Məhkəmə qərarları › İş №e-2(006)-1891/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1891/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1891/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh4 nümayəndəsi X11, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və diğərlərinə qarşı «əmlakın arayışın etibarsız hesab edilməsi və.s» tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər X21 və digərlərinə qarşı "yaşayış evindən çıxarılma" tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və diğərlərinə qarşı «əmlakın arayışın etibarsız hesab edilməsi və.s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Cavabdeh3 Cavabdeh2 MTK-ya üzv qəbul olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 16A ünvanındakı 5-ci mərtəbədə 3 otaqlı 20 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh2 MTK-nın ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 16 nömrəli protokolundan çıxarışının və həmin mənzilə dair Cavabdeh3 verilmiş Cavabdeh2 MTK-nın xx.xx.2022-ci il tarixli 71 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 16A ünvanındakı 20 saylı mənzil (yeni qaydalarla: AZ 1007, ünvan 1) üzərində Cavabdeh3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyatının ləğv edilməsi (çıxarılması) və bununla bağlı Cavabdeh3 verilmiş **********70-05301-093057 reyestr nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh3 cavabdehlər X17, X13, X4 və X10 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X21, X13, X4 və X5 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2070/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, hazırda icraatda olan iddiaçı Cavabdeh3 cavabdehlər X17, X13, X4 və X10 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair e-2(006)-2070/2024 saylı mülki iş icraatda olan İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və diğərlərinə qarşı «əmlakın arayışın etibarsız hesab edilməsi və.s» tələbinə dair e-2(006)-1891/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdirlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. İlkin iddia üzrə İddiaçı Cavabdeh3, Cavabdeh4, "xxxx" MTK-ya və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Nəsimi Rayon Məhkəməsinin icraatında olan "maliyyə arayışının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə" dair iddia tələbindən imtina edir.

2. X1 Gülnarə Xanbaba qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh3 mənzildə heç bir yaşayış olmadan təhvil verməyi öhdəsinə götürür.

3. Cavabdeh3 iddia tələbi üzrə cavabdehlər - X21, X18, X6, Cavabdeh4 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzildən çıxmağı öhdələrinə götürürlər.

4. X18 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzili aşağıda adları sadalanan əşyalarla birlikdə Cavabdeh3 qaytarılmasını öhdəsinə götürür: 1) Birinci otaq- Çilçıraq, Pərdə, Yataq Mebele, Şkaf; Şkafın içərisində Geyimlər (kostyum, ayaqqabı, və digər geyimlər); 2) İkinci otaq- Çilçıraq, Pərdə, Yataq Mebeli, Yataq dəsti; Şkaf, Şkafin içərisində geyimlər (3 dəst idman kostyumu, ayaqqabılar, 10 cüt tərlik, əl-üz silmək üçün dəsmallar, ətirlər, eynək və.s); 3) Üçüncü otaq- Çilçıraq, Pərdə, Kondisioner, Divan-kreslo, 6 ədəd stul, 1 ədəd stol; 4) Mətbəx- Çilçıraq, Paltaryuyan, Soyuducu, Aspirator, 6 ədəd stul, lədəd stol, 12 ədəd stəkan, 12 ədəd nəlbəki, 6 ədəd su stəkanı, 22 ədəd boşqab, 1 ədəd tort qabı, 4 ədəd çərəz qabı, 1 ədəd çörək qabı, Qazanlar, Qaşıq, bıçaq və çəngəl dəstləri, 12 ədəd Serviz, 4 ədəd süfrə, 1 ədəd Tozsoran, 1 ədəd ütü, 1 ədəd ütü altlığı və balkonda ariston kombi;

5. Cavabdeh3 X15 cehiz əmlakının qarşılığı olaraq 87427 (səksən yeddi min dörd yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitini atası X13 ödəməyi öhdəsinə götürür. 6.Cavabdeh3 cavabdehlər - X17, X13, X2, Cavabdeh4 və X7 qarşı "mənzildən çıxarılma" barədə iddia tələbindən imtina edir. 7.İddiaçı, X21, X18, X6, X12 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh3 məxsus olmasını təsdiq edirlər və həmin mənzilə dair gələcəkdə heç bir iddia, tələb və şikayətlərinin olmayacağını bildirirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İlk iddia üzrə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və diğərlərinə qarşı «əmlakın arayışın etibarsız hesab edilməsi və.s» tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər X21 və digərlərinə qarşı "yaşayış evindən çıxarılma" tələblərinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, X21, X18, X6, Cavabdeh4 nümayəndəsi X18, X18 və X14 aralarında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “İlkin iddia üzrə İddiaçı Cavabdeh3, Cavabdeh4, "xxxx" MTK-ya və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Nəsimi Rayon Məhkəməsinin icraatında olan "maliyyə arayışının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə" dair iddia tələbindən imtina edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “X1 Gülnarə Xanbaba qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh3 mənzildə heç bir yaşayış olmadan təhvil verməyi öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “Cavabdeh3 iddia tələbi üzrə cavabdehlər - X21, X18, X6, Cavabdeh4 və X12 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzildən çıxmağı öhdələrinə götürürlər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “X18 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzili aşağıda adları sadalanan əşyalarla birlikdə Cavabdeh3 qaytarılmasını öhdəsinə götürür: 1) Birinci otaq- Çilçıraq, Pərdə, Yataq Mebeli, Şkaf; Şkafın içərisində Geyimlər (kostyum, ayaqqabı, və digər geyimlər); 2) İkinci otaq- Çilçıraq, Pərdə, Yataq Mebeli, Yataq dəsti; Şkaf, Şkafin içərisində geyimlər (3 dəst idman kostyumu, ayaqqabılar, 10 cüt tərlik, əl-üz silmək üçün dəsmallar, ətirlər, eynək və.s); 3) Üçüncü otaq- Çilçıraq, Pərdə, Kondisioner, Divan-kreslo, 6 ədəd stul, 1 ədəd stol; 4) Mətbəx- Çilçıraq, Paltaryuyan, Soyuducu, Aspirator, 6 ədəd stul, 1 ədəd stol, 12 ədəd stəkan, 12 ədəd nəlbəki, 6 ədəd su stəkanı, 22 ədəd boşqab, 1 ədəd tort qabı, 4 ədəd çərəz qabı, 1 ədəd çörək qabı, Qazanlar, Qaşıq, bıçaq və çəngəl dəstləri, 12 ədəd Serviz, 4 ədəd süfrə, 1 ədəd Tozsoran, 1 ədəd ütü, 1 ədəd ütü altlığı və balkonda ariston kombi” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Cavabdeh3 X15 cehiz əmlakının qarşılığı olaraq 87427 (səksən yeddi min dörd yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitini atası X13 ödəməyi öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

6. “Cavabdeh3 cavabdehlər - X17, X13, X2, Cavabdeh4 və X7 qarşı "mənzildən çıxarılma" barədə iddia tələbindən imtina edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

7. “İddiaçı, X21, X18, X6, X12 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi bina 16A, mənzil 20 (yeni qaydalarla- ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh3 məxsus olmasını təsdiq edirlər və həmin mənzilə dair gələcəkdə heç bir iddia, tələb və şikayətlərinin olmayacağını bildirirlər.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İlk iddia üzrə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və diğərlərinə qarşı «əmlakın arayışın etibarsız hesab edilməsi və.s» tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər X21 və digərlərinə qarşı "yaşayış evindən çıxarılma" tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar