Məhkəmə qərarları › İş №e-2(006)-1820/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1820/2021

16.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1820/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə və maraqlı şəxs ADY QSC-nin Yükdaşımaları X1rşı "xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun ADY QSC-nin X2 Lokomativ Deposunun teplovoz maşinist vəzifəsindən azad edilməsi barədə “xxxx” QSC tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun ADY QSC-nin X2 Lokomativ Deposuna teplovoz maşinist vəzifəsinə bərpa olunması təmin edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi “xxxx” QSC tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı xx xxxx 2006-cı ildə X8 teplovozların təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuşdur. xx xxxxx 2015-ci il tarixdə teplovoz maşinist vəzifəsinə keçmişdir. İddiaçının xxxx QSC-nin X2 Lokomativ Deposunun xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmri ilə işdən azad edilmiş və xxxx qSC-nin X2 Lokomativ Deposunun möhürü ilə təsdiq edilərək əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsi ilə ADY QSC-nin Yükdaşımaları X1rşı xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsindən rəsmi qaydada verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(106)-1758/2020saylı qətnaməsi ADY QSC-nin apelyasiya şikayəti təmin edilmiş, salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının ADY QSC-nin Yükdaşımaları X1rşı xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5851/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə yeni qərar qəbul edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5851/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddia tələbi ADY qsCnin Yükdaşımaları X1rşı yönəlməli deyil, çünki hüquqi şəxs deyildir. Bütün bunlardan sonra xxxx QSC xx xxxxxxx 2019-cu il tarixli əmri xx xxxxxxx 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. Məlum olduğu kimi işçinin əmək müqaviləsinin bağlanılmasının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyatı səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Amma iddiaçının işdən çıxarılması barədə xxxx QSC-nin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron onformasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. Bu barədə sorğu edilsədə ADY QSC-nin Yükdaşımaları Departamenti 36287 saylı xx xxxxxx 2020-ci il tarixli məktubla heç bir sənəd təqdim edilməmiş və məhkəmə sənədlərində işdən çıxarılma ilə əlaqədar sənədlərin olduğu barədə məlumat verilmişdir. İlkin iddia göründüyü kimi ADY QSC-nin Yükdaşımaları X1rşı verilmişdir. X9 hüquqi şəxs olub olmaması xüsusatı araşdırılmamışdır. Bildirir ki, xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmri verən təşkilat X10muş və əmək kitabçasına da Lokomativ Deposunun möhürü vurulmuşdur. Əgər o hüquqi şəxs deyilsə niyə işdən çıxarma əmrini imzalayır. Belə səlahiyyəti yoxdursa demək səlahiyyət həddini aşmış və “xxxx” QSC hüquq normalarını pozan tabe təşkilatı intizam və ya inzibati qaydada tənbeh etməmişdir. İddia da işdən çıxarmaq üçün verilmiş əmrini mübahisələndirmiş və əsassız olduğu Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə sübut edilmişdir. Onda belə çıxır ki, X12 hüquqi şəxs deyildir və onun verdiyi əmr də əsassızdır və bu halda da ləğv edilməlidir. X9 əmri imzalamaq səlahiyyəti olmamış və əmr ləğv edilməlidir. Bundan əlavə ADY QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X8 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı iddiaçının işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin Ç bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X12 bilərəkdən ki bu əmri imzalamağa səlahiyyəti yox idi və dərhal tədbir görülməsi üçün işi aidiyyatı olaraq sənədləşdirib dərhal işə götürənə göndərməli idi. X12 bu zaman da əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozumuşdur. Göstərilmişdir ki, ADY QSC humanistlik göstərərək güzəşlt edərək iddiaçını öz xahişi ilə işdən azad etmişdir. Amma əmri X12 vermişdir. Bu zaman ADY QSC məsələdən agah idisə niyə tabe təşkilat X11 əmr verməyə icazə verirdi. Bilərəkdən əsassız əmr verilməsinə ADY QSC özü icazə vermişdir. Bu əmri də xx xxxxxxx 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində ADY QSC əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdehin nümayəndəsi X7 iddia əsassız oluğundan qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ADY QSC-nin X2 Lokomativ Deposunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, ADY QSC-nin X2 Lokomativ Deposunun xx xxxx 2006-cı il tarixli 10 saylı əmri ilə xx xxxx 2006-cı il tarixdən təmir sexinə teplovozların təmiri üzrə İİİ dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx xxx 2006-cı il tarixli 25 saylı əmri ilə xx xxx 2006-cı il tarixdən istismar sexinə teplovoz maşinist köməkçisi dublyoru keçirilmiş, xx xxxx 2006-cı il tarixli 31 saylı əmri ilə xx xxxx 2006-cı il tarixdən sərbəst maşinist köməkçisi işinə buraxılmış xx xxx 2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra təkrarən xx xxxxxx 2015-ci il tarixli 05/k saylı əmri ilə xx xxxxxx 2015-ci il tarixdən istismar sexinə teplovoz maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş, xx xxxxx 2015-ci il tarixdə teplovoz maşinisti köməkçisi dublyoru keçirilmiş, xx xxxxx 2015-ci il tarixli 29/k saylı əmri ilə xx xxxxx 2015-ci il tarixdən sərbəst maşinisti işinə buraxılmış və xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a bəndi (öz xahişi) ilə işdən azad olunmuşdur. İş materiallarında olan “xxxx” QSC Yük Daşımaları X4 deposunun xx xxxxxxx 2019cu il tarixli 35/k saylı əmrinə əsasən, tepolvoz maşinisti vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (öz xahişi) ilə işdən azad edilmişdir. İş materiallarında olan Salyanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı işdən azad edilməsi haqqında ADY QSC-nin Yük daşımaları X4 Deposunun xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmri ləğv edilmiş, İddiaçı ADY QSC-nin Yük Daşımaları X4 Deposuna teplovoz vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxdığı dövr ərzində ona əmək haqqının ödənilməsi ADY QSC-nin Yük Daşımaları X4 Deposuna tapşırılmışdır. Salyanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsindən narazı qalan cavabdeh ADY QSC-nin birinci müavini Ə.Süleymanov tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış və iş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsində qeyd edilir: “İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə işdən azad olunmuş və onunla son haqq-hesab xx xxxxxxx 2019-cu il tarixdə aparılmışdır. Bu halı, İddiaçı iddia ərizəsində etiraf etmişdir. Belə ki, iş materiallarından da bir mənalı göründüyü kimi İddiaçı onun xx xxxxxxx 2019-cu il tarixdə işdən azad olmasını bilmiş, həmçinin əmək kitabçısı cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə ona təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı onun işdən azad olunmasını artıq xx xxxxxxx 2019-cu il tarixdə bilmiş və məhkəməyə müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İddiaçı oğlu mühasibatlıqdan əmək kitabçasını aldığı gündən qanunla nəzərdə tutulmuş qaydada 01 ay müddətində məhkəməyə müraciət edə bilərdi. Üzürlü səbəb olmadan qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verilmiş iddia ərizəsinin təmin olunması hüquqi cəhətdən yol verilməzdir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı onun işdən azad olunması barədə ərizə yazmasına məcbur edilməsini təsdiq edən hallar iş materiallarında mövcud olmadığından birinci instansiya məhkəməsinin yalnız iddiaçının sözü əsasında İddiaçı işdən getməyə dair ərizəni təsir altında yazmasına dair nəticəsi iş materiallarına uyğun deyildir. İddiaçı Əliyev Elçin Hüseyn oğlu iş yerində qanunsuz olaraq dizel yanacağının satması ilə bağlı hadisə aşkarlanandan sonra cavabdehin hüquq-mühafizə orqanlarına müraciətinin olmasının qarşısını almaq niyyəti ilə könüllü olaraq işdən azad olunmaya dair ərizə yazmışdır”. Odur ki, Salyanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh xxxx QSC-nin Yük Daşımaları X1rşı xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh xxxx QSC-nin Yük Daşımaları X1rşı xx xxxxxxx 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktları ilə göründüyü kimi iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. Hazırda iddiaçı ADY QSC-nin X2 Lokomativ Deposunun teplovoz maşinist vəzifəsindən azad edilməsi barədə “xxxx” QSC tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsini, onun ADY QSC-nin X2 Lokomativ Deposuna teplovoz maşinist vəzifəsinə bərpa olunması təmin edilməsini, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi “xxxx” QSC tərəfindən təmin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxx” QSC-yə və maraqlı şəxs ADY QSC-nin Yükdaşımaları X1rşı "xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” QSC-yə və maraqlı şəxs ADY QSC-nin Yükdaşımaları X1rşı "xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar