Məhkəmə qərarları › İş №e-2(006)-1872/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1872/2022

30.03.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1872/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 01.07.1932-ci ildə anadan olmuş X3 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını və qətnamənin icrasının Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X4 01.07.1932-ci ildə Dəvəçi rayonunda doğulmuşdur. 20.07.2020-ci il tarixində vəziyyəti pisləşmiş və X6 çağırılsa da, həkimlərin gəlişinə qədər Fazilə Hacıyeva yaşadığı mənzildə həmin gün vəfat etmişdir. X4 el adəti ilə qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmiş, sonradan Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ərizəçinin mərhumun dəfn xərcini ala bilməsi və X3 mənzilin qeydiyyatından çıxarılması üçün zəruridir. Ərizəçi dəqiqləşdirmə barədə ərizə təqdim edərək 01.07.1932-ci ildə Dəvəçi rayonunda doğulmuş mərhum anası X3 20.07.2020-ci ildə Bakı şəhərində (ev şəraitində) ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, mərhum anası X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etdiyini, lakin şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd edilən şəhadətnaməni bu günə kimi əldə etməməsinin səbəbi savadsızlığı olmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmadığından məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, vəkilin çıxışını, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusu, mərhum X1 Əvəz Hacı oğlunun anasıdır. X2 20.07.2020-ci il tarixində Bakı şəhərində yaşadığı evdə vəfat etmişdr. O, X3 yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qohumu, mərhum X1 Əvəz Hacı oğlunun anasıdır. O X3 yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 09275289 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 01.07.1932-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur Mülki işin materiallarında olan AZ-T seriyalı 181322 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Şabran rayonunda anadan olmuş, atası qrafasında X11, anası qrafasında X4 qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının 5 saylı Bölməsinin verdiyi «ölüm haqqında xəbərarlıq vərəqəsi»ndən görünür ki, 20.07.2020-ci il tarixdə saat 22:45-də ünvan 1 ünvanına X3 adına çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi L.Məhərrəmova, tibb bacısı C.İsmayılova yerinə yetirmiş, ölümün ilkin səbəbi: “qadın cinsli meyid” qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi 5 №-li Şəhər Poliklinikasının 04.02.2022-ci il tarixli 58 №-li arayışından görünür ki, 01.07.1932-ci il təvəllüdlü X4 20.07.2020-ci ildə rəhmətə getmiş, uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümünün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. Mülki işin materiallarında olan Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin 14.02.2022ci il tarixli 484-A nömrəli arayışından görünür ki, X4 20.07.2020-ci il tarixdə Siyəzən şəhər qəbirstanlığında dəfn edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14.08.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölümünün qeydə alınması üçün zəruri olan sənədi təqdim etmədiyindən ölümün qeydə alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Mülki işin materiallarında olan 21.02.2022-ci il tarixli qəbzdən görünür ki, məhkəməyə xüsusi icraat qaydasında ərizə verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, 01.07.1932-ci ildə anadan olmuş X4 20.07.2020ci ildə Bakı şəhərində (ev şəraitində) vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 01.07.1932-ci ildə Dəvəçi rayonunda doğulmuş X3 20.07.2020-ci ildə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahid ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1932-ci ildə Dəvəçi rayonunda doğulmuş X3 20.07.2020-ci ildə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar