Məhkəmə qərarları › İş №e-2(006)-1736/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1736/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1736/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə Cavabdeh tərəfindən ünvanlanmış vəsatətdə qeyd edilmişdir ki, 17 dekabr 2021-ci il tarixində Nərimanov Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ona məxsus olan ünvan ünvanında yerləşən torpaq sahəsində evin inşası ilə əlaqədar dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Vəsatətin təmin edilməsini və Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçınin ona qarşı “pul” tələbinə dair 2(006)- 1736/2022 saylı mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 5928/2021 saylı mülki işlə birləşdirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi, 09.03.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə vəsatəti mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair e-2(006)-1736/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(005)-5928/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, baxılacağı təqdirdə işin nəticəsinin tez əldə olunacağı, hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkilinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair e-2(006)-1736/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(005)-5928/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar