Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1533/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) – Nümayəndə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 65.516 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "X7" Qapalı Səhmdar Cəmiyyəti arasında 28 iyun 2016-cı il tarixdə 1116/224/2016 saylı daxili maliyyə lizinqi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində əsasən "X7" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MTK arasında alqı-satqı müqaviləsində göstərilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında 3-cü bina, 1-ci blok, 20 nömrəli mənzildə yerləşən 115.02 kv.m olan mənzil təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin dəyəri 182.652 manat olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq müddəti 240 ay təşkil etmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə borc məbləği hesab edilir. Lizinq haqları həmin əsas borc məbləğinə Lizinq verənin mükafatı olaraq illik 10% dərəcəsi əlavə etməklə lizinq haqqları olaraq hesablanır və aylıq sabit lizinq 1.763 manat təşkil etmişdir. İddiaçı ilə "X7" Qapalı Səhmdar Cəmiyyəti arasında 28 iyun 2016-cı il tarixdə 1116/224/2016 saylı daxili maliyyə lizinqi haqqında müqaviləsinə əsasən iddiaçı tərəfindən "X7" QSC-nə 37.800 manat pul ödənilmişdir. Daha sonra isə "xxxx" MTK ilə "xxxx" ASC arasında bağlanmış 302 saylı 28.06.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə 21.11.2017-ci il tarixdə Saziş imzalanmışdır. Həmçinin iddiaçı ilə "xxxx" QSC arasında 1116/224/2016 saylı 28 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi haqqında Saziş imzalanmışdır. Sazişə əsasən "xxxx" QSC-ti 13.604 manatı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, iddiaçı tərəfindən ödənilmiş 24.196 manat faiz borcunun isə qaytanlmayacağı qeyd edilmişdir. İddiaçı ilə "xxxx" MTK və "xxxx" ASC arasmda bağlanmış 21.11.2017-ci il tarixdə qarşılıqlı tələblərin əvəzləşdirilməsi və dəqiqləşdirilməsi barədə Akt imzalanmışdır. Həmin Aktın 1-ci bəndinə əsasən "xxxx" MTK-nın "xxxx" ASC-yə olan 182.652 manat borcunun 13.604 manat hissəsi "xxxx" ASC-nin iddiaçıya olan 13.604 manat borcu ilə əvəzləşdirilməsi öz əksinin tapmışdır. 21.11.2017-ci il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında ********* saylı Payçı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında 3-cü bina, 1-ci blok, 20 nömrəli 3 otaqlı mənzil iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində qeyd olunmuş mənzil məhz iddiaçı ilə "X7" Qapalı Səhmdar Cəmiyyəti arasında 28 iyun 2016-cı il tarixdə 1116/224/2016 saylı daxili maliyyə lizinqi haqqında müqavilə əks olunmuş mənzildir. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin sahəsi 115.02 kv.m təşkil etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən 1 kv.m - 1.588 manat olmaqla, ümumi dəyəri 182.652 manatdır. Müqavilənin 2.3cü bəndinə əsasən ilkin ödənişi 7.45 faiz, yəni 13.604 manatdır. Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin qalan 169.048 manata bərabər tutulan məbləğini, iddiaçı ilə "xxxx" MTK və "xxxx" ASC arasında bağlanacaq olan 3 tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən kredit vəsaitinin hesabına tam ödəniləcəkdir. 21.11.2017-ci il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 36.21.11.2017-EE-BY saylı təminatlı kredit müqaviləsinə əsasən 169.048 manat tam olaraq "xxxx" MTK-ya verilmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən kredit müddəti 224 ay müddətinə müəyyən edilmişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən kredit üzrə borc və faizlər aylıq 1.688,80 manat təşkil etmişdir. 21.11.2017-ci il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 36.21.11.2017-EE-BY saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 26.12.2017-ci il tarixindən başlayaraq 15.02.2019-cu ilə kimi 25.626 manat "xxxx" ASC ödənilmişdir. Bu fakt kassa mədaxil qəbzləri ilə təsdiq olunur. Bundan başqa, iddiaçı ilə "xxxx" MTK və "xxxx" ASC arasında 21.11.2017-ci il tarixdə 36.21.11.2017-EE-BY saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, 2018-ci ildə mənzil iddiaçıya "xxxx" MTK tərəfindən təhvil verilmişdir. Daha sonra isə "xxxx" MTK qanunsuz olaraq iddiaçını yaşadığı mənzildən çıxartmışdır. 12.10.2017-ci il tarixdə "xxxx" MTK sayğac üçün iddiaçıdan 870 manat ödəniş almışdır. 12.10.2017-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq olunur. 27.06.2018-ci il tarixdə cavabdeh iddiaçıdan 120 manat kommunal aylıq üçün almışdır. Bu fakt ödəniş qəbzi ilə təsdiq olunur. 10.10.2018-ci il tarixdə cavabdeh yenidən iddiaçıdan 120 manat kommunal aylıq üçün almışdır. Bu fakt ödəniş qəbzi ilə təsdiq olunur. 15.01.2019-cü il tarixdə cavabdeh "xxxx" MTK iddiaçıdan yenidən sayğac üçün 870 manat ödəniş almışdır. Bu fakt 15.01.2019-cu il tarixli kassa mədaxil orderi təsdiq olunur. 04.12.2019-cu il tarixdə cavabdeh iddiaçıdan 110 manat üzvlük haqqı üçün ödəniş almışdır. Bu fakt ödəniş qəbzi ilə təsdiq olunur. Sayğac, kommunal xidmətlər və üzvlük haqqı üçün ümumilikdə cavabdeh "xxxx" MTK tərəfindən 2.090 manat pul ödənilmişdir. Cavabdeh iddiaçını aldığı mənzilə buraxmır. Hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında 3-cü bina, 1-d blok, 20 nömrəli 115.02 kv.m olan mənzilə bağlı 28 iyun 2016-cı il tarixdə 1116/224/2016 saylı daxili maliyyə lizinqi haqqında bağlanmış müqaviləsinə əsasən ödənilmiş 37.800 manat, 21.11.2017-ci il tarixdə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 36.21.11.2017-EE-BY saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 25.626 manat, sayğac, kommunal xidmətlər və üzvü haqqı üçün cavabdeh "xxxx" MTK-a ödənilmiş 2.090 manat ümumilikdə 65.516 manat cavabdeh "xxxx" ASC-dən və cavahdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı həmin mənzili ilkin ödəniş etmədən, tam kredit şərtləri ilə almış və aylıq ödəniş cədvəli üzrə hər ay üçün əsas kredit məbləği və ona hesablanmış faiz borcu olmaqla, cəmi 1688,80 manat kredit borcunu banka ödəməyi üzərinə götürmüşdür. Həmin cədvəl üzrə İddiaçı tərəfindən 20.11.2017-ci il tarixə kimi müqavilə öhdəliyinə uyğun olaraq Lizinq Şirkətinə cəmi 37 800 manat kredit ödənişi edilmişdir. Həmin ödənişin 13 604 manatı əsas kredit məbləğini, 24196 manatı isə faiz məbləğini təşkil etmişdir. Bundan sonra isə, yəni 20.11.2017-cil tarixdə İddiaçı ilə Cavabdeh1 MTK (hazırda QSC) və "xxxx" ASC arasında müqavilə bağlanmaqla, həmin öhdəliklər Lizinq Şirkətindən "xxxx" ASC-yə ötürülmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC-yə 169 048 (bir yüz altmış doqquz min qırx səkkiz) manat məbləğdə pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. 20.11.2017-ci il tarixdən 03.10.2019-cu il tarixə kimi iddiaçı banka 27 662 manat kredit ödənişi etmişdir ki, bunun 4700 manatı əsas borc məbləğini, 22961 manatı isə faiz məbləğini təşkil etmişdir. Ümumilikdə iddiaçı tərəfindən Lizinq Şirkətinə və "xxxx" ASC-ə 65462 manat məbləğdə kredit ödənişi edilmişdir. Bu məbləğin də 18304 manatı kredit üzrə əsas borc məbləğini, 47158 manatı isə "xxxx" ASC və Lizinq Şirkəti tərəfindən hesablanmış faiz məbləğlərini təşkil etmişdir. 03.10.2019-cu il tarixdən isə iddiaçı cədvəl üzrə aylıq ödənişləri etmədiyinə görə, Cavabdeh1 MTK ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinin tələbinə uyğun olaraq, həmin müddətdən, yəni 03.10.2019-cu il tarixdən 25.11.2020-ci il tarixə qədər olan dövr üzrə İddiaçı 33120 manat təşkil edən borcu, onun əvəzindən Cavabdeh1 MTK tərəfindən ödənilmişdir. Nəticədə, İddiaçı Cavabdeh1 MTK-ya 14816 manat borcu yaranmışdır. Həmçinin, İddiaçı mənzili təhvil verdikdən sonra MTK qeyd olunan mənzilə 7750 manat yenidən təmir olunması üçün vəsait sərf edərək satışa çıxarmışdır. Bundan başqa həmin mənzilə görə 04.12.2020-ci il tarixdə MTK tərəfindən kreditin əsas məbləğindən 8448 manat ödəniş edildikdən sonra kredit şərtləri və ilkin ödəniş edilməklə, qeyd edilən mənzil X1. Ümumilikdə yuxarıda qeyd olunan mənzilə görə MTK tərəfindən cəmi 49 318 manat vəsait xərclənmişdir. Cavabdeh təşkilatlar olan MTK və Bank iddiaçıya dəfələrlə rəsmi bildirişlər göndərərək, həmçinin onunla şifahi danışıqlar apararaq, börc öhdəliklərini icra etməyi tələb etmişdir. Həmçinin iddiaçıya izah edilmişdir ki, borcu ödəmək imkanı olmadığı təqdirdə müqavilə şərtlərinə uyğun olaraq mənzili tez bir zamanda boşaldıb MTK-ya təhvil versin ki, mənzilə görə ödədiyi məbləğin əsas kredit məbləğinə aid olan hissəsini geri ala bilsin. Əks halda isə onun ödədiyi həmin məbləğ banka olan əsas borcunun faizlərinə silinəcək və həmin məbləği də itərərək, geri ala bilməyəcəkdir. Çünki əsas borc məbləğinə hesablanan faizlər bankın qazancıdır və həmin faiz məbləğlərinin geri tələb edilməsi mümkün deyildir. Buna baxmayaraq, iddiaçı bizim və bankın rəsmi müraciətlərini və məsləhətlərini nəzərə almamış və mənzili vaxtında geri qaytarmamışdır. Nəticədə isə onun ödədiyi 65 516 manat və MTK-nın müqavilə öhdəliyinə əsasən iddiaçının borcuna görə ödədiyi vəsait banka ödənilməli olan fazi borclarına silinmişdir. Bununla da iddiaçının öz öhdəliklərini icra etməməsi nəticəsində MTK-ya da maddi ziyan vurulmuşdur. İddiaçının hazırda tələb etdiyi məbləğ məhz banka ödədiyi, yuxarıda qeyd etdiyimiz həmin faiz məbləğidir. Həmçinin bildiririk ki, iddiaçı öz müqavilə öhdəliklərini icra etmədiyinə görə 27 fevral 2020-ci il tarixdə ona qarşı müqavilə öhdəliklərinə uyğun olaraq mənzilin boşaldılması və təhvil verilməsi barədə Bakı şəhərinin Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı qısa bir zamanda borcunu ödəyəcəyinə, əks halda isə mənzili könüllü olaraq təhvil verəcəyinə söz vermiş və iddia ərizəsini geri götürməyimizi xahiş etmişdir. Həmin vaxt biz, onun xahişini nəzərə alaraq, iddia ərizəmizi geri götürdük. İddiaçı borc öhdəliklərini yenə də icra edə bilmədiyinə görə həmin mənzili Cavabdeh1 MTK-ya təhvil verdi. İddiaçının xahiş ilə ona məxsus olan bəzi əşyalar MTK-nın anbarına yerləşdirildi və sonradan həmin əşyalar hissə-hissə iddiaçının özü tərəfindən götürüldü və bu faktlar müvafiq aktlarla və ərizələrlə rəsmiləşdirildi. İddiaçı həmin sənədlərdə ona məxsus olan bütün əşyalarını götürdyünü və MTK-ya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Lakin həmin vaxtdan bir ildən artıq ötməsinə baxmayaraq, məhkəmədə əsası olmayan və ziddiyyətli iddia qaldırıb. Bundan başqa, həmçinin bildiririk ki, iddiaçının geri qaytardığı həmin mənzil təmir edilərək, kredit şərtləri ilə və ilkin ödəniş edilməklə, X1. Qeyd olunanlara əsasən, hesab edir ki, iddia ərizəsində qeyd olunan dəlillərin heç bir əsası yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 1116/224/2016 saylı 28.06.2016-cı il tarixli Daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" ASC Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında 3-cü bina, 1-ci blok, 5-ci mərtəbə, 20 nömrəli, 3 otaqlı mənzili iddiaçıya lizinqə verməyi, iddiaçı isə lizinq haqqını ödəməyi öhdələrinə götürmüşlər. 1116/224/2016 saylı 28.06.2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə 21.11.2017-ci il tarixli Sazişdən müəyyən olunur ki, müqavilə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış, 1116/224/2016 saylı 28.06.2016-cı il tarixli lizinq müqaviləsi ləğv edilmiş, əsas borca görə ödənilmiş 13604 manat pul vəsaitinin qaytarılması, faiz borcuna görə ödənilmiş 24196 manat pul vəsaitinin qaytarılmayacağı razılaşdırılmışdır. 302 saylı 28.06.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə 21.11.2017-ci il tarixli Sazişdən müəyyən olunur ki, müqavilə "xxxx" ASC ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, 302 saylı 28.06.2016-cı il tarixli müqavilə ləğv edilmişdir. 21.11.2017-ci il tarixli ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 3-cü bina, 1-ci blok, 5-ci mərtəbə, 20 nömrəli, 3 otaqlı mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzili qəbul etməyi, müqavilə qiymətinin qalan 169048 manata bərabər tutulan məbləğin i, iddiaçı və cavabdehlər arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi, həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdələrinə götürmüşlər. 21.11.2017-ci il tarixli Qarşılıqlı tələblərin əvəzləşdirilməsi və dəqiqləşdirilməsi barədə aktdan müəyyən olunur ki, "xxxx" MTK-nın "xxxx" QSC-yə olan 182652 manat borcunun 13604 manat hissəsi "xxxx" QSC-nin İddiaçı olan 13604 manat borcu ilə əvəzləşdirilir və nəticədə "xxxx" MTK "xxxx" QSC-nin əvəzinə 13604 manatın İddiaçı ödənilməsini öz öhdəsinə götürür. Bu Aktın 1-ci bəndinə əsasən tələblərin qarşılıqlı əvəzləşdirilməsindən və ödənilməsindən sonra "xxxx" QSC-nin İddiaçı borcu ödənilmiş hesab edilir, "xxxx" MTKnın "xxxx" QSC-yə isə borcu 169048 manat təşkil edir. 21.11.2017-ci il tarixli 36.21.11.2017-EE-BY saylı Təminatlı kredit müqaviləsindən görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti, iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış 21.11.2017-ci il tarixli ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 169048 manat məbləğində iddiaçıya kredit verməyi, iddiaçı isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdələrinə götürmüşlər. 14 ədəd mədaxil qəbzindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının 21.11.2017-ci il tarixli 36.21.11.2017-EE-BY saylı Təminatlı kredit müqaviləsi üzrə 31833 manat məbləğində ödəniş etmişdir. 20 ədəd mədaxil orderlərindən görünür ki, iddiaçı tərəfindən lizinq və kreditlər üzrə ümumilikidə 43726,1 manat ödəniş edilmişdir. 4 ədəd ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 870 manat sayğaclar üçün, 110 manat üzvlük haqqı, aylıq kommunal üzrə 240 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla, iddia ərizəsində göstərdiyi halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan başqa, həqiqətən də iş materialları ilə iddiaçı tərəfindən qeyd olunan mənzilə görə lizinq şirkətinə 37800 manat ödənildiyi öz təsdiqini tapır. Bu məbləğin 13604 manat əsas borca aid pul vəsaiti, 24196 manat isə lizinq müqaviləsi üzrə lizinq verənə ödənilmiş lizinq haqları təşkil etmişdir. Lizinq haqları üzrə ödənilmiş 24196 manat məbləğin geri qaytarılmayacağına iddiaçı 1116/224/2016 saylı 28.06.2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə 21.11.2017-ci il tarixli Sazişlə razılaşmışdır. 13604 manat məbləğ isə 21.11.2017-ci il tarixli Qarşılıqlı tələblərin əvəzləşdirilməsi və dəqiqləşdirilməsi barədə akta əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməli idi. İş materiallarından göründüyü kimi Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının kredit müqaviləsi üzrə 31833 manat ödəniş edilmişdir. Demək iddiaçının tələb etdiyi 13604 manat məbləğ Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının kredit ödənişi qismində ödənilmişdir. İddiaçı tərəfindən kredit üzrə 27662 manat ödəniş edilmişdir ki, bu məbləğin 4700 manatı əsas borc məbləği, 22961 manat məbləği isə faiz məbləği təşkil etmişdir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 21.11.2017-ci il tarixli 36.21.11.2017-EE-BY saylı Təminatlı kredit müqaviləsinin tələbinə görə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürməklə müqavilə şərti kimi razılaşdırmışdır. Başqa sözlə iddiaçı müqavilə şərtinə görə ödədiyi kredit məbləğinin qaytarılmayacağını əvvəlcədən bilirdi. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1533/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1533/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver