfə tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilsin, ipoteka predmeti ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-51/2021 nömrəli, 05 aprel 2022ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4332/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-51/2021 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyasının göstərilən qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası tutmanın ipotekaya yönəldilməsi hissəsi ilə bağlı müəyyən edir ki, cavabdehə məxsus daşınmaz əmlakın kreditin təminatı üçün ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması, həmçinin ipotekaya tutma yönəldilməsi barədə ipotekaqoyana qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsi və bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə sübutlar iş materiallarında mövcud deyildir. Bu isə tutmanın ipotekaya yönəldilməsini mümkünsüz edən hallardır”. Həmin iş üzrə yekun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmiş və həmin qərardad ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1804/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi qismən – “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, iddiaçı X2 varisi İddiaçı Cavabdeh qarşı “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəfindən verilmiş göstərişlər tərəfindən tam olaraq nəzərə alınmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün zəruri prosedur hərəkətlər icra edilmişdir. Belə ki, hazırkı iş üzrə cavabdehə tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli müvafiq bildiriş ünvanlanmışdır. Daha sonra tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13n 1 saylı Bakı Ərazi İdarəsinə “tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizə” ünvanlanmış və həmin ərizə xx.xx.2023-cü il tarixdə idarə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməmişdir. Məhkəmə iclasında iddiaçinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak Bakı şəhəri 21 saylı notariat ofisində xx.xx.2017-ci ildə təsdiq edilmiş 3M-328 reyestrli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları borc pul məbləğindən ibarətdir. İş materiallarında olan X2 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alan Cavabdeh 25.000 ABŞ dolları məbləğində borc verir. Borc alan krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan X2 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan ipoteka saxlayana xx.xx.2017-ci il tarixli 3M-328 reyestrli Kredit müqaviləsinə əsasən öhdəliklərinin icra edilməsini həmin Kredit müqaviləsi üzrə öhdəsinə götürür. Cavabdeh məxsus olan ipoteka kimi çıxış edən AR ƏMDK yanında DƏRDRX-ni Bakı şəhəri, Ərazi İdarəsi tərəfindən, xx.xx.2008-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 629 nömrəli reyster kitabının, 57775 nömrəli vərəqdə qeydə alınmış, reyestr nömrəsi **********88-05101-093003 olan, qeydiyyat nömrəsi ********** daşınmaz əmlakın dövlət reyestr xidmətindən RX № ******* Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili ipoteka saxlayana ipotekaya qoyur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 974871 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlər kitabında 2018-ci ilin sentyabr ayının 28 günündə 1797 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli **********040 nömrəli ərizədən görünür ki, X6, iddiaçı X1nun varisi qardaşı İddiaçı iştirak etməsinə 10 iyun 2017-ci il tarixdə kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları pulu ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 kv 9 nömrəli iki otaqlı mənzilə yönləndirilməsinə ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul kart hesabına borcun İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında xx.xx.2023-cü il tarixli ərizə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat İddiaçı ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-51/2021 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1804/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi qismən - "tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, iddiaçı X2 varisi İddiaçı Cavabdeh qarşı "tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8356-9/8563 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 30 saylı evin ümumi sahəsi 27 kv.m olan 9 nömrəli mənzilin orta bazar qiymətinə uyğun ümumi dəyəri 70.200 manat, likvid qiyməti isə 63.200 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu qanunda nəzərdə tutulmuş digər hallardır. Həmin qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.https://eqanun.az/framework/9902 Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ipoteka predmetinə yönəldilməsini tələb eməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə tələb (25.000 ABŞ dolları) Cavabdeh məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 27.kv.m olan 9 nömrəli mənzilə yönəldilsin və həmin mənzil ilkin satış qiyməti 63200 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı olan borcu ödənilməli, borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə tələb (25.000 ABŞ dolları) Cavabdeh məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 27.kv.m olan 9 nömrəli mənzilə yönəldilsin və həmin mənzil ilkin satış qiyməti 63200 manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı olan borcu ödənilsin. Borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-141/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-141/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver