Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1552/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Abdulkərin oğlunun iştirakları ilə, İddiaçı X2 cavabdeh "X11 Limited" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh "X11 Limited" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı X3 dəymiş maddi zərərin əvəzi olaraq - iki il ərzində müalicəyə çəkilmiş xərcə görə 3000 (üç min) manat, əməliyyat xərci olaraq 5467 (büş min dörd yüz altmış yeddi) manat, əməliyyat sonrası müalicə xərci olaraq 3000 (üç min) manat, təkrar həkim müayinəsi üçün 500 (beş yüz) manat olmaqla cəmi 11967 (on bir min doqquz yüz altmış yeddi) manat məbləğində və mənəvizərərə görə 3000 (üç min) manat məbləğində, vəkil xidməti xərcinə görə 500 (beş yüz) manat və mediyasiya xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanılmış 0721/1 sayılı Əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən şitrkətdə takelajçı vəzifəsində işə başlamışdır. İşdən azad olunmaq haqqında 1261 saylı ƏMR-lə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə görə Takelajçı vəzifəsində çalışan İddiaçı ilə “X12” Ltd şirkəti arasında bağlanılmış 0721/2 sayılı müqavilənin müddətini qurtarmasına görə 26 noyabr 2020-ci il tarixində həmin əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndi və 0721/2 saylı Müqavilənin üçüncü maddəsi göstərilmişdir. İddiaçı X5 cavabdeh Şirkətdə işlədiyim vaxtda, xx.xx.2013-cü il tarixində şirkətə məxsus olan İstiqlal Platformasında iş vaxtı iş yoldaşı Vüsal Heydərovun məni itələməsi nəticəsində yıxılmışdır və nəticədə ayağı iki yerdən sınmışdır. Belə vəziyyətdə cavabdeh “X12” LTD şirkətinin məsul şəxsləri onu səhərə kimi orda saxlamışdılar. Növbəti gün səhər saatlarında onu xəstəxanaya apardılar. Orda müəyyən olundu ki, ayağının qamış sümüyünün diz oynağına birləşdiyi yerdə qəlpəli sınığı baş vermişdir. Ona görə də həmin vaxt ayağına bir neçə yerdən vintlər taxılaraq bildirildi ki, bu müvəqqətidir, müəyyən müddətdən sonra əməliyyat olunmalıdır. Həmin vaxt rəhbərlik ona dedi ki, hadisə barədə heç yerə şikayət etməsin. Bunun da müqabilində cavabdeh Şirkət ayağını tamamilə müalicə və əməliyyat etdirəcəyinə söz verərək bunu öz üzərinə götürmüşdü. İşlədiyi müddətdə ayağına görə müaliclər alırdı. Lakin gündən-günə ayağında vəziyyət pisləşsə də şirkət söz verdiyi əməliyyatı etdirmədi. Hətta əsassız olaraq 26 noyabr 2020-ci il tarixində işdən azad olundu. Amma yenə də ayağına görə müalicələr davam edirdi. Lakin bu müalicələri işləmədiyi halda davam etdirməyə məcbur idi. Buna görə də ağır maddi duruma düşdü. Ona görə də cavabdeh “X13” Limited MMC-yə müraciət edərək, işdə olduğu zaman ayağının qamış sümüyünün diz oynağına birləşdiyi yerdə qəlpəli sınığı baş verməsi barədə arayış verilməsini xahiş etdi. Müraciətinə Şirkət 06 iyul 2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, qeyd etdiyiniz halla bağlı Şirkətin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X8 şöbəsi tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdr ki, müraciətinizdə göstərdiyiniz tarixdə, yəni 11 dekabr 2013-cü il tarixində, o cümlədən digər tarixlərdə sizin iş zamanı qamış sümüyünün diz oynağına birləşdiyi yerdə qəlpəli sınıq zədəsi almanız barədə heç bir məlumat mövcud deyildir. Cavabdehin onun müraciətimə bu cavabı onu göstərir ki, şirkət rəhbərliyi onun iş zamanı yıxılaraq xəsarət almağı faktını gizlətmiş və bu barədə heç bir qeydiyyat aparılmamaışdır. Lakin Bakı CİTY hospitalının xx.xx.2013-cü il tarixli arayışından da görünür ki, Yıxılma sonrası sol qamış sümüyündə oynaq daxili qırıq əmələ gələn və xx.xx.2013 tarixində cərrahi əməliyyat keçirən İddiaçı adlı xəstənin 2 (iki) ay 15 (on beş) gün fiziki işdən azad edilməsi uyğundur. Cavabdehin artıq müalicədən imtina etdiyinə və yuxarıda qeyd etdiyi cavab məktubundan sonra Pirallahı rayon Prokurorluğuna 11 dekabr 2013- cü il tarixində iş yerində iş yoldaşı tərəfindən itələnərək yıxılmağı nəticəsində xəsarət almağı və iş yerinin rəhbərliyi tərəfindən hadisənin gizlədilməsi barədə şikayət etdi. Pirallahı rayon Prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas X610 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri sakini İddiaçı iş yoldaşı tərəfindən itələnərək ona xəsarət yetirilməsi və iş yerinin rəhbərliyi tərəfindən hadisənin gizlədilməsi barədə müraciətində göstərilən faktlarda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Lakin həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə “X9” MMC-yə məxsus olan "xxxx" üzən qurğusunda olarkən həmin MMC-nin əməkdaşları İddiaçı və X7 arasında mübahisə baş vermis, mübahisə zamanı birinci Vüsal Heydərovun üzərinə deşici alət olan mismarla hücum etmiş, sonuncu isə özünü qorumaq məqsədi ilə kənara çəkilmiş, İddiaçı də Vüsal Heydərovun hücum istiqamətindən kənara çəkilməsi nəticəsində yaranmış boşluqda müvazinətini itirərək hadisə yerində olan boruya ilişib yıxılmaqla sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Yenə həmin qərarda olan araşdırma materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 81 saylı 15 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərində sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşya (alət) təsirindən İddiaçı Bakı Sity Hospitalına müraciət etdiyi xx.xx.2013-cü il tarixindən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən şəraitdə, yəni xx.xx.2013-cü il tarixində işlədiyi X10rğusunda kənar qüvvə təsirindən özboyu hündürlüyündən yıxılaraq xəsarət alması istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa azağır zərər vurmaya aiddir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” cavabdeh İşə götürən tərəfindən pozulmuşdur. Bununla da istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya məruz qalaraq uzun müddətdir ki, həm maddi həm də mənəvi zərərə məruz qalmışdır. Son iki ildə sol diz oynağının qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığının müalicəsi üçün bu günədək xeylimiqdarda pul xərcləmişəm. Artıq iki ildir ki, işdən azad olunmağını nəzərə alsaq son dövrlərdə aldığı müalicələrin pul qarşılığını ödəməkdə şətinlik çəkmişdir. Amma məcburən müalicəsini davam etdirmişdir. İki il müddətində aldığı xəsarətə görə hər ilə 1500 manat, cəmi 3000 manatadək pul vəsaiti xərcləmişdir. Bakı CİTY hospitalının xx.xx.2022-ci il tarixli (təsdiq xx.xx.2022) Rentgen Nəticə və Şərhinə görə xəstə İddiaçı sol diz oynağının iki pr-li R-qrammasında qamış sümüyünün proksilal nahiyyəsində olan sınığın Rji olaraq vintlərlə osteosintez olması qeyd olunur. Həkim-Uzman Dr. Əliş Təhməzlinin təsdiq etdiyi Bildirişdən görünür ki, Abbas Gülmalıyev adlı xəstə xx.xx.2013-cü il tarixində yıxılma sonrası həmin dövrdə çalışdığı CİTY hospitala müraciət etmişdir. Diz oynağı daxili qamış sümüyünün parçalı qırığı olan pasientə Osteosentez əməliyyatı icra edilmişdir. Pasiyent 2 il reablitasiya olunmuşdur. Hal-hazırda implantların incitdiyini və ayaq üstə cox qalarkən dizinin şişdiyini söyləyir. Skopiya kontrolunda implantların xaric edilməsi və tenoloz əməliyyatı planlanan pasientə istirahət alçısı (2 həftə) qoyulacaq. İki həftə sonra alçısı və tikişi söküləcək olan xəstənin dizinə PRP inyeksiya planlaşdırılır. Əməliyyatdan sonrakı dönəmdə fizioterapiya ehtiyacı ola bilər. Həkim uzman Dr.Əliş Təhməzlinin təsdiq etdiyi həmin bildirişdə qeyd edilən xidmətin ümumi dəyəri =2433+2200 (həkim fərqi)+18 faiz ƏDV=5467 Deyilən şifahi məlumata görə əməliyyat sonrası 9 ay ərzində 3 seans fizioterapiya və masaj tövsiyyə olunur. Hər seans 20 gün olmaqla 60 gün həyata keçirilməlidir. Fizieoterapiyanın 1 günü (bir dəfəsi) 35 manat, masaj 1 günü (bir dəfəsi) 15 manata həyata keçirilir. Bu da 60x50=3000 manata bərabərdir. Eynizamanda bütün 9 aydan sonra təkrar həkim müayinəsi üçün 500 manat pul vəsaiti tələb olunur. Qeyd etdiyi əməliyyatın həyata keçirilməsinə və əməliyyatla bağlı olan digər müalicə tədbirlərinin həyata keçirilməsinə tələb olunan pul vəsaitini ödəməyə maddi imkanım yoxdur. Eyni zamanda onu da qeyd etməliyəm ki, həkimin xəbərdarlığına görə əməliyyatdan sonra sağlamlığının tamamilə bərpa olunması sual altındadır. Yəni əməliyyatdan sonra əlillik, hərəkət məhdudiyyəti yarana biər. Odur ki, səhhətində yarana biləcək hər hansı problemə görə məsuliyyəti işəgötürən cavabdehlik daşımalıdır. Beləliklə, iki il ərzində sağlamlığının pozulmasına görə müalicəsinə çəkdiyi xərc 3000 manat+əməliyyat xərci 5467 manat+əməliyyat sonrası fizeoterapiya xərci 3000 manat+ təkrar həkim müayinəsi 500 manat=11967 manat təşkil edir. Həmçinin İstesalatda baş vermiş səhhətimin uzun müddətə pozulmasına səbəb olan bədbəxt hadisə nəticəsində o, uzun müddətdir ki, mənəvi iztiraba düçür oluşdur. Ayağımdakı xəsarət nəticəsində o, normal yaşaya və fəaliyyət göstərə bilmir. Bu da onun şüurunda kəskin iz buraxaraq ona əzab verir. Ona görə də ona mənəvi zərərəin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti ödənilməlidir. Həmçinin bu iddia tələbi ilə bağlı 500 manat vəkil xidməti+50 manat mediasiya xərci= 550 manat da cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən ona dəymiş ziyanın yəni istehsalatda aldığı xəsarətə görə çəkdiyi xərclərə və əməliyyat xərclərinə görə cavabdehə pretenziya məktubu ilə müraciət etdi. Lakin cavabdeh pretenziya məktubuna səssiz qalaraq heç bir cavab vermədi. Bundan sonra cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdi. X4 İştirak edilməməsi barədə Bakı 15 saylı Mediasiya Təşkilatı 13.02 2023-cü il tarixli arayış vermişdir. Həmin arayış Cavabdeh MMC-nin (VÖEN: **********), X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən təsvir edildiyi kimi, əmək mübahisələri üzrə xx.xx.2023 tarixində saat 14:30-da keçirilməsi nəzərdə tutulan X4 iştirak etməyən və ya iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh şirkəti ilkin mediasiya sesiyyasının tarixi, vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışdır. X5 və etibarnamə ilə səlahiyyətli nümayəndəsi Nümayəndə1 X4 iştirak etmiş və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı Nümayəndə1 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə1 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasından iştirak edən X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Abdulkərin oğlu iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçının istehsalat qəzası kimi qələmə verdiyi xx.xx.2013-cü ildə baş vermiş hadisənin həqiqətən istehsalat xarakterli olması və həmin hadisədə Əmək Məcəlləsinin 191 -ci maddəsində göstərilən əsasların mövcud olması ilk növbədə müəyyən edilməlidir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı xəsarəti iş yoldaşı Vüsal Heydərovla mübahisə zamanı aldığını qeyd etmişdir. İddiaçının müraciət ərizəsi əsasında xəsarətin baş verdiyi hadisə Pirallahı rayon prokurorluğu tərəfindən ətraflı araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.10.202-ci il tarixli qərarın yekunlaşması ilə bitən araşdırmada müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə “X15 Limited” MMC-yə məxsus "xxxx" üzən qazma qurğusunda olarkən X5 və X7 arasında mübahisə baş vermiş, mübahisə zamanı birinci Vüsal Heydərovun üzərinə deşici alət olan mismarla hücum etmiş, sonuncu isə özünü qorumaq məqsədi ilə kənara çəkilmiş, Abbas Gülmalıyev də Vüsal Heydərovun hücum istiqamətindən kənara çəkilməsi nəticəsində yaranmış boşluqda müvazinətini itirərək hadisə yerində olan boruya ilişib yıxılmaqla sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət vurmaya aid xəsarət almışdır. Həmin qərarda Abbas Gülmalıyevin iş yoldaşı olan Vüsal Heydərova qarşı aqressiv davranışı və iti alət olan mismarla hücum etməsinin digər iş yoldaşlarının şahid ifadələri ilə təsdiqləndiyi qeyd edilmişdir. Pirallahı rayon prokurorluğunun adıçəkilən qərarından aydın olduğu kimi cavabdeh xəsarəti bilavasitə məhz özünün hüquqazidd hərəkətlərinin nəticəsində almış və bu, əməyin mühafizə qaydalarının pozulması, eləcə də onun əmək funksiyalarının icrası ilə heç bir formada əlaqəli olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191 -ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. İşin faktiki halları və qanunvericiliyin tələblərinə əsasən işəgötürən olaraq Cavabdeh MMC-nin iddiaçı Abbas Gülmalıyevin səhhətinə dəymiş zərərdə heç bir təqsiri olmadığı üçün onun qarşısında da hər hansı maddi məsuliyyət daşımır. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə görə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Pirallahı rayon prokurorluğunun araşdırması materiallarında hadisənin Abbas Gülmalıyevin öz təşəbbüsü ilə başlaması və onun iş yoldaşı ilə şəxsi münasibətləri zəminində baş verməsi ilə bağlı müəyyən edilmiş hallarına əsasən və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının yuxarıda qeyd edilmiş tələbinə uyğun olaraq, xx.xx.2013-cü il tarixdə cavabdehə məxsus "xxxx" qurğusunda Abbas Gülmalıyev və Vüsal Heydərovun iştirakçısı olduğu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. İddia ərizəsində guya hadisə barədə heç bir yerə şikayət edilməməsi üçün rəhbərliyin ona təzyiqlərin olması haqqında qeyd edilənlərlə bağlı bildirmək istərdik ki, bu, həqiqətə uyğun deyil və Abbas Gülmalıyevin 10 il sonra belə iddia qaldırması etməsi üçün uydurduğu bəhanədir. Əksinə, Abbas Gülmalıyev öz təqsirini anladığı üçün hadisədən sonra bunu örtbasdır etməyə çalışmış, verdiyi həm şifahi, həm də yazılı izahatlarda xəsarətini gəzdiyi zaman ayağının burxulması ilə izah etmişdir. Bundan sonra 7 il ərzində Cavabdeh MMCdə əmək fəaliyyətini davam etdirmiş və həmin müddətdə rəhbərlik qarşısında bu hadisə və sağlamlığı ilə bağlı heç bir şikayəti olmamışdır. Hər il keçirilən tibbi müayinələrdə isə Abbas Gülmalıyevin sağlam və işə yararlı olması müəyyən edilmişdir. Sonda cavabdeh tərəf iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 0721/1 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı A.Gülmalıyev Cavabdeh MMC-də işə başlamışdır. xx.xx.2020-ci il tarixli, 1261 saylı Əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq Takelajçı vəzifəsində çalışan X5 ilə X12 LTD şirkəti arasında bağlanmış 0721/2 №-li müqavilənin müddətinin qurtarmasına görə xx.xx.2020-ci il tarixdən həmin əmək müqaviləsinə xitam verilmişdir. Pirallahı rayon Prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas X6 10 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri sakini İddiaçı iş yoldaşı tərəfindən itələnərək ona xəsarət yetirilməsi və iş yerinin rəhbərliyi tərəfindən hadisənin gizlədilməsi barədə müraciətində göstərilən faktlarda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə “X9” MMC-yə məxsus olan "xxxx" üzən qurğusunda olarkən həmin MMC-nin əməkdaşları İddiaçı və X7 arasında mübahisə baş vermis, mübahisə zamanı birinci Vüsal Heydərovun üzərinə deşici alət olan mismarla hücum etmiş, sonuncu isə özünü qorumaq məqsədi ilə kənara çəkilmiş, İddiaçı də Vüsal Heydərovun hücum istiqamətindən kənara çəkilməsi nəticəsində yaranmış boşluqda müvazinətini itirərək hadisə yerində olan boruya ilişib yıxılmaqla sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. A.Gülmalıyevin Cavabdeh MMC-yə xx.xx.2013-cü il tarixli şahid izahatından görünür ki, qaldırma əməliyyətları başa çatdıqdan və maneələr aradan qaldırıldıqdan sonra o, əsas göyərtə yolu ilə çayxanaya gedirdi. Həmin vaxt piyada zolağı quru idi və hər hansı sürüşmə və ya sürüşmə təhlükəsindən yox idi. Topuğunun burulduğunu hiss etdi və yıxıldı. Bu anda ayağa qalxıb yeriməyə çalışana qədər heç bir ağrı hiss etmədi. Həmkarlarından biri gəlib nə baş verdiyini soruşana qədər təxminən 15 dəqiqə yenidən oturdu. O, ona dedi ki, rəhbərinə zəng etsin, o isə öz növbəsində göyərtə nəzarətçisini çağırdı. Onu çayxanaya gətirdilər, orada bir fincan çay içdi və 20 dəqiqəyə yaxın dincəldi. Hələ də bir az ağrı hiss edirdi, ona görə həkim çağırıldı və təxliyyə edildi. O, dənizə gəlməmişdən əvvəl bu, bir neçə dəfə başına gəlib. Beləliklə, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: -əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən. Həmin Qaydaların 1.4-cü bəndinə görə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi iddiaçı X1 dəyən zərər işəgötürənin əməyin mühafizəsi qaydalarına riayət etməməsi səbəbindən baş verməmiş, həmçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olmamaqla birlikdə, şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi İddiaçının fiziki xəsarət alması əməyin mühafizə qaydalarının pozulması, eləcə də onun əmək funksiyalarının icrası ilə heç bir formada əlaqəli olmamışdır. Həmçinin o, öz izahatında ayağının burulmasını bildirmişdir. Bundan əlavə iddiaçı hadisə baş verdikdən sonra səhhətindən hər hansı şikayət etməyərək uzun müddət (7 ilə yaxın) həmin şirkətdə çalışmış, yalnız əmək müqaviləsi bitdikdən, hadisə baş verdikdən 9 il sonra məsələni mübahisələndirmişdir. Həmçinin, qeyd edilməlidir ki, o, hadisənin iş yerinin rəhbərliyi tərəfindən gizlədilməsi ilə bağlı mötəbər sübutları ibtidai istintaq orqanlarına və məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh "X11 Limited" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh "X11 Limited" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə pul" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1552/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1552/2023
18.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver