Məhkəmə qərarları › İş №e-2(006)-1430/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-1430/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1430/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Vətəndaş və İnkişaf Partiyasına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq və qiyabi icraat qaydasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Vətəndaş və İnkişaf Partiyasına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “Vətəndaş və İnkişaf Partiyası” arasında imzalanmış 13 avqust 2014-cü il tarixli, 2122 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə görə İddiaçı MMC ona mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 1398,24 manat (min üç yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən cavabdeh “Vətəndaş və İnkişaf Partiyası”ndan 1398,24 manat (min üç yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 33,98 (otuz üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılıb qətnamə çıxarılmasına etirazının olmadığını bildirmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 4.Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 13 avqust 2014-cü il tarixli, 2122 nömrəli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair Müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətləri göstərməyi, cavabdeh isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozmuş, iddiaçıya 1398.24 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı ilə “Vətəndaş və İnkişaf Partiyası” arasında bağlanmış 13 avqust 2014-cü il tarixli, 2122 nömrəli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair Müqavilədən görünür ki, İddiaçı “Vətəndaş və İnkişaf Partiyası”na mobil rabitə xidmətləri göstərməyi, “Vətəndaş və İnkişaf Partiyası” isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan hesab-fakturadan görünür ki, CC307 nömrəli, xx.xx.2024cü il tarixli qaimə üzrə ödəniləcək məbləğ 1385.14 manat məbləğindədir. 9.Mülki işin materiallarında olan İddiaçı tərəfindən “Vətəndaş və İnkişaf Partiyası”na ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, “Vətəndaş və İnkişaf Partiyası”na 1398.24 manat borcu olduğu barədə xəbərdarlıq edilmişdir. 10.Mülki işin materiallarında olan “Vətəndaş və İnkişaf Partiyası”nın Nizamnaməsindən görünür ki, Vətəndaş və X1 Ədliyyə Nazirliyində xx.xx.2007-ci il tarixli, 52 nömrəli qeydiyyat aktı ilə dövlət qeydiyyatına alınmışdır. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödnilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edildiyi kimi tərəflər arasında 13 avqust 2014-cü il tarixli, 2122 nömrəli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair Müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətləri göstərməyi, cavabdeh isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından göründüyü kimi cavabdeh müqavilənin şərtlərini pozmuş və iddiaçı qarşısında 1398.24 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdeh Vətəndaş və İnkişaf Partiyasından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 14.Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. 15.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 16.Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 33.98 (otuz üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti də cavabdehə aid edilməlidir. 17.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Vətəndaş və İnkişaf Partiyasından 13 avqust 2014-cü il tarixli, 2122 saylı Mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 1398.24 (min üç yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) manat ödənilməmiş borc və ödənilmiş 33.98 (otuz üç manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 19.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Vətəndaş və İnkişaf Partiyasından İddiaçı xeyrinə 1398.24 (min üç yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33.98 (otuz üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh Vətəndaş və İnkişaf Partiyası qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar