Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1914/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş direktorunun xx.xx.2023-cü il tarixli 145K №-li əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəflərin barışığa gəlməsinin nəzərə alınmasını və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə təqdim edərək, iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırmaları zamanı mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Həmin barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: İ. Bu Barışıq sazişi (bundan sonra – Saziş) Nəsimi Rayon Məhkəməsində sədrlik edən hakim Günay Abidovanın icraatındakı e-2(006)-1914/2023 saylı mülki iş üzrə tərəflər olan İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan, ŞV-in seriya və nömrəsi: AA*******, FİN kodu: xxxxxxx; doğum tarixi: xx.xx.1995) və cavabdeh “X3” ASC (Bakı şəhəri, Nəsimi rayonu, Nizami 67 ünvanında qeydiyyatda olan, VÖEN: **********) arasında (mübahisə tərəfləri bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) mübahisənin həlli şərtlərinə dair əldə edilən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü, 52-ci və 191-ci maddələrinə əsasən tərtib edilən razılaşmadır. İİ. Bu Saziş İddiaçı tərəflər arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində cavabdeh "xxxx" ASC-yə (bundan sonra – Bank) xx.xx.2023-cü il tarixindəki hazırlıq iclasında irəli sürdüyü təklifin Bank tərəfindən qəbulu əsasında bağlanılmışdır. İİİ. Bank İddiaçı xx.xx.2023-cü il tarixindəki hazırlıq iclasında irəli sürdüyü təklifi dəyərləndirib və nəticədə qəbul edərkən, iddiaçının əmək fəaliyyəti zamanı intizam tənbehinə səbəb olmuş bəzi nöqsanlara yol verdiyini səmimi olaraq başa düşərək etiraf etdiyini (xx.xx.2023cü il tarixli hazırlıq iclasında iddiaçının özünün qeyd etdiyi kimi), iddiaçının gənc olmasını, iddiaçının İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) Azərbaycan Respublikasının torpaqlarının azad edilməsində iştirak etməsini, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədinin olması şəklində öz əksini tapan ən ali dəyərlərin əyani olaraq tətbiq edilməsi üçün öz üzərinə düşən müvafiq addımların atılmasına zərurətin yarandığını nəzərə almışdır. Mübahisənin həlli istiqamətində Tərəflərin razılaşdırdığı bütün məqamlar, qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimidir:
1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə, onunla əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.
2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2023) dəyişdirilmədən saxlanılır).
3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).
4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.
5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hərhansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.
11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.
16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin ərizəsi təmin edilməli və barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə barışıq sazişini müvafiq qaydada tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: İ. Bu Barışıq sazişi (bundan sonra – Saziş) Nəsimi Rayon Məhkəməsində sədrlik edən hakim Günay Abidovanın icraatındakı e-2(006)-1914/2023 saylı mülki iş üzrə tərəflər olan İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan, ŞV-in seriya və nömrəsi: AA*******, FİN kodu: xxxxxxx; doğum tarixi: xx.xx.1995) və cavabdeh “X3” ASC (Bakı şəhəri, Nəsimi rayonu, Nizami 67 ünvanında qeydiyyatda olan, VÖEN: **********) arasında (mübahisə tərəfləri bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) mübahisənin həlli şərtlərinə dair əldə edilən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü, 52-ci və 191-ci maddələrinə əsasən tərtib edilən razılaşmadır. İİ. Bu Saziş İddiaçı tərəflər arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində cavabdeh "xxxx" ASC-yə (bundan sonra – Bank) xx.xx.2023-cü il tarixindəki hazırlıq iclasında irəli sürdüyü təklifin Bank tərəfindən qəbulu əsasında bağlanılmışdır. İİİ. Bank İddiaçı xx.xx.2023-cü il tarixindəki hazırlıq iclasında irəli sürdüyü təklifi dəyərləndirib və nəticədə qəbul edərkən, iddiaçının əmək fəaliyyəti zamanı intizam tənbehinə səbəb olmuş bəzi nöqsanlara yol verdiyini səmimi olaraq başa düşərək etiraf etdiyini (xx.xx.2023cü il tarixli hazırlıq iclasında iddiaçının özünün qeyd etdiyi kimi), iddiaçının gənc olmasını, iddiaçının İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) Azərbaycan Respublikasının torpaqlarının azad edilməsində iştirak etməsini, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədinin olması şəklində öz əksini tapan ən ali dəyərlərin əyani olaraq tətbiq edilməsi üçün öz üzərinə düşən müvafiq addımların atılmasına zərurətin yarandığını nəzərə almışdır. Mübahisənin həlli istiqamətində Tərəflərin razılaşdırdığı bütün məqamlar, qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimidir:
1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra – Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə, onunla əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. İddiaçı zərurət yaranarsa bu məsələ ilə bağlı Banka zəruri olan ərizələri (müraciətləri) yazmağı öz öhdəsinə götürür.
2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2023) dəyişdirilmədən saxlanılır).
3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).
4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.
5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hərhansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.
11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
13. Bu Sazişin 12-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.
16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova