Məhkəmə qərarları › İş №e-2(006)-145/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-145/2023

08.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-145/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı, X7 Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqavilələri üzrə son haqq-hesabın və ölümə görə müavinətin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun 2021-ci ilin iyun ayının əmək haqqısını təşkil edən 300,40 manat məbləğin, 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 207,51 manat məbləğin, mərhum atasının vəfatı ilə əlaqədar onun yeganə vərəsəsi kimi ona ödənilməli olan orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin dəyərini təşkil edən 3000 manat məbləğində vəsaitin, atasının 2021-ci ilin mart ayı üzrə ödənilməyən əmək haqqısını təşkil edən 1000 manat məbləğində vəsaitin, 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 690,78 manat məbləğində vəsaitin və mediasiya xərcinin dəyərini təşkil edən 50 manat vəsaitin, ümumilikdə 5248,69 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, onun istifadə edilməyən məzuniyyət günlərinə görə 295,13 manat pul vəsatinin, 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 594,40 manat pul vəsaitinin, X1 istifadə edilməyən məzuniyyət günlərinə görə 982,64 manat pul vəsatinin, X1 2021-ci ilin mart ayı üzrə ödənilməyən əmək haqqı məbləğini təşkil edən 987,50 manat pul vəsaitinin, mərhum atasının vəfatı ilə əlaqədar onun yeganə vərəsəsi kimi ona mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında, yəni 3503,28 manat pul vəsaitinin və mediasiya xərcinin dəyərini təşkil edən 50 manat pul vəsaitinin, ümumilikdə 6412,95 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “əmək müqaviləsi üzrə son haqq-hesabın və ölümə görə müavinətin ödənilməsi” tələbinin rədd edilməsi, mərhum X12 tərəfindən ona ödənilməli olan kombilərin əvəzi qismində 50000 (əlli min) manat məbləğində pul vəsaitinin X1 hüquqi varisi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və mərhum atası X12 ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan Cavabdeh arasında müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2017-ci il tarixlərdə əmək müqavilələri bağlanmışdır. Onun Cavabdeh rəhbərlik etdiyi müəssisədə vəzifəsi əmək haqqına görə mühasib olmuşdur və aylıq əmək haqqı vergilər (o cümlədən sosial sığorta haqları və icbari tibbi sığorta haqları) xaric 300,40 (üç yüz manat qırx qəpik) manat təşkil etmişdir. Onun mərhum atası isə həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Onun aylıq əmək haqqı vergilər və digər məcburi ödəmələr çıxılmaqla 1000 (min) manat təşkil etmişdir. X20 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi gün, yəni xx.xx.2021-ci il tarixdə atası Cavabdeh arasında bağlanılan əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm faktı ölüm haqqında qeydlər kitabına xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. Lakin, Cavabdeh ölüm haqqında şəhadətnamənin mərhumun vərəsəsi tərəfindən cavabdehə təqdim edilməsini gözləmədən qanunsuz olaraq Nasir Rəhbəri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə işçinin vəfatı ilə əlaqədar xitam verilmişdir. Daha sonra işəgötürən Cavabdeh onun əmək müqaviləsinə də, hər hansı səbəb qeyd edilmədən xx.xx.2021-ci il tarixdə xitam vermişdir. O, özünün və mərhum atasının əmək hüquqlarının Cavabdeh tərəfindən pozulması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə X10 şikayət ünvanlamışdır. X7 Bakı şəhər İdarəsi tərəfindən müraciət baxılmış, onun və mərhum atasının son haqq-hesabının qanunverciliyiə uyğun şəkildə ödənilməməsi faktı öz təsdiqini tapmış və buna görə də, cavabdeh barəsində İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin, X7 Bakı şəhər İdarəsi onun və mərhum atasının əmək hüquqlarının pozuntusunun aradan qaldırılması ilə bağlı cavabdehə məcbur göstəriş təqdim etsə də, uzun müddət keçməsinə baxmayaraq məcburi göstərişin tələbləri Cavabdeh tərəfindən icra edilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notarisu X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, mərhum atası X6 yeganə vərəsəsi kimi tanınmışdır. Həmçinin, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notarisu X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən bank hesabından çıxarışın onun vasitəsilə notariusa təqdim edilməsi barədə məktub verilsə də, "xxxx" ASC notariusun qanuni tələbini əsassız olaraq icra etməmiş, hesabından çıxarışın verilməsindən imtina etmiş və bu barədə ona yazılı formada hər hansı imtina sənədi təqdim etməmişdir. Bu səbəbdən Nasir Rəhbərinin bank hesabından çıxarışın iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Əmək mübahisəsinin məhkəmədənkənar həll edilməsi ilə bağlı MPM-nin 4.6-cı maddəsinin tələbinə müvafiq olaraq mediasiyaya müraciət edilsə də, Cavabdeh ilkin mediasiya sessiasında iştirak etməmiş və bununla bağlı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X15 tərəfindən arayış təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, ona sonuncu dəfə əmək haqqı xx.xx.2021-ci il tarixdə verilmişdir. Onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilsə də, 2021-ci ilin iyun ayının əmək haqqısını təşkil edən 300,40 manat ödənilməmişdir. Bundan əlavə onun 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 207,51 manat məbləğ cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edildiyi sonuncu gün ödənilməmişdir. Bundan əlavə mərhum atasının yeganə vərəsəsi kimi ona ödənilməli olan mərhum atasının orta aylıq əmək haqqının üç misli miqdarında müavinəti təşkil edən 3000 manat məbləğində vəsait, 2021-ci ilin mart ayı üzrə ödənilməyən əmək haqqısını təşkil edən 1000 manat məbləğində vəsait və 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 690,78 manat məbləğində vəsait ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona və onun mərhum atasına görə ödənilməli olan ümumilikdə 5248.69 manat məbləğində vəsait indiyə qədər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi bir sıra məsələlər həqiqəti əks etdirmir. Belə ki, İddiaçı və mərhum atası X12 aralarında bağlanılmış əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, iş yerinə gələrək əmək fəaliyyətini icra etməkdən yayınmışdır. Buna dair uçot tabeli də, tərtib olunmuşdur ki, həmin uçot tabelində bu fakt öz əksini tapmışdır. Cavabdeh İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 2020-ci ilin oktyabr ayında hərbi mükəlləfiyyətini, dövlətə olan borcunun yerinə yetirilməsi ilə əlaqədar döyüş meydanına çağırılmışdır. Həmin müddət ərzində isə onun vəzifə öhdəliklərinin yerinə yetirilməsi, digər işçilərə nəzarət edilməsi vəzifəsini isə satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X5 həvalə etmişdir. Həmin müddətdə isə marketinq üzrə mütəxəssis X12 xəstə olduğundan işə gəlib-gedə bilməmişdir. Belə olduğu təqdirdə işlə bağlı realizə edilməsi vəzifəsini mərhum X9 əmanət edə bilməzdi. Məhz bu səbəbdən işçilərin peşə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət vəzifəsini satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X4 yerinə yetirməsini xahiş etmişdir. Beləliklə, hərbi əməliyyatlarda iştirak etdiyi müddət və qayıtdıqdan sonrakı bir neçə ay ərzində uçot tabeli tərtib edilmişdir ki, şəxslərin işdən yayınması halı müşahidə edilmişdir. İddiaçı isə öz növbəsində İddiaçı aralarında olan münasibətlərin xətrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən azad etmişdir. Həmçinin, mərhum X12 dünyasını dəyişmədən öncə xəstəxanada olduğunu bildirmiş işə gəlməmişdir. Buna dair isə hər hansı rəsmi sənəd-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqə (bülluten) təqdim etməmişdir. Belə olduğu təqdirdə nə üçün tərəfindən şəxsə əmək haqqı ödənilməlidir? Əmək haqqının da, anlayışına nəzər yetirilsə, müvafiq iş vaxtı ərzində əmək funksiyalarının yerinə yetirilməsi müqabilində işəgötürən tərəfindən ödənilən pul vəsaitidir. Beləliklə, iş vaxtı ərzində işçi öz işini realizə etmədiyindən, iş vaxtında üzrlü səbəbdən iş yerində olmamasını əsaslandıran əsaslı sənəd təqdim edilmədiyindən tərəfindən İddiaçı mərhum atası X9 hər hansı əmək haqqının ödənilməsi absurddur. Odur ki, bu hissədə də İddiaçı iddia tələbinin yolverilməz olduğu sübuta yetirilir. Əmək Məcəlləsinin 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən iş vaxtının uçotunun aparılması forması və qavdası işəgötürən tərəfindən müəyyən edilir. İddiaçı Əmək Müfəttişliyinə vərəsəlik haqqında şəhadətnamə təqdim edərək mərhum atasından vəsaitlərinin ona ödənilməsini tələb etmişdir. Bunun əsasında isə məzuniyyətə görə ödənilməmiş son haqq-hesabın tərəflərindən ödənilməməsi səbəbindən barələrində, 192.4-cü maddəsinin pozulmasına dair xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, sözügedən qərarın qəbul edilməsi məzuniyyətə görə ödənilməmiş pul vəsaiti ilə bağlı olmuşdur, İddiaçı vərəsəlik haqqında şəhadətnaməni onlara təqdim etmiş olsaydı, onlar öz üzərlərinə götürülmüş öhdəliyi lazımi qaydada icra edərdilər. İddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin təqdim olunmaması onun imkanları xaricində olub iddiaçının qanunu pozmağı kimi qiymətləndirilə bilməz. İddiaçı mərhum atası X6 dünyansını dəyişməsi ilə əlaqədar dəfn üçün ödənilməli olan müavinət qismində əmək haqqısının 3 misli miqdarında 3000 (üç min) manat pul vəsaitini tələb etmişdir. Halbuki, onun tərəfindən dəfn üçün çəkilmiş xərclərin əvəzi qismində ödənişlər olunmuşdur. Belə ki, mərhumun qəbir daşının hazırlanması, qəbir daşının hazırlanması üçün nəzərdə tutulmuş xərc məhz onun tərəfindən yerinə yetirilmişdir. Sosial müavinətlər haqqında AR Qanununun 10-1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə başlı xərcləri çəkmiş şəxslərə ödənilir. Qanunun tələbindən də, aydın olunduğu kimi dəfn üçün müavinət dəfnlə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı bu tələbi də, əsassız olması sübuta yetirilir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla başlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. İddiaçı özü mühasib vəzifəsini icra etdiyindən mühasib olduğu müddət ərzində özü və mərhum atasının əmək haqqısını iddiaçının razılığı olmadan artırmışdır. Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Hazırki mülki işdə də qeyd edilən imperativ norma İddiaçı atasından qalan şəxsi xarakterli hüquqlarla bağlı məhkəməyə müraciət edilməsi qanun qadağan etmişdir. Belə olduğu təqdirdə məhkəmə bütün bu sadalanan hallara düzgün hüquqi qiymət verərək İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmalıdır. İddiaçı İkinci Qarabağ müharibəsinə çağırılan zaman müəssisənin fəaliyyət göstərməsi, malların satışından oğluna 95135 (doxsan beş min yüz otuz beş) ABŞ, 12 (iki yüz doqquz min iki yüz on iki) manat məbləğində pul vəsaiti əldə edilmişdir. Bu məbləğlər isə mərhum X12 tərəfindən qəbul edilmiş, vəsait isə ona qaytarılmamışdır. Belə ki, X12 tərəfindən bank hesabatlarında nağd götürmə hesabdan məxariclər olunmuşdur. Həmçinin, xidmətə yollanan zaman 428 ədəd kombi müəssisədə mövcud olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 38 ədəd kombi qalmışdır. Belə ki, 390 ədəd kombi satılmış, həmin kombilərin əvəzi olan 50000 (əlli min) manat iddiaçıya ödənilməmişdir. Belə olduğu təqdirdə X1 hüquqi varisi İddiaçı sözügedən pul vəsaitini onun xeyrinə ödəməlidir. Göründüyü kimi hüquqi varis vərəsəlik hüququnu qəbul etdiyindən ölmüş şəxsin yerinə yetirməli olduğu, onunla bağlı olan vəzifələri yerinə yetirmək öhdəliyi daşıyır. xx.xx.2022-ci il tarixli 8-149 saylı Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş sənədə əsasən İddiaçı X6 (miras qoyanın) tanınmışdır. Sadalanan hüquqi əsaslardan da, aydın olduğu kimi X1 hüquqi varisi hazırki mülki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya ödənilməli olan pul vəsaitini iddiaçının xeyrinə ödəməlidir. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə təqdim etdiyi etirazda bildirmişdir ki, o və mərhum atası X12 faktiki olaraq əmək funksiyalarını icra etməmiş, işə gəlib getməmişdirlər. Buna dair uçot tabeli tərtib edilmişdir. Həmçinin, cavabdeh hərbi xidmətdə olduğu dövrdə öz vəzifələrinin icrasını satış üzrə nümayəndə X5 həvalə etmişdir. Hərbi xidmət dövründə və bundan sonra uçot tabeli tərtib edilmişdir. Preyudisial faktdır ki, onun X10 edilmiş şikayəti üzrə Müfəttişliyin Bakı Şəhər İdarəsi tərəfindən yoxlama aparılmış, xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4-cü maddəsinin pozuntusu aşkar edilmiş və cavabdeh barəsində həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarla 700 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati tənbeh haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, cavabdeh onun və mərhum atasının əmək haqlarının, ezamiyyə xərclərinin və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş digər ödənişlərinin ödənilməsində qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən, cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda protokolda da, qeyd edilmişdir ki, bu fakt müəssisə tərəfindən (yəni cavabdeh) təqdim edilmiş sənədlərlə təsdiq edilir. Deməli, cavabdeh əmək müfəttişliyinin əməkdaşlarına tabel uçot sənədlərini təqdim etməmişdir. Əgər bu sənədlər əmək müfəttişliyi xidmətinin səlahiyyətli şəxslərinə təqdim edilsə idi, bu zaman əmək müfəttişliyi işə gəlməyən işçiyə görə cavabdehi İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilib barəsində inzibati tənbeh tətbiq edə bilməzdi. Deməli, həmin sənədlər yoxlama aparılan dövrdə ümumiyyətlə mövcud olmamış, cavabdehə qarşı iddia təqdim edildikdən sonra onun tərəfindən sonradan hazırlanmışdır. Təqdim edilmiş tabel “sənəd”lərindən açıq-aşkar görünür ki, həmin “sənəd”lərin fərqli dövrlərdə imzalanması imitasiyası yaradılaraq bəziləri Fariz Hümbətov, bəziləri isə Cavabdeh tərəfindən imzalanmışdır. Lakin, “sənəd”lərin imza hissəsinə nəzər yetirdikdə açıq-aşkar görünür ki, imzalayan şəxsin ad və soyadı eyni xətlə yazılmış, sənədlər müxtəlif dövrlərdə eyni rəng qələmlə tərtib edilmişdir. Həmçinin, həmin sənədlərin yoxlama zamanı əmək müfəttişliyinə təqdim edilməməsi bir daha təsdiq edir ki, bu sənədlər əmək müfəttişliyi yoxlama apararkən ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa 2020-ci ilin mart ayından etibarən karantin rejiminin ölkə ərazisində tətbiq edilməsi ilə əlaqədar olaraq, işçilərin ev şəraitində işləməsi Nazirlər Kabineti tərəfindən tövsiyə edilmişdir. Həmçinin, cənab Prezident 2020-ci ilin aprel ayında sosial-iqtisadi dəstək paketi təsdiq etmiş, məşğulluğun qorunub saxlanması dövlət və özəl müəssisələrə tapşırılmış, işçilərin işdən azad edilməsi qadağan edilmiş və müəssisələrə işçilərin əmək haqlarının ödənilməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılmışdır. X13 tapşırıqlarına uyğun olaraq ölkədə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə etmiş, bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilmişdir. Belə olduğu təqdirdə, işçilərin bəzi hallarda işə gəlib-getməməsi, həm karantin rejimi ilə, həm də də 2020-ci ilin sentyabr ayından etibarən tətbiq edilən hərbi vəziyyət rejimi ilə əlaqədar olmuşdur. Dövlətin ayırdığı sosial paket hesabına əmək haqqı ödəyən cavabdehin bunu öz təşəbbüsü və öz qayğısı kimi təqdim etməsi isə anlaşılan deyildir. Bundan əlavə işçinin əməyində ciddi pozuntu var idisə, işəgötürən olan cavabdeh onu dərhal işdən azad etməli idi. Öz pozulmuş əmək hüquqlarını tələb edən işçiyə hüquqi əsası olmayan, heç bir mötəbər sübutla təsdiq edilməyən ittihamların irəli sürülməsi qəbuledilən deyildir və hüquqdan suiistifadə sayılır. İddiaçının mərhum atasının xəstəlik vərəqəsi təqdim etməməsi barədə cavabdehin dəlilinin əsassızlığı cavabdeh öz etirazında qeyd etdiyi 2-ci mülahizəsində bildirir ki, iddiaçının mərhum atası xəstə olmuş, xəstəlik vərəqəsi təqdim etməmişdir. Bu səbəbdən ona əmək haqqı ödənilməmişdir. İddia ərizəsinə əlavə edilən X7 Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq edilir ki, onun mərhum atasının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilən ölüm haqqında şəhadətnamədən də, görünür ki, mərhum atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh isə xəstəliyə görə onun tərəfindən əmək haqqı ödənilməsi üçün xəstəlik vərəqəsi təqdim edilməli olduğunu bildirir. Görünür ki, cavabdeh ümumiyyətlə işəgötürən olaraq “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə tanış deyildir. Belə ki, həmin Əsasnamənin 101-ci bəndinə əsasən “İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir. Əsasnamənin 117-ci bəndinə əsasən “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir. Sığortaolunanın ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir. Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır. Cavabdeh isə ümumiyyətlə ölüm haqqında şəhadətnamənin vərəsə tərəfindən təqdim edilməsini gözləmədən, heç bir hüquqi əsas olmadan qanunsuz olaraq cavabdehin mərhum atası ilə olan əmək müqaviləsinin mərhum vəfat etdiyi gün xitam vermişdir. İnzibati tənbehin yalnız əmək məzuniyyətinə görə tətbiq edilməsi barədə cavabdehin dəlilinin əsassızlığı. Cavabdeh öz etirazında qeyd etdiyi 3-cü mülahizəsində bildirilir ki, X7 Bakı şəhər İdarəsi tərəfindən onun barəsində tətbiq edilən tənbeh tədbiri yalnız əmək məzuniyyəti ilə bağlı olmuşdur. Lakin, müfəttişliyin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, cavabdeh iddiaçının və onun mərhum atasının əmək haqlarının, ezamiyyə xərclərinin və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş digər ödənişlərinin ödənilməsində qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, bir daha təsdiq olunur ki, cavabdeh ona və mərhum atasına ödənilməli olan heç bir ödənişi icra etməmiş və bu səbəbdən onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Bir daha qeyd olunmalıdır ki, cavabdeh ümumiyyətlə ölüm haqqında şəhadətnamənin vərəsə tərəfindən təqdim edilməsini gözləmədən, heç bir hüquqi əsas olmadan qanunsuz olaraq mərhum atası ilə olan əmək müqaviləsinin mərhum vəfat etdiyi gün xitam vermişdir. Cavabdehin sosial müavinət olan “dəfn üçün müavinət”lə, işəgötürən tərəfindən ödənilməli olan “işçinin vəfatı ilə əlaqədar əmək müavinəti” anlayışlarını qarışdırmasında irəli gələn dəlilinin əsassızlığı. Cavabdeh öz etirazında qeyd etdiyi 4-cü mülahizəsində bildirilir ki, iddiaçının mərhum atasının dəfn xərcləri onun tərəfindən yerinə yetirilmişdir və bu səbəbdən həmin müavinət ona ödənilməlidir. Cavabdeh burada 2 anlayışı qarışdırmaqla yanlış nəticəyə gəlmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin öz mülahizəsində qeyd etdiyi “dəfn üçün müavinət” dövlət büdcəsinin vəsaiti hesabına vəfat edən şəxsin dəfn xərclərini çəkən şəxsə ödənilir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər və işsizlik müavinəti məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir. İşçinin vəfatı ilə əlaqədar onun vərəsəsinə ödənilən müavinət isə həmin Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənir və işəgötürənin vəsaiti hesabına ödənilir. Belə ki, Əmək Məcəlləsinin 77.7-ci maddəsinin 2-ci cümləsinə əsasən İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. O, öz iddia ərizəsində dəfn üçün nəzərdə tutulan və dövlət vəsaiti hesabına ödənilən sosial müavinəti deyil, işəgötürən tərəfindən işçinin vəfatı ilə əlaqədar onun vərəsəsinə ödənilməli olan əmək müavinətini tələb edir. İddia müddətinin ötürülməsi ilə əlaqədar cavabdehin dəlilinin əsassızlığı cavabdeh öz etirazında qeyd etdiyi 5-ci mülahizəsində bildirilir ki, iddiaçı qanunda müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Lakin, cavabdeh nəzərə almamışdır ki, iş üzrə iddiaçının hazırkı iddia üzrə mərhum atasının hüquqi varisi kimi tələb irəli sürməyə subyektiv hüququ vərəsəlik şəhadətnaməsini aldığı gündən etibarən yaranmışdır. Hər hansı hüququn həyata keçirilməsinə tətbiq edilən iddia müddətinin axımı isə yalnız həmin subyektiv hüququn yaranma anından etibarən başlana bilər. Belə ki, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır..”. Həmin Məcəllənin 1146-cı maddəsinə əssasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İş materiallarına əlavə edilən vərəsəlik şəhadətnaməsindən görünür ki, şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. Deməli iddia müddətinin axımı həmin tarixdən, yəni subyektiv hüququn yarandığı andan başlanmaqla hesablanmalıdır. Eyni zamanda nəzərə alınmaldır ki, mübahisəyə mediasiya prosesi tətbiq üçün müddət axımı həmin dövrdə Mülki Məcəllənin 379.1.6-ci maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Beləliklə, o, mərhum atasının vərəsəsi kimi iddia müddətini ötürməmişdir. Özü barəsində iddia müddətinə gəldikdə isə qeyd olunmalıdır ki, o, xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq işdən azad edilmiş və pul tələbi ilə bağlı xx.xx.2022-ci il tarixdə artıq Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, o, həm mərhum atasının hüquqi varisi kimi, həm də, öz hüquqlarının müdafiəsi ilə əlaqədar iddia müddətini ötürməmişdir. Onun özünün və mərhum atasının əmək haqqını artıması barədə cavabdehin dəlilinin əsassızlığı cavabdeh öz etirazında qeyd etdiyi 6-cı mülahizəsində bildirilir ki, iddiaçı mühasib olduğu üçün özünün və atasının əmək haqqını artırmışdır. Əmək müqavilələrinin həm kağız daşıyıcıda, həm də ƏƏSMN-nin elektron sistemində vəzifəli şəxs olan cavabdeh tərəfindən imzalanması bu mülahizənin əsassızlığını tam təsdiq etdiyi üçün əlavə şərh verilməsinə ehtiyac qalmır. Şəxsi hüquqların vərəsəlik üzrə ötürülməməsinə dair cavabdehin dəlilinin əsassızlığı Cavabdeh öz etirazında qeyd etdiyi 7-ci mülahizəsində əmək hüquqları üzrə işçiyə ödənilməli olan vəsaiti şəxsi xarakterli hüquq hesab edərək bir daha qanunvericilikdə olan anlayışları qarışdırır. Belə ki, Əmək Məcəlləsinin 74.1-2-ci maddəsinə əsasən Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Həmçinin, Əmək Məcəlləsinin 77.7-ci maddəsinin 2-ci cümləsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Beləliklə, qanunverici əməkhaqqı və işəgötürənin ödəməli olduğu digər ödənişlərin vərəsəlik üzrə keçməsinin mümkünlüyünü Əmək Məcəlləsi ilə imperativ şəkildə müəyyən etmişdir. Başqa sözlə qanunverici bu hüquqları şəxsi xarakterli hüquq hesab etməmişdir. İddiaya qarşı heç bir tutarlı dəlil və etiraz təqdim edə bilməyən cavabdeh daha da irəli gedərək, qarşılıqlı iddia verərərək, guya iddiaçının mərhum atası tərəfindən ona məxsus əmlakın mənimsənildiyini, bu səbəbdən iddiaçınının vərəsə kimi məsuliyyət daşımalı olduğunu qeyd etmiş və 50000 manat məbləğində pul vəsatinin ödənilməsini tələb etmişdir. Qarşılıqlı iddiadan görünür ki, Cavabdeh onun mərhum atasını mənimsəmə cinayətində ittiham edir. Əvvəla, qeyd olunmalıdır ki, mərhum atasının qeyd olunan əməllərin törədilməsində təqsiri onun sağlığında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilməli və sağlığında mülki cavabdeh kimi tanınmalı idi. Yalnız bu halda həmin məbləğ onun miras passivi kimi miras əmlakına daxil olacaqdı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Belə bir miras passivi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya qətnaməsi ilə təsdiq edilmədiyi üçün iddia edilən həmin məbləğ ölmüş şəxsin vərəsəsindən tələb edilə bilməz. Bu səbəbdən, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsini, İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, işin materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 320 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan 03 may 2021-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan 13 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 qanuni vərəsəsi İddiaçıdır. Mülki işin materiallarında olan 08 aprel 2021-ci və 30 iyun 2021-ci il tarixli Əmrlərdən görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə), İddiaçı əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Mülki işin materiallarında olan İddiaçı aid hesabdan çıxarışdan görünür ki, İddiaçı sonuncu əmək haqqı 2021-ci ilin may ayının 25-də ödənilmişdir. Mülki işin materiallarında olan 16 may 2022-ci il tarixli X14 xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan cavab məktubundan görünür ki, İddiaçı və X2 haqq-hesablarının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyindən fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Mülki işin materiallarında olan MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında Qərardan və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, İddiaçı və Rəhbəri Nasirin əmək haqqı və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8166№-li Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, İddiaçı aid əmək haqqı bank hesabından çıxarış məlumatlarından göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəlki 12 ay ərzində aldığı əmək haqqı məbləği 3588,8 manat təşkil edir. Təqdim edilmiş bank hesabından çıxarış, o cümlədən fərdi sahibkar Cavabdeh tərəfindən tərtib edilmiş məktubdan da, göründüyü kimi İddiaçı işdən çıxan zaman məzuniyyət pulu və son haqq-hesab hesablanıb ödənilməmişdir. X1 orta aylıq əmək haqqının 3 misli mqidarında məbləği 3503,28 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinin İddiaçı olan hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən toplanmış sübutlar əsasında müəyyən edildi ki, İddiaçı işdən çıxdığı zaman məzuniyyət pulu və son haqq-hesab hesablanıb ödənilməmişdir. Belə ki, hesabdan çıxarışlardan da, göründüyü kimi İddiaçı sonuncu dəfə aylıq əmək haqqı 2021-ci ilin may ayının 25də ödənilmişdir. İddiaçı hazırda ona ödənilməyən may və iyun ayları üzrə əmək haqqısını tələb edir və izah edir ki, bank hesabından çıxarışda ödənişlərin təyinat hissəsinə ödəniş edilən ayın əmək haqqısı qeydi yazılsa da, ödəniş həmin ayın deyil, ondan əvvəlki ayın, yəni başa çatmış ayın ödənişi olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə və ondan sonra olan ödənişlərdən görünür ki, 2021-ci ilin yanvar ayından etibarən “Tibbi Sığorta haqqında” Qanuna əsasən özəl sektorda 1% məbləğində icbari sığorta haqqının tətbiqinə başlanılmışdır. Həmin ödənişin yanvar ayında deyil, fevral ayının əmək haqqı ödənişində nəzərə alınması bunu sübut edir ki, işçiyə başa çatmış aya görə əmək haqqı növbəti ayda ödənilirdi. Belə olduğu halda sübut olunur ki, yanvar ayında ödənilən 300,40 manat əmək haqqı əslində dekabr ayının və bu qayda ilə xx.xx.2021-ci il tarixdə ödənilən 297,20 manat məbləğ əmək haqqı əslində may ayının deyil, aprel ayının əmək haqqıdır. Məhkəmə bu halı və həmçinin, bu halın cavabdeh tərəfindən də, mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi İddiaçı olan hissədə münasibətdə əsaslıdır. İddiaçı ödənilməyən iki aylıq əmək haqqının məbləği, yəni 598 manat (1 aylıq əmək haqqı-3588.8:12=299 manat), həmçinin istifadə edilməyən məzuniyyət günlərinə görə 299 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir (29 dekabr 2022-ci il tarixli, 9/8166№-li ekspert rəyi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin X9 aid hissələrinə münasibətdə qeyd edir ki, məhkəməyə X14 xidməti Bakı şəhər İdarəsi tərəfindən təqdim edilən 16 may 2022-ci il tarixli məktubdan göründüyü kimi Rəhbəri Nasirin əmək müqaviləsinə xitam verildiyi zaman işəgötürən tərəfindən onun son haqq-hesabı hesablanıb ödənilməmişdir. Lakin, məhkəmə Rəhbəri Nasirin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsini və iddiaçının isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür və buna görə də ilkin iddia tələbi Rəhbəri Nasirə münasibətdə olan hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçının mərhum atası tərəfindən ödənilməli olan kombilərin əvəzi qismində 50000 (əlli min) manat məbləğində pul vəsaitinin onun hüquqi varisi kimi cavabdehdən alınmasını tələb etsə də, iddia tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş qarşılıqlı iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Mülki işin materiallarında olan 27 aprel 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 14:50-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: V.Hacıyev). Azərbaycan Respublikası Müllki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilən iş üzrə mediasiya xərci olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk tələbi qismən təmin edilsin. İddiaçı istifadə edilməyən məzuniyyət günlərinə görə 299 manat, 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 598 manat, ümumilikdə 897 manat, həmçinin mediasiya xərci olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar