Məhkəmə qərarları › İş №e-2(006)-1785/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1785/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1785/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 2270 manat və 100 manat dövlət rüsumu olmaqla cəmi 2370 manat məbləğinin tutulması barədə tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e- 2(006)-1785/2022 saylı mülki iş üzrə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə razılığa gəldiklərini bildirmiş və iddiadan imtina edərək tərtib edilmiş barışıq sazişinin təsdiq olunaraq iş üzrə Azərbaycan Respublikası MPM-nin 261- ci maddəsinə əsasən icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh ümumi borcdan 500 (beş yüz) manat ödəməklə barışıq sazişinin ilkin şərtini icra etmişdir. Tərəflər barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişdir:

1. Ümumi müddəalar

1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin (hakim Səməd Cəfərov, iş №-e-2(006)-1785/2022) icraatında olan İddiaçı MMC-yə Cavabdeh qarşı 2270 (iki min iki yüz yetmiş) manat borc məbləği və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 2370 (iki min üç yüz yetmiş) məbləğində pul tələbinə dair mülki işi barışıq yolu ilə həll edirlər. 1.2. Hər iki tərəf bəyan edir ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir və onlar bu nəticələri qəbul edirlər.

2. Tərəflərin hüquq və vəzifələri

2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. İddiaçı 2370 (iki min üç yüz yetmiş) manat pul tələbindən 270 (iki yüz yetmiş) manat məbləğini Cavabdehə güzəşt edir; 2.1.2. Bu saziş üzrə qalıq 2100 (iki min yüz) manatı tam məbləğdə qəbul etdikdən sonra Cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan gün İddiaçıya 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixədək 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixinədək 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixədək isə qalıq 600 (altı yüz) manat məbləğini şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri

3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra biri-birilərinə qarşı heç bır tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilir.

Məhkəmə iclasında iştirak edən Cavabdeh yuxarıda göstərilən şərtlərlə razılaşaraq ərizəni imzalamaqla barışıq sazişini bağlamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə tərəflər – iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Ümumi müddəalar

1.1. Hər iki tərəf bəyan edirlər ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin (hakim Səməd Cəfərov, iş №-e-2(006)-1785/2022) icraatında olan İddiaçı MMC-yə Cavabdeh qarşı 2270 (iki min iki yüz yetmiş) manat borc məbləği və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 2370 (iki min üç yüz yetmiş) məbləğində pul tələbinə dair mülki işi barışıq yolu ilə həll edirlər. 1.2. Hər iki tərəf bəyan edir ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir və onlar bu nəticələri qəbul edirlər.

2. Tərəflərin hüquq və vəzifələri

2.1. İddiaçının hüquq və vəzifələri : 2.1.1. İddiaçı 2370 (iki min üç yüz yetmiş) manat pul tələbindən 270 (iki yüz yetmiş) manat məbləğini Cavabdehə güzəşt edir; 2.1.2. Bu saziş üzrə qalıq 2100 (iki min yüz) manatı tam məbləğdə qəbul etdikdən sonra Cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.3. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan gün İddiaçıya 500 (beş yüz) manat, 31,08.2022-ci il tarixədək 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixinədək 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixədək isə qalıq 600 (altı yüz) manat məbləğini şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır;

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri

3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra biri-birilərinə qarşı heç bır tələb irəli sürməyəcəklər. 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilir. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar