Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-187/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə qızları X14 və xx.xx.2015-ci il tarixdə qızları X15 doğulmuşdur. X4 ilə Cavabdeh arasındakı münasibətlər əvvəllər normal olsa da, sonra korlanmağa başlamışdır. Bundan sonra Cavabdeh tərəfindən «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə verilməklə, iddia tələbinin həcmi artırılaraq «əmlak» tələbi də irəli sürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh X9 və ona qarşı «nikahın pozulması və əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1253/2021 saylı mülki iş üzrə cavabdeh X9 qarşı «nikahın pozulması və s.» tələbi ayrıca icraata ayrılmışdır. Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(006)-5197/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X13 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 602 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, X5 xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat; xx.xx.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X9 və ona qarşı «əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-1253/2021 saylı mülki iş üzrə iddiaçı Cavabdeh qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «KİA Sportage» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/4 hissəsində Cavabdeh payının müəyyən olunmasına, birgə nikah dövründə yığılan ailə büdcəsini təşkil edən 80.000 ABŞ dolları pul vəsaitinin 3/4 hissəsində, yəni 60.000 ABŞ dolları üzərində iddiaçı Cavabdeh payının müəyyən edilməklə, həmin məbləğin cavabdeh X5 tutularaq iddiaçı Cavabdeh qızma verilməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzilə dair alıcı qismində onunla bağlanmış xx.xx.2012-ci il tarixli alğısatqı müqaviləsinin pərdələnmiş əqd hesab edilərək, həmin alğı-satqı müqaviləsi üzrə alıcı qismində Cavabdeh və X8 hesab edilməsi, həmin mənzilə dair onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzil üzərində birgə nikah dövründə əldə edilmiş mənzil olaraq payların müəyyən edilərək, 3/4 hissəsində iddiaçı Cavabdeh, 1/4 hissəsində X8 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-129/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X9 və ona qarşı «əmlak bölgüsü» tələbinə dair iddiasının X9 münasibətdə qismən təmin edilməsi, «KİA Sportage» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, 15.000 Avro və 28.750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun X5 tutularaq Cavabdeh ödənilməsi, "xxxx" ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın X9 münasibətdə digər hissədə və ona münasibətdə tam olaraq rədd edilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh X13 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3026/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsinin pul tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, "xxxx" QSC-nin Xəqani filialında olan bank hesabına xx.xx.2020-ci il tarixdə yerləşdirimiş və xx.xx.2021-ci ildə çıxarılmış 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissəsinin, yəni 8.000 ABŞ dolları pul vəsaitinin cavabdeh X5 alınıb iddiaçı Cavabdeh verilməsi, iddianın pul tələbinin təmin olunmayan qalan hissəsində rədd edilməsi, qətnamənin 15.000 Avro pul vəsaitinin cavabdeh X5 tutulub iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi və həmin məbləğin 7.500 Avro müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh X13 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(102)3748/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3026/2023 nömrəli 14 iyun 2023-cü il tarixli qətnaməsi iddianın «"xxxx" ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququ müəyyən edilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3026/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda göstərilən mübahisə üzrə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzillə bağlı yekun məhkəmə qərarı qəbul edilmiş, yəni həmin hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı halda Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7də yerləşən 309 saylı mənzilin mülkiyyətçisi kimi onunla Cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehin sözügedən ünvanda hər hansı bir hüququ, o cümlədən istifadə hüququ yaranmamışdır. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə dair yuxarıda qeyd etdiyi tamamilə əsassız və uydurma tələblə məhkəməyə müraciət edilmiş, bu azmış kimi mənzilin açarı da dəyişdirilərək, mənzildən istifadə etməsinə maneçilik törədilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ona məxsus Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7də yerləşən 309 saylı mənzil üzərində edilmiş yaxşılaşmalar və təmirə görə sərf edilmiş 80.000 manat vəsaitin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırki ilk iddia üzrə İddiaçı oğlu - X13 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan belə İddiaçı daim münasibətlərinə müdaxilə etmişdir. İki körpə qızı ilə ailəsinin dağılmasının ilkin baiskarı məhz keçmiş qayınanası İddiaçı olmuşdur. Ailə qurduqları ilk vaxtlardan ailəsini qorumaq üçün uzun müddət mübarizə aparmışdır. Ailə qurduqları vaxt keçmiş qayınanası və həmçinin keçmiş ərinin çox sayda başqa mənzilləri olduğu halda, ailələrinə müdaxilələr olmasın deyə Rüfətlə topladıqları az vəsaitin böyük hissəsinin üstünü də atası bağışlamaqla hazırki mübahisəli mənzili almışlar. Mənzilin alınması zamanı, mənzil tam təmirsiz, suvaq halında (qapıpəncərə belə yox idi) olduğu üçün təmirə də pul saxlamaq zərurəti olmuşdur. Bu səbəbdən keçmiş əri - Rüfət anası İddiaçı 15.000 manat pul istəmişdir. İddiaçı razılıq versə də, sonra çox fikrini dəyişmişdir. Mənzilin notariat kontorunda alğı-satqısı zamanı 15.000 manat pul kömək etmək adı ilə notariat kontoruna da gəlmişdir. Əslində həmin vaxt bayağı da səslənsə də bildirir ki, bütün ailə üzvləri hamı notariat kontorunda idi. Əvvəldən razılaşdıqları kimi mənzil keçmiş əri - Rüfətin adına əldə edilməsinə razılaşmışdılar. Baxmayaraq ki, mənzili məhz o axtarıb tapmışdı, satıcı ilə qiymətləri, şərtləri o razılaşdırmışdı. Çünki niyyəti ailəsinin xoşbəxt yuva qurması idi. Lakin notariat kontorunda indiki iş üzrə iddiaçı - qayınanası İddiaçı narazılıq və dava salmağa başlayanda ilk əvvəl alğı-satqı baş tutmamışdır. Lakin camaatın içində həm hay-küy olmasından ayıb etmiş, həm də Rüfətin pərt olmasını istəmədiyi üçün (eyni vaxtda Həcər deyirdi ki, onun 15.000 manatını qaytardıqdan sonra mənzili geri Rüfətin adına keçirəcək), qayınanasının öz gəlinin, öz oğlunun, öz nəvələrinin malına tamah salmayacağını düşünmüş və razılaşmışdır. Beləliklə, mübahisəli mənzil qayınanasının adına formal olaraq xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında rəsmiləşmişdir. Qeyd edilən mübahisəli mənzil hətta onun tərəfindən axtarılıb tapılmış, mənzili satan şəxslərlə mənzilin mülkiyyətçisi, alıcısı qismində də danışıqları şəxsən özü aparmışdır. Mənzil alındığı vaxtdan mənzildə o, uşaqları və keçmiş əri Rüfət yaşamışlar. Hazırki ilk iddia üzrə İddiaçı mənzildə yaşamamış, mənzildən istifadə və sahiblik nümayiş etdirməmişdir. Mənzilin içərisindəki bütün əşyalar ona məxsus cehiz əmlaklar olmaqla, həmin mənzilin bütün komunnal xərclərini daim özü ödəmişdir. Mənzilin təmirinə isə böyük pul vəsaiti xərclənmişdir. Həmin pul vəsaiti onun şəxsi vəsaitidir (atası tərəfindən əvəzsiz verilən). Yuxarıda qeyd etdiyi kimi, mənzil suvaq halında, qapı pəncərəsiz olaraq tam təmirsiz vəziyyətdə olmuşdur. Bununla bağlı, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)- 129/2022 saylı qətnaməsində qeyd edilən şahid ifadələri ilə təsdiq edilmişdir. Mənzilin təmirinə və təchizatına 2012-ci ildə 80.000 manat xərc çəkilmişdir. Ailələrinin də dağılmasına səbəb İddiaçı onun ailəsinin, yuvasının, uşaqlarının evinə göz dikməsi oldu. Çünki Rüfət də söz vermişdi ki, evin alınması zamanı İddiaçı verdiyi 15.000 manat qaytarıldıqdan sonra o, mənzili Rüfətin adına geri qaytaracaq. Bu mövzuda ailələrində fikir ayrılıqları yaranmışdır. Onun iki qızı var, iki azyaşlı qızının ruzisinə, evinə, ocağına göz dikən, tamah salan iddiaçı öz qız nəvələrini küçəyə atır. O, azyaşlı qızları da, öz halal haqqından və evindən olmuşdur. Mənzilə çəkilən təmir, yaxşılaşmalar mənzildən ayrıla bilməz təbii ki, bu səbəbdən sərf edilən 80.000 manat iddiaçıdan onun xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia ərizəsinə təqdim edilmiş etirazda ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili etirazda qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddiasını əsaslandırmamış və əsassız tələblər irəli sürmüşdür. Aşağıdakı əsaslara görə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı irəli sürdüyü tələb tamamilə əsassız olduğundan təmin edilməməlidir. Verilmiş qarşılıqlı iddia ərizəsindəki İddiaçı ilk vaxtlardan guya qarşılıqlı iddia üzrə iddiaçının ailə münasibətlərinə müdaxilə etməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzilin dəyərinin bir hissəsinin guya qarşılıqlı iddia üzrə iddiaçı və əri tərəfindən, qalan hissəsinin isə qarşılıqlı iddiaçının atası tərəfindən ödənilməsi, İddiaçı guya mənzilin alınmasına yalnız 15.000 manat məbləğində köməklik etməsi, mənzilin İddiaçı adına formal olaraq keçirilməsi və mənzilin təmirinin guya qarşılıqlı iddiaçının atası tərəfindən ona verilmiş vəsait hesabına həyata keçirilməsi barədə qeyd olunan fikirlərin hər hansı bir əsası yoxdur və həmin fikirlər böhtan xarakterlidir. İşə hər hansı bir aidiyyatı olmasa da, qeyd etmək istəyir ki, İddiaçı tərəfindən oğlunun ailəsinə hər hansı bir müdaxilə edilməmişdir. Həmçinin qeyd edildiyi kimi, mənziİin təmirinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir vəsait sərf edilməmişdir. Qeyd olunan mənzil İddiaçı məxsus Bakı şəhərindəki 5 otaqlı mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Həmçinin mənzil alınarkən satıcı ilə belə razılığa gəlinmişdir ki, satıcı mənzili təmir edib təhvil verəcək. Mənzil alındıqdan sonra satıcı mənzili təmir edərək, təmirli vəziyyətdə təhvil vermişdir. Həmin vaxtdan sonra da mənzildə hər hansı bir təmir işləri, xüsusilə də qarşılıqlı iddiaçı tərəfindən aparılmamışdır. İrəli sürülmüş qarşılıqlı iddia tələbindən də göründüyü kimi qarşılıqlı iddianın əsası kimi hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. Hesab edir ki, bu onunla bağlıdır ki, qarşılıqlı iddiaçıya da yaxşı məlumdur ki, onun irəli sürdüyü tələbin hər hansı bir hüquqi əsası yoxdur. Bir daha qeyd etmək istəyir ki, mənzilin təmirinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir vəsait xərclənməmişdir və irəli sürülmüş bu tələb ilk iddia tələbinə baxılmasını ləngitmək məqsədindən başqa bir şey deyildir. Lakin hər bir halda ehtimal edilsə ki, iddiaçının dedikləri düzgündür, onda sual olunur – qarşılıqlı iddia üzrə iddiaçı 2012-ci ildə mənzilin təmirinə çəkdiyi xərcləri hazırda hansı əsasla tələb edir? Həmin vəsait (əgər doğrudan da xərclənmiş olsaydı) sərf edilərkən İddiaçı ilə (mənzilin mülkiyyətçisi ilə) hər hansı bir razılaşma olmuşdurmu? Görüdüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh irəli sürdüyü tələblərin hər hansı bir əsası yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, bundan əvvəl tərəflər arasında olmuş məhkəmə mübahisəsi əsasında qəbul edilmiş qərarlarla da (sözügedən qərarlar məhkəməyə təqdim edilmişdir) iddiaçının hazırda irəli sürdüyü dəlillərin əsassız olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas olduğundan, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası hər bir halda iddia müddətinin keçməsi əsasına görə təmin edilməməlidir. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasının tamamilə əsassız olması səbəbindən, həmçinin müddətin keçməsi əsası ilə bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İlk İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ənvər Hüseynov küçəsi, ev 7, mənzil 309 onun olmayıb, amma mənzilin təşkilati-təmir məsələləri ilə o məşğul olmuşdur. Evi o satmayıb, sadəcə təmir edib. Birlikdə mağazaları gəzərək evə lazım olan materialları alıblar. Təmirə xərclənən pul o vaxtın pulu ilə 40-45 min yaxud 45-50 min olardı. O xatırlayır ki, Günelin atası təmirin pulunu verirdi. Evin əvvəlki sahibi Samir adlı oğlan idi. O, evi satmaq məqsədilə almışdı. Qanuni şəkildə mənzili alıb təmirli satırdı. Alınan tikinti materiallarına dair sənəd yoxdur. Aldığı təmir mallarına dair çekləri evin sahibinə veribvermədiyini xatırlamır. Günel xanımın atasını görsə tanımaz, amma onun iştirak etdiyi doğrudur. Ona zəhmət haqqını işlədiyi adam Samir verirdi. Xatırlayır ki, parketi, qapılar Günel xanım seçirdi. Günel xanımın atasının bəzi hallarda pul verdiyini xatırlayır. Baş tutmuş razılaşmalardan bixəbər olmuş, sadəcə təmir işi ilə məşğul olmuşdur. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Günel xanımla 2012-ci ilin iyununda ailə həyatı qurmuşlar. Əvvəlcə bir müddət Əhmədlidə özünün atasından qalan mənzilində yaşayıblar. Amma orada şərait bir qədər yaxşı deyildi və buna görə aralarında söz-söhbət də olmuş və Günel 1 ay atasigildə gedib qalmışdı. Sonra bir müddət “Statistika” komitəsinin yanında 1 otaqlı mənzildə kirayə yaşayıblar. O zaman razılaşıblar ki, özünün atasından qalan mənzilini satıb elə Əhmədli tərəflərdən 5 otaqlı başqa bir mənzil alsınlar. O vaxtı Günelin atasının dostu mənzil satırdı, iş adamı idi. Anası o vaxt beh vermişdi, lakin dedilər ki pulun qalanını da gətirib verin. Mənzil Samirin adına idi, amma onlar Raufla görüşüblər. Onlar mənzilləri alır sonra təmir edib satırdılar. Bildiriblər ki, beh versələr mənzili onların zövqünə uyğun təmir edib onlara da elə təmirli satacaqlar. Sonradan təmir etmək üçün büdcələri olmadığından bu təkliflə razılaşıblar. Beh özü verib. Razılaşıblar ki, bir müddət sonra bunu alqı-satqı kimi rəsmiləşdirsinlər. Dekabrda alqı-satqı olmuş və orada anası iştirak etmişdir. Günelgil mübahisələndirir ki, mənzilin alınmasında Malik müəllim ödəniş edib, amma belə olmayıb, hətta ilk dəfə evi alanda pulları olmayıb, Malik müəllim onları tələsdirib ki, Əhmədlidəki mənzili tez satsınlar. Sentyabrın 14-ü, 2020-ci ildə Malik ona zəg edib görüşmək istədiyini bildirib. Onlar Bakıxanovda olan notariusa gediblər. Qubada Günelin adına torpaq sahəsi var idi, Malik Günelin adına almışdı. O, bildirib ki, o torpaq sahəsinə münasibətdə iddiası yoxdu. Malik də ona bildirib ki, özgəninkiləşdirməyə etirazı olmadığına dair ərizə yazsın və o da yazıb. Onlar boşanmaya hazırlaşanda Günelin adına olan ən kiçik əmlakı belə öz adına keçirmişdir ki, birdən onun hansısa iddiası olar. Nəticə olaraq, mənzilin alınmasında nə Günelin, nə də atasının rolu olub. Həmin mənzilin alınmasında özünün anasının rolu olub. Evin beh pulunu verəndə ev tam təmirli deyildi. Beh verəndən təxminən 2 ay sonra evə köçmüşlər. Evin neçəyə alınmasını isə xatırlamır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, izahatları və ifadəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 18 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli AN- İ seriyalı ******* saylı, 4Ə-04-843 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 28 saylı evin 27 saylı mənzilini 47.040 manata X1. - Bakı şəhəri dövlət notariusu İ.A.Məmmədov tərəfindən notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-03-693 reyestr nömrəli alğısatqı müqaviləsindən görünür ki, X16 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 309 saylı mənzilini 93.000 manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 309 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1774 saylı reyestr kitabının 163138 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5197/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X9 qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, X13 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 602 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi; X5 xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat; xx.xx.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-129/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X9 və İddiaçı qarşı «əmlak bölgüsü» tələbinə dair iddiası - X9 münasibətdə qismən təmin edilmiş, «KİA Sportage» markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququ müəyyən edilmiş, 15.000 Avro və 28.750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun X5 tutularaq Cavabdeh ödənilməsi; "xxxx" ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququ müəyyən edilmiş; iddia X9 münasibətdə digər hissədə və İddiaçı münasibətdə tam olaraq rədd edilməsi; dövlət rüsumu kimi ödənilmiş 50 manatın 25 manatı məbləğində pulun cavabdeh X5 iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3026/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi pul tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş; həmin hissədə iddia qismən təmin olunmuş; "xxxx" QSC-nin Xəqani filialında olan bank hesabına xx.xx.2020-ci il tarixdə yerləşdirimiş və xx.xx.2021-ci ildə çıxarılmış 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissəsi, yəni 8.000 ABŞ dolları pul vəsaitinin cavabdeh X5 alınıb iddiaçı Cavabdeh verilməsi; iddianın pul tələbinin təmin olunmayan qalan hissəsində rədd edilməsi; qətnamənin 15.000 Avro pul vəsaitinin cavabdeh X5 tutulub iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi və həmin məbləğin 7.500 Avro müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3748/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)3026/2023 nömrəli qətnaməsi iddianın «"xxxx" ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X8 1/2 hissədə pay hüququ müəyyən edilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)-3026/2023 nömrəli qətnaməsinin iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 437660 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə Cavabdeh arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 317 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9346 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 309 saylı mənzili üzrə təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/1136 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 309 saylı 3 otaqlı mənzildə aparılmış təmir işlərinin 21 avqust 2025-ci il tarixə hesablanmış dəyəri 52.416 manat təşkil edir. - 18.03.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. - 08.05.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilməlidir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 8 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh ilk iddiaçının ailə üzvü deyil, cavabdeh həmin mənzilə qeydiyyata alınsa da qeyd edilən mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin qeyd olunan mənzilə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, ilk iddia üzrə cavabdehin yuxarıda qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından göründüyü kimi, ilk iddiaçının mülkiyyətində olan mənzildə cavabdeh buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Bu səbəbdən məhkəmə ilk iddianı əsaslı sayır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qarşılıqlı iddiaçının mübahisəli mənzilin təmirinə və təchizatına 2012-ci ildə 80.000 manat xərc çəkilməsinə dair məhkəməyə təqdim etdiyi yeganə sübut vasitəsi şahid ifadəsi olmuşdur ki, həmin şahid ifadəsinin də mötəbər sübut kimi qiymətləndirilməsinə əsas olmamışdır. Belə ki, şahid evin təmirini edən şəxs olsa da, bununla bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Digər şahidin verdiyi ifadədə isə tərəflər arasında olan mənzilin təmirinə çəkilən xərclə bağlı olanları aydın və müfəssəl təsvir etmiş, verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Halbuki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcırdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsində qeyd etdikləri iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktında təsbit olunan, mülki işə baxılarkən araşdırma aparmış həmin məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzillə bağlı tələblərinə hüquqi qiymət (mənzil birgə nikah dövründə tərəflərin ümumi gəlirləri hesabına alınmamışdır) verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktında sadalanan hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin qarşılıqlı iddiaçının təqdm etdiyi ünvan 1 ünvanda yerləşən 309 saylı 3 otaqlı mənzildə aparılmış təmir işlərinin 21 avqust 2025-ci il tarixə hesablanmış dəyəri 52.416 manat təşkil etməsinə dair "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/1136 saylı qiymətləndirmə hesabatı da iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, hesabatda əksini tapmış qeyd edilən tarixə təmir işlərinin aparılmasının dəyəri qarşılıqlı iddiaçının təmir üçün göstərdiyi məbləğdən xeyli aşağı göstərilmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 309 saylı mənzilindən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçıya aid edilməli, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxıb onun əsassız olması qənaətinə gəlməklə yanaşı ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi özlüyündə əsassız olduğundan və bunula da rədd edildiyindən iddia müddətinə dair ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7 saylı evin 309 saylı mənzilindən çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-187/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-187/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver