Məhkəmə qərarları › İş №e-2(006)-141/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-141/2025

21.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-141/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə3, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 201 nömrəli tam orta məktəbin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Bakı şəhəri 201 nömrəli tam orta məktəbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1- 1993K/2023 nömrəli əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, İddiaçı ünvan 5bdə direktor müavini vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi, iddiaçıya ödənilməmiş əmək haqqı qismində 42 840.00 (qırx iki min səkkiz yüz qırx) AZN, dəymiş mənəvi ziyan əvəzi olaraq 10 000,00 (on min) AZN, həmçinin ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 50,00 (əlli) AZN məbləğində, ümumilikdə, 52 890,00 (əlli iki min səkkiz yüz doxsan) AZN məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1985-ci ildən riyaziyyat müəllimi kimi əmək fəaliyyəti ilə məşğuldur, 29 (iyirmi doqquz) ildən çoxdur ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi və direktor müavini vəzifəsində çalışmaqdadır. İddiaçı çalışdığı müddət ərzində müəllim kimi vəzifə funksiya qüsursuz və nöqsansız icra etmiş, riyaziyyat fənnini şagirdlərə sevərək və sevdirərək tədris etmişdir. Əmək fəaliyyəti dövründə nə şagirdlərdən, nə valideynlərdən, nə də məktəb rəhbərliyindən barəsində məktəbə hər hansı şikayət daxil olmamış, hər hansı intizam tənbehinə məruz qalmamışdır. İddiaçı AR Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair imtahanlarda da iştirak etmiş və müsbət uyğun nəticə göstərmişdir. İddiaçı hal-hazırda Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə həftəlik ümumilikdə 12 (on iki) saat olmaqla riyaziyyat fənnini tədris etməkdədir. İddiaçının korrupsiya hüquq pozmalarına dair məlumat verməsi barədə: xx.xx.2022-ci il tarixində ünvan 5bə Nümayəndə2 direktor təyin olunduqdan sonra İddiaçı tərəfindən xidməti vəzifələrinin icrası zamanı ona məlum olmuşdur ki, direktor Nümayəndə2 rəhbərliyi ilə məktəb daxilində qanunsuz əməllər baş alıb getməkdədir. Belə ki, 2017-ci ildən etibarən məktəbdə olmayan və naməlum şəxslər tərəfindən mənimsənilən dövlət əmlakının məktəbdə olmuş kimi göstərərək dəyərinin qanunsuz olaraq azaldılmasına cəhd edilməsi, 10r sinif şagirdi X4 Azərbaycan Respublikasında olmamasına, 10d sinif şagirdi Namazov İsmayılın və 8r sinif şagirdi Nəcibov Məcidin dərslərdə iştirak etməməsinə baxmayaraq məktəbdə sinif jurnalında adının yazılması və qiymətləndirilməsi, məktəb daxilində siniflərin (5c, 5ç, 5d, 6c, 6ç, 6r, 8e və s.) sayının süni qaydada artırılaraq dövlət büdcəsindən vəsaitin mənimsənilməsi, faktiki olaraq işə çıxmayan müəllimlərin keçirilməyən dərslərinin qanunsuz olaraq başqa müəllimlər tərəfindən keçirilmiş kimi təqdim edilərək dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, Əsli Bayramova və X8 adlı şəxslərin ölü can kimi işə qəbul edilib, lakin faktiki əmək funksiyası icra etmədən dövlət büdcəsindən ayrılan əmək haqqının mənimsənilməsi və ya israf edilməsi iddiaçı tərəfindən aşkarlanmış və bu barədə direktora xidməti məlumat verilmişdir. Lakin direktor tərəfindən hər hansı tədbir görülmədiyini başa düşən İddiaçı nəhayət bütün bu və ya bunun kimi digər pozuntular barəsində ərazi üzrə Nizami Rayon Prokurorluğuna, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, AR Baş Prokuroruna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, AR Elm və Təhsil Nazirliyinə, AR Prezident Administrasiyasına şikayət etmək qərarına gəlmişdir. Verilən məlumatlar əsasında AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində AR Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə ********* saylı cinayət işi başlanılmış və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. Aşağıdakılara əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1993K/2023 nömrəli əmri ləğvi edilməli, iddiaçı işinə bərpa edilməlidir. Hazırkı iddia ərizəsində əmrin verilməsi üçün əsas olmuş - iddia olunan pozuntuların mahiyyətinə baxıb, bu cür pozuntuların həqiqətən mövcud olub-olmaması, həmçinin mövcud olsa da belə bu cür pozuntulara görə iddiaçı barəsində ən ağır intizam tənbehi olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin qanuniliyi və zəruriliyi araşdırılacaq. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli, 3-29-59/3- 1-1993K/2023 nömrəli əmrində iddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi aşağıdakı pozuntuları qeyd edir: Pozuntu 1: İddiaçının işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranması, təhqiredici ifadələr işlətməsi, gizli şəkildə səslər yazması, videoçəkiliş aparması və bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulması və bu halın tədrisin keyfiyyətinə mənfi təsir göstərməsi, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesini pozması və şagirdlərin keyfiyyətli tədris almalarına mane olması. Pozuntu 2: İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib alması, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftar etməsi, ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədilə pul tələb etməsi, pul verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verməsi. Cavabdeh əmrdə sadəcə iddiaçıya dair 2 (iki) növ pozuntu törədilməsini qeyd edir. Bu pozuntular iddiaçının məktəb kollektivi ilə kobud rəftar etməsi, məktəbdə audio-video çəkiliş aparması və müəllimlərdən jurnalların yoxlanmasına görə 50 (əlli) manat pul tələb etməsidir. İddia olunan pozuntularla bağlı iddiaçı qeyd etməyi zəruri hesab edir ki, o, işlədiyi müddət ərzində məktəb kollektivinə daxil olan heç bir şəxslə - nə dərs dediyi şagirdlərlə, nə birgə çalışdığı müəllimlərlə, nə də məktəb rəhbərliyi ilə kobud rəftar etməmiş və onları təhqir etməmiş, heç bir müəllim və valideyndən rüşvət qismində hər hansı bir məbləğ tələb etməmiş və əldə etməmişdir. O, məktəbdə həm ictimai və tədris həyatında çalışqanlığına görə, həm də şəxsi və insani keyfiyyətlərinə görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı heç bir müəllimin onun xəbərdarlığı olmadan audio-video görüntüsünü qeydə almamış, qeydə alınmış audio-video görüntülərdə şəxsi və ailə həyatın toxunulmazlığını pozan hər hansı məlumatlar olmamış və ən əsası bu cür görüntülərin qeyd olunması X14 Qaydaları ilə qadağan edilməmişdir. Bugün iddiaçının bu cür yalan və böhtan dolu məlumatlarla təzyiq və təqiblərə məruz qalmasının əsl və real səbəbi onun məktəbdə aşkarlanan qanunsuzluqlar barədə məktəb direktoruna ünvanladığı çoxsaylı müraciətlərinin cavabsız qalmasından sonra məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etməsidir. Bundan hiddətlənən məktəb rəhbərliyi və cavabdeh iddiaçı barəsində təzyiq və təqiblərə məruz qoymuş, nəhayətində onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. 17 yanvar 2022-ci il tarixindən ünvan 5bə direktor təyin olunmasından bugünə qədər 2 (iki) ilə yaxın müddət keçməsinə baxmayaraq direktor Nümayəndə2 iddiaçı barəsində təqdimatında qeyd etdiyi əmək funksiyalarını yerinə yetirməmə və iddia olunan digər çirkin əməlləri yalnız son 2-3 ay ərzində araşdırmağa başlamışdır. Nə üçün? Niyə iddia olunduğu kimi bu qədər qeyri-peşəkar kadr barəsində 2022-ci ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər – tam 20 (iyirmi) ay ərzində heç bir tədbir görülməmişdir? Çünki 2-3 ay bundan əvvəl iddiaçı ünvan 5bdə xidməti vəzifəsini həyata keçirərkən qanunsuzluqlar və cinayət faktları aşkarlamış, sırf bu cür qanunsuzluq və cinayət faktlarını sübut edən səs yazılarını, videogörüntüləri qeydə almış, digər yazılı sübutlar toplamış və direktor Nümayəndə2 xidməti məlumat vermiş, lakin onun tərəfindən bu faktlar naməlum səbəbdən gizlədilmiş, araşdırılmamış, ört-basdır edilmişdir. Buna görə də iddiaçı məcbur qalıb aşkarladığı qanunsuzluqlar barəsində aidiyyati hüquq mühafizə orqanlarına (Nizami Rayon Prokuroruna, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, AR Baş Prokurorluğuna, AR Prezident Administrasiyasına və s.) yazılı məlumat vermiş Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevin və Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda olmuşdur. İddiaçının müraciəti əsasında AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ********* saylı cinayət işi başlanılmış və bugün işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. Cavabdeh təşkilat qeyd olunan pozuntu iddiaları barədə hər hansı səmərəli araşdırma aparmamış, araşdırmanı sadəcə bu pozuntular barədə şikayət edən məktəb kollektivi ilə görüşüb onların təsdiqini alması ilə birtərəfli qaydada yekunlaşdırmışdır. Məsələn, iddiaçının məktəb kollektivini təhqir etməsi qeyd olunsa da, əksinə məhz iddiaçının məktəb direktoru tərəfindən Pedaqoji Şuranın iclasında təhqir olunması faktı öz təsdiqini tapmış və direktora bu hala görə xəbərdarlıq edilmişdir. İddiaçının jurnalların yoxlanmasına görə rüşvət alındığı qeyd olunsa da, həmin jurnallara cavabdeh tərəfindən baxış keçirilməmişdir. Əgər baxış keçirilsə idi, açıq-aşkar görünərdi ki, həmin jurnallarda müəllimlərin nöqsanlarına hansısa rüşvət müqabilində güzəşt edilməmiş, əksinə bütün nöqsanlar jurnallara qeyd edilmişdir. Həmçinin, iddiaçının müəllimlərdən jurnalların yoxlanmasına görə 50 (əlli) manat pul alması rüşvət alma cinayətinin tərkibini yaratsa da, cavabdeh təşkilat bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş və həmin qurumun müvafiq qərarı olmadan özbaşına bu faktı təsdiqləmişdir. Məhkəmə xüsusilə nəzərə almalıdır ki, iddiaçı barəsində iddia olunan pozuntular barədə nə xəbərdarlıq edilmiş, nə də töhmət və ya şiddətli töhmət intizam tənbehi tətbiq edilmədən birbaşa qanunvericilikdə nəzərdə tutulmuş ən ağır intizam tənbehi tətbiq edilmişdir. Cavabdeh əmrində bugünə qədər heç vaxt intizam məsuliyyətinə cəlb edilməyən iddiaçı barəsində qanunvericiliklə nəzərdə tutulmuş ən ağır tənbehin tətbiqi zəruriyyətini əsaslandırmamışdır. İntizam pozuntusu barədə iddiaçının yazılı izahatının alınmaması: İddiaçının iddia olunan pozuntular barəsində cavabdeh təşkilat tərəfindən hər hansı yazılı izahatı alınmamış, iddiaçı Bakı şəhəri 201 saylı məktəbin direktoru və digər vəzifəli şəxsləri tərəfindən nədə ittiham olunması və bunu təsdiq edən sənədlər ilə tanış edilməmiş, dinlənilməmiş, öz yazılı mövqeyini təqdim və müdafiəsini təmin etmək etmək üçün ona hər hansı imkan tanınmamışdır. Əmrdə qeyd olunur ki, İddiaçı yazılı izahat yazılması tələb edilsə də, o, izahat yazmaqdan imtina etmişdir. Lakin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı yazılı izahat verilməsi qəti surətdə tələb edilməmişdir. İddiaçının nə ünvan 5bdə, nə də cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsində dinlənilmək hüququ təmin edilməmiş, onun pozuntu kimi istinad olunan halllarla bağlı qeyd edəcəklərinə heç bir əhəmiyyət verilməmiş və tez-tələsik bir şəkildə əmək müqaviləsinə xitam verilmiş, dolayısıyla da, ondan yazılı izahat verilməsi də tələb edilməmişdir. İddiaçının yazılı izahat verməkdən imtina barədə akt tərtib edildiyi qeyd olunsa da, qeyd olunan aktlar da sübut qismində nəzərə alına bilməz, çünki cavabdehin iddiaçıdan yazılı izahat verilməsini tələb etməsi öhdəliyi hansısa birtərəfli aktla yox, sırf iddiaçıya yönəlmiş iradə ifadəsi ilə təsdiqlənə bilər. Məsələn, iddiaçının yaşayış ünvanına “yazılı izahat verilməsi tələbi barədə” yazılı bildiriş göndərmək, iddiaçının telefon nömrəsinə “yazılı izahat verilməsi tələbi barədə” yazılı mesaj göndərmək və s. İddiaçının yazılı izahatdan imtina etməsi ağlabatan deyildir. Çünki iddiaçı ünvan 5bdə məruz qaldığı təzyiq və təqiblərlə bağlı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə yazılı şikayət və müraciətlər etmiş, bununla bağlı qəbul edilməsini və dinlənilməsini xahiş etmişdir. Lakin iddiaçı işdən çıxarılan ana qədər cavabdeh təşkilat tərəfindən qəbul edilməmiş və dinlənilməmiş, işdən çıxarılarkən də məntiqi olaraq ondan yazılı izahat verməsi tələb edilməmişdir. Bir intizam pozuntusu məsələsinə bir dəfə baxılması barədə: Əmrin ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, 06 noyabr 2023-cü il tarixində iddiaçı barəsində əmrin əsasını təşkil edən eyni intizam pozuntuları ilə bağlı ünvan 5bin direktoru Nümayəndə2 müvafiq təqdimatına Həmkarlar İttifaqı Komitəsinin iclasında baxılmış, iddiaçının əməllərində intizam pozuntusu əlamətləri mövcud olmadığı və iddia olunan pozuntular sübut olunmadığı üçün təqdimat təmin edilməmiş, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi iləxitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yazılı razılıq verilməmişdir. Lakin ünvan 5bin direktoru Nümayəndə2 qərəzli olaraq eyni iddia olunan pozuntular ilə bağlı növbəti dəfə təkrarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş və israrla iddiaçının işdən çıxarılmasını tələb etmişdir. Bu səfər təzyiq və təqiblər altında qalan Həmkarlar İttifaqı Komitəsi tərəfindən məcburən təqdimat təmin edilmiş, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yazılı razılıq verilmişdir. Hər iki təqdimat arasında demək olar ki, heç bir fərq olmamasına və iddia olunan eyni pozuntulardan bəhs etməsinə baxmayaraq, Həmkarlar İttifaqı Komitəsi birinci iclasda obyektiv bir şəkildə iddiaçını dinləmiş, təqdimatı təmin etməmiş və işdən çıxarılmaya razılıq verməsə də, qanunsuz olaraq həyata keçirilmiş ikinci təkrar baxışda bu cür razılığı vermişdir. Halbuki, birinci baxışda artıq şəxsin əməllərində pozuntu faktı aşkarlanmadığı və sübut olunmadığı üçün təqdimat təmin edilməmiş və intizam pozuntusu barədə başlanılmış icraata xitam verilmişdir. Göründüyü kimi, xitam verilmiş intizam pozuntusu icraatı üzrə cavabdeh təşkilat yenidən təqdimat tərtib etmiş və məsələni Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxarmışdır. Halbuki bir intizam pozuntusu ilə bağlı məsələyə bir dəfə baxılmalıdır. İddiaçının isə eyni intizam pozuntusuna iki dəfə baxılmış, bir dəfə bu məsələ barəsində bəraət alsa da, üzərindən 1 (bir) aydan çox müddət keçdikdən sonra ikinci dəfə məsələyə baxılmış və müsbət qərar qəbul edilmişdir. Bu isə qanunsuz və əsassızdır. Korrupsiya hüquq pozmalarına dair qanunvericiliyin tələblərinin pozulması barədə: İddiaçı barəsində qaldırılan bütün bu məsələlərin tək səbəbi onun intizamsız və qeyri-peşəkar kadr olmağı deyildir, bunun tək səbəbi direktor Nümayəndə2 və onun əlaltılarının cinayət əməlləri barəsində hüquq mühafizə orqanlarına məlumat verməsidir. İlk öncə nəzərə alınmalıdır ki, AR Korrupsiyaya qarşı mübarizə haqqında Qanununun 11-1.2-ci maddəsinin tələblərinə görə dövlət orqanları və büdcə təşkilatlarının rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməlidir. Lakin dövlət mülkiyyətində olan büdcə təşkilatı olaraq cavabdeh ünvan 5bin direktoru Nümayəndə2 və cavabdeh təşkilat qanunun tələbini pozmuş, məktəb daxilində bu cür vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməmişdir. Hansı ki, həmin vəzifəli şəxs və struktur bölmənin nümayəndəsi korrupsiya hüquq pozmaları barəsində məlumat vermiş işçinin bilik və bacarıqlarının yoxlanılması ilə bağlı araşdırma aparılacağı təqdirdə həmin iclasda iştirak etməli idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələb edir ki, müəssisənin korrupsiya hüquqpozmaları ilə bağlı məlumat vermiş işçisinə intizam tənbehi tətbiq edilərkən müəssisə sübut etməli və əsaslandırmalıdır ki, intizam tənbehi tətbiq etmək zəruriyyəti qanunla müəyyən edilmiş hallardan irəli gəlir və korrupsiya barədə məlumatla heç bir aidiyyati yoxdur. Nəinki direktor Nümayəndə2 və cavabdeh təşkilat tərtib etdiyi əmrlərdə AR Əmək Məcəlləsinin 187.4-cü maddəsinin tələblərinə tabe olaraq iddiaçı barəsində qaldırılan ittihamların və verilən intizam tənbehlərinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı hüquq-mühafizə orqanlarına verdiyi məlumatlarla hər hansı aidiyyətinin olmadığını əsaslandırmamış, əksinə yuxarıda qeyd olunanlardan da göründüyü kimi açıq-aşkar əmrlərdə bu barədə qeydlər aparmışdır. Bütün bu qeyd olunanlar bir daha əyani olaraq sübut edir ki, iddiaçı barəsində ittihamlar irəli sürülməsinin və işdən çıxarılmasının əsl və real motivi direktor Nümayəndə2 və onun əlaltıları barəsində hüquq mühafizə orqanlarına şikayət etməsi, buna görə də onun işdən çıxarılmaqla cəzalandırılmasıdır. İntizam tənbehinin verilməsi barədə əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətin ötürülməsi barədə: İddiaçı barəsində intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi vaxtdan ən geci 1 (bir) ay keçənədək verilə bilər. İş materiallarına (təqdimatlara, əmrə və digər sənədlərə) nəzər yetirdikdə də məlum olur ki, cavabdeh təşkilat tərəfindən ünvan 5bdə 20 sentyabr 2023-cü il tarixində araşdırma aparılmış və iddiaçının iddia olunan pozuntuları həmin tarixdə aşkarlanmışdı. Aydındır ki, belə olduğu təqdirdə iddiaçı barəsində intizam tənbehi yalnız ən geci 20 oktyabr 2023-cü il tarixinə kimi verilməli olduğu halda, iddiaçının əmək müqaviləsinə həmin tarixdən tam olaraq 2 (iki) ay sonra - 20 dekabr 2023-cü il tarixində xitam verilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı barəsində intizam tənbehi qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə tətbiq edilmiş, bununla da AR Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Məcburi iş buraxmaya görə əmək haqqı tələbi: Hazırkı tələb əmrin ləğvi və işə bərpa tələbindən törəmə tələbdir. Əsas tələb təmin olunacağı təqdirdə törəmə tələbin də təmin edilməsi üçün öz-özlüyündə hüquqi zəmin yaranır. Buna görə də cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1993K/2023 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv ediləcəyinə və iddiaçı öz işinə (vəzifəsinə) bərpa olunacağına görə iddiaçının özündən asılı olmayan səbəblərə görə məcburi olaraq iş buraxdığı dövrə görə əldə etməli olduğu əmək haqqı ödənişləri ona geri ödənilməlidir. Bu tələbin hüquqi əsası AR Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Ödənilməmiş əmək haqqının ödənilməsi: İddiaçı 1995-ci ildən ünvan 5bdə azərbaycan bölməsinin 5-7-ci sinifləri üzrə 0.5 stavka ilə direktor müavini işləmişəm.2013-cü ildə rus bölməsi üzrə direktor müavini işləyən Zemfira Ziyəddinova vəzifəsindən ayrıldığı üçün rus bölməsinə 0.5 stavka direktor müavini vəzifəsinə keçirilmişdir. Nazirlər Kabinetinin 59№-li xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində ştatlar haqqında” Təlimatın 2-ci bəndinə əsasən bir sıra fənlər xarici dildə tədris olunan orta ümumtəhsil müəssisələrində direktorun xarici dil üzrə müavini vəzifəsi təyin edilir. 2013-cü ildən başlayaraq BŞTİ-nin və məktəbin əvvəlki rəhbərliyi tərəfindən, 2022-ci ilin fevral ayından isə direktor Nümayəndə2 və cavabdeh təşkilat tərəfindən rus bölməsi üzrə direktor müavini kimi iddiaçının əmək funksiyasından əlavə əmək haqqı ödənilmədən bəzi vəzifələri (Azərbaycan bölməsinin 5-7-ci siniflərinin təlim-tərbiyə və tədrisinə nəzarət - 0.5 stavka direktor müavinliyi, məktəb üzrə 1-11-ci siniflərdə riyaziyyat, xarici dil və tarix fənlərinin tədrisinə nəzarət və s.) yerinə yetirmək də məcburən ona həvalə edilmişdir. Beləliklə faktiki olaraq məcburən 1.0 stavkadan artıq iş aparsa da, iddiaçı 0.5 stavkanın əmək haqqısını almışdır. Başqa sözlə cavabdeh işəgötürən tərəfindən qanunsuz olaraq təxminən 10 (on) il ərzində iddiaçının əməyi istismar olunmuş, əmək haqqı ödənilmədən əmək funksiyalarının icrasına cəlb olunmuşdur. Bunun əvəzi olaraq iddiaçıya cavabdeh tərəfindən 42 840.00 (qırx iki min səkkiz yüz qırx) AZN məbləğində əmək haqqı ödənilməlidir. Qeyd: 357 x 12 x 10 = 42 840 (357 manat 0.5 stavka direktor müavinliyinin rəsmi əmək haqqısıdır). Dəymiş mənəvi ziyanın ödənilməsi: Digər iddia tələbi isə ondan ibarətdir ki, iddiaçının qanunsuz və əsassız olaraq, xüsusilə də, əmək funksiya və vəzifələrini pozması səbəbilə işdən çıxarılması yaşlı, xüsusilə də, şəkər xəstəliyindən əziyyət çəkən iddiaçıya fiziki iztirablar və mənəvi sarsıntılar yaşadaraq ona mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçı məktəb kollektivi və məktəbin yerləşdiyi Keşlə qəsəbəsində yaşamaqla o ərazidə yaşayan şəxslər qarşısında məktəb direktor müavini kimi müəyyən işgüzar nüfuz əldə etmişdir. İddiaçının qanunsuz və əsassız olaraq işdən çıxarılması nəticəsində iddiaçı məktəb kollektivi və həmin ərazidə yaşayan şəxslər qarşısında işgüzar nüfuzuna xələl gəlmiş, buna görə fiziki iztirab və mənəvi sarsıntılar yaşamışdır. İddiaçı müstəqil olaraq mənəvi ziyanın məbləğini 10 000,00 (on min) AZN olaraq qiymətləndirməkdədir. İlkin mediasiya sessiyasında iştirak barədə: İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixində mediasiya təklifi ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixində Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Buna görə də xx.xx.2024- cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış tərtib edilmişdir. Arayış iddiaçıya xx.xx.2024-cü il tarixində mediator tərəfindən şəxsən təqdim edilmişdir. İddia müddəti barədə: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1- 1993K/2023 nömrəli əmrin surəti və əmək kitabçası iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. İddiaçı əmri alan kimi dərhal – xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqinə start vermiş və 1 aylıq iddia müddətinin axımı həmin tarixdən dayanmışdır. İddia müddətinin axımı ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayışın iddiaçıya təqdim edildiyi tarix olan xx.xx.2024-cü ildən etibarən bərpa olunmuşdur. Dövlət rüsumu barədə: AR Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Ona görə də iddiaçı tərəfindən dövlət rüsumu ödənilmir. Lakin iş üzrə iddiaçı tərəfindən 50,00 AZN məbləğində ilkin mediasia sessiyasında iştirak haqqı ödənilmişdir. Həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə və ərazi aidiyyatı barədə: Hazırkı tələb iddiaçının əmək fəaliyyəti ilə bağlı yarandığından işə ümumi (rayon-şəhər) məhkəmələrində baxılmalı, cavabdeh təşkilatın hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonunda yerləşdiyindən işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin imzalanması: Hazırkı iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmişdir.

3. ünvan 5bin direktoru Nümayəndə2 etibarnamə üzrə nümayəndəsi, Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, məktəbi və məktəbin direktorunu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-59/3-1-1993 K/2023 nömrəli əmrinə əsasən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin məzmunundan göründüyü kimi sözügedən əmrin verilməsinə əsas Bakı Şəhəri üzrə Təhsil İdarəsinin X25 Komitəsinin xx.xx.2023-cü il tarixli 101 nömrəli protoklundan çıxarış və Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təqdimatı və müvafiq sənədlər olmuşdur. Bakı şəhəri 201 nömrəli tam orta məktəb tərəfindən həmin məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı hərəkətlərinə hüquqi qiymət verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətlərdə İddiaçı işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranması, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesini pozması və şagirdlərin keyfiyyətli tədris almalarına mane olması, İddiaçı tərəfindən X14 qaydalarına əməl olunmaması və qeyri-qanuni hərəkətləri barədə 14 və 19 sentyabr 2023-cü il tarixlərində pedaqoji kollektiv üzvlərinin iştirakı ilə Pedaqoji Şura iclasının keçirildiyi qeyd olunmuşdur. X24 əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair tabelik üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilmişdir. Qeyd olunan məsələlərlə bağlı valideynlər tərəfindən məktəb rəhbərliyinə çoxsaylı şikayətlər də daxil olmuşdur. Əvvəlki tədris illərində sinif rəhbərliyi verilmiş müəllimlər araşdırma müddətində verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib aldığını, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftar etdiyini bildirmişdilər. Eyni zamanda İddiaçı ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədilə pul tələb etdiyini, pul verməyən müəllimlərə qarşı qeyripedaqoji rəftara yol verdiyini bildirmişdilər. Müəllimlər izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən onlara qarşı kobud rəftar edildiyini, təhqiredici ifadələr işlətdiyini, gizli şəkildə səslərinin yazıldığını, video çəkiliş aparıldığını, bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulduğunu və bu halın tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini qeyd etmişlər. Hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin cavabdehə münasibətdə 201 nömrəli orta məktəbin direktorunun, müəllim və şagird kollektivinin hüquq və vəzifələrinə təsir edə biləcəyi açıqaşkar aydındır.

5. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin 1.2-ci və 2.1.4-cü bəndlərində qeyd edilənlərə görə iddiaçının korrupsiya hüquq pozmalarına dair məlumat verməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinin tələblərinə görə dövlət orqanları və büdcə təşkilatlarının rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməlidir. Lakin dövlət mülkiyyətində olan büdcə təşkilatı olaraq cavabdeh ünvan 5bin direktoru Nümayəndə2 və cavabdeh təşkilat qanunun tələbini pozmuş, məktəb daxilində bu cür vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməmişdir. Qeyd edilən müddəaya cavab olaraq bildirilir ki, həmin Qanunun 11-1.8-ci bəndinə müvafiq olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Eyni zamanda bildiririk ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə müvafiq yoxlamalar aparılmaqla, araşdırma materialları tərtib edilməklə müvafiq orqana BŞTİ tərəfindən müraciət edilmişdir. Qeyd edilən sənədlər iş materiallarına əlavə edilmişdir. İkinci növbədə, iddiaçı tərəfindən iddia ərizəsinin əmrdə törədilməsi iddia olunan pozuntuların mahiyyəti və bu cür pozuntulara görə ən ağır həddə işdən çıxarılma tənbehinin verilməsinin qanuniliyi və zəruriliyi ilə bağlı 2.1.1-ci bəndində qeyd edilmişdir ki, cavabdeh əmrdə sadəcə iddiaçıya dair 2 (iki) növ pozuntu törədilməsini qeyd edir. Bu pozuntular iddiaçının məktəb kollektivi ilə kobud rəftar etməsi, məktəbdə audio-video çəkiliş aparması və müəllimlərdən jurnalların yoxlanmasına görə 50 (əlli) manat pul tələb etməsidir. İddia olunan pozuntularla bağlı iddiaçı qeyd etməyi zəruri hesab edir ki, o, işlədiyi müddət ərzində məktəb kollektivinə daxil olan heç bir şəxslə - nə dərs dediyi şagirdlərlə, nə birgə çalışdığı müəllimlərlə, nə də məktəb rəhbərliyi ilə kobud rəftar etməmiş və onları təhqir etməmiş, heç bir müəllim və valideyndən rüşvət qismində hər hansı bir məbləğ tələb etməmiş və əldə etməmişdir. Belə ki, “X14 qaydaları”nın 4.1.7-ci bəndinə uyğun olaraq, müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Eyni zamanda müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Həmçinin müvafiq Qaydaların 4.2.3-ci və 4.2.4cü bəndlərinə müvafiq olaraq, müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalı və ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir. Lakin iddiaçı qeyd edilən Qaydaların tələbini bariz şəkildə pozmuş, əməkdaşlar arasında münasibətin əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslandığını diqqətə almamış, eyni zamanda təhsilalanlara münasibətdə təhqiredici sözlərə və kobudluğa yer vermişdir ki, qeyd edilən hallar həm müəllimlərin, həm şagirdlərin, həm də iddiaçı barəsində valideynlərin izahatları ilə öz əksini tapmışdır. Həmin Qaydaların 6.3.6-cı bəndinə əsasən, qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil ediməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir. İddia ərizəsinin 2.1.2-ci bəndində iddiaçı və vəkili tərəfindən qeyd edilənlərə əsasən, məhkəmənin xüsusilə diqqətinə çatdırılmalıdır ki, iddiaçının iddia olunan pozuntular barəsində cavabdeh təşkilat tərəfindən hər hansı yazılı izahatı alınmamış, iddiaçı Bakı şəhəri 201 saylı məktəbin direktoru və digər vəzifəli şəxsləri tərəfindən nədə ittiham olunması və bunu təsdiq edən sənədlər ilə tanış edilməmiş, dinlənilməmiş, öz yazılı mövqeyini təqdim və müdafiəsini təmin etmək etmək üçün ona hər hansı imkan tanınmamışdır. Halbuki iddiaçıya onun izahatını alınması ilə müraciət edilmiş, lakin iddiaçı yazılı izahat verməkdən imtina etmişdir. Qeyd edilən hal müvafiq qaydada aktlaşdırılmaqla iş materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə görə, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Eyni zamanda, iddia ərizəsində bir intizam pozuntusu məsələsinə təkrar baxılması mübahisələndirilməklə eyni intizam pozuntusuna iki dəfə baxıldığı, bir dəfə bu məsələ barəsində bəraət alsa da, üzərindən 1 (bir) aydan çox müddət keçdikdən sonra ikinci dəfə məsələyə baxılmaqla iddiaçının vəzifəsindən azad olunmasına dair müsbət qərar qəbul edildiyi göstərilmişdir. Qeyd edilən məsələyə münasibətdə bildirilir ki, ikinci təqdimat üzrə birinci təqdimata baxılandan sonrakı tarix üzrə iddiaçı tərəfindən yol verilən bir sıra digər nöqsanlar və vəzifə öhdəliklərinin pozulmasına dair məsələlər xidməti yoxlama və müvafiq araşdırmalar edilməklə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı iddia ərizəsinin 2.3-cü bəndində qeyd etmişdir ki, faktiki olaraq məcburən 1.0 stavkadan artıq iş aparsa da, iddiaçı 0.5 stavkanın əmək haqqısını almışdır. Başqa sözlə cavabdeh işəgötürən tərəfindən qanunsuz olaraq təxminən 10 (on) il ərzində iddiaçının əməyi istismar olunmuş, əmək haqqı ödənilmədən əmək funksiyalarının icrasına cəlb olunmuşdur. Bunun əvəzi olaraq iddiaçıya cavabdeh tərəfindən 42 840.00 (qırx iki min səkkiz yüz qırx) AZN məbləğində əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə münasibətdə isə bildirilir ki, iddiaçı heç bir halda məcburi qaydada hər hansı vəzifə öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməmişdir, onun tərəfindən yerinə yetirilməli olan öhdəliklər barəsində özü kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iddiaçı 10 ildir əməyininin “istismar” edildiyini iddia edirdisə bununla bağlı əmək qanunvericiliyinin tələblərinin şərtləri nəzərə alınmaqla qeyd edilən müddət çərçivəsində fərdi əmək mübahisələri üçün nəzərdə tutulan qaydada müraciət edə bilərdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilik tələbləri pozulmaqla iddia verilmişdir.

7. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin 2.3-cü bəndində qeyd etmişdir ki, faktiki olaraq məcburən 1.0 stavkadan artıq iş aparsa da, iddiaçı 0.5 stavkanın əmək haqqısını almışdır. Başqa sözlə cavabdeh işəgötürən tərəfindən qanunsuz olaraq təxminən 10 (on) il ərzində iddiaçının əməyi istismar olunmuş, əmək haqqı ödənilmədən əmək funksiyalarının icrasına cəlb olunmuşdur. Bunun əvəzi olaraq iddiaçıya cavabdeh tərəfindən 42 840.00 (qırx iki min səkkiz yüz qırx) AZN məbləğində əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə münasibətdə bildirilir ki, iddiaçı heç bir halda məcburi qaydada hər hansı vəzifə öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməmişdir, onun tərəfindən yerinə yetirilməli olan öhdəliklər barəsində özü kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iddiaçı 10 ildir əməyininin “istismar” edilyini iddia edirdisə bununla bağlı əmək qanunvericiliyinin tələblərinin şərtləri nəzərə alınmaqla qeyd edilən müddət çərçivəsində fərdi əmək mübahisələri üçün nəzərdə tutulan qaydada müraciət edə bilərdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilik tələbləri pozulmaqla iddia verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

9. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqinə dair etiraz ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Çünki 1 (bir) illik iddia müddəti AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, iddiaçınını öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanmaqla nəzərə alınır. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün isə cavabdeh tərəfindən işdən çıxarılması barədə müvafiq əmrin, əmək kitabçasınını və haqq-hesab sənədlərinin ona verildiyi gün olan 20 dekabr 2023-cü il tarixidir ki, həmin tarixdən də 1 (bir) ay ərzində - yəni iddia müddəti daxilində iddiaçı məhkəməyə müraciət etmişdir. Qanunvericilik bu hissədə əmək münasibətlərinin zəif tərəfi olan işçinin maraqlarını müdafiə etməklə onun hüququn pozulmasının aşkar edilmə anını birbaşa AR Əmək Məcəlləsi ilə müəyyənləşdirmişdir. Cavabdehin nümayəndəsi AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələblərinə istinad edərək iddia müddətinin tətbiq olunmalı olmasını qeyd etsə də, AR Əmək Məcəlləsinin 296.3-cü maddəsində qeyd olunan “hüququn pozulduğunu aşkar etdiyi gün” anlayışı ilə bağlı hər hansı araşdırma aparmamış və iddia müddətinin tətbiqinə dair ərizəsində bunu əsaslandırmamışdır. Buna görə də cavabdehin nümayəndəsi və vəkili Vəkil3 “iddia müddətinin tətbiqinə dair” ərizəsinin təmin edilməməsi xahiş olunur.

10. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 mülahizə təqdim edərək qeyd edir: Əmrdə törədilməsi iddia olunan pozuntuarın mahiyyəti və bu cür pozuntulara görə ən ağır həddəişdən çıxarılma tənbehinin verilməsinin qanuniliyi və zəruriliyi barədə - Belə ki, “X14 qaydaları”nın 4.1.7-ci bəndinə uyğun olaraq, müəllim təhsil alanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Eyni zamanda müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Həmçinin müvafiq Qaydaların 4.2.3-ci və 4.2.4-cü bəndlərinə müvafiq olaraq, müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalı və ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir. Lakin iddiaçı qeyd edilən Qaydaların tələbini bariz şəkildə pozmuş, əməkdaşlar arasında münasibətin əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslandığını diqqətə almamış, eyni zamanda təhsilalanlara münasibətdə təhqiredici sözlərə və kobudluğa yer vermişdir ki, qeyd edilən hallar həm müəllimlərin, həm şagirdlərin, həm də iddiaçı barəsində valideynlərin izahatları ilə öz əksini tapmışdır. Həmin Qaydaların 6.3.6-cı bəndinə əsasən, qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil ediməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir. Qeyd olunmalıdır ki, iddiaçı işlədiyi müddət ərzində məktəb kollektivinə daxil olan heç bir şəxslə - nə dərs dediyi şagirdlərlə və onların valideynləri ilə, nə birgə çalışdığı müəllimlərlə, nə də məktəb rəhbərliyi ilə kobud rəftar etməmiş və onları təhqir etməmişdir. İddiaçı məktəbdə həm ictimai və tədris həyatında çalışqanlığına görə, həm də şəxsi və insani keyfiyyətlərinə görə hazırkı məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. Bugün iddiaçının bu cür yalan və böhtan dolu məlumatlarla təzyiq və təqiblərə məruz qalmasının əsl və real səbəbi onun məktəbdə aşkarlanan qanunsuzluqlar barədə məktəb direktoruna ünvanladığı çoxsaylı müraciətlərinin cavabsız qalmasından sonra məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etməsidir. Bundan hiddətlənən məktəb rəhbərliyi və cavabdeh iddiaçı barəsində təzyiq və təqiblərə məruz qoymuş, məktəb kollektivinin direktor tərəfdarı olan bir neçə üzvü ilə iddiaçı arasında sözlü mübahisələr olmuşdur. Bildirmək istərdik ki, bu cür sözlü mübahisələrdə iddiaçı heç kimi təhqir etməmişdir, əksinə cavabdehin təqdimatından və vəkil sorğusuna verilə cavabdan da görünür ki, iddiaçı direktor tərəfindən kütləvi iclasda “şərəfsiz” və “tərbiyəsiz” deyilərək təhqir olunmuşdur. AR Əmək Məcəlləsi iş yerində yalnız işçinin iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi faktını əmək vəzifələrinin kobud şəkildə pozuntusu hesab edir, lakin hazırkı işdə kollektiv daxilində bir neçə müəllim arasında sözlü mübahisənin mövcud olması bugün bütün iş yerlərində rast gəlinə biləcək bir vəziyyətdir və əmək qanunvericiliyinə görə bu hal əmək vəzifələrinin pozuntusu hesab olunmur. Xüsusilə qeyd olunmalıdır ki, sözlü mübahisələr iddiaçı korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verildikdən sonra digər müəllim heyəti tərəfindən başladılmışdır. ünvan 5bin sanitar qovşağından başqa digər bütün ərazisində video kameralar quraşdırılmışdır. Əgər iddiaçı hansısa şagirdə fiziki və psixoloji şiddət tətbiq etmişdirsə, həmin kameralarda bu faktlar görünməli idi, lakin bu günə qədər cavabdeh və ya məktəb tərəfindən belə bir video görüntülər iş materiallarına aid edilməmişdir. Bugün cavabdeh və məktəb rəhbərliyi iddiaçını loyal olmamaqda, nəticə etibarilə də onun tərəfindən X14 qaydalarının pozulmasında təqsirli bilirlər. Lakin məhkəmə nəzərə almalıdır ki, loyallıq prinsipi məktəb rəhbərliyinin qanunsuz fəaliyyəti ilə bağlı halların aşkarlanmasına və tədbir görülməsi hallarına aid hesab edilmir. Hazırkı işdə də iddiaçı hesab etmişdir ki, məktəb daxilində qanunsuzluqlar baş alıb getməkdədir və bunun üçün zəruri sübutlar toplanır, o hüquq mühafizə orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, ½ nömrəli Qərarı ilə təsdiq edilmiş X14 Qaydalarının 2.1.4-cü bəndinə əsasən, Loyallıq prinsipinə uyğun olaraq müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Bu da bir daha onu təsdiq edir ki, cavabdehin nümayəndəsinin etirazı əsassızdır. Şantaj xarakterli audio-video yazı qeydə alma - məhkəmə nəzərə almalıdır ki, iddiaçı tərəfindən heç bir müəllimin şəxsi həyatına dair videogörüntü qeydə alınmamış, paylaşılmamış, heç bir müəllim və ya valideyn şantaj edilməmiş, hədə-qorxu ilə pul və ya digər sair məbləğ tələb edilməmişdir. İddiaçı öz əmək funksiyalarının icrasıyla bağlı siniflərdə dərs davamiyyəti, tədrisin keyfiyyətli, jurnalların yoxlanması və s. kimi hallarla bağlı mütəmadi olaraq yoxlamalar (monitorinqlər) aparmışdır. Həmin yoxlamalar zamanı aşkarladığı qanunsuz məqamları – cinayət xarakterli əməlləri sübut şəklində rəsmiləşdirmək məqsədilə foto və video çəkilişlər aparmışdır. Məsələn, dərsdə iştirak etməyən şagirdi dərsdə kimi təqdim edib ona qiymət yazan müəllimin qiymət yazdığı sinif jurnalının fotoları və videosu çəkilmiş, sinifin ümumi çəkilişi aparılmış və uşaqlardan adı saxta yolla jurnala yazılmış şagirdi tanıyıb-tanımadıqları souşulmuş, saxta qiymət yazan müəllimin bu tapşırığı direktorun verdiyi anın videosu çəkilmiş. Başqa heç bir audio-video çəkiliş aparılmamışdır. Audio-video çəkilişlər yalnız əmək funksiyalarının icrasıyla bağlı aparılmış, heç bir şəxsi həyata aid məlumatlar qeydə alınmamış, qeydə alınan məlumatlar yalnız işlə bağlı – daha doğrusu məktəbdə aşkarlanan qanunsuzluqlarla bağlı qeydə alınmış və hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Bütün bunlar da bir daha onu təsdiq edir ki, cavabdehin və məktəbin etirazı faktiki və hüquqi cəhətdən qanunsuz və əsassızdır. Müəllim və valideynlərdən rüşvət tələb etmə və alma - iddiaçı heç kəsdən rüşvət tələb etməmiş və rüşvət almamışdır. Bu cavabdehin və məktəbin bəzi qaragüruhçu qüvvələrinin iddiaçıya qarşı böhtan xarakterli kampaniyasıdır. Şəxs korrupsiya barədə hüquq mühafizə orqanına məlumat verənədək heç bir X24 iddiaçının rüşvət tələb etməsi və rüşvət alması barədə müzakirə aparılmamış, bugün bu ittihamı irəli sürən müəllimlə nə direktora, nə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, nə Elm və Təhsil Nazirliyinə, nə də hüquq mühafizə orqanlarına hər hansı şikayət göndərməmişlər. İddiaçı korrupsiya barədə hüquq mühafizə orqanına məlumat verdikdən sonra qərəzli olaraq ondan qisas almaq məqsədilə məktəbin bir qrup müəllim heyəti direktor Nümayəndə2 tapşırığı ilə iddiaçıya qarşı qarayaxma kampaniyasına başlamışdırlar. Rüşvət alma cinayətdir və iş yerində törədildiyi üçün səlahiyyət orqanın qanuni qüvvəyə minmiş qərarı və məhkəmə hökmü ilə təsdiq edilməlidir. Səlahiyyətli orqanın qərarı və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan şəxsi təsdiq edilməmiş ittihamlara görə cəzalandırmaq (əmək müqaviləsinə vitam vermək) şəxsin konstitusion hüququ olan təqsirsizlik prezumpsiyasının pozuntusudur. Lakin məktəb və cavabdeh fakt barədə hüquq mühafizə orqanlarına müraciət edib onların yekun qərarını gözləməli olduğu halda, səlahiyyətli orqanın araşdırmasını və qanuni qüvvəyə minmiş qərarını gözləmədən iddiaçı ilə əmək müqaviləsinə tez-tələsik xitam vermişdir. İntizam pozuntusu barədə iddiaçının yazılı izahatının alınmaması barədə - iddiaçı onsuz da iddia ərizəsində işəgötürənin işçidən yazılı izahat verilməsini tələb etməsi barədə akt tərtib olunmasının hüquqi olmadığını və bu cür aktın iş üzrə sübut kimi qiymətəndirilə bilməməsini qeyd etmiş və əsaslandırmışdır. Cavabdeh isə dəlilə etiraz edərək qeyd etmişdir ki, iddiaçının imtinası aktlaşdırılmışdır, lakin iddia ərizəsində qeyd olunan dəlilə və əsaslandırmaya heç bir münasibət və etiraz bildirilməmişdir. Müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni cavabdehin iddiaçıdan izahat verilməsini tələb etmək vəzifəsini icra etməsi şahid ifadələri və aktla yox, rəsmi yazılı məktub və poçt qəbzi, sms bildiriş, elektron poçt ünvanına göndərilmiş məktub və s. analoji məlumat mübadiləsi yollarıyla sübut oluna bilər. Əksi qəbuledilən deyildir. Təsəvvür edin, məhkəmə iş üzrə tərəfə məhkəmə bildirişi göndərmək əvəzinə iş materiallarına hakim, köməkçi, katib və operator tərəfindən imzalanmış akt əlavə edir və sübut etməyə çalışır ki, tərəf məhkəmə iclasına dəvət edilmişdir. Aydındır ki, məhkəmənin tərəfi iclasa çağırmaq vəzifəsi qanunla müəyyənləşdirildiyi üçün bu cür aktla yox, onun ünvanına göndərilmiş məktub və poçt qəbzi ilə sübut oluna bilər. Eynilə bu işdə olduğu kimi. Lakin cavabdeh tərəfindən bu cür məktub, poçt qəbzi və digər analoji sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Cəmalə Əsgərovanın iddiası üzrə qəbul edilmiş Nizami Rayon Məhkəməsinin 2(007)-498/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində işəgötürənin işçidən izahat tələb etməsi vəzifəsinin müvafiq aktlarla rəsmiləşdirilməsi barədə aşağıdakılar qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, həmin aktlar cavabdehin iddiaçıdan izahat verməsini təsdiq edən mötəbər sübutlar qismində qəbul edilə bilməz. Bu faktı təsdiq edən sübut qismində məsələn, məhkəməyə iddiaçıya ünvanlanmış ondan izahat tələb edilməsini təsdiq edən məzmunda məktub, poçt qəbzi əlavə edilə bilərdi”. Bugün məhkəmə praktikası bu istiqamətdə formalaşır ki, işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir və bu tələb ağlabatan, əsaslı şübhədən kənar və mötəbər sübutlarla sübut olunmalıdır. Cavabdeh Həmkarlar İttifaqı Komitəsindəki iclaslarına dəvət olunması üçün iddiaçıya telefonla “sms” bildirişlər göndərmişdir (sms bildirişlər əlavə edilir). Lakin yazılı izahat vermək üçün cavabdeh tərəfindən iddiaçıya belə bildirişlər göndərilməmiş, aktda da bu barədə hər hansı qeyd olunmamışdır. Bu da o deməkdir ki, cavabdeh iddiaçıdan yazılı izahat verilməsini tələb etməmişdir. Bir intizam pozuntusu məsələsinə bir dəfə baxılması - ünvan 5bin direktoru Nümayəndə2 tərəfindən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə üç dəfə 29 sentyabr 2023-cü il tarixli, 595 nömrəli, 11 oktyabr 2023-cü il tarixli, 601 nömrəli təqdimatı və 07 dekabr 2023-cü il tarixli, 630 nömrəli təqdimat ilə müraciət edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hər üç təqdimatda da bugün iddiaçının əmək müqaviləsin xitam verən əmrin verilməsinə əsas və əmrdə qeyd olunan intizam pozuntularının hamısı (digər müəllimləri təhqir etmə və onlarla kobud davranma, audio-video çəkiliş etmə və rüşvət alma) ətraflı qeyd olunmuşdur. Məhz bu iddia olunan pozuntular 06 noyabr 2023-cü il tarixində cavabdehin tabeliyində fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirəyə çıxarılmış və təqdimat əsassız olduğundan təmin edilməmiş, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yazılı razılıq verilməmişdir. Cavabdeh 07 dekabr 2023-cü il tarixli təqdimatda digər nöqsanların olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, əvvəla əmrdə bu barədə hər hansı bir qeyd olunmamış, iddiaçının əmək müqaviləsinə məhz üçüncü təqdimatda qeyd olunan digər nöqsanlara görə xitam verildiyi bildirilməmiş və əsaslandırılmamışdır, əksinə əmrdə xitam üçün əsas olan intizam pozuntularının məhz birinci və ikinci təqdimatda qeyd olunan və Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməyən pozuntular olduğu qeyd olunmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi etirazında da əsaslandırmamışdır ki, qeyd etdiyi digər nöqsanlar nədir, nədən ibarətdir və nəyə görə bu cür digər nöqsanlara görə məhz işdən çıxarılma tənbehi verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, əmrin verilməsinə əsas olan və Həmkarlar İttifaqı Komitəsinə ünvanlanan təqdimat 14 dekabr 2023-cü il tarixində Həmkarlar İttifaqında müzakirə olunsa da, maraqlıdır ki, həmin təqdimatın tarixi 20 dekabr 2023-cü il tarixidir. Belə ki, cavabdehin iddiaçı xx.xx.2023 tarixdə teleqramla cavabdeh BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin iclasına çağrılanda hansı məqsədlə çağrılmasından məlumatsız olmuşdur. İclas zamanı iddiaçıya bildirilmişdir ki, cavabdeh BŞTİ-nin müdiri Nümayəndə1 onun barəsində təqdimat vermişdir. Sonradan vəkil sorğusu ilə həmin təqdimat tələb edilərək əldə edildikdən sonra iddiaçı tərəfinə məlum olmuşdur ki, bu təqdimatın verildiyi tarix rəsmi olaraq xx.xx.2023-cü ildir. Belə olan təqdirdə sual yaranır ki, cavabdeh BŞTİ-nin HİK təşkilatı 14 dekabr 2023-cü il tarixindəki iclasda hansı təqdimata baxılıb? Belə çıxır ki, HİK təşkilatı şifahi şəkildə deyilmiş (tapşırılmış) fikrə münasibət bildirib ki, bu da əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə olan təqdirdə HİK təşkilatının İddiaçı işdən çıxarılması ilə əlaqədar verdiyi rəy hüquqi qüvvəsi olmayan rəy hesab olunmalıdır. Bu səbəbdən də cavabdeh BŞTİ-nin İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barəsindəki əmri qanunsuz əmr sayılmaqla ləğv edilməlidir. Belə olduğu təqdirdəcavabdehin nümayəndəsinin etirazı həmin hissədə də qanunsuz və əsassızdır. Korrupsiya hüquq pozmalarına dair tələblərin pozulması - Etirazda cavabdeh sadəcə iddiaçı şəxsin yuxarı vəzifəli şəxsə və ya ixtisaslaşmış orqana müraciət etmək hüququnu xatırladır, lakin iddiaçı tərəfin dəlili iddiaçının yuxarı vəzifəli şəxsə və ya ixtisaslaşmış orqana müraciət etmək hüququ ilə bağlı deyil. Onsuz da iddiaçı Nümayəndə2 və digər müavinlərin qanunsuz əməlləri barəsində cavabdeh Bakı Şəhər Təhsil İdarəsinə yazılı məlumatlar vermişdir, lakin idarə tərəfindən hər hansı araşdırma aparılmamışdır. İddiaçının dəlili ünvan 5b və cavabdeh təşkilat tərəfindən korrupsiya qanunvericiliyinin pozulması, müvafiq struktur bölmənin yaradılmaması, korrupsiya barədə məlumat verdiyinə görə məktəb daxilində təzyiqə məruz qalmasıdır. Bundan başqa cavabdeh qeyd edir ki, hüquq mühafizə orqanına cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müraciət edilmişdir. Lakin iş materialları ilə tam sübut olunur ki, hüquq mühafizə orqanına (AR Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) müraciət cavabdeh tərəfindən yox, iddiaçı tərəfindən edilmiş və məhz iddiaçının müraciəti əsasında cinayət işi başlanılmışdır. Bununla bağlı sübut məhkəməyə təqdim edilmişdir. Bu hissədə də göründüyü kimi cavabdehin etirazı yanlış olmaqla əsassızdır. Həmçinin, cavabdehin nümayəndəsi AR Əmək Məcəlləsinin 187.4-cü maddəsi ilə bağlı dəlilimizə heç bir münasibət bildirməmişdir. Həmin dəlil ondan ibarətdir ki, cavabdeh təşkilat tərtib etdiyi əmrdə AR Əmək Məcəlləsinin 187.4-cü maddəsinin tələblərinə tabe olaraq iddiaçı barəsində qaldırılan ittihamların və verilən intizam tənbehinin onun korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı hüquq-mühafizə orqanlarına verdiyi məlumatlarla hər hansı aidiyyətinin olmadığını əsaslandırmamış, əksinə məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılmasının real səbəbi onun korrupsiya barədə hüquq mühafizə orqanlarına məlumat verməsidir. Bu da birbaşa AR Əmək Məcəlləsinin 187.4-cü maddəsinin tələblərinin pozulmasıdır. Cavabdeh bu hissədə də hər hansı ağlabatan etiraz irəli sürməmişdir. İntizam tənbehinin verilməsi barədə əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətin ötürülməsi barədə - ünvan 5bin direktoru Nümayəndə2 tərəfindən 2 (iki) dəfə - 18 sentyabr 2023-cü il tarixli 590 nömrəli təqdimatla və 29 sentyabr 2023-cü il tarixli 595 nömrəli təqdimatla cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş və iddiaçının iddia olunan pozuntularını cavabdehin diqqətinə çatdırmışdır. İddiaçının iddia olunan pozuntuları 18 sentyabr 2023-cü il tarixindən etibarən cavabdehə məlum olmasına və aşkar edilməsinə baxmayaraq cavabdeh intizam tənbehini qanunvericiliklə nəzərdə tutulmuş 1 (bir) ay müddətində yox, tam 3 (üç) ay sonra tətbiq etmiş, bununla da AR Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu fakt AR ƏƏSMN yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar və müvafiq müşayiətedici məktubu ilə də tam təsdiq və sübut olunur. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, məhkəməyə şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunanları nəzər alınmaqla, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərtib etdiyi “iddia ərizəsinə dair etiraz”ın təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Em və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və üçüncü şəxs ünvan 5bə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə ödənişin ödənilməsi və digər tələblərinə”dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

11. İddiaçı nümayəndəsi Nümayəndə3 cavabdehin etiraz ərizəsinin əsassız hesab edilməsi barədə ərizəsində qeyd edilmişdir ki, 201 nömrəli tam orta məktəbin qanuni təmsilçisi və direktoru Nümayəndə2 tərəfindən Təhsil Qanununun, Nazirlər Kabinetinin müəssisələrdə əsas fondların silinməsi qaydalarının, təhsilə aid qərar və normativ aktların, Maliyyə Nazirliyinin inventarizasiya aparılması təlimatının tələblərinin kobud şəkildə pozulması nəticəsində külli məbləğdə büdcə vəsaitinin qanunsuz talanması, mənimsənilməsi barəsində xx.xx.2023-cü il tarixində İddiaçı müxtəlif orqan və təşkilatlara ərizə ilə müraciət etmişdir. Bundan hiddətlənən Nümayəndə2 məzuniyyətdən qayıdan kimi xx.xx.2023-cü il tarixdə onun korrupsiya əməlləri barəsində prokurorluğa şikayət etmiş Əsgərova Cəmalə, Hüseynova Rasimə və İddiaçı ötən tədris ilindəki fəaliyyətlərini “araşdırmaq” üçün özünün vəzifə səlahiyyətlərini aşan əmr verərək bu sahədə heç bir bilik, bacarıq və təcrübəsi olmayan texniki işçi, ibtidai sinif və fiziki tərbiyə müəllimlərindən ibarət “komissiya” yaratmışdır. Afat Əliyeva, həmin səlahiyyətsiz komissiyasının onların “yarıtmaz iş fəaliyyətləri” haqqındakı rəyinə əsasən, xx.xx.2023-cü il tarixdə keçirilmiş pedaqoji şuranın iclasında İddiaçı və Hüseynova Rasiməyə sonuncu xəbərdarlıqla şiddətli töhmət, Əsgərova Cəmaləyə isə töhmət elan etmişdir. Əmək Məcəlləsinin 188-ci maddəsinə əsasən direktorun onunla əmək müqaviləsi bağlamadığı və onun “işəgötürən”i olmadığı üçün İddiaçı barəsində intizam tənbeh tədbiri görmək səlahiyyəti olmadığına görə elan etdiyi əmrin heç bir hüquqi əsası yoxdur. Lakin Nümayəndə2 hüquqi cəhətdən savadsız olması qanunun pozulmasına səbəb kimi qəbul edilə bilməz. O, bir direktor kimi Əmək Məcəlləsini əzbər bildiyi halda bu qanunsuz əmri elan etməklə ondan asılı olan kollektivinin gözünü qorxutmaq, İddiaçı nüfuzdan salmaq məqsədini güdmüşdür. İddiaçı 201 saylı məktəbdə 29 illik pedaqoji fəaliyyətində əmək və təhsil qanunvericiliyinin tələblərini bir dəfə də olsun pozmadığı halda, məktəbin direktorunun əsassız və qanunsuz olaraq İddiaçı barəsində intizam tənbehi verməsi haqqında əmr verməsini elan etməsinin adı qərəzçilik, vəzifəsindən sui-istifadə etmək, işçinin təqib edilməsi, ƏM-nin 187.4-cü maddəsinin tələblərinin pozulması deməkdir. Nümayəndə2 diqqətləri məktəbdə özünün və yaxın ətrafının yol verdikləri korrupsiya hüquqpozmalarından yayındırmaq məqsədilə İddiaçı barəsində uydurma, böhtan və təhqir xarakterli məlumatlardan ibarət məktublarla müxtəlif dövlət orqanlarına, təşkilatlara müraciətlər etmiş və etməkdədir. xx.xx.2023-cü il tarixdə BŞTİ-nin müdiri Nümayəndə1, xx.xx.2023 tarixdə Baş Prokurora, xx.xx.2023 tarixdə məktəb üzrə X17 ünvanladığı müraciətlər buna sübutdur. Həmin müraciətlərdə “Cəmalə Əsgərova, Rasimə Hüseynova və İddiaçı birləşərək məktəb rəhbərliyi haqqında saxta məlumatlar, “kompromat” hazırlayaraq böhtan dolu şikayət məktubları ilə hüquq-mühafizə orqanlarına və rəsmi qurumlara müraciət etmişlər, sosial şəbəkələrdə məktəbin nüfuzuna xələl gətirən paylaşıblar edirlər”. “İddiaçı şəxsi mənafeyini məktəbin mənafeyindən üstün tutaraq məktəbdə çaxnaşma yaradır, bir neçə aydır ki, şər böhtandan ibarət şikayətlərlə dövlət qurumları qarşısında məktəbin rəhbər heyətini gözsən salmağa çalışır”, İddiaçı vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə sosial şəbəkələrdə məktəb rəhbərliyi əleyhinə məlumatlar paylaşmaqda davam edir”, məktəbin təhlükəsizliyinə müdaxilə etmək cəhdləri olmuş, kollektivə zərər vurmağa çalışmış, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən məlumatları paylaşmaqla şəxsi və işgüzar nüfuzlarına ziyan vurmuş”, ”xx.xx.2023 tarixdə məktəbin əhatəsindəki küçələrdə məktəb direktoru kimi nüfuzunu, şəxsiyyətini, şərəf və ləyaqətini ləkələyən, barəsində çox iyrənc, əxlaqsız məlumatın, fotolarının çap olunduğu kartoçkaları səpələtmişdir. Həmin tarixdən İddiaçı ilə BŞTİ-də əmək müqaviləsinə xitam verilməsi qərarı almış o, məktəbdən uzaqlaşdırılmışdır”. Halbuki, yalan və böhtan söyləməyi özünə peşə seçmiş Nümayəndə2 qeyd edilən uydurma, təhqir, yalanlardan ibarət və heç bir sübutla təsdiq edə bilmədiyi iyrənc böhtanlarını göndərdiyi tarixdə - xx.xx.2023-cü il tarixdə İddiaçı məktəbdə öz vəzifəsində işləyirdi. Nümayəndə2 yaydığı yalan və böhtan xarakterli məlumatlar məktəb kollektivi arasında, BŞTİ-nin rəhbətliyində, Baş Prokurorluqda İddiaçı haqqında mənfi rəy yaratmış, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasında həlledici rol oynamış, fəal ictimai həyat tərzindən məhrum olmuş, şərəf, ləyaqət və işgüzar nüfuzu zədələnmiş, keçirdiyi mənəvi sarsıntı və iztirablar səbəbindən 2013-cü ildən tutulduğu şəkər və təzyiq xəstəliyi daha da şiddətlənmiş və dərman müalicəsinə tabe olamamaq səviyyəsinə yüksəlmiş, dəfələrlə “003” Təcili Yardım xidmətinə kömək üçün müraciət etmişdir. Nümayəndə2 yuxarı təşkilatlara ünvanlanmış ərizə və izahatlarında həmçinin xx.xx.2023, xx.xx.2023 tarixlərdə əmrlə yaratdığı komissiyalarının göstərişlə hazırlanan rəylərində İddiaçı 2022-2023 tədris ilində şagirdlərlə kobud davranması, onlara fiziki güc tətbiq etməsi və s. göstərilmiş, nöqsanların ümumiləşdirildiyi hissə kifayət qədər əsaslandırılmamış, İddiaçı tərəfindən konkret hansı pozuntuya və ya pozuntulara yol verməsi göstərilməmiş, sübutlar əlavə edilməmiş, ümumi şəkildə direktor müavinininin vəzifələri sadalanmışdır. 201 nömrəli orta məktəbin hər sahəsi (yalnız sanitar qovşaqlarından savayı) “SOKAR” şirkəti tərəfindən əvəzsiz olaraq 2018-ci ildə ən müasir video çəkiliş və səs qeydləri aparan dəyəri 100 min manatdan çox olan təhlükəsizlik kamera sistemləri ilə təchiz olunmuşdur. Maraqlı və həm də gülüncdür ki, məktəbdə milçəyi qeyd edən bu sistemdə İddiaçı Afaq tərəfindən uydurulmuş “qanunsuz həərkətlərinin”səs və video görüntüləri qeyd olunmamışdır. Bu fakt da sübut edir ki, İddiaçı barəsində qondarma ərizələrdə və əsasən eyni şəxslərin iştirakı ilə sonradan tərtib edilmiş aktlarda göstərilənlər böhtandırlar. 2018-ci ildə jurnalist işləyən bir valideyn kimlərinsə təhriki ilə qız övladının İddiaçı tərəfindən fiziki təzyiqlərə, söyüşlərə məruz qalması barəsində Təhsil Nazirliyinə şikayət etmişdi. Mütəxəssislərin köməyi ilə göstərilən tarixdə hadisənin baş verdiyi sinifdə kamera görüntülərinə baxış keçirilərkən İddiaçı həmin qıza fiziki təzyiq etmədiyini, əksinə onunla mehriban danışaraq başa saldığının şahidi olmuşlar. Həmin valideyn isə məcbur qalaraq İddiaçı üzr istəmişdir. Nümayəndə2 əlində İddiaçı qanuna zidd hərəkətləri barəsində bir dənə də olsa video və səs qeydləri yoxdur. 2023-cü ilin sentyabr ayında İddiaçı əmək fəaliyyəti barəsində səlahiyyətsiz komissiyanın qərəzli rəyinin məqsədli şəkildə İddiaçı ləkələmək üçün hazırladığını təsdiq edir. Rəydə ümumi şəkildə göstərilən pozuntuların konkret nədən ibarət olduqları müəyyən deyil və sübutlarla təsdiq olunmur. Əmək funksiyasının icrasının pozulması və yol verildiyi iddia edilən vəzifələr, nöqsanlar dərs ili başa çatmamış müəyyən edilməli olan pozuntulardır. İddiaçı barəsində araşdırma aparılmasının başlanması üçün əsas olan hallardan biri onun beş quruma, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etməsi olmuşdur. Əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya hüquqpozmaları ilə bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. İddiaçı barəsində tərtib olunmuş aktlar və xidməti məlumatlar, mənşəyi bilinməyən ərizələr onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsini, eləcə də hüquq pozuntuları nəticəsində məktəbin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsində əmrdə göstərilmiş iki növ pozuntudan bəhs edilsə də, ikinci təqdimat üzrə birinci təqdimata baxıldıqdan sonrakı tarixdə iddiaçı tərəfindən yol verilən bir sıra digər nöqsanlar və vəzifə öhdəliklərinin pozulmasına dair məsələlər xidməti yoxlama və müvafiq araşdırmalar edilməklə öz təsdiqini tapmışdır. Lakin verilmiş etirazda aşkar edilmiş nöqsan və pozuntuların nədən ibarət olması, həmin nöqsanların Əmək Məcəlləsinin 71 və 72-ci maddələrinin tələblərini təmin etməyə kifayət etməsi və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə zərurət yaratmasını sübut edə bilməmişdir. Həmçinin bu yoxlamaların aparılıb-aparılmamasından İddiaçı xəbəri olmamış və onun iştirakı təmin edilməmişdir. Konkret olaraq hansı siniflərin jurnallarında hansı nöqsanlara yol verildiyi pozuntuların nədən ibarət olması müəyyən edilməmiş, hər bir “pozuntu” barəsində İddiaçı izahatı alınmamışdır. Etirazda göstərilir ki, iddiaçı BŞTİ-yə dəvət olunmuş və fəaliyyətində yol verdiyi nöqsanlar barəsində izahat yazması təklif edilmiş olsa da o, bundan imtina etmiş, ona görə də müvafiq akt tərtib edilmişdir. Lakin BŞTİnin nümayəndəsi göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu akt iddiaçıdan izahat verməsini tələb edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, akta iddiaçının izahat verməsi üçün ona ünvanlanmış məktub, poçt qəbzi əlavə olunmamışdır. Yəni İddiaçı hansı formada teleqramla, bildirişlə, mesajla və s. üsulla dəvət edildiyi təsdiqini tapmır. Əksinə, İddiaçı yoxlama və izahat barədə heç bir məlumatı olmamışdır. Hətta xx.xx.2023 tarixdə teleqramla BŞTİ-nin X9nın iclasına çağırılanda da hansı məqsədlə çağırılmasından məlumatsız olmuşdur. İclas zamanı ona bildirilmişdir ki, BŞTİ-nin müdiri Nümayəndə1 onun barəsində təqdimat vermişdir. Sonradan vəkil sorğusu ilə həmin təqdimat tələb edilərək əldə edildikdən sonra ona məlum olmuşdur ki, bu təqdimatın imzalandığı və rəsmi qeydə alındığı tarix xx.xx.2023-cü ildir. BŞTİ-nin təqdimatına ən geci xx.xx.2023-cü il tarixədək baxıla bilərdi. BŞTİ-nin HİK təşkilatında bu təqdimatla əlaqədar iclas keçirilmədiyi üçün həmin təqdimat artıq heç bir hüquqi əhəmiyyət daşımır. Ancaq onda belə sual yaranır ki, BŞTİ-nin HİK təşkilatı 14 dekabrda hansı təqdimata baxıb? Belə çıxır ki, HİK təşkilatı xx.xx.2023-cü il tarixli iclasda baxdığı təqdimata ikinci dəfə baxmışdır ki, bu da əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə olan təqdirdə HİK təşkilatının İddiaçı işdən çıxarılması ilə əlaqədar verdiyi rəy hüquqi qüvvəsi olmayan rəy hesab olunmalıdır. Bu səbəbdən də BŞTİ-nin İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barəsindəki əmri qanunsuz əmr sayılmaqla ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli təqdimatında Nümayəndə1 20 sentyabrda BŞTİ-nin daxili nəzarət sektorunun məktəbdə aşkar etdiyi və birinci təqdimatda əks olunaraq xx.xx.2023 tarixli HİK təşkilatının iclasında müzakirə olunmuş nöqsanların təkrar müzakirə olunması məqsədilə təqdimatda göstərilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, həm də qeyd olunmalıdır ki, bu nöqsanlar İddiaçı əmək funksiyalarına, vəzifə öhdəliklərinə aid olmayan nöqsanlardır ki, Nümayəndə1 və Nümayəndə2 onları qəsdən İddiaçı vəzifə öhdəliklərinə aid etməklə qanunsuzluğa yol vermiş, onun bacarıqsızlığı haqqında mənfi rəy formalaşdırmışlar: 1. 2022/2023 tədris ili üzrə 5b sinif jurnalına baxış keçirilərkən sinif jurnalının “qiymətləndirmələr” səhifələrində şagird Aytən Allahverdiyevanın fənlər üzrə summativ qiymətləndirmələrinin nəticələri qeyd edildiyi halda, “şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” səhifəsində şagirdin adı qarşısında topladığı bal və aldığı qiymətlər barəsində heç bir qeyd aparılmamışdır. Müvafiq nöqsan barədə sinif jurnalının aparılmasına dair qeydlər səhifəsində qeyd yazılmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, “Sinif jurnalının yazılması ilə bağlı Təlimat”ın 14-cü maddəsində müəyyən edilmişdir ki, direktor və təlim-tərbityə işləri üzrə direktor müavini dərs ili ərzində davamlı surətdə jurnalın aparılması vəziyyətini yoxlayır və nəticəsindən asılı olaraq tövsiyə və təkliflərini “sinif jurnalının aparılmasına dair qeydlər” səhifəsində qeyd edir. Buradan haqlı sual yaranır ki, əgər İddiaçı 5b sinif jurnalına nəzarət etməmiş və müvafiq qeydlər aparılmamışsa, bəs direktor nə üçün bu qeydləri aparmamışdır? Halbuki, həmin jurnalın arxasında İddiaçı imzası ilə təsdiq etdiyi müvafiq qeydləri vardır. Nümayəndə2 və Nümayəndə1 yenə də İddiaçı böhtan atmışlar. Nizami Rayon Məhkəməsinin (hakim Sitarə Əliyeva) qətnaməsinin 98-ci bəndində də qeyd olunmuşdur ki, Aytən Allahverdiyeva haqlı olaraq fənlər üzrə qiymətləndirilməmiş, Nümayəndə2 iddia etdiyi kimi sinif rəhbəri tərəfindən bilərəkdən və qəsdən deyil, qanuni şəkildə sinifdə saxlanmışdır. Bununla əlaqədar İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. 2. 2022/2023 tədris ili üzrə 5b sinif jurnalına baxış keçirilərkən şagird Cabir Sadiqovun xx.xx.2022-ci il tarixli 508B nömrəli əmrə əsasən şagird kontingentindən çıxarıldığı halda xx.xx.2022-ci il tarixdə informatika fənni üzrə KSQ-2 qiyməti ilə sinif jurnalında qeyd edilmişdir. Həmin sinifdə informatika fənnini Səbinə Hüseynova tədris etmişdir. Bu pozuntu barəsində yoxlama aparan BŞTİ-nin daxili nəzarət sektoru ondan izahat da almışdır. Sinif jurnalında informatika fənn müəllimi İddiaçı kimi göstərilmişdir. Bundan istifadə edərək bu nöqsanı saxtakarlıqla İddiaçı ayağına yazan daxili nəzarət sektorunun əməkdaşları və Nümayəndə1 heç bir vicdan əzabı çəkmədən İddiaçı böhtan ataraq onu ləkələməyə cəhd etmişlər. 3. Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2021-ci ildən müvafiq qeydlər aparılmamışdır. Vəzifə bölgüsünə əsasən attestatların uçotu və verilməsi ilə İddiaçı heç bir əlaqəsi olmamışdır. Məktəbdə bu sahəyə cavabdeh şəxslər direktor müavinləri Nəriman Vəliyev və Elnurə Ramazanovadır. Buna baxmayaraq Nümayəndə2 və Nümayəndə1 həqiqəti bildikləri halda yenə də İddiaçı böhtan atmaqdan çəkinməmişlər. 4. Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2022-ci ildən sonra müvafiq qeydlər aparılmamışdır. Həmin tədris ili üzrə ümumi orta təhsil haqqında attestat almış şagirdlərin adları qarşısında onlara verilmiş attestatların seriya və nömrələri qeyd edilməmişdir. Yenə də məhkəmənin nəzərinə çatdırılır ki, bu sahəyə Nəriman Vəliyev və Elnurə Ramazanova cavabdehdirlər. Həqiqəti bilmələrinə rəğmən Nümayəndə2 və Nümayəndə1 yenə də İddiaçı böhtan atırlar. 5. 2022/2023 tədris ili üzrə 9c sinif jurnalına baxış keçirilərkən şagird Aysu Abbaslının sinif jurnalının “qiymətləndirmələr” və “şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” səhifələrindəki bal və qiymətlər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Direktor müavinləri üzrə təqdiq olunmuş vəzifə bölgüsünə əsasən 8-11-ci siniflərin təlim-tədrisinə və jurnalların aparılmasına nəzarət Nəriman Vəliyevin səlahiyyətlərindədir. Nöqsanlar da təbii ki, ona aiddir. Bunu bildikləri halda Nümayəndə2 və Nümayəndə1 İddiaçı böhtan atırlar. 6. 2022/2023 tədris ili üzrə 11ç sinif jurnalının dərs cədvəlində “Nitq Mədəniyyəti” üzrə dərsdən kənar məşğələ qeyd edilməmişdir. “Nitq mədəniyyəti” üzrə xx.xx.2023-cü il tarixdən, “İqtisadiyyatın əsasları” üzrə isə xx.xx.0023-cü il tarixindən sonra sinif jurnalında qeydlər aparılmamışdır. Yenə də məhkəmənin nəzərinə çatdırılır ki, həmin sinfin təlim-tədrisinə, jurnallara nəzarət etmək Nəriman Vəliyevin səlahiyyətlərinə aiddir. Nümayəndə2 və Nümayəndə1 isə utanmadan İddiaçı böhtan atmaqdan çəkinməmişlər. Göründüyü kimi BŞTİ-nin müdiri İddiaçı qarşı qərəzli şəkildə davranaraq verdiyi təqdimatda da onun barəsində böhtan və yalan məlumatlar yaymış, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Həmçinin verilmiș etirazda göstərilmişdir ki, 1-ci və 2-ci təqdimat arasındakı dövr ərzində İddiaçı tərəfindən yeni intizam pozuntularına yol verilmişdir ki, həmin pozuntular 2-ci təqdimatda (20 dekabr 2023 tarixli) göstərilmişdir. Əvvəlki təqdimatlarına əlavə etdikləri yeni intizam xətaları aşağıdakılardır: 1.İddiaçı iș otağında onun çantasından açar dəsti və gördüyü işlərin hesabatları qeyd olunmuş yaddaş kartı oğurlandığı üçün 04 oktyabrda DİN-nin "102" xidmətinə zəng edib kömək istəmişdir. Nümayəndə2 çağırışa gələn polis işçcilərinin İddiaçı ilə görüşməsinə mane olmuş, onların təhlükəsizlik kameralarına baxmasına imkan verməmiş və rəsmi arayış vermişdir ki, məktəbdə oğurluq hadisəsi baş verməmişdir. Bu hadisədən bir müddət sonra 11R sinfinin rəhbəri Lalə Hüseynova ona müraciət etmişdir ki, sonuncu dəfə sinfin jurnalı fənn müəllimlərin bildirdiyinə görə sizdə olub və jurnalı ondan istəmişdir. İddiaçı bildirmişdir ki, o işdən evə gedərkən jurnal onun iş stolunun üzərində idi. Axtarışlar nəticə verməmiş, direktor isə sinif rəhbərindən yazılı izahat tələb etmiş və almışdır. İddiaçı başa düşmüşdür ki, jurnalın onun iş otağından itirilməsi direktor Nümayəndə2 ona qarşı növbəti oyunudur. Ona görə də DİN-nin "102" xidmətinə zəng edib jurnalın tapılmasında kömək istəmişdir. Bundan xəbər tutan Nümayəndə2 çağırışa gələn polis işçilərini qarşlayaraq İddiaçı ilə görüşmələrinə yol verməmiş, jurnalı onlara göstərərək tapıldığını bildirmiş, təhlükəsizlik kameralarına baxılaraq oğrunun tapılmasını əngəlləmişdir. Nümayəndə1 hər iki halda Nümayəndə2 nə üçün polislərin təhlükəsizlik kameralarına baxmasına yol vermədiyini aydınlaşdırmaq əvəzinə, təqdimatda göstərmişdir ki, guya İddiaçı pedaqoji mühiti gərgin vəziyyətdə saxlamaq üçün "102"-yə zəng etmişdir. Məqsədli şəkildə qəsdən törədilmiş hər iki oğurluq faktı üzrə "102" xidmətinə edilmiş zəngin bu hadisənin memarları olan Nümayəndə2 və Nümayəndə1 tərəfindən intizam xətası kimi qiymətləndirilməsi daha bir qanun pozuntusudur. 2. İddiaçı tərəfindən sinif jurnallarına lazımi nəzarət edilməmiş, azərbaycan bölməsi üzrə jurnallar tamamilə yoxlanmamış, rus bölməsi üzrə nöqsanlara yol verilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, jurnalı hansı tarixdə yoxladığını deyil, hansı dövrü yoxladığını göstərirsən, ola bilər ki, yoxlanılan dövrdə işdə olmamısan, yaxud xəstə olmusan. Ancaq sonrakı tarixdə jurnalın fənn müəllimləri tərəfindən aparılmasını yoxlamısan. Rus bölməsi üzrə bütün sinif jurnalları təlimata uyğun şəkildə yoxlanmış və müvafiq qeydlər aparılmışdır. Azərbaycan bölməsi üzrə sinif juranallarının yoxlanılmaması ilə əlaqədar bildirilir ki, İddiaçı onun şikayəti üzrə məktəbdə yoxlama aparan maliyyə işçisinin onun əməyinin qanunsuz istismar edilməsi barədə verdiyi məlumatdan sonra o, Nümayəndə2 əmrlə təsdiq etdiyi "Vəzifə bölgüsünə" poçt vasitəsi ilə etiraz göndərərək, onun qanunsuz əmrini icra etməkdən imtina etmişdir. İddiaçı özünün qanunsuz istismar edilməsinə qarşı etiraz etməsinin intizam xətası sayılması Nümayəndə1 daha bir qanunsuzluğudur. 3. Təqdimatda göstərilmişdir ki, guya İddiaçı Səadət Həsənova adlı bufetdə işləyən qadına məktəbə gələn polisi ona göstərərək qorxutduğuna görə həmin qadın intihara cəhd etmişdir. Əgər doğrudan da 05 oktyabrda intihara cəhd hadisəsi baş vermişdisə, nəyə görə bu "cinayət hadisəsi" barədə polisə məlumat verilməyib, gizlədilib, “Təcili yardım" çağırılmayıb. Halbuki, Nümayəndə2 İddiaçı əleyhinə olan faktları göydə axtarırdı. Məhkəmənin nəzərinə çatdırılır ki, polislər 04 oktyabrda "102" yə zənglə bağlı məktəbdə olmuşlar. Səadət isə guya 5 oktyabrda polisləri görüb qorxuya düşərək "intihara" cəhd edib. İddiaçı 4 oktyabrda gələn polisləri 5 oktyabrda Səadətə necə göstərə bilərdi? Əgər bu "hadisə" baş vermişdisə, nə üçün Nümayəndə2 BŞTİ-yə 11 oktyabrda göndərdiyi təqdimatda bundan bəhs etməmişdi, üzərindən iki ay keçdikdən sonra "yadına düşmüşdü". Məhz bu "intihar" hadisəsi yalan olduğuna və sonradan quraşdırıldığına görə tarixlər də dəyişik salınmışdır, necə deyərlər yalanın yaddaşı olmur. 2020-2022-ci illərdə məktəbdə direktor əvəzi işləyən Nəriman Vəliyev və Rahilə Məmmədova yaxın qohumunu-bacısı Əsli Bayramovanı kağız üzərindən işə götürmüş, qanunsuz olaraq dövlətin beş min manatını mənimsəmişlər. İddiaçı şikayətindən sonra cinayət işi başlanılmış, fakt sübut olunmuşdur. Əsli Bayramova 2022-ci ilin yanvar ayında işdən "çıxarılmış", Səadət isə 2022-ci ilin sentyabr ayından işə qəbul edilmişdir. Təbii ki, onlar bir-birlərini iş zamanı görə bilməzdilər. Ancaq istintaq orqanına Nümayəndə2 tərəfindən təqdim edilmiş xadimələrin imza etdikləri aktda təsdiq olunur ki, Əsli Bayramova müntəzəm olaraq işə gəlmişdir. Səadət də bunu aktda təsdiq edənlərdən biridir. İddiaçı bufetdə Elnarə və Səadətlə üçlükdə çay içərkən maraqlanmışdır ki, Əslini tanımadığın halda akta niyə yalandan imza etmisən? Qanun qarşısında yalan imzana görə cavab verəcəksən. Söhbətlərinin səs qeydləri İddiaçı mövcuddur. Nümayəndə1 Nümayəndə2 qondardığı "intihar" hadisəsini, əslində Səadət Hasənovanın cinayət faktını gizlətmək cəhdini araşdırmaq əvəzinə İddiaçı əmək funksiyasını yerinə yetirməməsini iddia etməsi onun daha bir qanunsuzluğudur. Cavabdehin nümayəndəsi verdiyi etirazda yuxarıdakı faktların gizlədildiyi, məhkəməni yanıltmağa cəhd göstərildiyi, etirazın əsaslandığı bu təqdimatdakı məlumatların yalan və böhtan xarakterli olduğu və etirazın da yalan məlumatlara istinad edilməsi səbəbindən həmin etiraz əsas kimi qəbul edilə bilməz. Ona görə də məhkəmədən xahiş edilir ki, BŞTİ-nin nümayəndəsinin verdiyi etiraz həqiqəti əks etditmədiyinə görə məhkəmənin gələcəyi nəticə zamanı onun əsassızlığı barədə mülahizələr nəzərə alınsın.

12. İddiaçı vəkili-nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş iddia tələbinin dəyişdirilməsi barədə sonuncu ərizədən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29- 59/3-1-1993K/2023 nömrəli əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, İddiaçı ünvan 5bdə direktor müavini vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya ödənilməmiş əmək haqqı qismində 76,741.44 AZN (yetmiş altı min yeddi yüz qırx bir manat qırx dörd qəpik), dəymiş mənəvi ziyan əvəzi olaraq 10 000,00 (on min) AZN, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 50,00 (əlli) AZN məbləğində, ümumilikdə, 86 791,44 AZN (səksən altı min yeddi yüz doxsan bir manat qırx dörd qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir.

a) Məhkəmə prosesi:

13. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, ona tam ştat müavin vəzifəsinin verilməli olduğunu bildirib, iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 onu və yoldaşını (iddiaçını) təhqir etdiyini, buna görə Nümayəndə2 məhkəməyə verdiklərini bildirib, iddianın təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəyişdirildiyini, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 çıxardığı müəllimlərin işə bərpa olunduqlarını, iddia müddətinin tətbiq edilməməli olduğunu bildirib, iddianın təmin edilməsini xahiş etdi.

16. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil3 iddiaçının 0.5 ştat işçi olduğunu, Nəriman müəllimin tam ştat olduğunu, iki müavin ştatının olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etdi.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 201 nömrəli tam orta məktəbin nümayəndəsi (direktor səlahiyyətlərini müvəqqəti icra edən) X12 hazırkı mübahisənin arşadırmasında iştirak etdiyini, müəllimlərin bir qrupunun iddiaçıya, digər qrupunun isə keçmiş direktor Nümayəndə2 “işlədiyini”, lakin onun bu mübahisələri aradan qaldırmağa çalışdığını, əvvəllər BŞTİ-də daxili nəzarət sektorunun əməkdaşı olduğunu, iddiaçının işə bərpa olunmasının ona mane olmadığını, hazırda təlim-tərbiyə üzrə direktor müavini ştatının 2 olduğunu, birinin tam, digərinin isə 0.5 ştat olduğunu, iddiaçının da 0.5 ştat müavin olduğunu bildirmişdir.

18. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəylərini, şahid ifadələrini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

19. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-1-1993K/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 19 dekabr 2023-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin X25 Komitəsinin xx.xx.2023cü il tarixli 101 nömrəli protokolundan çıxarış, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təqdimatı və müvafiq sənədlər olmuşdur.

20. Əmrdə qeyd edilmişdir ki, İddiaçı hərəkətlərinə hüquqi qiymət verilməsi barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətlərdə İddiaçı işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranması məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesini pozması və şagirdlərin keyfiyyətli tədris almalarına mane olması, İddiaçı tərəfindən “X14” Qaydalarına əməl olunmaması və qeyri-qanuni hərəkətləri barədə 14 və 19 sentyabr 2023-cü il tarixlərində pedaqoji kollektiv üzvlərinin iştirakı ilə Pedaqoji Şura iclasının keçirildiyi qeyd olunmuşdur. X24 əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul edilmişdir. Qeyd olunan məsələlərlə bağlı valideynlər tərəfindən məktəb rəhbərliyinə çoxsaylı şikayətlər də daxil olmuşdur. Əvvəlki tədris illərində sinif rəhbərliyi verilmiş müəllimlər araşdırma müddətində verdikləri izahatlarında təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib aldığını, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişdilər. Eyni zamanda, İddiaçı ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədilə pul tələb etdiyini, pul verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişdilər. Müəllimlər izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən onlara qarşı kobud rəftar etdiyini, təhqiredici ifadələr işlətdiyini, gizli şəkildə səslərinin yazıldığını, videoçəkiliş aparıldığını və bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulduğunu və bu halın tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini qeyd etmişlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətlərə əsasən Təhsil İdarəsi Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə araşdırma aparmışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru, məktəbin bir qrup müəllim və valideynləri araşdırma zamanı verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunanları təsdiq etmişdilər. İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirməməsi barədə izahat yazması tələb edildikdə o, bundan imtina etmişdir. İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirməməsi və bu barədə izahat yazmaması ilə bağlı müvafiq aktlar tərtib edilmişdir. Onun öz vəzifə funksiyalarını yerinə yetirməməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, İddiaçı öz əmək funksiyasını, öhdəliklərini və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.

21. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, 98 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdimatının təmin edilməməsi, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməməsi qərara alınmışdır.

22. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, 101 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

23. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 601 nömrəli məktubdan görünür ki, məktəbdə təlimtərbiyə işləri üzrə 0.5 stavka vahidi ilə direktor müavini işləyən və 18 saat dərs yükü ilə riyaziyyatinformatika fənnini tədris edən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri X25 Komitəsinin rəy verməsinə göstəriş verilməsi xahiş edilmişdir.

24. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Bakı şəhəri 201 saylı orta məktəbin vəzifəli şəxsləri barəsində fakta görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.

25. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən LGG vəkil bürosunun vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 5bin direktoru Nümayəndə2 “X14 qaydaları”nın tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə uyğun olaraq şifahi qaydada xəbərdarlıq edilmiş və gələcəkdə vəzifə funksiyalarını yerinə yetirməsində nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.

26. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən 2023-cü ildə imzalanmış Fəxri Fərmandan görünür ki, məktəbin direktor müavini İddiaçı 60 illik yubiley münasibəti ilə təltif olunmuşdur.

27. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən 2022-ci ildə imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı məktəbin ictimai və tədris həyatında çalışqanlıq nümayiş etdirdiklərinə görə təltif olunmuşdur.

28. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin “2023/2024-cü dərs ilində məktəb rəhbərləri arasında iş bölgüsünün aşağıdakı kimi aparılması” haqqında xx.xx.2023-cü il tarixli 672 №-li əmrdən çıxarışdan görünür ki, təlim-tərbiyə işləri üzrə direktor müavininə 0.5 st hesabı ilə rus bölməsinin İ-Xİ siniflərdə oxuyan 329 nəfər, şagirdin təlim-tərbiyəsi, fənlərin tədrisinə nəzarət, Azərbaycan bölməsində x/dili, riyaziyyat və tarix fənlərinin tədrisinə, tədrisin təşkili, V-Vİİ siniflərin jurnalların aparılması, metodiki işlərin təşkili, gənc müəllimlərlə iş, şagird biliyinin düzgün qiymətləndirilməsi, icbari təhsilin həyata keçirilməsi, dərsə davamiyyət, şagirdlərin xarici görünüşlərinə nəzarət, fakultativ məşğələlərin təşkilinə nəzarət işi, Məktəbin fəaliyyət planından irəli gələn məsələlər, müvafiq sahədə monitorinq və qiymətləndirilmələrin aparılması, təhlil və analizi hesabatı, hesabatlığın təmin olunması, pedaqoji heyətin peşəkar inkişafının dəstəklənməsi, müəllimlərin tədqiqata yönəldilməsi həvalə edilmişdir.

29. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin “2017/2018-ci dərs ilində məktəb rəhbərləri arasında iş bölgüsünün aşağıdakı kimi aparılması” haqqında xx.xx.2017-cü il tarixli 234 №-li əmrdən çıxarışdan görünür ki, təlim-tərbiyə işləri üzrə direktor müavininə 0.5 st hesabı ilə rus bölməsinin İ-Xİ siniflərdə oxuyan 410 nəfər, şagirdin təlim-tərbiyəsi işi, fənlərin tədrisinə nəzarət, Azərbaycan bölməsinin V-Vİİ siniflərində fənlərin tədrisinin təşkili, jurnalların aparılmasına, metodiki işlərin təşkili Gənc müəllimlərlə iş, V-Xİ siniflərdə riyaziyyat, x/dil və tarix fənlərinin tədrisinə nəzarət işləri, şagird biliyinin düzgün qiymətləndirilməsi, icbari təhsilin həyata keçirilməsi, dərsə davamiyyət, şagirdlərin xarici görünürşlərinə nəzarət, fakultativ məşğələlərin təşkilinə nəzarət işi həvalə edilmişdir.

30. Bakı 9 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00016 nömrəli arayışından görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.

31. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən - Bakı Şəhəri üzrə Təhsil İdarəsi, işçi - İddiaçı, iş yeri və vəzifəsi – Bakı şəhəri 201 nömrəli tam orta məktəb, təlim-tərbiyə işləri üzrə direktor müavini, əmək haqqı – 1073.50, işə başlama tarixi – xx.xx.1995 qeyd edilmişdir.

32. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-29-59/2-4456/2023 nömrəli məktubdan görünür ki, əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş edilmişdir.

33. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq 14 və 19 sentyabr 2023-cü il tarixində vətəndaşın yol verdiyi nöqsanlara əsaslanaraq əmək qanunvericiliyinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Nəticədə Nümayəndə1 tərəfindən AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də 1700 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır.

34. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 630 nömrəli təqdimatdan görünür ki, təhsilə və məktəbə hər gün daha artıq zərər vuran İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə məsələyə son qoyulmasında dəstək olunması xahiş edilmişdir.

35. İddiaçı tərəfindən Nəsimi rayon prokuroruna göndərilmiş xx.xx.2023-cü il tarixli şikayətdən görünür ki, Nümayəndə1 ona qarşı qərəzli hərəkətlərinə və 150 min manata yaxın büdcə vəsaitinin talanması faktını gizlətməsinə hüquqi qiymət verməklə, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 313 və 314-cü maddələri ilə cinayət işi qaldırılmasını xahiş etmişdir.

36. İddiaçı vəkili tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli yazılı etirazdan görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoruNümayəndə2 tərəfindən İddiaçı barəsində onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilmiş təqdimatın qərəzli və əsassız olduğu üçün təmin edilməməsi xahiş edilmişdir.

37. İddiaçı tərəfindən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoruna ünvanlanmış vəzifə bölgüsü qərarına xx.xx.2023-cü il tarixli etirazdan görünür ki, onun direktor müavini kimi aldığı əmək haqqı 0.5 stavka ilə 11 sinif üzrə Təhsil Qanununda təsdiq olunmuş yerinə yetirdiyi əmək funksiyalarına tam uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. Bu vəzifələrdən artıq əlavə vəzifələrin ondan məcburi qaydada tələb edilməsi və əmrləşdirilməsi onun Konstitusiya ilə təsbit edilmiş insan azadlıqlarının və hüquqlarının pozulmasıdır. Ona görə də vəzifə bölgüsü barədə verilən əmri qanunsuz sayır və ləğv edilməsini tələb edir, əks halda qanunauyğun olaraq rəsmi qaydada mübahisələndirəcəkdir.

38. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli Pedaqoji Şurasının qərarından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 2 həftəlik bülletendən geri qayıdan kimi öz irənc əməlinə: foto, video çəkilişinə, təhdidlərinə yenidən davam etməsi normal iş rejimi tələb edən müəllimlərin ciddi narahatlığına və psixoloji sarsıntı keçirmələrinə səbəb olmuşdur. Oktyabr ayı ərzində 2 dəfə BŞTİ-nin Həmkarlar Komitəsinin sədri Turxan Quliyevin qəbulunda olan müəllimlər ümidlə onun barəsində xitam əmri gözlədikləri halda həmin gün BŞTİnin Həmkarlar Komitəsinin iclasında İddiaçı bəraət qazandırılması, vəkili ilə saxtalaşdırılmış “sənəd”lərlə haqlı çıxarılması, məktəbin direktorunun iclasa çağırılmaması bu müzakirəyə gedən 20 nəfərdən yalnız 3 nəfərin qəbul olunması pedaqoji heyətdə ciddi depressiv vəziyyət və aqressiya, hiddət yaratmışdır. Bu azmış kimi, İddiaçı və dəstəsinin bir neçə saat sonra müəllimləri növbəti dəfə sosial şəbəkələr vasitəsilə təqir etməsi pis rezonansa səbəb olmuşdur. Özlərini BŞTİnin Həmkarlar təşkilatının komitəsi tərəfindən təhqir olunmuş hiss edən müəllimlərdə inamsızlıq hiddət və aqressiya pik həddə çatmış, emosiyalarını cilovlaya bilməyən müəllimlər kütləvi olaraq 7 noyabr 2023-cü il tarixdə Prezident Aparatına, Baş Prokurorluq yanında Korrupsiya Mübarizə İdarəsinə etiraz və şikayət bildirmək üçün İİ dərs məktəbin həyətinə toplaşmışlar. Aparılmış müzakirələr səmərəli olmamış, yalnız müəllimlərin tabeliyində olduğu Elm və Təhsil Nazirliyinə getmələrinə nail olmuşdur. Nazirlikdə Daxili Xidmət Nəzarət Şöbəsinə şikayətlərini bildirən müəllimlər məktəbə dönmüş və növbəti dərslərinə, “Zəfər Günü” mövzusunda tədbirlərlə davam etmişlər. Müəllimlərin emosional-psixoloji gərginliyi nəzərə alınsa da əmək funksiyalarını icra etmədikləri üçün yazılı izahatları alınsın və Pedaqoji Şura tərəfindən müəllimlərə xəbərdarlıq olunsun. Nazirliyə gedənlərdən 38 müəllimin 2 dərs buraxdığı, digərlərinin dərsinin olmadığı müəyyənləşdirilmiş və dərs buraxan müəllimlərin əmək haqqından tutulmalar üçün (2 saat) mühasibatlığa təqdimat olunsun.

39. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən 201 nömrəli tam orta məktəbdə 0.5 ştat Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2022-2023-cü tədris ilində 18 saat dərs yükü ilə təmin edilmiş və 18 saatın əmək haqqısı 714.00 manat (fevral 2023-cü il tarixdə əmək haqqı artımı olduğu üçün 18 saat 785.00 manat) təşkil etmişdir. 2023-2024-cü tədris ilində 12 saat dərs yükü ilə təmin edilmiş və 12 saatın əmək haqqısı 523.33 manat təşkil etmişdir. Dekabr 2023-cü il tarixdə işdən azad edilmişdir.

40. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 590 nömrəli məktubundan görünür ki, məktubda qeyd olunan “pedaqoq”ların təhsil işçisinə yaraşmayan və təşkilatlanmış şəkildə məktəbə qarşı həyata keçirdikləri əməllərinə hüquqi qiymət verilməsi və məktəbdəki işgüzar ab-havanı bərpa etməyə, sağlam, təhlükəsiz mühiti qorumağa köməklik göstərilməsi xahiş edilmişdir.

41. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 595 nömrəli məktubdan görünür ki, məktəbdə təlimtərbiyə işləri üzrə 0.5 stavka vahidi ilə direktor müavini işləyən və 18 saat dərs yükü ilə riyaziyyatinformatika fənnini tədris edən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir.

42. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Nərı̇ man qızı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı bağlanmış əmək müqaviləsinin, işə qəbul edilməsi ilə bağlı (yer dəyişmə və s. əmrlərin) təsdiq edilmiş surətləri əmrin, əmək müqaviləsinə xitam verilməsinə əsas olan bütün sənədlərin (müəllimlərin və valideynlərin izahatları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə verilmiş təqdimatlar, Həmkarlar İttifaqı Komitəsinin iclas protokolu və s.), əmək kitabçasının, şəxsi işinin, vəzifə təlimatının, əmək-haqqı ödənişləri və son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin təqdim edilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhərı̇ üzrə Təhsı̇ l İdarəsi və Bakı şəhəri 201 nömrəli tam orta məktəbindən tələb edilməsi qərara alınmışdır.

43. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin X25 Komitəsinin sədri X5 tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə göndərilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, 39-cu tədris ilidir ki, 201 nömrəli məktəbdə işləyir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ona şər, böhtan atmaqla, onun haqqında qərəzli mövqe tutmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə haqqında həmişə facebookda paylaşım etmişdir. Guya o, Vİİ “R” sinif şagirdi X13 fənn müəllimlərinin yerinə qiymət yazmışdır. Nəcibov Məcid aprel ayının 27-dən məktəbə gəlmişdir. İlin sonu olduğu üçün müəllimlərdən icazə alıb, Məcidin İ yarımil və İİ yarımildə 2 K.S.Qnə baxaraq qiymət yazmışdır. Keçən ildən məktəbin elektron hesabat sisteminə keçmişdir. Hər müəllim öz səhifəsində hesabat aparırdı. Dərs ilinin sonu olduğu üçün və sinif rəhbəri olduğu üçün humanistlik edib, şagird yönümlülük prinsipini əsas tutaraq Məcidin qiymətlərini yazmışdır. Məktəbin direktor müavini İddiaçı isə bunu məqsədli olaraq şişirdərək hər yerdə yayır. Hətta Facebookda yazıb. İddiaçı məktəbə 1995-ci ildən gəlmişdir. O, məktəbə gələndən sonra hər dəfə müəllimləri təhqir edir, şantaj edir, üz-üzə qoyur, qorxudur, video-foto, səs yazmaları ilə müəllimləri stressdə saxlayır. Bir müəllim kimi, hətta təlim-tərbiyə işləri üzrə direktor müavini kimi heç bir nəfərə də olsun metodik köməklik və ya tövsiyə verməmişdir. Əksinə müəllimləri təhdid və təhqir edir, onları qorxudur, müəllimə yaraşmayan hərəkətlər edir. Şəxsən ona “tupoy”, rahilə Məmmədovaya “əyrimçə”, Saleh Məmmədova “get mal-qoyununla məşğul ol, çoban” deyib. xx.xx.2023-cü ildə məktəbin Pedaqoji Şurasında bütün bu məsələlər müzakirə olunmuşdur. Video-foto və səs yazmaları məktəbə qadağan edilmişdir. Buna baxmayaraq İddiaçı hər gün bir müəllim haqqında şər, böhtan, müəllimi ləkələmək üçün əlindən gələni edir. X15, 2-ci dəfə məktəbin direktoru Nümayəndə2 indi isə onu (Valeh Cəbrayılovu) sosial şəbəkədə (facebook) paylaşaraq məktəb haqqında böhtan və şərlə mənfi rəy formalaşdırmaq istəyir. Sinif rəhbərlərindən hər ilin sonunda 50 manat pul alır. Yalandan bəhanələr tapır, nöqsan tapır və onlardan izahat alır. İddiaçı pul vermədiyinə görə onu gözümçıxdıya salır. Bu kimi işlərdən, sanki İddiaçı həzz alır. O, məktəbə gələndən sonra hər il belə xoşagəlməz hadisələr baş verir. Əvvəlcə rəhbətlik Əkrəm müəllim direktor olduğu vaxtda belə hallar olmuşdu, sonra Süsən xanımın direktor olduğu vaxtda da məhkəmə çəkişmələri olmuşdur. İndi də Afaq xanımın işlədiyi müddətdə öz çirkin əməllərindən əl çəkmir. Məktəbdə çoxdan işlədiyi (39 il) üçün bunların şahididir. Hər gün bir müəllim haqqında şər, böhtan, yalan paylaşmaqla kollektivi qarışdırır, üz-üzə qoyur, tədris prosesinə mane olur. Məktəbin direktoru Afaq xanım məktəbdə olan vəziyyətlə bağlı müəllimlərin istəyi ilə növbədənkənar Pedaqoji Şura keçirdi (xx.xx.2023-cü il). Müəllimlər bir-bir olan faktları danışdı, İddiaçı bildirdilər. İddiaçı yenə də həmişəki kimi müəllimlərin danışıqlarını kəsirdi, danışanların hamısını susdurmaq istəyirdi, qışqırıb-bağırıb müəllimə yaraşmayan hərəkətlər edirdi. Etik davranış qaydalarını pozurdu. Əyləşən yerdə danışırdı, duraraq arxasını Pedaqoji Şuranın sədrinə çevirərək, zalda gəzə-gəzə müəllimləri təhqir edir, əl silkələyir, “məhkəmədə cavab verəcəksiniz” deyirdi. Həmin gündən sonra paylaşımlar bir-birini əvəz etdi. Bütün bunlara baxmayaraq Pedaqoji Şuranın keçirilməsi baş tutdu. Müəllimlər öz sözlərini, fikirlərini, təkliflərini verə bildilər. Məktəb direktoru İddiaçı diplom və sertifikatını tələb edəndə o, bildirdi ki, vermir, gedib tapsınlar. Hansı müəllimdən diplom və ya sertifikat tələb etdikdə, dərhal göstərməlidir. Diplomu məktəb direktoruna göstərmək o qədər çətindirmi? Görünür İddiaçı diplomu yoxdur, əgər varsa onda saxtadır. Özü də riyaziyyat fənnini tədris edir. Bəlkə də var. Onu araşdırmaq lazımdır. Dərs dediyi şagirdlər də, valideynlər də ondan şikayətlənirlər. Şagirdləri döyür, təhqiramiz ifadələr işlədir, qiymətlərini aşağı salır. Əvvəllər özbaşına, səlahiyyətlərini aşaraq məqsədli olaraq “monitorinqlər” keçirirdi ki, şagirdlər aşağı qiymət “2” alsınlar və valideynlər ona yaxınlaşsınlar, “hörmət etsinlər”. Şagirdlər onu sevmir, istəmirlər İddiaçı onlara dərs desin, o dərsə girəndə şagirdlər sinifdən çıxırlar. Şagirdlərə deyir ki, “siz məndən qorxmursuz? Məndən müəllimlər hamısı qorxur”. Onlar həmkarlar və araşdırma komissiyası olaraq baş verənlərin hamısını araşdırmışlar. Məktəb inkişafda olan məktəbdir, çoxlu yeni layihələr işləyir, əziyyət çəkirlər, bəzən axşam saatlaradək müzakirələr aparır, hesabat hazırlayırlar, amma nəticələrin uğurlu olması onları sevindirir. Çünki müəllimdirlər. Təzə gələn müdiriyyətdən də çox razıdırlar. 1 il 6 ay ərzində məktəbdə çox işlər görülmüşdür. Uğurlar və nailiyyətlər vardır. Onlar istəyirlər ki, məktəbdə belə xoşagəlməz hallar baş verməsin, məktəb öz normal həyatına davam etsin. Bu ərizəni öz adından yazsa da, AHİK-nın bütün üzvləri ilə müzakirə edib yazmışdır. Onlar da öz fikirlərini və rəylərini bildirmişdirlər. Ona görə də komissiyanın bütün 9 üzvü təsdiqləyir və imza edirlər.

44. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nümayəndə1 tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Türhan Quliyevə göndərilən məktubdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə rəhbərlik və nəzarətin təşkili, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı fəaliyyət vəziyyəti araşdırılmışdır. xx.xx.1963-cü təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir, pedaqoji stajı 29 il təşkil edir. Müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirməsində 29 bal (ixtisas üzrə 15, metodika üzrə 14) toplamışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 təqdimatında qeyd olunur ki, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranır, məktəbin daxili korporativ mühitini sistematik olaraq pozur, kollektivdaxili ziddiyyətlər yaradaraq normal tədris prosesinə mənfi təsir göstərir və şagirdlərin keyfiyyətli tədris almalarına maneçilik yaradır. Təlim-tərbiyə işləri işləri üzrə direktor müavini İddiaçı tərəfindən "Müəlimlərin etik davranış Qaydaları"na əməl olunmaması, qeyri-qanuni hərəkətləri barədə 14 və 19 sentyabr 2023-cü il tarixdə pedaqoji kollektiv üzvlərinin iştirakı ilə Pedaqoji Şura iclası keçirilmişdir. Pedaqoji Şurada çıxış edən kollektiv üzvləri direktor müavini İddiaçı uzun illər ərzində pedaqoji kollektiv üzvlərini təhqir etdiyini, vəzifə funksiyalarını yerinə yetirmədiyini və bunun nəticəsi kimi məktəbin iş rejiminin pozulduğunu bildirmişlər. Pedaqoji Şura iclasının yekununda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tabelik üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilmişdir. Eyni zamanda Bakı șəhəri 201 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Valeh Cəbrayılov və üzvlər tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ərizədə qeyd olunur ki, İddiaçı vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektiv arasında kollektivdaxilli ziddiyyətlər yaradaraq sağlam iş mühitini pozmuş, dərs dediyi siniflərdə şagirdlərin qiymətlərini qərəzli șəkildə azaldaraq həmin qiymətlərin artırılması üçün valideynlərdən pul tələb edib və almış, pedaqoji kollektiv üzvləri barədə șər, böhtan xarakterli məlumatlar yaymış kollektiv üzvlərini onu şərləməkdə ittiham edərək məhkəməyə müraciət etmişdir. İddiaçı işlədiyi müddətdə məktəbə rəhbərlik etmiş şəxslər və müəllimlərlə dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. Bundan əlavə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 11D sinif şagirdlərinin valideynləri tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətdə qeyd olunur ki, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı keçən tədris ilində dərs dediyi 10D sinif şagirdlərinin iradələrinə zidd olaraq onlara məcburi qaydada şagird İsmayıl Namazovun dərslərdən yayınmasına dair izahatlar yazdırmışdır. Qeyd olunmalıdır ki, 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə Pedaqojı Şura iclası zamanı məktəbin direktoru Afaq Əllyeva direktor müavini İddiaçı ilə gərgin münasibətlər çərçivəsində təmkinli davranış nümayiş etdirməyərək ona qarşı "şərəfsiz" ifadəsini işlətmiş, bununla da "X14 Qaydaları"nın tələblərini pozmuşdur. 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 201 nomrəli tam orta məktəbdə xidməti araşdırma aparılmıșdır. Arașdırma zamanı İddiaçı keçən dərs ili ərzində riyaziyyat fənnini tədris etdiyi 6A, 7B, 7D sinif şagirdləri ilə şifahi sorğu-sual aparılarkən onlar müəllim Svetlana Hūseynovanın dərsi əlavə vəsaitdən tədris etdiyini, dərsi qavramayan şagirdlərlə kobud davranmasını və onlara fiziki təsir göstərməsini, şagirdlərlə münasibətdə qeyri-etik ifadələr ("küçük", "çaqqal", "başdanxarab", "qoyun balası", "tupoy", "taxtabaș", "itin balası", "yetim", yiyəsiz", "gic", "səfeh" va s.) işlətməsini, şagirdlər arasında təlim nailiyyətlərinə görə ayrı-seçkilik etdiyini, șagirdlərə psixoloji təzyiq göstərdiyini, şagirdlərin biliklərini qeyri-obyektiv qlymətləndirdiyini bildirmişlər. Qeyd olunan məsələlərlə bağlı valideynlər tərəfindən məktəb rəhbərliyinə çoxsaylı şikayətlər daxil olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin būtün səviyyələrində peșə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən “X14 Qaydaları”nın müddəalarına əsasən, müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından ve strategiyalarından istifadə etməli, təhsilalanların fəallyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməli, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməli, təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Əvvəlki tədris illərində sinif rəhbərliyi verilmiş müəllimlər araşdırma müddətində verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib aldığını, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftar etdiyini bidirmişlər. Eyni zamanda, İddiaçı ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədi ilə pul tələb etdiyini, pul verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişlər. Müəllimlər izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən onlara qarşı kobud rəftar edildiyini, təhqiredici ifadələr işlətdiyini, gizli şəkildə səslərinin yazıldığını, videoçəkillş aparıldığını və bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulduğunu və bu halın da tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini qeyd etmişlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin būtün səviyyələrində peșə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən “X14 Qaydaları”nın müddəalarına əsasən, müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir. Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır. Nümayəndə2 araşdırma zamanı verdiyi izahatında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunanları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, məktəbə rəhbərlik etdiyi müddət ərzində təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı heç vaxt tədris və metodiki işləri tam və mūstəqil olaraq həyata keçirməmiş, tədris planları və proqramların yerinə yetirilməsi üzrə (kurikulum) müəllimlərin, fənn birləşmə rəhbərlərinin metodiki fəalliyyətini istiqamətləndirməmiş, tədris proqramlarında müvafiq qiymətləndirmə nəticələrindən asılı olan heç bir təklif verməmiş, təlim-tərbiyə prosesinin, həmçinin məşğələlərin keyfiyyətli təşkilinin həyata keçirilməsi üçün əməli fəaliyyət göstərməmiş, müəlimlərlə onların zəif cəhətlərini, yol verdikləri nöqsanları konstruktiv olaraq aradan qaldırmaq üçün dəstəkləməmişdir. Müvafiq əmrlə onun nəzarət etdiyi rus bölməsi üzrə tədris və təlim-tərbiyə məşğələlərinin cədvəllərini tərtib etməmiş, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədi ilə səmərəli bir layihə verməmiş, hətta təklif belə etməmiș, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması, gənc müəllimlərlə, valideynlərlə pedaqoji ișin təșkili istiqamətində müvafiq tədbirlər görməmiş, müəllimlərin sertifikasiya hazırlığı zamanı və yaxud təlim prosesində qarşılaşdıqları problemlərin müzakirəsi zamanı inkişafetdirici təlimlərə və ya ixtisasartırmaya cəlb olunmaları üçün müvafiq iş aparmamış, fənn kurikumlarının tətbiqi, məktəbdaxili qiymətləndirmə, planlaşdırma, valideynlə iş və digər istiqamətlərdə məlumatlandırmaq, təlimatlandırmaq təqdimat etmək, seminar və yaxud təlim keçirmək və s. kimi əməli fəaliyyətləri olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqcu vəzifələrinin Vahid X7"nın 7-ci hissəsində qeyd olunmuş ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyalarına aiddir, tədris (təlimtərbiyə) və metodiki işlərin təşkil edilməsi; tədris planları və programlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəallyyətinin istiqamətləndirilməsi, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması ūçūn təklifllərin verilməsi; təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin heyata keçirilməsi; tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi; metodik şura və fənn metod birləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi; fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsinin təmin edilməsi; təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflərin verilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; pedaqoji işçilərin sertifikasiyadan keçmələri üçün müvafiq hazırlıq işlərinin təmin edilməsi, onların təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olması və digər. - xx.xx.2023-cü il tarixində Bakı șəhəri 201 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı aşağıda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir:

1. 2022/2023-cü tədris ili ūzrə 5B sinif jurnalına baxış keçirilərkən sinif jurnalının "Qiymətləndirmələr" səhifələrində şagird Aytən Allahverdiyevanın fənlər üzrə summativ qiymətləndirmələrinin nəticələri qeyd edildiyi halda, "Şagirdlərin təlim naililyyətləri haqqında yekun məlumat" səhifəsində şagirdin adı qarşısında topladığı bal və aldığı qiymətlər barədə heç bir qeyd aparılmamışdır. Müvafiq nöqsan barədə sinif jurnalının aparılmasına dair qeydlər səhifəsində qeyd yazılmamışdır.

2. 2022/2023-cü tədris ili üzrə 5B sinif jurnalına baxış keçirilərkən şagird Cabir Sadıqovun xx.xx.2022-ci il tarixli, 508B nömrəli əmrə əsasən şagird kontingentindən çıxanıldığı halda xx.xx.2022-ci il tarixində informatika fənni üzrə KSQ-2 qiyməti və balı sinif jurnalında qeyd edilmişdir.

3. Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2021-ci ildən sonra müvafiq qeydlər aparılmamışdır.

4. Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2022-ci ildən sonra müvafiq qeydlər aparılmamışdır. 2022/2023-cü tədris ili üzrə ümumi orta təhsil haqqında attestat almış şagirdlərin adları qarşısında onlara verilmiş attestatların seriya və nömrələri qeyd edilməmişdir,

5. 2022/2023-cü tədris ili üzrə 9C sinif jurnalına baxış keçirilərkən şagird Aysu Abbaslının sinif jurnalının "Qiymətləndirmələr" və "Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat səhifələrindəki bal və qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir.

6. 2022/2023-cü tədris ili üzrə 11Ç sinif jurnalının dərs cədvəlində "Nitq mədəniyyəti" üzrə dərsdənkənar məşğələ qeyd edilməmişdir. "Nitq mədəniyyəti" üzrə xx.xx.2023-cü il tarixindən, "lqtisadiyyatın əsasları" üzrə isə xx.xx.2023-cü il tarixindən sonra sinif jurnalinda qeyd aparılmamışdır. - Bundan əlavə, cari tədris ilinin əvvəlindən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin pedaqoji kollektivi çoxsaylı şikayət ərizələri ilə müəssisə rəhbərliyinə müraciət edərək təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Hūseynovanın qeyri-pedaqoji davranışlara yol verdiyini, gizli șəkildə səs yazaraq və videoçəkiliş apararaq müəllimləri şantaj etdiyini, bununla da sağlam iş mühitini pozduğunu bildirmişlər. Qeyd etmişdilər ki, o, davamlı olaraq müəllimlərə psixoloji təzyiq göstərərək, onların cüzi səhvlərinə görə əməkhaqlarının kəsilməsi ilə hədələyərək heyəti qeyrisağlam nəzarət altında saxlamışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunan məsələlərlə bağlı izahat verməkdən imtina etmişdir. 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təxminən 50 nəfər işçisi iş rejimini pozaraq direktor müavini İddiaçı ilə bağlı şikayət etmək məqsədi ilə Eİm və Təhsil Nazirliyinə getmiş, bununla da əmək qanunvericiliyinin tələbləri, habelə şagirdlərin keyflyyətli təhsil almaq hüquqları pozulmuşdur. 14 noyabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Hüseyn Əsgərov, Anar Məmmədov Azərbaycan Təhsil İşçiləri X25 Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Hüseyn Əsgərov və Anar Məmmədov, Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Bakir Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Ceyhun Nəzərov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Sevda Əhmədovanın iştirakı ilə öncə məktəbin direktoru Nümayəndə2 ilə, daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı və yekunda rəhbər işçilərin iştirakı olmadan 201 nömrəli tam orta məktəbin pedaqoji işçiləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən müəllimlər təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı birmənalı olaraq kollektivdən uzaqlaşmasını xahiş etmişlər. Onlar qeyd etmişlər ki, İddiaçı məktəbdə pedaqoji mühitin daim gərgin vəziyyətdə saxlanılmasına cəhd edir. Heç bir pedaqoji fəaliyyətlə məşğul olmadığı halda öz hərəkətləri ilə məktəbin sağlam pedaqoji mühitini korlayaraq şagirdlərin keyfiyyətli təhsil almalarına mənfi təsir göstərir. Təqdimata mütləq qeyd kimi əlavə etmək gərəkdir ki, görüş zamanı məktəbin Uşaq birliyi təşkilatı rəhbəri X2 iclas iştirakçılarının icazəsi olmadan onların səslərini yazdığı aşkar edilmişdir. Eşidilənlərə təfərrüatlı aydınlığın gətirilməsi üçün 16 noyabr 2023-cü il tarixdə yenidən 201 nömrəli tam orta məktəbdə yerində xidməti araşdırma aparılmısdır. Araşdırma zamanı məktəbin kiçik xidmətedici işçisi Səadət Həsənova izahat verərək bildirmişdir ki, 5 oktyabr 2023-cü il tarixdə bufetdə olarkən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ona yaxınlaşıb ona aid olmayan işlə bağlı onu günahlandırmış və hüquq-mühafizə orqanlarına şikayətlə hədələmişdir. Həmin gün də İddiaçı şikayəti ilə məktəbə polis əməkdaşları gəldikdə İddiaçı polisləri göstərərək S.Həsənovanı hədələmişdir. İddiaçı hədəsindən qorxan Səadət Həsənova özünə məxsus bir ovuc dərman preparatını qəbul edərək intihara cəhd etmək istədikdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Amilə Vəliyeva ona mane olmuşdur. İddiaçı məktəbin pedaqoji mühitini gərgin vəziyyətdə saxlamaq məqsədi ilə dəfələrlə Daxili lşlər Nazirliyinin 102 xidmətinə yalan məlumatlar verərək polislərin məktəbə gəlməsinə zəmin yaratmışdır. Belə ki, İddiaçı 05 oktyabr 2023-cü il tarixdə DİN 102 xidmətinə zəng edərək özünə məxsus açar və yaddaş kartının oğurlanması barədə məlumal vermişdir. Daha sonra 21 noyabr 2023-cü il tarixdə yenidən DİN 102 xidmətinə zəng edərək sinif jurnalının oğurlanmasına dair yalan məlumat vermişdir. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 müvafiq əmrinə əsasən 1-14 noyabr 2023-cü il tarixdə sinif jurnallarının düzgün aparılması ilə bağlı monitorinq keçirilmişdir. Monitorinq zamanı aşkar olunmuşdur ki, direktor müavini İddiaçı məktəbin müvafiq əmri ilə ona həvalə olunmuş siniflərin jurnallarına nəzarət etməmiş, yol verilmiş nöqsanlar barədə heç bir qeydiyyat aparmamış və metodiki göstərişlər verməmişdir. İddiaçı yalnız məktəblərin payız tətili günlərində onun səlahiyyəti olanda siniflərin jurnallarında əvvəlki tarixlərə qeydiyyatlar aparmışdır. Hətta İddiaçı özünün xəstəliyi ilə əlaqədar ișdə olmadığı tarixə də sinif jurnalında qeydiyyatlar yazmışdır. Sonradan həmin tarixlərdə düzəliş etmișdir. Qeyd olunmalıdır ki, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı açılmış xəstəlik vərəqəsinə əsasən, 24 oktyabr-06 noyabr 2023-cü il tarixlərdə işdə olmamışdır. Qeyd edilənlərlə alaqədar olaraq, əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin AR ƏM-nin 70ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş olunmuşdur.

45. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdri Mehriban xanım Vəliyeva göndərilən xx.xx.2023-cü il tarixli məktubdan (elektron imza ilə imzalanmışdır) görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vazifəsində işləyir, pedaqoji stajı 29 il təşkil edir. Müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirməsində 29 bal (ixtisas üzrə 18, metodika üzrə 11) toplamışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 təqdimatında qeyd olunur ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranmış, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olmuşdur. Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən "Müəllimlərin etik davranıș Qaydaları"na əməl olunmaması, qeyri-qanuni hərəkətləri barədə 14 və 19 sentyabr 2023-ci il tarixdə pedaqoji kollektiv üzvlərinin iştirakı ilə Pedaqoji Şura iclası keçirilmişdir. Pedaqoji Şurada çıxış edən kollektiv üzvləri direktor müavini İddiaçı vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektiv üzvlərini təhqir etdiyini, vəzifə funksiyalarını yərinə yetirmədiyini, məktəbin normal iş rejiminin pozulduğunu bildirmişlər. Pedaqoji Şura iclasının yekununda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair tabelik üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilmişdir. Həmçinin təqdimatda qeyd olunur ki, İddiaçı ali təhsili ilə bağlı şübhəli məqamlar mövcuddur. Belə ki, araşdırma müddətində İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində saxlanılan şəxsi işinə baxış keçirilərkən ali təhsil haqqında diplomunun surəti aşkar edilməmiş, diplomun təqdim edilməsini İddiaçı bildirdikdə qeyri-müəyyən səbəblərdən həmin diplomu təqdim etməkdən imtina etmiş, daha sonra isə diplomunun oğurlandığını bildirmişdir. İddiaçı ali təhsil alıb-almaması ilə bağlı müvafiq sorğu ünvanlanmışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqi Komitəsinin sədri Valeh Cəbrayılov və üzvlər tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ərizədə qeyd olunur ki, İddiaçı vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektiv arasında intriqalar yaradaraq sağlam iş mühitini pozmuş, dərs dediyi siniflərdə şagirdlərin qiymətlərini qərəzli şəkildə azaldaraq həmin qiymətlərin artırılması üçün valideynlərdən pul tələb edib və almış, pedaqoji kollektiv üzvləri barədə şər, böhtan xarakterli məlumatlar yaymış, kollektiv üzvlərini onu şərləməkdə itiham edərək məhkəməyə müraciət etmişdir. İddiaçı işlədiyi müddətdə məktəbə rəhbərlik etmiş şəxslər və müəllimlərlə dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 11D sinif şagirdlərinin valideynləri tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətdə qeyd olunur ki, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı keçən tədris ilində dərs dediyi 10D sinif şagirdlərinin iradələrinə zidd olaraq onlara məcburi qaydada şagird İsmayıl Namazovun dərslərdən yayınmasına dair izahatlar yazdırmışdır. 20 sentyabr 2023cü il tarixdə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı keçən dərs ili ərzində riyaziyyat fənnini tədris etdiyi 6A, 7B, 7D sinif şagirdləri ilə şifahi sorğu-sual aparılarkən onlar müəllim İddiaçı dərsi əlavə vəsaitdən tədris etdiyini, dərsi qavramayan şagirdlərlə kobud davranmasını və onlara fiziki təsir göstərməsini, şagirdlərlə münasibətdə qeyri-etik ifadələr (küçük, çaqqal, bașdanxarab, qoyun balası, tupoy, taxtabaş, itin balası, yetim, yiyəsiz, gic, səfeh və s.) işlətməsini, şagirdlər arasında təlim nailiyyətlərinə görə ayrıseçkilik etdiyini, șagirdlərə psixoloji təzyiq göstərdiyini, şagirdlərin biliklərini qeyri-obyektiv qiymətləndirdiyini bildirmişlər. Qeyd olunan məsələlərlə bağlı valideynlər tərəfindən məktəb rəhbərliyinə çoxsaylı şikayətlər də daxil olmuşdur. Əvvəlki tədris illərində sinif rəhbərliyi verilmiş müəllimlər araşdırma müddətində verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib aldığını, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyripedaqoji rəftar etdiyini bildirmişlər. Eyni zamanda, İddiaçı ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədi ilə pul tələb etdiyini, pul verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişlər. Müəllimlər izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən onlara qarşı kobud rəftar edildiyini, təhqiredici ifadələr işlətdiyini, gizli şəkildə səslərinin yazıldığını, videoçəkiliş aparıldığını və bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulduğunu və bu halın da tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini qeyd etmişlər. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 araşdırma zamanı verdiyi izahatında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunanları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, A. Əliyeva məktəbə rəhbərlik etdiyi müddət ərzində təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı heç vaxt tədris və metodiki işləri tam və müstəqil olaraq həyata keçirməmiş, tədris planları və proqramların yerinə yetirilməsi üzrə (kurikulum) müəllimlərin, fənn birləşmə rəhbərlərinin metodiki fəaliyyətini istiqamətləndirməmiş, tədris proqramlarında müvafiq qiymətləndirmə nəticələrindən asılı olan heç bir təklif verməmiş, təlim-tərbiyə prosesinin, həmçinin məşğələlərin keyfiyyətli təşkilinin həyata keçirilməsi üçün əməli fəaliyyət göstərməmiş, metodik şurada iştirak edərkən qeyri-konstruktiv müəllimləri psixoloji təzyiq altında saxlayan, onların cüzi səhvlərinə görə əməkhaqlarının kəsilməsini vurğulayan məktəb heyətində hiddət doğuran aqressiv təklifllər irəli sürmüş, müvafiq əmrlə onun nəzarət etdiyi rus bölməsi üzrə tədris və təlim-tərbiyə məşğələlərinin cədvəllərini tərtib etməmiş, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədi ilə səmərəli bir layihə verməmiş, hətta təklif belə etməmiș, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması, gənc müəllimlərlə, valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər görməmiş, müəllimlərin sertifikasiya hazırlığı zamanı və yaxud təlim prosesində qarşılaşdıqları problemlərin müzakirəsi zamanı inkişafetdirici təlimlərə və ya ixtisasartırmaya cəlb olunmaları üçün müvafiq iş aparmamış, fənn kurikumlarının tətbiqi, məktəbdaxili qiymətləndirmə, planlaşdırma, valideynlə iş və digər istiqamətlərdə məlumatlandırmaq, təlimatlandırmaq təqdimat etmək, seminar və yaxud təlim keçirmək və s. kimi əməli fəaliyyətləri olmamışdır. - xx.xx.2023-cü il tarixində Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı așağıda qeyd edilmiş nöqsanlar askar edilmişdir:

1. 2022/2023-cü tədris ili üzrə 5B sinif jurnalına baxış keçirilərkən sinif jurnalının "Qjymətləndirmələr" səhifələrində şagird Aytən Allahverdiyevanın fənlər üzrə summativ qiymətləndirmələrinin nəticələri qeyd edildiyi halda, "Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat" səhifəsində şagirdin adı qarşısında topladığı bal və aldığı qiymətlər barədə heç bir qeyd aparılmamışdır. Müvafiq nöqsan barədə sinif jurnalının aparılmasına dair qeydlər səhifəsində qeyd yazılmamışdır.

2. 2022/2023-cü tədris ili üzrə 5B sinif jurnalına baxış keçirilərkən şagird Cabir Sadıqovun xx.xx.2022-ci il tarixli, 508B nömrəli əmrə əsasən şagird kontingentindən çıxarıldığı halda xx.xx.2022-ci il tarixində informatika fənni üzrə KSQ-2 qiyməti və balı sinif jurnalında qeyd edilmişdir.

3. Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2021-ci ildən sonra müvafiq qeydlər aparılmamışdır.

4. Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric səhifələrində 2022-ci ildən sonra müvafiq qeydlər aparılmamışdır. 2022/2023-cü tədris ili üzrə ümumi orta təhsil haqqında attestat almış şagirdlərin adları qarşısında onlara verilmiş attestatların seriya və nömrələri qeyd edilməmişdir,

5. 2022/2023-cü tədris ili üzrə 9C sinif jurnalına baxış keçirilərkən şagird Aysu Abbaslının sinif jurnalının "Qiymətləndirmələr" və "Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat səhifələrindəki bal və qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir.

6. 2022/2023-cü tədris ili üzrə 11Ç sinif jurnalının dərs cədvəlində "Nitq mədəniyyəti" üzrə dərsdənkənar məşğələ qeyd edilməmişdir. "Nitq mədəniyyəti" üzrə xx.xx.2023-cü il tarixindən, "İqtisadiyyatın əsasları" üzrə isə xx.xx.2023-cü il tarixindən sonra sinif jurnalında qeyd aparılmamışdır. Bundan əlavə, cari tədris ilinin əvvəlindən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin pedaqoji kollektivi çoxsaylı şikayət ərizələri ilə müəssisə rəhbərliyinə müraciət edərək təlim- tərbiyə işləri üzrə direktor müavini Svetlana Hūseynovanın qeyri-pedaqoji davranışlara yol verdiyini, gizli șəkildə səs yazaraq və videoçəkiliş apararaq müəllimləri şantaj etdiyini, bununla da sağlam iş mühitini pozduğunu bildirmişlər. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunan məsələlərlə bağlı izahat verməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir.

46. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, eyni məzmunlu ərizə ilə cənab Baş prokurora müraciət etmişdir. Ərizə 24 iyunda prokurorluğa çatsa da, bir aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir məlumat verilməmişdir. 25 iyulda bu barədə cənab Kamran Əliyevə teleqram da vurulmuşdur. İddiaçıya çatan qeyri-rəsmi məlumata əsasən Baş Prokurorluq ərizəsində sübutlarla göstərdiyi dövlət əmlakının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən oğurlanması, talanması və qanunsuz olaraq balansdan silinməsi kimi cinayət faktlarını araşdırmaq, cinayətkarları müəyyən edib cəzalandırmaq üçün ərizəni Təhsil Nazirliyinə göndərmiş, bununla da Təhsil Nazirliyi tərəfindən cinayətin ört-basdır edilməsinə şərait yaratmışdır. Təhsil Nazirliyinin bəzi qurumları tərəfindən cinayət faktlarını gizlətmələri barədə də iddiaçıda rəsmi məlumatlar var. Ərizəni Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərməklə ümid edir ki, Baş Prokurorluq kimi Təhsil Nazirliyinə cinayəti ört-basdır etməkdə vəsilə olmayacaqdır. Azərbaycan Respublikasının təhsil nazirinin K-48 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən Nümayəndə2 Bakı şəhəri 201 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-80 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə həmin məktəbdə təhvil-təslim işlərinin aparılması məqsədilə beş üzvdən ibarət tərkibdə Nümayəndə2 sədrliyi ilə inventarizasiy komissiyası yaradılmış və inventarizasiyanın 25-31 yanvar 2022-ci il tarixlərdə həyata keçirilməsi müəyyən olunmuşdur. Lakin müəyyən olunmuş müddətdə məktəbdə aktivlərin və öhdəliklərin inventarizasiyası keçirilməmişdir. Məktəb direktoru Nümayəndə2 483 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə inventarizasiyanın aparılması üçün iddiaçının sədrliyi altında inventarizasiya komissiyası yaradılmışdır. İnventarizasiyanın gedişində maddi məsul şəxslərin dairəsi müəyyənləşdirilmiş və onların hər birindən iltizam və izahat alınmışdır. Komissiya üzvləri aktivləri sayıb siyahıya almaqla bərabər onların yeddi rəqəmli kodlaşmasını apararaq, yerləşdikləri məkanlar üzrə uçot siyahısını tərtib etmişlər. Komissiyanın işi zamanı xx.xx.2021-ci il və xx.xx.2022-ci il vəziyyətinə əvvəlki inventarizasiya komissiyaları tərəfindən aparılmış inventarizasiyalarda aşağıdakı kobud qanunsuzluqlara yol verildiyi müəyyən edilmişdir. 1) bir neçə halda aktivlərin mədaxil qaimələrində qeyd olunan məlumatları inventarizasiya aktındakı məlumatlarla uzlaşmır. 2) Mədaxil qaiməsi olmayan 111 adda aktivlərin inventarizasiya aktında uçota salınması halı mövcuddur. 3) İnventarizasiya aktında göstərilməyən 12 adda aktiv üzrə məktəbdə faktiki qalıqlar mövcuddur. 4) Məktəbdə mədaxil qaiməsi olan 18 adda aktivin adı və dövriyyə qalıqları inventarizasiya aktında göstərilməmişdir. 5) xx.xx.2021-ci il tarixli inventarizasiya aktında qeyd olunan və 2021-ci il ərzində uçotdan silinməyən 19 adda aktivin adı, sayı və məbləği barəsində xx.xx.2022-ci il tarixli aktda heç bir məlumat yoxdur, başqa sözlə həmin aktivlər yoxa çıxarılmışdır. 6) xx.xx.2022-ci il tarixli inventarizasiya aktında adları qeyd olunmayan və mədaxil sənədləri olmayan 12 adda aktiv üzrə faktiki qalıqlar mövcuddur. Həmçinin mədaxil sənədləri olan 18 adda aktivlər üzrə naturada faktiki qalıqlar mövcuddur ki, bu qalıqlar məktəbin balansına mədaxil edilməmişdir. Mədaxil sənədləri olmadığı üçün qeyd olunan aktivlərin maddi dəyərlərini qiymətləndirmək qeyri-mümkündür. Qeyd etdiyim kobud qanunsuzluqlar mühasibatlığın işinin mühasibat uçotu təlimatına uyğun aparılmadığının təsdiqidir. Məhz bu səbəbdən də məktəbdə aktivlərin uçot və dövriyyəsində sistemsizlik, pərakəndəlik və uyğunsuzluqlar baş vermişdir. Əvvəlki illərin inventarizasiya komissiyaları üzvlərinin verdiyi izahatlardan aydın olur ki, məktəbdə heç bir vaxt qanuni şəkildə inventarizasiya aparılmamışdır. İnventarizasiya aktları formal olaraq, tarixlər dəyişdirilərək onlar tərəfindən imzalanmışdır. İnventarizasiya zamanı komissiya tərəfindən məktəbdə mədaxil qaimələri olan və adları 2022-ci ilin inventarizasiya aktında qeyd edilən 35 adda aktivlər üzrə 69272.4 manat dəyərində çatışmamazlıq, mədaxil qaimələri olan və inventarizasiya aktında göstərilməyən iki adda aktiv üzrə 1691 manat dəyərində çatışmamazlıq, ümumilikdə 70693.41 manat dəyərində çatışmamazlıq aşkar edilmişdir. Komissiya işini qurtardıqdan sonra təxminən 2022-ci ilin sentyabr ayının sonunda iddiaçı tərəfindən aşkar edilmiş bütün qanunsuzluqlar barəsində geniş hesabat tərtib edilərək, cədvəllərlə və “Aktivlərin və X1”na 5 nömrəli əlavə ilə birlikdə direktor Nümayəndə2 təqdim edilmişdir. 10 oktyabr 2022-ci il tarixdə Nümayəndə2 iddiaçını kabinetinə çağıraraq bildirmişdir ki, inventarizasiya aktı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-80 nömrəli əmrinə uyğun tərtib edilməlidir. Bu səbəbdən 3 saylı XƏM-in tərtib etdiyi yeni inventarizasiya aktını təsdiq etməlidir. İddiaçıdan xahiş etmişdir ki, həmin aktdakı məlumatları onların tərtib etdiyi aktla müqayisəli şəkildə yoxlayım. İddiaçı hər iki aktdakı məlumatların eyni olduğunu müəyyən etmiş və bu barədə direktora bildirmişdir. İddiaçının məlumatından sonra Nümayəndə2 3 saylı XƏM-in mühasiblərinə bildirmişdir ki, İddiaçı da imzası yeni akta salınsın. Ondan sonra akta imza edəcək. Bu məqsədlə akt otaqdan çıxarıldı və təxminən 5 dəqiqədən sonra otağa gətirildi və onlar akta imza etdilər. Bir neçə gün əvvəl məktəbin yeni təyin olunmuş təsərrüfat işləri üzrə direktor müavini Amilə Vəliyeva 3 saylı XƏM-in mühasibi Mərzubə Cəfərovanın imza etdiyi “3 saylı XƏM-in tabeliyində olan 201 nömrəli məktəbdə 2022-ci il inventarizasiyası zamanı aşkar edilmiş çatışmamazlıq və onlardan bərpa edilənlər barədə məlumat” adlı hesabat cədvəlini və xx.xx.2022-ci il tarixli inventarizasiya aktını iddiaçıya verdi. İddiaçı həmin sənədlərlə tanış olarkən müəyyən etdi ki,xx.xx.2022-ci il tarixli inventarizasiya aktı məktəb daxili inventarizasiya aktından fərqlidir. Belə ki, məktəb daxili inventrizasiya aktının “əskikgəlmə” bölməsində “qalıq dəyəri” adlı yeni sütun əlavə edilmiş və “qaimə” sütunun adı “qeydlər” şəklində dəyişdirilmişdir. Məktəb daxili inventarizasiya aktında 31 adda aktiv göstərilmiş və 4 ədəd aktiv qanunsuz olaraq uçotdan yayındırılmışdır (silindirilmişdir). “Qalıq dəyəri” sütununda 10 adda aktivin dəyəri sıfırlanmış və beləliklə qanunsuz olaraq balansdan silinmişdir. Yenə “qalıq dəyəri” sütununda 21 adda çatışmayan (faktiki mövcud olmayan) aktivlər üzrə ilkin dəyərlər süni şəkildə sıfırlanmış və azaldılmışdır. Nəticədə 4 adda aktiv üzrə 3599 manat, 10 adda aktiv üzrə 35659 manat uçotdan çıxarılmış və 21 adda aktiv üzrə 14146 manat çatışmamazlıq dəyəri saxta və qanunsuz şəkildə azaldılmışdır. 21 adda aktivin mövcud olmamasına baxmayaraq 17559 manat dəyərlə “qeydlər sütununda” məktəbdə olduğu göstərilmişdir. 3 saylı XƏM tərəfindən bilərəkdən yol verilmiş saxtakarlıq və maliyyə qanunsuzluqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 177 nömrəli “Əsas vəsaitlərin (fondların)” silinməsi üzrə Qaydalar”ın tələbləri pozularaq həyata keçirilmişdir. Verilən məlumatları nəzərə almaqla dövlət əmlakının külli miqdarda talanmasını gizlədən və bu talanmanın baş verməsində maraqlı və iştirakçı şəxslərin dairəsinin müəyyənləşdirilərək, qanun qarşısında cavab vermələri üçün tədbir görülməsini xahiş etmişdir.

47. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 680 №-li əmrindən çıxarışdan görünür ki, 2023-2024-cü tədris ilinin başlaması ilə əlaqədar olaraq məktəbdaxili diaqnostik qiymətləndirmənin təşkil olunması, diaqnostik qiymətləndirmənin təşkilinin, nəticələrinin qiymətləndirilməsinin və təhlilinin azərbaycan bölməsi üzrə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman Vəliyevə, rus bölməsi üzrə İddiaçı həvalə olunması əmr edilmişdir.

48. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini A.Nümayəndə1, məktəbin laborantı S.Q.İmanova və məktəbin katibəsi Ş.Ə.Məmmədova tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00da məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Diaqnostik qiymətləndirmənin aparılmasına dair əmri təqdim etdikdə, İddiaçı əmri təhvil almaqdan imtina etmişdir.

49. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2, məktəbin təlimtərbiyə iləri üzrəd direktor müavini N.N.Vəliyev, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini E.F.Ramazanova və məktəbin ibtidai sinif müəllimi İ.K.Mehdiyeva tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, rus bölməsində təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək funksiyasını yerinə yetirmir, vəzifələrini icra etməkdən imtina edir. Belə ki, 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 680 nömrəli əmrə əsasən məktəbdaxili diaqnostik qiymətləndirməni təşkil etməmişdir, nəticələrinin qiymətləndirilməsini təhlil etməmişdir. Ümumiyyətlə, direktor tərəfindən verilən tapşırıqları qəbul etmir və icrasını yerinə yetirmir.

50. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürənin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

51. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun böyük məsləhətçisi X10, Təhsil İdarəsinin aparıcı məsləhətçisi X16, Təhsil İdarəsinin aparıcı məsləhətçisi X6, Təhsil İdarəsinin məsləhətçiləri X30 və X20 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunmuş, faəliyyətində yol verilmiş nöqsanlarla bağlı izahat yazması təklif olunmuş, lakin izahat yazmaqdan imtina etmişdir.

52. “Turan Həmkarlar” adlı istifadəçidən whatsapp tətbiqi vasitəsilə göndərilən xx.xx.2023cü il tarixli mesajdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi ilə bağlı təqdimatın daxil olduğu, bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 16:00-da Xan Şuşinski 17 ünvanında yerləşən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin muzey otağında təşkil olunacaq iclasda iştirakının təmin edilməsi İddiaçı nəzərinə çatdırılmışdır.

53. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən 201 nömrəli tam orta məktəbə (İddiaçı) göndərilmiş xx.xx.2023-cü il tarixli Teleqramdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da barəsində daxil olan təqdimatla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin muzey otağında keçiriləcək iclasda iştirak etməsi xahiş olunmuşdur.

54. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Turan Həmkarlar” adlı istifadəçiyə göndərilən mesajdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da İddiaçı 1(007)-664/2023 nömrəli cinayət işi üzrə xüsusi ittihamçı qismində məhkəmə iclasına çağırılmışdır.

55. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən 201 nömrəli tam orta məktəbə (İddiaçı) göndərilmiş xx.xx.2023-cü il tarixli Teleqramdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-da barəsində daxil olan təqdimatla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin muzey otağında keçiriləcək iclasda iştirak etməsi xahiş olunmuşdur.

56. VNümayəndə2M., Bəndəliyeva V.İ, Həsənova S.R., Mustafayeva H.M., Talıbova G.E. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, həmin tarixdə məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı məktəbin kiçik texniki işçisi Səadət Həsənovanı təhqir və təhdid etmişdir. Heç bir səbəb olmadan məktəbdə gündəlik iş rejimini pozmuşdur. Ona “mən səni məhkəməyə verəcəyəm. Sən kimsən mənə qarşı hazırlanan aktlara imza atırsan? Tez olun izahat yazın” deyə məcbur etmişdir. Halbuki, heç bir akt yazılmamışdır. Qorxuya və stressə düşən texniki işçilərdən Səadət Həsənova həyəcandan təzyiqi qalxmış, təcili yardım çağırılmışdır. Bu hal neçə dəfə təkrarlanmışdır, bundan qorxan kiçik texniki işçi Səadət Həsənova özünə suiqəsd üçün dərmandan istifadə etmişdir. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini X11 dərmanı Səadət Həsənovanın əlindən güclə almışdır. Bu haqda məlumat 23-cü PB-nə verilmişdir. Bölmədən gələn əməkdaşlar Səadət Həsənova ilə görüşmüş, izahatını almışdır. Məktəbin texniki heyətini şantaj etməklə, söz-söhbət yaratmaqla niyyəti 05 oktyabr Müəllimlər günündə tədbirləri pozmaq, təxribat törətməklə müəllim və şagirdlərin əhvalını korlamaq, məktəbdə gərginlik və xaos yaratmaq olmuşdur.

57. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., İmanova G.N., Verdiyeva S.Q., Cavadova G.E. Tapdıqova Ş.Ə. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, məktəbdaxili rəhbərliyin, idarəçiliyin sənədlərin monitorinqi zamanı müəyyən olundu ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı rus bölməsi ilə bağlı 2023- 2024-cü tədris ilində nəzərdə tutulan məsələlər, tədbirlər, tədrisin təşkili, monitorinqlər və s. barədə məktəbin direktoruna heç bir məlumat verməmiş, dərs cədvəlini, öz proqramını, fəaliyyət planını, görüləcək işlərlə bağlı məlumatı təqdim etməmişdir.

58. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., İmanova G.N., Verdiyeva S.Q. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı tabeliyində olan rus bölməsinin şagirdlərinin dərsə davamiyyəti ilə bağlı heç bir konstruktiv iş görməmişdir.

59. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., İmanova G.N., Verdiyeva S.Q., Cavadova G.E. Tapdıqova Ş.Ə. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı rus bölməsi ilə bağlı 2023-cü ildə nəzərdə tutulan məsələlər, tədbirlər, tədrisin təşkili, monitorinqlər və s. barədə heç bir məlumat verməmiş, dərs cədvəlini, proqramı, görüləcək işlərlə bağlı məlumatı təqdim etməmişdir.

60. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., İmanova G.N., Verdiyeva S.Q. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifə həvaləsi barədə əmrində göstərilən rus bölməsinin şagirdlərinin dərsə davamiyyəti ilə bağlı heç bir konstruktiv iş görməmişdir.

61. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş. və 7-ci “d” sinif şagirdləri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tədris apardığı 7-ci “d” sinfində riyaziyyat dərsini keçmək əvəzinə şagirdlərə psixoloji təzyiq göstərərək, video və səs yazısı apararaq güya könüllü imişlər kimi onlara şiddət və təzyiq barəsində şikayətlərinin saxtalaşdırılması üçün izahat yazdırmışdır: ”Yazın ki, siz məni çox sevirsiniz, mən sizə heç vaxt şiddət göstərməmişəm, kobud söz deməmişəm, izahatları Sizə daxili nəzarət və məktəb rəhbərliyi məcbur edib yazdırıb”. Halbuki, BŞTİ-nin daxili sektorundan gələn nümayəndələr şagirdlərə izahat yazdırmamış, sadəcə söhbət aparmışdır.

62. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., VNümayəndə2M., Yusubova A.S., Nəcəfova E.M., Tapdıqova Ş.Ə., Balaoğlanova D.R. tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, həmin tarixdə ibtidai sinif jurnallarının azərbaycan bölməsinin 7-9-cu, seçmə yolla rus bölməsinin sinif jurnallarının yoxlanılması yekunlaşdırıldı. Jurnalların yoxlanması zamanı məlum oldu ki, əksər müəllimlər sinif jurnalının aparılması qaydasını pozmuş, sadə qələmlə qeydlər aparmış, bəzi kiçik summativ qiymətlərinin nəticələri jurnala köçürülməmişdir. 5-8-ci siniflərdə şagirdlərin dərslərdə iştirakı qeydlərində uyğunsuzluq müşahidə olunmuş, bəzi hallarda ümumiyyətlə, qeydlər aparılmamışdır. İbtidai təhsil səviyyəsi üzrə sinif jurnalları direktor müavini olmasından yoxlanılmamışdır, komissiya tərəfindən yoxlanıldı. 5-7-ci sinif jurnallarını, rus bölməsinin sinif jurnalları direktor müavini İddiaçı ümumiyyətlə yoxlamamış, heç bir qeyd aparmamışdır.

63. Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., Məmmədova Ş.Ə., İmanova G.N tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, həmin tarixdə səhər saat 09:00dan 18:00-dək direktor müavini İddiaçı bütün sinif jurnallarını götürüb otağına, iş stolunun üzərinə yığmışdır. Gün ərzində həmin jurnallarda qeydlər aparmış, telefonla fotolarını çəkmişdir. Tez-tez telefonla kimləsə danışır, sual verir, təlimat almış kimi danışır, sonra yenidən qeydlər aparmağa davam etmişdir. Saat 14:30 radələrində direktorun qəbul otağına gələrək “mən etiraz edirəm, bu etiraz ərizəsini direktora verin, qəbul etməsəniz, poçtla göndərəcəm” – deyə söyləmişdir. Katibə “keçir içəri, ərizəni direktora özünüz də təqdim edə bilərsiniz” desə də, içəri girməkdən imtina etmişdir.

64. Nümayəndə2, Vəliyev N.N., Ramazanova E.F., Qasımzadə A.Ş., VNümayəndə2M., Əsgərova N.M., Talıbova G.E., tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, həmin tarixdə saat 10:00 radələrində məktəbin kiçik texniki işçisi giriş qapısından məlumat verdi ki, məktəbə polislər gəlib. Məktəb rəhbərliyinə məlumat verilərkən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məktəbin həyətinə qaçaraq polislərlə (5 nəfər) söhbətləşə-söhbətləşə məktəbin əsas korpusuna daxil oldu. Məktəbin drektoru Nümayəndə2 polisləri qarşılayaraq onları otağına dəvət etdi. Gəlişlərinin səbəbini soruşduqda polislər 102 xidmətinə məktəbdə jurnal oğurlanması haqqında məlumat daxil olduğunu və məlumatın məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı verildiyini bildirdilər. Məktəbin direktoru onlara yazılı məlumat verərək məktəbdə heç bir jurnalın oğurlanmadığını bildirdi. Polis Əməkdaşlarının tədris prosesini pozmasının qarşısı alındı. İddiaçı növbəti saxtakarlığını icra edərkən, yəni heç yoxlamadığı jurnalları köhnə tarixdə yoxlayıbmış kimi qeydlər apararkən 30 oktyabr 2023-cü il tarixdə bülletendə olduğunu sonradan “xatırlamış”, ağardıcı vasitələrlə yoxlanmış jurnallara düzəliş etməyə çalışmış, yeni tarix yazmışdır. Jurnalların saxta qeydlər aparılmış, sonra düzəldilmiş səhifələrinin surətləri arayışa əlavə olunmuşdur. Bu qədər saxtakarlıq azmış kimi, xx.xx.2023-cü il tarixdə 102 xidmətinə zəng edərək məktəbdə jurnal oğurlanmışdır” deyə, şikayət etmişdir. 5 nəfər polis əməkdaşı, kriminalist, sahə müvəkkilinin məktəbə gəlməsinə səbəb olmuş, məktəb heyətinin iş rejimini pozmuşdur. İddiaçı özü polisləri həyətdə qarşılayaraq otağına keçirmək istədikdə qarşısı alınmış, İddiaçı yalan məlumatı barədə direktor otağında müvafiq sənədləşmə aparıldıqdan sonra polis əməkdaşları məktəbi tərk etmişlər. İddiaçı yenə hansısa məkrli niyyətini həyata keçirməyə cəhd edib: məktəbdə nəzərdə tutulan 2 tədbir keçirilmədi, mane oldu və yəqin ki, saxtakarlıq etdiyi və ya nəzərdə tutduğu sinif jurnalını “itirəcək”, özünü sığortalamağa çalışır.

65. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin “2014/2015-ci dərs ilində məktəbin müəllimlərinin dərs yükü barədə” xx.xx.2014-cü il tarixli 101 nömrəli əmrindən görünür ki, İddiaçı – təlim-tərbiyə işləri üzrə direktor müavininə 0.5 st. hesabı və rus bölməsində V-Xİ siniflərdə oxuyan 119 nəfərin təlim-tərbiyəsi, fənlərin tədrisinə nəzarət Azərbaycan bölməsində x/dili, riyaziyyat və tarixin tədrisi, Azərbaycan bölməsində V-Vİİ siniflərin tədris işinin təşkili, jurnalların aparılmasına metodiki işlərin təşkilinə, icbari təhsilin həyata keçirilməsinə, fakültativ məşğələlərin təşkilinə, biliyin düzgün qiymətləndirilməsinə, davamiyyətə nəzarət işləri həvalə edilmişdir.

66. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin çıxış sənədlərinin qeydiyyat vərəqəsindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri X32 müdiri səlahiyyətlərini icra edən Nümayəndə1 tərəfindən göndərilən sənəd xx.xx.2023-cü il tarixdə elektron imza ilə imzalanmışdır. Qeydiyyat nömrəsi: 3-29-59/2-4456/2023, qeydiyyat tarixi: xx.xx.2023. Sənədin qısa məzmunu: əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə.

67. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xəstəlik vərəqələri haqqında məlumatdan görünür ki, o, 2023-2024-cü tədris ilində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə bülletendə (əmək qabiliyyətinin itirildiyi müvəqqəti dövr) olmuşdur.

68. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin keçmiş Riyaziyyat müəllimi İddiaçı 2013- 2014-cü il tarixdən 2022-2023-cü il tarixədək ayrılan dərs saatları barədə məlumatdan görünür ki, onun 2013-2017-ci illərdə və 2019-2022-ci illərdə dərs yükü 18 saat, 2017-2018-ci illərdə 12 saat, 2022-2023-cü illərdə 17 saat olmuşdur.

69. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “LCG” vəkil bürosunun vəkili cənab Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, zərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ünvan 5bin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri aşkar olunmadığından cinayət təqibinin başlanması rədd edilmişdir.

70. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2272/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Nümayəndə2 İddiaçı barəsində böhtan və təhqir xarakterli məlumatları BŞTİ-yə, Elm və Təhsil Nazirliyinə və Baş prokuror Kamran Əliyevə ünvanladığı məktublarda ifadə etməklə şərəf və ləyaqətini təhqir edərək ləkələdiyinə görə eyni üsulla təkzib etməsi, iddiaçının xeyrinə cavabdehdən mənəvi zərərə görə 300 manat pul tutulması qət edilmişdir.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/7654 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlər və tərtib edilmiş cədvəl əsasında rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işlədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə ödənilməmiş əmək haqqı müəyyən edilmədiyi və hesablanmış əmək haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq köçürüldüyü müəyyən olunmuşdur.

72. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

73. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4359 №-li ekspert rəyindən görünür ki, ekspert qarşısına qoyulmuş birinci suala müvafiq olaraq qeyd edilir ki, məhkəmə-mühasibatlıq ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən İddiaçı öz vəzifəsindən və dərs yükündən əlavə 0.5 ştat direktor müavini vəzifəsinin həvalə edilib-edilməməsi məsələsi hüquqi xarakterli məsələ olduğu üçün bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. O cümlədən, ikinci sualda soruşulanlar üzrə qeyd edilir ki, İddiaçı öz vəzifəsindən və dərs yükündən əlavə 0.5 ştat direktor müavini vəzifəsi həvalə edildiyi təqdirdə 2015-ci ilin noyabr ayından xx.xx.2023-cü il tarixədək olan dövr ərzində BŞTİ tərəfindən İddiaçı həmin vəzifə üzrə ödənilməli olan əmək haqqının məbləği 76.741,44 manat təşkil edir. Həmçinin üçüncü sualda soruşulanlar üzrə qeyd edilir ki, İddiaçı öz vəzifəsindən və dərs yükündən əlavə 0.5 ştat direktor müavini vəzifəsi həvalə edildiyi təqdirdə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində BŞTİ tərəfindən İddiaçı həmin vəzifə üzrə ödənilməli olan əmək haqqının məbləği 12.576,46 manat təşkil edir. Əlavə olaraq qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 9/7654 nömrəli ekspert rəyində iddiaçıya hesablanmış əmək haqqı məbləği 0.5 ştat üzrə nəzərə alındığından iddiaçıya ödənilməmiş əmək haqqı məbləği müəyyən edilməmişdir. Lakin hazırkı tədqiqat zamanı ekspert qarşısında qoyulmuş suallarda “əlavə 0.5 ştat direktor müavini vəzifəsi həvalə edildiyi təqdirdə” hesablamanın aparılması qeyd olunduğundan yuxarıda göstərilən ödənilməmiş əlavə əmək haqqı məbləğləri müəyyən edildi.

74. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir.

75. Mülki iş materiallarına Bakı şəhəri 201 nömrəli tam orta məktəbin müəllimlərinin, şagirdlərinin və şagirdlərin valideynlərinin ərizə və izahatları, İddiaçı hesablaşma vərəqələri, kadrların şəxsi uçot vərəqəsi, sosial şəbəkədə paylaşılan yazıların fotoşəkilləri, hesabdan çıxarış, əmək kitabçasının surəti, siniflər üzrə yer sayı haqqında məlumatlar, audio-video disklər, məhkəmə qərarları və digər sənədlər əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

76. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə vəzifəsindən azad edilmiş (ixtisara görə) və ixtisası üzrə riyaziyyat dərsləri verilmiş, daha sonra xx.xx.2000-ci il tarixdə məktəbin riyaziyyat müəllimi İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

77. İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək funksiyalarını yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh BŞTİ-nin xx.xx.2023-cü il tarixli 3-29-59/3-1- 1993K/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsi belə əsaslandırılmışdır ki, İddiaçı hərəkətlərinə hüquqi qiymət verilməsi barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətlərdə İddiaçı işlədiyi müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllim və şagirdlərlə kobud davranması məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesini pozması və şagirdlərin keyfiyyətli tədris almalarına mane olması, İddiaçı tərəfindən “X14” Qaydalarına əməl olunmaması və qeyri-qanuni hərəkətləri barədə 14 və 19 sentyabr 2023-cü il tarixlərində pedaqoji kollektiv üzvlərinin iştirakı ilə Pedaqoji Şura iclasının keçirildiyi qeyd olunmuşdur. X24 əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul edilmişdir. Qeyd olunan məsələlərlə bağlı valideynlər tərəfindən məktəb rəhbərliyinə çoxsaylı şikayətlər də daxil olmuşdur. Əvvəlki tədris illərində sinif rəhbərliyi verilmiş müəllimlər araşdırma müddətində verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı hər tədris ilinin sonunda sinif jurnallarını yoxlayıb təhvil alması müqabilində hər müəllimdən 50 manat məbləğində pul tələb edib aldığını, tələb olunan pulu verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişdilər. Eyni zamanda, İddiaçı ad günü ərəfəsində müəllimlərdən məcburi qaydada onu təbrik etmək məqsədilə pul tələb etdiyini, pul verməyən müəllimlərə qarşı qeyri-pedaqoji rəftara yol verdiyini bildirmişdilər. Müəllimlər izahatlarında təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən onlara qarşı kobud rəftar etdiyini, təhqiredici ifadələr işlətdiyini, gizli şəkildə səslərinin yazıldığını, videoçəkiliş aparıldığını və bütün bu proseslər zamanı sağlam iş mühitinin pozulduğunu və bu halın tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini qeyd etmişlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciətlərə əsasən Təhsil İdarəsi Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə araşdırma aparmışdır. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru, məktəbin bir qrup müəllim və valideynləri araşdırma zamanı verdikləri izahatlarında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində qeyd olunanları təsdiq etmişdilər. İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirməməsi barədə izahat yazması tələb edildikdə o, bundan imtina etmişdir. İddiaçı öz vəzifə funksiyalarını yerinə yetirməməsi və bu barədə izahat yazmaması ilə bağlı müvafiq aktlar tərtib edilmişdir. Onun öz vəzifə funksiyalarını yerinə yetirməməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, İddiaçı öz əmək funksiyasını, öhdəliklərini və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.

78. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən BŞTİ-nin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 595 nömrəli təqdimat ilə məktəbdə təlim-tərbiyə işləri üzrə 0.5 stavka vahidi ilə direktor müavini işləyən və 18 saat dərs yükü ilə riyaziyyat-informatika fənnini tədris edən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir.

79. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 tərəfindən BŞTİ-nin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 601 nömrəli təqdimat ilə məktəbdə təlim-tərbiyə işləri üzrə 0.5 stavka vahidi ilə direktor müavini işləyən və 18 saat dərs yükü ilə riyaziyyatinformatika fənnini tədris edən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün BŞTİnin Azərbaycan Təhsil İşçiləri X25 Komitəsinin rəy verməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdimatının təmin edilməməsi, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməməsi qərara alınmışdır.

80. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 630 nömrəli təqdimatı ilə təhsilə və məktəbə hər gün daha artıq zərər vuran İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə məsələyə son qoyulmasında dəstək olunması xahiş edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.

81. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətinin daha zəif tərəfi olan işçinin hüquqlarının qorunması üçün minimum normaları müəyyən edən normativ hüquqi aktdır. Buna görə də qanunvericilik işçi barəsində intizam tənbeh tənbehi tətbiq etməyin minimum normalarını müəyyən edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixli əmr ilə ləğv edilməsini və intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsini (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci madəsinin 2-ci hissəsi) nəzərə alaraq müəyyən edir ki, xx.xx.2023-cü il tarixədək aşkar edilmiş əmək və ya icra intizamının pozulması halları üzrə intizam tənbehinin tətbiq edilməsi üçün müddət ötürülmüşdür. İddiaçı həmin müddət ərzində iddiaçının xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu barədə sübut məhkəməyə təqdim edilməmiş, həmçinin mübahisə predmeti olmamışdır.

82. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş və mübahisəsiz haldır ki, iddiaçı ilə Bakı şəhəri 201 nömrəli məktəbin direktoru Nümayəndə2 arasında mübahisə mövcud olmuşdur. Eyni zamanda, bir qrup müəllim iddiaçıya, bir qrup müəllim isə direktor Nümayəndə2 dəstək olmuşdur.

83. Məhkəmə xx.xx.2023-cü il tarixli təqdimata münasibətdə qeyd edir ki, təqdimatda iddiaçının öz əmək funksiyalarını yerinə yetirməməsi haqqında mülahizələr qeyd edilsə də xx.xx.2023-cü il tarixdən sonrakı tarixdə aşkar olunmuş təsdiqedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli yoxlama nəticəsində aşkar edilmiş pozuntulara münasibətdə qeyd edilməlidir ki, intizam tənbehinin aşkar edildikdən sonrakı 1 aylıq müddət ötürülmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçının “jurnal oğurlanması” barədə Daxili İşlər Nazirliyinə şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, polis əməkdaşlarının müvafiq şikayət əsasında məktəbə daxil olması qanuni bir prosedurdur. İddiaçının qəsdən iş ahənginin pozulması məqsədilə bu hərəkəti etməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən Aktlardan görünür ki, həmin aktların əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli Aktdan da iddiaçının qəsdən tədris prosesinin pozulması məqsədilə şikayət etməsi müəyyən edilmir. Nəticə olaraq Aktda qeyd edilmişdir ki, polis əməkdaşları direktorun qəbulunda olmuş və sonra məktəbi tərk etmişdirlər. Yəni iş ahənginin pozulması ilə nəticələnən hər hansı hadisə baş verməmiş, iddiaçının qeyd olunan məqsədlə şikayət etməsini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Sinif jurnallarının iddiaçı tərəfindən gizlədilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin faktları təsdiq edən video görüntülər, şahid ifadələri və s. məhkəməyə təqdim edilməmiş, həmçinin iddiaçının köhnə tarixə qeydlər aparmasını təsdiq edən hər hansı dəlil öz təsdiqini tapmamışdır.

84. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən ondan izahat tələb edilməmişdir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci madəsinin 3-cü hissəsi). Belə ki, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, iddiaçıdan izahat tələb edilməsi və onun imtina etməsi qeyd olunmuşdur. Qeyd edilməsi zəruridir ki, iddiaçıdan izahat tələb edilməsi Akt ilə deyil, elektron və ya poçt ünvanına göndərilmiş məktub ilə, telefonuna göndərilmiş yazılı bildiriş və s. dəlillərlə təsdiqlənməlidir. Odur ki, iş materiallarında olan digər Aktlar kimi xx.xx.2023-cü il tarixli Akt da məhkəmə tərəfindən mötəbər dəlil hesab edilmir. Nəzərə almaq lazımdır ki, X9 tərəfindən iddiaçıya iclasın vaxtı barədə məlumat həm telefonuna mesaj, həm də teleqram vasitəsilə göndərilmişdir.

85. İş üzrə mübahisələndirilməyən haldır ki, iddiaçı Bakı şəhəri 201 nömrəli tam orta məktəbində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Halbuki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırılmamışdır (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci madəsinin 3-cü hissəsi). Qeyd olunan məsələ nə müvafiq təqdimatda, nə də cavabdeh BŞTİ-nin xx.xx.2023-cü il tarixli əmrində əsaslandırılmamışdır.

86. İddiaçının məktəb şagirdlərini təhqir etməsi, onları döyməsi və digər hallarla bağlı məhkəmə qeyd edir ki, bu barədə izahatlar, mülahizələr təqdim edilsə də üstündən uzun müddət keçmiş hadisələr barədə (hansı ki, dəqiq tarixlər qeyd edilməmişdir) izahatların yazılması, həmçinin izahat və ərizələrin əksəriyyətinin tarixinin eyni gün olması həmin izahat və ərizələri şübhə altına salmaqla, məhkəmə tərəfindən mötəbər dəlil hesab edilmir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci madəsinin 3-cü hissəsi).

87. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2023-cü il tarixli olsa da, əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edilməsi qeyd edilmiş, əmək müqaviləsi ləğv edildikdən sonra xx.xx.2023-cü il tarixdə BŞTİ tərəfindən BŞTİ-nin HİK-nin sədrinə əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir.

88. Qeyd olunanlardan müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi həmin məcəllənin 186-cı madəsinin 2-c hissəsinin “ç” bəndinə əsasən həm də intizam tənbehidir) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (intizam tənbehinin verilməsi qaydaları) tələblərinə əməl edilməmiş, ciddi pozuntulara yol verilmişdir.

89. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə BŞTİ-nin xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı ünvan 5bdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

90. Məhkəmə iddia tələbinin “iddiaçıya ödənilməmiş əmək haqqı qismində 76,741.44 AZN pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının vəzifəsi təlim-tərbiyə üzrə 0.5 ştat direktor müavinidir.

91. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli 18-1 nömrəli Qərarının Vİİ hissəsində Ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin əmək funksiyası qeyd edilmişdir. Belə ki, Ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinin əmək funksiyasına aşağıdakılar daxildir: - Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir; siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlimtərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

92. Göründüyü kimi, direktor müavininin əmək funksiyası Kollegiya Qərarı ilə tənzimənir. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli Qərarında Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatlarına dair qeydlərə əsasən 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir. Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.

93. Mülki iş materialları, eləcə də tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçının vəzifəsi direktorun xarici dil üzrə müavini deyil, təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə xarici dil üzrə müavin vəzifəsi mövcud deyil. Məhkəməyə təqdim edilmiş siniflər üzrə yer sayı barədə məlumatdan görünür ki, 2022/2023-cü tədris ilində 58 sinif olmuşdur. Hazırda isə məktəbdə 2 direktor müavini ştatı mövcuddur. Bir tam ştat, iki yarım (0.5) ştat mövcuddur. 30 sinifdən sonrakı 10 sinif tam olduğu üçün iki 0.5 ştat mövcuddur. Sinif sayı 60-a çatmadığı üçün növbəti 0.5 ştat təlim-tərbiyə işi üzrə direktor müavini vəzifəsi yoxdur. İddiaçı iddia edir ki, o, azərbaycan bölməsinin 5-7-ci sinifləri üzrə direktor müavini işləmiş, 2013-cü ildə rus bölməsi üzrə direktor müavini işləyən Zemfira Ziyəddinova vəzifəsindən ayrıldığı üçün rus bölməsinə 0.5 stavka direktor müavini vəzifəsinə keçirilmişdir. Halbuki, qeyd olunanları sübut edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş materiallarından iddiaçının rus bölməsi üzrə direktor müavini olması və ona azərbaycan bölməsinin 5-7-ci siniflərinin təlim-tərbiyə və tədrisinə nəzarət və s. vəzifələrin əlavə olaraq həvalə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilən ekspert rəyindən də iddiaçıya ödənilməmiş əmək haqqının olmaması müəyyən edilmişdir.

94. Məhkəmə izah edir ki, iddiaçı təlim-tərbiyə işləri üzrə 0.5 ştat direktor müavinidir. Ondan başqa bir direktor müavini də 0.5 ştat, digər direktor müavini isə tam ştatdır. Direktor müavininin əmək funksiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə müəyyən edilir. Məktəb direktoru isə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin bölgüsünü (hansı müavinin hansı siniflərə nəzarət etməsi və s.) həyata keçirir. Qeyd edilməsi zəruridir ki, məktəbdə direktorun xarici dil (rus dili) üzrə müavini vəzifəsi olduğu təqdirdə həmin siniflər həmin direktor müavininin nəzarətində olmalı və azərbaycan bölməsi üzrə siniflərin sayı azalmalıdır. Belə olan halda təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin ştat vahidi də azalacaqdır. Hazırkı işin hallarına görə xarici dil üzrə direktor müavini ştatı olmadığı üçün azərbaycan bölməsinin və xarici dil bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin arasındakı əmək bölgüsünü məktəbin fəaliyyətini idarə edən direktor həyata keçirir.

95. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “iddia müddətinin tətbiqi” barədə ərizəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində iddia müddətini qismən ötürmüşdür. Pul tələbi ilə bağlı 1 illik iddia müddəti olduğunu və iddiaçının hesab etdiyi (məhkəmə hesab edir ki, hüquq pozuntusu yoxdur) hüquq pozuntusunun davamedici xarakter daşımasını nəzərə alaraq qeyd edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən əvvəlki bir il üçün (iddia müddətinin axımının dayandığı müddət nəzərə alınmaqla) iddia müddəti ötürülməmişdir.

96. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin “iddiaçıya ödənilməmiş əmək haqqı qismində 76,741.44 AZN pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

97. Məhkəmə iddia tələbinin “mənəvi ziyan əvəzi olaraq 10.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh BŞTİ tərəfindən iddiaçının əmək müqaviləsinin qanunsuz ləğv edilməsi onun kollektiv arasında gözdən salınmasına, mənəviyyatına, qürur hissinə zidd olan hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, müvafiq intizamn tənbehinin tətbiq edilməsi barədə əmrdə iddiaçının işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan məlumatlar qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin vurulması halı aşkardır. Lakin mənəvi zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən şəxsə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin “mənəvi ziyan əvəzi olaraq 10.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul cavabdehdən iddiaçı xeyrinə tutulmalıdır.

c) Tətbiq edilən hüquq:

98. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddə, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 59-cu maddə. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 61-ci maddə, 2-ci hissə. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. 61-ci maddə, 3-cü hissə. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddə, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80-ci maddə, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X9nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddə, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X9na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X9 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddə, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddə, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddə, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddə, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddə, 2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddə, 3-cü hissə. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 187-ci maddə, 4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189-cu maddə, 1-ci hissə. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 189-cu maddə, 4-cü hissə. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 290-cı maddə, 3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 296-cı maddə, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

99. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli 18-1 nömrəli Qərarı: Vİİ hissə. Ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin əmək funksiyası. Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir; siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

100. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli Qərarının Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatlarına dair qeydləri: 2-ci hissə. 30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir. Bir sıra fənnlər xarici dildə tədris olunan orta ümumtəhsil məktəblərində direktorun xarici dil üzrə müavini vəzifəsi müəyyən edilir.

101. Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli normaları: 3-cü hissə. Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə - Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə taarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər. Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.

102. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlmat:

2. Sinif jurnalı. Dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən edilir: İ-İV siniflər və V-Xİ siniflər üçün. Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir... "Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.

103. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı: Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.

104. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

105. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

106. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

107. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100cü maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

108. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

109. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1993K/2023 nömrəli əmri ləğv edilməli, İddiaçı ünvan 5bdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli, mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

110. İddia qismən təmin edildiyi üçün Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul məbləğinin 25 manat hissəsi cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı verilməli, qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, qalan 150 (bir yüz əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə:

111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1993K/2023 nömrəli əmri ləğv edilsin, İddiaçı ünvan 5bdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul məbləğinin 25 manat hissəsi cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı verilsin, qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, qalan 150 (bir yüz əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar