Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1783/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMMC-nin X1 Agentliyi və "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “transformator məntəqəsinin cavabdehin balansına verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə “transformator məntəqəsinin cavabdehin balansına verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda sahibsiz olan, təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyekti hesab olunan 762 saylı tansformator məntəqəsi qurğusunun cavabdeh "xxxx" ASC-nin balansına, yaxud idarəçiliyinə, sahibliyinə və sərəncamına qəbul edilməsi, Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış kompleksi binalarında ümumi məqsədlərəpilləkənlərin və həyətlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaların yalnız bunlar üçün xüsusi və ayrıca olaraq quraşdırılmış fərdi elektrik sayğacları vasitəsilə aparılması, İddiaçı MMMC istehlakçı ilə cavabdeh "xxxx" ASC arasında elektrik enerjisi alqı-satqısı sərhədlərinin müəyyən edilməsinə və 762 saylı TM-si qurğusunun alçaq gərginlik tərəfinin (çıxışının) sərhəd olaraq təyin edilməsinə, ümumi məqsədlər üçün (pilləkənlərin və həyətlərin işıqlandırılması, liftlərin, nasosların işləməsi və s.) alınacaq elektrik enerjisinə görə hesablaşmaların alçaq gərginlik tərəfində quraşdırılacaq sayğac vasitəsilə aparılmasına, elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə İddiaçı MMMC-dən əlavə ödəniş tutulmaması, cavabdeh "xxxx" ASC üzərinə İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanması, müqavilədə "xxxx" MMMC-yə buraxılacaq illik elektrik enerjisinin miqdarının 130000kvs.-150000 kvts. miqdarında müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh "xxxx" ASCnin üzərinə İddiaçı MMMC-nin adına yeni istehlakçı kodunun verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMMC nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, vəkil-Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədi.
5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyinin və "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçı tərəfin ərizəsini (vəsatətini) nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Əsaslandırıcı hissə:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “transformator məntəqəsinin cavabdehin balansına verilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı MMMC-nin vəkili-nümayəndəsi Nümayəndə geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova