Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1443/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qızının, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və sairə tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sairə tələbinə dair qarşlıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 78 saylı mənzildən çıxarılmaları, həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində alqı-satqı müqaviləsi əsasında ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 78 saylı mənzili tam təmirli vəziyyətdə pulunu ödəyərək keçmiş mülkiyyətçi X2 almışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçı xx.xx.2023-cü il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-05301-093122 reyestr nömrəli çıxarış iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. İddiaçı ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 78 saylı mənzili almamışdan əvvəl mənzilin əvvəlki sahibi tərəfindən həmin mənzil cavabdehlər X7 və Cavabdeh1 adlı şəxslərə kirayəyə verilmişdir. Həmin şəxslər mənzildə yaşamalarının müqabilində mənzilin keçmiş mülkiyyətçisinin müəyyən etdiyi məbləğdə aylıq kirayə haqqı ödəmişlər. İddiaçı sözügedən mənzili alarkən keçmiş mülkiyyətçi olan satıcı və cavabdehlər onlara mənzildən çıxmaq üçün bir neçə ay möhlət verməyi iddiaçıdan xahiş etmişlər. Bu səbəbdən iddiaçı həmin şəxslər, yəni cavabdehlərə mənzildən çıxrmalarına möhlət vermişdir. Lakin, sonradan X7 və Cavabdeh1 mənzildən çıxmaqdan imtina etmişlər. Mənzilin mülkiyyətçisi olan iddiaçı mənzili boşaltmalarını, mənzildən çıxmalarını cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər mənzildən çıxmamışlar, əksinə mənzildən çıxmayacaqlarını, həmin mənzili boşalmayacaqlarını bildirmişlər. Göründüyü kimi İddiaçı razılığı və xəbəri olmadan qeyriqanuni olaraq mənzili zəbt etmişlər, mənzildən qanunsuz olaraq mənzildə yaşamağa davam edirlər. Mənzillə bağlı iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamışdır, cavabdehlər iddiaçının razılığı olmadan ona məxsus mənzildə qanunsuz olaraq yaşayırlar. Sözügedən mənzil "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L007707 saylı kredit limiti təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli L007707 D nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə borcgötürən xx.xx.2024-cü il tarixdə kredit borcunu Banka qaytarmışdır. "xxxx" ASC DƏDKR-nin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli 1440 nömrəli məktubu əsasında iddiaçının mülkiyyətində olan və Bankın xeyrinə əvvəllər ipoteka ilə yüklü edilən mənzil bütün müqavilələr üzrə ipoteka və sonrakı ipotekadan azad edilmişdir. Cavabdehlər X7 və Cavabdeh1 iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onların arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışlar. Cavabdehlərin bu mənzildə yaşamaları və ya mənzildən istifadə etmələri iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehlərin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi iddiaçının mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. İddiaçı dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Mülkiyyətçi olaraq İddiaçı oğunun hüquq və mənafeləri təmin edilməli və cavabdehlər iddiaçıya məxsus ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 78 saylı mənzildən çıxarılmalıdır, mənzili iddiaçıya təhvil verməlidirlər. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı və Sirac Səmədovun şəriki X6 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 4ə-496 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 78 saylı mənzilə dair İddiaçı verilən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandrılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində alqı-satqı müqaviləsi əsasında ünvan 3 (yeni qaydalarla: AZ1010, ünvan 2 ünvanında yerləşən 78 saylı mənzili tam təmirli vəziyyətdə pulunu ödəyərək keçmiş mülkiyyətçi X2 almışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil üzərində cavabdeh İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü tarixdən həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-05301-093122 reyestr nömrəli çıxarışa əsasən, onun mülkiyyətindədir. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə şəxsi mənzil almaq üçün ev axtararkən Nərimanov Rayonun Kosmos Yaşayış kompleksində (Akkord) X3 (ş.v.AA5680643, doğum tarixi xx.xx.1979) mənzil almışdır. Sonradan o, Sirac vasitəsi ilə bir sıra qohum və tanışlarına mənzil almış və aralarında etibar yaranmışdır. Həmin mənzildə yarımçıq qalan işlər olduğu üçün Sirac Səmədov həmin işləri tamamlayacığını bildirmiş, tərəflər arasında daha yaxın dostluq yaranmışdır və Cavabdeh2 onun nömrəsini götürmüşdür. X12 Cavabdeh2 başqa yerlərdə də evləri olduğunu bildirmişdir. İddiaçının yaxın qohumlarına yaşamaq üçün ev lazım olarkən Sirac Səmədova müraciət etmiş və problemsiz ev almış və beləliklə aralarında yaxın münasibətlər yaranmışdır. 2021-ci ildə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ailə qurduqdan sonra daha böyük bir mənzilə ehtiyacı olduğu üçün Sirac Səmədova müraciət etmiş və o, şəriki Bilal Behbudova məxsus olan mənzili ona təklif etmişdir. Evə baxış keçirərkən mənzilin 310 kv.m-dən ibarət olub və mənzilin sonradan 3 yerə bölünəcəyi bildirilib. Mənzilin bölgüsü aparılarkən iddiaçı tərəfindən mənzilin hansı formada olmasına dair proqram vasitəsilə layihəsi verilib və Sirac Səmədovla razılaşdıqdan sonra mənzil onun tərəfindən təmir edilib. Ondan əvvəl X13 iddiaçının yaşadığı mənzili 200.000 manat dəyərləndirilib və mənzil iddiaçı Cavabdeh2 anası Sevinc Məhərrəmovaya məxsus olduğu üçün Siracın qaynı X4 (ş.v.AA1905406, FİN:65U5E30, xx.xx.1996) onu Akkordun Nərimanovda yerləşən satış ofisinə aparıb və satış həyata keçirilib. Bundan sonra köhnə yaşadıqları mənzilə gələrək ünvan 3 ünvanında yerləşən mənzilini dəyərini - 200.000 manat pulu Sirac Səmədova vermişdir. Əlavə olaraq 70.000 manat hazırda yaşadığı mənzilin təmiri üçün S.Səmədova verilmişdir. Eləcə də sonradan pul və hal hazırda iddiaçının yaşadığı evin təmir ərəfəsində sonradan cəmi 20.000 pul verilmişdir. Mənzildə aparılmış bütün işlər iddiaçı Cavabdeh2 nəzarətində Sirac Səmədovun ustaları tərəfindən görülmüşdür. Sonradan mənzilin təmiri prosesində Sirac Səmədovla olan danışıqlar və şəkillərdə mövcuddur. Təmirdən sonra Sirac Səmədovla həmin mənzilə “Hilal Group”la müqavilə bağlanaraq arakəsmələr, cam balkon və pəncərə qoyulmuş (şahid qismində çıxış edə bilər) və “Doğtaş”dan mebel (şahid qismində nümayəndəsi çıxış edə bilər), “Texno” mağazadan elektronika məhsulları alınmışdır. Ev təmir olarkən divar kağızı, parket, hamam dəstləri çil-çıraq, pərdə və evdə olan bütün əşyalar mağazalardan seçilmiş və Sirac Səmədova göndərlimişdir. Mənzil hazır olduqdan sonra Sirac Səmədov evin bölünmə ev olduğu üçün torpaq idarəsinə sənədlərin təqdim olunduğunu bildirmiş və evin sənədinin gec hazır olacağını demişdir. İddiaçı Sirac Səmədova sənədlə bağlı hər dəfə soruşarkən hələ sənədləşmə işlərinin getdiyini və tezliklə hazır olacağını bildirmişdir. Bir müddət sonra Sirac Səmədov iddiaçıya zəng vuraraq sənədlərin həll olduğun bildirmiş və DƏDRX-dən əməkdaş gəlib ölçü götürəcəyi məlumatını vermişdir. Əslində isə həmin mənzil (yəni artıq Sirac Səmədovun şəriki olan İddiaçı adına rəsmiləşdirilmiş mənzil) girov qoyularaq Sirac Səmədov tərəfindən "xxxx"dan 150.000 manat kredit götürülmüşdür. Mənzilə DƏDXR əməkdaşı kimi təqdim edilən şəxs isə əslində Turanbankın əməkdaşı olmuşdur. Bundan sonra isə Sirac Səmədov mənzilin çıxarışının tezliklə hazır olacağını bildirmişdir. İddiaçının yaşadığı və ona məxsus olan mənzil İddiaçı (etibarnamə əsasında Siracın qaynı Nehmətov Sahil) və Sirac Səmədov tərəfindən girov qoyularaq "xxxx"dan 150.000 manat kredit götürülmüşdür. Kredit götürülərkən tərtib edilmiş əmlakın qiymətləndirilməsi haqqında aktdan görsənir ki, girovu təklif edən fiziki şəxs bölməsində X5 adı qeyd edilib. Aktın əmlaka qarşı iddiaların olmaması ehtimalı bölməsində isə “ehtimal olunur” qeyd olunub. Göründüyü kimi hazırkı mənzil faktiki olaraq Sirac Səmədov tərəfindən idarə edilib və həmin əmlaka qarşı iddiaların ehtimal olunması riski də təsbit edilib. 2024-cü ilin noyabr ayında Sirac Səmədov həbs edildikdən sonra İddiaçı qardaşı Bəhruz binanın komendant otağına yaxınlaşaraq burda bir evlərinin olduğunu bildirmişdir. Bina nəzarətçisi iddiaçı Cavabdeh2 aşağı çağıraraq bir nəfərin gəldiyini və ona məxsus olan mənzilin başqa şəxsə aid olduğunu bildirmiş və sənədin şəklini də göstərmişdir. Həmin şəxs heç mənzilin hansı blok və hansı mərtəbədə yerləşdiyindən belə xəbəri olmamışdır. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, Sirac Səmədov və şəriki İddiaçı tərəfindən dələduzluğa məruz qalmışdır. Dörd ilə yaxın müddət ərzində yaşadığı mənzilin sahibi kimi təqdim edilən İddiaçı ilə ilk dəfə Sirac həbs edildikdən sonra əlaqəyə keçmiş və onun mənzilin geri alınmasında marağının olmadığını demiş, Siracın ona borclu olduğunu və əsas ona pulunun qaytarılmasının maraqlı olduğunu bildirmidir. Lakin, İddiaçı atasına verdiyi etibarnamə əsasında atası Nəsimi Rayonu Polis İdarəsinə yazılı ərizə yazmış və həmin mənzildə Sirac Səmədovun kirayə qalmaq üçün şəxs tapdığını və 1500 manata razılaşdığını bildirmişdir. Eyni zamanda isə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində isə mənzili alarkən iddiaçı Cavabdeh2 guya kirayə qalan kimi tanıdığını bildirmiş və əvvəllər evi boşaltmaq üçün xəbərdarlıq etdiyini bildirmişdir. Əslində isə məhkəmə və polis orqanlarına verilmiş ərizələrində göstərilənlər tamamilə həqiqəti əks etdirmir və heç bir sübuta əsaslanmır. Ona görə ki, İddiaçılə yalnız Sirac tutulduqdan sonra telefon vasitəsi ilə danışdıqdan sonra mənzilinin onun adına olduğunu bilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, hazırda Sirac Səmədov AR CM-nin 178.2-ci maddəsi ilə ittiham edilərək onun barəsində Xətai rayon Pİ-nin İŞ-də cinayət işi (iş №-si 2********) açılmışdır. İstintaqı həyata keçirən müstəntiq Elgiz Məmmədovun 02 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçıya maddi ziyanın vurulması barədə kifayət qədər əsaslar olduğu üçün o, bu işdə zərərçəkən şəxs qismində tanınmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, mübahisə predmeti olan ev Cavabdeh2 məxsus olmuşdur. Hətta Cavabdeh2 anası Məhərrəmova Sevinc tərəfindən 2021-ci ilin may ayında 50 000 manat Qağayı MTK-ya ödənilmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qızı qarşılıqlı iddiaya etiraz tədim edərək onun təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən görünür ki, mənzil tam mülkiyyət hüququ ilə Bilal Behbudova məxsus olmuşdur. Mənzilin Sirac Səmədovun hüquqları ilə yüklü olması iş materialları ilə təsdiq olunmur. Cavabdeh2 bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, mənzil üzərində Sirac Səmədov tərəfindən sərəcam vermək səlahiyyəti də olmamışdır. Bilal Behbudovun və ya İddiaçı Sirac Səmədovun şəriki, tanışı olması faktı qəbul olunsa belə, bu hal sonuncuya mənzillə bağlı hər hansı şəxslə, o cümlədən Cavabdeh2 ilə müqavilə bağlamaq hüququ qazandırmamışdır. Bundan başqa, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində, habelə məhkəmə hazırlıq iclasında verdiyi izahatda qeyd edir ki, o, əvvəllər də Sirac Səmədov vasitəsilə mənzil alıb-satmış və bu zaman mütləq qaydada yazılı formada əqdlər bağlamışdır. Lakin, nədənsə hazırki iddianın predmeti olan mənzillə bağlı 2021-ci ildə Sirac Səmədovla razılıq əldə etdiyini iddia edən Cavabdeh2, Siracdan mənzilə aid hər hansı sənəd (müqavilə, çıxarış və sair) tələb etməmiş, keçən 3 ildən artıq müddət ərzində mənzilin onun adına rəsmiləşdirilməməsi onda şübhə yaratmamışdır. Mənzilə görə 200.000 manat, təmirə görə 70.000 manat, təmir ərəfəsində 20.000 manat ödədiyini bildirən Cavabdeh2, bu barədə Sirac Səmədovdan hər hansı sənəd (məsələn qəbz) almamışdır, məhkəməyə də bu barədə heç bir sənəd təqdim etməmişdir. Cavabdeh2 bildirir ki, Sirac Səmədov ondan 200.000 manatı aldıqdan sonra ona 50.000 manat ödəniş barədə kassa mədaxil orderinin qəbzini vermişdir. Cavabdeh2 istinad etdiyi həmin kassa mədaxil orderinin qəbzini məhkəməyə təqdim etmişdir. Sözügedən qəbzdən görünür ki, qəbzin “Kimdən” qrafasında - Sevinc Məhərrəmovanın adı, “Ünvan” qrafasında- K.Səfərəliyeva küç 12, “Nə üçün” qrafasında - ev alqı satqı, “Ödəniş” qrafasında – 50.000 manat qeyd olunmuşdur. Qəbzə “Qağayı MTK” Kommunal xidməti ödənilib. 17 may 2021 sözləri əks olunan möhür vurulmuşdur. Göründüyü kimi, Cavabdeh2 istinad etdiyi bu qəbz (həqiqiliyi qəbul olunsa belə) də onun İddiaçı məxsus mənzil üzərində hər hansı hüququnun əmələ gəlməsi üçün əsas yaratmır. Cavabdeh2 mənzilin əldə olunması üçün mülkiyyətçi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada yazılı formada mülki əqd bağlamamış, mülkiyyətçiyə mənzilin dəyərini ödəməmişdir. Bunun əksinə İddiaçı xx.xx.2023-cü il tarixdə mənzili keçmiş mülkiyyətçi Bilal Behbudovdan almış, bu barədə alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, Bilal Behbudovun sənədlərin həqiqiliyi Bakı şəhəri 43 saylı notarius ofisində yoxlanılmış, mənzilin 3-cü şəxslərin hüququ ilə yüklü olmaması və ya üzərində məhdudiyyət olmaması təsdiq olunmuşdur. Mənzilə dair yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı mənzilin dəyərini təşkil edən 430.000 manatı notariusun bank depozit hesabı vasitəsilə Bilal Behbudova ödəmiş, müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində həmçinin bildirir ki, “Sirac Səmədov ona zəng edərək, mənzilin sənədləşməsi ilə bağlı Əmlak Komitəsindən mütəxəssisin gəlib mənzilin ölçülərini götürəcəyini bildirmişdir. Əslində isə Sirac Səmədov "xxxx" ASC-dən kredit götürmüş, Sirac Səmədovun şəriki olan İddiaçı adına rəsmilləşdirilmiş həmin mənzil isə girov qoyulmuşdur. Mənzilə gəlib baxış keçirən şəxs isə Bankın əməkdaşı olmuşdur”. Cavabdeh2 qeyd etdiyi bu fakt da onun mənzillə bağlı bildirdiklərinin həqiqət olmasını şübhə alıtna alır. Çünki, ölçü işlərini aparmaq üçün Əmlak Komitəsindən mütəxəsis gözləyən Cavabdeh2 həmin vaxt mənzilə gələn şəxsin mənzildə hər hansı ölçü işlərini aparmadığının şahidi olmuşdur . Lakin, bu zaman 2021-ci ildən mənzillin sənədləşməsini gözləyən Cavabdeh2 mənzilə gələn şəxslə hər hansı dialoqa girməməsi, onun hansı məqsədlə mənzilə baxış keçirməsini öyrənməməsi ağlabatan deyildir. İpoteka müqaviləsi ilə bağlı “əmlakın qiymətləndirilməsi haqqında aktda “əmlaka qarşı iddiaların olmaması ehtimalı” qrafasında “ehtimal olunur” sözləri ilə bağlı isə onu qeyd etmişdir ki, həmin ifadə Cavabdeh2 tərəfindən düzgün şərh olunmamışdır. Qeyd olunan ifadə mənzilə qarşı iddiaların olmamasının ehtimal olunduğunu nəzərdə tutur. Yəni 2023-cü ildə mənzilin ipotekası zamanı mənzillə bağlı hər hansı iddianın olması qeyd olunmamışdır. Bu barədə Cavabdeh2 göstərdikləri əsassız və “əmlakın qiymətləndirilməsi haqqında aktın özündə göstərilənlərlə təkzib olunur. İddiaçı Pərviz Hacıyev vicdanlı alıcıdır, mənzilin yeganə mülkiyyətçisidir. Mülkiyyət isə həm İnsan hüquqları və vəzifələri üzrə Avropa Konvensiyası, həm də Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin normalarına görə toxunulmazdır və dövlət tərəfindən qorunur. Qeyd olunanlara əsasən hesab etmişdir ki, mənzilə dair Bilal Behbudov və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Cavabdeh2 sözügedən mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı Sirac Səmədovla birlikdə ona qarşı dələduzluq etdiyini iddia edən Cavabdeh2 bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Pərviz X8rşı har hansı qanunsuz əməl törətməmiş, onu aldatmamışdır. Xətai Rayon Polis İdarəsinin “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarından isə görünür ki, Cavabdeh2 Sirac Səmədovun barəsində CM-nin 178.2-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu baxımdan hesab etmişdir ki, Cavabdeh2, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə özünun prosessual statusuna uyğun qanunun ona verdiyi bütün hüquqlardan, o cümlədən təqsirləndirilən şəxsin ona vurduğu zərərin əvəzini ödəməyi Sirac Səmədovdan tələb etmək hüququndan istifadə etməli, qanunsuz yaşadığı İddiaçı məxsus mənzili isə ailə üzvləri ilə birlikdə tərk etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qızı ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia tələbini etiraf etməyərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ilk iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzili 2021-ci il tarixində Səmədov Sirac adlı şəxsdən almışdır. Evin təmiri şəxsən özü tərəfindən aparılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2023-cü ildə mənzili əldə etdikdən sonra həmin mənzildən çıxarılması barədə onu xəbərdarlıq etmişdir. Belə bir xəbərdarlıq olmamışdır. Alıyev X1 olan səs yazıları vardır. Səs yazılarından aydın şəkildə görünür ki, İddiaçılə Səmədov Sirac şərik olmuşlar. Səmədov Sirac hal-hazırda həbs edilmişdir. Xətai rayon Polis İdarəsində araşdırma aparılır və o, orada zərərçəkmiş şəxs kimi tanınmışdır. Bu evin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı əvəzində X4 aqlı-satqıda iştirak etmişdir. Satıcı kimi Behbudov Bilal iştirak etmişdir. Həmin şəxs X5 yoldaşının qardaşıdır. 2023-cü ilin oktyabr aylarında X11 ona bildirmişdir ki, torpaq idarəsindən əməkdaşlar gələcəkdir. Həmin şəxs əslində bankın əməkdaşı olmuşdur, özünü torpaq idarəsinin əməkdaşı kimi təqdim edib və evin ölçülərini götürmüşdür. Əslində isə evi girov qoymuşlardır. Pərviz ona yığıb demişdir ki, ona ev maraqlı deyildir, ona verəcəyin pul maraqlıdır. Rəsmi şəkildə Səmədov Siracla onu arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Çünki ev paylı mülkiyyət idi və 3 yerə bölünmüşdür. Evin çıxarışı hazır olmadığına görə alqı-satqı müqaviləsi bağlaya bilməmişlərdir. Almaq istədikləri evi X11 ona göstərmişdir. Evin açarı onda olmuşdur. Akkordun binasında 200.000 manat dəyərində evləri olmuşdur. Səmədov Sirac bir müştəri tapmışdır. Həmin şəxslə alqı-satqı müqaviləsi bağlanmışdır. 2019-cu ildə Akorddakı evi Səmədov Siracdan almışdır. Daha sonra ona yaxın qohumlarına da ev lazım olmuşdur. Alqı-satqı olunub, heç bir problem olmamışdır. Aralarında etibar yaranmışdır. 2021-ci ildə evləndiyinə görə evi dəyişmək, daha böyük evə keçmək istəmişdir. O da ona ünvan 3 ünvanında yerləşən 78 saylı evi təklif etmişdir. Ev 310 kv.metr idi və 3 yerə bölünməliydi. 2024-cü ilin noyabr ayında xəbəri olmuşdur ki, ev İddiaçı satılmışdır. Məhkəmə prosesindən 2025-ci ilin fevral ayında xəbəri olmuşdur. Telefona sms gəldikdən sonra e-məhkəmə sisteminə daxil olaraq iddia ərizəsi və digər sənədlərlə tanış olmuşdur. Bu evlə bağlı Xətai rayon Polis İdarəsində aparılan araşdırmada zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan satıcı X6 ilə alıcı İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78-i 430 000 manat müqabilində alıcıya satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78 İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka saxlayan Turanbank ASC ilə borcalan X11 və ipoteka qoyan İddiaçı əvəzinə X4 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, sonrakı ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan predmetini kredit limiti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" MTK Kommunal Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş kassa mədaxil orderinin qəbzi № 0002-dən görünür ki, Sevinc Məhərrəmova tərəfindən ev alqı-satqısı üçün 50 000 manat ödəniş edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, ********* sayl cinayət işi üzrə Cavabdeh2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78 tikilisinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə qarşıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 ilk iddia üzrə iddiaçı ilə X6 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 4ə-496 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinin əsasında Sirac Səmədovla sözügedən daşınmaz əmlakın ona satılması ilə bağlı şifahi razılaşmaları dəlilləri durmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə qarşılıqlı iddianın əsaslılığına dair isə heç bir mötəbər sübutlar təqdim edilməmişdir. Sirac Səmədovun barəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması isə qarşılıqlı iddianın təmin edilməsi üçün mütləq əsas ola bilməz. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflərin həqiqi arzuları, niyyətləri ilə onların ifadə edilməsi arasında uyğunsuzluq əqdin etibarsız əqd hesab olunmasına gətirib çıxarır. Tərəfin iradəsi və iradə ifadəsinin arasında olan uyğunsuzluğu, iradə nöqsanlılığı anlayışından fərqləndirmək lazımdır. İradə nöqsanlılığının təzahür etdiyi hallarda iradə ifadəsi ilə iradə uyğun olsa da, tərəfin iradəsinin məzmunu onun həqiqi arzularını, niyyətlərini, məqsədlərini ifadə etmir. Aldatma, hədə, zorakılıq nəticəsində formalaşan əqdlər məhz iradə nöqsanlılığının təcəssümüdür. İradənin nöqsanlılığı da əqdin etibarsız sayılması üçün əsasdır. Məhkəmə hesab edir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda qarşılıqlı idida üzrə iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 3 mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 çıxarılsınlar və həmin mənzil İddiaçı təhvil verilsin. Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşlıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1443/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1443/2025
31.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver