Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1865/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" ASC-də AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğində əmanətin və ödənilmiş 147 manat dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 may 2013-cü il tarixli, 221FZ**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən filialının müdiri M.H.Salahov şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsi ilə əmanətçi 15755 ABŞ dolları məbləğində pulu banka müddətli depozitə qoymuşdur. 11 iyun 2014-cü il tarixli, 221LM121620001 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əmanətçi 4000 manat məbləğində pulu banka müddətli depozitə qoymuşdur. 24 iyun 2015-ci il tarixli, 221FZ**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. 04 iyul 2015-ci il tarixli, 221S10L151750001 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. 09 yanvar 2016-ci il tarixli, 221LM**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. "xxxx" ASC tərəfindən verilmiş əmanət kitabçasında da qoyulan əmanətlərin qeydiyyatı aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Lakin hazıradək əmanət verilməmişdir. 04 mart 2016-cı il tarixli "xxxx" ASC-nin əmanətçiləri qarşısında Öhdəliklərin Reyestrindən Çıxarışa əsasən İddiaçı 30000 manat ödənilsə də, AZ60TECİ******************** hesab nömrəsində 11003,78 ABŞ dolları kompensasiya olunmamış qalmışdır. 17 mart 2016-cı il tarixli ərizədən görünür ki, əmanətçi İddiaçı Ləğvetmə prosesində olan "xxxx" ASC-nin direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğində vəsaitin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC-nin ləğv prosesində olan hesabından 16 yanvar 2017-ci il tarixli çıxarışa əsasən İddiaçı Cİ******************** hesab nömrəsində 11003,78 ABŞ dolları qalıq vardır. 16 may 2018-cı il tarixli ərizədən görünür ki, əmanətçi İddiaçı Ləğvetmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoruna müraciət edərək "xxxx" ASC-nin Sumqayıt Filialından USD ilə sığortalanmayan qalıq hissəsini kreditorlar haqqında siyahıya daxil olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 22 may 2018-ci il tarixli, **********499 nömrəli məktubuna əsasən Elnarə Həbib qızının 16 may 2018-ci il tarixli ərizəsinə cavab olaraq bildrilmişdir ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan kreditor tələbi xx.xx.2016-cı il tarixində 1-3082-16 qəbz nömrəsi ilə Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq reyestrə daxil edilmişdir və həmin Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qəbul olunmuşdur. 07 iyun 2018-ci il tarixli ərizədən görünür ki, əmanətçi İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğidə vəsaitlə bağlı görüşməyi tələb etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 06 avqust 2018-ci il tarixli, **********355 nömrəli məktubu ilə İddiaçı 27 avqust 2018-ci il tarixində saat 15:00-da Fondun Babək prospekti 16-da yerləşən ünvanına dəvət edilmişdir. 20 dekabr 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, əmanətçi İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək, AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. 06 oktyabr 2022-cı il tarixli ərizədən görünür ki, əmanətçi İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 20 oktyabr 2022-ci il tarixli, **********601 nömrəli məktubu ilə Elnarə Həbib qızının 06 oktyabr 2022-ci il tarixli ərizəsinə cavab olaraq bildrilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsi baş verən qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildirirlər ki, onun kreditor tələbi “ Banklar haqqınında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondu tərəfindən İddiaçı 5Cİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları qaytarılmadığından 09 iyun 2023-cü il tarixli pretenziya ilə müraciət olunsa da heç bir nəticə əldə edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas prosesinə başlanılmış, sözügedən məhkəmənin 13 aprel 2016-cı il tarixli, 2-1(81)-154/2016 saylı qərardadı ilə banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Kreditor tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddialarını 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.“Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 15755 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. - bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 4000 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün hər ay 10 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. - bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 700 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10,4 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. - bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 7800 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 120 ay müddətinə bağlanmışdır. - bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 4.100 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. - "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışa əsasən bank tərəfindən İddiaçı 30.000 manat məbləğində kompensasiya hesablanmışdır. Kompensasiya olunmayan məbləğ AZ60TECİ******************** saylı hesab nömrəsi üzrə 11003,78 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçı məbləğlə razı olmasını imzası ilə təsdiq etmiş, “məbləğlə razı olmamasına dair qrafa” isə imza olunmadan saxlanılmışdır. - "xxxx" ASC-nin hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı AZ60TECİ******************** saylı hesab nömrəsi üzrə qalıq qalmış məbləğ 11003,78 ABŞ dolları təşkil edir. - İddiaçı banka ərizə ilə müraciət edərək, AZ60TECİ******************** saylı hesab nömrəsi üzrə qalıq qalmış 11003,78 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. - LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı LPO "xxxx" ASC-də olan kreditor tələbi xx.xx.2016-cı il tarixində 1-3082-2016 qəbz nömrəsi ilə Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq kreditorların reyestrinə daxil edilmişdir və həmin Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qəbul olunmuşdur. - LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildirilmişdir ki, İddiaçı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi vəziyyəti ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" ASC arasında müxtəlif tarixlərdə “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələrə görə İddiaçı tərəfindən: - xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən 15755 ABŞ dolları; - xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən 4000 manat; - xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən 700 ABŞ dolları; - xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli müqaviləyə əsasən 7800 manat; - xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən 4100 manat məbləğində vəsait banka əmanət qismində yerləşdirilmişdir. Bunun müqabilində isə bank əmanəti qəbul edərək, hər müqavilə üzrə razılaşdırılmış şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas prosesinə başlanılmış, sözügedən məhkəmənin 13 aprel 2016-cı il tarixli, 2-1(81)-154/2016 saylı qərardadı ilə banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İddiaçı yerləşdirmiş olduğu əmanətin qaytarılması tələbi ilə banka müraciət etmiş, bank tərəfindən 30.000 manat məbləğində kompensasiya məbləği hesablanmış, iddiaçı məbləğlə razılaşıb sözügedən məbləği qəbul etmiş və hazırda iddiaçının adına açılmış hesab üzrə qalıq qalmış məbləğ 11003,78 ABŞ dolları təşkil etməkdədir. Məhkəməyə müraciət etməmişdən öncə iddiaçı qalıq qalmış məbləğin geri ödənilməsində ona köməklik göstərilməsini xahiş etmiş, iddiaçının müraciətinə baxılaraq sonuncu banka dəvət edilmiş, qanunvericiliyin müddəaları onun diqqətinə çatdırırlaraq 30.000 manatdan artıq olan vəsaitin kompensasiya edilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, qalıq qalmış məbləğin geri ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. - 950.1-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1.1-ci bəndinə əsasən manət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. - 2.1.2-ci bəndinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. - 25.1.4-cü bəndinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. - 26.1-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Məhkəmə ilk əvvəl qeyd edir ki, işin halları, bağlanmış olan müqavilələr və digər sənədər tərəflər arasında hüquq münasibətlərinin 2013-2016-cı il tarixli dövr ərzində yarandığına dəlalət edir. Belə ki, iddiaçı həmin illər ərzində müxtəlif məbləğlərdə əmanət yerləşdirərək, bankla müqavilələr bağlamış və hüquq münasibətinin yarandığı dövrdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiyanın ödənildiyi şərtləşdirilmişdir. Kompensasiyanın yuxarı həddini müəyyən edən qanunvericiliyin müvafiq bəndində dəyişikliklər edilsə də, həmin dəyişikliklər xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və xx.xx.2021-ci il tarixdən etibarən qüvvəyə minmişdir. Yəni qeyd edilən dəyişikliklərin qüvvəsi hazırki işdə tərəf olan şəxslər arasında yaranmış hüquq münasibətinə şamil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə onu da vurğulayır ki, kompensasiya edilməyən, yəni 30000 manatdan artıq olan vəsaitin kreditor tələb kimi qeydə alındığı işdə olan sənədlərlə, eləcə də cavabdehin İddiaçı ünvanlanmış olan cavab məktublarında öz əksini tapmışdır. Belə ki, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubunda “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsinin kompensasiya edilmədiyi üçün həmin vəsaitlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alındığı, bununla da İddiaçı da kreditor tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alındığı və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: - 76.1-ci bəndinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. - 82.1-ci bəndinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: - fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; - iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; - iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; - bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; - müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; - dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; - təminatsız kreditorların tələbləri. - 87.1-ci bəndinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Göründüyü kimi, iddiaçının tələb etdiyi məbləğ – 11003,78 ABŞ dolları kompensasiya olunmayan əmanət məbləğidir, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği isə növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 147 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1865/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1865/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver