Məhkəmə qərarları › İş №e-2(006)-192/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-192/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-192/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdehlərin (qarşılıqlı iddialar üzrə iddiaçıların) nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddialar üzrə iddiaçılar) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı, Rəhı̇ mov Zaur Ramı̇ z oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Rəhı̇ mov Zaur Ramı̇ z oğlunun qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «mənzildən istifadə hüququnun tanınması və mülkiyyət payının müəyyən edilməsi» və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı ərizələri üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mova Ermı̇ n Natı̇ q qızı cavabdehlər Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı, Rəhı̇ mov Zaur Ramı̇ z oğluna qarşı "mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan cavabdeh Rəhı̇ mov Zaur Ramı̇ z oğlunun adından onun nümayəndəsi və vəkili Vəkil1 Rəhı̇ mova Ermı̇ n Natı̇ q qızına qarşı «istifadə hüququnun tanınması və mülkiyyət payının müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdeh Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə verərək bildirmişdir ki, tərəflər razılığa gəlmişlər və bu səbəbdən iddia ərizəsini geri götürülər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlərin (qarşılılqlı iddialar üzrə iddiaçılar) nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər razılığa gəlmişlər, bu səbəbdən Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı və Rəhı̇ mov Zaur Ramı̇ z oğlu tərəfindən verilmiş qarşılıqlı iddia ərizələrini geri götürülər. Qeyd olunanları nəzərə alaraq qarşılıqlı iddia ərizələrinin geri götürülməsi barədə qərardad qəbul edilməsi və ödənilmiş dövlət rüsumlarının geri qaytarılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizələri iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizələr təmin edilməli, iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün ilkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Rəhı̇ mov Zaur Ramı̇ z oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 50 AZN (əlli manat) məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, ilkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddialar üzrə iddiaçılar) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı, Rəhı̇ mov Zaur Ramı̇ z oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Rəhı̇ mov Zaur Ramı̇ z oğlunun qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «mənzildən istifadə hüququnun tanınması və mülkiyyət payının müəyyən edilməsi» və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılmalı, ilkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat), ilkin iddia üzrə cavabdehlərin (qarşılılqlı iddialar üzrə iddiaçıların) nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ödənilmiş 50 AZN (əlli manat) və 100 AZN (bir yüz manat) dövlət rüsumları dövlət büdcəsindən onlara qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddialar üzrə iddiaçılar) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı, Rəhı̇ mov Zaur Ramı̇ z oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Rəhı̇ mov Zaur Ramı̇ z oğlunun qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «mənzildən istifadə hüququnun tanınması və mülkiyyət payının müəyyən edilməsi» və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər İddiaçı, Əlı̇ yeva Şəfı̇ qə Həsən Ağa qızı, Rəhı̇ mov Zaur Ramı̇ z oğluna geri qaytarılsın. İlkin iddia üzrə iddiaçı (qarşılılqlı iddialar üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. İlkin iddia üzrə cavabdehlərin (qarşılılqlı iddialar üzrə iddiaçıların) nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ödənilmiş 50 AZN (əlli manat) və 100 AZN (bir yüz manat) dövlət rüsumları dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar