Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1599/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv olunması, ünvan 1 saylı evin üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 143 saylı, 68,28 m2 olan evin 2/4 payı ata babası Əli-Bala Davud oğluna məxsus olmuşdur. Əli-Bala Davud oğlunun Leyla Gəncəli qızı ilə (atasının babası və nənəsi) nikahından üç uşağı, qızları Tükəzban Əli-Bala qızı (nənəsi), X37 və oğlu Əziz- Ağa Əli-Bala oğlu olmuşdur. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır. Beləliklə, onun 4 nəfər birinci növbədə vərəsələri, arvadı Leyla, qızları Tükəzban Əli-Bala qızı, X37 və oğlu Əziz-Ağa Əli-Bala oğlu olmuşdur. Lakin, Bakı şəhəri 5 saylı DNK-da vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının xalası X37 və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmışdır. X13 həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Lakin, nənəsi atasıyla birlikdə daim atasının evində yaşayıb və onun vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul etmiş, ölən günə kimə həmin evdə yaşamışdır. Nənəsi 08 may 1957-ci ildə ölmüşdür. Nənəsi öldükdən sonra sözügedən evdə X12 nənəsi ilə birlikdə yaşamağa davam etmişdir. X12 1936-cı ildə həmin evdə doğulmuş və ölən günə kimi orada yaşamışdır. Atasının uzun müddət anasının və nənəsinin hüquqlarının pozulması barədə məlumatı olmamışdır, anası və nənəsi xəstə olduqları vaxt onlara qulluq etmiş, vəfat etdikdən sonra onların dəfnini təşkil etmiş və dəfn xərclərini ödəmiş, bu səbəbdən də miras paya dair məsələlərlə məşğul olmamışdır. Lakin, həmin mənzili faktiki sahibliyə götürərək, uzun müddət orada yaşamışdır. Həyətdə 3 ev var idi. Evlərdən birində isə onlar yaşayırdılar. Həmin ev bir otaqlı olduğundan atası otağın üstünü tikməklə 3 otağa düzəltmişdir. Evin kommunal xərclərini atası ödəyirdi, öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapı-pəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Anasının gətirdiyi bütün cehiz əmlakları - mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də anasından miras qalan digər daşınar əmlaklardan istifadə etmişdir. Bu davranışıyla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmişdir. O və digər bacıları həmin evdə doğulub böyümüşlər. Atası 17 may 2016-cı il tarixdə ölmüşdur. O, atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşayır və evin bütün kommunal xərclərini ödəyərək, əmlaka faktiki sahiblik edib, atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Cavabdeh1 isə həmin evə haqqı olmadığı halda, çıxmasını tələb edir. Hesab edir ki, miras əmlakda məcburi pay hüququ olaraq və miras əmlakı faktiki qəbul edərək, vərəsə kimi onlara atasından miras qalan fərdi yaşayış evin üzərində vərəsəlik hüququ tanınmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatında qeyd olunanlarla razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsi ilə tanışdır. Mübahisə predmeti evin başqa hissəsidir. Hesab edir ki, iddiaçı mirası faktiki qəbul etmişdir. Qanunverici bunu tənzimliyir. İddiaçının atası və nənəsi həmin mübahisəli mənzildə yaşamışlar. İddiaçıya qarşı heç vaxt mənzildən çıxması üçün iddia qaldırılmamışdır. Həmin ev bir mərtəbədən ibarət olmuşdur. İddiaçının atası həmin evdə təmir işləri aparmışdır. İddiaçının atası 1936-cı ildə doğulmuş və ölənə kimi həmin evdə yaşamışdır. Həsən Əlinin anası mirası faktiki qəbul etmişdir. Miras faktiki qəbul edilmişdir. Vərsəlik haqqında şəhadətnamə yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X33 izahatında bildirmişdir ki, mənzil mülkiyyət hüququ ilə onun anasına məxsusdur. İddiaçı həmin mənzildə yaşamır. Mənzilin anasına məxsus olduğu halda iddiaçı onlara şərait yaratmır ki, öz mənzillərində yaşasınlar. İddiaçı həmin mənzili kirayə vermişdir. Onlar başqa evdə yaşayırlar. İddiaçı tərəflə aralarında mənzildən çıxarılma ilə əlaqədar mübahisə olmuşdur. Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfin xeyrinə qərar qəbul etmişdir. Onlar həmin qərarı mübahisələndirmişlər. İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Onlar öz evləri ola-ola kirayədə yaşayırlar. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin qəbul etməyərək məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında ilk növbədə qeyd etdi ki, iddia ərizəsi vərəsəlik hüququnun tanınması ilə bağlı qaldırılmışdır. Vərəsəlik hüququ 1957-ci ildə tanınmış və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsində cavabdehin qayınanasının həmin evə mülkiyyət hüquqları tanınmışdır. İddiaçının atası tərəfindən vərəslik hüququnun tanınması ilə bağlı iddia qaldırılmış və iddia tələbi rədd edilmişdir və qətnamə qüvvəsini almışdır. Bu da onu göstərir ki, iddiaçının atasının vərəsəlik hüququ yoxdursa, iddiaçının da belə bir hüququ yoxdur. Həmin mənzil plana düşür, buna görə də hesab edir ki, iddiaçı həmin mənzildən pay əldə etmək üçün bu iddianı qaldırmışdır. Bir daha bildirir ki, iddiaçının vərəslik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalıdır. Məhkəməyə təqdim etdiyi qətnamədən görünür ki, iddiaçının atasının vərəsəlik hüququ tanınmamışdır. Atanın vərəsəlik hüququ yoxdursa, onun övladının vərəsəlik hüququ yarana bilməz. İddiaçı nənəsinin atasının mirasını mübahisələndirir. İddiaçının nə nənəsinin, nə də atasının mirası tanınmamışdır. Hüquq ötürülmədiyi üçün iddianı əsassız hesab edir. Mənzil mülkiyyət hüququ ilə anasına məxsusdur. İddiaçı həmin mənzildə yaşamır. İddiaçı mənzili onun anasına məxsus olduğu halda onlara şərait yaratmır ki, onlar öz mənzillərində yaşasınlar. İddiaçı həmin mənzili kirayə vermişdir. Onlar başqa evdə yaşayırlar. İddiaçı tərəflə aralarında mənzildən çıxarılma ilə əlaqədar mübahisə olmuşdur. Bakı Apellyasiya Məhkəməsi iddiaçı tərəfin xeyrinə qərar qəbul etmişdir. Onlar həmin qərarı mübahisələndirmişlər. İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Onlar öz evləri ola-ola kirayədə yaşayırlar. Qeyd edir ki, həmin mənzil miras olaraq birinci nənəsinə keçmiş, sonra nənəsindən atasına keçmiş, daha sonra isə atasından anasına keçmişdir. 120 m2 mənzilin 1/4 hissəsi, yəni 30 m2 hissəsi onlara aiddir. İlk miras qoyan Əlibala Davud oğludur. Vərəsəlik hüququ ötürülən hüquqdur. Xanım sağlığında miras əmlakını bölüşdürmüş, xeyli müddət bu barədə mübahisə olmamışdır. Daha sonra mübahisə edilmiş, lakin məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Atası malik olmadığı hüquqa qızı malik ola bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının və cavabdehin nümayəndə vəkillərinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən evin 1957-ci il tarixdən hal hazırki tarixə kimi kimlərin mülkiyyətində olması barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ünvan 2 saylı fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və X46 adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova X17 və X35 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 10 saylı DNK-nın K-10-2525 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin bir hissəsi (1/4) X15 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2-V/1-149 və 2-V/1-150 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1922/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin 1/4 hissəsi X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin 1/4 hissəsi X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə evin 1/4 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu H.Q.Hacıyevə tərəfindən təsdiq edilmiş 4Ə-805 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 2/4 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə- 556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissəsi X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-1137 reyestr nömrəli 27 07.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissədən 14 m2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 2 saylı fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi X10, 1/4 hissədən 14 m2 hissəsi X1, 1/4 hissədən qalan hissəsi X7 mülkiyyətlərindədir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 2/4 hissədə X3, 1/4 hissədə X16, 1/4 hissədə Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2-1011/2005 saylı qətnaməsindən (hakim T.Ş.Mahmudov) görünür ki, Həsən Əli oğlunun X19 və 5 saylı Dövlət Notariat Kontoruna qarşı «qeydiyyat vəsiqəsinin, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi, anası Tükəzban Əli-Bala qızının anadan olması faktının, xalası X20 doğulması və ölüm faktının və həmin mülkdə Əli-Bala Davud oğlunun ölümündən sonra anası, xalası və nənəsinin paylarının onun adına keçməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, X34 1910-cu ildə, X17 1920-ci ildə doğulmlarına dair hüquqi faktın müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. - Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli 1mk-3829/05 saylı qətnaməsi ilə (hakimlər B.A.Şükürov, S.S.Babayev və M.Ə.Hüseynova) Nəsimi rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2-1011/2005 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli 2- 1922/2007 qətnaməsindən (hakim A.A.Abdullayeva) görünür ki, ərizəçi X22 «qanun üzrə vərəsə hesab edilmə və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, X22 xx.xx.1978-ci il tarixdə vəfat etmiş anası X4 qanun üzrə vərəsəsi sayılan və ona məxsus ünvan 3 ünvanda yerləşən mirasın 1/2 hissəsinin qəbul edilməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həmin evin 1/2 hissəsinə X22 adına qeydiyyat vəsiqəsinin verilməsi tapşırılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 680/2023 saylı qətnaməsindən (hakimlər A.V.Tanrıverdiyev, İ.S.Şirinov, E.C.Kazımov) görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsi yoxlanılan hissədə – cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1957-ci il tarixdən bu günə kimi olan mülkiyyətçiləri haqqında məlumatın verilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və X46 adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun xx.xx.1957-ci il tarixli, 10814 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin X48 məxsus olmuş 1/2 hissəsi Davudova X17 və X35 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun xx.xx.1991-ci il tarixli K-10-2525 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin X42 məxsus olmuş 1/4 hissəsi X15 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/1-150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin Hüseyn Həbib oğlu və Abdulla Həbib oğluna məxsus olmuş 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1922/2007 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin Davudova X32 məxsus olmuş 1/4 hissəsi X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-424 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin X24 məxsus olmuş 1/4 hissəsi X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə evin X30 məxsus olmuş 1/4 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu H.Q.Hacıyev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-805 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin X8 məxsus olmuş 2/4 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-556 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin X25 məxsus olmuş 1/4 hissəsi X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin X9 məxsus olmuş 1/4 hissəsindən 14 m2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Hal-hazırda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi X10, 1/4 hissəsindən 14 m2 hissəsi X1, 1/4 hissəsindən qalan hissəsi X7 mülkiyyətlərindədir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X39 ifadəsində bildirdi ki, iddiaçının qonşusudur. İddiaçının atası Həsənağanın bir otaqlı evi var idi. Bunlar hamısı həmin bir otaqda yaşayırdılar. Sonra uşaqları olduqca Həsənağa gördü ki, bir otağa yerləşə bilmirlər, buna görə də Həsənağa evin üstünü tikmişdir. O, Elxan adlı şəxsi tanımır. Evin üst mərtəbəsi tikilib, təmir edilməsində ancaq Həsənağa pul xərcləmişdir. Həmin mübahisəli evlə bağlı Həsənağanın heç kimlə mübahisəsi olmamışdır. Cavabdeh1 tanımır. O, 1969-cu il 12 oktyabr tarixində ora gəlin gəlmişdir və həmin tarixdən orada yaşayır. Badamxanımı tanımır, görməmişdir. Əlibala Davidovu tanımır, görməmişdir. Əzizağanı tanımır, görməmişdir. Həmin həyətdə Həsənağadan başqa heç kim qalmırdı, həyətdə yalnız Həsənağa qalırdı. Hal-hazırda həmin həyətdə heç kim yaşamır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur və onunla bir yerdə böyümüşdür. İddiaçı, həmçinin onun uzaq qohumudur. İddiaçı və ailəsi mübahisəli evdə yaşamışdır. Həmin ev əvvəl bir otaqlı idi, daha sonra həmin evin üst hissəsini iddiaçının atası Həsən əmi tikmişdir. O, Bakı şəhəri Topçubaşov 147 ünvanda yaşayır. Əli yaşayan evdə indi kimin yaşaması barədə məlumatı yoxdur. O, Cavabdeh1 həmin evdə görməmişdir. Onun Əli adında qardaşı var idi. Əli cəzaçəkmə müəssəsindən gələndən sonra bunların məhləsindən qız almış və Əliyə ev tikmişlər, ondan sonra ora gəlib-gedirdi və o da, Əlini elə görmüşdür. Həmin şəxsin Həsən müəllimlə mübahisəsinin olub-olmamasını bilmir. Evin üst hissəsini Həsən əmi tikmişdir. Badamxanımı görməmişdir. Elxanın Əli adında bir qardaşının və Lalə adında bir bacısının olduğunu bilir. Əli Həsənağanın qohumudur. Ev Həsənağanın anasının evi olmuşdur. İş materiallarından görünür ki, iddiaçı nənəsindən atasına, atasından da özünə keçən vərəsəlik hüquqlarını mübahisələndirir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının mübahisələndirdiyi xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsi qəbul edilərkən qüvvədə olan 1923-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. - 488-ci maddəsinə əsasən Qanun üzrə vərəsələr- uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar) ər-arvad və vəfat edənin əsək bacırığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. - 490-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür. - 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq Notariat Kontoruna ərizə ilə müraciət etməzsə o, mirası qəbul etmiş hesab olunur. - 500-cü maddəyə əsasən vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlakı mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. - 505-cü maddəyə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılan şəxslər, onların vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamə verilməsi haqqında yerli notariat kontorundan xahiş edə bilərlər. Məhkəmə qeyd edir ki, istər hazırda olan, istərsə də mübahisəli münasibətin yarandığı zaman qüvvədə olmuş mülki qanunvericiliyin vəzifələri vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləmək və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verməkdir. Həmçinin, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. İş materiallarından görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və X46 adlarına ilkin qeydiyyatdan keçmişdir. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova X17 və X35 adlarına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə və mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2/4 hissədə X3, 1/4 hissədə X16, 1/4 hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********77-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv olunması ilə yanaşı özünün evin üzərində vərəsəlik hüquqlarının tanınmalı olmasını iddia edir. İş materiallarından görünür ki, 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsindən sonra Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********77-10301 nömrəli çıxarış verilənə kimi iddiaçının mübahisələndirmədiyi Bakı şəhəri 10 saylı DNK-nın K-10- 2525 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin bir hissəsi (1/4) X15 adına, Bakı şəhəri 13 saylı DNK-nın 2-V/1-149 və 2-V/1-150 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin 1/2 hissəsi X3 adına, Nəsimi Rayon Məhkəməsinin 2-1922/2007 nömrəli xx.xx.2007ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin 1/4 hissəsi X22 adına, Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin 1/4 hissəsi X16 adına, Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə evin 1/4 hissəsi Cavabdeh1 adına, 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-805 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 2/4 hissəsi X10 adına, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissəsi X6 adına, həmin Notariat Kontorunun 4Ə-1137 reyestr nömrəli 27 07.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isəxx.xx.2022-ci il tarixdə evin 1/4 hissədən 14 m2 hissəsi X1 adına qeydiyyatdan keçirilmişdir. İddiaçı mübahisəli mülkə Bakı şəhəri 5 saylı DNK-da verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının xalası X37 və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmasını göstərməklə yanaşı, X13nın həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməməsini, buna baxmayaraq nənəsinin atası ilə birlikdə daim atasının evində yaşayıb və onun 08 may 1957-ci ildə vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul edərək, ölən günə kimə həmin evdə yaşamasını göstərsə də, nə nənəsinin, nə də atasının miras əmlakı vərəsəlik hüququnun tanınmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və belə bir sübut da iş materiallarında yoxdur. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı hesab edir ki, bu ifadələrlə mübahisəli həyətdə iddiaçının atasının nənəsi ilə yaşaması faktı təsdiq edilsə də belə, bu hal hazırki iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2-1011/2005 saylı qətnaməsindən görünür ki, Həsən Əli oğlu X18 və 5 saylı Dövlət Notariat Kontoruna qarşı işə baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Topçubaşov küçəsi 143 saylı evin X48 məxsus hissəsinə 08 oktyabr 1957-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Davudova X17 və X35 vərəsəlik hüquqları tanınmışdır. Sonuncu cavabdeh Ə.Ə.Məmmədovun atası olmaqla, onun adına olan hissəyə 1991-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Ə.Ə.Məmmədovun vərəsəlik hüququ tanınmışdır. Hazırda Topçubaşov küçəsi 143 saylı ev ikidə bir payda Ə.Ə.Məmmədova, ikidə bir payda isə Davudova X27 məxsusdur. Miras mülk vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 2 nəfər tərəfindən qəbul edilmişdir. Qeyd edilən mülk ikidə bir hissədə X24, ikidə bir hissədə isə X5 məxsusdur. X2 isə övladlığa götürdüyü vərəsələri vardır. Vərəsəlik 1957-ci ildə açılmış və həmin vaxt evin mülkiyyətçisi vəfat etdiyindən, evə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyanın qızının və oğlunun vərəsəlik hüququ tanınmışdır. İddiaçının anası Tükazban miras qoyan X46 qızı olmasına baxmayaraq onun vərəsəlik hüququ tanınmamışdır. Uzun müddət ərzində həmin məsələ mübahisə edilməmiş, 1991-ci ildə X36 aid hissəyə cavabdeh Ə.Ə.Məmmədovun vərəsəlik hüquqları tanınmış və həmin ildə evə aid qeydiyyat vəsiqəsi verilmişdir. Bu baxımdan iddiaçının iddia müddətini buraxmaqla iddia ilə məhkəməyə müraciət etməsi müəyyən olunur. Qeyd edilən qətnaməni dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi də qətnaməsində həmçinin göstərilmişdir ki, mübahisəli mülkə vərəsəlik Davud Əlibala oğlunun ölümü ilə açılmışdır. Onun 4 nəfər birinci növbədə vərəsələri olmuşdur, arvadı Leyla, uşaqları Tükəzban, Badamxanım və Əzizağa Leyla və Tükəzban miras əmlakdan paylarını qəbul etməmişlər. Vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etməmişlər. Mirası Badamxanım və Əzizağa qəbul etmişlər. İddiaçı Həsən Əli oğlu anası Tükəzbanın payına iddiaçı ola bilər, lakin anasının miras əmlakda payı olmadığı üçün onun pay hüququ yoxdur, iddiaçı hazırda Badamxanıma məxsus hissədə yaşayır, onun uzun müddət həmin evdə yaşamasına və mirasın açıldığını bildiyinə baxmayaraq qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsi faktı və vərəsə kimi tanınması barədə ərizə verməmişdir, onun guya bu müddət ərzində ərizə verilməsi üçün vaxtının olmaması barədə izahatları inandırıcı deyildir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə vermişdir. Göründüyü kimi, iddiaçının atası Həsən Əli oğlunun vərəsəliklə bağlı iddiasının təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Bu isə ona dəlalət edir ki, iddiaçı atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşaması və evin bütün kommunal xərclərini ödəməklə əmlaka faktiki sahiblik etməsi halları atasından miras qalan əmlakı faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Qanunvericiliklə iddiaçının vərəsəlik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalı idi. Lakin məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən hesab edir ki, iddiaçının atasının vərəsəlik hüququ tanınmadığı halda onun övladı kimi iddiaçının da vərəsəlik hüququ yarana bilməzdi. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mirasın atası tərəfindən, atası vəfat etdikdən sonra isə özü tərəfindən qəbul olunmasına) dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, hüquq ötürülmədiyi və vərəsə kimi iddiaçıya atasından miras qalması faktı təsdiqini tapmadığı, eləcə də, 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv edilməsinə heç bir hüquqi əsas müəyyən edilmədiyindən həm bu iddialar, həm də fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququ tanınmasına dair iddia da əsaslı sayıla bilməz, rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1599/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1599/2023
27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver