Məhkəmə qərarları › İş №e-2(006)-1865/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1865/2022

22.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1865/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyana görə 6000 (altı min) manat və mənəvi ziyana görə 6000 (altı min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdən 89 №-li əmrlə cavabdeh "xxxx" ASC-nin Yasamal filialında mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi kimi əmək fəaliyyətinə başlamış, bundan sonra müxtəlif vəzifələr tutmuş, xx.xx.2021-ci il tarixində 4015k №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 2016-cı ilin əvvəllərində iddiaçının səhhətində ciddi problemlər yarandığından 6 (altı) ay müddətinə əmək qabiliyyətini müvvəqqəti itirdiyinə görə, 6 saylı Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli rəyinə əsasən, “ikinci dərəcəli əlillik” və “bel fəqərələrinin asteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu və çanaq orqanlarının funksiyalarının pozulması” diaqnozu müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçının işlədiyi son 5 il müddətində onun aylıq əmək haqqını düzgün hesablamamışdır. Belə ki, cavabdeh müəssisədə işlədiyi son 5 ildə iddiaçının iş həftəsi əmək müqaviləsində göstərilən 36 iş saatı yerinə, əslində 40 iş saatı və daha çox olmuşdur. Bundan başqa, göstərilən 5 il müddətində əmək qanunvericiliyi ilə ikinci dərəcəli əlil kimi iddiaçı üçün nəzərdə tutulan vergi və digər ödənişlərlə bağlı güzəştlər düzgün icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı rəsmi ərizə ilə cavabdehdən işlədiyi son 5 il üçün ona əslində ödənilməli olan aylıq əmək haqqı və digər ödənişlərlə bağlı qalığı, ikinci dərəcəli əlil kimi əmək istismarına məruz qaldığı üçün ona dəymiş maddi və mənəvi zərər qismində (məbləği razılaşdırılmaqla) kompensasiyanı tələb etsə də, cavabdeh tərəfindən bu müraciətə heç bir reaksiya verilməmişdir. Bundan sonra 1 saylı mediasiya təşkilatı tərəfindən təklif və dəvət göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən buna da əhəmiyyət verilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ərizəsində qeyd edilən tələblə bağlı iddia müddətini ötürməsini qeyd etmiş, bununla da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını bildirmişdir. Belə ki, iddiaçı 2016-cı ildə özünün ikinci qrup əlil olması barədə müvafiq hüquqmüəyyənedici sənədi təqdim etdikdən sonra onun əməkhaqqı üzrə mühasibat sənədlərində vergi güzəşti tətbiq olunmaqla ona əməkhaqqı hesablanmışdır. Lakin xx.xx.2020-ci il tarixdən başlayaraq işçi ilə bank arasında olan əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək, həftəlik iş saatı 40-dan 36-ya endirilmişdir. Bununla da işçi özünün qanunla qorunan hüquqlarının pozulduğunu hesab etdiyi andan, yəni 2016-2020-ci illərdə ona hesablanmalı olan əməkhaqqı tələbinə dair iddia vermək hüququndan istifadə etməmiş, 2021-ci ildə işdən azad edildikdən sonra 2022-ci ildə məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə, iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair cavabdeh "xxxx" ASC-dən 10000 (on min) manat, ümumilikdə isə 22 (iyirmi iki min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə, həmçinin, iddia müddətinin ötürülməsi məsələsinə də münasibət bildirmişdir. Belə ki, qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Xocəsən Sağlamlıq Mərkəzinin TQS № 027 saylı xx.xx.2022-ci il tarixli çıxarışından göründüyü kimi, iddiaçı xəstəliyi ilə əlaqədar yataqda olmuş, ona görə də fiziki olaraq məhkəməyə müraciət edə bilməməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə üzrlü səbəb kimi qəbul edilə bilər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılmasına dair ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verdi. Belə ki, əvvəlki məhkəmə iclaslarında iddiaçı əlavə olaraq bildirmişdir ki, ambulator müalicə almış, təxmini olaraq hər gün fizioterapiyaya 2 saat vaxt sərf edirmiş, bu səbəbdən də məhkəməyə vaxtında müraciət etməyə imkanı olmayıb. 42 gün müddətində məzuniyyət edib, lakin məzuniyyət məsələsini mübahisələndirmir. Nəticədə iddia tələbinin təmin edilməsini və iddia müddətinin tətbiq olunmasına dair ərizənin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin həcminin artırılmasına dair ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini və iddia müddətinin tətbiq olunmasına dair ərizənin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyib, iddia müddətinin tətbiq olunmasına dair ərizənin və əvvəlki məhkəmə iclaslarında verilən izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, iddiaçının xəstəliyi əmək funksiyalarını həyata keçirdiyi dövrdə baş verməmişdir və ya peşə xəstəliklərinə aid deyildir. İddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş güzəştlər cavabdehə müvafiq sənəd təqdim edildiyi andan, yəni 2019-cu ildən etibarən tətbiq edilmişdir. İddiaçı ondan əvvəlki dövr üçün olan güzəştləri tələb etdiyi halda müvafiq sənədi cavabdehə vaxtında təqdim etməmiş, cavabdehin isə bu sənədi əldə etmək imkanı olmamışdır. Bu səbəbdən də iddia əsassızdır və təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizalar şöbəsinin eksperti X3 çıxışında tərəflərin verdiyi suallara cavab olaraq bildirmişdir ki, ekspert rəyinin təsvir hissəsi qərardada uyğun tərtib olunur, 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək olan əməkhaqqı üzrə hesablamalar, əməkhaqqından tutulmalar düzgün hesablanmış şəxsi hesaba ödənilmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəni və iddia müddətinin tətbiq olunmasına dair ərizəni iş materialları ilə birgə araşdırıb, iddiaçının, nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçasına edilmiş 5 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində 89 saylı əmrlə “Beynəlxalq Bankın” Yasamal filialına “filialda mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi” təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, işçi İddiaçı "xxxx" Yasamal filialının 4 saylı “Sığorta” şöbəsinə aparıcı mütəxəssis xəzinədar əməliyyatçı işinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək bağlanmış, işçi xx.xx.2006-cı il tarixindən vəzifəsinin icrasına başlamış, tərəflər işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş vaxtının saat 9:00-da başlaması və saat 18:00da qurtarması barədə razılığa gəlmişlər. Mülki işin materiallarında olan xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2007-ci il tarixli razılaşmadan görünür ki, müqavilənin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2008-ci il tarixli razılaşmadan görünür ki, tərəflər həmin müqaviləyə aşağıdakı dəyişikliklərin daxil edilməsi barədə razılığa gəlmişlər: “İşçiyə hər ay 545 (beş yüz qırx beş) manat məbləğində vəzifə maaşı ödənilir”. Əlavə olaraq, bu razılaşmanın xx.xx.2008-ci il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ABB-nin Yasamal filialının 5 saylı “Mətbuat” şöbəsinin aparıcı mütəxəssis-xəzinədar vəzifəsinə işə təyin edilmiş, işçi xx.xx.2012-ci il tarixindən vəzifəsinin icrasına başlamış, tərəflər işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş vaxtının saat 9:00-da başlaması və saat 18:00-da qurtarması, əmək məzuniyyətinin ümumi müddətinin 36 təqvim günü olması barədə razılığa gəlmişlər. Mülki işin materiallarında olan 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında xx.xx.2013-cü il tarixli razılaşmadan görünür ki, tərəflər həmin müqaviləyə aşağıdakı dəyişikliklərin daxil edilməsi barədə razılığa gəlmişlər: “2.1. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır”. Əlavə olaraq, işçiyə hər ay 690 (altı yüz doxsan) manat məbləğində vəzifə maaşının ödənilməsi, bu razılaşmanın xx.xx.2013-cü il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin müayinə olunmuş, səbəbi ümumi xəstəlik olan ikinci dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən bel fəqərələrinin osteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunması meyarı kimi “2.2 ikinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması” qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan əmək məzuniyyəti haqqında xx.xx.2017-ci il tarixli 023 nömrəli əmrdən görünür ki, Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2015xx.xx.2016-cı il iş dövrünə görə 5 gün olmaqla xx.xx.2017-ci il tarixindən əmək məzuniyyəti verilməsi, xx.xx.2017-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İdarə Heyəti sədrinin məzuniyyət haqqında xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 12 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2017-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 860m saylı xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, ABB ASC-nin Mətbuat şöbəsinin aparıcı mütəxəssis-nəzarətçisi İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il dövrü üçün xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 24 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2018-ci il tarixdən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavədən görünür ki, tərəflər həmin müqavilənin 1.2 bəndinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: “1.2. İşçi "xxxx" ASC-nin 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi vəzifəsinə (peşəsinə) təyin edilir. İş yeri Bakı şəh., Mətbuat pr., 23M ünvanında yerləşir”. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 1178m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il iş dövrü üçün 2 təqvim günü və xx.xx.2019-xx.xx.2020-ci il iş dövrü üçün 29 təqvim günü müddətinə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək əmək məzuniyyəti verilməsi, xx.xx.2019-cu il tarixindən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Baş direktorunun məzuniyyət haqqında 2349m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il iş dövrü üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 14 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2020-ci il tarixindən işə başlaması barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında (filiallar üzrə) 1518m saylı xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə olunmamış məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək, 19 təqvim günü əmək məzuniyyəti verilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, İddiaçı ilə bağlanmış 01 avqust 2012-ci il tarixli əmək müqaviləsinin 4.15, 4.16 və 4.23 bəndlərinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: “4.15. İşçi gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmayaraq işləyir. 4.16. İş vaxtı 09:00 başlayır, saat 17:10 qurtarır. 4.23. Əsas məzuniyyətin müddəti 42 təqvim günüdür”. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında 158m saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə olunmamış məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək cəmi 3 təqvim günü əmək məzuniyyəti verilməsi, işçinin 01 fevral 2021-ci il tarixində işdə hesab edilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin X5 Edilməsi Departamentinin İR-046 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı ünvanlanmış bildirişindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 may 2021-ci il tarixdən etibarən ləğv edilməsi, bu müddət ərzində yeni iş yeri axtarmaq məqsədilə hər iş həftəsində əmək haqqısı saxlanılmaqla 1 (bir) iş günü (işəgötürənə qabaqcadan məlumat vermək şərti ilə) ərzində əmək funksiyasının icrasından azad edilə bilməsi, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən onun xahişi əsasında xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqının qanunvericiliklə müəyyən edilmiş misli miqdarında (2 misli) bir dəfəyə ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilməsinin mümkün olması, bu barədə qanunvericiliyə əsasən "xxxx" ASC-nin X1 rəsmi məlumat göndərilməsi barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İdarə Heyəti sədrinin işçiyə növbəti əmək məzuniyyətinin verilməsi haqqında 1006m saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə edilməmiş 3 təqvim günü və xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün nəzərdə tutulmuş 11 təqvim günü məzuniyyət günləri AR ƏM-in 137-ci maddəsinə əsasən hissələrə bölünərək cəmi 14 gün məzuniyyət verilməsi, işçinin 26 aprel 2021-ci il tarixdə işdə hesab edilməsi barədə əmr verilmişdir. Əmrin əsasının İddiaçı ərizəsi olması qeyd edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında 4015k saylı xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi vəzifəsinin ixtisarı ilə əlaqədar xx.xx.2021-ci il tarixdən AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçiyə işlədiyi günədən əməkhaqqı, AR ƏM-in 144-cü maddəsinin 2ci bəndinə əsasən, xx.xx.2018-xx.xx.2019-cu il üzrə 6 gün, xx.xx.2019-xx.xx.2020-ci il üzrə 6 gün, xx.xx.2020-xx.xx.2021-ci il üzrə 19 gün, xx.xx.2021-xx.xx.2022-ci il üzrə 14 gün, cəmi 45 gün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və 77-ci maddənin 3-cü bəndinə əsasən, orta aylıq əməkhaqqının 2 misli miqdarında işdən çıxarma müavinəti ödənilmişdir. Mülki işin materiallarında olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçasına edilmiş 10 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində 4015k saylı əmrlə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin X5 Edilməsi Departamentinin İR-604 nömrəli xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, lakin o, iş gününün sonunadək əmək kitabçasını təhvil almamışdır. İddiaçı qısa müddət ərzində əmək kitabçasını təhvil almasına dair xəbərdar edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş MUDN50 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx"nın 5 saylı Mətbuat şöbəsində çalışıb və onun əmək haqqısı barədə 2019-cu ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan cədvəl əlavə edilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2016-cı ilin iyul ayında təqdim etdiyi sənədə əsasən işə qəbul olunduğu vaxtdan etibarən aylıq əməkhaqqısının hesablanmasına yenidən baxılmasını xahiş etmişdir. İşə qəbul olunduğu vaxtdan "xxxx" ASC-də işlədiyi son 5 il ərzində iş həftəsi 40 saat əvəzinə 36 saatdan ibarət olmalı idi, buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin 3-cü bəndinə (gəlir vergisindən azadolmalar və güzəştlər) əsasən iş saatlarını və gəlir vergisinin tutulmasını yenidən hesablamağı xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/1-0004 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Xocasən Sağlamlıq Mərkəzinin TQS 027 nömrəli xx.xx.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, pasiyent İddiaçı əsas xəstəlik diaqnozu bel fəqərələrinin osteoxandrozu, lyumbalisalgiya olmuşdur. Çıxarışın qısa anamnez hissəsində qeyd edilmişdir ki, “hal-hazırda ümumi vəziyyəti normaldır, dəri və görünən selikli qişalar normal, qarnı yumşaq, ağrısız, şikayətləri yoxdur”. Pasiyentin obyektiv müayinəsinin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Xocasən Sağlamlıq Mərkəzində xəstəlik vərəqəsi açılmışdır. Ambulator nevroloji müalicə almışdır. 2021-ci ilin oktyabr ayında yaxşılaşma ilə işə yazılmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MUD-09 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx"nın 5 saylı Mətbuat şöbəsində çalışıb və onun əmək haqqısı barədə 2017-ci ilin sentyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan cədvəl əlavə edilmişdir. Mülki işin materiallarında olan Bakı 1 saylı Mediasiya Təşkilatının Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, 2021-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində mediasiya təşkilatlarının yaradılması üzrə islahatlar getdiyinə görə vətəndaş İddiaçı mediasiyaya müraciəti 3 dekabr 2021-ci ildə qeydə alınmış, lakin mediasiya təşkilatlarının yaradılması prosesi bitmədiyinə görə göstərilən vətəndaşın mediasiyaya müraciəti əsasında mediasiya prosesinə başlamaq ləngimişdir. Eyni ləngimə o dövrdə mediasiyaya müraciət edən bir sıra digər vətəndaşlarla da bağlı olmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MUD- 011 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx"nda çalışıb və xx.xx.2017-xx.xx.2021-ci il tarixlərini əhatə etdiyi dövrdə cəmi hesablanan əməkhaqqı 56712.78 manat, gəlir vergisi 5001.50 manat, net əməkhaqqı isə 49446.63 manat (cədvəldə əməkhaqqından digər tutulmalar da göstərilmişdir) olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə təqdim edilən bəyannamədə əmək müqaviləsi olan işçilər barədə hesablanmış əmək haqqı və digər gəlirlər barədə məlumatların göstərilməsi nəzərdə tutulmadığından təqdim edilməsi mümkün olmamışdır. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim olunmuş bəyannamələrə əsasən İddiaçı üçün məlumatlar təqdim edilmişdir. Məktuba əlavə edilmiş hesablanmış əmək haqqı, tətbiq olunan azadolma və güzəştlər barədə cədvəldən görünür ki, sığortaedən "xxxx" ASC sığortaolunan İddiaçı barəsində 2020-ci ilin yanvar-aprel, iyun-dekabr ayları üzrə 200 manat, 2021-ci ilin yanvar-may ayları üzrə 200 manat və avqust ayı üzrə 124,2 manat məbləğində 102.1.6-cı maddəsinə (fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi) əsasən; 2020-ci ilin bütün ayları üzrə 200 manat, 2021-ci ilin yanvar-may və avqust ayları üzrə 200 manat məbləğində 102.3-cü maddəsinə (İ və İİ qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır) əsasən güzəştlər tətbiq edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubundan görünür ki, sığortaedən "xxxx" ASC-nin Yasamal rayon filialı tərəfindən sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqqhesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Sığorta” (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş və aşağıda qeyd edilən rekvizitlər üzrə ödənişə göndərilmişdir:

1. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 170455; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2015-xx.xx.2015; ödənilən məbləğ: 48,42 manat, gəlir vergisi: 7,08 manat;

2. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 151769; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2015-xx.xx.2016; ödənilən məbləğ: 973,02 manat, gəlir vergisi: 137 manat;

3. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 151843; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 983,93 manat, gəlir vergisi: 138,03 manat;

4. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 194506; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 808,83 manat, gəlir vergisi: 109,51 manat;

5. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 194568; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 965,66 manat, gəlir vergisi: 134,78 manat;

6. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 313381; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 1153,43 manat, gəlir vergisi: 165,36 manat;

7. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00005 – 325687; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2016-xx.xx.2016; ödənilən məbləğ: 453,40 manat, gəlir vergisi: 51,52 manat. Məktubda əlavə olaraq bildirilmişdir ki, sığortaedən "xxxx" ASC tərəfindən sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri MEİS-in “Sığorta” (sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş və aşağıda qeyd edilən rekvizitlər üzrə ödənişə göndərilmişdir:

1. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 123351; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 598,40 manat, gəlir vergisi: 32,30 manat;

2. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 143573; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 1014,59 manat, gəlir vergisi: 132,61 manat;

3. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 143687; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 789,18 manat, gəlir vergisi: 95,91 manat;

4. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 147943; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 225,78 manat, gəlir vergisi: 36,76 manat;

5. Əmək qabiliyyətinin olmaması vərəsəqəsinin seriya və nömrəsi: SN 00007 – 0268359; vərəqənin əhatə etdiyi dövr: xx.xx.2021-xx.xx.2021; ödənilən məbləğ: 1337,52 manat, gəlir vergisi: 185,18 manat. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4368 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatları və sənədlərin çatışmazlığını nəzərə alaraq, 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək olan əmək haqqı üzrə hesablamalar, əməkhaqqından tutulmalar düzgün hesablanmış və şəxsi hesaba ödənilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2020ci il tarixədək olan hesablamanı isə İddiaçı "xxxx" ASC-yə əlillik barədə müvafiq hüquq müəyyənedici sənədlər təqdim edildikdən sonra hesablanmasını nəzərə alaraq və iş materiallarında həftəlik iş saatı 36 saatdan artıq işləməsini təsdiq edən iş vaxtının uçotu tabel məlumatlarının və əmək haqqı hesablanması üçün zəruri olan digər sənədlərin olmaması səbəbindən həmin dövr üzrə müəyyən etmək mümkün olmadı. Beləliklə, mülki işin materiallarına əsasən, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2002-ci il tarixində cavabdeh "xxxx" ASC-nin Yasamal filialında “filialda mübadilə məntəqələri və xidmət bölməsi üzrə işçi” vəzifəsinə qəbul edilmişdir. Bundan sonra onunla xx.xx.2006-cı il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı "xxxx" Yasamal filialının 4 saylı “Sığorta” şöbəsinə “aparıcı mütəxəssis xəzinədar əməliyyatçı” vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2006-xx.xx.2007-ci il tarixlərini əhatə etmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə sözügedən əmək müqaviləsinə xx.xx.2007-ci il tarixli razılaşma ilə dəyişiklik edilərək, müqavilənin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmışdır. Sonradan iddiaçı ilə xx.xx.2012-ci il tarixli yeni əmək müqaviləsi bağlanmış və iddiaçı "xxxx" ASC-nin Yasamal filialının 5 saylı “Mətbuat” şöbəsinin “aparıcı mütəxəssisxəzinədar” vəzifəsinə təyin edilmiş, işçinin gündəlik iş saatı 8 saatdan, həftəlik iş saatı isə 40 saatdan çox olmayaraq müəyyən edilmiş, əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü olmuşdur. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2013-cü il tarixində edilən dəyişikliyə əsasən, əmək müqaviləsi müddətsiz olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin müayinə olunmuş, ona səbəbi ümumi xəstəlik olan ikinci dərəcəli əlillik təyin olunmuş, əmək qabiliyyətinin itirilməsi 0 % kimi qiymətləndirilmiş, TSEK tərəfindən bel fəqərələrinin osteoxandrozu, diskogen bel-oma radikuliti, vertebrobazilyar sistemdə qan dövranı pozğunluğu diaqnozu qoyulmuş, əlilliyin müəyyən olunması meyarı kimi ikinci dərəcə əlillik – etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması qeyd edilmiş, “oturaq yüngül işdə işləyə bilər” əmək zəmanəti verilmiş və tibbi-sosial yardım və reabilitasiya vasitələri kimi ixtisaslaşmış müalicə tövsiyə olunmuş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti saylı Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli arayışı təqdim olunmuşdur. Bundan sonra İddiaçı həmin arayışı cavabdehə təqdim edib-etməməsi barədə məsələni araşdırarkən, məhkəmə tərəfindən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli MUD-011 saylı arayışında təqdim olunan xx.xx.2017-xx.xx.2021-ci il tarixlərində iddiaçının aldığı əmək haqqı barədə ətraflı cədvəl əsasında müəyyən olunmuşdur ki, İddiaçı əmək haqqısına xx.xx.2017-ci il tarixindən etibarən həm gəlir vergisindən hər kəs üçün nəzərdə tutulmuş güzəşt məbləği (həmin dövr üçün 155 manat), həm də əlilliklə əlaqədar azadolma məbləği (200 manat) tətbiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixinə cəmi hesablanan əmək haqqısı 830,59 manat məbləğində, gəlir vergisi isə 66,58 manat məbləğində olmuşdur. Sadə riyazi hesablama əsasında: “(830,59 man. – 155 man. – 200 man.) x 14%=66,58 manat” düsturu ilə məhkəmə digər bir mübahisəsiz halı müəyyən etmişdir ki, cavabdeh "xxxx" ASC xx.xx.2017-ci il tarixindən etibarən iddiaçının əmək haqqısına əlilliklə bağlı gəlir vergisindən azadolma məbləğini tətbiq etdiyindən, deməli, cavabdehin iddiaçının əlillik barədə arayışı olmasından xəbəri olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı ilə aralarında olan əmək müqaviləsinə iş saatlarının həftə ərzində 40 saatdan 36 saata azaldılması barədə dəyişikliyə dair hər hansı razılaşma imzalanmamış, işçinin iş saatlarının uçotu barədə hər hansı sənəd sübut qismində məkhəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının xəstəliyi barədə məlumatlı olmasına baxmayaraq, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iş saatları barədə normanı pozmuş və işçiyə iş saatından artıq işləməyə görə heç bir əlavə ödəniş etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün 5 gün, xx.xx.2015-xx.xx.2016-cı iş ili üçün 12 təqvim günü olmaqla, cəmi 17 gün; xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün 24 təqvim günü, 2 təqvim günü və 6 gün olmaqla, cəmi 32 gün; xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün 29 təqvim günü, 14 təqvim günü, 19 təqvim günü, 3 təqvim günü, 3 təqvim günü və 6 gün olmaqla, cəmi 74 gün; xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün 11 təqvim günü və 19 gün olmaqla, cəmi 30 gün, xx.xx.2021xx.xx.2022-ci iş ili üçün isə 14 gün müddətinə əmək məzuniyyəti verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlardan birində cavabdeh tərəfindən 2016-cı ildən etibarən, yəni iddiaçıya əlillik təyin olunduğu vaxtdan ona 42 gün müddətinə əmək məzuniyyəti verilməsini bildirmiş, cavabdehin nümayəndəsi isə bu məsələni mübahisələndirməmişdir. Məhkəmə tərəfindən, həmçinin, müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə edilmiş və tərəflər işçinin iş saatlarının gündə 7 saat 10 dəqiqədən, həftə ərzində 36 saatdan çox olmaması, iş vaxtının 09:00-da başlayıb, saat 17:10-da qurtarması, əsas məzuniyyətin müddətinin 42 təqvim günü olması barədə qarşılıqlı razılığa gəlmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçının səhhəti barədə 2017-ci ildən (təqdim edilən sənədlərə əsasən) məlumatı olmasına baxmayaraq, iş vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiqinə yalnız xx.xx.2020-ci il tarixdən etibarən başlamış, bununla da iddiaçının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququ cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilən haqq-hesab cədvəlləri əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətləri xəstəlik vərəqələri əsasında vaxtlı-vaxtında ödəmişdir. Bundan sonra iddiaçı onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 may 2021-ci il tarixdən etibarən ləğv edilməsi, bu müddət ərzində yeni iş yeri axtarmaq məqsədilə hər iş həftəsində əmək haqqısı saxlanılmaqla 1 (bir) iş günü (işəgötürənə qabaqcadan məlumat vermək şərti ilə) ərzində əmək funksiyasının icrasından azad edilə bilməsi, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən onun xahişi əsasında xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqının qanunvericiliklə müəyyən edilmiş misli miqdarında (2 misli) bir dəfəyə ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilməsinin mümkün olması, bu barədə qanunvericiliyə əsasən "xxxx" ASC-nin X1 rəsmi məlumat göndərilməsi barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə 17 may 2021-ci il tarixdə xitam verilməməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Xocasən Sağlamlıq Mərkəzində xəstəlik vərəqəsi açılmış, o, ambulator nevroloji müalicə almış, 2021-ci ilin oktyabr ayında yaxşılaşma ilə işə yazılmışdır. Bundan sonra isə iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə 4015k saylı xx.xx.2021-ci il tarixli əmrlə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, 5 saylı Mətbuat şöbəsinin əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssisi vəzifəsinin ixtisarı ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xitam verilərək iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 2016-cı ilin iyul ayında təqdim etdiyi sənədə əsasən işə qəbul olunduğu vaxtdan etibarən aylıq əməkhaqqısının hesablanmasına yenidən baxılmasını xahiş etmişdir. Ərizədə bildirmişdir ki, işə qəbul olunduğu vaxtdan "xxxx" ASC-də işlədiyi son 5 il ərzində iş həftəsi 40 saat əvəzinə 36 saatdan ibarət olmalı idi. Buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin 3-cü bəndinə (gəlir vergisindən azadolmalar və güzəştlər) əsasən, iş saatlarını və gəlir vergisinin tutulmasını yenidən hesablamağı xahiş etmişdir. Lakin iş materiallarında cavabdehin iddiaçının ərizəsinə cavab məktubu aşkar edilməmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qanunvericiliyinin tələblərinə uyğun qaydada mediasiyaya müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iştirak etməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə qismən (işçinin həftə ərzində 36 saatdan artıq, yəni 40 saat işləməsinə görə) əsaslıdır. Belə ki, iddiaçıya cavabdeh tərəfindən yalnız iş vaxtından artıq pulsuz işləməyə görə (2016-2020-ci illəri əhatə edən dövrdə hər həftə ərzində artıq işlədiyi 4 saat) maddi ziyan vurulmuş, lakin iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edildiyindən, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 3-cü hissəsinə görə, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 91-ci maddəsinin müddəalarına əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə görə, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Sözügedən Məcəllənin 102-ci maddəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-4-cü və 6-cı hissələrinə müvafiq olaraq, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqeni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd edilənlərə əsəsən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əlillik təyin edilməsinə, cavabdeh "xxxx" ASC tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlərin iddiaçı barəsində xx.xx.2017-ci il tarixindən etibarən tətbiq edilməsinə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qısaldılmış iş vaxtının isə xx.xx.2020-ci il tarixindən etibarən iddiaçı barəsində tətbiq edilməsinə və iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən etibarən xitam verilərək onun işdən azad edilməsinə baxmayaraq, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixində müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi Xocasən Sağlamlıq Mərkəzinin TQS 027 nömrəli xx.xx.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından da aydın olur ki, iddiaçı ambulator qaydada müalicə almışdır. Belə olan halda onun şəxsən məhkəməyə gəlmək və ya vəkilə müraciət edərək onun vasitəsilə məhkəmədə iddia qaldırmaq imkanı olmuş, lakin iddiaçı üzrsüz səbəblərdən iddia müddətini ötürmüşdür. Həmçinin, Bakı 1 saylı Mediasiya Təşkilatının Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli izahat da məhkəmə tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edildiyindən, iddia tələbi “cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş mənəvi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həqiqətən də, ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzini ödəməyi tələb etsə də də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh "xxxx" ASCdən iddiaçıya dəymiş mənəvi ziyana görə 6000 (altı min) manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, iddia tələbi bu hissədə əsassız olduğundan, bu hissəyə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə araşdırılmadan, iddianın təmin edilməməli olması qənaətinə gəlinir. Məhkəmə iddia tələbinin “iddiaçının sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair cavabdeh "xxxx" ASC-dən 10000 (on min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə görə, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci hissəsinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Məhkəmə istinad edilən hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, iddiaçının sağlamlığına vurulmuş zərərdə cavabdehin təqsiri müəyyən olunmadığından (iddiaçının əlilliyi peşə xəstəliyi kateqoriyasına aid edilməmiş, əlilliyin yaranmasının əsası cavabdehin qanunazidd hərəkəti olmamışdır), bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “iddiaçının sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair cavabdeh "xxxx" ASC-dən 10000 (on min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsində də əsassızdır və təmin edilməməlidir. İddia tələbi bu hissədə də əsassız olduğundan, bu hissəyə münasibətdə də iddia müddətinin tətbiqi barədə ərizə araşdırılmadan, iddianın təmin edilməməli olması qənaətinə gəlinir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi, maddi ziyanın ödənilməsi hissəsində əsaslı olub, iddia müddəti ötürüldüyündən; mənəvi ziyan və sağlamlığa vurulmuş ziyanın ödənilməsi hissəsində isə əsassız olduğundan təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar