Məhkəmə qərarları › İş №e-2(006)-146/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-146/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-146/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, mübahisəli predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakıları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə, habelə iddiaçı Cavabdeh1 X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2nə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli protokoldan çıxarışa əsasən İddiaçı Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240B nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh2 MTK ilə bağlanan xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı həmin mənzili 75000 manata almaq barədə razılığa gəlmiş və mənzilin dəyərini tam ödəmişdir. İddiaçı mütəmadi olaraq mənzilə baş çəksə də, maddi cəhətdən imkanı olmadığından mənzildə təmir işlərini apara bilməmişdir. 2023-cü ilin mart ayından etibarən mənzildə təmir işləri aparmağa başlamışdır. Həmin ilin aprel ayında Nizami adlı şəxs gələrək sözügedən mənzilin ona məxsus olduğunu bildirərək, iddiaçıdan mənzildə aparılan təmir işlərini dayandırmağı tələb etmişdir. Cavabdeh2 MTK-dan müraciətə cavab olaraq bildirmişlər ki, Cavabdeh1 Cavabdeh2 MTK-nın səsvermə hüququna malik 5 təsisçidən biridir və onun payı tikilən binada əmlak əldə etməklə deyil, payı MTK təsis edilərkənbirbaşa nizamnamə ilə müəyyən edilmişdir. Cavabdeh1 payına uyğun razılaşdırılmış binanın 2-ci girişində yerləşən 114 kv.m. qeyri-yaşayış sahəsinə dair xx.xx.2008-ci il tarixli müqavilə və maliyyə arayışı yazılıb təqdim edilmişdir. Cavabdeh1 şəxsi istəyi ilə ona ayrılmış paya görə binanın başqa sahəsindən satılmasını təşkil etmiş və əvəzini özü götürmüşdür. Bundan başqa sənədlərdən görünür ki, Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 114 kv.m.qeyri-yaşayış sahəsi ayrılsa da, İddiaçı binanın 3-cü girişində, 17-ci mərtəbədə, ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzil verilmişdir. Göründüyü kimi, cavabdehə ayrılmış qeyri-yaşayış sahəsi 2-ci girişdə və 17-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq, cavabdeh iddiaçının mənzildən istifadə edərək orada təmir işləri aparmasına maneçilik törədir. Cavabdeh2 MTK isə Cavabdeh1 ilə ona ayrılmış sahənin başqa-başqa sahələr olduğunu bildirməklə yanaşı iddiaçının mənzildən istifadə etməsinə yaradılan maneələri aradan qaldırmır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240B nömrəli mənzildən istifadə etməsi ilə bağlı maneələr yaradılması Cavabdeh1 və Cavabdeh2nə qadağan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddiaçı Cavabdeh1 X11 cavabdehlər Cavabdeh2nə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə uyğurma əqd olmaqla sonradan tərtib edilmiş və əqdi bağlayan tərəflərin, xüsusi ilə Cavabdeh2 MTK-nın əsl niyyəti həmin MTK ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında» müqaviləyə əsasən mübahisəli sahə üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına istənilən vasitə ilə mane olmaqdan ibarətdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1481/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 2-ci girişində yerləşən xx.xx.2008-ci il tarixli «kooperativ binada mənzil tikintisi haqqında» müqaviləyə əsasən ona məxsus olan 114 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona təqdim edilmiş vəzifəsi Cavabdeh2 MTKya həvalə edilmişdir. Həmin qətnamədən Cavabdeh2 MTK tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinin əsas dəlili həmin sahənin uzun müddətdir ki, başqa şəxsin istifadə olunması göstərilmiş və həmin sahənin başqa şəxsin istifadəsində olmasının sübutu kimi onunla X11 arasında bağlanmış xx.xx.2004-cü il tarixli «qeyriyaşayış sahəsinin alqı-satqısına dair ilkin müqavilə» məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X11 3-cü şəxs qismində işə cəlb olunduqdan sonra o, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək onunla həmin qeyri-yaşayış sahəsinə dair aralarında heç bir mübahisənin olmadığını və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmələn xhiş etmişdir. Bundan sonra, Cavabdeh2 MTK X12 ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni məhkəməyə təqdim edərək həmin sahənin daha əvvəldən Almaz Əfəndiyevə satılmasını istinad etmişlər. X5 verdiyi ərizəsində ona satılmış sahə ilə iddiaçıya satılmış sahənin eyn olmadığını, iddiaçıya və ona satılmış sahələrin qonşu, yəni yan-yana olan binaların sonuncu mərtəbəsində yerləşdiyini qeyd etmişdir. Belə olan halda iddiaçının qeyd olunan iddia tələbinə qarşı başqa hər hansı dəlil qalmayan Cavabdeh2 MTK İddiaçı ilə uydurma müqavilə bağlayaraq qeyd olunan sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına qarşı çıxır. Həmçinin qeyd edir ki, əgər doğurdan da İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il taixli müqavilə mövcud olmuş olsaydı, o zaman Cavabdeh2 MTK tərəfindən Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti verilən zaman, eləcə də keçirilmiş məhkəmə iclaslarında bu barədə məlumat verilə və müqavilə məhkəməyətəqdim edilərdi. Eyni zamanda qeyd edir ki, cavabdeh İddiaçı ərizəsində mütəmadi olaraq həmin sahəyə baş çəkdiyini qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, həmin sahə yuxarıda qeyd etdiyi kimi xx.xx.2014-cü il tarixdən X6 istifadəsində olmuş, giriş qapısının açarı Bəxtiyar Şirinovda olmuşdur. Bu fakt Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində və təqdim edilmiş müqavilə ilə də təsdiqini tapmışdır. Bildirir ki, həmin sahənin giriş qapısı may ayının əvvəlində İddiaçı tərəfindən Cavabdeh2 MTK-nın köməkliyi ilə sökülmüş və həmin qapı dəyişdirilərək onun tərəfindən həmin sahədə təmir-tikinti işlərinə başlanılmışdır. Qeyd olunan xüsusatlara əsasən də qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə uydurma əqd olduğundan etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə və Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzilin (sahənin) boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Daha sonra iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə keçirilmiş sonuncu məhkəmə iclası zamanı müəyyən olundu ki, cavabdeh İddiaçı mübahisəli sahə ilə bağlı məhkəmə mübahisəsinin davam etdiyi müddətdə, yəni xx.xx.2023-cü il tarixdə həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, 240B nömrəli (Yeni qaydalarla:AZ1111, ünvan 5 mənzilin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və **********88-05301-093275 nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsinə, həmin mənzilin (sahənin) boşaldılaraq Cavabdeh1 təhvil verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Nəsimi rayon Məhkəməsinin e-2(006)-2954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair mülki iş icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə dair e-2(006)-2437/2023 saylı mülki işlə bir icraatda işlə bir icraatda birləşdirilməsi, mülki işlərə e-2(006)-2437/2023 nömrəsi verilməsi qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş iddia tələbini müdafiə edərək onun təmin edilməsini, Cavabdeh1 iddia tələblərini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, keçən məhkəmə iclasında mübahisəli mənzilin Cavabdeh1 tərəfindən satılması ilə bağlı sənədlər məhkəməyə təqdim edilmiş, ancaq qarşı tərəf bildirmişdir ki, onun mübahisəli mənzilin satılması ilə bağlı iradə ifadəsi olmamışdır. Onlar Cavabdeh1 həmin binada digər mənzillərini də olduğunu və həmin mənzillərin də satıldığını və mənzillər satılarkən heç birində iradə ifadəsi ilə bağlı yazılı ərizənin olmadığını göstərmişlər. Bu da onu göstərir ki, mübahisəli mənzilin satılmasına Cavabdeh1 razılığı olub. Əks halda digər həmin mənzillərlə bağlı da mübahisə yaranardı. Lakin həmin mənzillərlə bağlı Cavabdeh1 heç bir mübahisəli olmayıb. Onlar qarşı tərəfdən də Cavabdeh1 digər mənzillərinin olub-olmamasını soruşmuşlar, lakin o,onlara bununla bağlı məlumat vermədi. Eyni zamanda onlar bildirirdilər ki, mənzillərə nömrə verilməsi 2019-cu ildən etibarən başlanılıb. Lakin, onlar şəxsən Cavabdeh1 mənzillərinə dair sənədlər təqdim etmişlər ki, həmin sənədlərdən də mənzillərin daha öncədən nömrələnməsi görünür. Bundan başqa onlar bildirirlər ki, mübahisəli mənzil 2013cü ildə Bəxtiyar Şirinova satılıb və 2014-cü ildə dəyəri tam ödənilib. Cavabdeh1 da öhdəlik götürüb ki, həmin mənzilə çıxarış alaraq təhvil verəcək. Lakin ötənən 7-8 il ərzində bununla bağlı heç bir tədbir görülməyib. Bundan başqa, Bəxtiyar Şirinov bildirir ki, həmin binada onun bir neçə mənzili var. Belə olan halda o, mənzilin özəlləşdirilməsinin proseduru barədə məlumatlı olmalı idi. Belə ki, mənzillərin satılması MTK daxilində və müqavilə əsasında olur. O, bildirir ki, MTK-ya dəfələrlə müraciət etmişdir, lakin bununla bağlı da heç bir sənəd təqdim olunmadı. Hazırki mülki iş üzrə mübahisəli mənzil hazırda hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində və istifadəsindədir. Digər şəxslərdə sadəcə müqavilə vardır. Həmin müqavilə də MTK tərəfindən ləğv olunmuşdur. Daha sonra isə onlara satılmışdır. Bunda görə də hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Digər iddia isə əsassızdır və rədd olunmasını xahiş edirlər.

8. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş iddia tələbini müdafiə edərək onun təmin edilməsini, İddiaçı iddia tələblərini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, qarşı tərəf bildirir ki, Cavabdeh1 bir neçə mənzili olub və əgər onun digər mənzillərlə bağlı razılıq ərizəsi yoxdursa, demək ki, onun mübahisəli mənzilin satılması ilə bağlı da iradə ifadəsi olub. Onlar bu tezisi qəbul etmirlər. Qarşı tərəf özü məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 MTK-nın 5 təsisçisindən biri olub. Belə olan halda hesab edirlər ki, onun da o, da, təsisçilərin iclasında iştirak etməli idi. Lakin keçirilmiş yığıncaqdan onun məlumatı olmayıb. Bu məsələlər açıq qalır. Digər bir məsələ ondan ibarətdir ki, necə olur ki, 2008-ci ildə qarşı tərəflə müqavilə bağlanılır və orada mənzilin nömrəsi qeyd olunur. Lakin mənzillərə nömrə verilməsi 2014-2015-ci illərdən sonra aparılıb. Onlar 2007-2008-ci illərə dair müqavilələr təqdim etmişlər. Oradan da görünür ki, mənzillərdə nömrə qeyd edilməyib. MTK özü də təqdim etdiyi arayışda dolayısı ilə mənzillərdə nömrələrin dəyişməsi faktorunu qeyd edir. Digər tərəfdən qarşı tərəf qeyd edir ki, niyə mənzili özəlləşdirməmişlər. Bununla bağlı bildirir ki, mənzillərə kütləvi şəkildə çıxarış verilməsi 2019-cu ildən etibarən başlanılıb. Bununla bağlı prezident fərmanı qəbul olunub. Daha sonra onlar protokoldan çıxarışın təqdim edilməsi ilə bağlı MTK-ya müraciət etmişlər. Lakin bundan imtina olunmuşdur. Onlar bununla bağlı məhkəməyə müraciət etmişlər. Həmin məhkəmə prosesində qarşı tərəf həmin sahənin X8 məxsus olduğunu bildirmiş, lakin bu bir fayda verməyincə, Cavabdeh2 MTK X12 ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni məhkəməyə təqdim edərək həmin sahənin daha əvvəldən Almaz Əfəndiyevə satılmasına istinad etmişlər. X5 verdiyi ərizəsində ona satılmış sahə ilə iddiaçıya satılmış sahənin eyni olmadığını, iddiaçı və ona satılmış sahələrin qonşu, yəni yan-yana olan binaların sonuncu mərtəbəsində yerləşdiyini qeyd etmişdir. Lakin həmin məhkəmə prosesində İddiaçı adı çəkilməmişdir. Əgər ona satılmış olsaydı, onlar bunu bildirərdilər. Bundan başqa, İddiaçı 2008-ci il tarixdə həmin mənzili almasını bildirsə də, həmin mənzilin onun olması ilə bağlı heç bir hərəkət etməmişdir. Belə ki, həmin mənzil 2014-cü ildən Şirinov Bəxtiyarın istifadəsində olmuşdur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili onların iddia tələblərin təmin olunması, qarşı tərəfin iddiasının isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında izahatı alınmış mübahisəli predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında göstərmişdir ki, o, Cavabdeh2 MTK-dan bir çox mənzil əldə etmişdir və uzun illərdir ki, həmin kooperativin sakinidir. O, həmin kooperativdən ilk mənzilini 2007-ci ildə əldə etmişdir. 2014-cü ildə isə Cavabdeh1 ilə aralarında razılıq əldə olunmuş və hazırki mübahisəli mənzilin ona verilməsi müqabilində tərəfindən ona 89.900 manat məbləğində pul ödənilmişdir. Həmin razılaşma notariat qaydada bağlanmışdır. Daha sonra o, Cavabdeh2 MTK-yə çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərlə bağlı müraciət etmişdir. Lakin bundan imtina edilmişdir. Daha sonra o, mübahisəli mənzilin kilidini qırmış və orada təmir işlərinə başlamışdır. O, bununla bağlı polisə müraciət etsə də, oradan ona bildirilmişdir ki, İddiaçı müqaviləsinə baxdıqda orada mübahisəli mənzilin yeni qaydalarla olan nömrəsinin qeyd edildiyi görünür. Ancaq kooperativdə olan mənzillərin yeni nömrələnməsi 2019-cu ildə edilmişdir. Əlavə olaraq bildirir ki, o, İddiaçı əvvəllər heç vaxt görməmişdir. Onu yalnız 2023-cü ildə görmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci iddianın rədd, ikinci iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, iddiaçı Cavabdeh1 iddia tələbləri isə təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində Cavabdeh1 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTKnın tikilməkdə olan binasında 3 otaqdan ibarət 134 kv.m. olan 167 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

12. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli 04 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, Cavabdeh1 Mövlüd oğlunun Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, Cavabdeh1 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan «C» girişlə 4 mərtəbədə 3 otaqlı 167 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

13. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi barədə xx.xx.2006-cı il tarixli protokoldan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh2 MTK-nın binasında C.Səlimov, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan C girişdə, 4 mərtəbədə, 3 otaqlı, 167 №-li mənzili satması ilə bağlı Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi təsdiq edilməsi qərara alınmışdır.

14. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X7 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 3 otaqdan ibarət 134 kv.m. olan 167 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

15. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 167 saylı mənzilinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

16. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli 283 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, X4 Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, X4 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan «C» girişlə 4 mərtəbədə 3 otaqlı 167 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

17. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində Cavabdeh1 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTKnın tikilməkdə olan binasında 3 otaqdan ibarət 116 kv.m. olan 295 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

18. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli 285 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, Cavabdeh1 Mövlüd oğlunun Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, Cavabdeh1 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 116 kv.m. olan «D» girişlə 15 mərtəbədə 3 otaqlı 295 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

19. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 295 saylı mənzilinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

20. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X14 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 3 otaqdan ibarət 116 kv.m. olan 295 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

21. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2007-ci il tarixli 285 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, X9 Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, X9 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 116 kv.m. olan «D» girişlə 15 mərtəbədə 3 otaqlı 295 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

22. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 295 saylı mənzilinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

23. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi barədə xx.xx.2007-ci il tarixli protokoldan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh2 MTK-nın binasında C.Səlimov, 3004-cü məhəllə, ümumi sahəsi 116 kv.m. olan D girişdə, 15 mərtəbədə, 3 otaqlı, 295 №-li mənzili satması ilə bağlı Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi təsdiq edilməsi qərara alınmışdır.

24. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində Cavabdeh1 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTKnın tikilməkdə olan binasında 3 otaqdan ibarət 134 kv.m. olan 155 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

25. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli 284 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, Cavabdeh1 Mövlüd oğlunun Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, Cavabdeh1 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan «C» girişlə 2 mərtəbədə 3 otaqlı 155 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

26. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 155 saylı mənzilinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

27. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X18 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 3 otaqdan ibarət 134 kv.m. olan 155 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

28. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2007-ci il tarixli 284 nömrəli protokolundan çıxarışının surətindən görünür ki, X16 Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, X16 razılıq yolu ilə Cavabdeh2 MTK-nın binasından C.Səlimov küçəsi, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan «C» girişlə 2 mərtəbədə 3 otaqlı 155 №-li mənzilə düşməsinin təsdiq edilməsi qərara alınmışdır.

29. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 155 saylı mənzilinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

30. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi barədə xx.xx.2007-ci il tarixli protokoldan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh2 MTK-nın binasında C.Səlimov, 3004-cü məhəllə, ümumi sahəsi 134 kv.m. olan C girişdə, 2 mərtəbədə, 3 otaqlı, 155 №-li mənzili satması ilə bağlı Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi təsdiq edilməsi qərara alınmışdır.

31. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X11 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 2 otaqdan ibarət 86 kv.m. olan 865 №-li mənzilin payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən obyektin ümumi dəyəri 36550 manat (43.000 ABŞ dolları kursu ilə) məbləğində müəyyən olunmuşdur.

32. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X12 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında3 otaqdan ibarət olan 114 kv.m. qeyri-yaşayış sahəsi payçıya verməyə, payçı isə həmin obyekti qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən obyektin ümumi dəyəri tam ödənilmişdir.

33. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışın surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 114 kv.m. qeyri-yaşayış sahəsinin dəyəri Cavabdeh2 MTK-nın kassasına tam ödəmişdir.

34. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X17 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 1-ci blokun 15 mərtəbəsində yerləşən 3 otaqdan ibarət 116 kv.m. olan 54 nömrəli mənzil payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri tam ödənişlə bu müqaviləyə uyğun olaraq tikinti işləri başa çatdırılanadək dəyişməz qalır.

35. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 15 mərtəbəsində, ümumi sahəsi 116 kv.m., yaşayış sahəsi 66,1 kv.m. olan 3 otaqlı, 54 saylı mənzilin pay dəyəri payçı X17 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

36. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində Cavabdeh1 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTKnın tikilməkdə olan binasında 2-ci girişi 114 kv.m. qeyri-yaşayış sahəsi payçıya verməyə, payçı isə həmin obyekti qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən obyektin ümumi dəyəri tam ödəmişdir.

37. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın 2-ci girişində texniki mərtəbəsində ümumi sahəsi 114 kv.m. payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

38. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi barədə xx.xx.2008-ci il tarixli protokoldan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh2 MTK-nın binasında C.Səlimov, 3004-cü məhəllə, ümumi sahəsi 114 kv.m. olan 2 girişdə mənzili satması ilə bağlı Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi təsdiq edilməsi qərara alınmışdır.

39. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində İddiaçı arasında bağlanmış Cavabdeh2 MTK-nın mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 3-cü blokun, 17-ci mərtəbəsində yerlrəşən 3 otaqdan ibarət, ümumi sahəsi 115,3 kv.m. olan 240B №-li mənzil payçıya verməyə, payçı isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi qiyməti tam ödəmiş, bu müqaviləyə uyğun olaraq tikinti işləri başa çatdırılanadək dəyişməz qalır.

40. İş materiallarında olan Cavabdeh2 MTK ilə «Payçı» qismində X11 arasında bağlanmış Cavabdeh2 MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 3 otaqdan ibarət 134 kv.m. qeyri-yaşayış sahəsi payçıya verməyə, payçı isə həmin obyekti qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş obyektin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən obyektin ümumi dəyəri tam ödəmişdir.

41. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 MTK-nın 77 saylı mənzilin payçısı X10 xx.xx.2011-ci il tarixdə yenidən layihələşdirilmiş tikilən mərkəzləşdirilmiş istilikxanaya görə 1340 manat MTK-nın kassasmya ödəmişdir.

42. İş materiallarında olan «Satıcı» qismində Cavabdeh1 (onun adından etibarnaməyə əsasən Gəncə Bayramov imza etmiş) ilə «Alıcı» qismində X11 arasında bağlanmış qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli ilkin müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il tarixə kimi Cavabdeh2 üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 2-ci giriş, ümumi sahəsi 114 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Forma № 1 (həbsin və yüklülüyün olmamasına dair arayışı) aldıqdan sonra 89.376 manata «Alıcı» X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar (bənd 1). Satılacaq mənzilin Cavabdeh2 MTK-nın Mənzil Tikinti Kooperativinin üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən «Satıcı» Cavabdeh1 mülkiyyətindədir (bənd 2). «Satıcı» Cavabdeh1 satılacaq qeyri-yaşayış sahəsini 89.376 manat qiymətləndirir və gələcəkdə mənzilin həmin qiymətə «Alıcı» X2 və «Alıcı» X11 isə həmin mənzilin gələcəkdə 89.376 manata almağı öhdəsinə götürür. «Alıcı» X3 məbləğindən 47.040 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə «Satıcı» Cavabdeh1 ödəyir, satış qiymətinin qalan 42.336 manatını isə mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən «Satıcıya» ödəməyi öhdəsinə götürür (bənd 3).

43. İş materiallarında olan X12 tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli iltizamın surətindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küç.16 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmənzilli binada yaşayan mənzil mülkiyyətçisi olaraq bu iltizami verir ona görə ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov kü.16 ünvanında 2 giriş, 17 mərtəbə, 3 otaqlı, 114 kv.m. 145C saylı mənzili xx.xx.2007-ci il tarixli müqavilə (order) əsasında almışdır və mənzilin dəyərini tam ödəmişdir. Həmin mənzillə əlaqədar heç bir təşkilatın və ayrı-ayrı vətəndaşların ona borcu və onun onlara borcu yoxdur. bununla əlaqədar Cavabdeh2 MTK-ya təqdim etdiyi bütün sənədlərin düzgün olduğunu təsdiq edir. Mənzillə bağlı indi və ya gələcəkdə həp hansı iddia olarsa, bu iddialara görə qanun qarşısında cavabdehdir. Mənzil sahibi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135,136,137,138, 139,140-cı maddələrinə əsasən kommunal xidmətlərin xərclərini vaxtında ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür.

44. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışın surətindən görünür ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16 ünvanında yerləşən yaşayış binasındakı giriş 2, 148C №-li mənzilə görə borcu yoxdur.

45. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışın surətindən görünür ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 16 ünvanında yerləşən yaşayış binasındakı giriş 2, 149C №-li mənzilə görə borcu yoxdur.

46. İş mteriallarında olan Nəsimi rayon Məhkəməsinin e-2(006)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə Cavabdeh2 tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən və xx.xx.2008-ci il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında» müqaviləyə əsasən Cavabdeh1 məxsus olan 114 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın Cavabdeh1 təqdim edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir.

47. İş materiallarında olan X11 tərəfindən notariat qaydada yazılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şərafət Məmmədovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********872 nomrəli ərizəsinin surətindən görünür ki, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli «qeyri-yaşayış sahəsinin alqı-satqısına dair ilkin müqavilə»yə əsasən Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən sonuncuya məxsus olan Bakı şəhəri, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 2ci girişində, ümumi sahəsi 114 kv.m.təşkil edən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Forma № 1 aldıqdan sonra 89.376 manata ona satılması barədə gələcəkdə alqı-satqı müqaviləsi bağlanmasına dair razılıq əldə olunmuşdur. Qeyd edir ki, Cavabdeh2 MTK əsassız olaraq həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış verməməsi səbəbindən Cavabdeh1 həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata aldıra bilməmiş, bununda nəticəsində həmin qeyri-yaşayış sahəsinə dair aralarında əsas alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Bu səbəbdən də Cavabdeh1 hazırkı iddia tələbinin təmin edilməsi ilə bağlı olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi onun mənafeyinə uyğundu və Cavabdeh2 MTK-nın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddia tələbinin təmin olunması ilə bağlı məhkəmə qətnaməsinin icra nəticəsində Cavabdeh1 həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və belə olan halda Cavabdeh1la aralarında bağlanmış yuxarıda qeyd etdiyi ilkin müqavilənin şərtlərinə uyğun olaraq əsas alqı-satqı müqaviləsinin bağlanılması təmin ediləcəkdir. Həmçinin qeyd edir ki, həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 ilə aralarında hər hansı ziddiyət və narazılıq mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq işə onun iştirakı olmadan baxılaraq, Cavabdeh2 MTK-nın apellyasiya şikayətinin təmin edilməməsinə və Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, mənzili 240B (Yeni qaydalarla: AZ:1111, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 109,30 kv.m. olan mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

49. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-224/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü il məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən 114 kv.m.qeyri-yaşayış sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması Cavabdeh2 MTK-ya və başqa şəxslərə qadağan edilsə də, tələbkarın nümayəndəsi icra tədbiri zamanı binanın Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzili göstərmişdir. Halbuki, binanın 17-ci mərtəbəsində qeyri-yaşayış sahəsi mövcud deyildir və mərtəbədə yalnız mənzillər mövcuddur ki, orada sakinlər yaşayır. Bundan başqa bildirilir ki, Cavabdeh1 Cavabdeh2 MTK-nın səsvermə hüququna malik 5 təsisçidən biridir və onun payı tikilən binada əmlak əldə etməklə deyil, payı MTK təsis edilərkən birbaşa nizamnamə ilə müəyyən edilmişdir. Cavabdeh1 payına uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 114 kv.m. qeyriyaşayış sahəsinin verilməsi razılaşdırılmış və həmin sahəyə dair xx.xx.2008-ci il tarixli müqavilə və maliyyə arayışı yazılıb təqdim edilmişdir. Cavabdeh1 şəxsi istəyi ilə ona ayrılmış paya görə binanın başqa sahəsindən satılmasını təşkil etmiş və əvəzini özü götürmüşdür. Ona görə də Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 114 kv.m. qeyri-yaşayış sahəsinə dair verilmiş müqavilə ləğv edilmişdir. Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli protokoldan çıxarışa əsasən İddiaçı Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240B nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh2 MTK ilə bağlanan xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin mənzili 75000 manata almaq barədə razılığa gəlmiş və mənzilin dəyərini tam olaraq ödəmişdir.

50. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 MTK-nın səsvermə hüququna malik 5 təsisçidən biridir və onun payı tikilən binadan əmlak əldə etməklə deyil, payı MTK təsis edilərkən birbaşa nizamnamə ilə müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binadan verilmiş 114 kv.m.qeyri-yaşayış sahəsi ona verilməmişdən əvvəl 3-cü girişdə olmuş, sonradan yeni qaydaya uyğun olaraq həmin giriş 3-cü giriş hesab olunmuş və ona yeni qaydaya uyğun olaraq həmin sahəyə dair müqavilə və maliyyə arayışı yazılıb təqdim edilmişdir. Cavabdeh1 şəxsi istəyi ilə ona ayrılmış paya görə binanın başqa sahəsindən sahənin satılmasını təşkil etmiş və əvəzini ozü götürmüşdür. Ona görə də Cavabdeh1 Bakı şəhəri,Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 114 kv.m. qeyri-yaşayış sahəsinə dair verilmiş müqavilə ləğv edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının yeni qaydaya uyğun olaraq 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzil xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

51. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli protokoluna əsasən İddiaçı Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240B nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin mənzili 75000 manata almaq barədə razılığa gəlmiş və mənzilin dəyərini tam ödəmişdir. Hazırda İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240B nömrəli mənzildən istifadə etməsi ilə bağlı maneələr yaradılması Cavabdeh1 və Cavabdeh2nə qadağan edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, 240B nömrəli (Yeni qaydalarla:AZ1111, ünvan 5 mənzilin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və **********88-05301-093275 nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsini, həmin mənzilin (sahənin) boşaldılaraq Cavabdeh1 təhvil verilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

52. Məhkəmə İddiaçı tərəfindən verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

53. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

54. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

55. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

56. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

59. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

60. Məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərə əsasən İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240 B nömrəli mənzilinə dair müqavilə bağlanmış, bunun əsasında isə iddiaçı müvafiq çıxarış əldə etmişdir. Digər iddiaçı isə Cavabdeh1 ilə Cavabdeh2 arasında 12 fevral 2008-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 114 kv.m.qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır. Hər iki müqavilədən müəyyən edilir ki, sözügedən mübahisəli yerlər ayrı olmuş və fərqli ünvanlar olması müəyyən edilmişdir. Belə ki, İddiaçı 3-cü giriş, 17 mərtəbə, 115,3 kv m ibarət mənzil təqdim olunsada, digər idiaçı Cavabdeh1 isə 2-ci giriş, 114 kv.m ibarət qeyri-yaşayış sahəsi təqdim edilmişdir. Bundan əlavə isə həmçinin mülki işin materiallarında olan Cavabdeh2 MTK-nın üzvlüyündən xaric edilməsi barədə xx.xx.2008-ci il tarixli protokoldan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavabdeh2 MTK-nın binasında C.Səlimov, 3004-cü məhəllə, ümumi sahəsi 114 kv.m. olan 2 girişdə mənzili satması ilə bağlı Cavabdeh2 MTKnın üzvlüyündən xaric edilməsi təsdiq edilməsi qərara alınmışdır. Yəni Cavabdeh1 artıq sözügedən mənzil ilə bağlı heç bir hüquqi bağlılığı qalmamışdır. Bu halda isə Cavabdeh1 Cavabdeh2 MTK-ya qarşı qeyd edilən üvzlükdən xaric edilməsinin qanunsuz hesab edilməsi və s tələbi ilə iddia irəli sürmək hüququ yaranmışdır (əsaslı hesab edildiyi təqdirdə). Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-224/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü il məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən 114 kv.m.qeyri-yaşayış sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması Cavabdeh2 MTK-ya və başqa şəxslərə qadağan edilsə də, tələbkarın nümayəndəsi icra tədbiri zamanı binanın Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzili göstərmişdir. Halbuki, binanın 17-ci mərtəbəsində qeyri-yaşayış sahəsi mövcud deyildir və mərtəbədə yalnız mənzillər mövcuddur ki, orada sakinlərin yaşaması müəyyən edilmişdir. Yəni sözügedən qeyriyaşayış sahəsi binanin 17-ci mərtəbəsində mövcud deyildir.

61. Bundan əlavə isə məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan 27 aprel 2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsindəki iddiaçı Cavabdeh1 Mövlüd oğlunun iddia ərizəsinin əsaslandırma hissəsində ona lazım olan sırf Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü il məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən 114 kv.m.qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, Cavabdeh1 Mövlüd oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m.olan 3 otaqlı 240B nömrəli mənzili ilə bağlı mübahisəsi olmamışdır. Digər məsələ isə mülki işin materiallarında olan Günəşli» MTK tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh1 Mövlüd oğluna Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü il məhəllədə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən 114 kv.m.qeyriyaşayış sahəsi verilməmişdən əvvəl sahənin girişi 3 olmuş , daha sonra dəyişdirilərk 2-ci giriş hesab edildikdən sonra onunla müqavilə bağlanılmışdır. Yəni Cavabdeh1 Mövlüd oğlu ona verilən qeyri-yaşayış sahəsinin 2-ci giriş olduğunu bilmişdir (Cavabdeh2 MTK tərəfindən hüquqlar pozulmamışdır) .

62. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddiası mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə əsaslı hesab edilməklə təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240 B nömrəli mənzildən istifadə etməsi ilə bağlı maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qadağan edilməlidir.

63. Məhkəmə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

65. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

66. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi).

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.2).

68. Məhkəmə qeyd edir ki, birinci iddia tələbinin (İddiaçı münasibətdə) təmin edilməsi ilə bağlı yuxarıda qeyd edilən məhkəmənin hüquqi mövqeyinə (52-62-ci abzaslar üzrə) , həmçinin hazırki Cavabdeh1 əqdlərin etibarsız hesab edilməsi ilə bağlı iddiasının etibarsız şərtlərinə uyğun gəlməməsi və sübuta yetirilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir.

69. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 iddia tələbi İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

70. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Cavabdeh1 müqavilənin etibarsız hesab edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparılmadan iddia tələbləri mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mənzilin (sahənin) boşaldılaraq Cavabdeh1 təhvil verilməsi hissələrində də əsassızdır və təmin edilməməlidir.

71. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddiası təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240 B nömrəli mənzildən istifadə etməsi ilə bağlı maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qadağan edilməli, iddiaçı Cavabdeh1 X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2nə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair iddiası təmin edilməməlidir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

75. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri - dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (bir yüz) manat iddiaçı Cavabdeh1 aid edilməlidir.

77. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240 B nömrəli mənzildən (Yeni qaydalarla : AZ1111, Bakı şəhəri, Nəsim rayonu, Ceyhun Səlimov küçəsi, 20, m 17, m 6) istifadə etməsi ilə bağlı maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qadağan edilsin. İddiaçı Cavabdeh1 X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2nə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar