Məhkəmə qərarları › İş №e-2(006)-1531/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1531/2023

18.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1531/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin sədri Vüqar Əhmədov tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, K/23-00211-saylı əmrin etibarsızlığı, İddiaçı olaraq onun "xxxx" ASC–də işə bərpa edilməsi və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin sədri Vüqar Əhmədov tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, K/23-00211-saylı əmrin ləğv edilməsi, İddiaçı olaraq onun "xxxx" ASC–də işə bərpa edilməsi və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cu ildən "xxxx" ASC-də (əvvəlki adı: "xxxx" ASC) enerji satışı şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. Abonentlərin istifadə etdikləri enerji dəyərini ödəməsinə nəzarət-yoxlama vəzifəsini yerinə yetirmişdir. xx.xx.2018-ci ildən Bakı şəhəri Binəqədi rayonunda, Biləcəri qəsəbəsi üzrə eyni təşkilatda işini davam etdirmiş və bir müddət işlədikdən sonra barəsində şikayət olduğunu və Rauf İskəndərovun obyektində kirayəçi olan X5 adlı abonentdən pul aldığını iddia etmişlər. Belə ki, o, Rauf İskəndərovun obyektində kirayəçi olan X5 adlı abonentə borcunu ödəməyəcəyi təqdirdə işığının kəsiləcəyi ilə bağlı şifahi xəbərdarlıq etmişdir. Məhz buna görə həmin şəxs İddiaçıı təhqir etmiş və başına oyun açacağını bildirmişdir. Həmin şəxsin çox həssas və problemə meyilli olduğunu, iddiaçı ilə kobud danışdığını da işlədiyi təşkilata dəfələrlə bildirmişdir. H.Məhəmməd adlı şəxs iddiaçıdan ASC-yə şikayət etmiş və sonra ondan şikayətini geri götürmək üçün pulda istəmişdir. Daha sonra şikayət edən X5 etdiyi hərəkətdən peşman olmuş və xx.xx.2022-ci il tarixində şikayətini geri götürmüşdür. İşlədiyi vaxtda işinə məsuliyyətli yanaşmış və heç bir pozuntuya yol verməmişdir. Onun işdən qanunsuz olaraq çıxarılması qanunun kobud pozuntusu ilə bərabər gələcək əmək fəaliyyətinə, kariyerasına da pis təsir edir. O, ailəni dolandıran tək şəxsdir və himayəsində İİ-qrup əlillik dərəcəsi olan anası, İİ-qrup əlillik dərəcəsi olan bacısı və İİ-qrup əlillik dərəcəsi olan nənəsi vardır. "xxxx" ASC onunla olan əmək münasibətlərinə xx.xx.2023-ci il tarixli, K/23-00211-saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam vermişdir. Həmçinin əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə ona heç bir bildiriş və xəbərdarlıq nə verilmiş nə də ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə yuxarıda qeyd edilən məzmunda izahat vermişlər və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İ.Turxanın iddia tələbi əsassızdır. Belə ki, 2021-ci ilin oktyabr ayında Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı vəzifəsindən sui-istifadə edərək xidməti ərazisində X4 məxsus Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mağazanın icarədarı X2 obyektin əhali kodundan qeyri-əhali koduna keçirilməsi adı ilə aldadaraq 300 AZN pulunu alaraq mənimsəmiş, pulu aldıqdan sonra xx.xx.2021-ci il tarixində obyektin sahibi Rauf İsgəndərovun adına 284580 nömrəli "Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı" müqaviləsi tərtib etmişdir. Bundan sonra, 2022-ci ilin yanvar ayında nəzarətçi mühəndisi İddiaçı qanunsuz hərəkətlərinə davam edərək iş yoldaşı Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi Asəf Sadıqovla birlikdə yenə də Məhəmməd Hüseynovun işlətdiyi mağazaya gələrək A.Sadıqovu nazirlik işçisi kimi təqdim edib mağazanın içərisində olan elektrik yuvalarında problemlərin olduğunu bildirərək barəsində tədbir görülməməsi müqabilində əlavə 100 AZN almışdır. Həmçinin nəzarətçi mühəndis İddiaçı müxtəlif vaxtlarda Məhəmməd Hüseynovdan siqaret və ərzaq məmulatları götürərək pulunu ödəməmiş, bununla Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirmişdir. X11 xx.xx.2022-ci il tarixində nəzarətçi mühəndis İddiaçı barəsində ASC-nin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra M.Hüseynovun işlətdiyi mağazaya gedərək ona 500 AZN qaytarmış, təzyiq göstərərək şikayətini geri götürməyo tələb etmiş, həmçinin həmin ETSİnin digər nəzarətçi mühəndisi Kamran Quliyev İddiaçı istəyi ilə M.Hüseynovla görüşərək ondan şikayətini geri götürməyi xahiş etmişdir. İddiaçı AR əmək qanunvericiliyinin qaydalarının tələblərini kobud şəkildə pozaraq Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirmiş və bu səbəblə "xxxx" ASC-nin X7 xx.xx.2023-cü il tarixli iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-yə təklif edilməsi qərara alınmışdır. Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə K/23-00211 saylı xx.xx.2023-cü il tarixli əmr əsasında xitam verilmişdir. Yuxarda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İş materiallarında olan: 133335 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Bakı Elektrik Şəbəkəsi” ASC-nin Xəzər “REİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə Suraxanı “REİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə Nizami “REİSİ”nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" ASC Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixli, k/23-00211 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Biləcəri “ETSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsi üzrə işə qəbul edilmişdir. "xxxx" ASC-nin sədri V.Əhmədovun xx.xx.2018-ci il tarixli, k/18-06734 nömrəli əmri ilə, İddiaçı xx.xx.2018-ci il tarixdən 2 ay sınaq müddəti ilə Biləcəri “ETSİ”-nin enerji satış şöbəsinə 2 nömrəli sahənin, 8 nömrəli sahəsinə nəzarətçi-mühəndis təyin edilməsi, əmək haqqının 635 manat ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-nin sədri V.Əhmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, xidmət göstərdiyi ərazidə **********4014A nömrəli obyektin 221 manat borclu olduğuna görə tərəfindən elektrik enerjisi dayandırılmışdır. Həmin obyektin sentyabr ayından 70 manat ödənilməmiş borcu qalmışdır. Həmin obyekti icarəyə götürən şəxs ödənişləri heç vaxt tam etməmişdir. xx.xx.2022-ci ildə borcu olduğu üçün həmin obyektin elektrik enerjisi dayandırılmışdır. O, həmin obyektdən heç vaxt nə ödəniş almamışdır. Bütün ödənişləri özü edir. Elektrik enerjisi dayandırılarkən elektrik mantyoru Həsənov Şirvani də orda olmuş və o, da həmin şəxsin İddiaçı şər atdığını təsdiqləyə bilər. Problemli abonent olduğu üçün həmin obyektə Smart Kart tipli elektrik sayğacının quraşdırılmasını xahiş etmişdir. X5 və X9 tərəfindən "xxxx" ASC-yə verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı onlardan pul aldığını bildirmişdilər. X5 xx.xx.2022-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, bir neçə gün əvvəl İddiaçı barəsində etdiyi şikayətini geri götürdüyünü bildirmişdir. "xxxx" ASC-nin X3 xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" ASCnin Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi İddiaçı barəsində "xxxx" ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsi və İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X7 etiraz etməmişdir. "xxxx" ASC-nin Hüquq İdarəsi həmin idarənin sədrinə təqdimatla müraciət edərək, vəzifəsindən sui-istifadə etməklə inzibati ərazisində yerləşən mağazanı işlədən X11u işlətdiyi obyektin sayğacının əhali kodundan qeyri-əhali koduna keçirilməsi adı ilə aldadaraq pulunu mənimsəməklə Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirdiyinə görə Səhmdar Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin rəyi alınmaqla və Cəmiyyət rəhbərinin xx.xx.2019-cu il tarixli Əmrinin tələblərinə uyğun sənədlər toplanılmaqla Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə, M.Hüseynovun işlətdiyi mağazaya İddiaçıla birlikdə getməklə sonuncunun qanunsuz hərəkətlərinə şərait yaratdığına görə həmin ETSİ-nin nəzarətçi mühəndisi X10 barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin tətbiq edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Daxili Nəzarət İdarəsi həmin idarənin sədrinə xx.xx.2022-ci il tarixli təqdimatla müraciət edərək, Biləcəri ETSİ-nin inzibati ərazisində yerləşən M.Mikayılov küç. 0014, ev 014A ünvanında yaşayan Rauf İsgəndərov “Azərişıq'1 ASC-nin 199 Çağrı Mərkəzinə müraciət edərək bildirmişdir ki, ona məxsus olan mağazanı Məhəmməd Hüseynov_adlı vətəndaşa icarə müqaviləsi əsasında icarəyə vermişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərazinin nəzarətçi-mühəndisi İddiaçı icarədar M.Hüseynova işlətdiyi mağazanı əhali kodundan qeyri-əhali koduna keçirtmək üçün 300 azn məbləğində pul almışdır. Nəzarətçi-mühəndis İddiaçı abonentin etibarından istifadə edərək, məişət abonent (əhali) birtipli xx.xx.2021-ci il №284580 alqı-satqı müqaviləsi bağlamışdır. Bir müddətdən sonra digər sahənin nəzarətçi-mühəndisi Asəf Sadıqovla mağazaya gəlmiş, onu nazirliyin işçisi kimi təqdim edərək, ona da 100 azn verməyini bildirmişdir. Ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələr gətirməklə nəzarətçi-mühəndis İddiaçı sözü gedən şəxsdən 20, 50 azn pul və ərzaq məhsulları almışdır. Nəzarətçi-mühəndis İddiaçı təkrar pul istəyinə M.Hüseynov tərəfindən rədd cavabı aldığı üçün, mağazanın heç bir borcu olmadığı halda qeyri-qanuni elektrik enerjisini verilişini dayandırmışdır. Bununla bağlı M.X8 Şəbəkiəsınin rəhbərliyinə ərizə ilə müraciət etmiş lakin, heç bir tədbir görülməmişdir Nəticə olmadığına görə, əlavə olaraq 199 Çağn Mərkəzinə zəng edərək müraciət etmişdir. Alınan izahatlar və toplanmış materiallar əsasında məlum olmuşdur ki, nəzarətçi-mühəndislər İddiaçı və A.Sadıqov abonentdən qeyri qanuni yolla aldığı ödənişlər öz təsdiqini tapmışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Daxili Nəzarət İdarəsinin rəis müavininə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, 02 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov» ev 0014, m 014A küçəsində yaşayan İsgəndərov Rauf +994 (70) *** ** ** nömrəsi ilə ASC-nin Çağrı Mərkəzinə müraciət etmişdir. Abonent müraciətində bildirir ki, nəzarətçi-mühəndis İddiaçı mağazası **********4014A əhali kodu altında fəaliyyət göstərdiyinə görə mağaza ilə müqavilə bağlayaraq, 300 AZN alıb. Daha sonra qeyd olunan şəxs başqa sahədən əməkdaş gətirərək, hamim əməkdaşı ona Nazirliyin işçisi kimi təqdim edərək, 100 AZN alıb və bildirib ki, mağazada elektrik yuvalarının məsafəsi bir-birinə yaxındir. Sonradan belə bir qaydanın olmadığını öyrənmişdir. Həmçinin, fərqli vaxtlarda müxtəlif bəhanələrlə 20 AZN və 50 AZN də alıb. Abonent iddia edir ki, RETSİ-yə şikayət edilsə də, bununla bağlı bir tədbir görülməyibdir. Abonentin şikayətinin araşdırılmasına köməkli göstərilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış izahatlarından görünür ki, şikayət edən şəxslərdən heç vaxt pul almadığını və şikayətin əsassız olduğunu bildirmişdir. "xxxx" ASC-nin sədri V.Əhmədovun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, k/23-00211 nömrəli əmrinin surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. "xxxx" ASC tərəfində İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, son haqq hesab və əmək kitabçasını götürmək üçün ASC-nin kadırlar şöbəsinə müraciət etməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin mayından hadisə baş verən ərazidə sahə rəisi işləyir. Həmin ərəfədə axşam sözügedən Məhəmməd adında abonent əsəbi halda ona zəng edib dedi ki, işığı kəsilib. Onu yanına çağırdı, o, isə getmədi. Bildirmiş ki, bizim işçinin səhvi varsa özləri ona cəza verəcəklər. O, bir rəhbər kimi məsələni uzatmamaq üçün abonentə belə deməli idi və sonra onun işığı bərpa olundu. O, həmin abonenti şəxsən tanımır. Guya abonentdən yanvar ayında pul alınıb, amma həmin söhbət onun orada işlədiyi müddətdə olmayıb. O, bu barədə dəqiq heç nə deyə bilmir. Bir müddət sonra Baş İdarədən zəng gəldi ki, gedib bu barədə izahat versin. O, həmin şəxsi sadəcə izahat verdiyi zaman görmüş və izahat verərəkən ona dedilər ki, abonentin dediklərini yazsın. O da deyilən formada izahat vermişdir. Yəni izahatda yazılanlar onun sözləri yox, abonentin ona dedikləridir və bu, deyəsən səhv anlaşılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, abonenti tanımır. Onunla Turxanın əraziləri yaxın olduğu üçün onla dostdurlar. Həmin abonent ona zəng edib dedi ki, işığı qoşmalıyam. O da qoşmadığına görə artıq-əskik sözlər, nalayiq ifadələr işlətdi. O isə bildirmişdir ki, həmin sahəyə baxmır. Hərənin öz sahəsi var. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdən oğlu "xxxx" ASC-nin Biləcəri “ETSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə işləyərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, k/23-00211 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə işdən azad olunmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiq edilmədiyini, onunla imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu qeyd etməklə, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, k/23-00211 saylı əmrin ləğv edilməsi, ASC-də tutduğu vəzifəyə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçının vəzifə hüquqpozması ilə bağlı intizam xətaya yol verdiyini, bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsinə xitam verilərkən tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq və qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, işçi ilə əmək müqaviləsinə xitam verərkən cavabdeh tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, işəgötürən tərəfindən müvafiq pozuntu ilə əlaqədar İddiaçı izahat xx.xx.2022-ci ildə alınmasına baxmayaraq Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələblərinə əməl olunmamış və xx.xx.2023-cü il tarixdə (əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 3 aya yaxın) müvafiq əmr verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, proses zamanı cavabdeh tərəfin verdiyi izahatdan, şahid ifadələrindən həmçinin işə əlavə olunmuş materiallardan müəyyən edilir ki cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş intizam xətasını 2022-ci ilin yanvar ayında (bunu isə abonentdən pul alması ilə əlaqələndirmişdir) törətmişdir. Bu halda da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələblərinə əməl olunmamış və iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən 11 aydan çox müddət keçdikdən sonra, yəni 19 yanvar 2023cü il tarixində verilmişdir. Halbuki qanunvericiliyə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı və "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli, K/23-00211 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu "xxxx" ASC-nin Biləcəri “ETSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, K/23-00211 saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-də Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı məhkəmə xərclərini ödəməkdən azaddır. Beləliklə iddia təmin edildiyindən və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya qaytarılmalıdır. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul "xxxx" ASCdən tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, K/23-00211 saylı saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" ASC-də Biləcəri “EİSİ”-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş olan 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar