Məhkəmə qərarları › İş №e-2(006)-1895/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1895/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1895/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X7, cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X11 qarşı «zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X11 qarşı «zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X5 və Cavabdeh1 geri alınaraq İddiaçı mülkiyyətinə qaytarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X5 və Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1990-cı ildə o, «26 Bakı Komissarları» adına Mexaniki Təmir Zavodunda sex rəisi vəzifəsində çalışmışdır. Həmin vaxtlar yaxınlıqda yerləşən Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİİ-nin rəisi X12 ilə yaxşı münasibətləri olmuşdur. Növbəti görüşlərin birində Q.Hacıyevdən xahiş etmişdir ki, həmin MKİİ-nin nəzarətində olan ərazidə həyət evi satışa çıxarılsa bu barədə ona məlumat versin. Bir müddət keçdikdən sonra Qəzənfər Hacıyev onunla görüşüb Bakı şəhəri Nəsimi rayonunda «Hərbi şəhərcik» (indiki Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda) yerləşən, Hafiz adlı şəxsin özünə məxsus olan həyət evini satmaq istədiyini bildirmişdir. Həmin evin bir zavodda işlədiyi və tanışı, zavodun mühafizə xidmətinin rəisi Məhərrəm adlı şəxsin evi ilə yaxın olduğu üçün, sözü gedən həyət evini almaq istədiyini bildirmiş və 59 saylı MKİİ-nin rəisinin iştirakı ilə Hafizlə görüşüb həmin fərdi yaşayış evinin (o vaxt həmin fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədlər yox idi) alğı-satqısına dair razılığa gəlmiş və razılaşdırdıqları məbləğdə pulu Hafizə ödədikdən sonra Hafiz, həmin həyət evini boşaldaraq ona təhvil vermişdir. Bundan sonra Bakı şəhərində başqa mənzili olduğu üçün həmin fərdi yaşayış evindən bağ sahəsi kimi istifadə etməyə başlamışdır. 1993-cü ildə Qubadlı rayonunun işğalından sonra Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİİ-nin rəisi Qəzənfər Hacıyev ona yaxınlaşaraq həmin rayondan olan bir ailənin ona məxsus evdə yerləşdirilməsini xahiş etmişdir. Öz növbəsində, həmin fərdi yaşayış evindən istifadə etmədiyini nəzərə alaraq ona lazım olan vaxt həmin şəxslərin həmin evi tərk edəcəklərinə dair razılıq əldə edib X8, sonuncunun beş nəfərdən ibarət ailə üzvlərinin və xəstə qardaşı X13 ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda müvəqqəti məskunlaşmalarına icazə vermişdir. Qubadlı rayonunda qeydiyyatda olan və adları sadalanan məcburi köçkünlər 1993-cü ildən bu günə kimi (29 il) ona məxsus Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda müvəqqəti məskunlaşıblar. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin (X38 sədrliyi ilə) 2-1(82)-2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli Qərarı ilə onun Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qaydasında tanınmışdır. Həmin Qərar nəzərə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2019-cu il tarixdə, ********** qeydiyyat və **********07-10301 reyestr nömrəsi ilə Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmış və həmin İdarə tərəfindən ona «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. 11 fevral 2021-ci il tarixdə X26 vəfat etdikdən sonra onun həyətimdə sonuncunun yaşadığı otağı onun qardaşı X18 və bacısı Cavabdeh1 zəbt etmişlər. Baxmayaraq ki, X7 özünün Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 146 ünvanda fərdi yaşayış evi və Cavabdeh1 isə ünvan 5 ünvanda 108 saylı mənzili vardır. X19, onun beş nəfərdən ibarət ailə üzvləri ilə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin onlar tərəfindən boşaldılmasına dair aralarında razılıq əldə edilməsinə baxmayaraq, bir il bundan əvvəl məcburi köçkün statusuna dair görüntü yaradan X18 və Cavabdeh1 tərəfindən zəbt edilmiş həmin yaşayış evinin hissəsi onlar tərəfindən boşaldılmır. X2 ona qarşı əsassız tələblər irəli sürmüş və sonuncunun tələblərini yerinə yetirmədiyi təqdirdə həmin otağı başaltmayacağını bildirmişdir. Bununla da onun mülkiyyət hüququna dair Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqları cavabdehlər X18 və Cavabdeh1 tərəfindən kobud şəklidə pozulmuşdur. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsi aşağıdakıları nəzərdə tutur: «Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X17 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətlri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.» İnsan Hüquqlarının və X3 X4 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» «Akimova Azərbaycana qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarının «Məhkəmənin qiymətləndirməsi» bölməsində göstərilir: «42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli Qərar, A seriyaları, s. 29-30, § 37). 47. Bundan başqa, «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»-nın 4-cü maddəsində açıq-aydın və birmənalı şəkildə göstərilir ki, mənzildən çıxarılmaya qarşı müdafiə yalnız 1992-1994-cü illər ərzində digər şəxslərin mənzillərində məskunlaşmış məcburi köçkünlərə aiddir. Məhkəmə bu tədbirin adekvat və mütənasibliyi haqqında ilkin qiymətləndirmə etmədən qeyd edir ki, 1992-1994-cü illəri əhatə edən dövr Dağlıq Qarabağda və ətraf rayonlarda intensiv hərbi əməliyyatların aparıldığı dövrə - yüz minlərlə insanın münaqişə zonasındaki daimi yaşayış yerlərindən didərgin düşməyə məcbur edildiyi vaxta təxminən uyğun gəlir. Hazırkı işdə daxili məhkəmələr qəti şəkildə müəyyən ediblər ki, H. 1997-ci ildə, yəni «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»-nda nəzərdə tutulmuş «müdafiə dövrü»-nün bitməsindən təxminən üç il sonra və Ağdamı tərk etdikdən təxminən dörd il sonra ərizəçinin mənzilində məskunlaşıbdır. Beləliklə, ərizəçinin işi «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»-nın 4-cü maddəsinin tətbiq dairəsinə düşmür. 48. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»-nın 4-cü maddəsinin tələblərini nəzərə alır. Belə görünür ki, bu işdə mənzildən çıxarılmaya dair məhkəmə qərarının icrasının təxirə salınması barədə qərar həmin maddələrə zidd olub. Lakin daxili məhkəmələr kimi Hökumət də bu işə həmin müddəaların tətbiqinə aid hər hansı dəlil təqdim edə bilməyib.» Beləliklə hesab edir ki, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evi cavabdehlər – X5 və Cavabdeh1 məhkəmə qaydasında geri alınaraq onun faktiki mülkiyyətinə qaytarılmasına dair tələbi haqlıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məhkəmənin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və X11 qarşı mənzildən çıxarılma barədə iddiasına dair mülki iş var. Həmin iş üzrə iddia ərizəsinin verilməsinə əsas kimi Azərbaycan Republikası Əmlak Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış olmuşdur. Adıçəkilən çıxarış isə X18 və Cavabdeh1 iştirakı olmadan 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində keçirilmiş məhkəmə prosesi nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 2-1(82)- 2586/2019 nömrəli qərar əsasında verilmişdir. Bildirir ki, hazırda ünvan 7 ünvanda X18, X20 və Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin ünvan kommunal xidmətlərin göstərilməsi ilə bağlı bəzi müqavilələrdə ünvan 7A kimi qeyd olunmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxslərin mənzildə yaşamaları ilə bağlı qeyd etmək istəyir ki, 1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayında əvvəlcə 3 nəfər - X21 (ailə başçısı; vəfat edib), X14 (həyat yoldaşı; vəfat edib), X26 (oğlu; vəfat edib) Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanda məcburi köçkün kimi məskunlaşmışdır. xx.xx.1996-cı il tarixdə həmin 3 nəfər məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra X19 (ailə başçısının digər oğlu) adı çəkilən ünvanda məskunlaşmış, ailəvi narazılıq səbəbindən mənzildə 2-ci (ikinci) giriş qapısı açılmış və o, ailəsi ilə birgə həmin ünvanda məskunlaşmışdır. xx.xx.1997-ci il tarixdən ünvan 9 ünvanda 5 nəfər - X19 (ailə başçısının oğlu), X15 (Hüseynov Xasayın həyat yoldaşı; ailə başçısının gəliııi), X22 (ailə başçısının nəvəsi), X23 (ailə başçısının nəvəsi), X27 (ailə başçısının nəvəsi) müvəqqəti qeydiyyata alınmışdır. Hal-hazırda ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evində adı çəkilən şəxslər – X18 (ailə başçısının oğlu), X20 (ailə başçısının nəvəsi), 2011-2012-ci illərdən etibarən X9 (ailə başçısının nəvəsi; ailə başçısının qızı - X10 oğlu), X16 (ailə başçısının nəvəsi, Hüseynova Ətirin oğlu), 2005-ci ildən etibarən Cavabdeh1 (ailə başçısının qızı) və X24 (ailə başçısının nəvəsi, Cavabdeh1 oğlu) qeydiyyatsız yaşayırlar. Mənzil 143 A kimi (ikinci giriş qapısı) qeyd olunan ünvanda isə, X19 yuxarıda adı çəkilən 4 (dörd) nəfər ailə üzvü ilə birgə yaşayır. Bir müddət öncə İddiaçı qeyd olunan ünvana gələrək evi aldığını və mənzilə dair çıxarış əldə etdiyini bildirərək Həsənov Füzuli, Həsənov Natiq və Cavabdeh1 və onların ailə üzvlərinin mənzildən çıxmalarını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair işə baxaraq Bakı şəhəri X34 küçəsi ev 0002 mənzil 143 A ünvanda yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə xx.xx.2019-cu il tarixli 2-1(82)-2586/2019 nömrəli qərar qəbul etmişdir. Yuxarıda adıçəkilən iş üzrə İddiaçı iddia ərizəsini Bakı şəhəri X34 küçəsi ev 0002 mənzil 143 A ünvanda yerləşən fərdi yaşayış evinə dair eskiz layihəsi ilə əsaslandırmış, məhkəmə orqanına hər hansı bir digər hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, iddiaçı müraciətinə fərdi yaşayış evini tikməyi planlaşdırdığı torpaq sahəsinə və ya orada olan hər hansı tikilinin onun qanuni sahiblik, istifadə və ya mülkiyyətində olmasına dair heç bir sənəd əlavə etməmişdir. Eləcə də, müraciətində və eskiz layihədə istinad etdiyi ünvan mövcudluğu və həmin ünvanın onunla bağlılığına dair də heç bir sənəd əlavə etməmişdir. Öz iddiasını öz sifarişi ilə hazırlatdığı eskiz layihə ilə əsaslandırmışdır. Hətta eskiz layihə də qeyri-müəyyəndir. Həmin eskiz layihəsi ilə əlaqədar bildirmək istəyir ki, eskiz layihəsində sənədin hansı tarixdə tərtib edildiyi öz təsbitini tapmayıb. Eyni zamanda eskiz layihəsində perspektiv görünüşün əks etdirilməsi iddiaçının iddiasına görə həmin ərazidə fərdi yaşayış evinin mövcud olmamağı və iddiaçının həmin eskiz layihəsi əsasında fərdi yaşayış evinin tikintisini planlaşdırdığı anlamına gəlir. Bu xüsusatı İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə yazdığı ərizələrdə də təsdiq etmiş və özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində yaşayış evi inşa etmək istədiyini bildirmişdir. İddiaçı tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilmədiyindən onu güya tikmək istədiyi fərdi yaşayış evinin dəqiq olaraq hansı tarixdə inşa edildiyini müəyyən etmək olmur. Buna baxmayaraq, iddiaçı tərəfindən fərdi yaşayış evinin eskiz layihəsini hazırlayan qurum kimi göstərilən "xxxx" MMC-nin «Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi» ilə əlaqədar əldə etdiyi 20 iyun 2016-cı il tarixli 089566 nömrəli lisenziyasından da məlum olduğu kimi belə qənaətə gəlmək olar ki, həmin fərdi yaşayış evi 2016-cı ilin iyun ayından sonra inşa olunub. Halbuki, hüquqlarını müdafiə etdiyi şəxslər 1993-cü ildən qeyd edilən mənzili əldə edərək o vaxtdan bəri həmin ünvanda və hazırda iddiaçının onlardan çıxmasını tələb etdiyi mənzildə məskunlaşmışdır. Bundan əlavə, iddiaçı tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmiş ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilməyib. Eyni zamanda qəbzlərdə poçt göndərişinin kimin tərəfindən göndərilməsi, qəbul edilməsi, göndərişin hansı tarixdə qəbul edilməsi ilə bağlı məlumatlarda qeyd olunmayıb. Son olaraq, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirsə də, həmin ərizə də məhkəməyə təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizə ilə müraciət etdiyi təsbit edilsə də, həmin ərizə məhkəməyə təqdim edilməmiş və məzmunu naməlum qalmışdır. Eyni zamanda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı tərəfindən sözügedən mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyi əsas gətirilərək haqlı olaraq iddiaçının müraciəti geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçı Qasmov Zaməddin cavabdehlərin yaşadığı mənzilə mülkiyyət hüquqlarına dair çıxarışı cavabdehlərin iştirakı olmadan keçirilmiş və onların maraqlarına toxunan məhkəmə prosesi nəticəsində əldə etmişdir. Qeyd edir ki, iddiaçının iddiasını əsaslandırdığı Azərbaycan Republikası Əmlak Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə səbəb olmuş 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2-1(82)-2586/2019 nömrəli qərar mübahisələndirilmiş və cavabdehlərin maraqlarına toxunulduğu üçüncü şəxs qismində qoşulmaq barədə vəsatət verilmişdir. Hazırda həmin iş üzrə prosesə onların cəlb olunmaları ilə bağlı məhkəmə ilkin araşdırması həyata keçirilir. Bildirmək istəyir ki, mübahisə obyekti olan əmlaka cavabdehlər və ailə üzvləri 1993-cü ildə dövlət qurumlarının müvafiq razılığı ilə köçürülmüşdür. Həmin dövrdə cavabdehlərin məskunlaşdığı yaşayış sahəsi dövlətin balansında olduğu üçün köçürülmə əsaslı və qanuni şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001 -ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın l-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hiiquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Buna müvafiq olaraq qeyd etmək olar ki, cavabdehlər yaşayış sahəsinin mülkiyyətçisi olan dövlətin razılığı ilə orada məskunlaşdıqlarından həmin əmlakdan istifadə hüququ 2000-ci ildən əvvəl yaranmış və bu hüquq hazırkı vaxtadək mövcuddur. Mübahisəli məhkəmə qərarı ilə hazırda mübahisə obyekti sayılan əmlaka mülkiyyət hüququ əldə etmiş İddiaçı cavabdehlərin adıçəkilən əmlakdan istifadə hüququndan məhrum etməyə dair hərəkətləri əsassız və qanunun tələblərinə ziddir. Digər tərəfdən məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göründüyü kimi, iddiaçının iddiasını əsaslandırdığı çıxarışın əsassız və qanunsuz şəkildə əldə olunmasına səbəb olan məhkəmə qərarı Həsənov Füzuli, Həsənov Natiq və Cavabdeh1 və onların ailə üzvlərinin maraqlarına əhəmiyyətli dərəcədə toxunur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X18 məhkəmə iclasında iddianı qəbul etmədi, vəkilinin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 bildirmişdir ki, 1986-cı il tarixdən 1995-ci il tarixə kimi Mənzil İstismarı Sahəsinin sədri olmuşdur. 1988-ci il tarixdən həmin əraziyə qaçqınlar gəlməyə başlamışdır. Onlar istədikləri yerdə məskunlaşmışdırlar. Həmin ərazi Hərbi şəhərcik olmuşdur. Həmin vaxt o ərazidə söküntü işləri gedirmiş. Sonradan dayandırılmışdır. Məcburi köçkün və qaçqınlardan oradakı boş evlərdə məskunlaşanlar olmuşdur. Bu evdə əvvəl Hacıyev Hafiz adlı şəxs yaşamışdır. Sonradan o evi İddiaçı vermişdir. O evdə məskunlaşan məcburi köçkünləri çıxarmaq istəmişlər, lakin sonradan İddiaçı demişdir ki, əgər yaxşı adamlardısa qalsınlar evdə sonra çıxardarıq. O vaxt həmin ərazi Yasamal rayonuna aid idi və İcra Hakimiyyətinin tərkibində olmuşdur. Həmin evlər 1946-1947-ci illərdə dövlət tərəfindən tikilmiş evlərdir. Dövlət onu DTX-da polkovnik işlədiyi üçün Hacıyev Hafizin atasına vermişdir. 1992-1993-cü illərdə İddiaçı orada yaşamışdır. Hacıyev Hafizin evi İddiaçı satdığını bilmişdir, amma müqavilə və s. bağladığını görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X19 bildirmişdir ki, Qubadlıdan məcburi köçkündür. 30 ildir ki, burada yaşayır. Məcburi köçkün gələndə Həsənov Füzulinin evinə gəlmişdirlər. Sonradan ona ev verilməsi üçün X6 müraciət etmişdir. Hacıyev Qəzənfər onlara bir ev vermişdir. Onlardan qabaq həmin evdə 6 qadın yaşamışdır və pəncərələri sındırmış, evi pis vəziyyətə qoymuşdurlar. Ona görə də onları həmin evdən çıxarıb Hüseynov Xasaya vermişdirlər. Onun 2 uşağı həmin evdə doğulmuşdur. Faktiki olaraq həmin evdə yaşayırıq. 11 fevral 2020-ci il tarixdə o biri qardaşı rəhmətə getmişdir. Bir ünvandır yaşadıqları ərazi. Qardaşı rəhmətə gedəndən sonra Həsənov Füzuliyə demişdir ki, oğlumu evləndirim yığım həmin evə. Həsənov Füzuli gətirib bacısı uşaqların yığmışdır ora. Həsənov Füzulinin ümumiyyətlə o evdə yaşamadığını bildirmişdir. 11 fevral 2020-ci il tarixə kimi həmin evdə təkcə qardaşı Həsən yaşamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 və cavabdehlərin vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2-1(82)- 2586/2019 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri X34 küçəsi ev 0002 mənzil 143A ünvanda yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid 143A ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 498 saylı reyestr kitabının 46786 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi keçid 13 ev 143 A ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 02 fevral 2022-ci il tarixli 12 saylı məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün olmuş mərhum X21 həyat yoldaşı mərhum X14 və oğlu mərhum X26 ilə birgə ünvan 18 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuşlar. - Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 02 mart 2022-ci il tarixli 266 saylı arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür. Özü, həyat yoldaşı X15, oğlu Araz Hilalzadə, qızı Arzu Hüseynova, oğlu X33 rayonu H.Əliyev küçəsi 2 mənzil 143 a ünvanda müvəqqəti qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 16 may 2022-ci il tarixli 41 saylı məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün X7 adı sektorun kommunal xərclər siyahısında ünvan 20 ünvanda keçir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak cavabdehlər tərəfindən zəbt edilmişdir, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqları kobud şəkildə pozulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X17 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəliq olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın zəbt olunmasına baxmayaraq, keçən uzun illər ərzində cavabdehlər digər mənzillə təmin edilməmişlər və iddiaçının hüquqları davamlı şəkildə pozulur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X18 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı, daşınmaz əmlak boşaldılaraq İddiaçı təhvil verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X18 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X34 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Daşınmaz əmlak boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar