Məhkəmə qərarları › İş №e-2(006)-1705/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1705/2024

13.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1705/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçı Abdullayeva Səbı̇ nə Abdulla qızı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Abdullayeva Səbı̇ nə Abdulla qızının cavabdehlər Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasına və Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Abdullayeva Səbı̇ nə Abdulla qızı cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasına qarşı "əmrin ləğv edilməsi, işə bərpa və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abdullayeva Səbı̇ nə Abdulla qızı xx.xx.2022-ci ildən Cavabdeh2 X8 (bundan sonra Klinika) ilə əmək müqaviləsi bağlamış və həmin Klinikada baş tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixində Klinikada rəhbər dəyişikliyi baş vermişdir. Bundan sonra ona qarşı təzyiqlər başlamış və bir neçə dəfə ərizəsini yazaraq işdən çıxması haqqında şifahi bildiriş verilmişdir. İddiaçı bu qeyri-qanuni tələbi yerinə yetirməkdən imtina etdikdən sonra davamlı olaraq barəsində əsassız tədbirlər görülmüş və iş yerində sıxışdırılmağa başlamışdır. Bu qeyri-qanuni tədbirlərin yekunu olaraq xx.xx.2023-cü ildə 339/K nömrəli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Əmr qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, iddiaçı məcburi işburaxma günlərinə görə əməkhaqqı verilməklə iş yerinə bərpa olunmalıdır. Əmrin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakıları bildirmişdir. Təqdim edilən Əmrdən çıxarışda bu Əmrin verilməsi üç məqamla əsaslandırılır. Birinci məqam, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyidir. Bununla bağlı Əmrdə konkret heç nə qeyd edilməmiş, müqavilə öhdəliklərini icra etməməyinin konkret nədən ibarət olması göstərilməmişdir. Eyni zamanda Əmrdə əsas kimi göstərilən “X2 direktorunun xx.xx.2023cü il tarixli 587 nömrəli məktubu”, Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsinin sədri dos. C.Qasımovun xx.xx.2023-cü il tarixli 69 n-li məktubu” da ona təqdim edilməmişdir. Əmrdə qeyd edilən ikinci məqam iddiaçının guya klinikada sanitar-gigiyenik, sanitar-epidemioloji rejimə riayət olunmasına nəzarət etməməyidir. Bununla əlaqədar bildirir ki, xx.xx.2023-cü il tarixli 60 nömrəli “şöbələrdə tibbi tullantılara nəzaərt edilməsi barədə” Əmrə əsasən Klinika daxilində tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsi və ümumi nəzarət üzrə məsul şəxslər müəyyən edilmişdir. Həmin Əmrə əsasən şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacılarına və təsərrüfat bacılarına tapşırılmışdır. Sözügedən tullantıların daşınması, saxlanması, müvafiq şirkətə təhvil-təslim edilməsinə nəzarət isə Təsərrüfat bölmə müdirinin məsuliyyətinə aid edilmişdir. Tullantıların daşınması, saxlanması və müvafiq şirkətə təhvil verilməsində pozuntular iddiaçı tərəfindən müşahidə edildiyi zaman o, müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2023-cü il tarixində Klinikanın rəhbərliyinə bildiriş vermiş və Təsərrüfat üzrə bölmə müdirinin xx.xx.2023-cü il tarixində işdən çıxdığını, yeni müdirin təyin edilmədiyini və tibbi tullantıların daşınması, saxlanması və müvafiq şirkətə təhvil verilməsi işlərinin nəzarətsiz qaldığını bildirmişdir. Göründüyü kimi Klinika daxilində idarəetmə problemi olduğuna görə və konkret vəzifəyə məsul şəxs təyin edilmədiyinə görə pozuntu yaranmışdır. Klinika rəhbərliyi bu məsələ ilə bağlı konkret tədbir görmək əvəzinə onun təqsirkar olmağı haqqında əsassız nəticəyə gəlmişdir. Üzərindən xeyli müddət keçdikdən sonra Təsərrüfta bölmə müdiri vəzifəsinə yeni şəxs təyin olunduqda isə o, həmin şəxsə tibbi tullantıların idarə edilməsi protokolu haqqında ətraflı məlumat vermişdir. Tibbi tullantıların idarə edilməsində qüsurlar müşahidə etdiyinə görə xx.xx.2023-cü il tarixində tibbi tullantıların idarə edilməsi ilə bağlı Klinikanın yeni Təsərrüfat bölmə müdirinin, hüquqşünasının və kadrlar üzrə müfəttişinin iştirakı ilə toplantı keçirilmişdir. Toplantıda tibbi tullantıların daşınması zamanı xadimələr tərəfindən diqqətsizliyə yol verildiyi müəyyən olunmuş və iş bölgüsü ilə bağlı dəqiqləşmələr aparılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində bu barədə Klinikanın rəhbərliyini məlumatlandırmışdır. Bundan əlavə, yeni Təsərrüfat bölmə müdirinin tullantıların idarə edilməsinə laqeyd münasibəti ilə bağlı zəruri tədbirlərin görülməsi üçün xx.xx.2023-cü il tarixində Klinika rəhbərliyinə daha bir təqdimat vermişdir. Əmrdə qeyd edilən üçüncü məqam, guya iddiaçının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətlərlə klinikada əməkdaşlar arasında neqativ hallar yaratmağıdır. Bununla əlaqədar bildirir ki, xx.xx.2023-cü il tarixində onun doğum günü olmuşdur. Klinikada işləyən böyük tibb bacıları bu münasibətlə ona sürpriz vermək üçün, başqa səbəblə onu iş vaxtından kənar vaxtda şəhərdəki ictimai-iaşə yerlərindən birinə dəvət etmişlər. O, həmin məkana getdikdə dəvət səbəbinin doğum günü olduğunu bilmiş, ona gül buketi və zinət əşyası hədiyyə olunmuşdur. O, buketi qəbul etmiş, zinət əşyasını qəbul etməyinin mümkün olmadığını bildirmiş, lakin nəzakət prinsiplərinə uyğun olaraq, həmin tarixdə zinət əşyasını götürsə də, xx.xx.2023-cü il tarixində (doğum günümdən sonrakı ilk iş günündə) zinət əşyasını Klinikanın Nazmirə, Təranə və Rzayev Leyli adlı böyük tibb bacılarına təhvil vermiş və dükana geri qaytarmasını tapşırmışdır. Qeyd edilən hallardan göründüyü kimi Klinika tərəfindən onun işdən çıxması ilə bağlı verilmiş əmr tam qərəzlidir, həqiqəti əks etdirmir və qanunsuzdur. Bundan əlavə, sözügedən Əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilmişdir. Ona təqdim edilən sənəddə müəssisənin adı, hüquqi ünvanı qeyd edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı xx.xx.2023-cü il tarixində Klinikaya mediasiya təklifi göndərmişdir. Mediasiya təklifinə hər hansı cavab gəlmədikdən sonra o, xx.xx.2024-cü il tarixində 16 saylı Mediasiya təşkilatına müraciət etmişdirş Cavabdeh işin məhkəmədən qabaq barışıqla həlli üçün hər hansı cəhd göstərməmişdir və xx.xx.2024-cü il il tarixində Bakı 16 Saylı Mediasiya təşkilatı mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış verilmişdir və mediasiya üçün 50 manat məbləğində rüsum ödəmişdir. Göstərilənlərə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 399/12 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh2 X5 baş tibb bacısı vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında xx.xx.2023-cü il tarixli 399/12 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi 320 manat hüquqi yardıma görə və 100 manat məhkəməyə müraciət üçün çəkdiyi xərclərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda iş zərurəti ilə əlaqədar cavabdehlər sırasına Cavabdeh2 də əlavə edilməsinə ehtiyac yaranmışdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinə digər cavabdeh kimi Cavabdeh2 əlavə edilməsi zəruridir. 4.Sonradan cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kası iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı qeyd edir kı, xx.xx.2023-cü ildə klinikaya direktor təyin olunduqdan sonra ona qarşı təzyiqlər göstərilmiş, qeyri-qanuni tələblərin yerinə yetirilməsindən imtina etdiyinə görə ona qarşı davamlı əsassız tədbirlər görülmüş, sıxışdırılmışdır. İddiaçının bu mövqeyi ilə bağlı qeyd etmək istəyir ki, bunların heç birinin sübut və əsası yoxdur. Nəzərə çatdırılır ki, vəzifə təlimatına əsasən baş tibb bacısı orta və kiçik tibb heyətinin səmərəli işi təşkil etməli onların ixtisaslarının artırılmasını təmin etməlidir. İddiaçı klinikada sanitargigiyenik sanitar-epidemoloji rejimə riayət olunmasına nəzarət edilməsi onun vəzifəsi olmadığını qeyd edir. Lakin bu, belə deyil. Belə ki, X2 direktorunun xx.xx.2023-cu il tarixli, 60 nömrəli əmri ilə Klinika üzrə tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsinə ümumi nəzarət baş tibb bacısı İddiaçı həvalə olunmuşdur. Tibb müəssisəsinin işinin müalicə qoruyucu sanitar-gigiyenik, sanitariyaepidemioloji rejiminə nəzarət etmək bilavasitə klinikanın baş tibb bacısının vəzifə öhdəliklərində də öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 229 nömrəli əmrdə də klinika üzrə tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsinə ümumi nəzarətin iddiaçıya həvalə olunduğu qeyd edilir. Əlavə olaraq, baş tibb bacısı ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Bundan əlavə, o, ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə görə də məsuliyyət daşıyır. Beləliklə də baş tibb bacısı əmək intizamının qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsəsən təqsirin ağırlıq dərəcəsindən asılı olaraq intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. S.Abdullayev klinikanın baş tibb bacısı vəzifəsində işləyərkən öz vəzifə borclarını yerinə yetirməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi tullantıların idarə olunmasına dair tələblərin 3.3-cü bəndinə əsasən müxtəlif siniflərə aid tullantıların bütün mərhələlərdə toplanması, saxlanması və daşınması zamanı qarışdırılması yolverilməzdir. Personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilməlidir. S.Abdullayevə klinika daxilində mütəmadi olaraq tibbi tullantıların idarə olunmasına dair təlimlər keçirmədiyinə və klinikada sanitargigiyenik sanitariya-epidemiolojı rejimə riayət olunmasına lazımi qaydada nəzarət etmədiyinə görə tibbi tullantılarla məişət tullantıların qarışdırılması baş vermişdir. Tibbi tullantılar bədən hissələri və bədəndə olan mayelər də daxil olmaqla virus və bakteriyalarla dolu çirklənmiş materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Buna görə də tibb müəssisəsində tibbi tullantıların qarışdırılması sanitar gigiyenik normaların ciddi pozulması kimi qiymətləndirilir. İddiaçı öz vəzifə borcunu yerinə yetirmək əvəzinə klinikada tutduğu vəzifədən sui-istifadə edərək tabeliyində olan işçilərdən müxtəlif vaxtlarda və eləcə də xx.xx.2023-cü il tarixində (ad günündə) qiymətli hədiyyələr alaraq bunun müqabilində onların nöqsanlarını ört-basdır edir, əksinə bu tədbirə qoşulmayanlara isə əsassız olaraq onlara qarşı qərəzli mövqe nümayiş etdirmişdir (bununla bağlı ərizələr mövcuddur) iddiaçı bu hərəkətləri ilə klinikada personal arasında neqativ hallara yol açmasına şərait yaratmışdır. Qeyd olunan hadisə ilə bağlı dəfələrlə izahat tələb olunsa da, o, bundan imtina etmiş, hər dəfə də belə bir halın, yəni nə bayramlarda, nə də ad günü üçün pul yığılmasının, nə də hədiyyə aldığını qəbul etməmişdir. Bundan başqa, əsl niyyəti büruzə verməmək üçün işçiləri iş yerində bununla bağlı tədbir görülməməsi üçün tənbehlədiyini bildirmişdir. Lakin iddia ərizəsində o, bu halın olduğunu etiraf edir. İddiaçı işdən çıxarılmasına səbəb olan pozuntuları ilk dəfə deyil, bundan əvvəl də dəfələrlə törətmişdir. Belə ki, Səbinə Abdullayevə X2 baş tibb bacısı vəzifəsində işlədiyi vaxtlarda vəzifə səlahiyyətlərini aşaraq ümumi cərrahiyyə kafedrasının müdiri professor Elçin Ağayevin müalicə işinə müdaxilə etdiyinə subordinasiya qaydalarını pozduğuna bundan başqa tibb bacısının geyim qaydalarını pozduğuna sterilliyə əməl etmədiyinə maskasız sarğı otağına daxıl olduğuna görə bununla da əmək və icra intizamını pozduğuna görə töhmət almışdır. Abdullayevanın bu hərəkəti öz növbəsində həmçinin sanitar-gigiyenik normaların pozulması kimi qiymətləndirilir. Həmin ərəfədə araşdırma aparılarkən məlum olmuşdur ki, bundan əvvəl bir dəfə də eyni hadisə baş vermiş və yerindəcə İddiaçı şifahi xəbərdarlıq olunmuşdur. S.Abdullayevə etdiyi bütün hərəkətlərə görə izahat verməkdən imtina edirdi. Eyni zamanda klinikanın baş tibb bacısının vəzifə öhdəliklərinə onun orta və kiçik tibb heyətinin pasiyentlərinin qəbulu və evə yazılması üzrə işinə nəzarət etməsi də daxildir. Lakin iddiaçı buna nəzarət etməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsinə isə bilavasitə cavabdeh şəxs baş tibb bacısıdır. Nəzərə çatdırılır ki, ƏQOV xəstələrə təqdim olunarkən onların kötüyü tibb müəssisəsində saxlanılır. Araşdıma zamanı məlum olmuşdur ki, həmin kötüklərdə xəstənin evə yazılma tarixi imza hissəsi boş buraxılmış, bu isə öz növbəsində xəstələrin işə çıxma tarixlərinin süni şəkildə uzadılmasına ƏQOV-dan sui-istifadəyə yol açılması rüşvət alınması üçün əsas kimi qiymətləndirilir. Hesab edilir ki, öz əmək funksiyasını yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsınm 70 ç maddəsi əsasən xitam verilməsi qanunidir. İddiaçı qəsdən öz əmək funksiyalarım icra etməyərək müəssisədə işin və əmək intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Klinikanın baş tibb bacısının vəzifə təlimatında da qeyd olunduğu kimi tibbi sənəd növlərinin əsas növlərindən olan əmək qabiliyyəti olmamaması vərəqələrini necə doldurulduğunu bilməli, orta və kiçik tibb heyətinin pasiyentlərin qəbulu və evə yazılması üzrə işi vəzifə öhdəliyi olmaqla yanaşı zəruri uçot hesabat sənədləşdirməsini də qanunauyğun şəkildə aparmalıdır. Lakin iddiaçı yuxarıda göstərilən əmək funksiyasını kobud şəkildə pozmuşdur. Göstərilənlərlə yanaşı, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3 cu hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini onun törətdiyi xətanın xarakterini nəzərə aımalıdır. Eyni zamanda, Əmək Məcəlləsinin 11-ci maddəsində göstərilir ki, işəgötürənin hüquqlarından biri də işçilər daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. İşəgötürən Əmək Məcəlləsinin 11-cı maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək və Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə riayət edərək əmr verərkən həmin dörd meyarı (işçinin şəxsiyyətini, kollektivdə nufuzunu peşəkarlıq səviyyəsini onun törətdiyi xətanın xarakterini) nəzərə almışdır. Tabeçilikdə işləyən orta tibb işçilərinin baş tibb bacısı İddiaçı əleyhinə ifadə verməsi iddiaçının kollektivdə nufuzunun aşağı olmasında xəbər verir. Göstərilən bu faktlara məcmu halında qiymət verilsə, ümumilikdə iddiaçının mənfi xarakterizə edən halların toplusu qarşıya çıxır, işəgötürən də öz növbəsində həm iddiaçının qeyri-peşəkarlığını, həm şəxsiyyətinin mənfi xarakterizə edilməsini, həm də yol verdiyi pozuntuları təkrar və qəsdən törətməsini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin rədd olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Daha sonra digər cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçıX2 baş tibb bacısı olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Buna əsas X2 İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı və bununla bağlı klinikanın direktorunun Cavabdeh2 rektoruna müraciəti olmuşdur. Belə ki, İddiaçı hərəkətləri X2 intizam Komissiyasının xx.xx.2023-cü il tarixində iclasında müzakirə edilmiş və təsdiqlənərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi Cavabdeh2 rektoruna tövsiyə edilmişdir. Həmin qərar Universitetin Həmkarlar ittifaqı Komitəsində müzakirə edilmiş və X2 baş tibb bacısı Səbsnə Abdullayevanın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Bütün bunları nəzərə alaraq Cavabdeh2 rektorunun əmri ilə İddiaçı ilə bağlanılmış müqaviləyə xx.xx.2023-cü l tarixindən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda bildirilir ki, X6 rəhbərliyinin verdiyi məlumata və təqdim etdiyi sənədlərə əsasən, İddiaçı öz vəzifə borclarını yerinə yetirməməsi və vəzifə səlahiyyətlərini aşması birinci hal deyildi və bununla bağlı X2 İntizam Komissiyasının iclaslarında müxtəlif vaxtlarda bu məsələlərə baxılmış və ona intizam tənbehləri verilmişdir. Lakin S.Abdullayevə ona əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmadığını, dəfələrlə eyni pozuntuları kobud şəkildə yenidən təkrarlamışdır. Nəzərə çatdırılır ki, Cavabdeh2 rektorunun xx.xx.2018-ci il tarixli, 373/k №-li Əmri ilə digər kənarda yerləşən struktur bölmələrin rəhbərləri ilə yanaş X2 direktoruna da əməkdaşlara intizam tənbehi verilməsi səlahiyyəti verilmişdir. Cavabdeh2 X8 tərəfindən təqdim edilmiş etirazı dəstəkləyir və hesab edir ki, öz əmək funksiyasını yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan İddiaçı, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən xitam verilməsi qanunidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiası əsassız olduğu üçün rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Əvvəlki məhkəmə iclasında cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasının nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ n Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasinın intizam komissiyasının qərarı əsasında xitam verilmişdir. İddiaçının əsas vəzifə öhdəliyi tibbi tullantılara ümumi nəzarətin həyata keçirilməsi olmuşdur. Lakin o, öz vəzifə öhdəliklərini lazımi qaydada icra etməmiş və pozuntulara yol vermişdir. Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunmuşdur. O, öz izahatında tullantıların qarışması ilə bağlı məlumat verdiyini bildirsə də, ondan daha öncə bölmə rəhbəri olan Laçın Ağayev rəhbərliyə məlumat vermişdir. İddiaçı sadəcə hadisə rəhbərliyə bəlli olduqdan sonra elə bir müraciəti edib. Həmçinin, o, bununla bağlı xadimələri, tibb bacılarını və buna məsul olan şəxsləri dəvət etdiyini və izahatını aldığını bildirsə də, həmin yığıncaqda xadimələrin heç biri hadisəni törətməsini bildirməyib. Sadəcə xadimələr zəif kateqoriya işçilər olduğu üçün hazırda iddiaçı bütün təqsiri onların üzərinə atır. Hədiyyələrlə bağlı isə iddiaçı klinikada işə düzəldikdən sonra ona tabe olan işçiləri bayramlarda, ad günlərində, özəl günlərdə ona hədiyyə alınmasını tələb etmiş, əks halda onlara təzyiqlər göstərmişdir. Ona tabe olan işçilər də məcbur qalıb bunu etmişlər. Bununla bağlı onların izahatları da vardır. Həmin izahatlar məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 7.Əvvəlki məhkəmə iclasında cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Hazırki məhkəmə iclasında iddiaçı Abdullayeva Səbı̇ nə Abdulla qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, işdən çıxarılması barədə əmr verilməzdən əvvəl izahatı alınmamışdır. Hazırda işdən çıxarıldığı vəzifə boşdur. 9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq isə sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlarda məhkəmə mübahisəsi başlamamışdan əvvəl sadəcə əmrdən çıxarış var idi. Elə hesab edirdilər ki, həmin əmr iddiaçı ilə yanaşı digər şəxslərlə də bağlı ola bilər. Lakin məhkəmə mübahisəsi zamanı qarşı tərəf əmrin özünü təqdim etdi və onlar əmrin çıxarışdan fərqlənmədiyini gördülər. Əmək kitabçasında əmrin ləğvi ilə bağlı müvafiq qeydlərin edilməsinin zərurəti ondan ibarətdir ki, bu bəzən praktikada müəyyən problemlər yaradır. Belə ki, qətnamədə bu hal müəyyən olunmadığından cavabdeh həmin qeydlərin edilməsindən boyun qaçırır. 10.Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, o, hazırda Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ n Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasinın neyrocərrahiyə şöbəsinin böyük tibb bacısı vəzifəsində fəaliyyət göstərir. İddiaçı onun iş yoldaşı olub. O, onun tabeçiliyində çalışmışdır. Əlavə olaraq sədrlik edən suallarına cavab olaraq bildirmişdir ki, onlar İddiaçı doğum günündə onun üçün pul yığmışdılar. O, 7 ildir ki, Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ n Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kasinda çalışır. İşə girdiyi ilk gündən onlar hər zaman baş tibb bacılarının doğum günündə bunu etmişlər. Hətta Səbinə xanım işə girdikdən sonra qayda qoymuşdu ki, hədiyyə istəmir. Bu ənənə davam etdirilməsin və ya bütün böyük tibb bacılarına da eyni diqqət göstərilsin. Buna görə də onlar baş tibb bacısı ilə birlikdə böyük tibb bacılarının da doğum günlərində pul toplayaraq hədiyyələr alırdılar. Lakin bundan öncə sadəcə baş tibb bacılarına hədiyyə alınırdı və ya pul toplanılıb verilirdi. Bu hadisəyə kimi isə kimsə bunun edilməməsi ilə bağlı onlara heç bir tapşırıq verməmiş və irad bildirməmişdi. Əksinə, rəhbərlikdə olan şəxslər də hədiyyə alınmasına təşəbbüs göstərirdi. Xəstəxanada anti-sanitar vəziyyətin yaranmasına səbəb xəstəxanada həftədə 3 dəfə tibbi tullantılar daşınırdı. Bu işlərlə isə heç vaxt baş tibb bacısı məşğul olmayıb. Bu, onun vəzifəsi deyil. Bunu hər zaman təsərrüfat müdiri edirdi. Sadəcə xəstəxanada kadr dəyişikliyi oldu və yeni gələnlər öz vəzifələrini başqalarının üzərinə atmağa başladı. Səbinə xanımın işdən çıxarılmasında məqsəd öz kadrlarını gətirmək niyyəti idi. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, onlar ad günü hədiyyəsi verərkən Səbinə xanımı oraya o aparmışdır. Səbinə xanım əvvəlcədən demişdi ki, ona heç bir hədiyyə olunmasın. Qəbul etməyəcəkdir. Onlar da düşündülər ki, işdən sonra ona kafedə sürpriz etsinlər. Onu kafeyə apardı. Bu zaman onun heç nədən xəbəri yox idi. Orada onları bir neçə iş yoldaşları qarşıladı. Səbinə xanım onları ona verdikləri hədiyyəni səhəri gün qaytardı. Belə ki, səhəri gün Səbinə xanım 3 nəfəri çağırdı. O üç nəfərdən biri də o idi və hədiyyəni onlara geri qaytardı. Onlar bir müddət sonra isə həmin qızılı satdılar və hər kəsin pulunu özünə qaytardılar. 11.İş üzrə cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 12.İş üzrə digər cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kası isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. 13.Məhkəmə mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 14.Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını, həmçinin şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 X3 baş tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 399/12 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, 399/12 nömrəli əmrin qanunsuz və əsassız olduğunu iddia edərək, həmin əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini, əmək kitabçasında əmrin ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsini, həmçinin ödənilmiş məhkəmə xərci və vəkil xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər. b) Mülki işin materialları: 16.Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 113 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdə müddətsiz olaraq TCK-nın Baş Tibb Bacısı vəzifəsinə təyin edilmişdir. 17.Mülki işin materiallarında olan Cavabdeh2 tərəfindən verilən İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 23 noyabr 2023-cü il tarixli, 399/12 nömrəli Əmrdən çıxarışdan görünür ki, X2 baş tibb bacısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsi, baş tibb bacısı vəzifəsinə aid sənədlər təhvil-təslim edilərək, Anesteziologiya-reanimasiya şöbəsinin böyük tibb bacısı X1 həvalə edilməsi, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək istifadə edilməmiş məzuniyyətinin 5 təqvim günü nəzərə alınmaqla son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə tapşırılması, işçinin əmək kitabçasında müvafiq qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Əsas kimi X2 direktorunun xx.xx.2023-cü il tarixli, 587 nömrəli məktubu, Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsinin sədri dos.C.Qasımovun xx.xx.2023-cü il tarixli, 69 nömrəli məktubu göstərilmişdir. 18.Mülki işin materiallarında olan Cavabdeh2 Həmkarlar İttifaq Komitəsi Rəyasət Heyətinin 27 noyabr 2023-cü il tarixli iclasının 83 nömrəli protokolundan Çıxarışdan görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, həmçinin klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etmədiyinə və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratdığına görə, həmçinin öncədən verilmiş xəbərdarlıq və intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən pozuntulara yol verdiyini və bununla da əmək və icra intizamına kobud surətdə pozduğunu nəzərə alaraq X2 Nizam İntizam Komissiyası 22 noyabr 2023-cü il tarixində onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 19.Mülki işin materiallarında olan Cavabdeh2 X2 İntizam Komissiyasının xx.xx.2023-cü il tarixində keçirilən iclasının 05 nömrəli protokolundan çıxarışdan görünür ki, klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etmədiyinə və bununla da Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə edilməsinə dair tələblər”in kobud surətdə pozulması ilə nəticələndiyinə görə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratdığına görə, xx.xx.2023-cü il tarixində intizam tənbehi-töhmət almasını və həmin intizam tənbehinin verildiyi gündən 6 ay keçmədiyini nəzərə alaraq, X2 baş tibb bacısı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi Cavabdeh2 rektoruna tövsiyyə edilmişdir. 20.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 X2 Baş Tibb bacısı İddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, tapşırığa əsasən xx.xx.2023-cü il tarixində iş vaxtı bitmədən şöbəni tərk etmiş Ümumi cərrahiyyə şöbəsinin məsul Böyük tibb bacısı Quliyeva Familədən izahat tələb edən zaman izahat verməkdən imtina etdi. Ümumi cərrahiyyə şöbəsinin Kafedra və Şöbə müdiri professor Elçin Ağayevə yaxınlaşdı və bu vəziyyətdən professorun məlumatı olduğu aydınlaşdı. Eyni zamanda professor Elçin Ağayev şöbənin böyük tibb bacısından izahat istəməyinə etiraz istəməyinə etirazını bildirdi. 21.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 X4 böyük tibb bacısı X12 tərəfindən verilən izahatdan görünür ki, məktəbdən uşaqla bağlı zəng gəldi uşaq narahat olub tez çıxmalı oldu icazə almadan. Bu səbəbdən onu üzlü sayılmasını xahiş etmişdir. 22.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 həmin klinikanın Uşaq cərrahiyyəsi kafedrasının B.t.b Ramazanova L.T tərəfindən xx.xx.2023-cü il tarixdə verilən izahatdan görünür ki, xx.xx.2023 saat 16:00-da yox 15:5-də iş yerini tərk etmişdir. 23.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən yazılan xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 7-ci mərtəbə Ümumi Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Quliyeva Familə işdən 5 dəqiqə tez, saat 15:55-də çıxıb. Böyük tibb bacısı Familə Quliyeva barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. 24.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən yazılan xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 4-cü mərtəbə Uşaq Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Laçın Ramazanova işdən 7 dəqiqə tez, saat 15:53-də çıxıb. Böyük tibb bacısı Laçın Ramazanova barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. 25.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən yazılan xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 12-ci mərtəbə Urologiya şöbəsinin böyük tibb bacısı Kərimova Günel işdən 7 dəqiqə tez, saat 15:53-də çıxıb. Böyük tibb bacısı Kərimova Günel barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. 26.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X17 tərəfindən verilən 25 oktyabr 2023cü il tarixli, 229 nömrəli “Tibbi tullantılara nəzarət edilməsi barədə” Əmrdən görünür ki, klinikada şöbələr daxili tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına tapşırılsın, klinikanın Tibbi tullantılarının daşınmasına, saxlanmasına, “X18” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat işləri üzrə müdiri Rüfət Əliyevə tapşırılsın, ümumi nəzarət klinikanın Baş tibb bacısı İddiaçı tapşırılsın. 27.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Klinikanın baş tibb bacısı İddiaçı tərəfindən verilən xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2023-cü il tarixində tibbi tullantıların TCK daxili idarə olunmasında baş vermiş pozuntu ilə əlaqədar olaraq Təsərrüfat üzrə bölmə müdiri Laçın m. Hüquqşünas Rəna x. Kadrlar üzrə müfəttiş Xəyalı x. Şöbələrin Böyük tibb bacıları və təsərrüfat bacıları ilə birlikdə toplantı keçirildi. Toplantıda Poliklinika şöbəsinin tibb bacısına xadiməyə söz verildi və aydın oldu ki, xadimə tullantının daşınması zamanı səhvə yol verərək tibbi tullantını məişət tullantısına qarışdırmışdı. 28.Mülki işin materiallarında olan X2 baş tibb bacısı İddiaçı xanıma Poliklinika şöbəsinin tibb bacısı Yusifova Aynur tərəfindən verilən izahatdan görünür ki, Endoskopiya kabinetinə təmizlik üçün gələn xanıma tibbi tullantı və məişət tullantısının ayrı yığılıb, şöbədən çıxarılmasını demişdir. Onu da qeyd etmişdir ki, Endoskopiya kabinetində tibbi tullantı qırmızı, məişət tullantısı qara torbalara yığılır. 29.Mülki işin materiallarında olan Cavabdeh2 X8 üzrə “Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” 10 mart 2023-cü il tarixli, 60 nömrəli Əmrdən görünür ki, şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, “X18” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya, ümumi nəzarət klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzə tibb bacısı Leyli Rzayevaya tapşrılmağı əmr edilmişdir. 30.Mülki işin materiallarında olan Cavabdeh2 X2 direktoru dos.X10 baş tibb bacısı İddiaçı tərəfindən verilən xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, X5 məxsus tibbi tullantıların şöbələr daxilində çeşidlənməsi və toplanmasına nəzarətin böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, “X18” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat bacılarının rəhbəri Təhminə İsmayılovaya, ümumi nəzarətin klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzrə tibb bacısı Leyli Rzayevaya tapşırılmasına göstəriş verilməsini xahiş etmişdir. 31.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Klinikanın baş tibb bacısı İddiaçı tərəfindən verilən xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023 60 saylı əmrə əsasən ATU TCK-da yaranan tibbi tullantıların daşınması, saxlanması, “X18” şirkətinə çəkilərək edilən təhvil-təslimə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya həvalə edilmişdir. Təhminə İsmayılova xx.xx.2023-cü il tarixindən işdən azad olmuş, lakin taxniki sahədən onun üzərinə düşən iş nəzarətsiz qalmışdır. Bu vəziyyət isə klinika tərəfindən Nəsimi rayon QEM-ə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verilən hesabatların düzgün aparılmaması ilə nəticələnə bilər. 32.Mülki işin materiallarında olan Cavabdeh2 X2 X14 Klinikanın baş tibb bacısı İddiaçı tərəfindən verilən xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, klinikanın fəaliyyəti nəticəsində yaranmış tibbi tullantıların saxlanıldığı otaqda tullantılar üçün nəzərdə tutulan konteynerlərin ağzı açıq vəziyyətdə qalır və tullantılar yerdə saxlanılır. Bu da nəticə etibarilə tibbi tullantıların saxlanılması qaydalarına zidd olmaqla yanaşı infeksiyanın yayılmasına səbəb olur. Bu vəziyyətin tərəfindən dəfələrlə Təsərrüfat bölmə rəhbəri Laçın Ağayevin diqqətinə çatdırılması və təlimatlar verilməsinə baxmayaraq problem hələ də davam etməkdədir. Ciddi məsələyə laqeyd yanaşan məsul şəxs barəsində tədbir görülməsini və göstərilən nöqsanların həlli yolunun tapılmasına göstəriş verilməsini xahiş etmişdir. 33.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli nağd pulun mədaxili üçün qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 21 saylı Vəkil bürosuna 320 manat məbləğində pul ödənilmişdir. 34.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsinə dai elektron qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki ərizənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 35.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16-00034 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin Tədrı̇ s Cərrahı̇ yyə Klı̇ nı̇ kası iştirak etməmişdir. A.Səbinə tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 36.Məhkəmə ilk növbədə iddia tələbinin “cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tariхli, 399/12 №-li əmrinin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə baş tibb bacısı vəzifəsinə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin “cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tariхli, 399/12 №-li əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə baş tibb bacısı vəzifəsinə bərpa edilməsi” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. 37.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 38.Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 39.Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b”, “c” və “e” bəndlərinə və 2-ci hissəsinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 40.Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 41.Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 42.Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 43.Həmin Məcəllənin Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 44.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 45.Hazırki iş üzrə cavabdeh Azərbaycab Tibb Universiteti tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Lakin hazırki işin materiallarından iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud da əmək vəzifələrini kobud şəkildə pozması halları aşkar edilməmişdir. Belə ki, Cavabdeh2 iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, o cümlədən klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etmədiyini, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratdığını hesab etmiş, buna görə də yuxarıdakı əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. 46.Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, o cümlədən klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etməməsini əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 X8 üzrə “Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” 10 mart 2023-cü il tarixli, 60 nömrəli Əmrdən görünür ki, şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, “X18” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya, ümumi nəzarət klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzə tibb bacısı Leyli Rzayevaya tapşrılmışdır. Bundan başqa, “tibbi tullantılara nəzarət edilməsi barədə” 25 oktyabr 2023cü il tarixli, 229 nömrəli Əmrdən görünür ki, klinikada şöbələr daxili tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, klinikanın Tibbi tullantılarının daşınmasına, saxlanmasına, “X18” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat işləri üzrə müdiri Rüfət Əliyevə tapşırılsın, ümumi nəzarət klinikanın Baş tibb bacısı İddiaçı tapşırılmışdır. Göründüyü kimi müvafiq əmrlərlə klinikada sanitar-gigiyenik, sanitar-epidemioloji işlər konkret şəxslərə tapşırılmış, İddiaçı isə klinikada sanitar-gigiyenik, sanitar-epidemioloji işlər üzrə ümumi nəzarəti həyata keçirmək tapşırılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bir neçə dəfə sözügedən Klinikanın X14 təqdimat və bildirişlə müraciət edərək, tibbi tullantıların daşınması, saxlanması, “Kaspian lojistik Qrup” şirkətinə çəkilərək edilən təhvil-təslimə nəzarət işlərinin Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya həvalə edilməsini, lakin onun işdən azad edilməsini və nəticədə işin nəzarətsiz qaldığını, tibbi tullantıların idarə olunmasında baş vermiş pozuntu ilə əlaqədar böyük tibb bacıları və təsərrüfat bacıları ilə birlikdə toplantı keçirdiyini və toplantıda xadimənin tullantının daşınması zamanı səhvə yol verərək tibbi tullantını məişət tullantısına qarışdırdığını, həmçinin baş vermiş pozuntularla əlaqədar dəfələrlə məlumat verilməsinə baxmayaraq problemin hələ də davam etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müəyyən prosessual hərəkətlər etmiş, klinikada tibbi tullantılarla bağlı ümumi nəzarəti həyata keçirmişdir. 47.Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verərkən iddiaçının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratmasını da əsas götürməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş vaxtından kənar klinikada işləyən böyük tibb bacıları iddiaçını doğum günü münasibəti ilə təbrik etmək üçün işdən kənar bir yerdə onu təbrik etmiş, hədiyyə olaraq iddiaçıya gül buketi və zinət əşyası hədiyyə edilmişdir. Lakin müəyyən edilmişdir ki, iddiaçıya hədiyyə edilən zinət əşyası sonradan iddiaçı tərəfindən geri qaytarılmışdır (bunu şahid ifadəsi də təsdiq edir). Şahid ifadəsindən həmçinin aydın olmuşdur ki, klinikada baş tibb bacılarının ad günlərində onlara hədiyyə verilməsi ənənə halını almış və bu hal iddiaçı vəzifəyə gəlməmişdən öncə də bir neçə dəfə təkrarlanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ad günü münasibətilə hədiyyənin alınması onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halı kimi qiymətləndirilməməlidir. Bundan başqa isə hazırki iddiaçı hədiyyə almış olduğu şəxslərin bir neçəsindən sonra işə gecikmə və s. hallara istinad edərək də müvafiq təqdimat vermişdir ki, bu da həmin hədiyyənin iş ahənginin davam etdirilməsinin qarşılığının olmamasından irəli gəlmişdir. Həmçinin, hədiyyə verən şəxslərin heç biri tərəfindən də verilmiş hədiyyələrin gördükləri işin qarşılığında verilməsini də bildirməmişlər. 48.Göstərilənlərə əsasən, məhkəmə cavabdeh Azərbaycab Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tariхli 399/12 №-li əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 399/12 nömrəli əmri ləğv edilməlidir. 49.Məhkəmə həmçinin iddianın iddiaçının əvvəlki işinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, tələbin əmrin ləğv edilməsi hissəsi təmin edildiyindən, avtomatik olaraq əmr ləğv edilərkən əvvəlki vəzifəsinə iddiaçı bərpa olunduğundan yenidən mübahisə varmış kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə də zərurət qalmamışdır. 50.Digər tələblərə münasibətdə isə qeyd edilməlidir ki, əsas tələb təmin edildiyindən digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı qızna məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh2ndən tutularaq İddiaçı ödənilməlidir. 51.Məhkəmə bütünlükdə iddianın Cavabdeh2 X5 yönəldilməsi və ondan tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh2 X5 münasibətdə subyektiv cavabdehlik daşımadığından təmin edilə bilməz. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə işəgötürən qismində girən Cavabdeh2 X8 deyil, digər Cavabdeh2 olmuşdur. 52.Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 53.Daha sonra məhkəmə iddia tələbinin “əmək kitabçasında əmrin ləğv edilməsi ilə qeydin əlavə edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. 54.Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarın 3-cü bəndində əmək kitabçasının doldurulması qaydaları nəzərdə tutulmuşdur. Həmin Qərarın 3.6-cı bəndində qeyd edilmişdir ki, Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. 55.Göründüyü kimi əmək kitabçasında iş haqqında məlumat bölməsində dəyişikliyin edilməsi işəgötürənin hüququdur. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək kitabçasında müvafiq düzəliş edilmədiyi, imtina edildiyi təqdirdə iddiaçı hazırki tələblə məhkəməyə müraciət edə bilər. Məhkəmə özü qətnamə ilə birbaşa işəgötürənin üzərinə belə bir vəzifə qoya bilməz. 56.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 100 manat məbləğində məhkəmə xərcinin və 320 manat məbləğində hüquqi yardım xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. 57.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 58.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və vəkil xərci kimi 320 manat məbləğində pul ödənilmişdir. Odur ki, ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 320 manat vəkil xərci olmaqla, ümumilikdə 420 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən iddiaçının xeyrinə tutulmalıdır. 60.Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin xx.xx.2023-cü il tarixli, 399/12 nömrəli əmri ləğv edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nindən tutularaq İddiaçı ödənilməli, həmçinin iş üzrə ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumu, 50 AZN (əlli manat) mediasiya xərci və 320 AZN (üç yüz iyirmi manat) vəkil xərci, ümumilikdə 420 AZN (dörd yüz iyirmi manat) cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ ndən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 63.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 64.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 65.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 66.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 67.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 399/12 nömrəli əmri ləğv olunsun. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş 50 AZN (əlli manat) dövlət rüsumu, 50 AZN (əlli manat) mediasiya xərci və 320 AZN (üç yüz iyirmi manat) vəkil xərci, ümumilikdə 420 AZN (dörd yüz iyirmi manat) pul vəsaiti cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetı̇ ndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh2 X5 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar