Məhkəmə qərarları › İş №e-2(006)-1972/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1972/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1972/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 Elbrus qızının sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması və mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və Cavabdeh ailə üzvləri ilə birlikdə evdən çıxarılaraq mənzilin iddiaçı X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və Cavabdeh mənzildən çıxarılaraq mənzilin iddiaçı X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, İddiaçı və Cavabdeh arasında 02 fevral 2021 ci il tarixində Reyesterdə 4Ə - 56 Nə ilə qeyd olunmuş AN - İ Nə ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39.73 kv.m olan 2 otaqlı mənzili İddiaçı satmışdır. Belə ki, həmin müqavilənin 13-cü bəndinə əsasən, Cavabdeh ailə üzvləri ilə birlikdə 2 fevral 2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən mənzili boşaldaraq, İddiaçı təhvil verəcəyi barədə öhdəlik götürmüdür. Lakin, iddiaçı 02 fevral 2023-cü il tarixdən Cavabdeh və onun ailə üzvlərindən mənzilin boşaldılaraq ona təhvil vermələrini tələb etməsinə baxmayaraq, Cavabdeh bugünədək həmin mənzili ona təhvil verməmişdir. Hal-hazırda Cavabdeh və onun ailə üzvləri qanunsuz və əsassız (aralarında istifadəyə dair heç bir notarial razılaşma, yazılı icazə olmadan) iddiaçı X2 mülkiyyətində olan mənzildə yaşamağa davam edərək onun mülkiyyət hüquqlarını, onun xüsusi mülkiyyətində olan mənzildən maneəsiz istifadəsinə, mənzilə dair sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını pozaraq onun xüsusi mülkiyyətində olan mənzildən məhrum edirlər. Ona görə də məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və Cavabdeh ailə üzvləri ilə birlikdə evdən çıxarılaraq mənzilin iddiaçı X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş üzrə materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilinin satılması həmin əmlaka dair elektron sistemdən çıxarışın əldə edilməsinə köməklik göstərilməsi üçün ərizə ilə Notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2021 tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 614 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə tərəfindən ilk növbədə qeyd olunmalıdır ki, mülkiyyətin müdafiəsi üçün mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya iddiası mülkiyyətçinin bir şeyə sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırdığı anda şeyə malik olan qeyri qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən şeydir. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərəsinin qarşısında tikilən hasarı sökmək və s.) Neqator iddiasının əsası dedikdə, iddiaçı tərəfindən məhkəməyə verilən tələbin əsaslandığı başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır. Neqator iddiaya iddia müddəti şamil edilmir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsi 4-cü bəndi). Cavabdeh öz hərəkətinin hüquqa uyğun olmasını sübut etməlidir. Əgər sübut etməsə, neqator iddia təmin edilir. Neqator iddianı təmin edən məhkəmə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Neqator iddia bir qayda olaraq daşınmaz əşyalara mülkiyyət hüququnu müdafiə etmək üçün tətbiq edilir. Neqator iddianın anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsi ilə tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil dövlət qeydiyyatında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mənzilə daxil olaraq zəbt etmişdir. Bu hal isə iddiaçının öz mülkiyyətində olan mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneəçilik törədərək, onun mənzilinə dair istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Qeyd oluanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilindən çıxarılmalı və həmin ev Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 34 saylı evin 32 mənzilindən çıxarılsın və həmin mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar