Məhkəmə qərarları › İş №e-2(006)-1690/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1690/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1690/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X14 Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12 və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb etməklə) "mənzildən çıxarılma tələbinə dair" mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə cavabdeh – Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli ev onun qardaşı X2 mülkiyyətindədir. O isə Nəsimi rayon İcra Hakimiyyətinin 30 oktyabr 2018-ci il tarixli, 324 nömrəli Sərəncamına əsasən qardaşı - X2 üzərində qəyyum təyin edilmişdir. Lakin, hazırkı iş üzrə cavabdeh – Cavabdeh uzun müddətdir ki, qəyyumu olduğu qardaşı – X3 məxsus ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil zəbt edib və orada yaşayır. Cavabdehə dəfələrlə müraciətlər edilərək mənzlin boşaldılmasını bildirsə də, o bundan imtina edir. İddia ərizəsinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsinin Arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin, ünvan 3ənzil- Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 62 nömrəli arayışdan görünür ki, “ünvan 4 ünvanında Zəngilan rayonundan gəlmiş məcburi köçkün X9 həmin ünvanda X3 məxsus mənzili zəbt etmişdir. X9 vəfat etmiş, ölümü ilə əlaqədar heç bir sənəd yoxdur. Hal-hazırda qeyd olunan ünvanda Suraxanı rayonunda məcburi köçkün kimi qeydiyyatda olan mərhumənin qızı Cavabdeh yaşayır”. Eyni zamanda, Zəngilan rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-83/2-647/2024 nömrəli arayışından görünür ki, Zəngilan rayon, Mincivan qəsəbə sakini X9 dünyasını dəyişmişdir. Qızı Cavabdeh isə məcburi köçkün kimi ünvan 1, ev 2 ünvanında müvəqqəti məskunlaşmışdır”. Eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, qəyyumu olduğu qardaşı – X7 ünvan 1, ev ünvanının mülkiyyətçisidir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 324 nömrəli Sərəncamdan görünür ki, o – İddiaçı xx.xx.1973-cü il təvəllüdlü X2 qəyyumu təyin edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən verilmiş sorğunun cavabına əsasən iddiaçı mülkiyyətçilər siyahısında yoxdur. Bu səbəbdən məsələni dəqiqləşdirmək üçün onlara vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 324 nömrəli sərənamından görünür ki, İddiaçı xx.xx.1973-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, ev 2 mənzili xüsusi mülkiyyət kimi 1 otaq y/s 10,0 kv.m., ü/s 14,5 kv.m. X2, 1 otaq y/s 11,0 kv.m., ü/s 17.5 kv.m. X4 adına qeydiyyata alınmışdır. - Zəngilan Rayon İcra Hakimiyyətinin “Bakı şəhəri 24 saylı Vəkil Bürosu”nun vəkili cənab Nümayəndə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Zəngilan rayon, Mincivan qəsəbə sakini X9 dünyasını dəyişmişdir. Qızı Cavabdeh isə məcburi köçkün kimi ünvan 1, ev 2 ünvanında müvəqqəti məskunlaşmışdır. - Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 62 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanında 1993-cü ildə Zəngilan rayonundan gəlmiş məcburi köçkün X9 həmin ünvanda X3 məxsus mənzili zəbt etmişdir. X9 həmin ünvanda X3 məxsus mənzili zəbt etmişdir. X9 vəfat etmiş, ölümü ilə əlaqədar heç bir sənəd yoxdur. Hal-hazırda qeyd olunan ünvanda Suraxanı rayonunda məcburi köçkün kimi qeydiyyatda olan mərhumənin qızı Cavabdeh ünvan 13 ünvanında yaşayır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 may 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, ünvan 1, ev 2 ünvanında yerləşən mənzilin 1 otağı (y/s-13.0 kv.m) X1, 1 otağı X6 və 1 otağı X8 adına qeydiyyata alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırki işi mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün məhkəmə ilk növbədə bu tələbin qanuni əsasını təşkil edən mənzilin kimin mülkiyyətində olduğunu müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyriəmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyrimaddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində Nəsimi rayon İcra Hakimiyyətinin 30 oktyabr 2018-ci il tarixli, 324 nömrəli Sərəncamına əsasən qardaşı - X2 üzərində qəyyum təyin edildiyini, ünvan 1 ünvanında yerləşən 2 nömrəli evin isə onun qardaşı X2 mülkiyyətində olduğunu bildirsə də, məhkəmə tərəfindən müvafiq orqanlara sorğu verilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 may 2025-ci il tarixli məktubu ilə ünvan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi, ünvan 1, ev 2 ünvanında yerləşən mənzilin 1 otağı (y/s-13.0 kv.m) X1, 1 otağı X6 və 1 otağı X8 adına qeydiyyata alınması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı iddia qaldıraraq özünün və ya qəyyumu olduğu qardaşı X2 adına olmayan mənzildən cavabdehin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir. Göstərilənlərə əsasən, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığından məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12 və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb etməklə) "mənzildən çıxarılma tələbinə dair" rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12 və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb etməklə) "mənzildən çıxarılma tələbinə dair" iddia tələbi rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar