Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1598/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X3rşı (Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı (Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamadığını nəzərə alıb, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə dair Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Birinci müavininin “Mənzil kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması barədə” 245 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Sərəncamda göstərilmişdir ki, 1.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən Suvorov küçəsi 32 №-li evin 33 №-li mənzilinin müqaviləsi vətəndaş İddiaçı ilə bağlansın. 2. Suvorov küçəsi 32 №-li evin sahəsi 39.64 kv.m olan 3 otaqdan ibarət 33 №-li mənzilin mənzil kirayəçisi vətəndaş İddiaçı hesab edilsin və 3-nəfər /özü oğlu oğlu/ 31№-li MİS-də şəxsi vərəqəsi açılsın. Oğlum X7 uzun müddətdir ki, Azərbaycanı tərk edib gedib və hal-hazırda ABŞ-da yaşayır. Onun Azərbaycana gəlmək fikri yoxdur. ünvan 1-də mən, oğlum Cavabdeh və X7 pasport qeydiyyatındadır. Oğlu X7 qeydiyyatda ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə olsa da, faktiki olaraq uzun müddətdir ki, həmin ünvanda yaşamır və qeydiyyatdan çıxmasına etiraz etmir. X1 məxsus ünvan 1 ünvanında formal qeydiyyatda qalması onun üçün əlavə problemlər yaradır. X1 məxsus mənzildə yaşamamasını, yaşayış yerinin tamam başqa ünvan olmasını, onun qeydiyyatının formal xarakter daşımasını nəzərə alıb, onun ona məxsus mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Birinci müavininin “Mənzil kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması barədə” 245 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Sərəncamda göstərilmişdir ki, 1.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən Suvorov küçəsi 32 №-li evin 33 №-li mənzilinin müqaviləsi vətəndaş İddiaçı ilə bağlansın. 2. Suvorov küçəsi 32 №-li evin sahəsi 39.64 kv.m olan 3 otaqdan ibarət 33 №-li mənzilin mənzil kirayəçisi vətəndaş İddiaçı hesab edilsin və 3-nəfər /özü oğlu oğlu/ 31№-li MİS-də şəxsi vərəqəsi açılsın. İş materiallarında olan sənədlərdən X4 ünvanı olaraq başqa dövlətin ərazisi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər olaraq X7, Cavabdeh və X6 göstərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 Saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31/907 saylı, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X7 20 Yanvar küçəsi, 32 saylı evin 33 №-li mənzilində xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan sənədlərdən görünür ki, X7 və Cavabdeh İddiaçı oğludur. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 140,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 5 İddiaçı istifadəsindədir. Cavabdeh hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün ölkə xaricinə köçmüşdür. Lakin cavabdeh qanunun tələblərini pozaraq hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Cavabdeh iddianı qəbul etməsi ilə əlaqədar yazılı və videogörüntü vasitəsilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirafedici hərəkətlərini və mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının hüququnu məhdudlaşdırdığından cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 ünvan 5 ünvanından istifadə hüququna xitam verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 ünvan 5 ünvanından istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1598/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1598/2023
05.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver