Məhkəmə qərarları › İş №e-2(006)-1828/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1828/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1828/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-3109 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli 8İ-20089 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdehlər siyahısına əlavə etmiş və mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ikinci cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 4 saylı «ASAN Xidmət» Mərkəzində notariat kontorunun xüsusi notariusu X4 iştirakı ilə qardaşı X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə ona məxsus olan daşınar və daşınmaz əmlaklara dair sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və digər hərəkətlərin yerinə yetirilməsinə dair səlahiyyətlər verən AR-İ 590339 saylı xx.xx.2018-ci il tarixli etibarnamə vermişdir. X10 (icra vərəqəsi üzrə cavabdeh) xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 92 m2 olan mənzilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********83- 05101-093001 reyestr nömrəli, ********** qeydiyyat dövlət nömrəli dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2019-cu il tarixdə ona məlumat vermədən mübahisələndirilən mənzili Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş «İpoteka müqaviləsi»nə əsasən Cavabdeh2 (ipoteka saxlayan) saxlanca verərək X3 adına 80.000 manat borc pul götürmüşdür. Öhdəliyin icra müddəti müqaviləyə uyğun olaraq xx.xx.2020-ci ilədək idi. Verdiyi etibarnamənin müddəti xx.xx.2020-ci il tarixədək qüvvədə idi. Bakı şəhəri 14 saylı notariat ofisinin tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-3109 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2021-ci il tarixli 8İ-20089 reyestr nömrəli icra qeydinin ləğv edlməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək göstərmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisinin 20089 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən X2 və İddiaçı birgə 80.000 manat pul tutulmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzilinə yönəldilməlidir. Məlum borc öhdəliyi üzrə olan vəsait X7 tərəfindən tam olaraq ona ödənilmiş, kredit öhdəliyi tam olaraq Mütəllif Kazımov tərəfindən icra edilmişdir. Sadalananları nəzərə alaraq X5 ona və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddiasını qəbul edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu Elmar Əliyev məhkəməyə məktub göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizə və məktubu nəzərə alaraq mülki işə Cavabdeh2 və cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 8İ-20089 saylı icra qeydi verilmiş və icra qeydinə əsasən ipoteka saxlayan - X3 tələbi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzilə tutma yönəldilmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli; Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-20089 saylı icra qeydi ləğv edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 48 saylı evin 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-20089 saylı icra qeydi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar